Məhkəmə qərarları › İş №2-1(120)-801/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-801/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-801/2024 09.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli X3 aid hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3077/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə əsl cavabdeh qismində Hacıqabul rayon İcra Hakimiyyəti tanınması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin cavabdeh siyahısından çıxarılması, iddia tələbinə İddiaçı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli qərarının ləğv edilməsi” kimi baxılması və X12 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3077/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli X3 aid hissədə ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Sonradan İddiaçı dəqiqləşmə barədə ərizə təqdim edərək, mübahisə edilən inzibati aktın-Hacıqabul rayon XDM-nin Rəyasət Heyətinin 07 aprel 1995-ci il tarixli X3 aid olan hissəsinin icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbi barədə-yəni ona mülkiyyət hüququ əsasında məxsus olmuş,ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə xx.xx.2010-cu il tarixdə ********** reyester nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət X1 məxsus olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin “Hüquqların Dövlət Qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyesterində” aparılmış qeydin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması, iş üzrə Əmlakın Dövlət Reyester Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin cavabdeh qismində, Hacıqabul rayon İcra Hakimiyyətini 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında məhkəmə tərəfindən cavabdeh və iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı tərəfindən ərizə təqdim edilərək Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli X3 aid hissədə ləğv edilməsi və cavabdeh qismində Hacıqabul rayon İcra Hakimiyyətinin qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-801/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi üzrə iddia tələbi dəqiqləşdirilərək, “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli X3 aid hissədə ləğv edilməsi” kimi baxılması və cavabdeh qismində Hacıqabul rayon İcra Hakimiyyəti tanınması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 və anası X18 1935-ci ildə evlənmişlər. Onların birgə nikahından X25, X26, X27, X28, X21 və İddiaçı doğulmuşdur. X4 xx.xx.1979-ci ildə, anası X18 isə 21,04.1992-ci ildə vəfat etmişdir. Daha sonra qardaşı X28 xx.xx.2002-ci il tarixdə, qardaşı X27 xx.xx.2004-cü il tarixdə, qardaşı X26 xx.xx.2007-ci il tarixdə, bacısı X21 xx.xx.2012-ci il tarixdə və qardaşı X25 xx.xx.2013-cü il tarixdə vəfat etmişlər. X2 vəfatından sonra yaşadıqları Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli ev miras qalmışdır. O, İddiaçı valideynlərinin vəfatından sonra da Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli miras evdə yaşamaqda davam etmişdir. Evi miras əmlak kimi faktiki idarəçiliyə qəbul etmiş və mülkiyyətçi kimi ona sahiblik etməklə, istifadə edir. Lakin, savadsız olduğu üçün həmin mirası öz adına rəsmiləşdirmək üçün notariat kontoruna müraciət etmək üçün müəyyən edilmiş müddəti üzürlü səbəblərdən ötürmüşdür. Ona miras kimi qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 saylı fərdi yaşayış evini öz adına rəsmiləşdirmək üçün xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon Notariat kontoruna rəsmi ərizə ilə müraciət etmişdir. Hacıqabul rayon Notariat Ofisi 04.11,2021-ci il tarixli 624 saylı məktubla bildirildi ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın buraxdığına görə müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də o, məcburiyyət qarşısında qalaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-122/2022 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş, o, İddiaçı qanun üzrə birinci növbə vərəsəsi kimi xx.xx.1979-ci ildə vəfat etmiş X4ndan miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evə dair qanun üzrə vəqəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat orqanına müraciət etməsi üçün müəyyən edilmiş müddət üç ay müddətinə uzadılması, İddiaçı qanun üzrə birinci növbəli vərəsə kimi miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən üç ay müddətində Hacıqabul rayon Notariat ofisinə ərizə ilə müraciət etməyi qət edilmişdir. Daha sonra o həmin evə müvafiq şəhadətnamə aldıqdan sonra mülkiyyət hüququ əldə etmişdir. Bu yaxınlarda bilmişdir ki, X5 adına verilmiş çıxarışın verilməsinə əsas olmuş 07 aprel 1995-ci il tarixli, 4 nömrəli qərar saxtadır. Həmin çıxarış X7 02 avqust 2019-cu il tarixdə qanun üzrə vərəsəlik qaydasında X15 X5 adına rəsmiləşdirilmişdir. Həmin qərarın saxta və ya qanuni olması üçün vəkil sorğusu əsasında Hacıqabul rayon Dövlət Arxivinə verilmiş sorğuya cavabdan bilmişdir ki, Hacıqabul rayon İHB-nin 1995-ci ilə aid sərəncamlarında mərhum X19 adında torpaq sahəsi ayrılması barədə sənədlər aşkar edilməmişdir. Buna görə də hesab edir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesfrindən MA ******* saylı, xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir və hüquqi yardım məktubu üzrə bildirmişdir ki, uzun illər məhkəmə prosesləri getdiyi üçün müraciət etməmiş, Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli qərarı barədə məhkəmə qaydasında mübahisələndirə bilmək hüququnu bilməmişdir, vəkillə təmin olunduqdan sonra onun yardımı ilə sorğulara cavab verildikdən sonra həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi X16 iddia ərizəsinə etiraz etməyərək, Hacıqabul rayon XDM-in yaranması ilə bağlı heç bir sənəd olmadığı üçün mübahisəli qərarın ləğvi barədə qərar qəbul edilməsinə etiraz etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs X12 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli qərarının surətindən görünür ki, qərarın 5-ci bəndinə əsasən, 1959-cu ildən Qazı Məmməd şəhəri, H.Z.Tağıyev küçəsi, 170 N-li sahədə tikilmiş bir mərtəbəli 2 otaqlı yaşayış sahəsi 34,9 kv.metr olan fərdi ev həmin vaxtdan orada yaşayan və ərazidə uzun müddət istifadə etdiyinə görə 6 sot torpaq sahəsi ailə tərkibi 2 nəfərdən ibarət olan X19 adına sənədləşdirilməsi və üzərindəki tikilinin X19 mülkiyyətinə verilməsi qərara alınmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(106)-504/2022 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər X7, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınması tələbinə dair mülki iş üzrə X17 apellyasiya şikayəti təmin edilmiş, İddiaçı cavabdehlər X7, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnamənin, çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(106)-504/2022 nömrəli qətnaməsinin əsaslandırma hissəsinin 6-cı abzasında göstərilmişdir ki, miras evin valideynlərin adına qeydə alınması barədə sənədə təqdim edilməsə də müəyyən edilir ki, Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, 170 (Yeni qaydalarla Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəs, 2266) ünvanında yerləşən ev iddiaçının qardaşı (hazırki iş üzrə cavabdehin əri) X19 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Hacıqabul rayon XDM Rəyasət Heyətinin 07 aprel 1995-ci il tarixli qərarı ilə onun adına sənədləşdirilməklə tikili onun mülkiyyətinə verilmişdir. X19 adına 2003-cü ildə texniki pasport tərtib edilmişdir. Həmçinin qətnamənin təsviri hissəsində İddiaçı nümayəndəsi X6 iştirakı qeyd edilmişdir. Bundan sonra İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 28 avqust 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdehlər X7, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınması tələbinə dair mülki işə üçüncü şəxs X23 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli qətnaməsi ilə V.Vahidovun apellyasiya şikayəti təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(071)-440/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı iddiası təmin edilməmişdir. İşə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki iş xx.xx.2023-cü il tarixdə Hacıqabul Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən aydın göründüyü kimi, Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli qərarının ləğv edilməsini xahiş edir. İşin araşdırılmış hallarından göründüyü kimi, hazırda mübahisələndirilən qərar hazırki iş üzrə İddiaçı cavabdehlər X7, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı qanun üzrə şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınması tələbinə dair mülki iş üzrə qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(106)-504/2022 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində “X19 xüsusi mülkiyyəti kimi qeydə alınması, Hacıqabul rayon XDM Rəyasət Heyətinin 07 aprel 1995-ci il tarixli qərarı ilə onun adına sənədləşdirilməklə tikili onun mülkiyyətinə verilməsi” barədə məlumat göstərilmişdir. Həmin mülki iş üzrə İddiaçı iddiası təmin edilmədiyi üçün İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. İşə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırda iddiaçı tərəfindən mübahisələndirilən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılan 2(106)-504/2022 nömrəli məhkəmə prosesində Hacıqabul rayon XDM Rəyasət Heyətinin 07 aprel 1995-ci il tarixli qərarı müzakirə edilmiş, həmin məhkəmə qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Bütün qeyd olunan hallar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirdiyi qərardan ən geci 2022-ci ildən məlumatı olmuş, hətta həmin qərar üzrə mübahisəyə baxılarkən iddiaçının nümayəndəsi məhkəmə icraatına cəlb olunaraq yuxarı instansiya məhkəməsinin məhkəmə prosesində iştirak etmişdir. İddiaçı ən geci 2022-ci ildən mübahisəli qərardan məlumatlı olduğundan və prosessual müddətin axımını həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə olan halda İddiaçı qaldırıdığı iddia mümkün sayıla bilməz. Bununla əlavə hətta iddiaçı həmin sərəncamı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, işin araşdırılmış hallarından aydın görünür ki, iddiaçı sözügedən sərəncam barədə ən geci 2022-ci il tarixdən məlumatlı olmuş, digər məhkəmə mübahisəsində həmin sərəncam barədə qəbul edilmiş məhkəmə qərarını mübahisələndirmişdir. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli qərarından məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli qərarının iddiaçının subyektiv hüququnun pozub-pozmaması ilə bağlı məsələlərin araşdırılmasını zəruri hesab etməmişdir. Çünki, həmin inzibati aktdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə hazırkı iddia mümkün sayılmayacaqdır. Məhkəmə tərəfindən İddiaçı hüquqi yardım edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon XDM Rəyasət Heyyətinin 07 aprel 1995-ci il tarixli X3 aid hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar