Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-799/2023 14.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 14 fevral 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli Qərarına əsasən İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərardan məlum olur ki, İddiaçı MMC barəsində sözügedən qərarın qəbul edilməsinə səbəb cəmiyyətin rəhbəri X4 riskli vergi ödəyicisi olan "xxxx" MMC-nin rəhbəri olmasıdır. Hesab edir ki, sözügedən qərarın qəbul edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verildiyindən qeyd olunan qərar ləğv edilməli, eləcə də, sözügedən qərarın qəbul edilməsini şərtləndirən hal aradan qalxdığından İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısmdan çıxarılması barədə qərar qəbul edilməlidir. İlk növbədə bildidir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə qərarın yerli vergi orqanı tərəfındən qəbul edilməsi və barəsində inzibati icraat aparılan şəxsə məlumat verilmədən, onun dinlənmə hüququ pozulmaqla inzibati aktın qəbul edilməsi qanunvericiliyin tələbinə ziddir. Eləcə də bildirir ki, xx.xx.2021-ci il tarixli “Təsis payının alqı-satqısı müqaviləsinə” əsasən İddiaçı MMC-nin 10 manat məbləğində olan nizamnamə kapitahndakı 1 payı tam olaraq X1. xx.xx.2022-ci il tarixdə isə İddiaçı MMC-nin ümumi yığıncağının qərarına əsasən X10 müəssisənin rəhbəri təyin edilmişdir. Bundan sonra müvafiq dəyişikliyin aparılması ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmuş və müəssisənin reyestr məlumatlarında müvafiq dəyişikliklər aparılmışdır. Beləliklə, İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyiciləri siyahısma daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsas aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.7-ci maddəsinə əsasən bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Hal-hazırda müəssisənin təsisçisi və rəhbəri X7r, o isə heç bir riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri və ya təsisçisi deyildir. Qeyd olunan səbəbdən İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısmdan çıxarılması barədə qərar qəbul edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən “Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi” ilə bağlı 28 mart 2016-cı il tarixli 089273 nömrəli lisenziya verilmişdir və bu lisenziyaya uyğun olaraq müəssisə tərəfindən bəzi dövlət layihələri çərçivəsində spesifık işlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsi ilə İddiaçı MMC arasında bağlanmış SOCAR**********0370861X00044 nömrəli Xidmət müqaviləsinə əsasən müəssisə dövlət əhəmiyyətli layihələrdən olan ölkə ərazisində magistral qaz xətlərində və qaz paylayıcı stansiyalarında əsaslı yenidən qurma işləri cərcivəsində 5 rayonun (Bərdə QPS, Agcəbədi QPS, Tərtər QPS, Allahyarlı QPS, Balaxanı KS) magistiral Qaz xətləri üzərində yeni quraşdırılmış separatorların pasportlaşdırılması, texniki diaqnostikası, hidravlik sınagı, digər texniki yoxlamaların həyata kecirilməsi, Fövqaladə Hallar Nazirliyində qeydiyyatı və istismara yararlılıq haqqında rəylər ilə bağlı işlərin görülməsi öhdəliyini daşıyır. Bildirmək istəyirlər ki, müəssisələri riskli vergilər ödəyicilər siyahısında saxlanıldıgı üçün onlar SOCAR-ın Qaz İxrac İdarəsi qarşısında götürdükləri öhdəlikləri qaz paylayıcı avadanlıqların texniki yoxlamalarını (pasportlaşdırılması, texniki diaqnostikası, hidravlik sınagı, FHN-ə təhvil və digər texniki yoxlamalar) həyata keçirə bilmirlər və nəticədə layihənin təhvil verilməsində ciddi vaxt itkilərinə səbəb olurlar. Əgər magistiral qaz xətlərində yuxarda sadalanan yoxlamalar vaxtında baş tutmayacagı təqdirdə bunun nəticəsi olaraq 5 Qaz paylayıcı stansiyanın qaz təchizatında təbii qaz kəsintilərinə səbəb ola bilərlər. Yoxlanılacaq avadanlıqların son dərəcə təhlükəliliyini nəzərə alaraq bildirmək istəyirlər ki, sınaqların gecikməsi stansiyalarda bədbəxt hadisələrə (partlayış və s.) səbəb ola bilər. Xüsusi olaraq qeyd olunmalıdır ki, Qaz İxrac İdarəsi dəfələrlə onlara yazılı və şifahi şəkildə bildirmişdir ki, avadanlıqların yoxlama vaxtlarının müddəti ötürülür və müəssələrindən ciddi şəkildə tələb edilir ki, dövlət əhəmiyyətli layihənin icrasını başa çatdırsınlar. “İnzibati icraat haqqmda” Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi-müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən qəbul edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il 393 nömrəli Fərmanının 1.12-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 13.2.72-ci (ikinci halda) maddəsində, 13.2.82-ci maddəsinin ikinci cümləsində, 16.1.3-1-ci (ikinci halda), 16.1.8-ci (ikinci halda), 16.6-cı (ikinci halda), 16.7-ci (ikinci halda), 26.2-1-ci (üçüncü halda), 33.7- ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 50-2.2-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 76.1-1-ci (ikinci halda), 77.5-ci (ikinci halda), 77.6-cı (ikinci halda) maddələrində, 194.1-ci maddəsinin ikinci cümləsində (birinci halda) və 222.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.18-ci maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən qəbul edilir. Yuxarıda sadalanan xüsusiyyətlərlə bağlı tərəflərindən xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli Qərarın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********426100 nömrəli məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət olunmuş, lakin sonuncunun xx.xx.2022-ci il tarixli, **********859600 nömrəli məktubuna əsasən qərarın ləğv olunmasından imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı (VÖEN: **********) cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Hesab edirik ki, iddia ərizəsi üzrə iddia tələbi tam əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, eləcə də bildiririk ki, xx.xx.2021-ci il tarixli “Təsis payının alqı-satqısı müqaviləsinə” əsasən İddiaçı MMC-nin 10 manat məbləğində olan nizamnamə kapitalındakı 1 payı tam olaraq X1. xx.xx.2022-ci il tarixdə isə İddiaçı MMC-nin ümumi yığıncağının qərarına əsasən Salmanov Mübariz llham oğlu müəssisənin rəhbəri təyin edilmişdir. Bundan sonra müvafiq dəyişikliyin aparılması ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmuş və müəssisənin reyestr məlumatlarında müvafiq dəyişikliklər aparılmışdır. Beləliklə, İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsas aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.7-ci maddəsinə əsasən bu “Meyarlar”ın 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Halhazırda müəssisənin təsisçisi və rəhbəri Salmanov Mübariz llham oğludur, o isə heç bir riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri və ya təsisçisi deyildir. Qeyd olunan səbəbdən İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməlidir. Yuxarıda qeyd olunanlarla bağlı bildirirlər ki, Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətləri Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq risk meyarları əsasında təhlil edilir. X4 rəhbəri və təsisçisi olduğu "xxxx" MMC tərəfindən (VÖEN: **********) aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma halları və riskləri müəyyən edilmiş və yuxarıda qeyd olunan qərar ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1,3.1.1, 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli **********143900 nömrəli riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar çıxarılmışdır. Qeyd olunanlara əsasən X4 rəhbəri və təsisçisi olduğu digər müəssisə "xxxx" MMC (VÖEN: **********) barəsində də “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.7-ci yarımbəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərar çıxarılaraq elektron qutusuna göndərilmişdir. Eləcə də, araşdırma ilə əlaqədar cari ilin 14 mart və 20 aprel tarixlərində 6 saylı Ərazi Vergilər Baş İdarəsində keçirilmiş görüşlərdə cəmiyyətin səlahiyyətli nümayəndəsi kimi əvvəlki rəhbər X4 iştirak etməsi vergi ödəyicisinin rəsmi benefisiarının Salmanov Mübariz llham oğlunun olmadığı ehtimalını yaradır. Həmin görüşlərdə nümayəndə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin aidiyyəti vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş və qəbul zamanı ətraflı izahatlar verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları’’nın 2-ci bəndində riskli vergi ödəyicilərinin meyarları təsbit olunmuşdur. “Meyarlar”ın 2.1-ci yarımbəndinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda (2.1.1); aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə (2.1.2); idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (2.1.3.) (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə (2.1.4.); vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda (2.1.5.); bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs (2.1.6.); bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs (2.1.7.); beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.8.). “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları’’nın 3-cü bəndində riskli əməliyyatların meyarları təsbit olunmuşdur. “Meyarlar”ın 3.1-ci yarımbəndinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə (3.1.1.); vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə (3.1.2.). “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il 393 nömrəli Fərmanının 1.12-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 13.2.72-ci (ikinci halda) maddəsində, 13.2.82-ci maddəsinin ikinci cümləsində, 16.1.3-1-ci (ikinci halda), 16.1.8-ci (ikinci halda), 16.6-cı (ikinci halda), 16.7-ci (ikinci halda), 26.2-1-ci (üçüncü halda), 33.7ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 50-2.2-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 76.1-1-ci (ikinci halda), 77.5-ci (ikinci halda), 77.6-cı (ikinci halda) maddələrində, 194.1-ci maddəsinin ikinci cümləsində (birinci halda) və 222.3-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.18-ci maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən qəbul edilir. İş materiallarına, o cümlədən cavabdeh təşkilatın məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********806200 nömrəli məktubuna və ona əlavə olunmuş 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********141500 nömrəli qərarına, həmçinin cavabdehin iddiaya qarşı etirazına əsasən X4 rəhbəri və təsisçisi olduğu "xxxx" MMC tərəfindən (VÖEN: **********) aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma halları və riskləri müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”nın 2.1.1,3.1.1, 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq müəssisənin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********143900 nömrəli Qərar çıxarılmışdır. Bununla əlaqədar “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.7-ci yarımbəndinə uyğun olaraq X4 rəhbəri və təsisçisi olduğu İddiaçı MMC-nin də (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərar çıxarılmışdır. Beləliklə, İddiaçı MMC-nin (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələblərinin pozulması halına yol verilməmişdir. İş materiallarına əsasən İddiaçı MMC-nə İqtisadiyyat Nazirliyi tərəfindən “Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi” ilə bağlı 28 mart 2016-cı il tarixli 089273 nömrəli lisenziya verilmişdir və bu lisenziyaya uyğun olaraq müəssisə tərəfindən bəzi dövlət layihələri çərçivəsində spesifık işlər həyata keçirilir. İş materiallarına əsasən, o cümlədən işdə olan Azerbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsi ilə İddiaçı MMC arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli SOCAR**********0370861X00044 nömrəli “Xidmət müqaviləsi”nə əsasən müəssisə dövlət əhəmiyyətli layihələrdən olan ölkə ərazisində magistral qaz xətlərində və qaz paylayıcı stansiyalarında əsaslı yenidən qurma işləri cərcivəsində 5 rayonun (Bərdə QPS, Agcəbədi QPS, Tərtər QPS, Allahyarlı QPS, Balaxanı KS) magistiral Qaz xətləri üzərində yeni quraşdırılmış separatorların pasportlaşdırılması, texniki diaqnostikası, hidravlik sınagı, digər texniki yoxlamaların həyata kecirilməsi, Fövqaladə Hallar Nazirliyində qeydiyyatı və istismara yararlılıq haqqında rəylər ilə bağlı işlərin görülməsi öhdəliyini daşıyır. Müəssisənin riskli vergi ödəyicilərinin siyahısında saxlanılması onun SOCAR-ın Qaz İxrac İdarəsi qarşısında götürdüyü öhdəliklərin icrasının vaxtında təmin etməsində çətinliklər yaratmaqla qarşı tərəfdə haqlı narazılıqların yaranmasına səbəb olmuşdur. İş materiallarına, o cümlədən işdə olan xx.xx.2021-ci il tarixli “Təsis payının alqısatqısı müqaviləsinə” və 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********795200 nömrəli çıxarışa əsasən İddiaçı MMC-nin 10 manat məbləğində olan nizamnamə kapitahndakı 1 payı tam olaraq X2, xx.xx.2022-ci il tarixdə İddiaçı MMCnin ümumi yığıncağının qərarına əsasən X10 müəssisənin rəhbəri təyin edilmiş, bununla əlaqədar müvafiq dəyişikliyin aparılması ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmuş və müəssisənin reyestr məlumatlarında müvafiq dəyişikliklər aparılmışdır. İş materiallarına əsasən iddiaçı qeyd olunanların nəzərə alınaraq xx.xx.2022-ci il tarixli **********141500 nömrəli Qərarın ləğv edilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmiş, lakin vergi orqanının xx.xx.2022-ci il tarixli **********859600 nömrəli məktubuna əsasən qərarın ləğv olunmasından imtina edilmişdir. Cavabdeh təşkilat iddiaya qarşı etirazında imtinanın səbəbi kimi bildirmişdir ki, 14 mart və 20 aprel tarixlərində 6 saylı Ərazi Vergilər Baş İdarəsində keçirilmiş görüşlərdə cəmiyyətin səlahiyyətli nümayəndəsi kimi əvvəlki rəhbər X4 iştirak etməsi vergi ödəyicisinin rəsmi benefisiarının X5 olmadığı ehtimalını yaradır. Lakin bu “ehtimal” cavabdeh təşkilatın özü tərəfindən verilmiş çıxarışla tam təkzib olunur. Belə ki, işdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, **********795200 nömrəli çıxarışa əsasən İddiaçı MMC-nin (VÖEN: **********) hazırki qanuni təmsilçisi X7r. Cavabdeh təşkilatın məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********806200 nömrəli məktubdan və ona əlavə olunmuş 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarından görünür ki, İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab edilməsinə yeganə səbəb həmin vaxt cəmiyyətin rəhbəri olmuş X4 təsisçisi və rəhbəri olduğu, riskli vergi ödəyicisi olan digər müəssisənin, yəni "xxxx" MMC-nin rəhbəri olması olmuşdur. Lakin iş materiallarına, o cümlədən xx.xx.2021-ci il tarixli “Təsis payının alqı-satqısı müqaviləsinə”, İddiaçı MMC-nin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarına və 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********795200 nömrəli çıxarışa əsasən İddiaçı MMC-nin (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********141500 nömrəli qərarın qəbul edilməsini şərtləndirən hal aradan qalxmışdır. Məhkəmə İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlar zamanı vergidən yayınma hallarının və risklərinin müəyyən edilməməsini, iddiaçının fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2-ci və 3cü bəndlərində təsbit olunmuş meyarların mövcud olmamasını, həmçinin İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab olunması və riskli vergi ödəyiciləri siyahısma daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasın aradan qalxmasını, yəni hal-hazırda müəssisənin təsisçisinin və rəhbərinin X5 olduğunu, onun isə heç bir riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olmadığını nəzərə alaraq iddiaçının İddiaçı MMC-nin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə iddia tələbini əsaslı hesab edir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisimüvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2.1, 4.1, 14, 23.1, 58.7. 62, 68-69, 75, 81 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-799/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-799/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver