Məhkəmə qərarları › İş №2-1(120)-8/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-8/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-8/2021 18.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “Hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2016-cı ilin İV rübü, 2017-ci ilin İV rübü və 2018-ci ilin İ rübünə dair «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən qəbul edilməsi və «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin 2016-cı ilin İV rübü, 2017-ci ilin İV rübü və 2018-ci ilin İ rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının məhz həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.12.2018-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cəmiyyətin Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsində qeydiyyatda olduğu bildirilmiş, bununla əlaqədar cavabdeh Dövlət Sosial Müdafiə Fondu İri Sığortaedənlərlə İş İdarəsinin əsl cavabdeh-Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi ilə əvəz olunması xahiş edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 20.12.2018-ci il tarixli 2-1(086)-2546/2018 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu İri Sığortaedənlərlə İş İdarəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi ilə əvəz olunmuşdur. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2018-ci il tarixli 2-1(086)-2546/2018 nömrəli qərarı ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2016-cı ilin İV rübü, 2017-ci ilin İV rübü və 2018-ci ilin İ rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi tərəfindən qəbul edilməsi və «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin 2016-cı ilin İV rübü, 2017-ci ilin İV rübü və 2018-ci ilin İ rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının məhz həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2018-ci il tarixli 2-1(086)-2546/2018 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli məhkəmə iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər idarəsi ilə əvəz edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2-1(106)-210/2019 nömrəli qərarı ilə Şirvan-İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2-1(086)-2546/2018 saylı qərarının dəyişdirilməsi, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin 2016-cı ilin 4 (dörd), 2017-ci ilin 4 (dörd) rübü və 2018ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 noyabr 2019-cu il tarixli, 2-1(106)-2606/2019 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Əhməd Hüseyn tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin olunması, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2- 1(106)-210/2019 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 yanvar 2020-ci il tarixli, 2-1(106)-100/2020 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2018-ci il tarixli 2- 1(086)-2546/2018 nömrəli qərarının ləğv edilməsi, inzibati iş qərarın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla iddianın mümkünlük şərtinin ödənilibödənilməməsinin yoxlanılması istiqamətində məhkəmə araşdırmasının aparılması, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tаriхli, 2-1(120)-619/2020 nömrəli qərardadı ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “Hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Lənkəran şəhər filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tаriхli, 2-1(120)-8/2021 nömrəli qərardadı ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “Hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə İdarəsi tərəfindən “xxxx” MMC-yə məcburi dövlət sosial sığorta haqları üzrə 23.07.2018-c il tarixinə 239727,69 manat borc məbləği hesablanmışdır. Lakin iddiaçı həmin borc məbləği ilə razı deyil və hesab edir ki, borc silinərək, təqdim edilmiş dəqiqləşmələr əsasında yenidən hesablamalar aparılmalıdır. Belə ki, 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair tərəflərindən əvvəlcə ilkin hesabatlar təqdim edilmişdir. Lakin həmin hesabatlarda yanlışlıqlara yol verildiyindən 07.08.2018-ci il tarixində onlar həmin dövrlər üçün dəqiqləşmiş hesabatları təqdim etsələr də, həmin hesabatlar qəbul edilməmiş və ilkin hesabat əsasında onlara yuxarıda qeyd edilən məbləğdə borc hesablanmışdır. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bildirir ki, ilkin hesabatda təqdim edilmiş hesablamalarda səhvə yol verildiyindən həqiqətləri əks etdirmir və buna görə də MMC-yə məcburi dövlət sosial sığorta haqları həmin rəqəmlər əsasında deyil, dəqiqləşmiş hesabatlar əsasında hesablanmalıdır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və üçüncü şəxs Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş idarəsinin nümayəndəsi X3 izahatında iddiaçının iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilmiş «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın, kommersiya hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamənin və əmrin təsdiq olunmuş surətlərindən görünür ki, həmin cəmiyyət Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 21.11.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış və ona qeydiyyat nömrəsi ********** olan şəhadətnamə verilmiş, 29.09.2016-cı il tarixli **********181800 nömrəli dövlət reyestrindən çıxarışla təmin edilmişdir, hüquqi ünvanı Lənkəran rayonu Bakı-Astara magistralı, qanuni təmsilçisi X4r. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş sığortaedənin məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatları haqqında ilkin hesabat sənədlərindən görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2016-cı il, 2017-ci il və 2018ci ilin İ rübü üçün təqdim olunmuş ilkin hesabatlar əsasında sığortaedənə 23.07.2018-ci il tarixinə 239727,69 manat borc məbləği hesablanmışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin məhkəməyə göndərdiyi 20 dekabr 2018-ci il tarixli, 1/2-1694 nömrəli məktubunda qeyd edilmişdir ki, “xxxx“ məhdud məsuliyyətli cəmiyyətin Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentinə qarşı 2016-cı ilin İV rübü, 2017-ci ilin İV rübü və 2018- ci ilin İ rübünə dair “xxxx” MMC tərəfindən təqdim edilmiş hesabatların Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə üzrə iş Departamenti tərəfindən qəbul edilməsi və “xxxx” MMC-nin 2016-cı ilin İV rübü, 2017-ci ilin İV rübü və 2018-ci ilin İ rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının məhz həmin dəqiqləşmiş hesabatlar əsasında hesablanmış öhdəliyinin cavandehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə aşağıdakıları bildiririk: “xxxx” MMC Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş idarəsinin deyil Fondun Lənkəran şəhər şöbəsinin uçotundadır. Məcburi dövlət sosial sığorta haqlarının toplaması qaydalarına əsasən əvvəl təqdim edilmiş hesabatlarda maliyyə göstəricilərinin (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı) dəyişməsi səbəbindən dəqiqləşmə tələb edərsə, dəqiqləşmiş məlumatlar sığortaedəndə səyyar yoxlama aparılmaqla təqdim edilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən DSMF orqanları tərəfindən səyyar yoxlamalar aparılması dayandırıldığı üçün sığortaedən dəqiqləşmiş hesabatla əlaqədar ilkin uçot sənədlərini uçotda olduğu DSMF orqanına təqdim etməlidir. Həmin sənədlər əsasında DSMF orqanı tərəfindən kameral yoxlama aparılmalıdır. Hesabatlar kameral yoxlamanın nəticələrinə uyğun təqdim edilməlidir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin məhkəməyə göndərdiyi 26 dekabr 2018-ci il tarixli, 1/2-1709 nömrəli məktubunda qeyd edilmişdir ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyətin Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinə qarşı 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin İ rübünə dair “xxxx” MMC tərəfindən təqdim edilmiş hesabatların Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi tərəfindən qəbul edilməsi və “xxxx” MMC-nin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin İ rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının məhz həmindəqiqləşmiş hesabatlar əsasında hesablanmış öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə aşağıdakıları bildiririk: Məcburi dövlət sosial sığorta haqlarının toplaması qaydalarına əsasən əvvəl təqdim edilmiş hesabatlarda maliyyə göstəricilərinin (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı) dəyişməsi səbəbindən dəqiqləşmə tələb edərsə, dəqiqləşmiş məlumatlar sığortaedəndə səyyar yoxlama aparılmaqla təqdim edilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən DSMF orqanları tərəfindən səyyar yoxlamalar aparılması dayandırıldığı üçün sığortaedən dəqiqləşmiş hesabatla əlaqədar ilkin uçot sənədlərini uçotda olduğu DSMF orqanına təqdim etməlidir. Həmin sənədlər əsasında DSMF orqanı tərəfindən kameral yoxlama aparılmalıdır. Hesabatlar kameral yoxlamanın nəticələrinə təqdim edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin 11 iyun 2019-cu il tarixli, **********945700 nömrəli kassasiya şikayətində qeyd edilmişdir ki; “...Bundan əlavə, məhkəmə qərarında dəqiqləşdirilmiş hesabatların cavabdeh orqana göndərildiyi, lakin həmin hesabatlar üzrə heç bir tədbirin görülmədiyi qeyd edilmişdir. Məhkəmənin bu mövqeyi ilə bağlı bildiririk ki, müəssisə tərəfindən DSMF-yə 09.08.2018-ci il tarixli məktubla müraciət edilməsi və hesabatların həmin orqana təqdim edilməsi sübut edilməmişdir. Tərəfimizdən bu sənədlərin DSMF-yə verilməməsi bütün təqdim etdiyimiz sənədlərdə öz əksini tapmışdır. Lakin məhkəmə tərəfindən iş hərtərəfli araşdırılmamış və iddianın mümkünlük məsələsinə düzgün qiymət verilməmişdir. Belə ki, müəssisə tərəfindən iddia ərizəsi verilməmişdən qabaq iddianın xüsusi mümkünlük şərti ilə bağlı əvvəlcədən eyni məzmunlu tələblə bağlı cavabdeh orqana müraciət edilməmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, təqdim edilən iddia birmənalı şəkildə mümkün hesab edilməməlidir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Sözügedən Qərara əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Digər tərəfdən də, dəqiqləşdirilmiş hesabatlar təqdim edilmədiyi təqdirdə və buna dair hər hansı bir mötəbər sübut olmadığı təqdirdə bu hesabatlar təqdim edilmiş hesab edilə bilməsi və vergi orqanının üzərinə müvafiq öhdəliyin qoyulması ümumiyyətlə anlaşılan deyildir. Bu baxımdan kassasiya şikayəti təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iddianın mümkün hesab edilməməsi barədə yeni qərar qəbul edilməlidir...” İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7in Lənkəran şəhər filialının məhkəməyə göndərdiyi 17 sentyabr 2020-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respulikası Şirvan İnzibati Məhkəməsinin 01.09.2020-ci il tarixi; 2-1(120)-619/2020 saylı məktubuna cavab olaraq aşağıdakıları bildiririk: “xxxx” MMC tərəfindən 2016-cı ilin İV rübü, 2017-ci ilin İV rübü və 2018- ci ilin İ rübü üçün təqdim olunmuş dəqiqləşmiş hesabatların DSMF-nun Lənkəran şəhər şöbəsi tərəfindən qəbul edilməsi və məcburi dövlət sosial siğorta haqları üzrə borcların məhz həmin dəqiqləşmiş hesabatlar əsasında hesablanması öhdəliyi DSMF-nun Lənkəran şəhər şöbəsi üzərinə qoyulmuşdur. Bununla əlaqədar cavabdeh ƏƏSMN tabeliyində DSMF X7 Lənkəran şəhər filialının direktoru A.Ağayev tərəfindən Şirvan Apelyasiya Məhkəməsinin iddiaçı “xxxx” MMC barəsində 14.03.2019-cu il tarixdə **********9 saylı məktubla Apelyasiya şikayəti ilə müraciət etmişdir. (Həmin məktubun surəti akta əlavə olundu). “xxxx” MMC tərəfindən məcburi dövlət sosial siğorta haqları üzrə 2016-cı ilin İV rübü, 2017-ci ilin İV rübü və 2018ci ilin i rübü üzrə B3 formalı dəqiqləşmiş hesabatlar DSMF-nun Lənkəran şəhər şöbəsinə 28 dekabr 2018-ci il tarixdə 1/2-1718 saylı məktubla təqdim olunmuşdur. (Məktuba sığortaedən tərəfindən təqdim olunmuş 2016-cı ilin İV rübü, 2017-ci ilin İV rübü və 2018-cs ilin İ rübü üzrə dəqiqləşmiş B3 hesabat formalarının surətləri əlavə olundu). 2018-ci ilin İV rübündən sığortaedənlər məcburi dövlət sosial sığorta haqları üzrə hesabatları Azərbaycan Respulikası Vergilər Nazirliyinin 6 sayir Ərazi Vergilər üzrə Baş İdarəsinə təqdim edir. Məlumat üçün bildiririk ki, “Sosial siğorta haqqında” Azərbaycan Respulikası Qanununun 9-1 maddəsinə əsasən 01.01.2019-cu il tarixdən məcburi dövlət sosial siğorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respulikası Vergilər Nazirliyinə tapşırılmışdır. “xxxx” MMC tərəfindən DSMF-nun Lənkəran şəhər şöbəsinə 2016-cı ilin İV rübü, 2017-ci ilin İV rübü və 2018-ci ilin İ rübü üzrə təqdim olunmuş dəqiqləşmiş hesabatların hesablanmasına, ödənilməsinə nəzarət səlahiyyətimizdə olmadığı üçün 17.04.2019-cu il tarixdə **********8 saylı məktubla tərəfimizdən “xxxx” MMC-nin iddiası əsasında cavabdeh qismində Şirvan İnzibati iqtisadi Məhkəməsi və Apelyasiya şikayətimiz əsasında olan sənədlər 70 (yetmiş) vərəqdən ibarət olaraq 6 saylı Ərazi Vergilər Departamentinə təqdim olunmuşdur.(Həmin məktubun surəti akta əlavə olundu). Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelyiyində Dövlət Sosial Müdafiə Fondu X7in Lənkəran şəhər filialının məhkəməyə göndərdiyi 17.11.2020-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin 2-(120)-619/2020 №-li iş üzrə məhkəmə bildirişi üzrə aşağıdakıları bildiririk: "xxxx” MMC tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsinə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsiylə əlaqədar müraciət olunmuşdur. 20 dekabr 2018-ci il tarixli məhkəmə iclasında Şirvan İnzibati-İqtisadi Məhkəməsinə təqdim etdiyimiz məktubda "xxxx' mmc-nin sığortaedən kimi DSMF İri Sığortaedənlərlə İş İdarəsində deyil Fondun Lənkəran şəhər şöbəsinin uçotunda olduğu bildirilmiş və təqdim ediləcək dəqiqləşmiş bəyannamələrin yoxlanılması qaydası göstərilmişdir. Bundan sonra “xxxx” MMC tərəfindən iddia ərizəsi DSMF lənkəran şəhər şöbəsinə qarşı qaldırılmışdır. Məhkəmə qərarından bir gün sonra birinci dəfə “xxxx” MMC-nin nümayəndəsi tərəfindən dəqiqləşmiş bəyannamələr məktubla kağız üzərindən DSMF Lənkəran şöbəsinə təqdim olunmuşdur. Dəqiqləşmiş bəyannamələrə DSMF Lənkəran şəhər şöbəsi tərəfindən həmin bəyannamələr şöbəyə təqdim olunduqdan sonra baxıla bilərdi. Həmin hesabatlar şöbəmizə 28 dekabr 2018-ci il tarixdə təqdim olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinə və “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərlə əlaqədar olaraq 01.01.2019-cu il tarixdən Məcburi Dövlət Sosial Şığortası üzrə hesabatların qəbulu Vergi orqanlarına həvalə olunmuşdur. X2-İqtisadi Məhkəməsinin 27.12.2018-ci il tarixli 1(086)- 2546/2018 saylı qərarından Şirvan Apelyasiya Məhkəməsinə şikayət edilmişdir. Şöbəmizin nümayəndəsi Z.Tağıyev Şirvan Apelyasiya Məhkəməsində iştirak etmişdir. İşlə əlaqədar olaraq “xxxx” MMC-nin həmin dövrlər üçün şöbəmizə təqdim etdiyi həm cari həm də dəqiqləşmiş bəyannamələrin təsdiqlənmiş surətləri 252 vərəq olmaqla Şirvan Apelyasiya Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar olaraq Şirvan Apelyasiya Məhkəməsi tərəfindən DSMF Lənkəran şəhər şöbəsi əvəzinə cavabdeh qismində 6 saylı Ərazi Vergilər Departamenti qəbul edilmişdir. Şöbəmiz tərəfindən işlə əlaqədar 6 saylı Ərazi Vergilər Departamentinə onların sorğusu əsasında sənədlər təqdim olunmuşdur. “xxxx”mmc tərəfindən dəqiqləşmiş bəyannamələr şöbəmizə 28 dekabr 2018-ci il tarixdə təqdim olunmuş və həmin dövrdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılması üçün tələb olunan sənədlər təqdim olunmamış və ilin sonuna bir iş günü qalmışdır. Tərəfimizdən dəqiqləşmiş bəyannamələrin araşdırılması üçün “xxxx” mmc-nin təqdim etməli olduğu sənədlər barədə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə 20 və 26 dekabr 2018-ci il məktublarımızda məlumat vermişdik. 01.01.2019-cu il tarixdən Məcburi Dövlət Sosial Sığorta haqları üzrə hesabatları Azərbaycan Pespublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar vergi orqanlarına təqdim olunur. Bu işlə əlaqədar şöbəmizdə mövcud olan bütün sənədlər iş üzrə Şirvan Apelyasiya Məhkəməsinə və 6 saylı Ərazi Vergilər Depatamentinə təqdim olunmuşdur. Xahiş edirik həmin sənədlər əsasında bizim iştirakımız olmadan işə baxasınız. İş materiallarında olan “Ravan Ekspres” poçt və kuryer xidmətlərinin 118168 nömrəli qəbzindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə dəqiqləşmiş hesabatlar göndərmiş və həmin hesabatlar 27.07.2018-ci il tarixdə çatdırılmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2- 1(120)-8/2021 nömrəli sorğusuna “Ravan Ekspres” poçt və kuryer xidmətləri (rəhbəri Emil Xəlilov) tərəfindən elektron poçt vasitəsi ilə məhkəməyə göndərilən cavab məktubunda qeyd olunur ki, 118168 nömrəli qaimənin arxivdə məlumatlarının sonuncu saxlama müddətindən 2 il vaxt keçdiyi üçün bu qaimə haqqında heç bir məlumat tapılmamışdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə öhdəliyin icrası haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri iddiaçının iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etməli və cavabdehin iddia tələbinə münasibətini müəyyən etməli olmasıdır. Lakin, iddiaçı hazırkı iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etməmişdir. Yəni, iddiaçı cavabdehin iddia tələbinə münasibətini müəyyən etmədən inzibati orqana qarşı məhkəmədə iddia qaldırmışdır. Hazırkı iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2- 1(106)-100/2020 saylı qərarı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2546/2018 saylı 27.12.2018-ci il tarixli qərarı ləğv edilmiş və icrası məcburi olan göstərişlər verilmişdir. Həmin göstərişlər məhkəmə qərarında belə ifadə olunur: “İddia ərizəsində qeyd edir ki, 09 avqust 2018-ci il tarixində Dövlət Sosial Müdafiə Fonduna məktub göndərməklə, təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə bir neçə hesabatda texniki səhvlərə yol verildiyi, bunun nəticəsində sosial sığorta haqqının düzgün hesablanmadığını bildirmiş və dəqiqləşdirilmiş hesabatları həmin orqana təqdim etmişdir. Lakin cavabdeh belə bir məktubun alınmasını inkar edir. İddiaçının istinad etdiyi məktubun 09 avqust 2018-ci il tarixinə aid olmasına rəğmən, həmin məktubun göndərilməsinə dair işin 123-124-cü səhifələrində olan qəbzlərin surətlərindən görünür ki, məktublar cavabdehin ünvanına 27 iyul 2018-ci il tarixində göndərilmişdir. Məktubun çatdırılma tarixinin onun göndərilmə tarixindən daha əvvəl olduğu anlaşılmaz olaraq qalır və qeyd edilən hala birinci instansiya məhkəməsi tərəfindən diqqət yetirilməyərək iddia mümkün sayılmışdır. İnzibati iş qərarın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla iddianın mümkünlük şərtinin ödənilib-ödənilməməsinin yoxlanılması istiqamətində məhkəmə araşdırması aparılsın, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlər yerinə yetirilsin”. İşə yenidən baxan Şirvan İnzibati Məhkəməsi yuxarı məhkəmənin göstərişi əsasında müvafiq araşdırma aparmışdır. Araşdrıma zamanı müəyyən edilmişdir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olmaqla, həmin iddia növü üçün tələb olunan mümkünlük şərtinin tələbinə cavab vermir. Belə ki, iddiaçı Şirvan Apelyasiya Məhkəməsinin yuxarıda qeyd edilən göstərişi istiqamətində yəni, ziddiyətli məqamlara aydınlıq gətirilməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, cavabdeh tərəf isə nə 27.07.2018-ci il tarixində nə də ki, 09.08.2018-ci il tarixində hər hansı sənədin (dəqiqləşmiş hesabatların) ona təqdim edilməsini qəbul etməmiş (ən azından etiraf etməmişdir), məhkəmə araşdırması zamanı da iddiaçı tərəfindən 27.07.2018-ci il tarixində və yaxud 09.08.2018-ci il tarixində dəqiləşmiş hesabatların cavabdeh inzibati orqana (əvvəlki Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinə) təqdim edilməsi müəyyən edilməmişdir. Məhkəmə sübutetmə yükünün bölüşdürülməsi baxımından hesab edir ki, hazırki işin 123-124-cü səhifəsində olan “Ravan Ekspres” poçt və kuryer xidmətlərinə məxsus 118168 nömrəli qəbzlər vasitəsilə dəqiqləşmiş hesabatların 09.08.2018-ci il tarixində cavabdeh inzibati orqana təqdim edilməsini, o cümlədən işin 123-124-cü səhifəsində olan “Ravan Ekspres” poçt və kuryer xidmətlərinə məxsus 118168 nömrəli qəbzlərdə olan qeydlərin texniki səhv nəticəsində yazılmasını sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin, iddiaçı məhkəmə araşdırması zamanı həmin ziddiyyətli məqamlara aydınlıq gətirə bilməmiş və buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Yuxarıda qeyd olunan məsələlərlə bağlı yəni hazırki tələblə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsinə və müraciətindən imtina olunmasına dair sübutlarının məhkəməyə təqdim edilməsi üçün iddiaçıya məktubla yazılı, məhkəmə iclasında iştirak edən nümayəndələrinə isə şifahi qaydada yardım edilsə də, iddiaçı (və ya nümayəndələri) müvafiq sənədləri (09.08.2018-ci il və yaxud 27.07.2018-ci il tarixlərində cavabdeh inzibati orqana zəruri sənədlərin təqdim edilməsi ilə, həmçinin poçt qəbzindəki yalnışlıqla bağlı sübutları) məhkəməyə təqdim etməmişdir. İddiaçıya izah edilir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün o, həmin tələblə bağlı qanunvericilikdə nəzərə tutulan zəruri sənədləri (dəqiqləşmiş hesabatları) ilkin olaraq cavabdeh inzibati orqana - Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş idarəsinə təqdim etməlidir. Cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etdiyi təqdirdə, iddiaçı yeni iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “Hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar