Məhkəmə qərarları › İş №2-1(120)-797/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-797/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-797/2024 08.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarsı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.N95-ci ildə Lerik rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmış, xx.xx.N95-ci il tarixdən (əmr №-83) xx.xx.N95-ci il tarixədək (əmr N-N58) N №-li hərbi hissədə, xx.xx.N95-ci il tarixdən (əmr №-4N) xx.xx.N98-cı il tarixədək döyüş zonasında yerləşən N №-li hərbi hissədə (əmr №N54) əsgər kimi xidmət keçmişəm. N №-li hərbi hissədə xidmət keçərkən o, xx.xx.N95ci il tarixdə Tovuz rayonu ərazisində döyüş vaxtı düşmən tərəfindən atılan güllədən yaralanmışdır. Yaralanmağı ilə əlaqədar xx.xx.N95-ci il tarixdən xx.xx.N95-ci il tarixədək N №-li hərbi hissədə, daha sonra isə N №-li hərbi hissədə müalicədə və müayinədə olmuş və N №-li hərbi hissənin hərbi həkim komissiyası tərəfindən xx.xx.N96-cı il tarixdə şəhadətləndirilmişdir. Daha sonra isə o, xidmətini davam etdirmiş və N №-li hərbi hissə komandirinin xx.xx.N98-ci il tarixli N54 №-li əmri ilə ehtiyata tərxis olunaraq şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata düşmək üçün Lerik rayon hərbi komissarlığına göndərilmişdir. Lakin ona bu günədək müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. O, müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2- N452 №-li arayışına əsasən N №-li hərbi hissədə hərbi xidməti Atəşkəs dövrünə (xx.xx.N95-ci il tarixdən sonra) təsadüf etdiyinə görə vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsnin verilməsindən imtina olunur. İmtinanı əsassız və qanunsuz hesab edir. Belə ki, onun döyüş zonasında yerləşən N №-li hərbi hissədə Atəşkəs dövrünə təsadüf etsə də mən həmin hərbi hissədə xidmət keçərkən döyüş vaxtı yaralanmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək etirazında qeyd etmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi" tələbinə dair iddiası üzrə inzibati işə baxılır. İddiaçı ərizə ilə Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət edərək N nömrəli hərbi hissədə xidmət keçərkən N noyabr N95-ci il tarixdə Tovuz rayonu ərazisində döyüş vaxtı düşmən tərəfindən atılan güllədən yaralanmış, buna görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi" xahiş etmişdir. əsassız olduğundan, rədd olunmalıdır. Müdafiə Nazirliyi iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamə ilə müəyyən edilmişdir. Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda "N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. İstinad olunan normada qanunverici müharibə iştirakçısı hesab olunaraq müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuları hərbi xidmət etdiyi dövrdən asılı olaraq iki grupa ayırmışdır: N. N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər. 2. N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkan bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatlan ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, iddiaçının xidmət illəri atəşkəs dövrünə təsadüf edir. Qanunvericiliyinin yuxarıda sadalanmış tələblərinə görə bu halda iki hal sübuta yetirilməlidir. N. İddiaçının döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi, 2. Həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (travma, kontuziya) alması. Araşdırma zamanı sadalanan hər iki şərtin ödənilməsi yəni iddiaçının həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (travma, kontuziya) alması faktı öz təsdiqini tapmır. Şəxsin bu şərtlərdən hər hansısa birinə cavab verməməsi ona "Müharibə veteranı adının verilməsi istisna edir. İddiaçının aldığı travması döyüş əməliyyatları ilə əlaqədar olmamış, travma xidmət müddətində almışdır. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın Müdafiə Nazirliyi tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. N2 may N94-cü il tarixdən sonra döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının döyüş tapşırıqlarını yerinə yetirərkən xəsarat (yaralanma, travma, kontuziya) alması barədə hər hansı məlumat olmadığına görə qanunvericilikdə ona "Müharibə veteranı adı və vəsiqəsinin verilməsi istisna edilmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlmək olar ki, iddiaçının iddia ərizəsi rədd olunmalıdır. Odur ki, göstərilənləri nəzərə alıb İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AA******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N76-cı il tarixdə Lerik rayonunda anadan olmuş, Lerik rayonunun Noda kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.N95-cı il tarixli, H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı komandirin xx.xx.N95-ci il tarixdə şəxsi heyətin siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-N452 nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas səh 5, məlumatda atasının adı Cəmil yazılmışdır) 3N.03 N95-ci il tarixdə Lerik RHK-dan çağırılmış, xx.xx.N76-cı il təvəllüdlü İddiaçı Cəmil oğlunun komandirin xx.xx.N95-ci il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və xx.xx.N95-ci il tarixli NN N№-li əmrilə N №-li hərbi hissəyə keçirilməsi barədə məlumat vardır. Bildirilir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli N №-li əmrində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin N aprel N95-ci il tarixli 84 №-li əmrilə (əsas: səh 24, sıra 236, əmrdə atasının adı Cəmil yazılmışdır) İddiaçı Cəmil oğlu N №-li hərbi hissəyə getdiyi üçün bütün növ təminatlardan istifadə etmək hüququndan çıxarılmışdır. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş kursant X4 N №-li hərbi hissə komandirinin N iyul N95-ci il tarixli N58 №-li əmrilə (əsas səh N5, § 2, sıra 354, əmrdə adı Ehtibar, atasının adı Cəmil yazılmışdır) bütün növ təminatlardan azad edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas səh 6, sıra 54, məlumatda adı Ehtibar, atasının adı Cəmil yazılmışdır) Lerik RHK-dan çağırılmış XN xx.xx.N95-ci il tarixli 4N №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və Müdafiə nazirinin 28.03 N98-ci il tarixli 46 №-li əmrinə əsasən ehtiyata tərxis edildiyi üçün komandirin xx.xx.N98-ci il tarixli N54 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyul N95-ci il tarixli 4N №-li əmrində (əsas: səh N65. § N) xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır, lakin əmrə adlı siyahı əlavə edilməmişdir. N №-li hərbi hissə komandirinin N noyabr N95-ci tarixli N77 №-li əmrində (əsas səh 56, § 6, sıra 2, əmrdə atasının adı Cəlal yazılmışdır) kəşfiyyat tağımının sıravisi İddiaçı Cəlal oğlunun N №-li hərbi hissəyə müalicəyə göndərilərək ərzaq təminatından çıxarılması barədə məlumat vardır. Müdafiə nazirinin xx.xx.N98-ci il tarixli 46 №-li əmrinə əsasən Silahlı Qüvvələri sıralarından tərxis edildiyi üçün baş atıcı İddiaçı Cəmil oğlu N №-li hərbi hissə komandirinin N may N98-ci il tarixli N54 №-li əmrilə (əsas: səh 76, § 4, sıra 5, əmrdə atasının adı Cəmil yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata düşmək üçün Lerik RHK-na göndərilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, N283 nömrəli məktubunda qeyd edilmişdir ki, N95-ci il tarixdə vətəndaş İddiaçı 230 nömrəli hərbi hospitalda (Gəncə hospitalında) şəhadətləndirilməsi və N №-li hərbi hissədə (Şəmkir hospitalında) stasionar müalicədə olması barədə çıxarış epikrizinin təsdiq olunmuş kserosurətinin verilməsinə dair müraciətinə tərəflərindən baxılmışdır. Bildirir ki, vətəndaş İddiaçı N №-li hərbi hissədə (Şəmkir hospitalında) stasionar müalicədə olması barədə adına tərtib olunmuş xx.xx.N95ci il tarixdən xx.xx.N95-ci il tarixədək 379 №-li xəstəlik tarixindən çıxarılmış "çıxarış epikrizinin" təsdiq olunmuş kserosurəti və xx.xx.N96-cı il tarixdə 230 nömrəli hərbi hospitalda (Gəncə hospitalında) şəhadətləndirilməsi barədə arayış ünvanınıza göndərilir. İş materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, N283 nömrəli arayışında qeyd edilmişdir ki, vətəndaş İddiaçı həqiqətən də xx.xx.N96-cı il tarixdə 230 nömrəli hərbi hospitalın Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: Sağ budun yuxarı N/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yarasından sonrakı cavan epitel hüceyrələri ilə örtülmüş yara. Əsas: 230 nömrəli hərbi hospitalın N95-N96-cı illərə məxsus "Qarnizon Hərbi Həkim Komissiyasının" kitabının 88-ci səhifəsində olan 764-cü sayındakı qeyd. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cu il tarixli 4/2-N452 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə hərbi xidməti Atəşkəs dövrünə (xx.xx.N95-ci il tarixdən sonra) təsadüf etdiyinə görə vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/2-3437 nömrəli məktubunda qeyd edilmişdir ki, N №li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh 5, məlumatda atasının adı Cəmil yazılmışdır) xx.xx.N76-cı il təvəllüdlü İddiaçı Cəmil oğlunun xx.xx.N95ci il tarixdə Lerik RHK-dan çağırılması, komandirin 05 aprel N95-ci il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və komandirin N iyul N95-ci il tarixli N58 №-li əmrilə N №-li hərbi hissəyə keçirilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 0N aprel N95-ci il tarixli 79 №-li əmrilə İddiaçı (esas: § 2, səh 4, sıra N2, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) hərbi hissənin tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N aprel N95-ci il tarixli 84 №li əmrilə İddiaçı Cəmil oğlu (əsas: § 4, səh 24, sıra 236, əmrdə atasının adı Cəmil yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N №-li hərbi hissəyə getdiyi üçün bütün növ təminatlardan istifadə etmək hüququndan çıxarılmışdır. №-li hərbi hissə komandirinin N iyul N95-ci il tarixli N58 №-li əmrilə kursant. 877 X4 (əsas: § 2, səh N5, sıra 354, əmrdə adı Ehtibar və atasının adı Cəmil yazılmışdır, vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) bütün növ təminatlardan azad edilərək xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh 6, sıra 54, məlumatda adı Ehtibar, atasının adı Cəmil yazılmışdır) X3 Lerik RHK-dan çağırılması, komandirin N iyul N95-ci il tarixli 4N №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N98-ci il tarixli 46 №-li əmrinə əsasən ehtiyata tərxis edildiyi üçün komandirin N may N98-ci il tarixli N54 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyul N95-ci il tarixli 4N №-li əmrində (əsas. § N. səh N65) xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır, lakin əmrə adlı siyahı əlavə edilməmişdir. N №-li hərbi hissə komandirinin N noyabr N95-ci tarixli N77 №-li əmrində kəşfiyyat tağımının sıravisi İddiaçı Cəlal oğlunun (esas: § 6, səh 56, sıra 2, əmrdə atasının adı Cəlal yazılmışdır) N5 Ne-li hərbi hissəyə müalicəyə göndərilərək ərzaq təminatından çıxarılması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N98-ci il tarixli 46 №-li əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunmuş, baş atıcı İddiaçı Cəmil oğlu N №-li hərbi hissə komandirinin N may N98-ci il tarixli N54. №-li əmrilə (esas: § 4, sah 76, sıra 5, əmrdə atasının adı Cəmil yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Lerik RHK-na göndərilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli N №-li əmrində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 259 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas səh-5, məlumatda atasının adı "Cəmil" yazılmışdır) xx.xx.N76-cı il təvəllüdlü İddiaçı Cəmil oğlunun xx.xx.N95-ci il tarixdə Lerik RHK-dan çağırılması, komandirin xx.xx.N95-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və komandirin xx.xx.N95-ci il tarixli N58 №-li əmrilə N №-li hərbi hissəyə keçirilməsi barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli N №-li əmrində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Həqiqi hərbi xidmətə çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli 79 №-li əmrilə (əsas: §-2, səh-4, sıra-N2, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi hissənin tərkibinə daxil edilərək bütün növ təminatlardan istifadə hüququ verilmiş və 9-cu MAT-a təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli 84 №-li əmrilə (əsas: §-4, seh-24, sıra-236, əmrdə atasının adı "Cəmil" yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) İddiaçı Cəmil oğlu N №-li hərbi hissəyə getdiyi üçün bütün növ təminatlardan istifadə etmək hüququndan çıxarılmışdır.N №-li hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli N58 №-li əmrilə (əsas: §- 2, sah-N5, sıra-354, əmrdə adı "Ehtibar" və atasının adı "Cəmil" yazılmışdır, vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) 6-cı MAT-ın hərbi qulluqçusu, kursant X4 bütün növ təminatlardan azad edilərək xidmətini davam etdirmək üçün N №-li hərbi hissənin sərəncamına göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas seh-6, sıra-54, məlumatda adı "Ehtibar", atasının adı "Cəmil" yazılmışdır) xx.xx.N95-ci il tarixdə Lerik RHK-dan çağırılmış XN xx.xx.N95-ci il tarixli 4N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N98-ci il tarixli 46 №-li əmrinə əsasən, ehtiyata tərxis edildiyi üçün komandirin xx.xx.N98-ci il tarixli N54 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli 4N №-li əmrində (əsas: §-N, səh-N65) xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş bir qrup hərbi qulluqçularınxx.xx.N95-ci il tarixdən hərbi hissənin bütün növ təminatlarına salınması və xidməti vəzifələrinin icrasına başlamaları barədə məlumat vardır, lakin əmrə adlı siyahı əlavə edilməmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N95-ci tarixli N77 №-li əmrində (əsas: §-6, səh-56, sıra-2, əmrdə atasının adı "Cəlal" yazılmışdır, əmr olduğu kimi yazılmışdır) kəşfiyyat tağımının hərbi qulluqçusu, sıravi İddiaçı Cəlal oğlunun N №-li hərbi hissəyə müalicəyə göndərilərək ərzaq təminatından çıxarılması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N98-ci il tarixli 46 №-li əmrinə əsasən, baş atıcı İddiaçı Cəmil oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N98-ci il tarixli N54 №-li əmrilə (əsas: §-4, səh-76, sıra-5, əmrdə atasının adı "Cəmil" yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Lerik RHK-na göndərilmişdir. Qeyd edirlər ki, N №-li hərbi hissə komandirinin xx.xx.N95 xx.xx.N95-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Tovuz rayonu ərazisində döyüş vaxtı düşmən tərəfindən atılan güllədən yaralanması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı aprel N95-il tarixdən N may N98-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. N may N98-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır 03.06 N98-ci il tarixdan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinın Lerik rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. Əlavə olaraq bildirilir ki, İddiaçı döyuşlərdə iştirak etməsi, yaralanması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində heç bir məlumat yoxdur. İş materiallarında olan N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, N2N nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.N98-ci il tarixli N54 nömrəli əmr ilə ehtiyata buraxılmasına əsas olan məlumat və sənədlər barədə hərbi hissədə heç bir məlumat olmadığından həmin sənədlərin surətinin göndərilməsini təmin etmək mümkün olmamışdır. Bununla bağlı "Müdafiə Nazirliyinin Mərkəzi Arxivi"nə müraciət etməyiniz xahiş olunur. İş materiallarında olan Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin 02 mart 2024-cü il tarixdə məhkəməyə ünvanladığı məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.N96-cı il tarixdə 230 nömrəli hərbi hospitalın Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir.Diaqnoz- Sağ budun yuxarı N/3-nin yumşaq toxumasının dəlib-keçən güllə yarasından sonrakı cavan epitel hüceyrələri ilə örtülmüş yara.MN-nin N87-ci il 260 nömrəli əmrinin 33q maddəsinin N bəndinə əsasən hərbi xidmət vəzifələrini yerinə yetirməkdən N5 gün azad olması məsləhətdir.Hərbi hissənin nəzarətində yerləşdirilməklə. İş materiallarında olan Müdafiə Nazirliyinin N0 mart 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, N95-ci il tarixdə vətəndaş İddiaçı 230 nömrəli hərbi hospitalda şəhadətləndirilməsi və N5 nömrəli hərbi hissədə stasionar müalicədə olması barədə çıxarış epikrizinin kserosurəti göndərilmişdir.Qoşma- 379 nömrəli xəstəlik tarixindən çıxarılmış “çıxarış epikrizinin” təsdiq olunmuş surəti. İş materiallarına 379 nömrəli xəstəlik tarixindən çıxarılmış “çıxarış epikrizi” əlavə olunmuşdur.Epikrizdən müəyyən olunur ki, iddiaçının bildirdiyinə əsasən, o, xx.xx.N95-ci il tarixdə saat 8:30 radələrində Tovuz rayonu ərazisində düşmən tərəfindən atılan güllədən yaralanmışdır. Sağ budun yuxarı N/3-nin yumşaq toxumasının dəlib-keçən güllə yarasından sonrakı cavan epitel hüceyrələri ilə örtülmüş yara diaqnozu qoyulmuşdur. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N9Nci il oktyabrın 9-dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə müəyyən etdi ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Eyni zamanda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, N283 nömrəli arayışında qeyd edilmişdir ki, vətəndaş İddiaçı həqiqətən də xx.xx.N96-cı il tarixdə 230 nömrəli hərbi hospitalın Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: Sağ budun yuxarı N/3nin yumşaq toxumalarının dəlib-keçən güllə yarasından sonrakı cavan epitel hüceyrələri ilə örtülmüş yara. Əsas: 230 nömrəli hərbi hospitalın N95-N96-cı illərə məxsus "Qarnizon Hərbi Həkim Komissiyasının" kitabının 88-ci səhifəsində olan 764-cü sayındakı qeyd. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/2-3437 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh 5, məlumatda atasının adı Cəmil yazılmışdır) xx.xx.N76-cı il təvəllüdlü İddiaçı Cəmil oğlunun xx.xx.N95-ci il tarixdə Lerik RHK-dan çağırılması, komandirin 05 aprel N95-ci il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və komandirin N iyul N95-ci il tarixli N58 №-li əmrilə N №-li hərbi hissəyə keçirilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 0N aprel N95ci il tarixli 79 №-li əmrilə İddiaçı (esas: § 2, səh 4, sıra N2, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) hərbi hissənin tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N aprel N95-ci il tarixli 84 №-li əmrilə İddiaçı Cəmil oğlu (əsas: § 4, səh 24, sıra 236, əmrdə atasının adı Cəmil yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N №-li hərbi hissəyə getdiyi üçün bütün növ təminatlardan istifadə etmək hüququndan çıxarılmışdır. №-li hərbi hissə komandirinin N iyul N95-ci il tarixli N58 №-li əmrilə kursant. 877 X4 (əsas: § 2, səh N5, sıra 354, əmrdə adı Ehtibar və atasının adı Cəmil yazılmışdır, vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) bütün növ təminatlardan azad edilərək xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh 6, sıra 54, məlumatda adı Ehtibar, atasının adı Cəmil yazılmışdır) X3 Lerik RHK-dan çağırılması, komandirin N iyul N95-ci il tarixli 4N №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N98-ci il tarixli 46 №-li əmrinə əsasən ehtiyata tərxis edildiyi üçün komandirin N may N98-ci il tarixli N54 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyul N95-ci il tarixli 4N №-li əmrində (əsas. § N. səh N65) xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır, lakin əmrə adlı siyahı əlavə edilməmişdir. N №-li hərbi hissə komandirinin N noyabr N95-ci tarixli N77 №-li əmrində kəşfiyyat tağımının sıravisi İddiaçı Cəlal oğlunun (esas: § 6, səh 56, sıra 2, əmrdə atasının adı Cəlal yazılmışdır) N №-li hərbi hissəyə müalicəyə göndərilərək ərzaq təminatından çıxarılması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N98-ci il tarixli 46 №-li əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunmuş, baş atıcı İddiaçı Cəmil oğlu N №-li hərbi hissə komandirinin N may N98-ci il tarixli N54. №-li əmrilə (esas: § 4, sah 76, sıra 5, əmrdə atasının adı Cəmil yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Lerik RHK-na göndərilmişdir. Qeyd edir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli N №-li əmrində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, inzibati orqan kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarızəruri inzibati icraat aparılmaqla araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun N.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. N3.N-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar