Məhkəmə qərarları › İş №2-1(120)-799/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-799/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-799/2022 07.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 07 sentyabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilərək ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, güzəştli şəıtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF Saatlı rayon fılialına müraciət etmişdir. O, 07 may 2019-cu il tarixdən 31 avqust 2019-cu il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almışdır. Ona pensiya təyin edildikdən sonra DSMF Saatlı rayon şöbəsi tərəfindən 2019-cu ilin yanvar, aprel və may ayları ərzində ümumilikdə 58 nəfər rayon sakininə güzəştli şəıtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmışdır. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X12 tərəfındən imzalanmış 06 may 2020-ci il tarixli qərarda göstərilir ki, istintaq zamanı 52 şəxsin yəni, İddiaçı əmək kitabçasındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir. Yuxarıda adları göstərilmiş 52 şəxsin (İddiaçı) pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı miiəyyən edilmişdir. Bundan sonra ona təyin edilmiş əmək pensiyası bərpa edilməmişdir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fonduna rəsmi müraciət etmişdir. DSMF Saatlı rayon şöbəsindən ona ünvanlanmış 10 iyul 2020-ci il tarixli, ********** saylı məktubda göstərilir ki, əmək kitabçasında əmək pensiyanızın təyin edilməsi üçün əsas götürülmüş bəzi dövrlərin sosial sığorta stajları üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sübutlar mövcud olmadığı miiəyyən edilmişdir. Ona görə əmək pensiyası hüququnuzun olmadığı müəyyən edilmişdir. Bundan sonra ərizə ilə Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi müraciət etmişdir. Müraciəti ilə bağlı ona ünvanlanmış 26 noyabr 2021-ci il tarixli, **********6 saylı məktubda qeyd edilir ki, əmək kitabçanıza və oradakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində əsasən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 08 oktyabr 2010-cu il tarixdə qeydiyyatdan keçmis Qaydaların 3.1.1-ci bəndinə əsasən Oanunun qüvvəyə mindiyi günədək sığortaolunanın qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş işlədiyi müddətlərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sübutların mövcud olmamasına görə sosial sığorta stajlarının nəzərə alınmaması qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdeh təşkilat qeyd etdiyim hərəkətlərlə onun konstitusion hüququnu pozur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, DSMF-nin Saatlı rayon şöbəsinin 07 may 2019-cu il tarixli qərarı ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş olsa da, 01 sentyabr 2019-cu il tarixdən etibarən pensiyanın ödənilməsi dayandırılmışdır. İddiaçının, Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1989-cu il tarixli, HT-İ ******* nömrəli əmək kitabçasının surətinə baxış keçirilən zaman orada qeyd edilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçının əmək kitabçasında qeyd edilən tarixlər həmin tarixdə mövcud olmayan Azərbaycan SSR-yə aid etibarsız möhürlə təsdiqlənmişdir. Buna görə də, iddiaçının əmək kitabçası əsasında əmək stajının müəyyənləşdirilməsi mümkün olmamışdır. Sözügedən əmək kitabçasının surətində müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyniliyi müəyyən edilmişdir. İddiaçının çalışdığını iddia etdiyi “X13 Müəssisəsi”nin ümumiyyətlə fəaliyyət göstərib-göstərmədiyini müəyyənləşdirmək mümkün deyildir. Halbuki bu məqam, iddiaçının istər ümumi, istərsə də, güzəştli iş stajının müəyyənləşdirilməsi üçün zəruridir. İnternet Vergi İdarəsinin axtarış sistemində bu adda müəssisənin mövcudluğu müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X5 06 may 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi 13 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasmın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini-Baş prokuror yarnnda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanmda Dövlət Sosial Müdafıə Fondunun Saatlı rayon şöbəsində ayrıayrı şəxslərə pensiya təyin edilərkən qanunsuzluqlara yol verilməsi faktına görə Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin başlanmasına səbəb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən 2019-cu ilin yanvar, aprel və may ayları ərzində ümumilikdə 58 nəfər rayon sakininə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işindən Fondun Saatlı rayon şöbəsində (6) şəxsin, yəni X8, X2, X6, X3, X9 və X1 sənəddən istifadə etmələri xüsusatı ilə bağlı fakta görə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə vahid cinayət işinin ayrıca icraata aynlmasının zərurliyi nəzərə alınmışdır. Bundan başqa, Dövlət Sosial Müdafıə Fondunun Saatlı rayon şöbəsində 2019-cu ilin yanvar, aprel və may ayları ərzində pensiya təyinatı aparılmış 52 şəxsin, yəni, X4 və qeyrilərinin əmək kitabçalarındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduğu əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmiş, həmin 52 şəxsin pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 şəxsin 10 saylı Regional Ərazi Filialının Saatlı rayon qəbul şöbəsinin xx.xx.2021-ci il tarixli, **********0 saylı Arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 şəxsin 10 saylı Regional Ərazi Filialının Saatlı rayon qəbul şöbəsindən yaşa görə güzəştli şərtlə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək pensiyası almışdır. İş materiallarında olan olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 şəxsin 10 saylı Regional Ərazi Filialının Saatlı rayon qəbul şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci, 8-ci və 9-cu maddələrinə əsasən vətəndaşların yaşının tamam olması ilə bərabər pensiya təyin edilməsi üçün sosial sığorta stajının toplanması da əsas tələblərdən biridir. Həmçinin, bu Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüququ şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyətləri sığorta stajlarına daxil edilir. Bununla əlaqədar Sizin işlədiyiniz müsssisənin fəaüyyəti ilə bağlı araşdırma aparılmış və mümkün bütün məcburi dövlət sosial sığorta haqlarının ödənilmiş sosial sığorta stajları barədə sübutlar toplanmışdır. Sizə yaşa görə güzəştli iş stajına görə təyin edilmiş əmək pensiyası işində əmək kitabçasında əmək pensiyası təyin edilməsi üçün əsas götürülmüş bəzi dövrlərin sosial sığorta stajları üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sübutların mövcud olmadığı müəyyən edilmişdir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sübutlar mövcud olmayan sosial sığorta stajları nəzərə alınmadığına görə əmək pensiyası hüququnuzun yaranmadığı aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, əmək pensiyası işiniz üzrə əmək pensiyası təyinatına dair qərar ləğv edilmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında'” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz 20 sentyabr 1989-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızın surəti araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanızda qeyd edilən tarixlər həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiqlənmişdir. Buna görə də əmək stajınızı dəqiqləşdirmək mümkün olmadığı üçün yuxarıda qeyd olunan dövrləri stajına daxil etmək mümkün deyil. Bundan başqa əmək kitabçanızın surətində müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir. Bu səbəbdən də sizə dair əmək kitabçanızın surətindəki qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Qeyd edilənlərə əsasən əmək kitabçanıza və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı DSMF-nin Saatlı rayon şöbəsinin 07 may 2019-cu il tarixli qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək pensiyası almış, lakin əmək pensiyası işi üzrə əmək pensiyası təyinatına dair qərar ləğv edildiyindən 01 sentyabr 2019-cu il tarixdən etibarən pensiyanın ödənilməsi dayandırılmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırımasına əsas iddiaçının, Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1989-cu il tarixli, HT-İ ******* nömrəli əmək kitabçasının surətinə baxış keçirilən zaman orada qeyd edilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçının əmək kitabçasında qeyd edilən tarixlər həmin tarixdə mövcud olmayan Azərbaycan SSR-yə aid etibarsız möhürlə təsdiqlənmiş, sözügedən əmək kitabçasının surətində müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyniliyi müəyyən edilmişdir. Bundan əlavə, iddiaçının çalışdığını iddia etdiyi “X13 Müəssisəsi”nin ümumiyyətlə fəaliyyət göstərib-göstərmədiyini müəyyənləşdirmək mümkün deyildir. Halbuki bu məqam, iddiaçının istər ümumi, istərsə də, giizəştli iş stajının müəyyənləşdirilməsi üçün zəruridir. İnternet Vergi İdarəsinin axtarış sistemində bu adda müəssisənin mövcudluğu müəyyən edilmir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə ki, cavabdehin istinad etdiyi hallarla əlaqədar, yəni iddiaçıya pensiya təyin edilərkən qanunsuzluqlara yol verilməsi faktına görə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Lakin əmək kitabçasındakı iş yerləri və əmək stajı barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onun işləmiş olduğu əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmiş, həmin şəxsin pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. Beləliklə, iddiaçının pensiyasının dayandırılması ilə bağlı aparılmış inzibati icraat zamanı, eləcə də, məhkəmə icraatı zamanı pensiyanın dayandırılmasına əsas olmuş hallar barədə mötəbər əsaslar aşkar edilməmiş, pensiyanın dayandırılmasının əsaslı olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İşin müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı 25 il ümumi sosial sığorta stajına və 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğundan, eləcə də, qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatdığından güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar