Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-797/2020 18.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə qarşı «xx.xx.1983-xx.xx.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu “Səməd Vurğun” adına sovxozda, 1995-1998-ci il tarixlərdə X4 (Gəncə şəhəri X5 Xidməti Kollecinin Cəlilabad filialı) işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən İİ qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsv i r i h i ssə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1983-xx.xx.1984, 1987-1988-ci illərdə “Səməd Vurğun” adına sovxozda, xx.xx.1995xx.xx.1998-ci il tarixlərdə Gəncə MXK-nin Cəlilabad şöbəsində, eləcə də Cəlilabad X2 işlədiyi iş stajının rəsmiləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ciil tarixli, 2-1(120)-797/2020 saylı qərardadı ilə iddia tələbi dəyişdirilərək, iddia tələbinə xx.xx.1983-xx.xx.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu “Səməd Vurğun” adına sovxozda, 1995-1998-ci il tarixlərdə X4 (Gəncə şəhəri X5 Xidməti Kollecinin Cəlilabad filialı) işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən İİ qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. İddiaçı xx xxxxxxxx 1966-cı il tarixdə Cəlilabad rayonu, Korlar kəndində anadan olmuşdur. xx.xx.1983-xx.xx.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu “Səməd Vurğun” adına sovxozda, 1995-1998-ci il tarixlərdə X4 (Gəncə şəhəri X5 Xidməti Kollecinin Cəlilabad filialı) işləmişdir. xx.xx.2019-cu il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası alır. İddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilərkən xx.xx.1983-xx.xx.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu “Səməd Vurğun” adına sovxozda, 1995-1998-ci il tarixlərdə X4 (Gəncə şəhəri X5 Xidməti Kollecinin Cəlilabad filialı) işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı xx.xx.1983-xx.xx.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu “Səməd Vurğun” adına sovxozda, 1995-1998-ci il tarixlərdə X4 (Gəncə şəhəri X5 Xidməti Kollecinin Cəlilabad filialı) işlədiyi illər nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2020-ci il tarixli **********2 saylı məktubla iddiaçının işlədiyi illərin əmək kitabçasında qeyd göstərilmədiyindən sosial sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin xx xxxxx 2020-ci il tarixli **********0 nömrəli münasibət (etiraz) məktubunda qeyd edilir ki, Cəlilabad şəhəri, Z.Sadatov küçəsi, döngə 2 ev 4 sakini İddiaçı xx.xx.2019-cu il tarixdən İİ qurup əilliyə görə əmək pensiyası təyin olunmuşdur. Vətəndaşın xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, 1987-1988-ci illər Səməd Vurğun adına savxozda və 1995-1998-cı illərdə X4 və Cəlilabad rayon X2 işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığına görə "X6” Azərbaycan Respublikasının qanununun 3.1.1 -ci maddəsinə uyğun olaraq sosial sığorta stajına daxil edilməmişdir və Məhkəmədən iddia ərizəsinin rədd edilməsini xahiş edirik. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsini, ödəniş qəbzini, arxiv arayışlarını, cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı hal-hazırda əlilliyə görə əmək pensiyası alır. İddiaçının xx.xx.1983-xx.xx.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu “Səməd Vurğun” adına sovxozda işləməsi Dövlət Arxivinin Cəlilabad rayon filialının xx.xx.2020-ci il tarixli, 5 nömrəli arxiv arayışı ilə, 1995-1998-ci il tarixlərdə X4 (Gəncə şəhəri X5 Xidməti Kollecinin Cəlilabad filialı) işləməsi isə Dövlət Arxivinin Gəncə filialının xx xxxx 2020-ci il tarixli, 368/3 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «X6» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş «X6» Azərbaycan Respublikası Qanununun 26.3-1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «X6» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «X6» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «X6» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.1983-xx.xx.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu “Səməd Vurğun” adına sovxozda işləməsinə dair Dövlət Arxivinin Cəlilabad rayon filialının xx.xx.2020-ci il tarixli, 5 nömrəli arxiv arayışını, 1995-1998-ci il tarixlərdə X4 (Gəncə şəhəri X5 Xidməti Kollecinin Cəlilabad filialı) işləməsinə dair Dövlət Arxivinin Gəncə filialının xx xxxx 2020-ci il tarixli, 368/3 nömrəli arxiv arayışını) təqdim etmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının xx.xx.1983-xx.xx.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu “Səməd Vurğun” adına sovxozda, 1995-1998-ci il tarixlərdə X4 (Gəncə şəhəri X5 Xidməti Kollecinin Cəlilabad filialı)işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçının əmək pensiyasının yenidən hesablanmasından imtina üçün əsas deyildir. İddiaçı xx.xx.1983-xx.xx.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu “Səməd Vurğun” adına sovxozda, 1995-1998-ci il tarixlərdə X4 (Gəncə şəhəri X5 Xidməti Kollecinin Cəlilabad filialı)işləməsiilə bağlı əmək stajı nəzərə alınmaqla, xx.xx.2019-cu il tarixdən İİ qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş «X6» Azərbaycan Respublikası Qanununun 26.3-1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği onun iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə yenidən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə yazaraq, ödədiyi dövlət rüsumunun cavabdehdən tutulmamasını xahiş etdiyi üçün, məhkəmə hesab edir ki, prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı xx.xx.1983-xx.xx.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu “Səməd Vurğun” adına sovxozda, 1995-1998-ci il tarixlərdə X4 (Gəncə şəhəri X5 Xidməti Kollecinin Cəlilabad filialı)işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla, xx.xx.2019-cu il tarixdən İİ qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-797/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-797/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver