Məhkəmə qərarları › İş №2-1(120)-805/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-805/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-805/2021 23.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16in 4 saylı Regional Ərazi filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16in 4 saylı Regional Ərazi filialına qarşı «işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 noyabr 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16in 4 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.05.1995-07.01.2000-ci illərdə X18 Nəqliyyat” ASC-də 3-cü dərəcəli B.C kateqoriyalı sürücü və 1971-1974-cü illərdə “XX Qurultay” adına kolxozda kolxozçu kimi işlədiyi illərin əmək kitabçasına yazılmaqla əmək stajına daxil edilməsi və yaşa görə pensiya təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16in 4 saylı Regional Ərazi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “22.05.1995-07.01.2000-ci illərdə “X18 Nəqliyyat” ASC-də 3-cü dərəcəli B.C kateqoriyalı sürücü və 1971-1974-cü illərdə “XX Qurultay” adına kolxozda kolxozçu kimi işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16in 4 saylı Regional Ərazi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “25.05.1995-07.01.2000-ci illərdə “X18 Nəqliyyat” ASC-də 3-cü dərəcəli B.C kateqoriyalı sürücü və 1971-1974-cü illərdə “XX Qurultay” adına kolxozda kolxozçu kimi işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16in 4 saylı Regional Ərazi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 29.06.2021-ci il tarixli və 05.10.2021-ci il tarixli qərardadları ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 22.05.1995-07.01.2000-ci illədə “X19 Nəqliyyat" ASC-də 3-cü dərəcəli BC kateqoriyalı sürücü, 1971-1974-cü illərdə isə “XX Qurultay” adına kolxozda kolxozçu işləmişdir. Lakin 1971-1974-cü illərdə “XX Qurultay” adına kolxozda kolxozçu işlədiyi dövr iş stajı kimi əmək kitabçasında qeyd edilməmişdir. Qeyd etdiyi faktiki əsas görə Sabirabad DSMF-na (yeni adı ilə Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF X15 4 Saylı Regional Ərazi fılialı) rəsmi müraciət etmiş və fakt Sabirabad rayon Dövlət Arxiv İdarəsinin 18.12.2020-ci il tarixli, 97 saylı arxiv arayışı ilə təsdiq edilir. Hal-hazırda o, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF X16 4 Saylı Regional Ərazi filialına təqdim etmişdir. 25.02.2021-ci il tarixli, **********5 saylı məktubu ilə ona bildirilmişdir ki, «22.05.1995-07.01.2000-ci illərdə işlədiyi “X18 Nəqliyyat” ASC-nin hazırda fəaliyyəti yoxdur, sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Eyni zamanda, 1971-1974-cü illərdə isə “XX Qurultay” adına kolxozda kolxozçu işlədiyi dövr iş stajı kimi əmək kitabçasında qeyd edilməmişdir. Bu səbəbdən yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyil. Himayəsində 1989-cu il təvəllüdlü İİİ qrup əlil uşağı var. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. “X11” Qanunun 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarə etməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Lakin Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF X16 4 Saylı Regional Ərazi filialı tərəfindən «X11» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3-cü bölməsinin 3.1.1-ci bəndinə əsaslanaraq ona məktub göndərilərək stajın məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüş və pensiya təyinatından imtina edilmişdir. Belə ki, 08.10.2010-cu il tarixdə 4027 № ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış “X11” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta slajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalaranın 3-cü bölməsinin 3.1.1-ci bəndində göstərilir ki, Qanun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması uçun iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF X16 4 Saylı Regional Ərazi filialı tərəfindən əlilliyə görə əmək pensiyasının hesablanmasından imtina edilməklə X11 Qanunun sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərindən bəhs edən 21-ci maddəsini pozmuş olur. Həmin Qanunda qeyd edilir ki, Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı göstərilənlərə əsaslanaraq, 22.05.1995-07.01.2000-ci illərdə “X18 Nəqliyyat” ASC-də 3-cü dərəcəli B.C kateqoriyalı sürücü və 1971-1974-cü illərdə “XX Qurultay” adına kolxozda kolxozçu kimi işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16in 4 saylı regional ərazi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində cavabdehin 25.02.2021-ci il tarixli **********5 nömrəli imtinasının əsassız hesab olunması və işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən tələb edir. Hesab edirlər ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı 22.05.1995-ci il tarixdən 07.01.2000-ci il tarixədək “X18 Nəqliyyat” ASC-də, 1971-1974-cü illərdə isə “XX Qurultay” adına kolxozunda işlədiyini iddia edir. Dövlət Sosial Müdafiə Fondu X16in 4 saylı Regional Ərazi filialı tərəfindən İddiaçı “X18 Nəqliyyat” ASC-nin sənədlərinin X13 filialına təhvil verilməməsi, “XX Qurultay” adına kolxozda işlədiyi dövrün əmək kitabçasında qeyd olunmaması səbəbindən “X11” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, “X11” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (1 iyul 2019-30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayam pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “X11” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. “X11” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X11” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “SSRİ-də X6 haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “X6 haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). “X11” Qanunun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına əlavə edilir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi sığortaolunanın müddətli həqiqi hərbi xidmət dövrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. İş materiallarında olan iddiaçıya məxsus hərbi bilet ilə iddiaçının 04.11.1974-cü ildən 01.11.1976-cı ilə kimi müddətli həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. İddiaçının həqiqi hərbi xidmət dövrü 1 il 11 ay 28 gün təşkil edir. Mülki Məcəllənin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 13.1-ci maddəsinə görə dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasım təsdiq edən-dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Həmin Qanunun 13.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2000-ci il tarixli, 222 nömrəli “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” Qərarının 2-ci bəndinə görə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12.04.2021-ci il tarixli, **********302200 nömrəli məktubuna əsasən “X18 Nəqliyyat” ASC 02.07.1999-cu il tarixdə D-3041 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına, 30.07.2004-cü il tarixdə isə “X18 Nəqliyyat” ASC adı ilə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 5 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. Beləliklə, “X18 Nəqliyyat” ASC-nin 1999-cu il tarixdə dövlət qeydiyyatına alınması İddiaçı həmin müəssisədə 1995-ci il tarixdən işləməsi ilə bağlı əsaslı şübhələr yaradır. İddiaçı Sabirabad rayon “XX Qurultay” adına kolxozda müvafiq olaraq 1971-1974cü illərdə kolxozçu işlədiyi illər isə əmək kitabçasında qeyd edilmədiyi səbəbindən həmin illər onun sosial sığorta stajına daxil edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı hərbi xidmət dövrü ilə birlikdə 23 il 10 ay 07 gün sığorta stajının olduğu müəyyən edilmişdir. İddiaçının mübahisələndirilən sosial sığorta stajı isə ümumilikdə 07 il 03 ay 17 gün təşkil edir. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. 23 il 10 ay 07 günə münasibətdə İddiaçı 20078,64563 manat pensiya kapitalı mövcuddur. Tələb olunan pensiya kapitalı isə 28800 manat təşkil edir. Yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, İddiaçı yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X7 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, 25.05.1995-ci il tarixdə "xxxx" X2 3-cü dərəcəli kateqoriya B.C sürücü vəzifəsinə işə qəbul edilmiş, “QAZ 53A” markalı, 80-90 ATM nömrəli avtomaşına təhkim edilmişdir. Dövlət Əmlak Komitəsinin 301 saylı, 27.05.1999-cu il tarixli Sərancamına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin D-3041 saylı, 02.07.1999-cu il tarixli qeydiyyatına əsasən "xxxx" X3 əsasında “X18 Nəqliyyat” ATSC yaradılmış, iddiaçı 02.01.2000-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 07.04.2021-ci il tarixli, **********302200 saylı məktubundan görünür ki, dövlət reyestr məlumatlarına əsasən “X18 Nəqliyyat” ASC 02.07.1999-cu il tarixdə D-3041 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına, 30.07.2004-cü il tarixdə isə “X18 Nəqliyyat” ASC adı ilə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 5 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. X1r. Hal-hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İşdə olan Şirvan Şəhər Statistika İdarəsinin 27.08.2021-ci il tarixli, 189 saylı məktubundan görünür ki, Şirvan şəhəri üzrə X12 Reyestrində 01.07.2021-ci il vəziyyətinə olan məlumata əsasən “X18 Nəqliyyat” ASC adlı təşkilat vergi ödəyicisi olaraq hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və X12 Reyestrinə daxil edilmişdir. Müəssisə qeyd olunan 25.05.1995-07.01.2000-ci illərdə fəaliyyət göstərmiş və onlara müvafiq hesabatlar təqdim etmişdir. Lakin, hal-hazırda müəssisə fəaliyyətsizdir. İşdə olan Sabirabad rayon Dövlət Arxivinin 19.04.2021-ci il tarixli, 38 saylı Arayışından görünür ki, “XX Qurultay” adına kolxozda yeniyetmələr üçün minimum əmək günü norması 160 gün, kişilər üçün 200 gün olmuşdur. Kolxozda işə qəbul və işdən azad olunma protokol (əmrləri) kitabları mühafizə üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 01.10.2021-ci il tarixli, **********286600 saylı məktubundan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən 27.03.2001-ci il tarixdə 9 (doqquz) rəqəmli ********* saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə “X18 Nəqliyyat” ASC-nin vergi orqanında vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat aşkar edilmişdir. Həmçinin bildirirlər ki, “X9 Avtomobil” müəssisəsinin vergi orqanında 10 (on) rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınması barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 301 saylı, 27.05.1999-cu il tarixli Sərancamının surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əli Bayramlı şəhəri, Cənub-Sənaye qovşağı ünvanında yerləşən X5 Avtonəqliyyat müəssisəsinin bazasında “X18 Nəqliyyat” ASC yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı il tarixdə Sabirabad rayonu, Qarağac kəndində doğulmuş, 04 noyabr 1974-cü il tarixdən 01 noyabr 1976-cı il tarixədək hərbi xidmətdə olmuş (1 il 11 ay 28 gün); Sabirabad rayon sabiq “XX Qurultay” adına kolxozda 1971-ci ildə 83 adam günü, 1972-ci ildə 112 adam günü, 1973cü ildə 269 adam günü, 1974-cü ildə 303 adam günü işləmişdir. Sabirabad rayon sabiq “XX Qurultay” adına kolxozda kişilər üçün 1971-1973-cü illərdə adam günləri minimum 160 gün, 1974-cü ildə minimum 240 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1971-1972-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Bundan əlavə, iddiaçıya məxsus əmək kitabçasından müəyyən edilir ki, o, 25.05.1995-ci il tarixdən 07.01.2000-ci il tarixədək “X18 Nəqliyyat” ASC-də (əvvəlki adı X5 Avtonəqliyyat müəssisəsi) 3-cü dərəcəli sürücü vəzifəsində (4 il 07 ay 13 gün) işləmişdir. İddiaçının qeyd olunan illərdə hərbi xidmətdə olması NZ seriyalı ******* nömrəli hərbi bilet, kolxozda işləməsi Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 18.12.2020-ci il tarixli, 97 nömrəli arxiv arayışı, digər işlərdə işləməsi adına açılmış 27.01.1977-ci il tarixli, İT-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 03.03.2021-ci il tarixli, **********9 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasına əsasən 07.01.2000-ci il tarixədək 23 il 7 ay 2 gün iş stajı vardır. 22.05.1995-ci il tarixdən 07.01.2000-ci il tarixədək işlədiyi “X18 Nəqliyyat” ASC-nin hal-hazırda fəaliyyəti yoxdur, sənədləri Dövlət Arxivinin filialına təhvil verilmişdir. Eyni zamanda “X11” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən iş stajı əmək kitabçasında qeyd olunmalıdır. Sabirabad rayon Dövlət Arxivinin 18.12.2020-ci il tarixli, 97 nömrəli arayışına əsasən 1971-1974-cü illərdə “XX Qurultay” adına kolxozda işlədiyi dövr əmək kitabçasına qeyd olunmadığı üçün İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X6 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “X11” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X6 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “X11” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1971-1974-cü illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Sabirabad rayon sabiq “XX Qurultay” adına kolxozda işlədiyi Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 18.12.2020-ci il tarixli, 97 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. İddianın 25.05.1995-07.01.2000-ci illərdə X18 Nəqliyyat” ASC-də 3-cü dərəcəli B.C kateqoriyalı sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsinə münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 25.05.1995ci il tarixdə "xxxx" X2 3-cü dərəcəli kateqoriya B.C sürücü vəzifəsinə işə qəbul edilmiş və “QAZ 53A” markalı, 80-90 ATM nömrəli avtomaşına təhkim edilmiş, 02.01.2000-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçının həmin dövrlərdə “X18 Nəqliyyat” ASC-də işləməsi adına olan 27.01.1977-ci il tarixli İT-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçı özü tərəfindən təqdim edilməli olan və qanunvericiliklə nəzərdə tutulmuş əsası, yəni əmək kitabçasını cavabdeh orqana təqdim etmiş, sonuncu formal əsaslara istinad etməklə iddiaçının işlədiyi illəri onun sosial sığorta stajına daxil etməkdən qanunsuz imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1971-1972-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin illərdə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16in 4 saylı Regional Ərazi filialının üzərinə qoyulmalıdır. Belə ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur. 01 yanvar 2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçının 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1971-1972-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X6» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 18.12.2020-ci il tarixli, 97 nömrəli arayışından müəyyən edilir ki, Sabirabad rayon sabiq “XX Qurultay” adına kolxozda minimum adam günü norması kişilər üçün 160 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1971-1972-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (83+112) × 12 = 2340/160=14 ay 06 gün (≈1 il 2 ay 06 gün). (ümumilikdə kolxozda işlədiyi müddət 3 il 2 ay 06 gün). İddiaçı işlədiyi “X18 Nəqliyyat” ASC-nin 1999-cu il tarixdə dövlət qeydiyyatına alınması iddiaçının həmin müəssisədə 1995-ci il tarixdən işləməsi ilə bağlı əsaslı şübhələr yaratması barədə cavabdeh inzibati orqanın etiraz dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Dövlət Əmlak Komitəsinin 301 saylı, 27.05.1999-cu il tarixli Sərancamına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin D- 3041 saylı, 02.07.1999-cu il tarixli qeydiyyatına əsasən "xxxx" X3 əsasında “X18 Nəqliyyat” ATSC yaradıldığı, eləcə də Şirvan Şəhər Statistika İdarəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 27.08.2021-ci il tarixli, 189 saylı məktubunda “Şirvan şəhəri üzrə X12 Reyestrində 01.07.2021-ci il vəziyyətinə olan məlumata əsasən “X18 Nəqliyyat” ASC adlı təşkilat vergi ödəyicisi olaraq hüquqi şəxs kimi qeydiyyatdan keçdiyi və X12 Reyestrinə daxil edildiyi, müəssisə qeyd olunan 25.05.1995- 07.01.2000-ci illərdə fəaliyyət göstərdiyi və onlara müvafiq hesabatlar təqdim etdiyi” bildirilmişdir. Beləliklə, hərbi xidmət müddəti nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hazırki məhkəmə icraatı zamanı iddiaçının kolxozda və “X18 Nəqliyyat” ATSC-də işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsinin əsasları və qaydasına dair tələblərə hüquqi qiymət verilmişdir. İddiaçının digər iş yerlərində əmək fəaliyyəti məhkəmə araşdırmasının predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən onun kolxozdan və “X18 Nəqliyyat” ATSC-dən başqa işlədiyi illərin araşdırılması və üst-üstə düşən illərin olubolmamasına dair araşdırma aparılmamışdır. Odur ki, iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdüyü zaman pensiya təyin edən orqan tərəfindən iddiaçının seçiminə görə iş dövrünün yalnız biri nəzərə alınmalıdır. Belə ki, X11 Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Sabirabad rayon Dövlət Arxivinin 18 dekabr 2020-ci il tarixli, 97 nömrəli arxiv arayışında göstərilən Sabirabad rayon “XX Qurultay” adına kolxozda 1971- 1972-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Sabirabad rayon Dövlət Arxivinin 18 dekabr 2020-ci il tarixli, 97 nömrəli arxiv arayışında göstərilən Sabirabad rayon “XX Qurultay” adına kolxozda 1971-1972-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16in 4 saylı Regional Ərazi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar