Məhkəmə qərarları › İş №2-1(120)-8/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-8/2024

26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-8/2024 26.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2019-cu il tarixli, **********195303 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiasına Şirvan İnzibati Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10), inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195303 saylı qərarında göstərilmiş ümumilikdə vergi məsulliyətinə cəlb edilmiş 95010,47 manatdan 60993,03 manat hesablanmış gəlir vergisi və həmin məbləğə görə 30496,52 manat maliyyə sanksiyası,cəmi 91489,55 manatqədər azaldılaraq, yalnız 81 manat əlavə dəyər vergisi və 3439,92 manat (81 manat ƏDV-nin 40,50 manat maliyyə sanksiyası və 3399,92 manat əlavə dəyər vergisinin ödəməməsinə görə maliyyə sanksiyası) maliyyə sanksiyasının, ümumilikdə 3520,92 manat məbləğin vergi məsulliyətinə cəlb edilməsi” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 2-1(120)-8/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbi dəqiqləşdirilərək, iddiaçı və cavabdeh olduğu kimi qalmaqla iddia tələbinə “”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195303 saylı qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə eyni iddia ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(121)-300/2020 nömrəli qərardadında idianın aidiyyatı üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli **********158593 saylı qərara əsasən növbədən xənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsində xx.xx.2019 tarixli **********61506 nömrəli və xx.xx.2019-cu il tarixli **********120300 nömrəli aktlara əsasən xx.xx.2019-cu il tarixli **********195303 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunmuşdur.Qərarın yoxlama zamanı vergi ödəyicisinin gəlirləri sənədlərlə öz təsdiqinin tapmadığına görə Vergi məcəlləsinin 83.9 maddəsinə əsaslanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il mart tarixli 55 nömrəli qərarına əsas tutaraq çəkilmiş xərclərə görə 20 faiz səviyyəsində rentabellik hesablanmışdır. İddiaçı 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********195303 nömrəli qərarında .göstərilmiş 60993,03 manat hesablanmış gəlir vergisindən və həmin məbləğə görə 30496,52 manat maliyyə sanksiyası ilə razı deyil.Beləki **********195305 saylı qərarda vergi ödəyicisi tərəfindən büdcəyə çatası gəlir vergisinin 00993.3 manat azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 30496,52 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə **********195305 saylı qərara əsasən Əlavə dəyər vergisinə görə 81 manat azaldılmış və 40,50 manat maliyyə sanksiyası, Gəlir vergisinə görə 60993,03 manat azaldılmış və 30496,52 manat maliyyə sanksiyası, ƏDV məbləğinin ödənilməməsinə görə 3399,42 manat maliyyə sanksiyası, cəmi 61074.3 manat azaldılmış və 33936.,44 manat maliyyə sanksiyası olaraq, ümumilikdə 95010,47 manat məbləğ vergi məsulliyətinə cəlb olunmuşdum.xx.xx.2019-cu il tarixdə yoxlamanın nəticələri müzakirə olunarkən vergi müfəttişi X1 Məmməd Adil oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və mühasibinə özünün tərtib etdiyi cədvəli təqdim edərək bildirmişdir ki, onların tərəfindən təqdim olunmuş bəyannamələr və sənədlərdə (NKA-larin Z hesabatları) uyğunsuzluq olduğundan və yalnız xərc sənədləri tam olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il mart tarixli 55 nömrəli qərarın tətbiq etdiyini bildirdi. Vergi müfəttişi X2 xx.xx.2019-cu il tarixdə yoxlamanın nəticələri müzakirə olunarkən özünün tərtib etdiyi cədvəldə yalnız 2 ədəd NKA-nın Z hesabatı məlumatlarını nəzərə aldığını gördük və nədən digər 4 ədəd NKA-nın Z hesabatlarını nəzərə almadığını soruşduqda, müfəttiş sənədləri tapa bilmədiyini bildirmişdir. Omlaröz növbəsində yoxlama zamanı yoxlamanı aparan vergi müfəttişinə gəlirləri və xərcləri təsdiq edən bütün sənədlər, o cümlədən Vergilər Nazirliyində onun adından qeydiyyatda olan 4 ədəd obyekt üzrə 6 ədəd KA -nın xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Z hesabatlar təqdim etdiklərini və xx.xx.2018-ci il tarixli götürülmə qərarı ilə bütün sənədlər götürüldüyünü və hər hansı sənədin olmaması barədə götürülmə haqqında qərarda qeyd olunmayaraq, hər hansı bir çatışmamazlıq barədə protokol tərtib edilməməsini bildirmişlər və əgər 2 ədəd NKA-nın Z hesabatları əldə varsa, digər səənədlərin olmadığı şübhə yaratdı. Əks halda bu barədə qeydlər aparılmalı idi. Vergi müfəttişi X5 yenidən sənədləri onlardan təqdim etmələrini xahiş etmişdir.xx.xx.2019-cu il tarixdə ona məxsus İ.İskəndərov küç. 71 ünvanda yerləşən 2 ədəd NKA-nm qeydiyyatda olduğu mağaza tam olaraq yandığından və yanğın nəicəsində sənəd və digər əmlaklar o cümlədən 2 ədəd NKA-rı yandığından həmin NKAnm Z hesabatlarını göndərə bilməmişlər. Lakin digər 2 ədəd NKA-nın Z hesabatlarını və verilmiş bəyannamələrlə sənədlər arasında olan uyğunsuluqları əsaslandıraraq tam aydın şəkildə göstərilmiş onlar tərəfdən tərtib olunmuş “ xx.xx.2017- xx.xx.2017-ci il dövr üçün Pərakəndə və Topdan satış üzrə dövriyyələrin və bəyannamələrin tərtibi cədvəlidə”xx.xx.2019- cu il tarixli **********520000 nömrəli məktubla 5 saylı Ərazi Vergilər İdarəsinə rəsmi olaraq təqdim edilmişdir. 'Həmin cədvəldə 644317,53 manat və 195461,11 manat məbləğlər istisna olmaqla qalan bütün məbləğlər yoxlamaya təqdim olunan sənədlərlə öz əksini tapmışdır. 644317,53 manat məbləğ yanan obyektdə olan 2 ədəd - NKA-nm dövriyyəsidirki NKA-rı yandığından yenidən Z hesabatları təqdim edə bilməmişlər, lakin yuxarıda qeyd edildiyi kimi yoxlama dövründə həmin Z hesabatları yoxlama aparan vergi müfəttişi tərəfindən bizdən götürülmüşdir. 195461,11 manatlıq fərqin yaranma səbəbi bununla bağlıdır ki, əvvəlki yoxlama dövründə xx.xx.2017-ci il tarixli **********101716 nömrəli aktı ilə 2017-ci ilin yanvar-aprel ayları üzrə dövriyyənin həmin məbləğ qədər azaldılması aşkar edilmiş və 35183 manat ƏDV hesablanaraq tutulmuşdur. Buna görədə gəlir vergisi bəyannaməsində gəlirin həcmi 195461,11 manat məbləğdə artırılmışıdır.xx.xx.2019-cu il tarixli **********195303 qərarda onun gəlirlərini sənədlərlə təsdiqi tapmadığını əsaslandıra bilməməyi bildirilsə də o dəfələrlə xx.xx.2019-cu il tarixli **********1895500 nömrəli və xx.xx.2019-cu il tarixli **********664700 nömrəli məktublarla 5 saylı Ərazi Vergilər İdarəsinə etirazını bildirərək, aidiyyatı sənədləri təqdim etmişdir və əsaslandırmışdır. Lakin bunlara baxmayaraq onların təqdim etdiyi sənədlər nəzərə alınmayaraq X5 2 ədəd NKA -nın nəzərə aldığı və özünün tərtib etdiyi cədvəli əsas tutaraq sənədlərlə bəyannamələr arasında uyğunsuzluğun olduğunu bildirmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi X7 eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələblərini aşağıdakı səbəbərdən əsassız hesab edir: 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli,**********158593 nömrəli “Səyyar vergi yoxlamasının keşirilməsi haqqında” Qərarına əsasən xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək olan dövrdə İddiaçı sahibkarlıq fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticələri xx.xx.2019-cu il tarixli **********161506 saylı Aktla rəsmiləşdirilmişdir. Aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci ilin gəlir vergisi bəyannaməsinə əsasən malların, işlərin (xidmətlərin) təqdim edilməsindən ümumi gəlir 159 0117,77 manat, il ərzində malların, işlərin (xidmətlərin) təqdim edilməsinə çəkilmiş xərclərin cəmi 1.579.235,75 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 108.285,30 manat, sosial sığorta haqqları 23.822,77 manat, mallar 1.413.438,03 manat, rabitə xərcləri 2.519,94 manat, bank xidməti üzrə xərclər 4.967,19 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 625,00 manat, elektrik enerjisi xərcləri 6.209,04 manat, icarə haqqı (fiziki şəxslərə) xərcləri 2.010,00 manat, qaz xərcləri 1.667,00 manat, sığorta haqqları 408,84 manat, digər xərclər 15.282.64 manat olmaqla vergi ödəyicisinin vergiyə cəlb olunan gəliri 10.882,02 manat, gəlir vergisi 2.176,40 manat göstərilmişdir.Vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdə müxtəlif malların idxalı, topdan, pərakəndə satışı və malların qablaşdırılması (fasovkası) ilə məşğul olmuşdur. Yoxlama zamanı vergi ödəyicisinin gəlirləri sənədlərlə öz təsdiqini tapmadığı üçün gəlirin müəyyən edilməsi üçün vergi ödəyicisinin gəliri Vergi Məcəlləsinin 83.9 maddəsinə əsaslanaraq “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarının 6.1.2-ci maddəsinə əsasən şərti rentabellik norması 20% səviyyəsində götürülməklə müəyyən edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı əsasında vergi ödəyicisinin gəlirinin 1.895.082.90 manat, malların, işlərin (xidmətlərin) təqdim edilməsinə çəkilmiş xərclərin cəmi 1.579.235,75 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 108.285,30 manat, sosial sığorta haqqları 23.822,77 manat, mallar 1.408.639,92 manat, rabitə xərcləri 2.519,94, bank xidməti üzrə xərclər 4.967,19 manat, biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 625,00 manat (müqavilə əsasında içlərin görülməsi, xidmətlərin göstərilməsinə cəlb edilmiş şəxslərin plastik kartlarının alınması ilə bağlı xərclər), elektrik enerjisi xərcləri 6.209,04 manat, icarə haqqı (fiziki şəxslərə) xərcləri 2.010,00 manat, qaz xərcləri 1.667,00 manat, sığorta haqqları 408,84 manat, amortizasiya ayırmaları 20.080,75 manat olmaqla vergiyə cəlb olunan gəlirin 315.847,15 manat (1.895.082,9 - 1.579.235,75), gəlir vergisinin 63.169,43 manat (315.847,15 x 20%) olduğu müəyyən edildi. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 55 saylı qərarının tətbiqi nəticəsində vergi ödəyicisi tərəfindən büdcəyə çatası gəlir vergisinin 60.993,03 manat (63.169,43 -2.176.40) azaldıldığı müəyyən edilmişdir.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 30.496,52 (60.993,03 x 50%) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Bundan başqa yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən ƏDV-yə 18% ilə cəlb olunan əməliyyatların dəyəri 1.657.222,07 manat, ƏDV-yə 0 dərəcə ilə cəlb olunan əməliyyatlar aparılmamış, ƏDV-dən azad olan əməliyyatlar 25.086,28 manat olmuş, beləlilklə. yoxlanılan dövrdə büdcəyə hesablanmış ƏDV-nin məbləği 298 299.98 manat (1.657.222,07 x 18%) manat olmuşdur. Yoxlanılan dövrdə əvəzləşdirilən dövriyyə 1.942.257,93 manat, əvəzləşdirilməli ƏDV-nin məbləği 349.606.42 manat (1.942.257,93 x 18%), büdcədən ödəniləsi ƏDV-nin məbləği 51.398,41 1298.299,98 - 349.606,43) manat göstərilmişdir.Yoxlama zamanı ƏDV-yə 18% ilə cəlb olunan əməliyyatların dəyəri 1.657.672,07 manat, ƏDV-yə 0 dərəcə ilə cəlb olunan əməliyyatlar aparılmamış, ƏDV-dən azad olan əməliyyatlar 25.086,28 manat olmuş, beləlilklə, yoxlanılan dövrdə büdcəyə hesabfahmış ƏDV-nin məbləği 298.380,97 manat (1.657.722,07 x 18%) manat olmuşdur. Yoxlanılan dövrdə əvəzləşdirilən dövriyyə 1.942.257,93 manat əvəzləşdirilməli ƏDV-nin məbləği 349.606.42 manat (1.942.257,93 x 18%), büdcədən ödəniləsi ƏDV-nin məbləği 51.225,46 298.380,97 - 349.606.43) manat təşkil etmişdir.Beləliklə, vergi tutulan əməliyyatların dəyərinin düzgün müəyyənləşdirilməməsi səbəbindən büdcəyə çatası ƏDV məbləğinin 81.00 manat (450,0 x 18%) azaldılması müəyyən edilmişdir.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 40.50 (81,0 x 50%) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir.Həmçinin vergi ödəyicisi tərəfindən xx.xx.2017-ci ildə "xxxx" MMC-yə (**********) ödənilmiş 250,00 manat məbləğin 45,00 manat 3C .-s 29.11,2017-ci il tarixdə, xx.xx.2017ci ildə "TUREL” MMC-yə (**********) ödənilmiş 16.949,16 manat məbləğin 3.050,85 manat ƏDV-si xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci ildə "xxxx" MMC-yə (**********) ödənilmiş 6.374,28 manat məbləğin 1.147,37 manat ƏDV məbləğindən 652,13 manatı xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci ildə "xxxx" MMC (**********) ilə aparılmış 25.423,73 manatlıq əməliyyatlara görə xx.xx.2017-ci il tarixdə 16.949,46 manatının, 04.01,2018-ci ildə isə 8.474,57 manatının ödənildiyi halda 4.576,27 manat ƏDV məbləği xx.xx.2017-ci il tarixdə ödənilmiş, beləliklə, 3050,85 manat məbləğ büdcəyə gecikdirilməklə (16.949,16 x 18%) ödənilmişdir.Beləliklə,yoxlama dövründə ümumilikdə 6.798,83 manat ƏDV məbləği malların dəyəri ödənilən gündən gec ödənilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 6.798,83 manat ƏDV məbləğinin malların dəyəri ödənilən gündən gec ödənilməsinə görə 3.399,42 manat (6.798,83 x 50%)məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Yekunda sahibkar tərəfindən ümumilikdə 61.074.03 manat məbləğində vergilərin (o cümlədən, gəlir vergisi üzrə 60993.03 manat, ƏDV üzrə 81.00 manat) dövlət büdcəsindən yayındırılması faktları aşkar edilmişdir.İddiaçı aparılmış səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli **********161506 saylı Akt xx.xx.2019-cu il tarixli **********063600 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir.İddiaçı səyyar vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği və vergi qanunvericiliyinin pozulması hallarına görə tətbiq edilmiş maliyyə sanksiyası məbləğləri ilə razılaşmadığından səyyar vergi yoxlaması Aktını imzalamaqdan imtina etmişdir.xx.xx.2019-cu il tarixdə 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinn pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195303 nömrəli Qərar çıxarılmış və xx.xx.2019-cu il tarixli **********799400 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir.Yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə 61.074,03 manat məbləğində, yəni xeyli miqdarda vergi ödəməkdən yayındığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1 -ci maddəsinə əsasən yoxlama materialları Vergilər Nazirinin xx.xx.2016- cı il tarixli **********058500 saylı Əmri ilə təsdiq olunmuş "Vergi və hüquq-mühafizə orqanları arasında əlaqələndirmə fəaliyyətinin təşkili Qaydalarına müvafiq olaraq Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinə təqdim edilmişdir. Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsi tərəfindən AR Cinayət- Prosesual Məcəlləsinin 212.2 maddəsinə əsasən 20200129 saylı cinayət işi açılmış, sahibkar M.A.Mənsımovun səyyar vergi yoxlaması Aktına əsasən hesablanmış 61074.03 mana: məbləğində vergilərin ödənilməsinin nəzərə alınması barədə müraciəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 16.1.3 maddəsinə əsasən qanunvericilkdə nəzərdə tutuilmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad olunan gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Başqa sözlə, qanunvericiliyə əsasən vergi ödəyicisinə məxsus obyektlərin uçotu yalnız həmin obyektlərin NKA-larının Z hesabatlarından ibarət deyildir və vergi ödəyicisinə məxsus obyektlərin uçotu yalnız həmin obyektlərin NKA-larının Z hesabatlarından ibarət olmamalıdır. Vergi Məcəlləsinin 67.1 maddəsinə əsasən mühasibat uçotu aparılmaması və ya mühasibat uçotunun müəyyən edilmiş qaydada aparılmaması “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 55 nömrəli qərarının tətbiqinə əsas verir.Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinə məxsus 2 (iki) obyekt 2019-cu ildə NKA-lar ilə birlikdə yanmışdır. Lakin vergi ödəyicisinə məxsus mühasibat sənədləri heç bir zərər görməmişdir. Qanunvericiliyə əsasən ƏDV bəyannamələri tərtib edilərkən bütün obyektlərin NKA-larının Z hesabatları çıxarılmalı, həmin Z hesabatlarına əsasən müvafiq mühasibat yazılışları edilməli, həmin Z hesabatları mühasibatlıqda saxlanılmalıdır. Başqa sözlə,vergi ödəyicisinin yanan obyektlərin Z hesabatlarını təqdim edə bilməməsinin heç bir əsası yoxdur.Bundan başqa 5 saylı ƏVİ tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə sahibkar İddiaçı məxsus 4 obyektdə faktiki satış dövriyyəsinin müəyyən edilməsi üçün xronometraj metodu ilə müşahidə aparılmışdır. Bu müşahidə ilə sahibkara məxsus 4 obyektin orta günlük satış dövriyyəsi 3.292,44 manat (ƏDV-İİ) müəyyən edilmişdir. Halbuki, sahibkar İddiaçı tərəfindən 2015-ci ilin iyun ayında vergi orqanına təqdim edilmiş ƏDV bəyannaməsində satış dövriyyəsi 52.378,81 (ƏDV-İİ) manat, beləliklə, orta günlük dövriyyə 1.74Ş.96 manat, yəni faktiki satış dövriyyəsindən 1.546,48 manat və ya 47.0% az göstərilmişdir.Həmçinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə sahibkar İddiaçı məxsus 5 obyektdə (bir obyektin fəaliyyəti olmamışdır) faktiki satış dövriyyəsinin müəyyən edilməsi üçün xronometraj -metodu ilə müşahidə aparılmışdır. Bu müşahidə ilə sahibkara məxsus 4 obyektin orta günlük satış dövriyyəsi 16.308.54 manat (ƏDV-İİ) müəyyən edilmişdir. Halbuki', sahibkar İddiaçı tərəfindən 2018-ci ilin avqust ayında vergi orqanına təqdim edilmiş ƏDV bəyannaməsində satış dövriyyəsi 306.903,27 (ƏDV-li) manat, beləliklə, orta günlük dövriyyə 9.900,11 manat, yəni faktiki satış dövriyyəsindən 6408.43 manat və ya 39.3% az göstərilmişdir.5 saylı Ərazi Vergilər İdarəsinin tərəfindən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş xx.xx.2016-cı il tarixli **********01838 nömrəli Aktda (yoxlanılan dövr: xx.xx.2015xx.xx.2016) sahibkar tərəfindən ümumilikdə 42.533,40 manat vergilərin (o cümlədən, ÖMV üzrə 42533.40 manat), 5 saylı ƏVİ tərəfindən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli **********101716 nömrəli Aktda (yoxlanılan dövr:xx.xx.2016-xx.xx.2017) sahibkar tərəfindən ümumilikdə 66.663,06 manat məbləğində vergilərin (o cümlədən, gəlir vergisi üzrə 25.205,06 manat, ƏDV üzrə 35.183,00 manat, ÖMV üzrə 6.275,00 manat) dövlət büdcəsindən yayındırılması faktları aşkar edilmiş və bu faktlar vergi ödəyicisi tərəfindən təsdiq edilmişdir. Ümumilikdə İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş bütün səyyar vergi yoxlamalarında və operativ vergi nəzarəti tədbirlərində sahibkar tərəfindən vergi qanunvericiliyinin pozulması halları aşkar edilmiş, dövlət büdcəsinə çatası vergilərin gizlədilməsi (azaldılması), faktiki satış dövriyyəsinin azaldılması, fiziki şəxslərin əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsi halları və dügər qanun pozuntular aşkar edilmişdir.Vergi ödəyicisində keçirilmiş bütün operativ nəzarət tədbirləri və səyyar vergi yoxlamaları zamanı ciddi qanun pozuntularının aşkar edilməsi göstərir ki, vergidən yayınma hallarını ört-basdır etmək üçün vergi ödəyicisi tərəfindən mühasibat uçotu bilərəkdən müvafiq qaydalara uyğun olaraq aparılmır. Bütün bu qanun pozuntusu hallarının davamlı mövcüdluğu və vergidən yayınma hallarını örtbasdır etmək üçün vergi ödəyicisi tərəfindən mühasibat uçotunun bilərəkdən müvafiq qaydalara uyğun olaraq aparılmaması hrazırkı yoxlama zamanı Vergi Məcəlləsinin 67.1 və 83.9 maddəsinə əsaslanaraq “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarının tətbiqinə əsas vermişdir.Vergi Məcəlləsinin 104.1 -ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin 10-cu fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir.Həmin Məcəlləsinin 130.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi tututlan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparmasını təmin etməyə borcludur.Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.Göründüyü kimi vergi orqanı tərəfindən İddiaçı barəsində keçirilən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərinə tam riayət olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarında olan Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatda göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən göndərilmiş qərar İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 15:00-da oxunmuşdur. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 11-61/23 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında xx.xx.2019-cu il tarixli, **********195303 saylı qərarının vergi məsuliyyətinə cəlb edilən 55.010.47 manat məbləğinin 91.489,55 manat məbləğdə azaldılması və 3.520,92 manat məbləğin vergi məsuliyyətinə cəlb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e2-2(121)-300/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması və iddiaçıya aidiyyəti üzrə Şirvan inzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. Sözügedən qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Bundan sonra İddiaçı hazırki iddia ərizəsi ilə Şirvan inzibati Məhkəməsinə poçt vasitəsilə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə məhkəmənin əməkdaşı (səh.124) tərəfindən xəbərnaməyə imza etməklə iddia ərizəsi və əlavəedilmiş sənədlər qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsi ilə Şirvan Kommersiya Məhkəməsi inzibati binalarının ayrılması prosesi getmiş və iddia ərizəsi üzrə iş səhvən Şirvan Kommersiya Məhkəməsinə aparılmışdır. Şirvan Kommersiya Məhkəməsi tərəfindən xx-xx/2020 saylı, xx.xx.2020-ci il tarixli məktubla (səh.60) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195303 saylı qərarında göstərilmiş ümumilikdə vergi məsulliyətinə cəlb edilmiş 95010,47 manatdan 60993,03 manat hesablanmış gəlir vergisi və həmin məbləğə görə 30496,52 manat maliyyə sanksiyası,cəmi 91489,55 manatqədər azaldılaraq, yalnız 81 manat əlavə dəyər vergisi və 3439,92 manat (81 manat ƏDV-nin 40,50 manat maliyyə sanksiyası və 3399,92 manat əlavə dəyər vergisinin ödəməməsinə görə maliyyə sanksiyası) maliyyə sanksiyasının, ümumilikdə 3520,92 manat məbləğin vergi məsulliyətinə cəlb edilməsi” barədə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyati üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2019-cu il tarixli, **********195303 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********158593 nömrəli qərarından görünür ki, İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə may 2017-may 2018-ci il dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********161506 nömrəli aktından görünür ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin güzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparıldı. Yoxlama xx.xx.2018-ci il tarixdə başlamış və xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdə 30 gün müddətinə, xx.xx.2018-ci il tarixdə 30 gün müddətinə, xx.xx.2018-ci il tarixdə 34 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 31 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 28 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 10 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 25 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 15 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 31 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 31 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 34 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 32 gün müddətinə müvəqqəti dayandırılmışdır, xx.xx.2019-cu il tarixdə 30 gün müddətinə əlavə vergi yoxlaması tədirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Ekspertiza aparılmamış, mütəxəssis, tərcüməçi, müşahidəçi dəvət edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2019-cu il tarixli, **********195303 nömrəli qərarından görünür ki, İddiaçı barəsində 61074,03 manat məbləğində əlavə hesablama və 33936.44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan KY181258409 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə məlumat xx.xx.2018-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. Yoxlamanın müddəti xx.xx.2018-xx.xx.2018-ci il müəyyən edilmişdir. xx.xx.2017-xx.xx.2018-ci illər yoxlanılan dövrlər müəyyən edilmiş, yoxlamanın növü növbədən kənar səyyar vergi yoxlaması, növbədənkənar yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin əlamətlərinin müəyyən edilməsi; Vergi Məcəlləsi, maddə 38.3.5 göstərilmişdir. İş materiallarında olan “Vergi yoxlamasının həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********158659 nömrəli, xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, 5 saylı Ərazi Vergilər İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə “Səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin təqdim olunması”nı İddiaçı tələb etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 61074.03 manat məbləğində mənfəət vergisini qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəməkdən yayındığına görə fiziki şəxs İddiaçı barəsində cinayət işinin başlanması, bu əməli ilk dəfə törətməsi və vurulmuş ziyanı tamamilə ödəməsi ilə əlaqədar, cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olduğundan, Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən rədd edilmişdir. Məhkəmənin 2-1(120)-902/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/417 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən (yəni sənədlər tam təqdim edilmədiyindən və yoxlama ilə vergilər Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Aərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarına əsasən hesablanmamışdan əvvəl analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. Amillərə istinad olunmadan hesablandığından) səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə əlavə olaraq hesablanmış ƏDV-nin, mənfəət vergisinin və maliyyə sanksiyasının dügün olub-olmamasını və ya hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 02 iyun 2021-ci il tarixli, 9/417 nömrəli ekspert rəyinə dair məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********326200 nömrəli münasibət məktubunda göstərilmişdir ki, İddiaçı (VÖEN **********) cavabdeh 5 saylı Ərazi Vergilər idarəsinə (bundan sonra - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək idarənin xx.xx.2019-cu il tarixli **********195303 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir.Qeyd edilən iş üzrə Şirvan inzibati Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərardadı ilə iş üzrə mühasibat uçot qeydlərinin, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə- iqtisad göstəricilərinin tədqiqi üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.Qeyd edilən məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tədqiqatının nəticəsi olaraq 02 iyun 2021 -ci il tarixli 9/417 nömrəli mühasibatlıq ekspertizası üzrə ekspert rəyi tərtib edilmişdir.Ekspert rəyindən görünür ki, ekspert qoyulmuş suallar üzrə rəy verməkdən imtina etmişdir.Cavabdehin məhkəmə ekspertizasının 02 iyun 2021-ci il tarixli 9/417 nömrəli rəyi ilə bağlı münasibəti aşağıdakı kimidir. Ekspertiza qarşısında qoyulmuş səyyar vergi yoxlamalarının nəticəsi haqqında aktın və akta əsasən çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın vergi qanunvericiliyinə uyğunluğu ilə bağlı suala məhkəmə mühasibatlıq ekspertizası tərəfindən rəy verilməsi yanlış olardı. Çünki ekspert tədqiqat zamanı xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsini yerinə yetirməli, onun səlahiyyətinə aid olmayan hüquqi məsələlər barədə rəy verməməlidir. Ekspert haqlı olaraq qeyd edilən sual üzrə rəy verməkdən çəkinmişdir.Ekspert qarşısında qoyulmuş cavabdeh tərəfindən İddiaçı üzrə aparılmış səyyar vergi yoxlamasına əsasən müyyən edilmiş vergilər və maliyyə sanksiaysı düzgün hesablanması sualına da ekspert rəy verməkdən imtina etmişdir.Ekspert bu hissədə rəy verilməməsini onunla əsaslandırmışdır ki, iş üzrə əlavə sənədlərin zəruriliyi ilə bağlı vəsatətlər göndərmiş, lakin sənədlərin bir hissəsi təqdim olunsa da onlar lazım olan sənədləri tam əhatə etməmişdir.Bu hissə də ekspertin rəyi cavabdehin mövqeyi ilə üst-üstə düşür. Belə ki Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən mühasibat uçotunun aparılmaması və ya mühasibat uçotunun müəyyən edilmiş qaydada aparılmaması səbəbindən Vergi Məcəlləsinin 67.1 -ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisinin gəliri Vergi Məcəlləsinin 83.9-cu maddəsinin müddəalarına müvafiq olaraq “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə“ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarının 6.1.3-cü maddəsinə əsasən şərti rentabellik norması 20% səviyyəsində götürülərək müəyyən edilmişdir.Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 16.1.3 maddəsinə əsasən qanunvericilkdə nəzərdə tutuilmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad olunan gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.Ekspertin qeyd edilən sual üzrə lazım olan sənədlərin tam verilmədiyi üçün rəy verməkdən imtina etməsi, iddiaçının mühasibat uçotunu aparmaması və ya mühasibat edilmiş sənədlərin olmamamsı səbəbindən ekspertə təqdim edilə bilməməsi ilə əlaqədardır.Həmçinin qeyd etmək istəyirik ki, elə məhz səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən mühasibat uçotunun aparılmaması və ya mühasibat uçotunun müəyyən edilmiş qaydada aparılmaması səbəbindən vergi ödəyicisinin gəliri şərti rentabellik norması əsas götürülərək müəyyən edilmişdir.Vergi ödəyicisinə məxsus 2 (iki) obyektin 2019-cu ildə NKA-lar ilə birlikdə yanmasına baxmayaraq, mühasibat sənədləri heç bir zərər görməmişdir. Qanunvericiliyə əsasən ƏDV bəyannamələri tərtib edilərkən bütün obyektlərin NKA-larının Z hesabatları çıxarılmalı, həmin Z hesabatlarına əsasən müvafiq mühasibat yazılışları edilməli, həmin Z hesabatları mühasibatlıqda saxlanılmalıdır.Görünür ki, hər iki halın bir biri ilə səbəbli əlaqəsi mövcuddur və bu hissədə ekspertin rəyi cavabdehin mövqeyi ilə üst-üstə düşür.Həmçinin ekspert qeyd etmişdir ki, vergi ödəyicisinin gəlirlərini birbaşa müəyyən etmək mümkün olmadıqda ilk növbədə Vergi Məcəlləsinin 67-ci maddəsi ilə tələb edilən şərtlərə uyğun hesablamalar aparılmalı, yalnız bu hərəkətlər həyata keçrildikdən sonra vergi ödəyicisinin gəlirlərini və xərclərini yenə də müəyyən etmək mümkün olmadıqda mənfəət (gəlir) vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hesablanmalı idi.Bununla bağlı qeyd etmək istəyirik ki, vergi qanunvericiliyinə əsasən mənfəətin müəyyən edilməsi üçün mövcud olan şərti üsulların (analoji vergi ödəyicinin göstəriciləri, əlaqəli məlumatlar, şərti rentabellik və s.) tətbiqi ardıcıllığı ilə bağlı vergi qanunvericiliyində konkret göstəriş mövcud deyildir. Qeyd olunan şərti üsullar bərabər statusa malikdir və birinin digəri üzərində üstünlüyü yoxdur.İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.Mülki Prosessual Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmənin 2-1(120)-15/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 9/2926 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir:Rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarının tədqiqi zamanıda müəyyən edildi ki, hazırki ekspertiza tədqiqatına sənədlər tam şəkildə təqdim edilməmişdir. Həmçinin qeyd edilir ki, xx.xx.2019-cu il tarixli, **********161506 saylı səyyar vergi yoxlaması aktının 4-cü səhifəsində yoxlamanın keçirilməsi üçün 18 qovluqdan ibarət zəruri olan sənədlərin götürüldüyü və götürülmənin xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların göürülməsi haqqında” Protokolla rəsmiləşdirildiyi göstərilsə də, hazırkı ekspertiza tədqiqatına 9 qovluqdan ibarət mühasibat sənədləri təqdim edilmişdir.Bundan başqa qeyd edilir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunmadan Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən hesablanmışdır. Lakin iş materiallarında analoji müəssisənin mövcud olub-olmaması və s. məlumatlar öz əksini tapmamışdır. Yəni vergilər Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən hesablanmamışdan əvvəl analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunmalı idi. Belə ki, Vergi Məcəlləsinin 67.17-ci maddəsi 2022-ci ilin yanvar ayından qüvvəyə minmişdir ki, həmin maddədə aşağıdakılar göstərilmişdir:- Bu Məcəllənin 67-ci maddəsində şadlanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tatbiq edilir. Yəni, sıra ardıcıllığının gözlənilməməsi ilə bağlı müddəa yoxlanılan dövrdə deyil, 2022-ci ilin yanvar ayından qüvvəyə minmişdir. Eyni zamanda qeyd edilir ki, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilərək vergi orqanında olan məlumatlarına istinad edilərək hesablanma aparılması vergi orqanının səlahiyyətinə aiddir.Hazırkı rəyin tədqiqi hissəsində və yuxarıda göstərilənlər səbəblərdən (yəni sənədlər tam təqdim edilmədiyindən və yoxlama ilə vergilər Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən hesablanmamışdan əvvəl analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunaraq hesablanmalı olduğundan) səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə əlavə olaraq hesablanmalı olan ƏDV- nin, mənfəət vergisinin və maliyyə sanksiyasının olub-olmamasını və ya hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəycisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. VM-də nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Həmin Məcəllənin 71.1 -ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs: 70.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 70.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb.ola bilən; 70.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanına qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyət vermişdir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı, yuxarıda qeyd edildiyi kimi, iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlmiş və bu barədə xx.xx.2019-cu il tarixli qərar qəbul etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmir. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar "İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması kimi qəbul edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qəbul etdiyi qərarı inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir. Səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY181258409 saylı, xx.xx.2019-cu il tarixli Çıxarışda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən VM-in 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır. VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsi, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə "İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Başqa sözlə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri edən dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı "kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, VM-in 36.2-ci və "İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Aparılmış qanunsuz inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz və əsassız sayılmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1 -ci maddəsi). Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə əlavə vergilərin hesablanmasına səbəb olmuş keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının zəruriliyini əsaslandırmamış, həmçinin yoxlama müddətini əsassız olaraq uzatmış, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmiş, nəticədə qanunsuz inzibati akt qəbul etmişdir. Bundan əlavə, **********161506 saylı, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, yoxlamanın müddəti 12 dəfə dayandırılmışdır. Cavabdeh orqan tərəfindən ekspertiza keçirilməmiş, mütəxəssis dəvət edilmədiyi halda yoxlama dayandırmalarının əsası kimi heç bir səbəb göstərilməmişdir. Həmçinin xx.xx.2019-cu il tarixdə əlavə vergi yoxlama tədbirlərinin keçrilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh orqan tərəfindən nə səyyar vergi yoxlaması aktında, nə məhkəmə prosesi gedişatında yoxlamanın dayandırılması barədə qərarlar qəbul etsə də, bununla bağlı hər hansı sübut (bu halları təsdiq edən hər hansı sənəd) məhkəməyə təqdim etməmişdir. növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY181258409 saylı, xx.xx.2019-cu il tarixli Çıxarışda yoxlamanın dəfələrlə dayandırılması barədə qeydiyyat aparılmamışdır. Başqa sözlə, cavabdeh əsassız olaraq yoxlama müddətini dayandırmış, bununla da Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinin tələblərini pozmuşdur. İnzibati orqan tərəfindən bu formada yoxlamanı süni şəkildə uzadıla bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2019-cu il tarixli, **********195303 saylı qərarı qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar (yoxlama aktı) qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. “İnzibati icraat” haqqında Qanunun 24.1-ci maddəsinə görə, İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bundan başqa, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən operativ vergi yoxlaması keçirilərkən və yoxlamanın nəticələri rəsmiləşdirilərkən, vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir. Beləliklə məhkəmənin nəticəyə gəldiyi mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-775/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında gəldiyi mövqeyə uyğundur. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə qiymət verərək, belə nəticəyə gəlir ki, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2019-cu il tarixli, **********195303 saylı qərarı ləğv edilməlidir. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2019-cu il tarixli, **********195303 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar