Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-797/2023 26.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X12, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Salyan rayonunun Arbatan kəndi ərazisində yerləşən 0,087 ha və 0,2158 ha torpaq sahələrinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) mərhum X10 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonunun Arbatan kəndi ərazisində yerləşən 0,087 ha və 0,2158 ha torpaq sahələrinə dair mülkiyyət hüququnun tanınmaqla həmin torpaq sahələrinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 –49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2258/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-797/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Salyan Bələdiyyəsi, Salyan rayonu Arbatan Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-797/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinə “Salyan rayonunun Arbatan kəndi ərazisində yerləşən 0,087 ha və 0,2158 ha torpaq sahələrinə (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) mərhum X10 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə mərhum anası X10 Salyan şəhəri, N.Babayev küçəsində bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən özünə məxsus obyektin altındakı və ətrafındakı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2158 kv.m torpaq sahəsi satılmışdır.Torpağın alqı-satqısına dair akt tərtib olunmuş və Salyan rayon Bələdiyyəsinin bank hesabına 1680 manat pul məbləği ödənilmişdir. Bundan başqa Salyan rayon Arbatan Bələdiyyəsinin 08.11,2006-cı il tarixli 16 nömrəli qərarına əsasən mərhum anası X10 aldığı inzibati binanın ətrafından Arbatan bələdiyyəsi mülkiyyətinə məxsus olan ərazidən sahibkarlıq məqsədi ilə 0,10 ha torpaq sahəsi satılmışdır. Bundan başqa X17 kitabında xx.xx.2007-ci il tarixdə 101 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı ölçüsü tərtib edilmişdir. Mərhum anası X15 öldükdən sonra onun qanun üzrə vərəsəsi İddiaçıdur. Belə ki, qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından ötrü çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və oradan ona imtina edilir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, İddiaçı Salyan rayonu Arbatan kəndində yerləşən 0.087ha və 0.2158 ha torpaq sahələrinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ- nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahələri elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları keçirirlər. Eyni zamanda, Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahəsinin özbaşına dəyişdirilməsi barədə bağlanan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları müqavilələr etibarsız sayılır. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən iddiaçının müraciətinin icrasından imtina edilmişdir.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuş, Göyçay şəhəri, 28 May küçəsi, ev 11-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********53 saylı məktubunda göstərilmişdir ki, vəfat etmiş mərhum anası X8 adına Salyan rayonu, Arbatan kəndi ərazində yerləşən 0.087 ha və 0.2158 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18” 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahələri elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları keçirirlər. Eyni zamanda, Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahəsinin özbaşına dəyişdirilməsi barədə bağlanan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları müqavilələr etibarsız sayılır. Yuxarıda göstərilən səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinin icrasından imtina edilir. İş materiallarında olan ünvan 4 ünvanladığı 19 sentyabr 2022-ci il tarixli 749g nömrəli məktubunda göstərilmişdir ki, mərhum X8 vərəsəsinə verilmiş xx.xx.2009-cu il tarixli 2V-20 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri 19 saylı dövlət notariat ofisində rəsmiləşdirilmişdir. Həmin şəhadətnamənin verilməsinə əsas olan sənədlərin əslinin və ya təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması üçün Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət etmək xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının məhkəməyə ünvanladığı 23 sentyabr 2022-ci il tarixli 510 nömrəli məktubunda göstərilmişdir ki, Salyan rayon Salyan bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli 18 saylı protokolunda - Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev küçəsi 198 saylı evin sakini X10, Salyan şəhəri N.Babayev küçəsində, küçənin qərbində,bələdiyyə mülkiyyəti torpağında, özünə məxsus obyektin altındakı və ətrafındakı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2158 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə olan qərarı və əlavələri arayışa əlavə olunur. İş materiallarında olan Salyan bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 18 saylı protokolundan çıxarışda göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev küçəsi 198 saylı evin sakini X10, Salyan şəhəri N.Babayev küçəsində, küçənin qərbində,bələdiyyə mülkiyyəti torpağında,özünə məxsus obyektin altındakı və ətrafındakı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2158 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. İşdə olan Salyan bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 18 saylı protokolundan torpaqların alqı-satqısına dair aktdan göstərilmişdir ki, Salyan bələdiyyəsi ilə X15 arasında müqavilə bağlanmış, X10 2158 kv.m torpaq sahəsi satılmış, əvəzində xx.xx.2007-ci il tarixli qəbzlə İ.Qarayeva 1680 manat ödəniş etmişdir. İş materiallarında olan Salyan rayonu Arbatan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarına əsasən, Bakı şəhəri Yasamal rayonu, Xıdır Mustafayev küçəsi 198 saylı evin sakini X10 aldığı inzibati binanın ətrafından Arbatan Bələdiyyəsi mülkiyyətinə məxsus olan ərazidən sahibkarlıq məqsədilə 0.10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İşdə olan Salyan rayonu Arbatan bələdiyyəsi ilə Salyan bələdiyyəsi ilə X15 arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, Salyan rayonu Arbatan bələdiyyəsi tərəfindən X10 0.10 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan Salyan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli aktından göstərilmişdir ki, Salyan bələdiyyəsinin sədri Ə.X.Xanməmmədov, sədr müavini R.Cavadov, Salyan RİH Memarlıq və Tikinti şöbəsinin müdiri T.Hüseynov, Rayon DT və XK-nın rayon şöbəsinin baş mütəxəssisi Y.Dadaşov, Salyan SES-nin baş həkimi M.Ağayev, Muğan regional DYNİ-nin böyük inspektoru O.Məmmədyarov və Salyan RİHnin şəhər üzrə nümayəndəsi öz imzaları ilə təsdiq edərək bildirmişlər ki, kmissiya sözügedən əraziyə baxış keçirmiş və Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev küçəsi 198 saylı evin sakini X10, Salyan şəhəri N.Babayev küçəsində, küçənin qərbində,bələdiyyə mülkiyyəti torpağında,özünə məxsus obyektin altındakı və ətrafındakı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2158 kv.m ölçüdə torpaq sahəsinin onun mülkiyyətinə verilməsini məqsədə müvafiq hesab etmişlər. İş materiallarında olan Salyan RİH Memarlıq və Tikinti şöbəsinin müdiri T.Hüseynov və Rayon DT və XK-nın rayon şöbəsinin müdürü O.T.Quliyev, Bakı şəhəri Yasamal rayonu Xıdır Mustafayev küçəsi 198 saylı evin sakini X1 fəaliyyəti ilə məşğul olmaq üçün 2158 kv.m torpaq sahəsinin ayrılması üçün müsbət rəy vermişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin X9 adına verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Salyan şəhəri B.Talıblı küçəsində yerləşən inzibati bina X9 adına mülkiyyət hüququ əsasında verilmişdir. 14 may 2003-cü il tarixdə 6 №-li reyestr kitabında 6 səhifədə 284 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 07 oktyabr 2022-ci il tarixli **********98 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı barədə 13 saylı Şirvan Ərazi İdarəsində mövcud arxiv materiallarında məlumat aşkar edilməmişdir. İş materiallarında olan Salyan rayon Salyan bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 722 nömrəli məktubunda göstərilmişdir ki, Salyan bələdiyyəsi tərəfindən hazırki iş üzrə (İddiaçı) X11 31 avqust 2007-ci il tarixli, 18 saylı qərarı ilə satılmış 2158.0 kvm (0.2158 ha) torpaq sahəsinə dair bələdiyyə protokolundan çıxarışı və həmin qərarın verilməsinə əsas olan sənədlərin arxiv çıxarışları təqdim edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008107 saylı plan və ölçü sənədinə əsasən, Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 saylı qərarı ilə 2158 kv.m sahibkarlıq fəaliyyəti üçün ayrılmış torpaq sahəsi X8 adına X17 kitabında xx.xx.2007-ci il tarixdə 101 nömrə ilə uçota alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçü sənədinə əsasən, Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarı ilə 870 kv.m sahibkarlıq fəaliyyəti üçün ayrılmış torpaq sahəsi X8 adına X17 kitabında xx.xx.2007-ci il tarixdə 102 nömrə ilə uçota alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2258/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2023-cü il tarixli 10/3010 nömrəli məktubu ilə 06 iyul 2023-cü il tarixli 10/3010 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. 17 aprel 2023-cü il tarixli 10/167 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Mübariz Vəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundan çıxarış əsasında X2 fəaliyyəti ilə məşğul olmaq üçün satılmış 2158 kv.metr torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında X2 məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundan çıxarış əsasında X2 fəaliyyəti ilə məşğul olmaq üçün satılmış 2158 kv.metr torpaq sahəsi ayrıldğı vaxt bələdiyyə mülkiyyətində, hal-hazırda isə torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”, uqodiyası “Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlar” olmaqla Dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında X2 məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsi ayrıldığı vaxt bələdiyyə mülkiyyətində, halhazırda isə torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”, uqodiyası “Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlar” olmaqla Dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundan çıxarış əsasında X1 fəaliyyəti ilə məşğul olmaq üçün satılmış 2158 kv.metr torpaq sahəsində sənəd üzrə göstərilən torpaq sahəsi ilə faktiki yerdə göstərilən torpaq sahəsi uyğunluq təşkil edir.Salyan rayonu Arbatan Bələdiyyəsinin 08.112006-cı il tarixli qərarı əsasında X2 məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsində sənəd üzrə göstərilən torpaq sahəsi ilə faktiki yerdə göstərilən torpaq sahəsi uyğunluq təşkil edir. Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundna çıxarış əsasında X2 fəaliyyəti ilə məşğul olmaq üçün satılmış 2158 kv.metr torpaq sahəsinin və Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında X2 məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsinin koordinatları, elektron kadastr uçotu məlumat bazasına əsasən “Salyan 86 saylı SMD-nin dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür.Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundan çıxarış əsasında X2 fəaliyyəti ilə məşğul olmaq üçün satılmış 2158 kv.metr torpaq sahəsi və Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında X2 məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsinin faktiki olaraq kiminsə istifadəsində olmasını müəyyən etmək olmadı. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 saylı qərarı ilə 2158 kv.m sahibkarlıq fəaliyyəti üçün ayrılmış torpaq sahəsi mərhum X8 mülkiyyətinə satılması qərara alınmış və xx.xx.2007-ci il tarixdə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır, alqı-satqı müqaviləsi əsasında 2158. kv.m torpaq sahəsi 1680 manat pul məbləğinə bələdiyyə tərəfindən mərhum İ.Qarayevaya satılmışdır. Bundan sonra Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 saylı qərarı ilə 2158 kv.m sahibkarlıq fəaliyyəti üçün ayrılmış torpaq sahəsi X8 adına X17 kitabında xx.xx.2007-ci il tarixdə 101 nömrə ilə uçota alınmış və bu barədə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008107 saylı plan və ölçü sənədi verilmişdir. Salyan rayonu Arbatan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarı ilə mərhum X10 aldığı inzibati binanın ətrafından Arbatan Bələdiyyəsi mülkiyyətinə məxsus olan ərazidən sahibkarlıq məqsədilə 0.10 ha torpaq sahəsinin satılması qərara alınmış və Salyan rayonu Arbatan bələdiyyəsi ilə Salyan bələdiyyəsi ilə X15 arasında torpaqların alqısatqısına dair akt imzalanmış, Salyan rayonu Arbatan bələdiyyəsi tərəfindən X10 0.10 ha torpaq sahəsi satılmışdır. Bundan sonra Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarı ilə 870 kv.m sahibkarlıq fəaliyyəti üçün ayrılmış torpaq sahəsi X8 adına X17 kitabında xx.xx.2007-ci il tarixdə 102 nömrə ilə uçota alınmış və bu barədə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçü sənədi verilmişdir. Hal-hazırda İddiaçı mübahisəli torpaq sahələri üzərində mərhum anası X8 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 0.087 ha və 0.2158 ha torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının mərhum anasının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən Salyan rayonunun Arbatan kəndi ərazisində yerləşən 0,087 ha və 0,2158 ha torpaq sahələri elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edilməsi barədə imtina məktubunda qeyd etmişdir. Məhkəmə təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında X2 məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsi ayrıldığı vaxt bələdiyyə mülkiyyətində, hal-hazırda isə torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”, uqodiyası “Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlar” olmaqla Dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi, Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında X2 məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsi ayrıldığı vaxt bələdiyyə mülkiyyətində, halhazırda isə torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”, uqodiyası “Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlar” olmaqla Dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. X2 fəaliyyəti ilə məşğul olmaq üçün satılmış 2158 kv.metr torpaq sahəsinin halhazırda torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”, uqodiyası “Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlar” olmaqla Dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi və Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında X2 məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsinin hal-hazırda torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”, uqodiyası “Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlar” olmaqla Dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi göstərilsə də, məhkəmə tərəfindən Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 saylı qərarı ilə 2158 kv.m sahibkarlıq fəaliyyəti üçün ayrılmış torpaq sahəsinin mərhum X8 mülkiyyətinə satılması barədə qərarı, Salyan rayonu Arbatan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarı ilə torpaq sahələrinin iddiaçının mərhum anası X3 və onun mülkiyyətinə verilməsi və müvafiq alqı-satqı müqaviləsi bağlanması barədə sənəd mötəbər sübut kimi qəbul edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarına əlavə edilmiş sənədlərlə (Salyan bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 18 saylı protokolundan çıxarış, Salyan bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 18 saylı protokolundan torpaqların alqı-satqısına dair akt, Salyan rayonu Arbatan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarı, Salyan rayonu Arbatan bələdiyyəsi ilə Salyan bələdiyyəsi ilə X15 arasında torpaqların alqı-satqısına dair akt, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008107 saylı plan və ölçü sənədi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçü sənədi, Salyan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 53308000 saylı kassa mədaxil orderi) Salyan rayonu Arbatan kəndində 0,087 ha və 0,2158 ha torpaq sahəsinin İddiaçı mərhum X8 mülkiyyətinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etməsini cavabdeh orqan tərəfindən sözügedən torpaq sahəsi üzərində ilkin prosedur qaydasında Salyan rayonu, Arbatan kəndi ərazində yerləşən 0.087 ha və 0.2158 ha torpaq sahələrinin elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edildiyini əsas gətirmişdir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Salyan bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 18 saylı protokolundan çıxarış, Salyan bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 18 saylı protokolundan torpaqların alqı-satqısına dair akt, Salyan rayonu Arbatan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarı, Salyan rayonu Arbatan bələdiyyəsi ilə Salyan bələdiyyəsi ilə X15 arasında torpaqların alqı-satqısına dair akt, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008107 saylı plan və ölçü sənədi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçü sənədi mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X14 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Mübahisəli torpaq sahələri bələdiyyə tərəfindən iddiaçının mərhum anası İ.Qarayevaya ayrılarkən torpaq sahələrinin elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edilməsi barədə cavabdehin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarına qeyd etmişdir ki,”Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Beləliklə məhkəmə hesab edir ki, mərhum İ.X7 və Arbatan Bələdiyyəsi tərəfindən 0.2158 ha və 0.087 ha torpaq sahələri ayrıldığı vaxt hüquqi statusu, kateqoriyası, uqodiyası, növü, təyinatı bələdiyyələrin mülkiyyəti göstərilmişdir, həmçinin mübahisəli torpaq sahələrinin ayrılmasına dair inzibati aktlar hal-hazırda qüvvədədir, mərhuma 2006cı və 2007-ci illərdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008107 saylı plan və ölçü sənədi verilərək, mübahisəli torpaq sahələri X8 adına X17 kitabında uçota alınmışdır. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” təlimatın: 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Salyan rayonunun Arbatan kəndi ərazisində yerləşən 0,087 ha və 0,2158 ha torpaq sahələrinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) mərhum X10 mülkiyyət hüququ əsasında aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-797/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-797/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver