Məhkəmə qərarları › İş №2-1(120)-80/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-80/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-80/2022 20.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “ona qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binasına hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 20 sentyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, Füzuli küçəsində yerləşən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1239 saylı sərancamına əsasən onun, yəni İddiaçı şəxsi vəsaiti hesabına tikdirdiyi 5x8=40 kv.m sahəsi olan mağazanın və həmin mağazanın yerlədiyi torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması və onun, yəni İddiaçı adına müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarixli, 13 nömrəli iclas protokolunun qərarına əsasən ona qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsinə dair, eləcə də həmin torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binasına hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Lənkəran bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1959-cu il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə yuxanda qeyd etdiyi ünvanda yaşayır. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 1997-ci il tarixli sərəncamı ilə Lənkəran şəhərinin Fizuli küçəsində ayrılmış torpaq sahəsində memarlıq və şəhərsalma şöbəsi tərəfindən verilmiş layihə əsasında onun, yəni Lənkəran şəhər sakini İddiaçı şəxsi vəsaiti hesabına tikdirdiyi 5x8=40 kv.m sahəsi olan mağazanın onun adına qeydə alınması qərara alınmışdır. Beləliklə də Lənkəran şəhərinin Fizuli küçəsində ayrılmış torpaq sahəsində şəxsi vəsaiti hesabına mağaza tikdikdən sonra bu barədə Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısına müraciət etmiş və Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə tikdirdiyi 5x8=40 kv.m sahəsi olan mağazanın onun adına qeydə alınması qərara alınmışdır. Həmin vaxtdan tikdirdiyi mağazadan öz mülkiyyəti kimi istifadə edir. Bu yaxınlarda o, həmin mağazaya dair sənədləri toplayıb, Lənkəran şəhərinin Fizuli küçəsində ayrılmış torpaq sahəsində şəxsi vəsaiti hesabına tikdirdiyi mağaza və mağazanın yerləşdiyi torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmişdir. Lakin həmin idarə tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş, bu barədə ona məktub göndərilmiş və həmin məktubda qeyd edilmişdir ki, hazırkı ərizədə barəsində qeyd olunan əmlaka dair aidiyyəti sənədlərin Ərazi İdarəsinə təqdim olunması və faktiki yerində iştirakınızla müayinənin tələb olunması tələb olunan vacib şərtlərdəndir və qeyd olunan səbəbdən hazırki müraciətinizdən imtina edilir. Baxmayaraq ki, o, həmin idarəyə Lənkəran Şəhər İcra Hakimiyyətinin Başısınm sərəncamını da təqdim etmiş və həmin sərəcamda bir başa qeyd olunubdur ki, Lənkəran şəhər sakini İddiaçı şəxsi vəsaiti hesabına tikdirdiyi 5x8=40 kv.m sahəsi olan mağaza onun adına qeydə alınsın. Lakin nəyə görə bundan imtina edilir o, başa düşə bilmir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsi onun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etdiyi üçün o, hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Lənkəran şəhəri, Füzuli küçəsi ünvanında yerləşən, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 1992-ci il tarixli sərancamı ilə ayrılmış torpaq sahəsində hazırki iş üzrə İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar həmin şəxsin Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə baxılmışdır. Həmin dövrdə vətəndaş tərəfindən sözügedən qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsinə dair aidiyyəti üzrə ilkin hüquqmüəyyənedici sənədlərin əsli təqdim olunmadığından və faktiki yerində sözügedən əmlakın müəyyən edilməsi proseduru təmin olunmadığı səbəbindən icraatda olan ərizənin icrasından imtina edilmişdir. Ərazi İdarəsi olaraq bildirirlər ki, məhkəmə tərəfindən qəbul edilmiş 06 aprel 2021-ci il tarixli qərardadla təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə uyğun olaraq sözügedən əmlakın vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınması məsələsinə baxıla bilər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2020-cı il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Bu baxımdan bildirirlər ki, ünvan 5 ünvanında yerləşən, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 1992-ci il tarixli sərəncamı ilə sizə ayrılmış torpaq sahəsində tikintisinə icazə verilmiş 40 kv.m-dən ibarət qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar ilkin hüquqmüəyyənedici sənədlər əsasında tərəfinizdən 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət olunması vacibdir. Sözügedən hüquqmüəyyənedici sənədlərin əsaslılığı və qanuniliyi baxımından bildirirlər ki, hazırki ərizədə barəsində qeyd olunan əmlaka dair aidiyyəti sənədlərin Ərazi İdarəsinə təqdim olunması və faktiki yerində iştirakı ilə müayinənin təmin olunması tələb olunan vacib şərtlərdəndir və qeyd olunan səbəbdən hazırki müraciətindən imtina edilir. Belə ki, sözügedən torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılmasından ötrü ilkin hüquqmüəyyənedici sənədlərin əsli ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olunduğu təqdirdə, faktiki yerində aidiyyəti mütəxəssisin iştirakı təmin olunmaqla, keçirilən müayinənin nəticələrinə uyğun baxılacaqdır. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının “Tikinti ayrılması haqqında qərarlarda qismən dəyişiklik edilməsi barəsində” 11 mart 1997-ci il tarixli, 1239 nömrəli sərancamının surətindən görünür ki, Lənkəran şəhər XDS Rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarixli qərarında (pr. № 13) qismən dəyişiklik edilmiş, “Dərya” kiçik müəssisəsinə Lənkəran şəhərində ayrılmış torpaq sahəsində memarlıq və şəhərsalma şöbəsi tərəfindən verilmiş layihə əsasında Lənkəran şəhərinin sakini İddiaçı şəxsi vəsaiti hesabına tikdirdiyi 5x8=40 kv.metr sahəsi olan mağaza onun adına qeydə alınmışdır. İş materiallarında olan Lənkəran Bələdiyyəsinin 24 dekabr 2002-ci il tarixli, 12 saylı iclas protokolundan Çıxarışdan görünür ki, Lənkəran şəhər XDS Rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarixli qərarında (pr. № 13) qismən dəyişiklik edilmiş, «Dərya” kiçik müəssisəsinə Lənkəran şəhərində ayrılmış torpaq sahəsində memarlıq və şəhərsalma şöbəsi tərəfindən verilmiş layihə əsasında Lənkəran şəhərinin sakini X3 şəxsi vəsaiti hesabına tikdirdiyi 5x8=40 kv.metr sahəsi olan mağaza onun adına qeydə alınmışdır. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 10-54/7-300 saylı məktubunda bildirilmişdir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi müddəti əhatə edən sərancamlar kitabı arxiv 2005-ci ildə yeni binaya köçürülərkən itmişdir. Lakin həmin sərancamlar kitabına aid olan əlavə materiallar arxivdə mövcuddur. Əlavə materiallar kitabında xx.xx.1997-ci il tarixli, 1239 nömrəli sərancam vardır və bu sərancamda İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan “Dərya” kiçik müəssisəsinin Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısına ünvanladığı xx.xx.1992-ci il tarxili məktubunda bildirilmişdir ki, “Dərya” kiçik müəssisəsi Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin 26 oktyabr 1991-ci il tarixli, 15 nömrəli qərarı ilə qeydə alınmışdır. Müəssisənin nizamnaməsində əhaliyə ticarət iaşə xidməti göstərilməsi nəzərdə tutulmuşdur. Odur ki, Sizdən xahiş edirik ki, Lənkəran şəhəri camaşırxana firma mağazasının tikilməsindən ötrü 10x5 m ölçüdə sahə ayırasınız. İş materiallarında olan “Dərya” kiçik müəssisəsinə mağaza tikintisindən ötrü torpaq sahəsi ayrılması haqqında Lənkəran Şəhər İcra Hakimiyyətinin Baş Memarının xx.xx.1992-ci il tarixli, 372 saylı Layihəsindən görünür ki, Lənkəran şəhər XDS Rəyasət heyəti qeyd edir ki, “Dərya” kiçik müəssisəsi şəhər icra hakimiyyəti aparatına 01 iyun 1992-ci il tarixli, 06 nömrəli məktubla müraciət edərək mağaza tikintisindən ötrü sahə ayrılmasıı xahiş etmişdir. Lənkəran şəhər XDS Rəyasət heyəti şəhərin Füzuli küçəsində “Dərya” kiçik müəssisəsinə 5x8=40 kv.m sahə mağaza tikintisindən ötrü ayrılması, ayrılmış sahənin planının təsdiq edilməsi və obyektin layihəsinin memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra tikintinin aparılmasına icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 03 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” X2 surətindən görünür ki, İddiaçı ilə Lənkəran bələdiyyəsi arasında 15,0 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair 5 illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Lənkəran bələdiyyəsinin 05.2022-ci il tarixli, 143/01 saylı arayışından görünür ki, Lənkəran şəhər sakini İddiaçı ilə Lənkəran bələdiyyəsi tərəfindən “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 03 saylı müqavilə bağlanmışdır. Həmin torpaq sahəsinin üzərində tikiliyə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilməsinə etiraz etmirlər. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.24) tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarizasiyasını həyata keçirmək, inventarizasiya işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, “Dərya” kiçik müəssisəsi Lənkəran Şəhər İcra Hakimiyyəti aparatına 01 iyun 1992-ci il tarixli, 06 nömrəli məktubla müraciət edərək mağaza tikintisindən ötrü sahə ayrılmasıı xahiş etmişdir. Lənkəran şəhər XDS Rəyasət heyəti tərəfindən şəhərin Füzuli küçəsində “Dərya” kiçik müəssisəsinə 5x8=40 kv.m sahə mağaza tikintisindən ötrü ayrılmışdır. Bundan sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının “Tikinti ayrılması haqqında qərarlarda qismən dəyişiklik edilməsi barəsində” 11 mart 1997-ci il tarixli, 1239 nömrəli sərancamına əsasən Lənkəran şəhər XDS Rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarixli qərarında (pr. № 13) qismən dəyişiklik edilmiş, “Dərya” kiçik müəssisəsinə Lənkəran şəhərində ayrılmış torpaq sahəsində memarlıq və şəhərsalma şöbəsi tərəfindən verilmiş layihə əsasında Lənkəran şəhərinin sakini İddiaçı şəxsi vəsaiti hesabına tikdirdiyi 5x8=40 kv.metr sahəsi olan mağaza onun adına qeydə alınmışdır. İddiaçı “Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarixli, 13 nömrəli iclas protokolunun qərarına əsasən ona qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsinə dair, eləcə də həmin torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binasına hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasında bildirmişdir ki, sözügedən torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılmasından ötrü ilkin hüquqmüəyyənedici sənədlərin əsli təqdim olunmamışdır. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətinə göndərilmiş sorğu əsasında hazırkı iddiaçıya torpaq sahəsi ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlərin arxiv çıxarışları həmin qurum tərəfindən məhkəməyə təqdim olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və ləğv edilmiş Komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertlər qarşısında “Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsinin naturada və sənəd üzrə yerinin və koordinatlarının müəyyən edilməsi; İddiaçı tikdirdiyi 5x8=40 kv.m sahəsi olan mağazanın Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşib-yerləşməməsi; İddiaçı tərəfindən Lənkəran şəhəri, Füzuli küçəsində ayrılmış torpaq sahəsində inşa edilmiş 5x8=40 kv.m sahəsi olan mağaza “Memarlıq və şəhərsalma şöbəsi” tərəfindən verilmiş layihəyə uyğun inşa edilmişdirmi və mağaza binasının layihəsi tikinti və şəhərsalma normalarına uyğun olub-olmaması; mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsinin müəyyən edilməsi” məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında verdikləri 23 iyul 2021-ci il tarixli, 10/1717 saylı rəydə ekspert qərardadın üçüncü sualı üzrə - iddiaçının faktiki istifadəsində olan tikilinin eninin 5 metr, uzunluğunun isə 11 metr, yəni faktiki sahəsi 55 kv.metrdir. Həmçinin qeyd olunur ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 11 mart 1997-ci il tarixli, 1239 nömrəli sərancamında isə iddiaçının adına qeydə alınması qeyd olunan mağazanın sahəsinin “Memarlıq və şəhərsalma şöbəsi” tərəfindən verilmiş layihəyə əsasən 5x8=40 kv.m olduğu qeyd olunur. Odur ki, iddiaçının faktiki istifadəsində olan tikili “Memarlıq və şəhərsalma şöbəsi” tərəfindən verilmiş layihəyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun inşa edilmədiyi, qərardadın birinci-ikinci-dördüncü suallarını cavablandırmaq üçün mütəxəssi rəyi Mərkəzə təqdim olunmadığına görə, qərardadın bu suallarının cavablandırmağın mümkün olmadığını” vurğulamışlar. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 10 noyabr 2021-ci il tarixli, 10/4968 saylı rəydə ekspert qərardadın birinci-ikinci sualları üzrə - Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı qeyriyaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən həmin torpaq sahəsinin sənəd üzrə koordinatlarını, eyni zamanda İddiaçı tikdirdiyi mağazanın Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmadığı, İddiaçı naturada istifadə etdiyi 0.0058 ha (5.27 x 11.1) torpaq sahəsinin yeri və koordinatlarının müəyyən edildiyi; qərardadın üçüncü sualı üzrə - İddiaçı istifadəsində olan 0.0058 ha torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsinin müəyyən olunmadığını” vurğulamışlar. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 08 aprel 2022-ci il tarixli, 10/1985 saylı rəydə ekspert qərardadın birinci sualı üzrə - mülki işin materiallarında olan məlumatlara əsasən qeyd olunur ki, İddiaçı naturada faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: X=312451.0700, Y= 4290625.1350; X=312443.1840, Y=4290632.9490; X=312446.8358, Y=4290636.7453; X=312454.6974, Y=4290628.9511. Lakin Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarına əlavə olunmuş sxemdə ayrılmış torpaq sahələrinin koordinatları, miqyası və tərpənməz dayaq nöqtəsindən məsafələr qeyd olunmadığına görə, İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsinin sənəd üzrə dəqiq yerini və koordinatlarını müəyyən etmək mümkün olmadı. Qərardadın ikinci sualı üzrə - mülki işin materiallarında olan məlumatlara əsasən qeyd olunur ki, Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarına əsasən iddiaçıya 40 kv.m (5x8) torpaq sahəsi ayrılsa da, iddiaçının faktiki istifadə etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin eni 5 metr, uzunluğu isə 11 metrdir. Bununla da iddiaçının onun üçün ayrılmış 5 metr enində 8 metr uzunluğunda torpaq sahəsinin sənədlərinin 3 metr uzunluğunda 5 metr enində aşdığı müəyyən olunur. Qərardadın üçüncü sualı üzrə - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı istifadəsində olan 0.0058 ha torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşməsi müəyyən olunmadı. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İş üzrə təyin edilmiş ekspertizanın nəticələri iddiaçıya ayrılmış 5x8=40 kv.m torpaq sahəsinin yüklü olmamasını, hər hansı şəxsin həmin sahəyə mülkiyyət hüququnun qeydiyyata alınmamasını təsdiqləyir. Digər tərəfdən də məhkəmə qeyd edir ki, Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarı mübahisələndirilmədiyindən (və ləğv edilmədiyindən), eləcə də etibarsız sayılmadığından mötəbər sayılmalıdır. Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarına əlavə olunmuş sxemdə ayrılmış torpaq sahələrinin koordinatları, miqyası və tərpənməz dayaq nöqtəsindən məsafələrin qeyd olunmaması, eləcə də İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsinin sənəd üzrə dəqiq yerini və koordinatlarını müəyyən etməyin mümkün olmaması iddiaçının iradəsindən asılı olan hal deyil. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqanın iddiaçıya Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarı ilə ayrılmış torpaq sahəsinin, eləcə də həmin torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binasına hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsinə imtinasını təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aiddiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluğun mövcud olması, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər üzrə inşa edilmiş qeyri-yaşayış binasına dair ilkin torpaqayırma sənədi, tikintiyə icazə, habelə istismara icazə sənədinin təqdim olunmaması ilə şərtləndirməsi özüözlüyündə yolverilməzdir. Digər tərəfdən, mübahisə predmeti olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya ayrılması, eləcə də təyinatı qeyri-yaşayış binasının tikintisi olmaqla torpaq sahəsi ayrılması barədə Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarı qüvvədə olduğundan, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Məhkəmə cavabdehin imtina üçün gətirdiyi dəlillərə münasibətdə əlavə olaraq qeyd edir ki, faktiki vəziyyətlə aiddiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluğun mövcud olması da iddiaçının iradəsindən irəli gələn hal deyil və bunun aradan qaldırılması cavabdehin özünün səlahiyyətləri daxilindədir. Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarına əsasən iddiaçıya 40 kv.m (5x8) torpaq sahəsi ayrılsa da, iddiaçının faktiki istifadəsində olan tikilinin eninin 5 metr, uzunluğunun isə 11 metr, yəni faktiki sahəsi 55 kv.metr olması ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, mübahisəli qeyri-yaşayış binasının altında yerləşən 15 kv.metr torpaq sahəsinə dair torpaq sahəsinin mülkiyyətçisi olan Lənkəran bələdiyyəsi arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 03 saylı müqavilə bağlanmışdır. Həmçinin Lənkəran bələdiyyəsi həmin torpaq sahəsinin üzərində tikiliyə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən çıxarış verilməsinə etiraz etmir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (Beyeler İtaliyaya qarşı, “X4 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və “əmlak” anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmənin mövqeyi belədir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarxli, 13 nömrəli iclas protokolunun qərarı nə qədər ki, mübahisələndirilməmiş və ləğv olunmamışdır, qanunsuz sayıla bilməz. Bu baxımdan inzibati orqana “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi müvafiq tədbir görmək səlahiyyəti versə də, məsələ ilə bağlı heç bir hal ortaya çıxamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçı müvafiq torpaq sahəsinin qanuni istifadəçisi kimi ona hüquqlarının qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Vahid əmlakın digər hissəsi kimi, torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasına gəldikdə isə, məhkəmə qeyd edir ki, inşa edilmiş qeyri-yaşayış binası İddiaçı istifadəsində olan 0.0058 ha torpaq sahəsinin üzərində inşa edildiyindən, istifadəsində olan 0.0058 ha torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşməsi müəyyən edilmədiyindən, eləcə də həmin qeyri-yaşayış binası şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirmədiyindən, həmçinin həmin tikilinin mövcudluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən mübahisələndirilmədiyindən iddiaçının həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduğu halda cavabdeh hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Odur ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci və 10.2-ci maddələrinin müddəalarına, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü, 15-ci maddəsinin tələblərinə uyğun deyil. Qeyd olunanlara əsasən cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd olunaları işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hazırkı halda iddiaçının əmlaka hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından imtina əsasları mövcud olmadığından, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarixli, 13 nömrəli iclas protokolunun qərarına əsasən qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 55,0 kv.m qeyri-yaşayış sahəsinə (vahid əmlak kimi) hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarixli, 13 nömrəli iclas protokolunun qərarına əsasən Lənkəran şəhəri, Füzuli küçəsi ünvanında qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 55,0 kv.m qeyri-yaşayış sahəsinə (vahid əmlak kimi) onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Lənkəran şəhər X5 rəyasət heyətinin 09 sentyabr 1992-ci il tarixli, 13 nömrəli iclas protokolunun qərarına əsasən Lənkəran şəhəri, Füzuli küçəsi ünvanında qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 5x8=40 kv.m torpaq sahəsi və onun üzərində yerləşən 55,0 kv.m qeyri-yaşayış sahəsinə (vahid əmlak kimi) onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar