Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-801/2025 17.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona əvvəl təyin edilmiş əmək pensiyasının xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 17 fevral 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasından tutulmanın dayandırılması, tutulmuş pul vəsaitinin geri ödənilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmasını, eləcə də iddia tələbinin dəyişdirilərək “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, tutulmuş pul vəsaitinin geri ödənilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadları ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona əvvəl təyin edilmiş əmək pensiyasının xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadlı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1951-ci ildə anadan olmuşdur. 1968-ci ilin may ayında indiki Xəzər rayonunun (keçmiş Əzizbəyov rayonu, 156 nömrəli orta məktəb) 237 nömrəli orta məktəbini bitirmişdir. 1968-ci ilin may və iyul aylarında Xəzər Rayon İcra Hakimiyyətinin Bilik Cəmiyyətində müxbir vəzifəsində işləmişdir. 1968-ci ilin iyul ayından sentyabr ayına kimi Xəzər rayonunun 25 nömrəli (JEK) MİKS-də pasport qeydiyyat şöbəsində mütəxəssis vəzifəsində işləmişdir. xx.xx.1969-cu il tarixindən xx.xx.1974-cü il tarixinə kimi M.F.Axundov adına Azərbaycan Pedoqoji İnstitutunun Rus dili fakultəsində təhsil almışdır. xx.xx.1975-ci il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1974-xx.xx.1995-ci illərdə M.F.Axundov adına APİ-nin Rus dili fakultəsini bitirdiyi üçün müəllim ixtisası üzrə Qalağayın kənd 2 nömrəli 8 illik məktəbinə müəllim təyin edilmişdir. xx.xx.1995-ci ildə həmin məktəbdə ibtidai siniflər üzrə direktor müavini vəzifəsinə qəbul edilmişdir. xx.xx.2000-ci ildə isə ərizəsinə əsasən məktəbdə müəllim saxlanılmaqla tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2016-cı ildə məktəbin ibtidai sinif müəllimi 65 yaşı tamam olduğu üçün müddətsiz müqaviləsinə xitam verilmiş, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər müddətli müqavilə bağlanmışdır. xx.xx.2016-cı il tarixində müqavilənin müddəti bitdiyinə görə işdən azad edilmiş, bağlanmış müqaviləyə xitam verilmişdir. xx.xx.2016-cı ildə onun ərizəsi və zəruri ehtiyacı nəzərə alınaraq xx.xx.2017-ci il tarixə qədər müddətli müqavilə bağlanılması və ixtisası üzrə müəllim təyin edilmişdir. xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və məktəbdə tutuduğu müəllim vəzifəsindən azad edilmişdir. Bundan əlavə o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyində pedaqoq vəzifəsində işləmişdir. Beləliklə, onun 43 il iş stajı, əlavə olaraq 5 il təhsil illəri nəzərə alınmaqla, ümumilikdə 48 il iş stajı olmuşdur. Lakin cavabdeh tərəfindən onun əmək stajı və pedaqoji fəaliyyəti nəzərə alınmadan ona aşağı məbləğdə 2017-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. Təxminən həmin vaxtdan aylıq 657 manat məbləğdə pensiya alırdı. Daha sonra həmin pensiya məbləği 130 manat məbləğdə azaldılmışdır. Hal-hazırda 527 manat əmək pensiyası alır. Tərəflərindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-235/2023 nömrəli müraciətlərinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17/2- 12610/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, xx.xx.2017-ci il tarixində Qanunun 37.3.1-ci maddəsinə əsasən vətəndaşın (işdənçıxma) yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 50 faiz nəzərə alınaraq hesablanmalı olduğu halda, 90 faiz nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vətəndaşın yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 4330,58 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17/2- 12610/2023 nömrəli imtina məktubundan müəyyən edilir ki, ondan tutulan pul vəsaiti heç bir inzibati orqanın qərarı əsasında aparılmayıb. Bildirir ki, 2001-ci ildə onun 50 yaşı tamam olduğu və uşaqlarının sayı 4 olduğuna görə ona pensiya təyin edilmişdir. Həmin vaxt DSMF-nin Sabirabad rayon şöbəsi tərəfindən ona məxsus olan birinci dəfə tərtib edilmiş əmək kitabçası geri qaytarılmamışdır. Həmin əmək kitabçasında olan iş stajları cavabdeh tərəfindən nəzərə alınmamışdır. Məlumat üçün bildirir ki, xx.xx.2023-cü il tarixli, 3-17/2-12610/2023 nömrəli məktub 07 yanvar 2024-cü il tarixində ona təqdim edilib. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Cavabdeh istinad etdiyi qanunvericiliyin maddi hüquq normasını səhv tədbiq edərək onun pensiyasını azaltmış və əsassız olaraq pensiyadan tutulmalar aparılmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2001-ci il tarixdə çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyasının ödənişi xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 8.1-ci maddəsi tətbiq edilməklə davam etdirilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiy gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin həmin maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud sözügedən maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud həmin maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmçinin bildirirlər ki, Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği sığorta hissəsi və yığım hissəsindən ibarətdir. İddiaçı fərdi hesabının yığım hissəsində pensiya kapitalı qeydə alınmadığından pensiyası sığorta hissəsindən ibarət olmaqla Qanunun 10.2-ci maddəsinə uyğun olaraq SH=PSK/T düsturu ilə müəyyən edilir. Burada: SH-yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK-sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T-gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144) ay. Pensiyanın hesablanması qaydası həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq baza hissəsi, pensiya təyin olunan günədək qazanılmış sığorta hissə, pensiya təyin olunduqdan sonra toplanmış sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (pensiyaçının işlədiyi ayların sayı qədər azaldılmaqla) nisbətinə olan məbləğin cəmi şəklində hesablanır. İddiaçı təqdim edilən sənədlərinin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1969-cu il tarixdən xx.xx.1974-cü il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı ilədək 36 il 1 ay 20 gün sığorta stajı və xx.xx.2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqosiyasına keçdiyi üçün xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7724,88 manat (2019-cu il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci tarixdən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) 382,31 manat müəyən edilmişdir. SH=119,76 (BH)+100,83 (SH)+107,29 (SH) = 327,88 manat; 327,88+(327,88*16,6%)= 382,31 manat. Burada, 100,83 manatxx.xx.2006-cı il tarixədək sığorta stajı əsasında hesablanmış əmək pensiyasının sığorta hissəsi (36 il 1 ay 20 gün sığorta stajına uyğun olaraq 14519,52/144); 107,29 manatişləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək (xx.xx.2008-ci il tarixdən 01,07.2017-ci il tarixədək) hesablanmış sığorta hissəsi (SH=PSK/(144-72), SH=7724,88/(104-72)=107,29 manat; 16,6% - əmək pensiyasının sığorta hissəsinə 2020ci il üzrə orta aylıq nominal əməkhaqqının müvafiq artım tempinə uyğun indeksasiya faizidir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 425,89 manata, xx.xx.2022-ci il tarixdən 440,37 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 251,28 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 443,86 manat müəyyən edilmişdir. Belə ki, əmək pensiyası xx.xx.2022-ci il tarixdən sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 251,28 manat pensiya kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (işlədiyi ayların sayı qədər azaldılmaqla-72 aydan az olmamaqla) nisbəti şəklində hesablanır (251,28/72=3.49 manat). Nəticədə hesablanmış məbləğ əmək pensiyasının üzərinə əlavə edilməklə əmək pensiyasının məbləği 443,86 manat (440,37+3,49) təşkil etmişdir. Qanuna xx.xx.2023-cü il tarixdə əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanmın müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasbətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə əsasən 460,52 manat (443,86+16,66) müəyyən edilmiş, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 528,22 manata (460,52+(460,52*14,7%)) çatdırılmışdır. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixdə Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçının işdənçıxma ilə əlaqədar olaraq yaşa görə əmək pensiyası yenidən hesablanarkən xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 50 faizlə nəzərə alınmalı olduğu halda 90 faizlə nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyası üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4330,58 manat artıqödəmə müəyyən edilmişdir. Məlumat üçün qeyd edirlər ki, iddiaçının pensiyasından tutulma aparılmamışdır və 2024-cü ilin fevral ayından pensiyası 59 manat azaldılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən ərizəçi müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ vardır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü yarımbəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin: - 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. - 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. - 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. - 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.- 4.2-ci bəndinə əsasən, Fondun idarəetmə orqanı İdarə Heyətidir. - 4.5.7-ci bəndinə əsasən. Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X2 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin əsasnamənin 3.1.3-ci bəndinə əsasən sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan İnzibati icraat haqqmda qanunun 3.1-ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Filial Əsasnaməsinin 3.1.3ci bəndinə əsasən tədbirlər görərkən “İnzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olundğu kimi hüquqa və haqq-ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi Nümayəndə3 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sənədlərə, o cümlədən mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş, xx.xx.2023-cü il tarixdə əmək pensiyasının məbləği 656,79 manat təşkil etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının ümumi əsaslara görə əmək pensiyası yenidən hesablanaraq məbləği 527,22 manat müəyyən edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli, xxxxxxx230002 nömrəli müraciət vərəqəsindən və iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, İddiaçı cavabeh inzibati orqanın xx.xx.2023cü il tarixli qərarından məlumatlı olmuş, işlədiyi 49 il müddəti və bu müddət ərzində aldığı məvacibi nəzərə alaraq pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh orqan isə cavab məktubunda ona bildirilmişdir ki, yenidən hesablama zamanı pensiyasının məbləği dəyişməmiş, pensiya qanunvericiliyə uyğun olaraq hesablanmışdır. İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkilinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı xx.xx.2023-cü il tarixli sorğudan və nazirliyə ünvanladığı xx.xx.2023-cü il tarixli şikayət ərizəsindən müəyyən olunur ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması və hesablama qaydası barədə məlumatların təqdim olunması xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçının vəkilinə ünvanladığı İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətə baxılmasının nəticəsinə dair 27 dekabr 2023-cü il tarixli, 3-17/2-12610/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əmək pensiyası ilə bağlı məlumatlarının təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli, 14-235/2023 nömrəli müraciətə Azərbaycan Respublikasının Əmək və Ə'naiinin Sosiai Müdafiəsi Nazirliyində aidiyyəti üzrə baxılmışdır. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2001-ci il tarixində çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın əmək pensiyasının ödənişi xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 8.1ci maddəsi tətbiq edilməklə davam etdirilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin həmin maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud sözügedən maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud həmin maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Bildiririk ki, Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği sığorta hissəsi və yığım hissəsindən ibarətdir: P=SH+YH Vətəndaşın fərdi hesabının yığım hissəsində pensiya kapitalı qeydə alınmadığından pensiyası sığorta hissəsindən ibarət olmaqla Qanunun 10.2-ci maddəsinə uyğun olaraq SH = PSK/T düsturu ilə müəyyən edilir. Burada: SH yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). Məlumat üçün bildiririk ki, pensiyanın hesablanma qaydası həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq baza hissə, pensiya təyin olunan günədək qazanılmış sığorta hissə, pensiya təyin olunduqdan sonra toplanmış sığorta kapitalının və pensiya təyin olunduqdan sonra toplanmış sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (pensiyaçının işlədiyi ayların sayı qədər azaldılmaqla) nisbətinə olan məbləğin cəmi şəklində hesablanır. İddiaçı pensiya işində olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1969-cu il tarixindən xx.xx.1974-cü il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 36 il 1 ay 20 gün sığorta stajı və xx.xx.2017-ci tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2008-ci il tarixindən 01.07.20-17-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7724,88 manat (2019-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) 382,31 manat müəyyən edilmişdir. SH=119,76 (BH) + 100,83 (SH) + 107,29 (SH) = 327,88 manat; 327,88+(327,88*16,6%)=382,31 manat. Burada, 100,83 manat - xx.xx.2006-cı il tarixinədək sığorta stajı əsasında hesablanmış əmək pensiyasının sığorta hissəsi (36 il 1 ay 20 gün sığorta stajına uyğun olaraq 14519,52/144); 107,29 manat - işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək (xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək) hesablanmış sığorta hissəsi (SH=PSK/(144-72), SH=7724,88/(104-72)=107,29 manat); 16,6% - əmək pensiyasının sığorta hissəsinə 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının müvafiq artım tempinə uyğun indeksasiya faizidir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 425,89 manata (382,31+(382,31*11,4%)),xx.xx.2022-ci il tarixindən 440,37 manata (425,89+(425,89*3,4%)) çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən vətəndaş xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 251,28 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 443,86 manat müəyyən edilmişdir. Belə ki, əmək pensiyası xx.xx.2022-ci il tarixindən sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 251,28 manat pensiya kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (işlədiyi ayların sayı qədər azaldılmaqla - 72 aydan az olmamaqla) nisbəti şəklində hesablanır (251,28/72=3,49 manat). Nəticədə hesablanmış məbləğ əmək pensiyasının üzərinə əlavə edilməklə əmək pensiyasının məbləği 443,86 manat (440,37+3,49) təşkil etmişdir. Həmin Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 460,52 manat (443,86+16,66) müəyyən edilmiş, Qanunun 29.1-ci maddəsinə əsasən isə 528,22 manata (460,52+(460,52*14,7%)) çatdırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Məlumat üçün bildiririk ki, xx.xx.2017-ci il tarixində Qanunun 37.3.1-ci maddəsinə əsasən vətəndaşın (işdənçıxma) yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 50 faiz nəzərə alınaraq hesablanmalı olduğu halda, 90 faiz nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vətəndaşın yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 4330,58 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Beləliklə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və ona əvvəl təyin edilmiş əmək pensiyasının xx.xx.2023-cü il tarixdən bərpa edilməsini tələb edir. Cavabdeh inzibati orqan isə iddia tələbinin əsassız, mübahisələndirilən qərarın qanunauyğun olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı hazırkı aylıq pensiya məbləği hesablanarkən onun bütün sığorta stajı nəzərə alınmışdırmı? Həmin pensiya məbləği pensiya qanunvericiliyinə uyğun hesablanmışdırmı? Əgər düzgün hesablanmamışdırsa, hansı hissədə? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 06 sentyabr 2024-cü il tarixli, 9/6710 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: təqdim edilmiş inzibati iş materiallarında olan sənədləri və rəyin tədqiqat hissəsidə göstərilələri nəzərə almaqla ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı hazırkı aylıq pensiya məbləği hesablanarkən pensiya qanunvericiliyinə uyğun olaraq bütün sığorta stajı nəzərə alınmış və pensiya məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 528,22 manat təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 06 sentyabr 2024-cü il tarixli, 9/6710 nömrəli ekspert rəyinə əsasən inzibati iş materiallarında olan sənədlər və rəyin tədqiqat hissəsidə göstərilənlər nəzərə alınmaqla İddiaçı hazırkı aylıq pensiya məbləği hesablanarkən bütün sığorta stajı nəzərə alınmış və pensiya məbləği pensiya qanunvericiliyinə uyğun olaraq təyin edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinin tələbinə görə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği düzgün hesablanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarı qanuna zidd qiymətləndirilə bilməz . Bu səbəbdən də iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona əvvəl təyin edilmiş əmək pensiyasının xx.xx.2023-cü il tarixdən bərpa edilməsi tələbi əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona əvvəl təyin edilmiş əmək pensiyasının xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 100 (bir yüz) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona əvvəl təyin edilmiş əmək pensiyasının xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-801/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-801/2025
17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver