Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-80/2020 26.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı (Sabirabad rayonu, Şıxsalahlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi X2 Sabirabad rayonu, Əhmədabad kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinə qarşı 1972-1997-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda və X13-Piy zavodunda, 12.05.1998-ci il tarixdən 14.03.2002-ci il tarixədək isə X12 təsərrüfatında işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh 15 avqust 2019-cu il tarixli, **********7 nömrəli məktubla iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, 18.05.1955-ci ildə Əli Bayramlı rayonunun Şıxsalahlı kəndində anadan olmuş, hazırda Sabirabad rayonu Şıxsalahlı kəndində qeydiyyatda olmaqla orada yaşayır. 1972- 1997-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda və X13-Piy zavodunda, 12.05.1998-ci il tarixdən 14.03.2002-ci il tarixədək isə X12 təsərrüfatında işləmişdir. Qeyd olunan əmək stajları Şirvan şəhər dövlət arxivinin 22.02.2019-cu il tarixli, 68 nömrəli arxiv arayışı, Azərbaycan Respublikası İstehsalat Kommersiya MMC-nin Şirvan “Yağ-Piy” filialının 22.02.2019-cu il tarixli, 01 nömrəli əmrindən çıxarış və "xxxx" MMC-nin 15.04.2019-cu il tarixli, 09 nömrəli arayışı ilə təsdiq olunur. Yaşa görə əmək pensiyasının təyin olunmasından ötrü Dövlət Sosial X6 rayon şöbəsinə rəsmi olaraq müraciət etmiş, lakin Dövlət Sosial X6 rayon şöbəsi tərəfindən ona 15.08.2019-cu il tarixli, **********7 nömrəli imtina məktubu göndərilmişdir. Qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı sığorta stajı hesablanarkən 1 il 11 ay 22 gün hərbi xidmət dövründə, 5 ay “Bakı” kolxozunda, 23 il 2 3 gün əmək kitabçasında qeyd olunan sığorta stajı, cəmi 24 il 0 ay 3 gün sığorta stajı müəyyən edilmişdir. Həmçinin 1998-2002-ci illərdə X1 iş stajı yoxlanılması üçün DSMF Şirvan şəhər və DSMF Hacıqabul rayon şöbələrinə sorğu edilmişdir. Göndərilən sorğular təsdiq edilmədiyindən 1998-2002-ci illər iş stajı kimi hesablana bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən İddiaçı tələb olunan sığorta stajı çatmadığından, yəni 25 il iş stajı olmadığından ona yaşa görə əmək pensiyası təyin olunması mümkünsüzdür. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, əmək kitabçasının əslini (cırılmış vəziyyətdə), Azərbaycan Respublikası İstehsalat Kommersiya MMC-nin Şirvan “Yağ-Piy” filialının 22.02.2019-cu il tarixli, 01 nömrəli, Azərbaycan Respublikası X10 şəhər filialının 22.02.2019-cu il tarixli, 68 nömrəli, "xxxx" MMC-nin 15.04.2019-cu il tarixli, 09 nömrəli və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin 14.05.2019-cu il tarixli, 160 nömrəli arayışlarını əlavə etmişdir. Həmçinin iş materiallarına MKT İstehsalat Kommersiya MMC-nin 04.10.2019-cu il tarixli, REF/087 nömrəli, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin 08.10.2019-cu il tarixli, **********055800 nömrəli, Azərbaycan Respublikası X10 filialının 11.10.2019-cu il tarixli, 316 nömrəli, Azərbaycan Respublikasının Dövlət Statistik Komitəsi Şirvan şəhər Statistika İdarəsinin 29.01.2020-ci il tarixli, 32 nömrəli və Azərbaycan Respublikasının Dövlət Statistik Komitəsi Hacıqabul rayon Statistika İdarəsinin 04.02.2020-ci il tarixli, 11 nömrəli məktubları məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, iddiaçı 1972-1997-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda və X13-Piy zavodunda, 12.05.1998-ci il tarixdən 14.03.2002-ci il tarixədək isə X12 təsərrüfatında işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 08147308 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 18.05.1955-ci il tarixdə Əli Bayramlı rayonunun Şıxsalahlı kəndində doğulmuş, Sabirabad rayonu, Şıxsalahlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası İstehsalat Kommersiya MMC-nin Şirvan “Yağ-Piy” filialının 22.02.2019-cu il tarixli, 01 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03.06.1997-ci il tarixdən 1 aylıq çıxarış pulu verilməklə işdən azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikası X10 şəhər filialının 22.02.2019-cu il tarixli, 68 nömrəli arxiv arayışından görünür ki, Sabirabad rayonu, Şıxsalahlı kənd sakini İddiaçı 1972- 1973-cü illərdə “Bakı” kolxozunda və 1973-1996-cı illərdə X13-piy zavodunda işləmişdir. İşdə olan "xxxx" MMC-nin 15.04.2019-cu il tarixli, 09 nömrəli arayışından görünür ki, İddiaçı X12 Təsərrüfatında 12.05.1998-ci il tarixdən fəhlə peşəsinə işə qəbul edilmiş, 14.03.2002-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin 14.05.2019-cu il tarixli, 160 nömrəli arayışından görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı 29.05.1974-cü il tarixdən 21.05.1976-cı il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Dövlət Sosial X6 rayon şöbəsinin iddiaçıya ünvanladığı 15.08.2019-cu il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, yaşa görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı 25 il olmadığı səbəbindən yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. İşdə olan MKT İstehsalat Kommersiya MMC-nin 04.10.2019-cu il tarixli, REF/087 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 17.03.1995-ci ildə Əli Bayramlı “Yağ-Piy” zavoduna “Dəmir Yol/Sex ustası” vəzifəsinə təyi olunub. 03.06.1997-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsi haqqında Qanunun 28-ci maddəsinin “B” bəndinə əsasən ixtisarasalma yolu bir aylıq çıxarış pulu verilməklə işdən azad olunub. İşdə olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi,həmçinin Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin 08.10.2019-cu il tarixli, **********055800 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestr məlumatlarına əsasən "xxxx" Fermer Təsərrüfatının dövlət qeydiyyatına alınması barədə məlumat 5 saylı Ərazi Vergilər İdarəsində müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası X10 filialının 11.10.2019-cu il tarixli, 316 nömrəli məktubunda qeyd edilmişdir ki, X10 filialında mühafizə olunan İddiaçı verilmiş 22.02.2019-cu il tarixli, 68 nömrəli arxiv arayışını təqdim edir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistik Komitəsi Şirvan şəhər Statistika İdarəsinin 29.01.2020-ci il tarixli, 32 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan şəhəri üzrə X8 Reyestrində 01.01.2020-ci il vəziyyətinə olan məlumata əsasən "xxxx" MMC (Fermer Təsərrüfatı) adlı təşkilat vergi ödəyicisi olaraq hüquqi şəxs kimi qeydiyyatdan keçməmiş və X8 Reyestrinə daxil edilməmişdir. Bu müəssisənin 12.05.1998-14.03.2002ci illərdə vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması haqqında isə məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistik Komitəsi Hacıqabul rayon Statistika İdarəsinin 04.02.2020-ci il tarixli, 11 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC (Fermer Təsərrüfatı) 12.05.1998-14.03.2002-ci il tarixlərdə və hal-hazırda Hacıqabul rayonu üzrə X8 Reyestrində qeydiyyatda və fəaliyyətdə olmamışdır. İşdə olan Dövlət Sosial X6 rayon şöbəsinin məhkəməyə ünvanladığı 25.02.2020-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı sığorta stajı hesablanarkən 1 il 11 ay 22 gün hərbi xidmət dövründə, 5 ay “Bakı” kolxozunda, 23 il 2 3 gün əmək kitabçasında qeyd olunan sığorta stajı, cəmi 24 il 0 ay 3 gün sığorta stajı müəyyən edilmişdir. Həmçinin 1998-2002-ci illərdə X1 iş stajı yoxlanılması üçün DSMF Şirvan şəhər və DSMF Hacıqabul rayon şöbələrinə sorğu edilmişdir. Göndərilən sorğular təsdiq edilmədiyindən 1998-2002-ci illər iş stajı kimi hesablana bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən İddiaçı tələb olunan sığorta stajı çatmadığından, yəni 25 il iş stajı olmadığından ona yaşa görə əmək pensiyası təyin olunması mümkünsüzdür. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların aktların qüvvəsi geriyə şamil olunmur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə tərəfindən iddiaçının 1972-1997-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda və X13-Piy zavodunda, 12.05.1998-ci il tarixdən 14.03.2002-ci il tarixədək isə X12 təsərrüfatında işləməsinə dair işlədiyi illərin düzgünlüyünün yoxlanılması üçün müvafiq orqanlara sorğular verilmiş, qeyd olunan sorğulara Azərbaycan Respublikasının Vergilər Nazirliyi,həmçinin Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi, Azərbaycan Respublikası X10 filialı və Azərbaycan Respublikasının Dövlət Statistik Komitəsi Hacıqabul rayon Statistika İdarəsi tərəfindən verilən cavablarda "xxxx" Fermer Təsərrüfatının dövlət qeydiyyatına alınması, hazırda fəaliyyətdə göstərməsi barədə məlumatların olmaması bildirilmişdir. Göründüyü kimi iddiaçının əmək fəaliyyətində olduğu"xxxx" MMC-nin (Fermer Təsərrüfatı) qeydiyyatda olmaları barədə heç bir məlumat aşkar edilməmişdir. Odur ki, məhkəmə iddiaçının 12.05.1998-ci il tarixdən 14.03.2002-ci il tarixədək isə X12 təsərrüfatındaişləməsinə dair hissədə əmək kitabçasını mötəbər sübut kimi qəbul etmir. Belə olan halda isə iddiaçının tələb olunan 25 il sosial sığorta stajı yaranmır. Məhkəmə hesab edir ki, iddiaçının 1972-1997-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda və X13-Piy zavodunda, 12.05.1998-ci il tarixdən 14.03.2002-ci il tarixədək isə X12 təsərrüfatında işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının hüquqi əsası yoxdur. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinə qarşı 1972-1997-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda və X13-Piy zavodunda, 12.05.1998-ci il tarixdən 14.03.2002-ci il tarixədək isə X12 təsərrüfatında işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinə qarşı 1972-1997-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda və X13-Piy zavodunda, 12.05.1998-ci il tarixdən 14.03.2002-ci il tarixədək isə X12 təsərrüfatında işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-80/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-80/2020
26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver