Məhkəmə qərarları › İş №2-1(120)-801/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-801/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-801/2021 17.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, iddiaçı «Elçin-Ş” kəndli (fermer) təsərrüfatının nümayəndəsi İddiaçı (Saatlı rayonu, Mustafabəyli kəndində qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin nümayəndəsi X2 (Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 1, mənzil 5-də qeydiyyatda olan) iştirakı ilə, iddiaçı “Elçin-Ş” kəndli (fermer) təsərrüfatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı Saatlı rayon İcra Hakimiyyəti başçısının 28.10.1996-cı il tarixli, 253 saylı sərəncamı və “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” 001456 saylı Dövlət aktı əsasında ayrılmış 83 ha torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Elçin-Ş” kft-nin mülkiyyətinə verilmiş 83 hektar torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 16.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsinə əsasən İddiaçı əsl iddiaçı “Elçin-Ş” kəndli fermer təsərrüfatı ilə əvəz edilmişdir. İddiaçı «Elçin-Ş” kəndli (fermer) təsərrüfatının nümayəndəsi İddiaçı iddia tələbini dəqiqləşdirək, “Elçin-Ş” kəndli fermer təsərrüfatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Elçin-Ş” kəndli fermer təsərrüfatına ayrılmış 83 ha torpaq sahəsinə daimi istifadə hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və Şirvan İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin eyni tarixli qərardadı ilə Saatlı rayon Mustafabəyli bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçı «Elçin-Ş” kəndli (fermer) təsərrüfatının nümayəndəsi İddiaçı iddia tələbini dəqiqləşdirərək, “Elçin-Ş” kəndli (fermer) təsərrüfatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı Saatlı rayon İcra Hakimiyyəti başçısının 28.10.1996-cı il tarixli, 253 saylı sərəncamı və “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” 001456 saylı Dövlət aktı əsasında 83 ha torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 17.12.2021-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Saatlı rayon Mustafabəyli bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxs Saatlı rayon Mustafabəyli bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı «Elçin-Ş” kəndli (fermer) təsərrüfatının nümayəndəsi İddiaçı şifahi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, İddiaçı «Elçin-Ş” kəndli (fermer) təsərrüfatının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailə üzvlərinin iştirakı ilə 29 may 1996-cı il tarixdə 01 saylı təsis yığıncağı keçirərək kənd təsərrüfatı məhsulları istehsal etmək üçün "Elçin-Ş" kəndli (fermer) təsərrüfatı yaratmışlar və təsərrüfat rəhbəri seçilmişdir. Kənd təsərrüfatı məhsulları istehsal etmək üçün dövlət ehtiyat torpaq fondundan "Elçin-Ş” KFT-yə torpaq sahəsinin ayrılması məqsədi ilə Saatlı rayonu İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət etmişdir. Saatlı rayonu İcra Hakimiyyətinin başçısının 28 oktyabr 1996-cı il tarixli, 253 saylı sərəncamı ilə "Elçin-Ş" KFT qeydə alınmış və kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə "Elçin-Ş" KFT-nin daimi istifadəsinə 83 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Şimaldan, Şərqdən və Cənubdan "Moskva" kolxozunun ərazisi ilə, Qərbdən isə rayon ehtiyat fondu ilə həmsərhəddir. "Elçin-Ş" kəndli (fermer) təsərrüfatının başçısı kimi ona torpağa mülkiyyət, sahibkarlıq və daimi istifadə hüququna dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Saatlı rayon şöbəsi tərəfindən A-001456 saylı dövlət aktı verilmişdir. Sözügedən akt Saatlı rayon İcra Hakimiyyətində dövlət aktları kitabında 13 noyabr 1996-cı il tarixdə 120 saylı nömrə ilə qeydiyyatdan keçmişdir. "Elçin- Ş" KFT-nin Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Qeydiyyatı üzrə İmişli rayon şöbəsində 31 avqust 1998-ci ildə 6/965 saylı Şəhadətnamə ilə təsdiq edilmişdir. "Elçin-Ş" KFT-nin məqsəd və vəzifələri, torpaq sahəsindən istifadə hüquqları və sair qaydalar müəyyən edilmişdir. 1996-cı ildən etibarən mütəmadi olaraq "Elçin-Ş" KFTnin dövlət büdcəsinə olan bütün vergi borcunu və icarə müqaviləsinə əsasən icarə haqqını tam olaraq dövlət ödəmişdir. 02 aprel 1997-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən "Elçin-Ş" kəndli (fermer) təsərrüfatının mülkiyyətinə verilmiş 83 hektar torpaq sahəsinə, "uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında" Şəhadətnamə verilmişdir. Elçin-Ş" kəndli (fermer) təsərrüfatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Hüquqi şəxs kimi KFT-yə 31 avqust 1998-ci ildə, 6/265 saylı dövlət qeydiyyatı haqqında şəhadətnamə (identifikasiya kodu: 1786186) verilmişdir. Sözügedən şəhadətnamədə "Elçin-Ş" KFT-nin əsas fəaliyyət növü kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, tədarükü və satışı göstərilmişdir. Saatlı rayonu İcra Hakimiyyəti ilə aramızda "Torpağın icarəyə verilməsi haqqında" 01 yanvar 2001-ci il tarixdə, 04 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən Saatlı rayonu İcra Hakimiyyətinin Başçısının 28 oktyabr 1996-cı il tarixli, 253 saylı sərəncamı əsasında 001456 saylı Dövlət Aktı ilə "Elçin-Ş" kəndli (fermer) təsərrüfatının mülkiyyətinə verilmiş 83 hektar torpaq sahəsini 50 il müddətinə icrəyə götürmüşdür. "Elçin-Ş" kəndli (fermer) təsərrüfatı 26 yanvar 2005-ci il tarixdə 5 saylı Vergilər İdarəsində vergi ödəyicisi olaraq (VÖEN: **********) qeydiyyata alınmışdır. 02 fevral 2011-ci il tarixdə ƏMDK-nin 7 saylı Saatlı Ərazi Şöbəsi tərəfindən "Elçin-Ş" KFT-nin mülkiyyətinə verilmiş 83 hektar torpaq sahəsinin planı çəkilmiş və döngə, nöqtə, koordinatları təsdiq edilmişdir. "Elçin-Ş" kəndli (fermer) təsərrüfatı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 21 aprel 2008-ci ildə, 309 saylı "Hüquqi və Fiziki şəxslərə rayonlaşdırılmış kənd təsərrüfatı bitkiləri toxumlarının və tinklərinin istehsalı, istifadəsi və satışına icacə verilməsi haqqında" Şəhadətnamə ilə təmin olmuşdur. 2008-ci ildə toxumçuluq təsərrüfatı kimi fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 05 oktyabr 2015-ci ildə 1264 saylı "toxumçuluqla məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilmələri haqqında" Şəhadətnamə ilə təmin olmuşdur. "Elçin-Ş" kəndli (fermer] təsərrüfatının əsas fəaliyyət növü taxıl və yonca toxumunun istehsalı olmuşdur. "Elçin-Ş" kəndli (fermer) təsərrüfatına Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev tərəfindən "toxum və ting istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin qeydiyyata alınması haqqında" 331 saylı (fəaliyyət növü: pambıq və yonca toxumçuluğu) arayış da verilmişdir. Saatlı rayon İcra Hakimiyyəti başçısının Mustafabəyli kənd İnzibati Ərazi Dairəsi tərəfindən 30 noyabr 2018-ci il tarixdə Aqrolizinq ASC-nin Saatlı rayon şöbəsinə verilmiş 512 saylı arayışdan görünür ki, "Elçin-Ş" KFT Saatlı rayonu Mustafabəyli kəndində yerləşir və mülkiyyətində 83 hektar dövlət ehtiyat torpağı və həmçinin əlavə 2,15 hektar pay torpağı vardır. Kadastr və X8 Mərkəzi MMC-nin Şirvan LT İdarəsi tərəfindən "Elçin-Ş" KFT-nin 83 hektar torpaq sahəsindən əkin altında olan 60 hektar torpaq sahəsinin normativ qiymətləndirilməsi təmin edilmiş və bu barədə 27 fevral 2020-ci il tarixdə müvafiq arayış verilmişdir. O, "Elçin-Ş" kəndli (fermer) təsərrüfatının mülkiyyətinə verilmiş 83 hektar torpaq sahəsinə çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən idarə tərəfindən ona göndərilmiş 09 mart 2021-ci il tarixli, **********76 saylı məktubla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinaya əsas olaraq torpaq sahəsinin kateqoriyası və uqodiyası haqqında elektron kadastr baza və arxiv materiallarının 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmədiyi göstərilmişdir. Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzində torpaq sahəsinə aid sənədlərin aşkar edilmədiyi bildirilir. Bununla əlaqədar qeyd edir ki, 02 fevral 2011-ci il tarixdə ƏMDK-nin 7 saylı Saatlı Ərazi Şöbəsi tərəfindən "Elçin-Ş" KFT-nin mülkiyyətinə verilmiş 83 hektar torpaq sahəsinin planı çəkilmiş və döngə, nöqtə, koordinatları təsdiq edilərək kadastr məlumatları hazırlanmışdır. Həmin sənədin bir nüsxəsi isə sözügedən idarədə saxlanmışdır. Necə ola bilər ki, bu məlumatlar aşkar olunmasın. İqtisadiyyat Nazirliyi yanıhda ƏMDX yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən ona göndərilmiş 09 mart 2021-ci il tarixli, **********76 saylı məktubda göstərilir ki, 83 hektar torpaq sahəsi Saatlı rayonu Mustafabəyli kənd bələdiyyəsinin mülkiyyətindədir və uqodiyası örüş sahəsi göstərilmişdir. Qeyd edir ki, 83 hektar torpaq sahəsinin kadastr məlumatlarında göstərilir ki, bu sahə dövlət ehtiyat torpaq fonduna aiddir. Yəni bələdiyyə mülkiyyətində deyildir. Torpaq sahəsinin uqodiyası ilə bağlı heç bir məlumat bazasında və onda olan sənədlərdə həmin torpaq sahəsi örüş sahəsi kimi qeyd edilməyib. Əlavə olaraq sözügedən torpaq sahəsi vətəndaşlara verilən torpaq sahələri ilə üst-üstə düşmür. Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli, 453 saylı sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və bununla əlaqədar Rayon Torpaq Şöbəsində saxlanılan bütün aktlar və sənədlər 5 gün ərzində həmin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmişdir. Göründüyü kimi, Saatlı rayonu İcra Hakimiyyətinin başçısının 28 oktyabr 1996-cı il tarixli, 253 saylı sərəncamı və sahibkarlıq və daimi istifadə hüququna dair A- 001456 saylı dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və dövlət qeydiyyatı üçün əsasdır və sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Belə ki, cavabdehin həmin imtina dəlili torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün kifayət deyildir. O, mübahisə predmeti olan torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etməkdə haqlıdır. Bu baxımdan, cavabdehin üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin ədalətli qərar qəbul edəcəyinə inanır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, “Elçin-Ş” kəndli fermer təsərrüfatının təmsilçisi İddiaçı Saatlı rayonu, Müstafabəyli kəndində yerləşən 83,0 ha torpaq sahəsinin kateqoriyasının kənd təsərrüfatı torpaqlar, uqodiyasının əkin olmaqla mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin araşdırılan zaman sözü gedən torpaq sahəsinin kateqoriyası və uqodiyası haqqında elektron kadastr baza və arxiv matrealları Ərazi İdarəsinə təhvil verilməməsi aşkar edilmişdir. Bu səbəbdən İdarə tərəfindən bu materialların əldə edilməsi məqsədilə Daşınmaz Əmlakın Kadastır və Ünvan Reyestri Xidmətinə 10.06.2020-ci il tarixdə müraciət edilmişdir. 25.06.2020-ci il tarixli müraciətlərinə cavabda Xidmətin Kadastır və Yerquruluşu Layihə Tədqiqat mərkəzi tərəfindən torpaq sahəsinə dair sənədlərin aşkar edilmədiyi bildirilmişdir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin uqodiyası əkin göstərilməsinə baxmayaraq elektron məlumat bazasında 83,0 ha torpaq sahəsi Saatlı rayonu Müstafabəyli bələdiyyəsinin mülkiyyətində olan, kənd təsərrüfatı torpaqlar kateqoriyasına aid edilmiş və uqodiyası örüş kimi uçota alınmışdır. Torpaq sahəsinin 0,80 ha hissəsi vətəndaşların mükiyyətinə verilmiş pay torpaqları ilə üst-üstə düşür. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən “Elçin-Ş” kəndli fermer təsərrüfatının təmsilçisi İddiaçı ərizəsinin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Saatlı rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də qismən əsaslıdır. Belə ki, iddiaçı Saatlı rayon İcra Hakimiyyəti başçısının 28.10.1996-cı il tarixli, 253 saylı sərəncamı və “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” 001456 saylı Dövlət aktı əsasında ona ayrılmış 83 ha torpaq sahəsinin 56,6 hektar hissəsi (əkin sahəsi) üzərində istifadə hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Saatlı rayonu İcra Hakimiyyətinin başçısının 28 oktyabr 1996-cı il tarixli, 253 saylı sərəncamının təsdiq olunmuş surətindən görünür ki, "Elçin-Ş" KFT qeydə alınmış və kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə "Elçin-Ş" KFT-nin daimi istifadəsinə 83 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan torpağa mülkiyyət, sahibkarlıq və daimi istifadə hüququna dair A-001456 saylı dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Saatlı rayonu İcra Hakimiyyətinin başçısının 28 oktyabr 1996-cı il tarixli, 253 saylı sərəncamı ilə "Elçin-Ş" kəndli (fermer) təsərrüfatına ayrılmış 83 hektar torpaq sahəsi ilə bağlı dövlət aktı tərtib edilmiş və həmin dövlət aktı Saatlı rayon İcra Hakimiyyətində dövlət aktları kitabında 13 noyabr 1996-cı il tarixdə 120 saylı nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan "Elçin-Ş" KFT-nin nizamnaməsinin surətindən görünür ki, "Elçin-Ş" KFTnin Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Qeydiyyatı üzrə İmişli rayon şöbəsində 31 avqust 1998-ci ildə 6/965 saylı Şəhadətnamə ilə təsdiq edilmişdir. İşdə olan uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında 02 aprel 1997ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən "Elçin-Ş" kəndli (fermer) təsərrüfatının mülkiyyətinə verilmiş 83 hektar torpaq sahəsinə uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında Şəhadətnamə verilmişdir. İşdə olan dövlət qeydiyyatı haqqında 31 avqust 1998-ci ildə, 6/265 saylı şəhadətnamənin surətindən görünür ki, “Elçin-Ş" kəndli (fermer) təsərrüfatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Hüquqi şəxs kimi KFT-yə 31 avqust 1998-ci ildə, 6/265 saylı dövlət qeydiyyatı haqqında şəhadətnamə (identifikasiya kodu: 1786186) verilmişdir. Sözügedən şəhadətnamədə "Elçin-Ş" KFT-nin əsas fəaliyyət növü kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, tədarükü və satışı göstərilmişdir. İşdə olan 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, "Elçin-Ş" kəndli (fermer) təsərrüfatı 26 yanvar 2005-ci il tarixdə 5 saylı Vergilər İdarəsində vergi ödəyicisi olaraq (VÖEN: **********) qeydiyyata alınmışdır. İşdə olan 5 saylı Ərazi Vergilər İdarəsinin 13.04.2021-ci il tarixli, **********433800 nömrəli məlumatın təqdim edilməsi haqqında məktubdan görünür ki, dövlət reyestr məlumatlarına əsasən "Elçin-Ş" kəndli (fermer) təsərrüfatı 31.08.1998-ci il tarixdə 6/265 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına, 26.01.2005-ci il tarixdə isə "Elçin-Ş" kəndli (fermer) təsərrüfatı adı ilə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 5 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. Hal-hazırda təsisçisi və rəhbəri İddiaçıdur. Hüquqi ünvanı Saatlı rayonu Mustafabəyli kəndidir. İşdə olan daşınmaz dövlət əmlakının yerləşdiyi torpaq sahəsinin planının surətindən görünür ki, 02 fevral 2011-ci il tarixdə ƏMDK-nin 7 saylı Saatlı Ərazi Şöbəsi tərəfindən "Elçin-Ş" KFT-nin mülkiyyətinə verilmiş 83 hektar torpaq sahəsinin planı çəkilmiş və döngə, nöqtə, koordinatları təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 21 aprel 2008-ci il tarixli, 309 saylı "Hüquqi və Fiziki şəxslərə rayonlaşdırılmış kənd təsərrüfatı bitkiləri toxumlarının və tinklərinin istehsalı, istifadəsi və satışına icacə verilməsi haqqında" şəhadətnamənin surətindən görünür ki, "Elçin-Ş" kəndli (fermer) təsərrüfatına 2008-2011ci illərdə kənd təsərrüfatı bitkiləri toxumlarının və tinglərinin istehsalı, istifadəsi, saxlanılması və satışına icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 05 oktyabr 2015-ci il tarixli, 1264 saylı "toxumçuluqla məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilmələri haqqında" şəhadətnamənin surətindən görünür ki, fəaliyyət növü taxıl və yonca toxumu olan "Elçin-Ş" kəndli (fermer) təsərrüfatı 3 il müddətinə “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toxum istehsalçılarının reyestrinə daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş və 20.12.2021-ci il tarixədək qüvvədə olan "toxum və ting istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin qeydiyyata alınması haqqında" 331 saylı arayışın surətindən görünür ki, fəaliyyət növü taxıl və yonca toxumçuluğu olan "Elçin-Ş" kəndli (fermer) təsərrüfatı Attestasiya Komissiyasının 2018-ci il 20 dekabr tarixli qərarına (protokol № 04) əsasən toxum istehsalçılarının reyestrunə daxil edilmişdir. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti başçısının Mustafabəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyini (Aqrolizinq ASC-nin Saatlı rayon şöbəsinə təqdim etmək üçün) tərəfindən verilmiş 30 noyabr 2018-ci il tarixli, 512 saylı arayışının surətindən görünür ki, "Elçin-Ş" KFT Saatlı rayonu Mustafabəyli kəndində yerləşir və mülkiyyətində 83 hektar dövlət ehtiyat torpağı və həmçinin əlavə 2,15 hektar pay torpağı vardır, həmin torpaq sahələrindən faktiki olaraq əkin üçün istifadə olunur. İşdə olan “Kadastr və X8 Mərkəzi” MMC-nin Şirvan LT İdarəsi tərəfindən verilmiş normativ qiymət barədə 21.02.2020-ci il tarixli, 569 nömrəli arayışının surətindən görünür ki, "Elçin-Ş" KFT-nin 83 hektar torpaq sahəsindən əkin altında olan 60 hektar torpaq sahəsinin normativ qiymətləndirilməsi təmin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin "Elçin-Ş" kəndli (fermer) təsərrüfatına ünvanladığı 09.03.2021-ci il tarixli, **********76 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildirişin surətindən görünür ki, "Elçin-Ş" kəndli (fermer) təsərrüfatı mülkiyyətinə verilmiş 83 hektar torpaq sahəsinə çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsinin kateqoriyası və uqodiyası haqqında elektron kadastr baza və arxiv materiallarının 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmədiyi və Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzində torpaq sahəsinə aid sənədlərin aşkar edilmədiyi, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin uqodiyası əkin göstərilməsinə baxmayaraq elektron məlumat bazasında 83 ha torpaq sahəsinin Saatlı rayonu, Mustafabəyli bələdiyyəsinin mülkiyyətində olan, X10 torpaqlar kateqoriyasına aid edildiyi və uqodiyası örüş kimi uçota alındığı, torpaq sahəsinin 0,80 ha hissəsi vətəndaşların mülkiyyətlərinə verilmiş pay torpaqları ilə üst-üstə düşdüyü əsas gətirilərək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-X9 Layihə-Tədqiqat İdarəsinin 13.09.2021-ci il tarixli, Ç-084 nömrəli mütəxəssis rəyində və Məhkəmə Ekspertizası Mərkəzinin 24.11.2021-ci il tarixli, 10/5399 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-001456 nömrəli Dövlət Aktı ilə “Elçin-Ş" kəndli fermer təsərrüfatına ayrılmış 83,0 ha torpaq sahəsi naturada iddiaçının faktiki isıtifadəsində olan 83,0 ha torpaq sahəsinin koordinatları ilə eyni ərazidə yerləşir. Torpağa mülkiyyət, sahiblik və daimi istifadə huququna dair A-001456 nömrəli Dövlət Aktı ilə “Elçın-Ş” kəndli fermer təsərrüfatına ayrımış 83,0 ha torpaq sahəsi X10 torpaqlar kateqoriyasına aid olmaqla 56,6 hektarı əkin, 26,4 hektarı isə örüş (otlaq) sahəsidir. Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-001456 nömrəli Dövlət Aktı ilə “Elçin-Ş” kəndli fermer təsərrüfatına ayrılmış 83,0 ha torpaq sahəsi Saatlı rayon Mustafabəyli bələdiyyəsinin mülkiyyətinə aid olması barədə Kadastr məlumat bazasında və elektron xəritə materiallarında heç bir məlumat öz əksini tapmamışdır. Lakin arxiv xəritə materiallarında "X1 Bələdiyyə Mülkiyyətinə Verilmiş X5" KOD 90807038 (2008-ci il) sözügedən torpaq sahəsi fiziki və hüquqi şəxslərin daimi istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir. Torpağa mülkiyyət, sahiblik və dami istifadə hüququna dair A-001456 nömrəli Dövlət Aktı ilə Elçin-Ş kəndli fermer təsərrüfatına ayrılmış 83,0 ha torpaq sahəsi faktiki olaraq 83,0 ha olmaqla iddiaçı “Elçin-Ş” kəndli fermer təsərrüfatının isitifadəsındədir. Həmin torpaq sahəsinin faktiki vəziyyəti (naturadakı yeri) ilə sənəd üzrə vəziyyəti arasında heç bir uyğunsuzluq mövcud deyil. Torpağa mülkiyyət hüququna dair JN-120, JN-121, JN-122, JN-123, JN-124, JN-125, JN-126 və JN-127 nömrəli Dövlət Aktlarında qeyd olunan torpaq sahələrinin koordinatları ilə naturada istifadə olan koordinatlarla eyni ərazidə yerləşir. Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-001456 nömrəli Dövlət Aktı ilə "Elçin-Ş" kəndli fermer təsərrüfatına ayrılmış 83,0 ha torpaq sahəsinin koordinatları (sərhədləri) ilə JN-120, JN-121 JN-122, JN-123, JN-124 JN-125 JN-126 və JN-127 nömrəli Dövlət Aktlarında qeyd olunan torpaq sahələrinin koordinatları (sərhədləri) heç bir halda üst-üstə düşmür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Saatlı rayonu İcra Hakimiyyətinin başçısının 28 oktyabr 1996-cı il tarixli, 253 saylı sərəncamı ilə "Elçin-Ş" KFT qeydə alınmış və kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə "Elçin-Ş" KFT-nin daimi istifadəsinə 83 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı "Elçin-Ş" kəndli (fermer) təsərrüfatının adına “Torpağa mülkiyyət, sahibkarlıq və daimi istifadə hüququna dair” A-001456 saylı dövlət aktı tərtib edilmiş və həmin dövlət aktı Saatlı rayon İcra Hakimiyyətində dövlət aktları kitabında 13 noyabr 1996-cı il tarixdə 120 saylı nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X13rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X14rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). İddiaçıya torpaq sahəsi ayrılarkən qüvvədə olan 1991-ci il tarixli Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 12-ci maddəsinə əsasən:

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri X10 torpaqlar sayılır.

2. X10 torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan X10 torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. 16-cı maddəsinə əsasən:

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.

5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1—4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativtexniki tələblər nəzərə alınır.

6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.

7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddənin tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, eləcə də müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Saatlı rayon İcra Hakimiyyəti başçısının 28.10.1996-cı il tarixli, 253 saylı sərəncamını və dövlət aktını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, torpaq sahəsinin kateqoriyası və uqodiyası haqqında elektron kadastr baza və arxiv materiallarının 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməmiş və Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzində torpaq sahəsinə aid sənədlərin aşkar edilməmiş, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin uqodiyası əkin göstərilməsinə baxmayaraq elektron məlumat bazasında 83 ha torpaq sahəsi Saatlı rayonu, Mustafabəyli bələdiyyəsinin mülkiyyətində olan, X10 torpaqlar kateqoriyasına aiddir və uqodiyası örüş kimi uçota alınmış, torpaq sahəsinin 0,80 ha hissəsi vətəndaşların mülkiyyətlərinə verilmiş pay torpaqları ilə üst-üstə düşür. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-X9 Layihə-Tədqiqat İdarəsinin 13.09.2021-ci il tarixli, Ç-084 nömrəli mütəxəssis rəyində və Məhkəmə Ekspertizası Mərkəzinin 24.11.2021-ci il tarixli, 10/5399 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə huququna dair” A-001456 nömrəli Dövlət Aktı ilə “Elçın-Ş” kəndli fermer təsərrüfatına ayrımış 83,0 ha torpaq sahəsi X10 torpaqlar kateqoriyasına aid olmaqla 56,6 hektarı əkin, 26,4 hektarı isə örüş (otlaq) sahəsidir. Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-001456 nömrəli Dövlət Aktı ilə “Elçin-Ş” kəndli fermer təsərrüfatına ayrılmış 83,0 ha torpaq sahəsi Saatlı rayon Mustafabəyli bələdiyyəsinin mülkiyyətinə aid olması barədə Kadastr məlumat bazasında və elektron xəritə materiallarında heç bir məlumat öz əksini tapmamışdır. Lakin arxiv xəritə materiallarında "X1 Bələdiyyə Mülkiyyətinə Verilmiş X5" KOD 90807038 (2008-ci il) sözügedən torpaq sahəsi fiziki və hüquqi şəxslərin daimi istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir. Torpağa mülkiyyət, sahiblik və dami istifadə hüququna dair A-001456 nömrəli Dövlət Aktı ilə Elçin-Ş kəndli fermer təsərrüfatına ayrılmış 83,0 ha torpaq sahəsi faktiki olaraq 83,0 ha olmaqla iddiaçı “Elçin-Ş” kəndli fermer təsərrüfatının isitifadəsındədir. Həmin torpaq sahəsinin faktiki vəziyyəti (naturadakı yeri) ilə sənəd üzrə vəziyyəti arasında heç bir uyğunsuzluq mövcud deyil. Torpağa mülkiyyət hüququna dair JN-120, JN-121, JN-122, JN-123, JN-124, JN-125, JN-126 və JN-127 nömrəli Dövlət Aktlarında qeyd olunan torpaq sahələrinin koordinatları ilə naturada istifadə olan koordinatlarla eyni ərazidə yerləşir. Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-001456 nömrəli Dövlət Aktı ilə "Elçin-Ş" kəndli fermer təsərrüfatına ayrılmış 83,0 ha torpaq sahəsinin koordinatları (sərhədləri) ilə JN-120, JN-121 JN-122, JN-123, JN-124 JN- 125 JN-126 və JN-127 nömrəli Dövlət Aktlarında qeyd olunan torpaq sahələrinin koordinatları (sərhədləri) heç bir halda üst-üstə düşmür. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 24.11.2021-ci il tarixli, 10/5399 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Eyni zamanada, məhkəmə qeyd edir edir ki, məhkəmə araşdırması zamanı yuxarıda göstərilən mütəxəssis və ekspert rəylərində qeyd edilən məlumatları şübhə altına alan, onları təkzib edən hər hansı sübut müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə cavabdehin “torpaq sahəsinin kateqoriyası və uqodiyası haqqında elektron kadastr baza və arxiv materiallarının 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməməməsi və Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzində torpaq sahəsinə aid sənədlərin aşkar edilməməsi” dəlinə münasibətdə qeyd edir ki,cavabdeh inzibati orqanın arxiv statuslu sənədləri sırasında, habelə mövcud DBF (siyahı) baza məlumatlarında heç bir qeyd aparılmaması iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət (istifadə) hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın Saatlı rayon İcra Hakimiyyəti başçısının 28.10.1996-cı il tarixli, 253 saylı sərəncamı və “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” 001456 saylı Dövlət aktı əsasında iddiaçının istifadəsinə verilmiş 83,0 ha torpaq sahəsinin 56,6 hektar hissəsinə (əkin sahəsinə) dair hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilməşdir. Başqa sözlə, 56,6 hektar torpaq sahəsinə (əkin sahəsinə) münasibətdə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkənin qənaətinə görə 26,4 hektar örüş-otlaq sahəsinə münasibətdə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia qismən təmin edilməli, “Elçin-Ş” kəndli (fermer) təsərrüfatına Saatlı rayon İcra Hakimiyyəti başçısının 28.10.1996-cı il tarixli, 253 saylı sərəncamı və “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” 001456 saylı Dövlət aktı əsasında ayrılmış 83 ha torpaq sahəsinin 56,6 hektar hissəsi (əkin sahəsi) üzərində istifadə hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis xərcinə görə 941 manat könüllü olaraq iddiaçı “Elçin-Ş” kəndli (fermer) təsərrüfatı tərəfindən ödənildiyindən prosessual xərclərə həmin hissədə münasibət bildirilməsinə zərurət yoxdur. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyərinin 25 (iyirmi beş) manatı iddiaçı “Elçin-Ş” kəndli (fermer) təsərrüfatından və 25 (iyirmi beş) manatı isə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. “Elçin-Ş” kəndli (fermer) təsərrüfatına Saatlı rayon İcra Hakimiyyəti başçısının 28.10.1996-cı il tarixli, 253 saylı sərəncamı və “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” 001456 saylı Dövlət aktı əsasında ayrılmış 83 ha torpaq sahəsinin 56,6 hektar hissəsi (əkin sahəsi) üzərində istifadə hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyərinin 25 (iyirmi beş) manatı müştərək qaydada iddiaçı “Elçin- Ş” kəndli (fermer) təsərrüfatından və 25 (iyirmi beş) manatı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ

22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar