Məhkəmə qərarları › İş №2-1(120)-800/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-800/2025

12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-800/2025 12.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, İddiaçının nümayəndəsi Nümayəndə1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “Xarrat” Kooperativinin Cavabdehnə qarşı “Azərbaycan Respublikasının Qida X1 Regional bölməsinin inzibati binasının tikintisi üçün Lənkəran şəhəri şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 10 saylı sərəncamının ləğv edilməsi, həmin torpaq sahəsində aparılmış tikililərin sökülməsi və İddiaçı texniki pasportunda qeyd olunan yolun texniki pasportda qeyd olunan ölçüləri və yerləşmə yeri dəyişdirilmədən saxlanılmasını” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı “Xarrat” Kooperativinin Cavabdehnə qarşı “Lənkəran şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 saylı qanunsuz, əlverişsiz inzibati aktının (sərəncamının) ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2232/2023 nömrəli qərardadı ilə iddiaçı “Xarrat” Kooperativinin Cavabdehnə qarşı “Lənkəran şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 saylı qanunsuz, əlverişsiz inzibati aktının (sərəncamının) ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-341/2023 nömrəli qərardadı ilə iddiaçı “Xarrat” Kooperativinin apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2232/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-3165/2023 nömrəli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-341/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə1 iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Azərbaycan Respublikasının Qida X1 Regional bölməsinin inzibati binasının tikintisi üçün Lənkəran şəhəri şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 10 saylı sərəncamının ləğv edilməsi, həmin torpaq sahəsində aparılmış tikililərin sökülməsi və İddiaçı texniki pasportunda qeyd olunan yolun texniki pasportda qeyd olunan ölçüləri və yerləşmə yeri dəyişdirilmədən saxlanılmasını” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Xarrat” Kooperativi xx.xx.1988-ci il tarixli Lənkəran şəhər X12 (XDS) İcraiyyə Komitəsinin Qərarı ilə qeydiyyata alınmışdır. Kooperativ 1990-ci ildə şəhər rəhbərliyinə müraciət edərək kooperativin səmərəli fəaliyyət göstərməsi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. xx.xx.1990-ci il tarixdə X11 Sovetinin qərarı ilə “Xarrat” Kooperativinə şəhərin Fizuli (indiki B.Mirsalayev) küçəsində 0.18 ha torpaq sahəsi ayrılmışdır. Həmin ildən ayrılmış torpaq sahəsi və qarşısındakı bitişik ərazi şəhər rəhbərliyinin icazəsi ilə Kooperativin büdcəsi hesabına hasarlanmış, darvaza qoyulmuş, normal fəaliyyət göstərməyimiz üçün əraziyə onlarla maşın torpaqçınqıl tökülmüşdür. “Xarrat” Kooperativi 30 (otuz) ildən artıqdır ki, əraziyə faktiki sahiblik edir. Müvafiq vergilər müntəzəm olaraq ödənilir. Bu işlər və ümumiyyətlə fəaliyyətləri göz qabağında olmuşdur. İstifadələrində olan torpaq sahəsinin özəlləşdirlməsi üçün Cənab Prezidentə etdikləri müraciətə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 X14 Agentliyinin 14 iyun 2016-cı il tarixli cavabında bildirilmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Fərmanının 3.1 bəndinə əsasən dövlət əmakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsi dayandırılmışdır. 30 (otuz) ildən artıq faktiki istifadələrində olan torpaq sahəsini özəlləşdirmək və ya icarəyə götürmək məqsədi ilə Lənkəran Bələdiyyəsinə etdiyi müraciətlərinə Bələdiyyə tərəfindən xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixində verilən cavablarda, Lənkəran Şəhər Bələdiyyəsinin müraciəti əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarına etdiyi müraciətin cavabında bildirilmişdir ki, torpağın mülkiyyət növü dəqiqləşdirilməmişdir. Lənkəran şəhərinin yeni elektron xəritəsi tərtib olunduqdan və mülkiyyət növü dəqiqləşdirildikdən sonra yenidən ərizələrinə baxılacaqdır. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya etdiyi müraciətdən sonra Lənkəran şəhər İcra Hakimiyyəti xx.xx.2018-ci il tarixli cavabında bildirmişdir ki, sözü gedən torpaq sahəsi Lənkəran şəhər bələdiyyəsinin mülkiyyətində olduğundan həmin torpaq sahəsinin hazırda özəlləşdirilməsi imkan xaricindədir. Lakin şəhər bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsinin 9 saylı Lənkəran ərazi şöbəsində hərraca çıxarılacağı təqdirdə sizə məlumat veriləcəkdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşova ünvanladıqları 02 mart 2018-ci il tarixli ərizələrinə isə ümumiyyətlə cavab verilməmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 X14 Agentliyinə etdikləri müraciətin xx.xx.2021-ci il tarixli cavabı əsasında Lənkəran ŞİH-nə etdikləri müraciət də cavablandırılmamışdır. Lakin 27 yanvar 2023-cü il tarixdə “Xarrat” Kooperativinin ərazisinə gedərkən darvazanın traktor vasitəsi ilə çıxarıldığını və həyətlərində naməlum şəxslərin və traktorun olduğunu görmüşdürlər. Onlardan əraziyə niyə icazəsiz girdiklərini, burada nə etdiklərini soruşanda bildirdilər ki, bu ərazi Lənkəran şəhər İcra Hakimiyyətinin sərancamı ilə Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin inzibati binasının tikintisi üçün ayrılmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin inzibati binasının tikintisi üçün özəlləşdirilməsi və ya icarəyə götürməkləri üçün bir neçə ildir müraciət etdiklərini, onlara “gözləyin” deyildiyi halda 30 (otuz) ildən artıqdır istifadələrində olan torpaq sahəsinin ayrılmasına sərəncam verilmişdir. Onlarda olan sənədlərə baxdıqda görünür ki, ərazinin geniş görünməsi üçün ərazi süni şəkildə genişləndirilmişdir. Beləki, XDS-nin qərarı ilə “Xarrat” kooperativinin fəaliyyəti üçün ayrılan torpaq sahəsinə gedən yol, onlara aid olan yol heç bir qanuna əməl olunmadan, Ümummilli Lider Cənab Heydər Əliyevin imzaladığı fərmanlar nəzərə alınmadan qanunsuz olaraq kənara çəkilməklə tikinti üçün süni şəkildə ərazi yaradılmışdır. Çünki sözü gedən yol ŞİH-nin sərəncam verdiyi torpaq sahəsinin tam ortasından keçir. Belə olduğu halda ərazidə hər hansı bina tikintisi üçün kifayət qədər yer qalmır. Ona görə də yolu kənara çəkərək tikinti üçün süni şəkildə genişlik yaradırlar. Hətta kənara çəkilən yol digər bir tikilinin ərazisidir. Bütün bunlar bizdən xəbərsiz, gizli şəkildə baş vermişdir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanının 2-ci bəndində qeyd edilir ki, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur”. Lənkəran ŞİH sözügedən fərmana əməl etməyərək “Xarrat” Kooperativinin texniki pasportunda göstərilən torpaq sahəsinin hüdudlarını qanunsuz olaraq dəyişərək texniki pasportda göstərilən yolu kənara çəkməklə torpaq sahəsinin başqa təşkilata verilməsinə sərəncam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədəqərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 15 sentyabr 2020-ci il tarixli 2/8-3652 nömrəli məktubla şəhər İcra Hakimiyyətinə müraciət edərək X9 Bölməsinin inzibati binasının tikilməsi məqsədilə torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Lənkəran şəhərinin B.Mirsalayev küçəsində dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kotiqoriyasına aid 0,326 ha torpaq sahəsinin ayrılması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı nəzərə alınaraq Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 9 fevral 2021 -ci il tarixli 10 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Qida X1 Bölməsinin inzibati binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi üzrə hüquqların tanınması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə müraciət etmişdir. İddiaçı “Xarrat” Kooperativinin nümayəndəsi Nümayəndə1 maraqlı şəxs qismində sözü gedən torpaq sahəsinin onun istifadəsində olduğunu iddia edərək müvafiq Sərəncamın ləğv edilməsi ilə bağlı dəfələrlə şəhər İcra hakimiyyətinə və müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmişdir. Müraciətləri ilə bağlı Nümayəndə1 bildirilmişdir ki, “Xarrat” Kooperativinin mülkiyyətində və istifadəsində olan torpaq sahəsi ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir sərəncam və inzibati akt qəbul edilməmişdir. Onun iddia etdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Torpaq sahəsinin ayrılması ilə bağlı şəhər İcra hakimiyyəti başçısının müvafiq Sərəncamı “İnzibati icraat haqqında” Qanunun və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlandığı üçün məsələnin mübahisələndirilməsinin əsassız olduğu vətəndaşın nəzərinə çatdırılmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti iddia tələbini əsassız hesab edir və iddia tələbinin rədd edilməsi ilə bağlı müvafiq qərar qəbul edilməsini xahiş etmişdirlər. Üçüncü şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsində iddiaçı “Xarrat” Kooperativinin cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran Şəhər İcra hakimiyyətinin 2021-ci il 9 fevral tarixli, 10 saylı inzibati aktının qanunsuz, əlverişsiz hesab edilməsi barədə” iddia ərizəsi ilə 2-1(112)- 10293/2023 saylı iş üzrə icraat başlanmışdır. Məhkəmə işi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Bildiririk ki, icraatında olan iddia ərizəsində mübahisələndirilən məsələlər barəsində hüquqi tənzimlənmə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamə ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3 və 4.16.4-cü yarımbəndlərinə əsasən, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 2021-ci il 9 fevral tarixli, 10 saylı Sərəncamı əsasında Lənkəran şəhəri, B.Mirsalayev küçəsində dövlət mülkiyyətində olan 0.326 hektar torpaq sahəsi Agentliyin Lənkəran- Astara regional bölməsinin inzibati binasının tikintisi üçün ayrılmışdır. Bundan başqa, sözügedən torpaq sahəsi barədə yer quruluşu planı, dövlət ekoloji ekspertiza rəyi, torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyəti orqanlarından razılıq məktubları, o cümlədən obyektin tikintisinə və istismarına icazələr alınmışdır. Qeyd olunanlara əsasən, sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olması və qanunvericiliyin tələblərinə uyğun olaraq Agentliyin Lənkəran-Astara regional bölməsinin inzibati binasının tikintisi üçün ayrılması müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı “Xarrat” Kooperativinin cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran şəhər İcra Hakimiyyətinin 2021-ci il 9 fevral tarixli, 10 saylı inzibati aktının qanunsuz, əlverişsiz hesab edilməsi barədə” iddia ərizəsinin təmin edilməməsini və iş üzrə tələblərinin rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələblərini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 X14 Agentliyinin Nümayəndə1 ünvanladığı 14 iyun 2016-cı il tarixli, **********53 nömrəli məktubundan görünür ki, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Fərmanının 3.1 bəndinə əsasən dövlət əmakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsi dayandırılmışdır. İş materialında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının aparatının Nümayəndə1 ünvanladığı xx.xx.2018-ci il tarixli, M-51-032 nömrəli məktubundan görünür ki, Lənkəran şəhər bələdiyyəsinin mülkiyyətində olduğundan həmin torpaq sahəsinin hazırda özəlləşdirilməsi imkan xaricindədir. Lakin şəhər bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəssinin 9 saylı Lənkəran Ərazi Şöbəsində hərraca çıxarılacağı təqdirdə sizə bu barədə məlumat veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 403 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Lənkəran şəhəri Füzuli küçəsində yerləşən “Xarrat” Kooperativinin adına mülkiyyət hüququ əsasında xx.xx.2002-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-X3 şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 02/58 nömrəli məktubundan görünür ki, Yerquruluşu planına əsasən yuxarıda qeyd ediiən ünvanda yerləşən 0,326 ha topraq sahəsinin, üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə X4 regional bölməsinin inzibati binasının tikintisi üçün ayrılmasına etiraz etmirlər. İş materiallarında olan Azərbaycan Respublikasının X4 xx.xx.2020-ci il tarixli, 8/621 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramının 10.2.5-ci yarımbəndində X4 Aparatının və regional bölmələrinin maddi-texniki bazasının gücləndirilməsinə dair tapşırıq verilmişdir. Qeyd edilən torpaq sahəsi Agentliyə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəcamının icrası məqsədilə Lənkəran Şəhər icra Hakimiyyəti tərəfindən ayrılmışdır. Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2-1(120)-2623/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “Lənkəran şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 saylı qanunsuz, əlverişsiz inzibati aktının (sərəncamının) ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/7737 nömrəli məktubu ilə iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1944/2025 nömrəli mütəxəssis rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyindən aşağıdakılar bildirilir:

1. Lənkəran şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3 nömrəli iclas protokolundan çıxarışa əsasən “Xarrat” Kooperativinə ayrılmış 1800 kv.m torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur.

2. Lənkəran şəhər X12 icraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3 nömrəli iclas protokolundan çıxarışa əsasən “Xarrat” Kooperativinə ayrılmış 1800 kv.m torpaq sahəsinin hüquqi statusunun dövlət mülkiyyətinə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına və uqodiyasının tikinti altında olan torpaq sahələrinə aid olması müəyyən edilmişdir.

3. Lənkəran şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3 nömrəli iclas protokolundan çıxarışa əsasən “Xarrat” Kooperativinə ayrılmış 1800 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığından həmin torpaq sahəsi barədə dövlət reyestrində və kadastrında məlumatların mövcud olmaması, o cümlədən torpaq sahəsinin faktiki koordinatlarının da elektron kadastr xəritəsinə uyğun olmaması müəyyən olunmuşdur.

4. Qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə 3A-1091 inventar nömrəli texniki pasport sənədi üzrə vəziyyəti arasında müəyyən qədər uyğunsuzluğun mövcud olması müəyyən olunmuşdur (torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında müqayisəli təhlili rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığından həmin torpaq sahəsi barədə dövlət reyestrində və kadastrında məlumatların mövcud olmaması müəyyən edilmişdir. Torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur.

5. Qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə 3A-1091 inventar nömrəli texniki pasport sənədi üzrə vəziyyəti arasında müəyyən qədər uyğunsuzluğun mövcud olması müəyyən olunmuşdur (torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında müqayisəli təhlili rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Qeyd edilən 1800 kv.m torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir.

6. Qeyd edilən torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir.

7. Mübahisəli torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur.

8. Lənkəran şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3 nömrəli iclas protokolundan çıxarışa əsasən "Xarrat” Kooperativinə ayrılmış 1800 kv.m torpaq sahəsinin koordinatlarının mövcud elektron kadastr məlumat bazasına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur.

9. “Xarrat” Kooperativinin iddia etdiyi (əvvəllər istifadəsində olan) 0,56 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmamış və iddia edilən 0,56 ha torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. Həmin 0,56 ha torpaq sahəsinin 0,19 ha hissəsinin “Xarrat” Kooperativinin faktiki istifadəsində olması, 0,328 ha hissəsinin Azərbaycan Respublikasının X4 faktiki istifadəsində olması, qalan hissəsinin isə iddiaçının istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolu olması müəyyən olunmuşdur. Qeyd edilən ərazidə Azərbaycan Respublikasının X4 istifadəsində olan torpaq sahəsi barədə dövlət reyestrində və kadastrında məlumatların mövcud olması müəyyən edilmişdir.

10. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.20021-ci il tarixli, 10 nömrəli sərəncamı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********68 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Azərbaycan Respublikasının X4 istifadəsində olan 0,326 ha torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur.

11. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.20021-ci il tarixli, 10 nömrəli sərəncamı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********68 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Azərbaycan Respublikasının X4 istifadəsində olan 0,326 ha torpaq sahəsinin hüquqi statusunun dövlət mülkiyyətinə, kateqoriyasının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) və uqodiyasının tikinti altında olan torpaq sahələrinə aid olması müəyyən edilmişdir.

12. Lənkəran Şəhər icra Hakimiyyəti başçısının xx.xx.20021-ci il tarixli, 10 nömrəli sərəncamı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********68 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Azərbaycan Respublikasının X4 istifadəsində olan 0,326 ha torpaq sahəsinin koordinatlarının həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində, o cümlədən mövcud elektron kadastr məlumat bazasında düzgün olaraq qeyd edilməsi müəyyən olunmuşdur.

13. Qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən edilmişdir. Faktiki istifadədə olan torpaq sahəsinin elektron kadastr məlumat bazasında mövcud olması və ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur.

14. Torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən edilmişdir. Qeyd edilən 0,326 ha torpaq sahəsinin Azərbaycan Respublikasının X4 istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən olunmuşdur.

15. Torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir.

16. Mübahisəli 0,326 ha torpaq sahəsinin üzərində iki mərtəbəli 324 kv.m tikintialtı sahədən ibarət inzibati binanın, iki ədəd 16 kv.m tikintialtı sahədən ibarət besetkaların, 78 kv.m tikintialtı sahədən ibarət sarayın və 54 kv.m tikintialtı sahədən ibarət anbar tikilisinin mövcud olması müəyyən olunmuşdur. Həmin tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması müəyyən olunmuşdur. Tikililərin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********68 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Azərbaycan Respublikasının X4 istifadəsində olan 0,326 ha torpaq sahəsinin üzərində yerləşməsi və tikililərin Azərbaycan Respublikasının X4 istifadəsində olması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir.

17. Lənkəran şəhər XDS İK-in xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərarına əsasən “Xarrat” Kooperativinə ayrılmış 1800 kv.m torpaq sahəsinə gediş-gəliş yolunun iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən gediş-gəliş yolunun faktiki iddia olunan vəziyyəti ilə sənəd (Texniki Pasport nəzərə alınmaqla) üzrə vəziyyəti arasında uyğunsuzluğun (yerləşmə fərqinin) mövcud olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Sözügedən torpaq sahəsinə sənəd üzrə nəzərdə tutulan gediş-gəliş yolunun faktiki vəziyyətdə naturaya və eləcə də faktiki vəziyyətdə iddia olunan gediş-gəliş yoluna uyğun olmaması müəyyən olunmuşdur. Faktiki vəziyyətdə iddiaçının istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolunun Azərbaycan Respublikasının X4 istifadəsində olan torpaq sahəsinin şimal sərhədi boyu mövcud olması müəyyən olunmuşdur. Gedişgəliş yolu kimi iddia olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********68 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Azərbaycan Respublikasının X4 istifadəsində olan dövlət mülkiyyətinə aid 0,326 ha torpaq sahəsinin koordinatları ilə üst- üstə düşməsi müəyyən olunmuşdur. Yol kimi iddia edilən (iddia edilən torpaq sahəsinin ölçüsünün 0,037 ha olması müəyyən edilmiş) torpaq sahəsinin üzərində X6 məxsus tikililərin (inzibati binanın bir hissəsinin və besetkanın) mövcud olması müəyyən olunmuşdur.

18. Sualı cavablandırmaq mütəxəssisin imkanı xaricindədir.

19. Lənkəran şəhər XDS İK-in xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərarına əsasən “Xarrat” Kooperativinə ayrılmış 1800 kv.m torpaq sahəsinə gediş-gəliş yolunun iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən gediş-gəliş yolunun faktiki iddia olunan vəziyyəti ilə sənəd (Texniki Pasport nəzərə alınmaqla) üzrə vəziyyəti arasında uyğunsuzluğun (yerləşmə fərqinin) mövcud olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Sözügedən gediş-gəliş yolunun elektron kadastr xəritəsində öz əksini tapmaması müəyyən olunmuşdur.

20. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.20021-ci il tarixli, 10 nömrəli sərəncamı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********68 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Azərbaycan Respublikasının X4 istifadəsində olan 0,326 ha torpaq sahəsinin koordinatlarının mövcud elektron kadastr məlumat bazasına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur.

Əsaslandırma hissəsi:

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddiaçı tərəf Azərbaycan Respublikasının Qida X1 Regional bölməsinin inzibati binasının tikintisi üçün Lənkəran şəhəri şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 10 saylı sərəncamının ləğv edilməsi, həmin torpaq sahəsində aparılmış tikililərin sökülməsi və İddiaçı texniki pasportunda qeyd olunan yolun texniki pasportda qeyd olunan ölçüləri və yerləşmə yeri dəyişdirilmədən saxlanılmasını istəyir. Tələbinin əsasını isə qeyd edilən torpaq sahəsinin onların istifadəsində olması, dəfələrlə qeyd edilən torpaq sahəsinin müəssisəyə satılması ilə bağlı müraciət etsə də müraciətlərinə baxılmadığı, üstünlük hüququnun pozulduğu, torpaq sahəsinin Azərbaycan Respublikasının X6 ayrılmanın qanunsuz olduğu və mübahisəli sərəncamın onların işinə maneələr yaratması, həmçinin onlara məxsus əraziyə gedən yolun bağlanması kimi qeyd etmişdir. Məhkəmədə araşdırmanın əsasını yuxarıda qeyd edilən iş materialları təşkil etmişdir. Eləcə də, tərəfin subyektiv hüququnun olub-olmaması və digər mümkünlük hallarının tam araşdırılması məqsədilə iş üzrə müvafiq ekspertizanın keçirilməsi ilə bağlı qərardadı olsa da, tərəf qeyd edilən ekspertizaya etiraz etmiş, müvafiq ekspertizanın keçirilməsi mümkün olmamış və sonrada mübahisəli ərazidə keçirilən yerli baxışın nəticəsi olaraq məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2- 1944/2025 nömrəli mütəxəssis rəyinə əsasən: Həmçinin Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.20021-ci il tarixli, 10 nömrəli sərəncamı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********68 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Azərbaycan Respublikasının X4 istifadəsində olan 0,326 ha torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. “Xarrat” Kooperativinə ayrılmış 1800 kv.m torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri və döngə nöqtələrinin koordinatları qeyd edilmiş, həmin torpaq sahəsinin üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Mübahisə üzrə Lənkəran şəhər XDS İK-in xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərarına əsasən “Xarrat” Kooperativinə ayrılmış 1800 kv.m torpaq sahəsinə gediş-gəliş yolunun iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən gediş-gəliş yolunun faktiki iddia olunan vəziyyəti ilə sənəd (Texniki Pasport nəzərə alınmaqla) üzrə vəziyyəti arasında uyğunsuzluğun (yerləşmə fərqinin) mövcud olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Sözügedən torpaq sahəsinə sənəd üzrə nəzərdə tutulan gediş-gəliş yolunun faktiki vəziyyətdə naturaya və eləcə də faktiki vəziyyətdə iddia olunan gediş-gəliş yoluna uyğun olmaması müəyyən olunmuşdur. Faktiki vəziyyətdə iddiaçının istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolunun Azərbaycan Respublikasının X4 istifadəsində olan torpaq sahəsinin şimal sərhədi boyu mövcud olması müəyyən olunmuşdur. Gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********68 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Azərbaycan Respublikasının X4 istifadəsində olan dövlət mülkiyyətinə aid 0,326 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Yol kimi iddia edilən (iddia edilən torpaq sahəsinin ölçüsünün 0,037 ha olması müəyyən edilmiş) torpaq sahəsinin üzərində X6 məxsus tikililərin (inzibati binanın bir hissəsinin və besetkanın) mövcud olması müəyyən olunmuşdur. Lənkəran şəhər XDS İK-in xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərarına əsasən “Xarrat” Kooperativinə ayrılmış 1800 kv.m torpaq sahəsinə gediş-gəliş yolunun iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən gediş-gəliş yolunun faktiki iddia olunan vəziyyəti ilə sənəd (Texniki Pasport nəzərə alınmaqla) üzrə vəziyyəti arasında uyğunsuzluğun (yerləşmə fərqinin) mövcud olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Sözügedən gediş-gəliş yolunun elektron kadastr xəritəsində öz əksini tapmaması müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əlavə edilən sxemə əsasən Azərbaycan Respublikasının X4 istifadəsində olan dövlət mülkiyyətinə aid 0,326 ha torpaq sahəsinin sağ tərəfindən “Xarrat” Kooperativinə gediş-gəlişi təmin edən alternativ yolun ayrıldığı müəyyən edilmişdir. İddiaçı tərəf qeyd edilən yolun əvvəlki yola nisbətən daha ensiz olması və əlverişsiz olması əsası ilə yolun əvvəlki vəziyyətinə qaytarılmasını xahiş etsə də, məhkəmə həmin hissə də hüquqi yardım göstərərək tərəfə həmin halın inzibati mübahisə olmadığı və inzibati məhkəmədə baxılmalı olmamasını dəfələrlə izah etmişdir. Eləcə də, iddiaçı yolun açılması (verilməsi) və ya əvvəlki vəziyyətinə qaytarılması, qeyd edilən yol üzərində olan tikililərin sökülməsi kimi tələblərini bildirsə də, həmin tələblər üzrə mübahisəli daşınmaz əmlakın yerləşdiyi ümumi (rayon/şəhər) məhkəməsinə müraciət etmək hüququ tərəfə izah edilmişdir. Tələbin birinci hissəsi üzrə qeyd edilir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə iddia etdiyi ərazinin üst-üstə düşmədiyi, iddia edilən ərazi üzrə hüquqmüəyyənedici sənədlərinin olmadığı müəyyən edilmiş və məhkəmə hesab edir ki, iddiaçının həmin hissədə iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Məhkəmənin qənaətinə görə həmin hissə də iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçıların mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Tələbinin ikinci hissəsi isə inzibati məhkəmədə baxıla bilən iddia növü olmamış və tərəfə müvafiq izahlar verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 16 avqust 2024-cü il tarixli, 2-1(120)-3076/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(120)-3076/2024 nömrəli və xx.xx.2025-ci il tarixli, 2-1(120)-913/2025 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, cavabdeh inzibati orqanın iddiaçının hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçıya hüquqi yardım məktublrı ilə qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2, 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddiaçı “Xarrat” Kooperativinin Cavabdehnə qarşı “Azərbaycan Respublikasının Qida X1 Regional bölməsinin inzibati binasının tikintisi üçün Lənkəran şəhəri şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 10 saylı sərəncamının ləğv edilməsi, həmin torpaq sahəsində aparılmış tikililərin sökülməsi və İddiaçı texniki pasportunda qeyd olunan yolun texniki pasportda qeyd olunan ölçüləri və yerləşmə yeri dəyişdirilmədən saxlanılmasını” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar