Məhkəmə qərarları › İş №2-1(120)-802/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-802/2024

06.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-802/2024 06.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur.Cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir. İddiaçı iddia tələbini tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Bildirir ki, iyul-sentyabr N2-ci il tarixlərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N () saylı hərbi hissəsinin tərkibində cəbhənin Füzuli-Cəbrayıl rayonları istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 60/2 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən səfərbər olunmuş, İddiaçı raportuna əsasən şəxsi heyət üzvlüyündən azad edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AA******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Sabirabad rayonunun Qarağac kəndində anadan olmuş, Sabirabad rayonunun Qarağac kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1986-cı il tarixli, H3 ******* nömrəli hərbi biletin edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində olmuşdur və N nömrəli hərbi hissənin tərkibində Cəbrayıl şəhər ərazisində vuruşmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-2593 nömrəli məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə komandirinin avqust-oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyat kitabında və N () nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyat kitabında xidməti barədə məlumat aşkar edilmədiyinə görə vətəndaş İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. İş materiallarında olan Azərbaycan Vətən Müharibəsi X2 Sabirabad Rayon Şöbəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş idarəsi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyasına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayonu, Qarağac kənd sakini İddiaçı iyul sentyabr N2-ci il tarixlərdə, AR MN-nin N () saylı hərbi hissəsinin tərkibində cəbhənin Füzuli-Cəbrayıl rayonları istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Bütün bunları nəzərə alıb, vətəndaş İddiaçı müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi üçün lazımı qərar qəbul etməyinizi xahiş edilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 26 nömrəli əmrində (əsas: §-7,səh-12, sıra-12; qeyd: əmrdə adı və atasının adı yazılmamışdır) Sabirabad RHK-dan səfərbər olunmuş, Səfərovun şəxsi heyət üzvlüyünə qəbul edilməsi barədə məlumat vardır. Sabirabad RHKdan səfərbər olunmuş çağırışçı, sıravi İddiaçı Məlik oğlunun N () nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 26 nömrəli əmrindən çıxarışda (əsas: səh-11, sıra-13; qeyd: emrdə atasının adı "Məlik" yazılmışdır) şəxsi heyət üzvlüyünə qəbul edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirının N sentyabr N2-ci il tarixli 60/2 nömrəli əmrində (əsas: §-2,sah-38,sıra-6; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) Sabirabad RHK-dan səfərbər olunmuş, İddiaçı raportuna əsasən şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barədə N () nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli N nömrəli, N sentyabr N2-ci il tarixli əmrlərindən arxiv çıxarışlarını və N () nömrəli hərbi hissənin N iyul N2-ci il tarixli 26 nömrəli əmrindən çıxarışı ünvanınıza göndərilir. Qeyd edirlər ki, N nömrəli hərbi hissə komandirinin avqust-oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N () nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, N () nömrəli hərbi hissənin iyul-sentyabr N2-ci il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.N2-ci il tarixli əmrindən çıxarışdan görünür ki, siravi İddiaçı Məlik oğlu N nömrəli hərbi hissənin şəxsi heyyət üzvlüyünə qəbul edilmiş, yeməkxanada isti yemək siyahısına salınmış, şəxsi heyyət yataqla və döyüş zamanı silahla təchiz edilmiş və çıxarış və bütün təqdimatlar verilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin №-60/2 nömrəli, 04.09.992-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Səfərov.E N nömrəli hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1968-cu il təvəllüdlü İddiaçı xx.xx.1986-ci il tarixdən xx.xx.1988-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N2-ci il tarixdə keçmiş Sabirabad rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə hərbi xidmət çağırılmışdır. N nömrəli hərbi hissənin tərkibində xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək hərbi xidmət keçmişdir. N nömrəli hərbi hissənin ərazisində Cəbrayıl şəhəri ərazisində vuruşmuşdur. (Əsas:NZ-6157977 nömrəli hərbi biletin qeydiyyat kartası) Əlavə olaraq bildirir ki, İddiaçı hərbi xidmətdən tərxis olması, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, hərbi xidmət zamanı yaralanması, "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi barədə müraciəti və müraciətə baxılması, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyi, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Xidmətin Sabirabad rayon şöbəsində heç-bir məlumat aşkar olunmadı. İş materiallarında olan Sabirabad rayon Polis şöbəsinin X3 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsəində Sabirabad rayon Polis şöbəsinin X4 heç bir təqsirləndirici material yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 855 nömrəli məktubundan görünür ki, N () nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 26 №-li əmrində (əsas: §-7, səh-12, sıra-12, əmrdə adı və atasının adı yazılmamışdır) Sabirabad RHK dan səfərbər olunmuş, Səfərovun şəxsi heyət üzvlüyünə qəbul edilməsi və təchizatla təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 60/2 №-li əmrində (əsas: §-2, səh-38, sıra-6, əmrdə adı tam, atasının adı yazılmamışdır) Sabirabad RHK-dan səfərbər olunmuş, İddiaçı raportuna əsasən, şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. İş materiallarında oln Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının 722(896) nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli əmrində Sabirabad RHK-dan səfərbər olması, İddiaçı raportuna əsasən, şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə müəyyən etdi ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 855 nömrəli məktubundan da göründüyü kimi N () nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 26 №-li əmrində (əsas: §-7, səh-12, sıra-12, əmrdə adı və atasının adı yazılmamışdır) Sabirabad RHK dan səfərbər olunmuş, Səfərovun şəxsi heyət üzvlüyünə qəbul edilməsi və təchizatla təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 60/2 №-li əmrində (əsas: §-2, səh-38, sıra-6, əmrdə adı tam, atasının adı yazılmamışdır) Sabirabad RHK-dan səfərbər olunmuş, İddiaçı raportuna əsasən, şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. İşdə olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 07.07.992-ci il tarixli əmrindən çıxarışdan görünür ki, siravi İddiaçı Məlik oğlu N nömrəli hərbi hissənin şəxsi heyyət üzvlüyünə qəbul edilmiş, yeməkxanada isti yemək siyahısına salınmış, şəxsi heyyət yataqla və döyüş zamanı silahla təchiz edilmiş və çıxarış və bütün təqdimatlar verilmişdir. N nömrəli hərbi hissə komandirinin №-60/2 nömrəli, 04.09.992-ci il tarixli əmrindən çıxarışdan isə görünür ki, Səfərov.E N nömrəli hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilmişdir. Həmçinin iş materiallarından və iddiaçıya məxsus hərbi biletin surətindən İddiaçı N nömrəli hərbi hissənin tərkibində Cəbrayıl şəhər ərzasində vuruşduğu müəyyən edilir. Göründüyü kimi cavabdeh inzibati orqanın mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, inzibati orqan kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarızəruri inzibati icraat aparılmaqla araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar