Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-805/2025 25.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması olması haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X6, Üçüncü şəxs X4, Üçüncü şəxsin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması olması haqqında arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyri-yaşayış (ayaqqabı təmiri köşkünə dair) mülkiyyət hüquqlarının vəfat etmiş həyat yoldaşı X17 məxsus olması haqqında arayışın (hüququn ölmüş şəxsə məxsus olmasına) cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmiş və X13 iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmiş və iş üzrə Əhaliyyə Məişət Xidməti X20 və X12 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 31 may 2017-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X14 Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binası olan “Ayaqqabıların təmiri Köşkü” vərəsə olaraq İddiaçı qızma miras qalmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Lənkəran şəhər ƏMX (Əhaliyə Məişət Xidməti) "xxxx" İKF (X10) arasında bağlanmış 17 fevral 1997-ci il tarixli, “Müəssisənin (obyektin) 3987 № alqı- satqı Müqaviləsi” əsasında ümumi sahəsi 13,5 kv.m. ölçülərində qeyri- yaşayış binası olan “Ayaqqabıların təmiri Köşkü” həyat yoldaşı X2. Bu səbəblərdən həyat yoldaşı X14 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin ona verilməsi ilə bağlı Lənkəran Rayon 1 saylı Notariat Kontoruna müraciət etmişdir. Notariat kontoru X16 xx.xx.2017-ci il tarixdə vəfat etməsini və vərəsələrin dairəsini müəyyən etmişdir. Qanunvericiliyin tələbinə əsasən onu, miras qoyanın vərəsəsi olması faktını 11 oktyabt 2023-cü il tarixli № 1933 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” (İN ƏMDX DƏDKR) publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə etdiyi müraciətlə müəyyən etmişdir. Odur ki, 11 oktyabr 2023-cü il tarixli, № 1933 nömrəli müraciətlə, Lənkəran rayon 1 saylı Notariat Ofisi, onun miras qoyanın vərəsəsi olmağı barədə, 10 saylı Lənkəran Ərazi İdarəsinə məlumat vermişdir. Həmin müraciətdə, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 5.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, mərhum X17 məxsus olan əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən arayış, bu sorğunu təqdim etmiş şəxs vasitəsilə, Lənkəran rayon 1 saylı Notariat Ofisinə göndərməyi xahiş etmişdir. Odur ki, X14 miras qalan “Ayaqqabıların təmiri Köşkü”nün, özəlləşdirilməsindən ötrü, onda olmayan sənədlərin alınmasından ötrü, şəxsən, Bakı şəhərində yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 16 noyabr 2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 27 noyabr 2023-cü il tarixli, № 3-21-3/2-F-0148-8/2023 saylı, Lənkəran şəhərində yerləşən yaşadığı ünvanına “Ayaqqabı təmiri emalatxanasına” aid sənədlərin təsdiq olunmuş surətləri poçt vasitəsi ilə ona göndərilmişdir. Odur ki, mülikyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü, 12 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə ƏMDX DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti 28 dekabr 2023-cü il tarixli, № 3-21-3-43/2- 3693/2023 saylı “Vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi barədə Bildiriş” DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən yaşadığı ünvanda ona daxil olmuşdur. DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi, imtina cavabında səbəb kimi “Tərəfinizdən hüquqmüəyyənedici sənədlərin əsli təqdim olunmamış, həmçinin əmlak üzərində mübahisə mövcuddur” olmasını qeyd etmişdir. Halbuki, 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşı əlbə-əl qəbul etdiyi sənədlərin ancaq təsdiq olunmuş surətlərini ondan almışdır. İmtina bildirişində, əmlak üzərində mübahisənin mövcud olması hissəsinə cavab olaraq bildirir ki, 14 fevral 1997-ci il tarixli, saat 14:00- da, X22 Xidmətinin zalında keçirilən Auksion Protokolunda; Satıcı- Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi, alıcı isə yalnız- X16 adının olması reallığı qeyd olunmuşdur. 17 fevral 1997-ci il tarixli, “Müəssisənin (obyektin) 3987 № alqı-satqı Müqaviləsində, Lənkəran şəhəri, Səmədzadə küçəsində ümumi sahəsi 13,5 kv.m. ölçülərində qeyri-yaşayış binası olan “Ayaqqabıların təmiri Köşkü”nün yeganə alıcısı rəhmətlik həyat yoldaşı X16 adının olması faktı da qeyd olunmuşdur. Yəni məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 10 saylı Lənkəran Ərazi İdarəsinə 12 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətində: 14 fevral 1997-ci il tarixli, Auksion Protokolu, 17 fevral 1997-ci il tarixli, “Müəssisənin (obyektin) 3987 № alqı-satqı Müqaviləsi” sənədləri qoşma kimi əlavə edilmişdir. Bir sözlə DƏDKR publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsi, faktiki istifadəsində olan və yuxarıda adları qeyd edilən hüquqmüəyyənedici sənədlərinin əsllərinin 12 dekabr 2023-cü il tarixli ərizə vasitəsilə onlara təqdim edilməsinə baxmayaraq, 28 dekabr 2023-cü il tarixli № 3-21- 3- 43/2-3693/2023 qeydiyyat nömrəli, cavabında, xx.xx.2017-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X17 məxsus qeyri-yaşayış obyektini onun adına, dövlət qeydiyyatına almaqdan bilərəkdən qərəzli olaraq heç bir tutarlı əsas səbəb gətirmədən yayınır, boyun qaçırır, imtina edir. Bu səbəblərdən Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Lənkəran şəhər ƏMX "xxxx" İKF arasında bağlanmış xx.xx.1997-ci il tarixli, “Müəssisənin (obyektin) 3987 № alqı- satqı müqaviləsi” əsasında, ümumi sahəsi 13,50 kv.m. ölçülərində qeyri-yaşayış obyektinə (“Ayaqqabıların təmiri” köşkü) onun xx.xx.2017-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X16 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlamış məktubda qeyd edilmişdir ki, hazırki iş üzrə İddiaçı tərəfindən Lənkəran şəhərində yerləşən qanun üzrə vərəsəsi olduğu şəxsdən (X23) miras qalmış qeyri-yaşayış binasına dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olunmuşdur. Hazırki iş üzrə İddiaçı tərəfindən təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər ekspertiza olunan zaman məlum olmuşdur ki, onun tərəfindən hüquqmqəyyənedici sənədlərin əsli təqdim olunmamış, həmçinin əmlak üzərində mübahisə mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsini rəhbər tutaraq hazırki iş üzrə İddiaçı xx.xx.2023-cü il tarixli, **********93 nömrəli imtina bildirişi ünvanlanmışdır. Qeyd olunan səbəbdən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X13 iddia tələbini qəbul etmədiyini bildirərək tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X12 iddia tələbini qəbul etmədiyini bildirərək tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X15 iddia tələbini qəbul etmədiyini bildirərək tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lənkəran rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.2019-cu il tarixli, 946 nömrəli arayışın surətindən görünür ki, X23 ilə X11 arasında xx.xx.1983-cü il tarixdə 150 nömrəli aktla nikah qeydə alınmışdır. xx.xx.2017-ci il tarixli, AZ-İ№ 880013 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. 3987 nömrəli, xx.xx.1997-ci il tarixli Müəssisənin (obyektin) alqı-satqı müqaviləsindən görünür ki, Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyriyaşayış “Ayaqqabı təmiri” köşkü Lənkəran şəhər ƏMX "xxxx" İKF tərəfindən ******* (iki milyon altı yüz doxsan doqquz) manat müqabilində auksion vasitəsi ilə X2. xx.xx.1997-ci il tarixli, 01 nömrəli Auksion Protokolundan görünür ki, Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyri-yaşayış “Ayaqqabı təmiri” köşkü Lənkəran şəhər ƏMX "xxxx" İKF tərəfindən ******* (iki milyon altı yüz doxsan doqquz) manat müqabilində auksion vasitəsi ilə X2. Lənkəran Rayon 1 Saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 1933 nömrəli məktubunda qeyd edilmişdir ki, X14 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Lənkəran rayonun 1 saylı notariat ofisinə müraciət daxil olunmuşdur. X23 xx.xx.2017-cİ il tarixdə vəfat etmişdir və vərəsələrin dairələri müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən arvadı - İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 5.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq mərhum X17 məxsus olan əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən arayış sorğunu təqdim etmiş şəxs vasitəsilə, Lənkəran rayon 1 saylı notariat ofisinə göndərilməsi xahiş olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran şəhərində yerləşən, qanun üzrə vərəsəsi olduğunuz şəxsdən (X23) miras qalmış qeyriyaşayış binasına dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı təqdim olunmuş hüquqmüəyvənedici sənədlərin qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi n araşdırılarkən faktiki yerində keçirilən müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, tərəfinizdən hüquqmüəyyənedici sənədlərin əsli təqdim olunmamış, həmçinin əmlak üzərində mübahisə mövcuddur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlakla bağlı vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X24 və X16 Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən ayaqqabı təmiri emalatxanasına dair Ərazi İdarəsində hər hansı bir mülkiyyət hüququ sənədləri aşkar edilməmişdir. Lənkəran ƏMX "xxxx" İKF-nin xx.xx.2024-cü il tarixli, 04 nömrəli arayışında qeyd edilmişdir ki, X8 ona görə ki, o, həqiqətən X22 xidməti istehsalat idarəsində 11 may 1982ci il tarixdə 66 saylı əmrlə şəhərin Lenin küçəsində ayaqqabı təmiri ustası peşəsinə işə qəbul edilmiş və həmin sexdə X23 ilə birlikdə işləmiş, 01 aprel 1997-ci il tarixdə 05 saylı əmrlə Prezidentin 13 avqust 1996-cı il tarixli fərmanına əsasən, işlədikləri xidmət şəbəkəsi özəlləşdiyi üçün 3987 saylı müqaviləyə əsasən, hər ikisi işdən azad olunmuşdur. Müxtəlif tarixli ödəniş qəbzlərindən görünür ki, Fərəcov Adil tərəfindən Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən ayaqqabı təmiri köşkünün özəlləşdirilməsi üçün ödənişlər həyata keçirilmişdir. Lənkəran ƏMX İstehsal İdarəsinin 11 yanvar 1980-ci il tarixli, 07 nömrəli əmri ilə X1 yerləşən Ayaqqabı Təmiri Köşkünə usta təyin edilmişdir. Lənkəran ƏMX "xxxx" X5 01 aprel 1997-ci il tarixli, 05 nömrəli əmri ilə X23 Respublika Prezidentinin 13 avqust 1996-cı il tarixli fərmanına əsasən, i xidmət şəbəkəsi özəlləşdiyi üçün 3987 saylı müqaviləyə əsasən, işdən azad olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü məktubunda qeyd edilmişdir ki, vergi orqanının uçot-baza məlumatlarında Lənkəran şəhəri, Lenin (hazırda Səmədzadə) küçəsində yerləşən “Ayaqqabı Təmir Sexi” adında obyekt barədə məlumat mövcud deyildir. Aparılmış müşahidələr zamanı sözü gedən “Ayaqqabı Təmir Sexi”nin Lənkərar şəhəri, Səmədzadə küçəsində yerləşdiyi və iki bərabər hissəyə bölünməklə fəaliyyət göstərdiyi müəyyən edildi. Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ləğv prosesində olan QSC “Bank Standard” KB-də sözügedən qəbzləri təsdiq edən əməliyyatlar hesabdan çıxarışlarda öz əksini tapmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Mülki Məcəllə: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. ... 15-ci maddəsinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi. 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfləri dinləyərək, iddia, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qərəzsiz şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırma nəticəsində müəyyən edir ki, iddiaçı ilə X23 arasında xx.xx.1983-cü il tarixdə 150 nömrəli aktla nikah qeydə alınmışdır. X23 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Lənkəran Rayon 1 Saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 1933 nömrəli məktubunda qeyd edilmişdir ki, qanunvericiliyin tələbinə əsasən, Fərəcov Adilin arvadı-İddiaçı miras qoyanın vərəsəsidir. İddiaçı ərinin mülkiyyətində olmuş mübahisəli daşınmaz əmlaka dair hüquqların mərhum ərinə məxsus olmasını təsdiq edən arayışın verilməsi ilə bağlı tələblə cavabdehdə müraciət etmiş, lakin cavabdeh inzibati orqan X14 miras qalmış qeyri-yaşayış binasına dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən hüquqmüəyyənedici sənədlərin əsllərin təqdim olunmaması, həmçinin əmlak üzərində mübahisənin mövcud olması səbəbindən imtina etmişdir. Hal-hazırda iddiaçı mübahisəli daşınmaz əmlaka dair hüquqların mərhum ərinə məxsus olmasını təsdiq edən arayışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə cavabdehin imtina dəlillərinə münasibətdə qeyd edir ki, mövcud daşınmaz əmlakla bağla hüquqmüəyyənedici sənədlər həm iddiaçı tərəfindən, həmçinin də məhkəmə tərəfindən sorğular nəticəsində əldə edilmişdir. Belə ki, xx.xx.1997-ci il tarixli, 01 nömrəli Auksion Protokolundan görünür ki, Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyri-yaşayış “Ayaqqabı təmiri” köşkü Lənkəran şəhər ƏMX "xxxx" İKF tərəfindən ******* (iki milyon altı yüz doxsan doqquz) manat müqabilində auksion vasitəsi ilə X2. Və bundan sonra 3987 nömrəli, xx.xx.1997-ci il tarixli Müəssisənin (obyektin) alqısatqı müqaviləsi ilə Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyri-yaşayış “Ayaqqabı təmiri” köşkü Lənkəran şəhər ƏMX "xxxx" İKF tərəfindən ******* (iki milyon altı yüz doxsan doqquz) manat müqabilində auksion vasitəsi ilə X2. Beləliklə də, iddiaçının mərhum əri həmin əmlak üzərində mülkiyyət hüquqlarını tam qanunauyğun şəkildə əldə etmiş, həmin hüquqlar dövlət tərəfindən tanınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, 3-cü şəxslərin həmin əmlak üzərində mübahisəsi olsa da, lakin mülkiyyət hüquqları mövcud deyildir. Həmçinin onlar tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sübut əhəmiyyəti daşıyan sənəd də məhkəməyə təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra-çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli, 202 nömrəli Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir. Yeni redaksiyaya görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən əsas tələbin təmin edilməsindən imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. Və beləliklə də, iddiaçının müraciəti üzrə qanunda nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuş və iddiaçının hüquqularını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyri-yaşayış (ayaqqabı təmiri köşkünə dair) mülkiyyət hüquqlarının iddiaçının vəfat etmiş həyat yoldaşı X17 məxsus olması haqqında arayışın (hüququn ölmüş şəxsə məxsus olmasına) arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı: İddia təmin edilsin. Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyri-yaşayış (ayaqqabı təmiri köşkünə dair) mülkiyyət hüquqlarının iddiaçının vəfat etmiş həyat yoldaşı X17 məxsus olması haqqında arayışın (hüququn ölmüş şəxsə məxsus olması) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova