Məhkəmə qərarları › İş №2-1(120)-8/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-8/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-8/2022 22.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinın 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********185380 nömrəli qərarının ödəmə mənbəyindən tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyası və 40 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi» tələbi ilə bağlı iddiası üzrə işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək, 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 14 iyun 2019-cu il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin sərəncamına əsasən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, tərəflər işin halları və mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2-1(086)- 2002/2019 saylı qərardadı ilə iddiaçı kimi İddiaçı, cavabdeh kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin tanınması, iddia tələbinə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-8/2022 saylı qərardadı ilə iddia tələbinə “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********185380 nömrəli qərarının ödəmə mənbəyindən tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyası və 40 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2-1(086)- 2002/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 21 iyul 2020-ci il tarixli, 23699 nömrəli rəy verilərək inzibati iş məhkəməyə geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi izahatında məhkəməyə daxil olmuş ekspert rəyi ilə razı olmadığını bildirərək iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatət vermişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-41/2020 nömrəli qərardadı ilə vəsatəti təmin edilmiş və iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 fevral 2021-ci il tarixli, 9/33 nömrəli rəy verilərək inzibati iş məhkəməyə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək, xx.xx.2021-ci il tarixdə keçiriləcək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-22/2021 nömrəli qərardadı ilə vəsatət qismən təmin edilmiş və iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 13 dekabr 2021-ci il tarixli, 9/4582 nömrəli rəy verilərək inzibati iş məhkəməyə geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında məhkəməyə daxil olmuş ekspert rəyi ilə razı olmadığını bildirərək iş üzrə ekspertizasının təyin olunması barədə vəsatət vermişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında məhkəməyə daxil olmuş ekspert rəyində hazırki mübahisənin bilavasitə həllinə yönələn suallara ekspert tərəfindən cavablandırılmadığını bildirərək iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunması barədə vəsatət vermişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-8/2022 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş və iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 06 iyul 2022-ci il tarixli, 9/2456 nömrəli rəy verilərək inzibati iş məhkəməyə geri qaytarılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Lənkəran rayon 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən o, vergi məsuliyyətinə cəlb edilmişdir. Yuxarıda qeyd edilən qərarı aldıqdan sonra narazı olduğuna görə qanunla müəyyən edilmiş müddətdə və qaydada şikayət etmişdir. Belə ki, aparılmış hesablamalar nəticəsində guya yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 229907 manat azaldıldığı müəyyən edilmiş, o cümlədən maliyyə sanksiyası 114993 manat əlavə hesab edilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsinə əlavədə qeyd edilmişdir: “aktının ləğv olunmasına dair məhkəməyə təqdim etdiyim iddia ərizəsi heç bir hüquqi əsasa söykənməyib və vergi orqanının prosedur qaydalara zidd fəaliyyəti ərizədə qeyd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Vergi orqanı səyyar vergi yoxlamasına 22 iyun 2018ci il tarixdə başlamışdır və 26 oktyabr 2018-ci il tarixli **********167145 nömrəli qərar əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, 27 noyabr 2018-ci il tarixli **********169957 nömrəli qərar əsasında xx.xx.2018-ci tarixdən xx.xx.2018-ci il tarixədək və 21 dekabr 2018-ci il tarixli **********172345 nömrəli qərar əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müvəqqəti olaraq dayandırlmışdır. Səyyar vergi yoxlaması haqqında Akt 26 aprel 2019-cu il tərtib edilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********18580 nömrəli Qərar 18 iyun 2019-cu ildə qəbul olunmuşdur. Nəzəri baxışdan bəlli olur ki, səyyar vergi yoxlaması 22 iyun 2018-ci il tarixdə başlamış amma nədənsə 90 gün keçdikdən sonra 26 oktyabr 2018-ci il tarixli qərar əsasında dayandırılmışdır. Maraqlıdır ki, 90 gün keçdikdən sonra necə ola bilər ki, yoxlama davam etsin və qərar əsasında dayandırlsın. Təbii olaraq vergi orqanı gün anlayışını təqvim günü ilə deyil, iş günü ilə əlaqələndirəcək ki, aşağıda istinad etdiyim normalara əsasən normada göstərilən günün təvqim günü olduğu anlaşılacaq. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər (Yolxama başlandığı vaxtda qüvvədə olan redaksiyaya əsasən). “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasım təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Məcəllənin 3.11-ci maddəsinin tələbinə görə də vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi səyyar vergi yoxlamasının müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməsi şərti isə barəsində yoxlama aparılan vergi ödəyicisinin iş rejiminin gözlənilməsini tələb edir və Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci abzasının 2-ci cümləsində göstərilən “30 gün” ifadəsi ilə həmin Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, səyyar vergi yoxlaması 30 təqvim günü daxilində vergi ödəyicisinin iş vaxtını əhatə edən iş günləri ərzində həyata keçirilməlidir. Necə ki, bunu Vergi Məcəlləsinin 37,2-ci maddəsində kameral vergi yoxlamasına münasibətdə etmişdir (30 iş günü). Bundan başqa, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, həmin Məcəllənin 33.10-cu, 34.7.2-ci, 36.3- cü, 37.2-ci, 37.4-cü, 42.1-ci, 42.14-cü, 50-1.3-cü, 70.2-1.2-ci, 70.2-1.3-cü, 72.7-ci, 76.2-ci, 77-ci, 83.4-cü, 157.2-ci, 221.4-cü və 221.8.5-ci maddələrində müəyyən olunan Beləliklə, mübahisələndirilən qərarlar həm də Vergi Məcəlləsinin 49.2-ci və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddələrinə görə qanunsuzdur. İlk növbədə qeyd etməliyəm ki, iddiam əsaslıdır. Belə ki, cavabdehin mübahisələndirilən qərarı qanuna ziddir və iddiaçı kimi hüquqlarımı pozur (İPM-in 70.1-ci maddəsi). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (“İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi) və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Qanun: Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2 və 67.3-cü maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarınınpozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktm qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllə: Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktm (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq, ərizəyə əlavəni icraata qəbul edib və ərizədə qeyd olunan hallarla bağlı məhkəmə araşdırılmasının aparılmasını xahiş edirəm”. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin və ona verilmiş əlavənin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə lazımi qaydada xəbərdar edilmişdir. Lakin, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, **********154003 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərardan görünür ki, İddiaçı (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarında olan ekspertizanın təyin edilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********165009 nömrəli qərardan görünür ki, İddiaçı tərəfindən idxal edilmiş malların satış qiymətlərinin real bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin xx.xx.2019-cu il tarixli, MB 12-393 nömrəli rəyindən görünür ki, xx.xx.2018-ci il tarixli müqaviləyə və eyni tarixli **********165009 nörməli qərara əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarxədək olan dövr ərzində İddiaçı idxal etdiyi malların bazar qiymətləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********172791 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama xx.xx.2018-ci il tarixdə başlamış xx.xx.2019-cu il tarixdə başa çatdırılmış və yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 229907,96 manat azaldıldığı müəyyən olunmuş, o cümlədən 121923.76 manat gəlir vergisinin azaldılması, 107980 manat əlavə dəyər vergisinin azaldılması, 4.20 manat ödəmə mənbəyində tutulan verginin azaldılması müəyyən olunmuşdur. İşdə olan “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********185380 saylı Qərarından görünür ki, xx.xx.2019-cu il tarixli, **********172791 nömrəli səyyar vergi yoxlaması aktına əsasən 2016-2018-ci illər üzrə əlavə dəyər və gəlir vergisinin azaldılmasına görə İddiaçı əlavə vergi hesablanmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2020-ci il tarixli, 23699 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Birinci, ikinci, üçüncü və dördüncü suallar üzrə Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 121923,76 manat məbləğində gəlir vergisinin, 107980,00 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Bu halda Vergi Məcəlləsinin tələblərin əsasən fiziki şəxs İddiaçı təqdim etdiyi öz bəyannamələri qəbul oluna bilər. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4,2 manat məbləğində ÖMV-nin az hesablanması müəyyən olunur. Beşinci, altıncı, yeddinci, səkkizinci və doqquzuncu suallar üzrə Hazırkı rəyin təsviri hissəsində göstərilən səbəblərdən hazırkı suallar üzrə tam və nərtərəfli tədqiqat aparmaq mümkün olmadı. Bundan başqa qeyd edilir ki, iş materiallarından göründüyü kimi yoxlama ilə fiziki şəxsin digər bütün digər xərcləri o cümlədən: 2016-cı il üzrə 341486, 22 manat xərci, 2017-ci il üzrə 1391770,64 manat xərci nəzərə alınmışdır. Qeyd edilir ki, bəyannamədə göstərilən sair xərclərin yoxlama ilə müəyyən edilməməsi və ya hazırkı tədqiqata tam təqdim edilməməsi az hesablanmış verginin müəyyən olunması zamanı həmin vergilərə əsaslı təsir etmir. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinın 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə göndərdiyi 11 sentyabr 2020-ci il tarixli, **********357700 nömrəli etiraz məktubunda qeyd edilmişdir: “İddiaçı (bundan sonra iddiaçı) (VÖEN: **********) 6 saylı Ərazi Vergilər Departamentinə (Hal-hazırda 6 saylı Ərazi Vergilər Baş İdarəsinə) (bundan sonra cavabdeh) qarşı Şirvan inzibati-lqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********185380 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Qeyd olunan inzibati mübahisə üzrə məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixdə ekspertizanın təyin olunması haqqında qərardad qəbul edilmiş və iş üzrə məhkəməmühasibat ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibat ekspertizası üzrə 21 iyul 2020cu il tarixli 23699 nömrəli (Böyük ekspert: Zaur Məmmədov) rəy verilmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, 21 iyul 2020-cu il tarixli 23699 nömrəli ekspert rəyi tam əsassız və qanunsuzdur: Belə ki, ekspert rəyində qeyd edir ki, “Yuxarıda göstərilənlər nəzərə alınmaqla xx.xx.2019-cu il tarixli **********154003 saylı aktın Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunur. Yəni fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2018-ci il, yoxlamanın başa çatması tarixi xx.xx.2019-cu il, tərtib olunma tarixi xx.xx.2019-cu il və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2019-cu il olmasına baxmayaraq, yoxlama ilə əhatə olunan dövr xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olduğundan yuxarıda göstərilən Vergi Məcəlləsinin maddələrinin tələbləri gözlənilməmişdir. Həmçinin müəyyən dövrlər üzrə az hesablanmış vergilərin üç illik müddəti keçməsinə baxmayaraq hesablanmışdır. Bununla əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edirik. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Ləğv edilmiş 6 saylı Ərazi Vergilər İdarəsinin (Daha sonra 6 saylı Ərazi Vergilər Departamenti, hal-hazırda 6 saylı Ərazi Vergilər Baş idarəsi) “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********154003 nömrəli Qərarına əsasən fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyəti üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 22 iyun 2018-ci il tarixdə başlanmış və 23 aprel 2019-cu il tarixdə başa çatdırılaraq, nəticəsi 26 aprel 2019-cu il tarixli **********172791 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan maddi hüquq norması düzgün tətbiq edilmişdir. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın xx.xx.2018-ci il tarixdə qəbul olunmasını və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin yoxlandığı dövrün xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü əhatə etməsini nəzərə alsaq, vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətinin yoxlanılması və Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələblərinin pozulmamsı aydın görünməkdədir. Digər tərəfdən də ekspert konkret olaraq hansı dövrlər üzrə, hansı tədiyyə növü üzrə və hansı məbləğdə vergilərin üç illik müddət keçməsinə görə düzgün hesablanmamasını rəyin qeyd etməmiş, sadəcə ümumi cümlələrdən istifadə edərək vergi orqanı tərəfindən hesablanmış vergilərin düzgün hesablanmaması fikrini formalaşdırmağa və gəldiyi qənaəti təhrif olunmuş şəkildə əsaslandırmağa çalışmışdır. Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin normalarının düzgün tətbiqi ilə bağlı məsələlər hüquqi aspekt olmaqla məhkəmənin səlahiyyətində olduğu üçün və qeyd olunan suallara cavab verilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertin qanunvericiliyin tətbiqi ilə bağlı suallara cavab verməsi doğru olmamaqla qanunvericiliyə birbaşa ziddir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmin qanunun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Həmin qanunun 13-cü maddəsinə əsasən: Təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Məhkəmə ekspertizasının aparılmasından imtina etməyə əsas verən bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda (verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda) rəy verməyin qeyri-mümkünlüyü barədə təhqiqat aparan şəxsə, müstəntiqə və ya məhkəməyə (hakimə) yazılı formada məlumat vermək ekspertin vəzifəsidir. Lakin ekspert tam şəkildə zəruri biliyindən kənara çıxan hüquqi müstəvidə olan suallara cavab vermiş və maddi hüquq normalarının tətbiqi üzrə fəaliyyət gösətrmişdir. Həmçinin ekspert rəyində qeyd edir ki, “Vergi Məcəlləsinin 14.3- cü maddəsinin tələblərindən göründüyü kimi, idxal olunmuş malların satışına bazar qiyməti tətbiq olunması nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilir ki, bazar qiyməti müəyyən olunması nəzərdə tutulsaydı belə, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin tələblərinə əməl olunmamışdır. Yəni, verginin hesablanamsı üçün yoxlamaya əsas olmuş ekspert rəyində 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara tətbiq etdikləri qiymətlərin səviyyəsinin 30 faizdən çox (aşağı və yuxarı) dəyişməsinin müəyyən edilməsi ilə bağlı əsaslar göstərilməmişdir. Belə ki, yuxarıda da göstərildiyi kimi, yoxlama zamanı vergilərin hesablanması üçün istifadə edilmiş ekspert rəyində idxal edilmiş malların aylar üzrə qiyməti müəyyən edilməmişdir. Müəyyən olunmuş bazar qiymətinin hansı dövrə (hansı aya və hansı ilə) aid olması göstərilməmişdir. Ekspertin rəyində müəyyən olunmuş qiymətin dövrü yalnız ümumilikdə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gösərilmişdir”. Bununla əlaqədar olaraq məlumat üçün qeyd edirik ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. Yuxarıda qeyd edildiyi kimi idxal-ixrac əməliyyatlarına da bazar qiymətlərinin tətbiq olunması qanunvericilikdə müəyyən olunmuşdur. Lakin hansı səbəbdən və hansı məqsədlə ekspertin idxal olunmuş mallara bazar qiymətinin tətbiq edilməsinin qeyri-mümkünlüyü barədə fikir irəli sürməsi aydın deyildir. Eyni zamanda məlumat üçün bildirim yoxlama zamanı vergi ödəyicisi tərəfindən mühasibat uçotunun aparılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi idxal edilmiş malların satışını təsdiq edən sənədləri yoxlamaya təqdim edə bilmədiyindən idxal edilmiş malların satışı üzrə gəlirini birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 44-cü maddəsinin tələblərinə uyğun olaraq, (Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir) İddiaçı idxal etdiyi malların real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə ekspertin dəvət edilməsi haqqında xx.xx.2018-ci il tarixli **********165009 nömrəli qərar əsasında ekspert dəvət edilmiş, fərdi sahibkardan götürülmüş beynəlxalq qaimələr ekspertə təqdim edilmişdir. Ekspert tərəfindən xx.xx.2019-cu il tarixli **********428200 nömrəli məktubla rəy təqdim edildikdən sonra ekspert rəyindən istifadə edilməklə hesablamalar aparılmış və yoxlama başa çatdırılmışdır. Belə ki, fərdi sahibkar tərəfindən təqdim olunmuş Əlavə dəyər vergisi üzrə hesabatların düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Vergi ödəyicisi tərəfindən verilmiş izahatda, idxal olunmuş malların idxal edildiyi ayda satıldığı, idxal edilmiş kartofun üzərinə 4% və digər malların üzərinə 1.4-2 % ticarət əlavəsi gələrək satıldığı qeyd edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim etdilmiş Əlavə dəyər vergisi hesabatları üzrə dövriyyəsi cəmi 2395943.79 manat olmuşdur. Aşağıda adları qeyd olunan malların satış dəyəri ekspertin verdiyi satış qiymətindən 30 faizdən aşağa olduğu üçün ekspertin verdiyi qiymət tətbiq edilməklə hesablama aparılmışdır. Gipsli bağlayıcılar, inşaat kərpicləri, abidələr və tikinti üçün emal olunmuş daşlar, digər daşlar, mərmər 330m2-(3cm), 71m2- (2cm), ag sement (1 kisə 50 kq), portlandsement, süni rənglənmiş və ya rənglənməmiş, içiboş profillər, 3500m2 xarici diametri 168,3 mm-dən çox olmayan, Asma tavan üçün qara metaldan konstruksiyalar - 2650 m2, Bir üzü polimerlə, digər üzü kağızla möhkəmləndirilmiş asma tavan üçün gips əsaslı plitələr (60*60) - 3672m2, Rezin əlcəklər: başqa materiallarla kombinə edilməmiş şüşələr: (analiz aparmaq üçün), salfetlər digərləri, Toxunmamış materiallarsəthi sıxlığı 25 q/m2-dan çox olmayan: (birdəfəlik maskalar), Qarı qruplarını təyin etmək üçün reagentlər və testlər (CRP ENNİS0N,RF ENİS0N,AS0 ENİ SON, URİNE STRİP 1 1 PARAMETR), Alüminium disklər;(Toyota ölç, 17,18), Alüminium disklər;(BMW ölç, 17,18-80ədəd; Mersedes ölç, 20-48 ədəd), Pnevmatik şinlər, istifadə olunmuş;(265/50r20,mod, "Kumho"), Qranit-301m2, 1-Hərəkət təkərləri, istifadə olunmuş halda 2-Tədarükçü:"AL MAJN AL SATEE TURES və AS, LTD" 3-RİM TOYOTA 20-8 ədəd,RİM toyota 18-28 ədəd 4-36 yer, 36 ədəd, "My Lady" nişanlı gigiyenik qadın paketləri, Döşənmə üçün plitələr, döşəmələr, sobalar, kaminlər və ya divarlar üçün keramik üzlük lövhəcikləri; mozaika işləri üçün keramika kubikləri, 1m2-5$ 2-yer 0,04 x 0,60=51,84 m2 4-yer 0,59 x 0,29=246,384 m2 14-yer 0,30 x 0,60=1088,64. Yoxlama ilə aylar üzrə dövriyyə, ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən malların satış qiyməti 30% -dən artıq fərqlənən qiymətə görə ekspertin qiymətləndirməsi, 30 % -dən artıq fərqlənməyən qiymətlər isə vergi ödəyicisinin təqdim etdiyi qiymətlə götürülərək, cəmi dövriyyəsi 2995832.85 manat olmuşdur. 2016-cı il üzrə ƏDV-nin 37118.24 manat azaldılması; 2017ci il üzrə ƏDV-nin 69267.87 manat azaldılması; 2018-ci il üzrə ƏDV-nin 1593.89 manat azaldılması. Ümumilikdə əlavə dəyər vergisinin 107980 manat azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı il üçün gəlir vergisi bəyannaməsində ümumi gəliri 659270.18 manat, ümumi gəlirdən çıxılan xərclər 656 015.18 manat (Xərclərin tərkibində 1 050 manat əmək haqqı, 231 manat DSMF xərci, 640 925.25 manat malın dəyəri, 13 808.93 manat biləvasitə malların təqdim ilə bağlı sair xərclər) gəlir vergisi 651 manat olmuşdur. Yoxlama ilə vergi ödəyicisinin 2016-cı il üzrə ümumi gəliri 865 482.71 manat, ümumi gəlirdən çıxılan xərclər 641 486.22 manat (Xərclərin tərkibində 1 050 manat əmək haqqı, 231 manat DSMF xərci, 640 205.22 manat malın dəyəri) gəlir vergisi 44 799.30 manat müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il üçün gəlir vergisi bəyannaməsində ümumi gəlir 1395915.62 manat, ümumi gəlirdən çıxılan xərclər 1391770.64 manat (Xərclərin tərkibində 1800 manat əmək haqqı, 396 manat DSMF xərci, 1 380 814.98 manat malın dəyəri, 120 manat icarə haqqı xərci, 4583.66 manat bank xidməti üzrə xərclər, 4056 manat biləvasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər) gəlir vergisi 829 manat olmuşdur. Yoxlama ilə vergi ödəyicisinin 2017-ci il üzrə ümumi gəliri 1 780 737 manat, ümumi gəlirdən çıxılan xərclər 1 387 714.71 manat (Xərclərin tərkibində 1800 manat əmək haqqı, 396 manat DSMF xərci, 1380815.05 manat malın dəyəri, 120 manat icarə haqqı xərcləri, 4583.66 manat bank xidmətləri üzrə xərclər) olduğu müəyyən edilərək gəlir vergisi 78 604.46 manat müəyyən olunmuşdur. Yoxlama ilə ümumilikdə gəlir vergisinin: 2016-cı il üzrə (44 799.30 - 6 5 1 ) 44148.30 manat; 2017-ci il üzrə (78 604.46 - 829) 77 775.46 manat; cəmi (44148.30+77 775.46) 121923.76 manat azaldılması müəyyən edilmişdir. Yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 229907.96 manat azaldıldığı müəyyən olunmuşdur; o cümlədən, 121923.76 manat gəlir vergisinin azaldılması; 107980 manat əlavə dəyər vergisinin azaldılması; 4.20 manat ödəmə mənbəyində tutulan verginin azaldılması. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin hesabatda göstərilmiş məbləğinin vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 229907.96 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 114953.99 manat və vergi hesabatını və ya bu məcəllənin 16.2 maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40 manat, ümumilikdə isə 114993.99 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Ümumilikdə azaldılmış vergi məbləği, azaldılmış vergi məbləğinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə cəmi hesablama 344901,95 manat müəyyən edilmişdir. Lakin ekspert təqdim etdiyi rəydə gəlir vergisi və ƏDV üzrə hesablamaların düzgünlüyünün müəyyən edilməməsini qeyd etmiş və bunu yoxlama zamanı həyata keçirilən ekspert rəyində aylar üzrə bazar qiymətlərinin olmaması ilə əsaslandırmışdır. Ekspert vergi ödəyicisi tərəfindən yoxlama zamanı təqdim edilən izahatı nəzərə alamamışdır. Qeyd olunan izahatda vergi ödəyicisi idxal olunmuş malları idxal edildiyi ayda satdığını, idxal edilmiş kartofun üzərinə 4% və digər malların üzərinə 1.4-2 % ticarət əlavəsi gələrək satdığını qeyd etmişdir. Yoxlama zamanı tətbiq olunan bazar qiymətləri iddiaçı tərəfindən malların idxal edildiyi ayları nəzərdə tutmaqla, həmin aylar üzrə qiymətləri müəyyən etmişdir. Yəni, bazar qiymətləri yoxlama dövrünün hər bir ayı üzrə deyil, idxal olunan aylar üzrə olan qiymətlərdir. Eyni zamanda bildiririk ki, ekspert vergi orqanının hesablamalarının düzgün olmadığını qeyd etməsinə baxmayaraq, ekspert onun qarşısında qoyulmuş “Yoxlanılan dövr üzrə İddiaçı tərəfindən əlavə dəyər vergisi, gəlir vergisi və sair vergilərin azaldılması müəyyən olunurmu (müəyyən olunursa, səbəbi və məbləği nə qədərdir)?” sualına cavab verməmişdir. Bu hal ekspert rəyinin 'ətraflı şəkildə həyata keçirilən tədqiqata” söykənmədiyi qənaətinə gəlməyə əsas verir. Ekspert tədqiqatını hüquqi suallara cavab verməklə və maddi hüquq normalarının tətbiqi ilə bağlı şərh verməklə vergi orqanının hesablamalarının qanunsuz olduğunu təhrif olunmuş şəkildə əsaslandırmağa çalışmaqla kifayət saymışdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Eyni zamanda ekspert rəyində beşinci, altıncı, yeddinci, səkkizinci və doqquzuncu suallar ilə bağlı qeyd edir ki, “2016-cı il üçün təqdim edilən gəlir vergisi bəyannaməsində xərc kimi qeyd olunan 13808.93 manat və 2017-ci il üçün təqdim edilən gəlir vergisi bəyannaməsində xərc kimi qeyd olunan 4056 manat bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər tam şəkildə təqdim edilməmişdir. Bu səsəbdən də hazırkı suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün olmadı. Bundan başqa qeyd edilir ki, iş materiallarından göründüyü kimi yoxlama ilə fiziki şəxsin digər bütün xərcləri o cümlədən, 2016-cı il üzrə 641486,22 manat xərci, 2017-ci il üzrə 1391770.64 manat xərc nəzərə alınmışdır. Qeyd edilir ki, bəyannamdə göstərilən sair xərclərin yoxlama ilə müəyyən edilməməsi və ya hazırkı tədqiqata tam təqdim edilməməsi az hesablanmış verginin müəyyən olunması zamanı həmin vergilərə əsaslı təsir etmir”. Qeyd olunanlarla bağlı bildiririk ki, sonuncu suallar üzrə də ekspert tərəfindən tədqiqat aparılmamış, sadəcə rəydə əsası qeyd olunmayan ümumi cümlələrdən və təhrif olunmuş rəqəmlərdən istifadə edilərək iddiaçının haqlı olması fikrini formalaşadırılmğa çalışılmış və hətta ekspert yox, iddiaçının vəkili kimi çıxışlar həmin rəydə öz əksini tapmışdır. Belə ki, 2016-cı il üçün təqdim edilən gəlir vergisi bəyannaməsində xərc kimi qeyd olunan 13808.93 manat və 2017-ci il üçün təqdim edilən gəlir vergisi bəyannaməsində xərc kimi qeyd olunan 4056 manat bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər barədə iş materiallarında hər hansı bir sənəd olmadığı halda, ekspert həmin xərcləri təsdiq edən sənədlərin tam təqdim edilmədiyini qeyd edir. Ekspert bu qeydi ilə də fikir formalaşdırmağa çalışır ki, həmin xərcləri təsdiq edən sənədlərin bir qismi iş materiallarında mövcuddur. O zaman da sual ortaya çıxır ki, əgər həqiqətən qeyd olunan xərclərlə bağlı bir qism sənədlər mövcuddursa, nə üçün ekspert suallara tam cavab verməmiş və həmin xərci təsdiq edən sənədlər barədə məlumat verməmişdir. Həmçinin ekspert rəyində iş materiallarından göründüyü kimi 2017ci il üzrə 1391770.64 manat xərcin nəzərə alındığım" qeyd etməklə təsdiqini tapmayan xərc sənədlərinin də iş materiallarında mövcud olduğu barədə fikir formalaşdırmağa çalışmışdır. Halbuki ekspert rəyin təsviri hissəsində yoxlama ilə 2017-ci il üzrə 1387714.71 manat xərcin nəzərə alındığını ifadə etmişdir. Məhz fakt da ondan ibarətdir ki, 2017-ci il üzrə gəlirdən çıxılan xərclər 1 387 714.71 manat (Xərclərin tərkibində 1800 manat əmək haqqı, 396 manat DSMF xərci, 1380815.05 manat malın dəyəri, 120 manat icarə haqqı xərcləri, 4583.66 manat bank xidmətləri üzrə xərclər) olduğu müəyyən edilərək gəlir vergisi 78 604.46 manat müəyyən olunmuşdur. Ekspertin "bəyannamdə göstərilən sair xərclərin yoxlama ilə müəyyən edilməməsi və ya hazırki tədqiqata tam təqdim edilməməsi az hesablanmış verginin müəyyən olunması zamanı həmin vergilərə əsaslı təsir etmir” ifadəsi isə ekspertin səlahiyyətinə aid olmamaqla iddiaçının vəkili qismində çıxış etməklə onun müdafiəsi üzrə qurulmuş bir cümlədir. Yuxarıda göstərilənləri nəzərə alaraq, 2-1(120)- 41/2020 saylı inzibati mübahisə üzrə 21 iyul 2020-cu il tarixli, 23699 nömrəli ekspert rəyini əsassız və qanunsuz olduğu üçün qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi barədə qərar qəbul edəsiniz”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2021-ci il tarixli, 9/33 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 121923,76 manat məbləğində gəlir vergisinin, 107980,00 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Bu halda Vergi Məcəlləsinin tələblərin əsasən fiziki şəxs İddiaçı təqdim etdiyi öz bəyannamələri qəbul oluna bilər. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4,2 manat məbləğində ÖMV-nin az hesablanması müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinın 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə göndərdiyi 15 aprel 2021-ci il tarixli, **********791600 nömrəli etiraz məktubunda qeyd edilmişdir” “İddiaçı (bundan sonra iddiaçı) (VÖEN: **********) 6 saylı Ərazi Vergilər Departamentinə (Hal-hazırda 6 saylı Ərazi Vergilər Baş idarəsinə) (bundan sonra cavabdeh) qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********185380 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsini xahiş etmişdir. Qeyd olunan inzibati mübahisə üzrə məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə ekspertizanın təyin olunması haqqında qərardad qəbul edilmiş və iş üzrə təkrar məhkəmə-mühasibat ekspertizası keçirilmişdir. Təkrar nəhkəmə-mühasibat ekspertizası üzrə 23 fevral 2021-ci il tarixli 9/33 nömrəli (Aparıcı ekspert: Toğrul Cəfərli) rəy verilmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, 23 fevral 2021-ci il tarixli 9/33 nömrəli ekspert rəyi tam əsassız və qanunsuzdur: Belə ki, ekspert rəyində qeyd edir ki, “Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tələblərinə əsasən idxal olunmuş malların satışı vergi tutulan idxalın dəyəri əsas götürülməklə müəyyən olunmalı idi. Lakin vergi orqanı tərəfindən idxal olunmuş malların satışına bazar qiyməti tətbiq olunmaqla fiziki şəxsə ƏDV hesablanmışdır. Eyni zamanda qeyd edilir ki, bazar qiyməti müəyyən olunması nəzərdə tutulsaydı belə, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin tələblərinə əməl olunmamışdır. Yəni, verginin hesablanamsı üçün yoxlamaya əsas olmuş ekspert rəyində 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara tətbiq etdikləri qiymətlərin səviyyəsinin 30 faizdən çox (aşağı və yuxarı) dəyişməsinin müəyyən edilməsi ilə bağlı əsaslar göstərilməmişdir. Belə ki, yuxarıda da göstərildiyi kimi, yoxlama zamanı vergilərin hesablanması üçün istifadə edilmiş ekspert rəyində idxal edilmiş malların aylar üzrə qiyməti müəyyən edilməmişdir. Müəyyən olunmuş bazar qiymətinin hansı dövrə (hansı aya və hansı ilə) aid olması göstərilməmişdir. Ekspertin rəyində müəyyən olunmuş qiymətin dövrü yalnız ümumilikdə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gösətrilmişdir”. Öncəliklə bildirməyi zəruri hesab edirik ki, inzibati mübahisəyə dair məhkəmə-mühasibat ekspertizası üzrə 21 iyul 2020-cu il tarixli 23699 nömrəli (Böyük ekspert: Zaur Məmmədov) rəydə olan əsaslandırmalar müəyyən qədər fərqlərlə etiraz olunan rəyə köçürülmüşdür. Bu fərqlərdən biri 21 iyul 2020-cu il tarixli 23699 nömrəli rəydə ekspertin öz əsaslandırmasını həyata keçirmək üçün istifadə etdiyi əsassız hüquq norma tətbiqi ilə bağlıdır. Belə ki, həmin rəydə ekspert qeyd edir ki, “Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tələblərindən göründüyü kimi, idxal olunmuş malların satışına bazar qiyməti tətbiq olunması nəzərdə tutulmamışdır. Tərəfimizdən bu rəyə, rəydə qeyd olunan bu pozisiyaya əsaslandırılmış etiraz təqdim etdiyimiz üçün sonuncu rəydə, yəni hal-hazırki rəydə ekspert bu əsaslandırmanı işıqlandıran cümləyə dəyişiklik edərək bu şəkildə ifadə etmişdir: “Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tələblərinə əsasən idxal olunmuş malların satışı vergi tutulan idxalın dəyəri əsas götürülməklə müəyyən olunmalı idi. Lakin vergi orqanı tərəfindən idxal olunmuş malların satışına bazar qiyməti tətbiq olunmaqla fiziki şəxsə ƏDV hesablanmışdır”. Beləliklə aparıcı ekspert Toğrul Cəfərli böyük ekspert Zaur Məmmədovun öncəki rəydə qeyd etdiyi əsassız ifadəsinin nə qədər uğursuz olduğunu gördükdən sonra qarşısına daha uğurlu yol seçmək məqsədi qoyaraq yuxarıda qeyd olunan cümləni ifadə etmişdir. Halbuki özünün seçdiyi yolun daha uğursuz olduğunu görməmiş, yəni qanunsuz və əsassız rəyini əsaslandırmağa çalışarkən təhrif olunmuş nəticəyə gəlmiş və tətbiq etdiyi hüquq normasının fərqinə belə varmamışdır. Belə ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Lakin ekspert yuxarıda qeyd olunan hüquq normasının məzmununu, yəni dispozisiyasını belə dəyişmişdir. Sual olunur ki, qəbul olunmuş qanunu ekspertin dəyişmək səlahiyyəti varmı?! Hər iki ekspert təqdim etdikləri rəylərini əsaslandırmaq üçün müxtəlif qanunsuz yollara üz tutaraq gəldikləri nəticəni əsaslandırmağa çalışmışlar. Hər bir halda hər iki ekspert idxal olunmuş mallara bazar qiymətinin hesablanmasının yolverilməz olduğunu əsaslandırmağa çalışmış, bunun üçün ilkin rəydə Vergi Məcəlləsinin 14.3-cü maddəsinin, təkrar rəydə isə həmin məcəllənin 159.5-ci maddəsinin məzmunu tam şəkildə yanlış şərh edilmişdir. Hətta həmin hüquq normalarına yeni məzmun müəyyən olunmuşdur. Nəticə etibarı ilə bildiririk ki, idxal-ixrac əməliyyatlarına bazar qiymətlərinin tətbiq olunması qanunvericilikdə birbaşa müəyyən olunmuşdur. Lakin hansı səbəbdən və hansı məqsədlə ekspertin idxal olunmuş mallara bazar qiymətinin tətbiq edilməsinin qeyri-mümkünlüyü barədə fikir irəli sürməsi qeyri-müəyyəndir və aydın deyildir. Ekspertizaların müqayisəli təhlilini apararaq hər iki ekspertin gəldiyi nəticələrin nə qədər yolverilməz olduğnu bir daha müəyyən etdik. Eyni zamanda məlumat üçün bildirim yoxlama zamanı vergi ödəyicisi tərəfindən mühasibat uçotunun aparılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi idxal edilmiş malların satışını təsdiq edən sənədləri yoxlamaya təqdim edə bilmədiyindən idxal edilmiş malların satışı üzrə gəlirini birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 44-cü maddəsinin tələblərinə uyğun olaraq, (Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi bilikləı tələb olunduğu hallarda ekspertiza təyin edilir) İddiaçı idxal etdiyi malların real bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspertin dəvət edilməsi haqqında xx.xx.2018-ci il tarixli **********165009 nömrəli qərar qəbul olunmuş və həmin qərar əsasında ekspert dəvət edilmiş, fərdi sahibkardan götürülmüş beynəlxalq qaimələr ekspertə təqdim edilmişdir. Ekspert tərəfindən xx.xx.2019-cu il tarixli **********428200 nömrəli məktubla rəy təqdim edildikdən sonra ekspert rəyindən istifadə edilməklə hesablamalar aparılmış və yoxlama başa çatdırılmışdır. Belə ki, fərdi sahibkar tərəfindən təqdim olunmuş Əlavə dəyər vergisi üzrə hesabatların düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Vergi ödəyicisi tərəfindən verilmiş izahatda, idxal olunmuş malların idxal edildiyi ayda satıldığı, idxal edilmiş kartofun üzərinə 4% və digər malların üzərinə 1.4-2 % ticarət əlavəsi gələrək satıldığı qeyd edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim etdilmiş Əlavə dəyər vergisi hesabatları üzrə dövriyyəsi cəmi 2395943.79 manat olmuşdur. Aşağıda adları qeyd olunan malların satış dəyəri ekspertin verdiyi satış qiymətindən 30 faizdən aşağa olduğu üçün ekspertin verdiyi qiymət tətbiq edilməklə hesablama aparılmışdır. Gipsli bağlayıcılar, inşaat kərpicləri, abidələr və tikinti üçün emal olunmuş daşlar, digər daşlar, mərmər 330m2-(3cm), 71m2-(2cm), ag sement (1 kisə 50 kq), portlandsement, süni rənglənmiş və ya rənglənməmiş, içiboş profillər, 3500m2 xarici diametri 168,3 mm-dən çox olmayan, v Asma tavan üçün qara metaldan konstruksiyalar - 2650 m2, v Bır üzü poli merlə, digər üzü kağızla möhkəmləndirilmiş asma tavan üçün gips əsaslı plitələr (60*60) - 3672m2, Rezin əlcəklər: başqa materiallarla kombinə edilməmiş şüşələr: (analiz aparmaq üçün), salfetlər digərləri, Toxunmamış materiallansəthi sıxlığı 25 q/m2-dan çox olmayan: v (birdəfılik maskalar), Qan qruplarını təyin etmək üçün reagentlər və testlər (crp ennlson,rf enlson,aso enison,urine strip 1 1 parametr), Alüminium disklər;(Toyota ölç, 17,18), Alüminium disklər;(BMW ölç, 17,18- 80ədəd;Mersedes ölç,20-48ədəd), Pnevmatik şinlər, istifadə olunmuş;(265/50r20,mod, "Kumho"), Qranit-301 m2, 1 Hərəkət təkərləri, istifadə olunmuş halda 2-Tədarükçü:"AL MAJN AL SATEE TURES və AS,LTD" 3-RİM TOYOTA 20-8 ədəd,RİM toyota 18-28 ədəd 4-36 yer, 36 ədəd, "My Lady" nişanlı gigiyenik qadın paketləri, Döşənmə üçün plitələr, döşəmələr, sobalar, kaminlər və ya divarlar üçün keramik üzlük lövhəcikləri; mozaika işləri üçün keramika kubikləri, 1m2=5$ 2-yer 0,04 x 0 60=51,84 m2 4-yer0,59 x 0,29=246,384 m2 14-yer 0,30 x 0,60=1088,64. Yoxlama ilə aylar üzrə dövriyyə, ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən malların satış qiyməti 30% -dən artıq fərqlənən qiymətə görə ekspertin qiymətləndirməsi, 30 % -dən artıq fərqlənməyən qiymətlər isə vergi ödəyicisinin təqdim etdiyi qiymətlə götürülərək, cəmi dövriyyəsi 2995832.85 manat olmuşdur. 2016-cı il üzrə ƏDV-nin 37118.24 manat azaldılması; 2017-ci il üzrə ƏDV-nin 69267.87 manat azaldılması; 2018-ci il üzrə ƏDV-nin 1593.89 manat azaldılması, ümumilikdə əlavə dəyər vergisinin 107980 manat azaldılması müəyyən edilmişdir. Vergi öoəyicisi tərəfindən təqdim edilmiş 2016-cı il üçün gəlir vergisi bəyannaməsində ümumi gəliri 659270.18 manat, ümumi gəlirdən çıxılan xərclər 656 015.18 manat (Xərclərin tərkibində 1 050 manat əmək haqqı, 231 manat DSMF xərci, 640 925.25 manat malın dəyəri, 13 808.93 manat biləvasitə malların təqdim ilə bağlı sair xərclər) gəlir vergisi 651 manat olmuşdur. Yoxlama ilə vergi ödəyicisinin 2016-cı il üzrə ümumi gəliri 865 482.71 manat, ümumi gəlirdən çıxılan xərclər 641 486.22 manat (Xərclərin tərkibində 1 050 manat əmək haqqı, 231 manat DSMF xərci, 640 205.22 manat malın dəyəri) gəlir vergisi 44 799.30 manat müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il üçün gəlir vergisi bəyannaməsində ümumi gəlir 1395915.62 manat, ümumi gəlirdən çıxılan xərclər 1391770.64 manat (Xərclərin tərkibində 1800 manat əmək haqqı, 396 manat DSMF xərci, 1380 814.98 manat malın dəyəri, 120 manat icarə haqqı xərci , 4583.66 manat bank xidməti üzrə xərclər, 4056 manat biləvasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər) gəlir vergisi 829 manat olmuşdur. Yoxlama ilə vergi ödəyicisinin 2017-ci il üzrə ümumi gəliri 1 780 737 manat, ümumi gəlirdən çıxılan xərclər 1 387 714.71 manat (Xərclərin tərkibində 1800 manat əmək haqqı, 396 manat DSMF xərci, 1380815.05 manat malın dəyəri, 120 manat icarə haqqı xərcləri, 4583.66 manat bank xidmətləri üzrə xərclər) olduğu müəyyən edilərək gəlir vergisi 78 604.46 manat müəyyən olunmuşdur. Yoxlama ilə ümumilikdə gəlir vergisinin: 2016-cı il üzrə (44 799.30 - 651) 44148.30 manat; 2017-ci il üzrə (78 604.46 - 829) 77 775.46 manat; cəmi (44148.30+77 775.46) 121923.76 manat azaldılması müəyyən edilmişdir. Yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 229907.96 manat azaldıldığı müəyyən olunmuşdur; o cümlədən, 121923.76 manat gəlir vergisinin azaldılması; 107980 manat əlavə dəyər vergisinin azaldılması; 4 20 manat ödəmə mənbəyində tutulan verginin azaldılması. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin hesabatda göstərilmiş məbləğinin vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 229907.96 ma ıat azaldılmasına görə azaldılmış vergi məbləğinə 114953.99 manat və vergi hesabatını və ya bu məcəllənin 16.2 maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40 manat, ümumilikdə isə 114993.99 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Ümumilikdə azaldılmış vergi məbləği, azaldılmış vergi məbləğinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə cəmi hesablama 344901,95 manat müəyyən edilmişdir. Lakin ekspert təqdim etdiyi rəydə gəlir vergisi və ƏDV üzrə hesablamaların düzgünlüyünün müəyyən edilməməsini qeyd etmiş və bunu yoxlama zamanı həyata keçirilən ekspert rəyində aylar üzrə bazar qiymətlərinin olmaması ilə əsaslandırmışdır. Ekspert vergi ödəyicisi tərəfindən yoxlama zamanı təqdim edilən izahatı nəzərə almamışdır. Qeyd olunan izahatda vergi ödəyicisi idxal olunmuş malları idxal edildiyi ayda satdığını, idxal edilmiş kartofun üzərinə 4% və digər malların üzərinə 1.4-2% ticarət əlavəsi gələrək satdığını qeyd etmişdir. Yoxlama zamanı tətbiq olunan bazar qiymətləri iddiaçı tərəfindən malların idxal edildiyi ayları nəzərdə tutmaqla, həmin aylar üzrə qiymətləri müəyyən etmişdir. Yəni, bazar qiymətləri yoxlama dövrünün hər bir ayı üzrə deyil, idxal olunan aylar üzrə olan qiymətlərdir. Eyni zamanda bildiririk ki, ekspert vergi orqanının hesablamalarının düzgün olmadığını qeyd etməsinə baxmayaraq, ekspert onun qarşısında qoyulmuş “Yoxlanılan dövr üzrə iddiaçı Şərbətov Şah n Arif oğlu tərəfindən əlavə dəyər vergisi, gəlir vergisi və sair vergilərin azaldılması müəyyən olunurmu (müəyyən olunursa, səbəbi və məbləği nə qədərdir)?” sualına cavab verməmişdir. Bu hal ekspert rəyinin “ətraflı şəkildə həyata keçirilən tədqiqata” söykənmədiyi qənaətinə gəlməyə əsas verir. Ekspert tədqiqatını hüquqi suallara cavab verməklə və maddi hüquq normalarının tətbiqi ilə bağlı şərh verməklə vergi orqanının hesablamalarının qanunsuz olduğunu təhrif olunmuş şəkildə əsaslandırmağa çalışmaqla kifayət saymışdır. Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmin qanunun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Həmin qanunun 13-cü maddəsinə əsasən: Təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Məhkəmə ekspertizasının aparılmasından imtina etməyə əsas verən bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda (verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda) rəy verməyin qeyri-mümkünlüyü barədə təhqiqat aparan şəxsə, müstəntiqə və ya məhkəməyə (hakimə) yazılı formada məlumat vermək ekspertin vəzifəsidir. Beləliklə qeyd etməyi zəruri hesab edirik ki, ekspert rəyinin əsaslandırıcı hissəsi bir vərəqdən ibarətdir və əksər abzaslar tam təkrar cümlələrdən təşkil edilmişdir. Ekspertiza qarşısında qoyulan 2-ci və 3-cü suallara ümumiyətlə cavab verilməmiş, birinci suala isə qeyri- müəyyən cavablar verilərək, yuxarıda qeyd etdiyimiz qanunsuz əsaslandırma həyata keçirilmiş və hesabalamalrın düzgün olmadığı qənaətinə gəlinmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, 2-1(120)-22/2021 saylı inzibati mübahisə üzrə 23 fevral 2021-ci il tarixli, 9/33 nömrəli ekspert rəyinin əsassız və qanunsuz olduğu üçün qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi barədə qərar qəbul edəsiniz”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2021-ci il tarixli, 9/4582 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Birinci və ikinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, məhkəmə-mühasibat ekspertizası özündə uçotun aparılmasını yaxud bərpasına ehtiva etmir, məhkəmə-mühasibat ekspertizası ilkin sənədlərin məlumatları əsasında aparılan tədqiqatdır. İddiaçı tərəfindən xx.xx.2015-xx.xx.2018-ci illərdə idxal etdiyi malların həmin illər (xx.xx.2015-xx.xx.2018) üzrə satışının bazar qiyməti nə qədər təşkil etdiyini və İddiaçı tərəfindən xx.xx.2015xx.xx.2018-ci illərdə idxal etdiyi malların satışının bazar qiymətinin həmin illər (xx.xx.2015xx.xx.2018) üzrə müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlər səviyyəsindən 30%-dən aşağı və ya yuxarı (fərqlənmək) aşıb-aşmamasını müəyyən etmək ekspert mühasibin səlahiyyətlərinə aid deyildir. Səkkizinci, doqquzuncu, onuncu və on birinci suallar üzrə Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 121923,76 manat məbləğində gəlir vergisinin, 107980,00 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Bu halda Vergi Məcəlləsinin tələblərin əsasən fiziki şəxs İddiaçı təqdim etdiyi öz bəyannamələri qəbul oluna bilər. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4,2 manat məbləğində ÖMV-nin az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, gəlirləri ilə bağlı sənədlər tədqiqata tam şəkildə təqdim edilməmişdir. Üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci suallar üzrə: Hazırkı rəyin təsviri hissəsində göstərilən səbəblərdən hazırkı suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün olmadı. Bundan başqa qeyd edilir ki, iş materiallarından göründüyü kimi yoxlama ilə fiziki şəxsin digər bütün digər xərcləri o cümlədən: 2016-cı il üzrə 641486, 22 manat xərci, 2017-ci il üzrə 1391770,64 manat xərci nəzərə alınmışdır. Qeyd edilir ki, bəyannamədə göstərilən sair xərclərin yoxlama ilə müəyyən edilməməsi və ya hazırkı tədqiqata tam təqdim edilməməsi az hesablanmış verginin müəyyən olunması zamanı həmin vergilərə əsaslı təsir etmir. On ikinci sual üzrə: Qeyd edilir ki, iş materiallarında və təqdim edilmiş əlavə tədqiqat obyektlərində, məlumatlarda fiziki şəxs İddiaçı ilə digər vergi ödəyiciləri arasında bağlanmış (rəsmiləşdirilmiş) müqavilələr öz əksini tapmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinın 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə göndərdiyi 15 aprel 2021-ci il tarixli, **********791600 nömrəli etiraz məktubunda qeyd edilmişdir: “İddiaçı (bundan sonra iddiaçı) (VÖEN: **********) 6 saylı Ərazi Vergilər Departamentinə (Hal-hazırda 6 saylı Ərazi Vergilər Baş İdarəsinə) (bundan sonra cavabdeh) qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixii, **********185380 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarının ləğv edilməsini xahiş etmişdir. Qeyd olunan inzibati mübahisə üzrə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə ekspertizanın təyin olunması haqqında qərardad qəbul edilmiş və iş üzrə məhkəmə-mühasibat ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibat ekspertizası üzrə 13 dekabr 2021 -ci il tarixli, 9/4582 nömrəli (Aparıcı ekspert: Ağaismayıl Rzayev) rəy verilmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, 13 dekabr 2021-ci il tarixli, 9/4582 nömrəli ekspert rəyi tam əsassız və qanunsuzdur: Belə ki, ekspert rəyində qeyd edir ki, “Yuxarıda göstərilənlər nəzərə alınmaqla xx.xx.2019-cu il tarixli **********154003 saylı aktın Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunur. Yəni fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2018-ci il, yoxlamanın başa çatması tarixi xx.xx.2019-cu il, tərtib olunma tarixi xx.xx.2019-cu il və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2019-cu il olmasına baxmayaraq, yoxlama ilə əhatə olunan dövr xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olduğundan yuxarıda göstərilən Vergi Məcəlləsinin maddələrinin tələbləri gözlənilməmişdir. Həmçinin müəyyən dövrlər üzrə az hesablanmış vergilərin üç illik müddəti keçməsinə baxmayaraq hesablanmışdır”. Bununla əlaqədar olaraq.aşağıdakıları qeyd etməyi zəruri hesab edirik. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Ləğv edilmiş 6 saylı Ərazi Vergilər İdarəsinin (Daha sonra 6 saylı Ərazi Vergilər Departamenti, hal-hazırda 6 saylı Ərazi Vergilər Baş İdarəsi) “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********154003 nömrəli Qərarına əsasən fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyəti üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 22 iyun 2018-ci il tarixdə başlanmış və 23 aprel 2019-cu il tarixdə başa çatdırılaraq, nəticəsi 26 aprel 2019-cu il tarixli **********172791 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan maddi hüquq norması düzgün tətbiq edilmişdir. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın xx.xx.2018-ci il tarixdə qəbul olunmasını və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin yoxlandığı dövrün xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü əhatə etməsini nəzərə alsaq, vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətinin yoxlanılması və Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələblərinin pozulmaması aydın görünməkdədir. Digər tərəfdən də ekspert konkret olaraq hansı dövrlər üzrə, hansı tədiyyə növü üzrə və hansı məbləğdə vergilərin üç illik müddət keçməsinə görə düzgün hesablanmamasını rəyin qeyd etməmiş, sadəcə ümumi cümlələrdən istifadə edərək vergi orqanı tərəfindən hesablanmış vergilərin düzgün hesablanmaması fikrini formalaşdırmağa və gəldiyi qənaəti təhrif olunmuş şəkildə əsaslandırmağa çalışmışdır. Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin normalarının düzgün tətbiqi ilə bağlı məsələlər hüquqi aspekt olmaqla məhkəmənin səlahiyyətində olduğu üçün və qeyd olunan suallara cavab verilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertin qanunvericiliyin tətbiqi ilə bağlı suallara cavab verməsi doğru olmamaqla qanunvericiliyə birbaşa ziddir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmin qanunun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Həmin qanunun 13-cü maddəsinə əsasən: Təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Məhkəmə ekspertizasının aparılmasından imtina etməyə əsas verən bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda (verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda) rəy verməyin qeyri-mümkünlüyü barədə təhqiqat aparan şəxsə, müstəntiqə və ya məhkəməyə (hakimə) yazılı formada məlumat vermək ekspertin vəzifəsidir. Lakin ekspert tam şəkildə zəruri biliyindən kənara çıxan hüquqi müstəvidə olan suallara cavab vermiş və maddi hüquq normalarının tətbiqi üzrə fəaliyyət gösətrmişdir. 2. Həmçinin ekspert rəyində qeyd edir ki, “Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tələblərindən göründüyü kimi, idxal olunmuş malların satışına bazar qiyməti tətbiq olunması nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilir ki, bazar qiyməti müəyyən olunması nəzərdə tutulsaydı belə, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin tələblərinə əməl olunmamışdır. Yəni, verginin hesablanamsı üçün yoxlamaya əsas olmuş ekspert rəyində 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara tətbiq etdikləri qiymətlərin səviyyəsinin 30 faizdən çox (aşağı və yuxan) dəyişməsinin müəyyən edilməsi ilə bağlı əsaslar göstərilməmişdir. Belə ki, yuxarıda da göstərildiyi kimi, yoxlama zamanı vergilərin hesablanması üçün istifadə edilmiş ekspert rəyində idxal edilmiş malların aylar üzrə qiyməti müəyyən edilməmişdir. Müəyyən olunmuş bazar qiymətinin hansı dövrə (hansı aya və hansı ilə) aid olması göstərilməmişdir. Ekspertin rəyində müəyyən olunmuş qiymətin dövrü yalnız ümumilikdə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək göstərilmişdir”. Bununla əlaqədar olaraq məlumat üçün qeyd edirik ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatlar! aparıİdıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. Yuxarıda qeyd edildiyi kimi idxal-ixrac əməliyyatlarına da bazar qiymətlərinin tətbiq olunması qanunvericilikdə müəyyən olunmuşdur. Lakin hansı səbəbdən və hansı məqsədlə ekspertin idxal olunmuş mallara bazar qiymətinin tətbiq edilməsinin qeyri-mümkünlüyü barədə fikir irəli sürməsi aydın deyildir. Eyni zamanda məlumat üçün bildirim yoxlama zamanı vergi ödəyicisi tərəfindən mühasibat uçotunun aparılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi idxal edilmiş malların satışını təsdiq edən sənədləri yoxlamaya təqdim edə bilmədiyindən idxal edilmiş malların satışı üzrə gəlirini birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 44- cü maddəsinin tələblərinə uyğun olaraq, (Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir) İddiaçı idxal etdiyi malların real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə ekspertin dəvət edilməsi haqqında xx.xx.2018-ci il tarixli **********165009 nömrəli qərar əsasında ekspert dəvət edilmiş, fərdi sahibkardan götürülmüş beynəlxalq qaimələr ekspertə təqdim edilmişdir. Ekspert tərəfindən xx.xx.2019-cu il tarixli **********428200 nömrəli məktubla rəy təqdim edildikdən sonra ekspert rəyindən istifadə edilməklə hesablamalar aparılmış və yoxlama başa çatdırılmışdır. Belə ki, fərdi sahibkar tərəfindən təqdim olunmuş Əlavə dəyər vergisi üzrə hesabatların düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Vergi ödəyicisi tərəfindən verilmiş izahatda, idxal olunmuş malların idxal edildiyi ayda satıldığı, idxal edilmiş kartofun üzərinə 4% və digər malların üzərinə 1.4-2 % ticarət əlavəsi gələrək satıldığı qeyd edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim etdilmiş Əlavə dəyər vergisi hesabatları üzrə dövriyyəsi cəmi 2395943.79 manat olmuşdur. Aşağıda adları qeyd olunan malların satış dəyəri ekspertin verdiyi satış qiymətindən 30 faizdən aşağa olduğu üçün ekspertin verdiyi qiymət tətbiq edilməklə hesablama aparılmışdır. Gipsli bağlayicilar, inşaat kərpicləri, abidələr və tikinti üçün emal olunmuş daşlar, digər daşlar, mərmər 330m2-(3cm), 71m2- (2cm), ag sement (1 kisə 50 kq), portlandsement, süni rənglənmiş və ya rənglənməmiş, içiboş profillər, 3500m2 xarici diametrl 168,3 mm-dən çox olmayan, Asma tavan üçün qara metaldan konstruksiyalar - 2650 m2, Bir üzü poli merlə, digər üzü kağızla möhkəmləndirilmiş asma tavan üçün gips əsaslı plitələr (60*60) - 3672m2, Rezin əlcəklər: başqa materiallarla kombinə edilməmiş şüşələr: (analiz aparmaq üçün), salfetləndigərləri, Toxunmamış materiallarsəthi sıxlığı 25 q/m2-dan çox olmayan: (birdəfılik maskalar), Qarı qruplarını təyin etmək üçün reagentlər və testlər (CRP ENNİS0N,RF ENİSON.ASO ENİ SON, URİNE STRİP 1 1 PARAMETR), Alüminium disklər;(Toyota ölç, 17,18), Alüminium disklər;(BMW ölç, 17,18-80 ədəd; Mersedes ölç, 20-48ədəd), Pnevmatik şinlər, istifadə olunmuş;(265/50r20,mod,"Kumho"), Qranit-301 m 2, v' 1-Hərəkət təkərləri, istifadə olunmuş halda 2-Tədarükçü:"AL MAJN AL SATEE TURES və AS,LTD" 3-RİM TOYOTA 20-8 ədəd, RİM toyota 18-28 ədəd 4-36 yer, 36 ədəd, "My Lady" nişanlı gigiyenik qadın paketləri, Döşənmə üçün plitələr, döşəmələr, sobalar, kaminlər və ya divarlar üçün keramik üzlük lövhəcikləri; mozaika işləri üçün keramika kubikləri, 1m2=5$ 2-yer 0,04 x 0,60=51,84 m2 4-yer 0,59 x 0,29=246,384 m2 14-yer 0,30 x 0,60=1088,64. Yoxlama ilə aylar üzrə dövriyyə, ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən malların satış qiyməti 30% -dən artıq fərqlənən qiymətə görə ekspertin qiymətləndirməsi, 30%-dən artıq fərqlənməyən qiymətlər isə vergi ödəyicisinin təqdim etdiyi qiymətlə götürülərək, cəmi dövriyyəsi 2995832.85 manat olmuşdur. 2016-cı il üzrə ƏDV-nin 37118.24 manat azaldılması; 2017ci il üzrə ƏDV-nin 69267.87 manat azaldılması; 2018-ci il üzrə ƏDV-nin 1593.89 manat azaldılması. Ümumilikdə əlavə dəyər vergisinin 107980 manat azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı il üçün gəlir vergisi bəyannaməsində ümumi gəliri 659270.18 manat, ümumi gəlirdən çıxılan xərclər 656 015.18 manat (Xərclərin tərkibində 1 050 manat əmək haqqı, 231 manat DSMF xərci, 640 925.25 manat malın dəyəri, 13 808.93 manat biləvasitə malların təqdim ilə bağlı sair xərclər) gəlir vergisi 651 manat olmuşdur. Yoxlama ilə vergi ödəyicisinin 2016-cı il üzrə ümumi gəliri 865 482.71 manat, ümumi gəlirdən çıxılan xərclər 641 486.22 manat (Xərclərin tərkibində 1 050 manat əmək haqqı, 231 manat DSMF xərci, 640 205.22 manat malın dəyəri) gəlir vergisi 44 799.30 manat müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il üçün gəlir vergisi bəyannaməsində ümumi gəlir 1395915.62 manat, ümumi gəlirdən çıxılan xərclər 1391770.64 manat (Xərclərin tərkibində 1800 manat əmək haqqı, 396 manat DSMF xərci, 1 380 814.98 manat malın dəyəri, 120 manat icarə haqqı xərci, 4583.66 manat bank xidməti üzrə xərclər, 4056 manat biləvasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər) gəlir vergisi 829 manat olmuşdur. Yoxlama ilə vergi ödəyicisinin 2017-ci il üzrə ümumi gəliri 1 780 737 manat, ümumi gəlirdən çıxılan xərclər 1 387 714.71 manat (Xərclərin tərkibində 1800 manat əmək haqqı, 396 manat DSMF xərci, 1380815.05 manat malın dəyəri, 120 manat icarə haqqı xərcləri, 4583.66 manat bank xidmətləri üzrə xərclər) olduğu müəyyən edilərək gəlir vergisi 78.604.46 manat müəyyən olunmuşdur. Yoxlama ilə ümumilikdə gəlir vergisinin: 2016-cı il üzrə (44 799.30 - 6 5 1 ) 44148.30 manat; 2017-ci il üzrə (78 604.46-829) 77 775.46 manat; cəmi (44148.30+77 775.46) 121923.76 manat azaldılması müəyyən edilmişdir. Yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 229907.96 manat azaldıldığı müəyyən olunmuşdur; o cümlədən, 121923.76 manat gəlir vergisinin azaldılması; 107980 manat əlavə dəyər vergisinin azaldılması; 4.20 manat ödəmə mənbəyində tutulan verginin azaldılması. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin hesabatda göstərilmiş məbləğinin vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 229907.96 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 114953.99 manat və vergi hesabatını və ya bu məcəllənin 16.2 maddəsində nəzərdə tutulmuş arayışı, əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40 manat, ümumilikdə isə 114993.99 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Ümumilikdə azaldılmış vergi məbləği, azaldılmış vergi məbləğinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə cəmi hesablama 344901,95 manat müəyyən edilmişdir. Lakin ekspert təqdim etdiyi rəydə gəlir vergisi və ƏDV üzrə hesablamaların düzgünlüyünün müəyyən edilməməsini qeyd etmiş və bunu yoxlama zamanı həyata keçirilən ekspert rəyində aylar üzrə bazar qiymətlərinin olmaması ilə əsaslandırmışdır. Ekspert vergi ödəyicisi tərəfindən yoxlama zamanı təqdim edilən izahatı nəzərə alamamışdır. Qeyd olunan izahatda vergi ödəyicisi idxal olunmuş malları idxal edildiyi ayda satdığını, idxal edilmiş kartofun üzərinə 4% və digər malların üzərinə 1.4-2% ticarət əlavəsi gələrək satdığını qeyd etmişdir. Bu hal ekspert rəyinin “ətraflı şəkildə həyata keçirilən tədqiqata” söykənmədiyi qənaətinə gəlməyə əsas verir. Ekspert tədqiqatını hüquqi suallara cavab verməklə və maddi hüquq normalarının tətbiqi ilə bağlı şərh verməklə vergi orqanının hesablamalarının qanunsuz olduğunu təhrif olunmuş şəkildə əsaslandırmağa çalışmaqla kifayət saymışdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Eyni zamanda ekspert rəyində üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci suallar suallar ilə bağlı qeyd edir ki, “2016-cı il üçün təqdim edilən gəlir vergisi bəyannaməsində xərc kimi qeyd olunan 13808.93 manat və 2017-ci il üçün təqdim edilən gəlir vergisi bəyannaməsində xərc kimi qeyd olunan 4056 manat bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər tam şəkildə təqdim edilməmişdir. Bu səsəbdən də haztrki suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün olmadı. Bundan başqa qeyd edilir ki, iş materiallarından göründüyü kimi yoxlama ilə fiziki şəxsin digər bütün xərcləri o cümlədən, 2016-cı il üzrə 641486,22 manat xərci, 2017-ci il üzrə 1391770.64 manat xərc nəzərə alınmışdır. Qeyd edilir ki, bəyannamdə göstərilən sair xərclərin yoxlama ilə müəyyən edilməməsi və ya haztrki tədqiqata tam təqdim edilməməsi az hesablanmış verginin müəyyən olunması zamanı həmin vergilərə əsaslı təsir etmir”. Qeyd olunanlarla bağlı bildiririk ki, sonuncu suallar üzrə də ekspert tərəfindən tədqiqat aparılmamış, sadəcə rəydə əsası qeyd olunmayan ümumi cümlələrdən və təhrif olunmuş rəqəmlərdən istifadə edilərək iddiaçının haqlı olması fikrini formalaşadırılmğa çalışılmış və hətta ekspert yox, iddiaçının vəkili kimi çıxışlar həmin rəydə öz əksini tapmışdır. Belə ki, 2016-cı il üçün təqdim edilən gəlir vergisi bəyannaməsində xərc kimi qeyd olunan 13808.93 manat və 2017-ci ii üçün təqdim edilən gəlir vergisi bəyannaməsində xərc kimi qeyd olunan 4056 manat bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər barədə iş materiallarında hər hansı bir sənəd olmadığı halda, ekspert həmin xərcləri təsdiq edən sənədlərin tam təqdim edilmədiyini qeyd edir. Ekspert bu qeydi ilə də fikir formalaşdırmağa çalışır ki, həmin xərcləri təsdiq edən sənədlərin bir qismi iş materiallarında mövcuddur. O zaman da sual ortaya çıxır ki, əgər həqiqətən qeyd olunan xərclərlə bağlı bir qism sənədlər mövcuddursa, nə üçün ekspert suallara tam cavab verməmiş və həmin xərci təsdiq edən sənədlər barədə məlumat verməmişdir?! Həmçinin ekspert rəyində “iş materiallarından göründüyü kimi 2017-ci il üzrə 1391770.64 manat xərcin nəzərə alındığını" qeyd etməklə təsdiqini tapmayan xərc sənədlərinin də iş materiallarında mövcud olduğu barədə fikir formalaşdırmağa çalışmışdır. Halbuki ekspert rəyin təsviri hissəsində yoxlama ilə 2017-ci il üzrə 1387714.71 manat xərcin nəzərə alındığını ifadə etmişdir. Məhz fakt da ondan ibarətdir ki, 2017-ci il üzrə gəlirdən çıxılan xərclər 1 387 714.71 manat (Xərclərin tərkibində 1800 manat əmək haqqı, 396 manat DSMF xərci, 1380815.05 manat malın dəyəri, 120 manat icarə haqqı xərcləri, 4583.66 manat bank xidmətləri üzrə xərclər) olduğu müəyyən edilərək gəlir vergisi 78 604.46 manat müəyyən olunmuşdur. Ekspertin “bəyannamdə göstərilən sair xərclərin yoxlama ilə müəyyən edilməməsi və ya hazırki tədqiqata tam təqdim edilməməsi az hesablanmış verginin müəyyən olunması zamanı həmin vergilərə əsaslı təsir etmir” ifadəsi isə ekspertin səlahiyyətinə aid olmamaqla iddiaçının vəkili qismində çıxış etməklə onun müdafiəsi üzrə qurulmuş bir cümlədir. Nəticə etibarı ilə bildirməyi zəruri hesab edirik ki, inzibati mübahisəyə dair məhkəmə-mühasibat ekspertizası üzrə 21 iyul 2020-cu il tarixli 23699 nömrəli (Böyük ekspert: Zaur Məmmədov) rəydə olan əsaslandırmalar müəyyən qədər fərqlərlə etiraz olunan rəyə köçürülmüşdür. Yuxarıda göstərilənləri nəzərə alaraq, 2- 1(120)-22/2021 saylı inzibati mübahisə üzrə 13 dekabr 2021-ci il tarixli, 9/4582 nömrəli ekspert rəyini əsassız və qanunsuz olduğu üçün qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi barədə qərar qəbul edəsiniz”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2022-ci il tarixli, 9/2456 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: 1-ci sual üzrə: İş materiallarında olan aktlara əsasən aparılmış tədqiqat nəticəsində İddiaçı tərəfindən xx.xx.2015-xx.xx.2018-ci illərdə idxal edilən və satılan malların həmin illər üzrə orta bazar satış qiyməti ilə ümumi dəyəri təxminən 2.827.473.47 manat müəyyən olunur. Həmin malların adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 2-ci sual üzrə: İddiaçı tərəfindən xx.xx.2015-xx.xx.2018-ci illərdə idxal edilən və satılan malların satış qiyməti, qeyd edilən illər (xx.xx.2015-xx.xx.2018) üzrə müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlər səviyyəsində (ticarət əlavəsi) uyğun olaraq təxminən 25% civarında olmuşdur. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından və iş materiallarında olan sənədlərdən, o cümlədən tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, cavabdeh 6 saylı Ərazi Vergilər İdarəsinin “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********154003 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Aparılmış yoxlamanın nəticələrinə dair xx.xx.2019-cu il tarixli, **********172791 nömrəli Səyyar vergi yoxlaması AKT-ı tərtib edilmişdir. Həmin aktdan görünür ki, yoxlama xx.xx.2018-ci il tarixdə başlamış xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Həmin aktdan həmçinin görünür ki, cavabdeh 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli, **********165009 nömrəli Qərarına əsasən İddiaçı vergi yoxlamasının əhatə etdiyi dövr ərzində (xx.xx.2015-xx.xx.2018) idxal etdiyi malların satışının bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC Konsaltinq və qiymətləndirmə şirkətindən ekspert dəvət edilmidir. Həmin ekspert tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, MB 12-393 rəyə əsasən yoxlanılan dövr ərzində İddiaçı tərəfindən satılmış malların satış qiyməti müəyyən edilmişdir. Cavabdeh 6 saylı Ərazi Vergilər İdarəsi həmin aktı və ekspert rəyini rəhbər tutub, iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********185380 nömrəli Qərar qəbul etmişdir. Yəni cavabdeh 6 saylı Ərazi Vergilər İdarəsi iddiaçı tərəfindən satılan müəyyən malların satış dəyərini ekspertin verdiyi satış qiymətindən 30 faiz fərqlənən hissəsini ekspertin verdiyi qiymət tətbiq etməklə hesablama aparmışdır. İddiaçı verginin bu qaydada hesablanmasına etiraz edir və qəbul edilmiş həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə müəyyən edilmiş işin faktiki hallarına, iddiaçının dəlillərinə və cavabdehin etirazının əsaslarına aşağıdakı hüquq normaları baxımından qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, bu maddədə başqa hal nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə isə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda (14.3.1.); təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə (14.3.2.); 30 gün ərzində vergi ödəyicisinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə (14.3.3.); müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda (14.3.4.); bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda (14.3.5). (14.3.5-ci maddə Vergi Məcəlləsinə 21 dekabr 2012-ci il tarixli 509-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş və 01 yanvar 2013-cü il tarixdən qüvvəyə minmişdir). Həmin Məcəllənin 14.9-cu maddəsinə əsasən malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Həmin Məcəllənin 14.6.3-cü maddəsinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. İş materiallarından göründüyü kimi, vergi orqanı xx.xx.2018-ci il tarixli, **********154003 qərara əsasən xx.xx.2018-ci il tarixdən səyyar vergi yoxlamasına başlamış, xx.xx.2018-ci il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək iddiaçı tərəfindən satılan məhsulların qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Beləliklə də məhkəmə yalnız ekspert rəyinə istinad etməklə vergi orqanının iddiaçıya əlavə vergi öhdəliyinin müəyyən etməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2012-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. Həmçinin, “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, vergi orqanı tərəfindən bu halların heç biri üzrə araşdırma aparılmamış, əksinə hüquq normalarının tələbinə zidd şəkildə iddiaçının satdığı məhsulun bazar qiymətinin müəyyən edilməsindən ötrü birbaşa ekspertiza təyin edilmiş və həmin ekspert rəyinin nəticəsinə uyğun əsassız vergi hesablanmışdır. Vergi orqanının yuxarıda qeyd olunan hüquq normalarına əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə iddiaçı tərəfindən satılan məhsulların bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinin tələbinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. İş materiallarında eyni növ məhsulları alan və satan, iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası – məhsulların satıldığı gündən 30 gün ərzində daha baha qiymətə satılması barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir. Ümumiyyətlə, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Bununla belə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2022-ci il tarixli, 9/2456 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2015-xx.xx.2018-ci illərdə idxal edilən və satılan malların həmin illər üzrə orta bazar satış qiyməti ilə ümumi dəyəri təxminən 2.827.473.47 manat müəyyən olunmudur və həmin malların adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2015-xx.xx.2018-ci illərdə idxal edilən və satılan malların satış qiyməti, qeyd edilən illər (xx.xx.2015-xx.xx.2018) üzrə müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlər səviyyəsində (ticarət əlavəsi) uyğun olaraq təxminən 25% civarında olmuşdur. Belə olduğu halda yoxlanılan dövr ərzində İddiaçı tərəfindən təqdim olunan qiymətlər vergitutma məqsədləri üçün əsas kimi götürülməli idi. Yəni, təqdim edilmiş iş materiallarında olan sənədlər əsasında vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan vergilərlə bağlı kənarlaşma müəyyən edilmir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2020-ci il tarixli, 23699 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, **********172791 nömrəli Səyyar vergi yoxlaması aktın Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunur. Yəni fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2018-ci il, yoxlamanın başa çatma tarixi xx.xx.2019-cu il, tərtib olunma tarixi xx.xx.2019-cu il və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2019-cu il olmasına baxmayaraq yoxlama ilə əhatə olunan dövr xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək olduğundan yuxarıda göstərilən Vergi Məcəlləsinin maddələrinin tələbləri gözlənilməmişdir. Həmçinin müəyyən dövrlər üzrə az hesablanmış vergilərin üç illik müddəti keçməsinə baxmayaraq hesablanmışdır (səhifə 4 və 5). Həmin və digər ekspert rəyində "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinin reallığı əks etdirirmi sualına ekspert cavabında bildirmişdir ki, “...yoxlama zamanı vergilərin hesablanması üçün istifadə edilmiş ekspert rəyində idxal edilmiş malların aylar üzrə qiyməti müəyyən edilməmişdir. Müəyyən olunmuş bazar qiymətinin hansı dövrə (yəni hansı aya, hansı ilə) aid olması göstərilməmişdir. Ekspert rəyində müəyyən olunmuş qiymətin dövrü yalnız ümumilikdə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək göstərilmişdir. Həmçinin ekspert rəyində Dərnəgül Tikinti Materialları bazarında qiymət dəyişməsi cədvəli öz əksini tapmışdır ki, həmin cədvəldə yoxlama ilə əhatə olunan 2016-2017-ci illər göstərilməmişdir. Həmin cədvəldə 2018-2019-cu illər qeyd edilmişdir. Yəni Vergi Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə də əməl olunmamışdır (səhifə 7). Buna görə də məhkəmə hesab edir ki, vergi ödəyicisi (iddiaçı) vergi məsuliyyətinə cəlb edilməsinə əsas olmuş qərarın ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz (maddə 3.5). Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergi ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur (maddə 53.3). Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır (maddə 54.0.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********185380 nömrəli qərarının ödəmə mənbəyindən tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyası və 40 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatlarının dəyəri 700 (yeddi yüz) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən prosessual xərclər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********185380 nömrəli qərarının ödəmə mənbəyindən tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyası və 40 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə görə 700 (yeddi yüz) manat ekspertiza tədqiqatlarının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar