Məhkəmə qərarları › İş №2-1(120)-80/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-80/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-80/2024 01.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1979-1985-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı 2 il 6 ay nəzərə alınmaqla, həmçinin xx.xx.1975-xx.xx.1977-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu 2 il 23 günü, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi işlədiyi 1 il 8 ay 23 günü, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq Şöbəsinin müdiri işlədiyi 1 il 18 günü, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi işlədiyi 1 il 2 ay 20 günü, xx.xx.1993-cü ildən xx.xx.1997-ci il tarixə kimi isə hüquq şöbəsinin müdiri işlədiyi 3 il 7 ay 22 günü, xx.xx.1997-xx.xx.2007-ci il tarixə kimi Ədliyyə Nazirliyi Hüquqi X3 üzrə X10 rəisi işlədiyi 10 il 7 ay 18 günü və xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilə qədər Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi işlədiyi 09 il 06 ay 01 gün müddəti daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox stajına malik olmağını, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “kompensasiya ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan, İddiaçı məhkəməyə ərizə təqdim edərək “1979-1985-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı 2 il 6 ay nəzərə alınmaqla, həmçinin xx.xx.1975-xx.xx.1977-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu 2 il 23 günü, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi işlədiyi 1 il 8 ay 23 günü, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq Şöbəsinin müdiri işlədiyi 1 il 18 günü, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi işlədiyi 1 il 2 ay 20 günü, xx.xx.1993-cü ildən xx.xx.1997-ci il tarixə kimi isə hüquq şöbəsinin müdiri işlədiyi 3 il 7 ay 22 günü, xx.xx.1997-xx.xx.2007-ci il tarixə kimi Ədliyyə Nazirliyi Hüquqi X3 üzrə X10 rəisi işlədiyi 10 il 7 ay 18 günü və xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilə qədər Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi işlədiyi 09 il 06 ay 01 gün müddəti daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox stajına malik olmağını, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə xx.xx.1974-cü ildə X6 fəhlə kimi işə başlamış və xx.xx.1975-ci ilə kimi həmin işdə çalışmış, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə kimi hərbi xidmətdə olduğu dövr (2 il 23 gün), 1979-1985-ci illərdə (qanuna əsasən 1 il 6 ay) Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə kimi (1 il 1 ay 23 gün) Lənkəran Rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə (1 il 2 ay 16 gün) kimi həmin aparatda Sosial Hüquq Şöbəsinin müdiri, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə (1 il 2 ay 20 gün) kimi Lənkəran rayon icra hakimiyyətində Hüquq Şöbəsində böyük məsləhətçi, xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilə kimi (3 il 7 ay 22 gün) isə hüquq şöbəsinin müdiri, xx.xx.1997-ci ildən xx.xx.2007-ci ilə kimi Ədliyyə Nazirliyi Hüquqi X3 üzrə X10 rəisi (10 il 7 ay 17 gün), xx.xx.2007-ci ildən hal hazıra kimi Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi vəzifəsində işləyir. 04 avqust 2011-ci il tarixdə 25 il staja görə pensiya hüququ yaransada, xidmətini davam etdirmiş və ona aylıq əmək haqqı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilməli idi. Lakin təqaüdə çıxmamış və xidmətini davam etdirmiş və buna görə ödənilməli olan pensiya məbləği ona ödənilməmişdir. Bununla əlaqədar olaraq, Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin imtina cavabı almışdır. 10 sentyabr 2021-ci il tarixli imtina məktubunda imtinaya əsas kimi Əmək pensiyaları haqqında qanunda göstərilən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası siyahısı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli fərmanı ilə təsdiq edilmiş və həmin siyahıda Lənkəran rayon İcraiyyə komitəsində olan vəzifələr yerli icra hakimiyyətində müvafiq vəzifələrə uyğunlaşdırılınası göstərilmişdir. Bu qanunun dövlət qulluqçularının pensiya təminatına aid olduğunu özləridə məktubda bir növ təsdiq etmişdirlər. Qeyd edilənləri nəzərə alaraq 1979-1985-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı 1 il 6 ay nəzərə alınmaqla, həmçinin xx.xx.1975-xx.xx.1977-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu 2 il 23 günü, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi işlədiyi 1 il 8 ay 23 günü, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq Şöbəsinin müdiri işlədiyi 1 il 18 günü, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi işlədiyi 1 il 2 ay 20 günü, xx.xx.1993-cü ildən xx.xx.1997-ci il tarixə kimi isə hüquq şöbəsinin müdiri işlədiyi 3 il 7 ay 22 günü, xx.xx.1997-xx.xx.2007-ci il tarixə kimi Ədliyyə Nazirliyi Hüquqi X3 üzrə X10 rəisi işlədiyi 10 il 7 ay 18 günü və xx.xx.2007-ci ildən xx.xx.2022-ci ilə qədər Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi işlədiyi 14 il 10 ay 15 gün müddəti daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox stajına malik olmağını, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.7-ci maddəsinin 1-ci bəndinə əsasən, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahı”sı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. X4 rayon X11 İcraiyyə Komitəsində işlədiyi vəzifələr yerli icra hakimiyyəti orqanında müvafiq vəzifələrə uyğunlaşdırılmışdır. Eyni zamanda bildiririk ki, ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözügedən Qaydaların 2.2.4-cü bəndinə əsasən ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və va təşkilati təminatı ilə baqlı vəzifələrdə işlədikləri müddət ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci ii tarixli 06/24-552 nömrəli arayışda (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş) qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq İddiaçı ədliyyə orqanlarında qulluq illəri xx.xx.2021-ci il tarixə (hərbi xidmətdə, Lənkəran rayon X11 İcraiyyə Komitəsində, ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutan vəzifələrdə) 29 il 11 ay 23 gün təşkil edir”. Müvafiq arayış və İddiaçı hüququnun “xx.xx.2016-ci il tarixdə yaranması” iddiasından belə nəticəyə gəlinir ki, İddiaçı ədliyyə orqanlarında qulluq iiləri xx.xx.2016-ci il tarixədək 24 il 10 ay 12 gün təşkil ədir (xx.xx.2016-xx.xx.2021 - 5 il 1 ay 11 gün). Həmçinin Lənkəran rayon XDS İcraiyyə Komitəsində işlədiyi illər yuxarı icra hakimiyyəti orqanlarına deyil, yerli icra hakimiyyəti orqanına aid olduğu üçün həmin müddət ədliyyə orqanlarındakı xidmət illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə ki, xx.xx.1988-xx.xx.1991-ci illərin (3 il 11 ay 8 gün) ədliyyə orqanlarında qulluq illərinə aid edilmədiyi üçün İddiaçı stajı 20 il 11 ay 4 gün təşkil edir. Həmçinin xx.xx.1993-xx.xx.1997-ci il tarixlərində Lənkəran rayon İcra Hakimiyyətində işlədiyi dövrlərə münasibətdə qeyd etmək lazımdır ki, yuxan icra hakimiyyəti orqanlarına deyil, yerli icra hakimiyyəti orqanına aid olduğu üçün həmin müddət ədliyyə orqanlarındakı xidmət illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Yuxanda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasında izahat verərək qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı qeyd etdiklərini etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Lənkəran rayonunun Bala-Şürük kəndində anadan olmuş, Lənkəran rayonu, Bala-Şürük kəndində qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.2017-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan xx.xx.1975-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1985-ci il tarixli, HВ 971467 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1979-cu ildə C.M.Kirov adına X13 Ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1985-ci ildə hüquqşunaslıq ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 06/24-552 nömrəli arayışından görünür ki, Lənkəran regional ədliyyə idarəsinin baş məsləhətçisi kiçik ədliyyə müşaviri İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq onun ədliyyə orqanlarında qulluq illəri xx.xx.2021-ci İl tarixə (hərbi xidmətdə, Lənkəran rayon X11 İcraiyyə Komitəsində, ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) 29 il 11 ay 23 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahfsı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. X4 rayon X11 İcraiyyə Komitəsində işlədiyiniz vəzifələr yerli icra hakimiyyəti orqanında müvafiq vəzifələrə uyğunlaşdırılmışdır. Eyni zamanda bildiririk ki, ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinentinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözügedən Qaydaların 2.2.4-cü bəndinə əsasən ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilir. Qeyd olunanlara əsasən xx.xx.1988xx.xx.1991-ci il və xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində yuxarı icra hakimiyyəti orqanlarında deyil, yerli icra hakimiyyəti orqanında işlədiyindən həmin müddətin ədliyyə orqanlarındakı xidmət illərinizin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahı”sı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. X1 Cavadovun Lənkəran rayon X11 İcraiyyə Komitəsində işlədiyi vəzifələr yerli icra hakimiyyəti orqanında müvafiq vəzifələrə uyğunlaşdırılmışdır. Eyni zamanda bildiririk ki, ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinentinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözügedən Qaydaların 2.2.4-cü bəndinə əsasən ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.1988-xx.xx.1991-ci il və xx.xx.1993xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər ərzində yuxarı icra hakimiyyəti orqanlarında deyil, yerli icra hakimiyyəti orqanında işlədiyindən həmin müddətin ədliyyə orqanlarındakı xidmət illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, PMŞ/3-2-2022-1017 nömrəli məktubunda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında mövcud olmuş vəzifələrin inzibati və yardımçı vəzifələrin “Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1 -ci və 2-ci bəndlərinə əsasən aparılır. İddiaçı xx.xx.1988-xx.xx.1989-cu illərdə işlədiyi Lənkəran rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi, xx.xx.1989-xx.xx.1991-ci illərdə işlədiyi Lənkəran rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq Şöbəsinin müdiri, xx.xx.1992-xx.xx.1993-cü illərdə işlədiyi Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi, xx.xx.1993- xx.xx.1997-ci illərdə işlədiyi Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri vəzifələri yuxarıda qeyd edilən Fərmanın müvafiq olaraq 1.17-ci və 2.13-cü bəndlərinə əsasən dövlət qulluğu vəzifələri hesab edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 22.7-1 -ci maddəsinə əsasən dövlət qulluqçusunun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Əlavə olaraq bildiririk ki, ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması yuxarıda adıçəkilən Qaydanın İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən səlahiyyət verilən struktur qurumlarda yaradılan ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiya tərəfindən həyata keçirilir. Qeyd edilənə əsasən, İddiaçı işlədiyi dövlət qulluğu vəzifələrinin ədliyyə orqanlarında qulluq illərinə daxil edilməsi məsələsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsini məqsədəuyğun hesab etmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli etiraza əlavəsindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahı”sı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. X1 Cavadovun Lənkəran rayon X11 İcraiyyə Komitəsində işlədiyi vəzifələr yerli icra hakimiyyəti orqanında müvafiq vəzifələrə uyğunlaşdırılmışdır. Eyni zamanda bildiririk ki, ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinentinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözügedən Qaydaların 2.2.4-cü bəndinə əsasən ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilir. Müvafiq is üzrə tərəflərindən **********0 nömrəli 14 dekabr 2021-ci il tarixli etiraz təqdim olunmuşdur. Əlavə olaraq bildiririk ki, iddiaçı Filiala müraciət zamanı hüququnun 19 may 2016-ci il tarixdə yarandığını iddia etməsinə baxmayaraq iddia ərizəsində hüququnun 04 avqust 2011- ci il tarixdə yarandığını iddia etmişdir. Lakin yuxarıda qeyd olunanlara əsasən xx.xx.1988-xx.xx.1991-ci il və xx.xx.1993-xx.xx.1997ci il tarixləri arasındakı dövr ərzində yuxarı icra hakimiyyəti orqanlarında deyil, yerli icra hakimiyyəti orqanlarında işlədiyi dövrlərin ədliyyə orqanlarındakı xidmət illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi üçün İddiaçı ədliyyə qulluqçusu kimi yasa görə əmək pensiyası hüququ 19 may 2016-ci il tarixdə yaranmadığı kimi 04 avqust 2011-ci il tarixdə də yaranmır. Əlavə olaraq qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli 06/24-552 nömrəli arayışdakı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş) dövrlər bütünlüklə ədliyyə orqanlarında qulluq keçdiyi illərə daxil edilsə belə, müvafiq arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29,05.2008-ci tarixli 123 nömrəli- Qərarı təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin nesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydasf’na müvafiq olaraq İddiaçı ədliyyə orqanlarında qulluq illəri xx.xx.2021-ci il tarixə (hərbi xidmətdə, Lənkəran rayon X11 İcraiyyə Komitəsində, ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutan vəzifələrdə) 29 il 11 ay 23 gün təşkil etdiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş arayış və İddiaçı hüququnun xx.xx.2011-ci il tarixdə yaranması” iddiasından belə nəticəyə gəlinir ki, İddiaçı ədliyyə orqanlarında qulluq illəri xx.xx.2011 -ci il tarixədək 20 il 25 gün təşkil edir (xx.xx.2011xx.xx.2021 - 09 il 10 ay 28 gün). Əlavə olaraq bildiririk ki, Lənkəran rayon XDS İcraiyyə Komitəsində işlədiyi illər yuxarı icra hakimiyyəti orqanlarına deyil, yerli icra hakimiyyəti orqanına aid olduğu üçün həmin müddət ədliyyə orqanlarındakı xidmət illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə ki, xx.xx.1988-xx.xx.1991-ci illərin (03 il 11 ay 08 gün) ədliyyə orqanlarında qulluq illərinə 3İd edilmədiyi üçün İddiaçı stajı 16 il 01 ay 17 gün təşkil edir. Həmçinin xx.xx.1993-xx.xx.1997-ci il tarixlərində Lənkəran rayon İcra Hakimiyyətində işlədiyi dövrlərə münasibətdə qeyd etmək lazımdır ki, yuxarı icra nakimiyyəti orqanlarına deyil, yerli icra hakimiyyəti orqanına aid olduğu üçün həmin müddət ədliyyə orqanlarındakı xidmət illərinin hesablanması zamanı nəzərə alınması zanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə ki, xx.xx.1993-xx.xx.1997-ci illərin (03 il 07 ay 22 gün) ədliyyə orqanlarında qulluq illərinə aid edilmədiyi üçün CH. Cavadovun stajı 12 il 05 ay 25 gün təşkil edir. Qeyd olunanlardan bi daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3- 16-6/2-384 nömrəli məktubunda qeyd edilmişdir ki, sabiq ədliyyə işçisi İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq ədliyyə orqanlarında qulluq İlləri xx.xx.2022-ci il tarixə (hərbi xidmətdə, Lənkəran rayon X11 İcraiyyə Komitəsində, ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) 31 il 3 ay 8 gün təşkil edir. Qeyd olunur ki, həmin Qaydaların 2.2.4-cü bəndinə əsasən İddiaçı Lənkəran rayon X11 İcraiyyə Komitəsində işlədiyi xx.xx.1988- xx.xx.1991-ci il tarixlər ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3- 16-6/2-695 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydasfna edilmiş dəyişikliyə (2.2.3- 1-ci bənd) əsasən ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində işlədikləri müddət daxil edilir. Eyni zamanda, “Dövlət qulluğu haqqında” Qanunun 22.7-2-ci maddəsinə müvafiq olaraq dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) təsdiq edir. Həmin normativ hüquqi akt qəbul edildikdən sonra İddiaçıla bağlı məsələyə qayıdılacaqdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-6/2-1032 nömrəli məktubunda qeyd edilmişdir ki, kadrlar üzrə böyük inspektor vəzifəsi istisna olmaqla, 1992-1997-ci illərdə Lənkəran Rayon İcra Hakimiyyətində böyük məsləhətçi və şöbə müdiri vəzifələrində çalışdığı müddət Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.2.3-1-ci yarımbəndinə əsasən ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilə bilər. Belə ki, Nazirlər Kabinetinin sözügedən qərarına 2021-ci il 25 noyabr tarixli 368 nömrəli qərarla edilən dəyişikliyə əsasən ədliyyə orqanlarında, habelə digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində işlədiyi müddət ədliyyə orqanları şçilərinin qulluq illərinə daxil edilir. Bu müddəanın hüquqi əsası Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VİQD nömrəli Qanunu ilə “Dövlət qulluğu haqqında” Qanuna əlavə edilən 22.7-1-ci maddə ilə müəyyənləşdirilmişdir. Həmin maddəyə müvafiq olaraq dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı isə xüsusi növdə qulluq (xidmət) illərinə daxil edilir. Eyni zamanda 22.7-2-ci maddəyə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini ölkə başçısının 2021-ci il 14 iyul tarixli 1398 nömrəli Fərmanına əsasən Nazirlər Kabineti təsdiq edir. Lakin müvafiq qaydalar təsdiq edilmədiyi üçün müraciətinizin təmini hazırda imkan xaricindədir. Həmin normativ hüquqi akt qəbul edildikdən sonra məsələyə qayıdıla bilər. İşdə olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 9-3/2-C-518/2-42-206/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına ünvanladığınız və aidiyyəti üzrə baxılması üçün Mərkəzə göndərilmiş 7 yanvar 2024-cü il tarixli müraciətiniz Mərkəz tərəfindən 27 fevral 2024-cü il tarixli 9-3/2-C-518-42-114/2024 nömrəli məktubla cavablandırılmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Adıçəkilən Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2 3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) iləri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə :axil edilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli -ərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 3.1.2-ci yarımbəndinə əsasən dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindşki qulluq stajı dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən nəzərə alınır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli 119-İİİQ nömrəli Qanununun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.2.3-1-ci yarımbəndinə əsasən ədliyyə orqanları işçilərinin qulluq illərinə digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində işlədikləri müddət daxil edilir. Qeyd edilənlərə əsasən Lənkəran Şəhər İcra Hakimiyyətində böyük məsləhətçi və sobə müdiri vəzifələrində iş müddəti ədliyyə orqanlarında qulluq illərinə daxil edilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-98037/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun dövlət qulluğu stajının 25 il 5 ay 5 gün (xx.xx.1997xx.xx.2007-ci il və xx.xx.2007-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası SiyahT’sı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. X1 Cavadovun Lənkəran rayon X11 İcraiyyə Komitəsində işlədiyi vəzifələr yerli icra hakimiyyəti orqanında müvafiq vəzifələrə uyğunlaşdırılmışdır. Eyni zamanda bildiririk ki, ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinentinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözügedən Qaydaların 2.2.4-cü bəndinə əsasən ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilir. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.1988-xx.xx.1991-ci il və xx.xx.1993- xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər ərzində yuxarı icra hakimiyyəti orqanlarında deyil, yerli icra hakimiyyəti orqanında işlədiyindən həmin müddətin ədliyyə orqanlarındakı xidmət illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-6/2-239 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli qərarı ilə “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” təsdiq edilmişdir. Həmin qərarın 3.1 maddəsinə əsasən Dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti nəzərə alınır. Bu qaydanın 4.4 maddəsinə uyğun olaraq qulluq illəriniz (qulluq stajı) yenidən hesablanarkən həqiqi hərbi xidmətdə olduğu (xx.xx.1975-xx.xx.1977-ci illər), Lənkəran rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi, müdir işlədiyi (xx.xx.1988xx.xx.1991-ci illər), Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatında kadrlar üzrə böyük inspektor, Hüquq və müdafiə məsələləri şöbəsində böyük məsləhətçi, müdir (xx.xx.1991-xx.xx.1997-ci illər) və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə (xx.xx.1997-xx.xx.2022-ci illər) işlədiyi dövrlər nəzərə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-150558/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun dövlət qulluğu stajının 25 il 5 ay 5 gün (xx.xx.1997xx.xx.2007-ci il və xx.xx.2007-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahı”sı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. X8 Cavadovun Lənkəran rayon X11 İcraiyyə Komitəsində işlədiyi vəzifələr yerli icra hakimiyyəti orqanında müvafiq vəzifələrə uyğunlaşdırılmışdır. Eyni zamanda bildiririk ki, ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinentinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözügedən Qaydaların 2.2.4-cü bəndinə əsasən ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilir. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.1988-xx.xx.1991-ci il və xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər ərzində yuxarı icra hakimiyyəti orqanlarında deyil, yerli icra hakimiyyəti orqanında işlədiyindən həmin müddətin ədliyyə orqanlarındakı xidmət illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-190819/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə müəyyən edilir. Həmin Qaydada ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşlarının təhsil dövrünün onların qulluq illərinin hesablanması zamanı nəzərə alınmasına dair müddəa mövcud deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.1.14-ci və 20.19-cu maddələrinə əsasən, xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizminin funksiyalarının 81-100 faizinin pozulmasına görə (İ dərəcəli) əlilliyi müəyyən olunmuş, həmçinin ədliyyə orqanlarında 15 il və daha çox qulluq illəri olan şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Qanunun 20.19.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında hesablanır. Qanunun 20.19.2-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə həmin Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Göründüyü kimi, qanunvericilikdə ədliyyə orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyasının hesablanması zamanı yalnız ədliyyə orqanlarında qulluq illərinin hər ilinə görə müvafiq əmək haqqının orta aylıq məbləğinin müəyyən faizi miqdarında qulluq illərinə görə əlavələrin verilməsi nəzərdə tutulub. Qeyd olunanları nəzərə alaraq, təhsil müddətinin ədliyyə orqanlarında qulluq illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildiririk ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340- VİQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulduğundan məktubunuzda qeyd edilmiş dövrlərin (xx.xx.1988-xx.xx.1989- cu il tarixləri arasındakı dövr ərzində Lənkəran rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi, xx.xx.1989-xx.xx.1991 -ci il tarixləri arasındakı dövr ərzində Lənkəran rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq şöbəsinin müdiri, xx.xx.1992-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi, xx.xx.1993-xx.xx.1997ci il tarixləri arasındakı dövr ərzində Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri) İddiaçı ədliyyə orqanında qulluq illərinə daxil edilməsi həmin Qanunun tələbləri baxımından mümkün deyil. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.1975xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzində həqiqi hərbi xidmətdə olduğu müddət və xx.xx.1997-xx.xx.2007-ci il və xx.xx.2007- xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzindəki fəaliyyət müddəti onun ədliyyə orqanında qulluq illəri hesablanarkən nəzərə alınıb. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-235621/2024 nömrəli etiraza əlavəsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək, 19 may 2016-cı il tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən ödənilməli olan pensiya məbləğinin kompensasiya şəklində ödənilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubu ilə xx.xx.1988 - xx.xx.1991 -ci il; xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində yuxarı icra hakimiyyəti orqanlarında deyil, yerli icra hakimiyyəti orqanında işlədiyi üçün həmin müddətin ədliyyə orqanlarındakı xidmət illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı məhkəməyə müraciət edərək, hüququnun xx.xx.2011 -ci il tarixdə yarandığını və həmin tarixdən ödənilməli olan pensiya məbləğinin kompensasiya olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla əlaqədar iddia ərizəsinə etirazı təqdim edirəm və icraatınıza qəbul edib, hüquqi qiymət verməni xahiş edir. Aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir: Belə ki İddiaçı xx.xx.2022-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra İddiaçı xx.xx.2023-cü il tarixli müraciətinə əsasən, əmək pensiyasının yenidən hesablanmış (Əmək pensiyaları haqqında Qanunun 20.1.14-cü maddəsi əsas götürülməklə) 01.01,2023-cü il tarixdən 1933,66 manat məbləğində müəyyən edilmişdir (dövlət qulluğu vəzifəsindəki staj 25 il 05 ay 05 gün götürülməklə). Ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası" ilə müəyyən edilir. Həmin Qaydada ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşlarının təhsil dövrünün onların qulluq illərinin hesablanması zamanı nəzərə alınmasına dair müddəa mövcud deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.1.14-ci va 20.19-cu maddələrinə əsasən, xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizminin funksiyalarının 81-100 faizinin pozulmasına görə (İ dərəcəli) əlilliyi müəyyən olunmuş həmçinin ədliyyə orqanlarinda 15 il və daha çox qulluq illəri olan şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Qanunun 20.19.1 -ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında hesablanır. Qanunun 20.19.2-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə həmin Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Göründüyü kimi, qanunvericilikdə ədliyyə orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyasının hesablanması zamanı yalnız ədliyyə orqanlarında qulluq illərinin hər ilinə görə müvafiq əmək haqqının orta aylıq məbləğinin müəyyən faizi miqdarında qulluq illərinə görə əlavələrin verilməsi nəzərdə tutulub. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı 25 il 05 ay 05 gün stajına müvafiq əmək pensiyası müəyyən olunmuşdur. Təhsil müddətinə münasibətdə qeyd etməyi zəruri hesab edirik ki, təhsil müddətinin ədliyyə orqanlarında qulluq illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildiririk ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021 -ci il tarixli 340- VİQD nömrali Qanununa uyğun olaraq, "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına va dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri' (bundan sonra - Qayda) Azərbaycan Respublikasınin Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına va dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri "Əmək pensiyaları haqqında Qanunda nəzərdə tutulduğundan qeyd edilmiş dövrlərin (xx.xx.1988-xx.xx.1989- cu il tarixləri arasındakı dövr ərzində Lənkəran rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi, xx.xx.1989-xx.xx.1991 -ci il tarixləri arasındakı dövr ərzində Lənkəran rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq şöbəsinin müdiri, xx.xx.1992-xx.xx.1993-cu il tarixlər arasındakı dövr ərzində Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi, xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri) İddiaçı ədliyyə orqanında qulluq illərinə daxil edilməsi həmin Qanunun tələbləri baxımından mümkün deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 aprel 2024cü il tarixli 3-16-6/2-239 nömrəli məktubu ilə "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına va dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydasına uyğun olaraq müvafiq dövrlərin ədliyyə orqanında qulluq illərinə aid edildiyi qeyd olunmasına baxmayaraq, müvafiq dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözügedən Qaydaların 2.2.4-cü bəndinə əsasən ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilir. Sözügedən dövrlər ərzində yuxarı icra hakimiyyəti orqanlarında deyil, yerli icra hakimiyyəti orqanlarında işlədiyi dövrlərin ədliyyə orqanlarındakı xidmət illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müvafiq Qaydanın 2.2.4-cü yarımbəndindən “ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında,” sözləri çıxarılmasına münasibətdə qeyd etməyi zəruri hesab edirik ki, müvafiq dəyişiklik Nazirlər Kabinetinin 25 noyabr 2021 -ci il tarixli 368 nömrəli qərar ilə edilmişdir. Lakin iddiaçı hüququnun xx.xx.2011 -ci il tarixdə yarandığını iddia edir. Belə ki müvafiq dəyişiklik həmin dövrə münasibətdə tətbiq edilə bilməz. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.1975-26 11.1977-ci il tarixləri arasındakı dövr ərzində həqiqi hərbi xidmətdə olduğu müddət və xx.xx.1997-xx.xx.2007-ci il və xx.xx.2007-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzindəki fəaliyyət müddəti onun ədliyyə orqanında qulluq illəri hesablanarkən nəzərə alınmışdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişirlər. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür (maddə 1.1). Tutduqları vəzifəyə və ədliyyə orqanlarında stajına uyğun olaraq ədliyyə orqanlarının işçiləri üçün aşağıda göstərilən xüsusi rütbələr müəyyən edilir: Ali xüsusi rütbələr: - həqiqi dövlət ədliyyə müşaviri; - İ dərəcəli dövlət ədliyyə müşaviri; - İİ dərəcəli dövlət ədliyyə müşaviri; - İİİ dərəcəli dövlət ədliyyə müşaviri. Böyük xüsusi rütbələr: - baş ədliyyə müşaviri; ədliyyə müşaviri; - kiçik ədliyyə müşaviri. Orta xüsusi rütbələr: - İ dərəcəli ədliyyə qulluqçusu; - İİ dərəcəli ədliyyə qulluqçusu; - İİİ dərəcəli ədliyyə qulluqçusu (maddə 20.1). Ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərinin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur (maddə 20.3). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydalarına əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilmişdir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. hərbi qulluqçular—Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər— Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Maddə 9.7. Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.7.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)', xx.xx.2017-ci il tarixli Qanunla 9.7.1 -ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “işçiləri” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)” sözləri əlavə edilmişdir. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1 -ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarı:

1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarına (xx.xx.2013-cü il tarixədək qüvvədə olan redaksiyada) əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: (bənd 1). Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə xüsusi təyinatlı təhsil müəssisələrində, qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir (bənd 1, abzas 10). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər, yəni xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (xx.xx.2017ci il tarixədək qüvvədə olan redaksiyada) əsasən ədliyyə işçilərinin güzəştli şərtlərlə əmək pensiyası hüququ ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olduqda yaranır (maddə 9.7.1). Xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya əlil olmuş ədliyyə işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir (maddə 20.1.14). Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il qulluq etmiş ədliyyə işçilərinə — orta aylıq əmək haqqının 45 faizi miqdarında; ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə — orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 10 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə — orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər (maddə 20.19.3). Məhkəmə iddiaçının 1979-1985-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı müddətin staj kimi hesablanması ilə bağlı münasibət bildirərək qeyd edir ki, hərbi qulluqçuların pensiya təminatı ilə bağlı müddəalar xüsusi rütbəli şəxslərə də şamil edilməlidir. Belə olan halda, hərbi qulluqçulara pensiya hesablanarkən onların təhsil müddətlərinin xidmət müddətlərinə əlavə olunması ilə bağlı müddəa xüsusi rütbəli şəxslərə də şamil olunmalıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə götürülməzdən əvvəl ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. İddiaçı da 1979-1985-ci illərdə Azərbaycan Dövlət Universitetindin hüquq fakültəsində qiyabi təhsil aldığından həmin müddətin hər bir ilini altı ay saymaqla iddiaçının iş stajına, yəni 5 illik təhsil müddətinə görə 2 il 6 ay hesablanıb iddiaçının stajına əlavə edilməlidir. Məhkəmə iddiaçının hərbi xidmət dövrünün onun iş stajına əlavə edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuş və yuxarıda qeyd edilən qanunvericiliyin normalarına əsasən qeyd edilən 2 il 23 gün dövrdə xidmət illərinə əlavə edilməlidir. Hərbi xidmət dövrü inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. İddiaçının işlədiyi illərlə bağlı müəyyən edilir ki, İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi işləmiş, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq Şöbəsinin müdiri işləmiş, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi işləmiş, xx.xx.1993-cü ildən xx.xx.1997-ci il tarixə kimi isə hüquq şöbəsinin müdiri işləmiş, xx.xx.1997-xx.xx.2007-ci il tarixə kimi Ədliyyə Nazirliyi Hüquqi X3 üzrə X10 rəisi işləmiş və xx.xx.2007-ci ildən xx.xx.2022-ci ilə qədər Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi işləmişdir. İddiaçı hüququnun yarandığı tarixdən xüsusi rütbəli şəxs kimi ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana mürəciət etmiş, lakin cavabdeh inzibati orqan onun 25 il iş stajının olmadığını əsas gətirərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən 25 il qulluq stajı tamamlanmış və onun xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh iddiaçının işlədiyi illərlə bağlı qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340- VİQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulduğundan məktubunuzda qeyd edilmiş dövrlərin (xx.xx.1988-xx.xx.1989- cu il tarixləri arasındakı dövr ərzində Lənkəran rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Lənkəran rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq şöbəsinin müdiri, xx.xx.1992-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi, xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri) İddiaçı ədliyyə orqanında qulluq illərinə daxil edilməsi həmin Qanunun tələbləri baxımından mümkün deyil. Məhkəmə qeyd edilən illərə münasibət bildirərək qeyd edir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə əsasən Ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə, prokurorluq, digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına və ya hərbi orqanlara işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır. Həmin orqanlarda, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işləmiş ədliyyə orqanlarına qulluğa qəbul edilmiş şəxslərin qulluq illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9-3/2- C-518/2-42-206/2024 nömrəli məktubundanda müəyyən olunur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Adıçəkilən Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2 3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) iləri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli -ərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 3.1.2-ci yarımbəndinə əsasən dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindşki qulluq stajı dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən nəzərə alınır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli 119-İİİQ nömrəli Qanununun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.2.3-1ci yarımbəndinə əsasən ədliyyə orqanları işçilərinin qulluq illərinə digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində işlədikləri müddət daxil edilir. Qeyd edilənlərə əsasən Lənkəran Şəhər İcra Hakimiyyətində böyük məsləhətçi və şöbə müdiri vəzifələrində iş müddəti ədliyyə orqanlarında qulluq illərinə daxil edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli qərarı ilə “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” təsdiq edilmişdir. Həmin Qanunun:

3. Dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi 3.1. Dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən dövlət qulluğunda aşağıdakı dövrlər nəzərə alınır: 3.1.1. dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı; 3.1.2. dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı; 3.1.3. məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü; 3.1.4. dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti; 3.1.5. dövlət qulluğu vəzifəsinin və əməkhaqqının saxlanılması şərtilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət; 3.1.6. əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; 3.1.7. ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti; 3.1.8. müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl dövlət qulluğu vəzifəsində qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət.

4. Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi ilə bağlı digər məsələlər 4.4. Bu Qayda qüvvəyə minənədək dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) keçmiş və dövlət qulluğu vəzifəsinə qəbul edilmiş, habelə dövlət qulluğunda işləmiş və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmiş şəxslərin qulluq (xidmət) illəri (qulluq stajı) bu Qaydaya uyğun olaraq yenidən hesablanır. Eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3- 16-6/2-239 nömrəli məktubuna əsasən İddiaçı qulluq illəri(qulluq stajı) yenidən hesablanarkən həqiqi hərbi xidmətdə olduğu (xx.xx.1975-xx.xx.1977-ci illər), Lənkəran rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi, müdir işlədiyi (xx.xx.1988xx.xx.1991-ci illər), Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatında kadrlar üzrə böyük inspektor, Hüquq və müdafiə məsələləri şöbəsində böyük məsləhətçi, müdir (xx.xx.1991-xx.xx.1997-ci illər) və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə (xx.xx.1997-xx.xx.2022-ci illər) işlədiyi dövrlərin nəzərə alındığı müəyyən edilir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, iddiaçı isə bunun əksini sübut etmişdir. Beləliklə, İddiaçı 1979-1985-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı, həmçinin xx.xx.1975-xx.xx.1977-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi işlədiyi, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq Şöbəsinin müdiri işlədiyi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi işlədiyi, xx.xx.1993-cü ildən xx.xx.1997-ci il tarixə kimi isə hüquq şöbəsinin müdiri işlədiyi, xx.xx.1997-xx.xx.2007-ci il tarixə kimi Ədliyyə Nazirliyi Hüquqi X3 üzrə X10 rəisi işlədiyi və xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilə qədər Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi işlədiyi müddəti sığorta stajına daxil edildiyi zaman xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox stajının və müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun olduğu müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı “1979-1985-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldığı 2 il 6 ay nəzərə alınmaqla, həmçinin xx.xx.1975-xx.xx.1977-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu 2 il 23 günü, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində hüquq məsləhətçisi işlədiyi 1 il 8 ay 23 günü, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Lənkəran Rayon XDS İcraiyyə Komitəsində Sosial Hüquq Şöbəsinin müdiri işlədiyi 1 il 18 günü, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Lənkəran rayon İcra Hakimiyyətində Hüquq şöbəsində böyük məsləhətçi işlədiyi 1 il 2 ay 20 günü, xx.xx.1993-cü ildən xx.xx.1997-ci il tarixə kimi isə hüquq şöbəsinin müdiri işlədiyi 3 il 7 ay 22 günü, xx.xx.1997-xx.xx.2007-ci il tarixə kimi Ədliyyə Nazirliyi Hüquqi X3 üzrə X10 rəisi işlədiyi 10 il 7 ay 18 günü və xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilə qədər Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi işlədiyi 09 il 06 ay 01 gün müddəti daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox stajına malik olmağını, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar