Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-808/2024 03.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X7, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X30 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X30 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun 65 yaşı tamam olub. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana lazımi sənədlərlə müraciət etmiş, lakin cavabdeh orqan yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. Ona sosial müavinət təyin edilib. Səbəbi xx.xx.1986-cı ildən xx.xx.2012-ci ilədək "xxxx" ATSC-də olan əmək fəaliyyəti xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixədək hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması göstərilib. O, cavabdeh orqanın imtinası ilə razı deyildir. Odur ki, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktub ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edildiyi bildirilmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 22-1.1-ci maddəsinə uyqun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********3 nömrəli imtina məktubunda bildirilmişdir ki, İddiaçı mərkəzi filiala təqdim edilən sənədlərinə əsasən (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 12 il 3 ay 10 gün təşkil edir. Araşdırma zamanı İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilən xx.xx.1986-cı il tarixdən xx.xx.2012ci il tarixədək "xxxx" ATSC-də olan əmək fəaliyyəti dövründə xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından xx.xx.1992-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək onun əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməmişdir. Bildirir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göründüyü kimi, İddiaçı qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı və fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etiraza əlavəsində qeyd edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17- 1/2-194698/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı təqdim etdiyi xx.xx.1985ci il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1984- cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrləri, ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət illəri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi iş stajı 12 il 3 ay təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 altsisteminə əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi səbəbindən həmin illər üzrə əmək haqqı alıb-almamasını yoxlamaq mümkün olmamışdır. Həmçinin iddiaçının əmək kitabçasına əsasən onun xx.xx.1992-ci il tarixdən xx.xx.2012-cı il tarixədək əmək fəaliyyəti dövrü xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün bütövlükdə mübahisələndirilərək onun sığorta stajına daxil edilməmişdir. Qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 12 il 3 ay ümumi iş stajına əsasən pensiya kapitalı pensiya yaşına çatdığı xx.xx.2022-ci il tarixə aşağıdakı qaydada hesablanır: (12 il tam iş stajı x 306 manat) + (306 manat: 12 ay x 3 ay)= 3748,5 manat. Buradan, iddiaçının xx.xx.2006cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2022-ci il tarixə indeksləşdirilmiş məbləği aşağıda verilmiş cədvələ əsasən hesablanmaqla 9960,75 manat təşkil edir.Qeyd edək ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1-ci, 7-ci və 10.2-ci maddələri nəzərə alınmaqla tələb olunan minimum pensiya kapitalı xx.xx.2022-ci il tarixdən 34560 manat (240 manat x144 ay=34560 manat), xx.xx.2023-cü il tarixdən 40320 manatdır (280 manat x144 ay=40320 manat). İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-48-4/2-393/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, "xxxx" ATSC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Yardımlı rayon Dövlət Arxiv İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 5-81-34/2-09/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, əməkhaqqı cədvəlləri, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma barəsində Arxiv idarəsində mühafizə olunan sənədlər arasında İddiaçı barəsində heç bir sənəd aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 13-8/2-62/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin Yardımlı filialı 01 yanvar 2009-cu il tarixədək fəaliyyət göstərmişdir. Həmin tarixdən sonra filialın fəaliyyəti olmamışdır. Göründüyü kimi "xxxx" ASC tərəfindən göndərilmiş sorğuya cavab məktubunda "xxxx" ASC-nin Yardımlı filialı 01 yanvar 2009-cu il tarixədək fəaliyyət göstərdiyi qeyd olunduğu halda İddiaçı əmək kitabçasında xx.xx.2012-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. Bu da İddiaçı məxsus əmək kitabçasının mötəbər sübut kimi qiymətləndirilməsini istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə də müəssisənin fəaliyyətdə olması vətəndaşın orda işləməsi faktını sübuta yetirmir. Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-45249/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən, "xxxx" X33 Cəmiyyətinin Yardımlı Aqrartikinti Filialı (SUN:**********8; VÖEN:**********) (bundan sonra - Yardımlı Aqrartikinti Filialı) tərəfindən 2006-2008-ci illər üçün 0111 fəaliyyət növünün kodu üçün (İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)) təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı (SSN:**********073) məlumatları əks olunmamışdır. MEİS-in “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində Yardımlı Aqrartikinti Filialının fəaliyyət statusunun “Aktiv” olaraq əks olunduğu, lakin “Sığortaedənin statusları haqqında bildirişi” sənədində 19 sentyabr 2012-ci il tarixdən “Dondurulmuş” kimi qeyd olunduğu müəyyən edilmişdir (sığortaedənin status bildirişi əlavə olunur). Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialından əldə etdiyimiz məlumatlara əsasən bildiririk ki, Yardımlı Aqrartikinti Filialının iş qovluğunda məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatları aşkar edilməmişdir. Bildiririk ki, MEİS-in “Sığorta” (Hesabat) altsistemində 2008-ci il tarixdən sonrakı dövrlər üçün Yardımlı Aqrartikinti Filialının məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları öz əksini tapmamışdır. Anoloji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-269/2024 nömrəli qərarda qeyd olunmuşdur ki, iddiaçının “Bakı Elektroştamp" ASC-də işlədiyinə dair arxiv sənədlərinin aşkarlanmadığı, müəssisə tərəfindən iddiaçı barədə verilmiş və işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 033 AİQ-li arayışdakı məlumatların həmin müəssisənin arxiv məlumatları əsasında deyil, iddiaçının əmək kitabçasının məlumatları əsasında yazıldığı mübahisəsizdir. Cavabdeh də işin məhz həmin hallarına istinadla qeyd edir ki, "...apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının işlədiyi müəssisənin hansı tarixdən qeydiyyatdan keçməsi, eyni zamanda hansı tarixdən özəlləşdirilərək fəaliyyət göstərməsi ilə bağlı araşdırma aparmışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan məktubda da qeyd edildiyi kimi İ. Əliyevin müvafiq müəssisədə işlədiyi dövrlərlə bağlı arxiv sənədləri aşkar edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən müəssisənin mövcudluğu deyil, iddiaçının həmin müəssisədə işləməsi faktı mübahisələndirilmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası tərəfindən bununla bağlı araşdırma aparılmadan, yalnız müəssisənin mövcudluğu ilə bağlı məsələyə istinad edərək həmin dövrləri sosial sığorta stajına daxil etmişdir.”Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özüözlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. İddiaçının işlədiyi qeyd olunan müəssisənin mübahisələndirilən dövrdə fəaliyyətinə dair işdə olan məlumatlarda həmin müəssisinin 2003-ci ildə təşkilatihüquqi formasının dəyişməsi, müəssisinin tam özəlləşdirilməsi qeyd olunsa da, həmin məlumatlar müəssisənin qeyd olunan ildə və ondan sonra faktiki fəaliyyətini, iddiaçının həmin müəssisədəki əmək prosesində faktiki iştirakını özü-özlüyündə təsdiq etmir. Həm də bu səbəbdəndir ki, məhkəmə sorğusuna cavabında Əmlak Məsələləri Dövlət Xidməti müraciətdə qeyd olunan məsələlərlə bağlı əlavə məlumat almaq üçün aidiyyəti üzrə müəssisənin idarəetmə orqanlarına və ya Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Vergi orqanının cavabı isə, məhkəmə sorğusunda qeyd olunan 1999- 2010-cu illərə deyil, 2014-cü və ondan sonrakı illərə aid olmuşdur. Beləliklə, müəssisənin iş üçün zəruri olan 1999-2005-ci illər üzrə faktiki fəaliyyəti, buradan, həm də iddiaçının həmin müəssisədəki əmək prosesində faktiki iştirakı barədə suallar açıq qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 474/2024 nömrəli qərarda qeyd olunmuşdur ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrü pensiyanın təyin edilməsinə əsas təşkil edən sosial sığorta stajına daxil edərkən isə apellyasiya məhkəməsi düzgün qərar verməmişdir. 26. Belə ki, xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin edildiyi müəyyən edilmir. Apellyasiya məhkəməsi iddia tələbini bu hissədə təmin edərkən ümumən iddiaçının Bakı Baş Tikinti İdarəsində işlədiyi dövrün əmək kitabçasında qeydə alınmasına istinad etmiş, lakin iddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə əhəmiyyət verməmişdir. 27. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsini qərarı qismən yəni, “xx.xx.2006-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (102)-139/2024 nömrəli qərarda qeyd olunmuşdur ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı onun xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək Zəngilan rayon İstehlak Cəmiyyətində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və pensiyasının yenidən hesablanmasından ibarətdir. İşin birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zamanı Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq məktubları ilə müəyyən edilmişdir ki, qeyd olunan idarələrdə Zəngilan rayon İstehlak Cəmiyyətinin qeydiyyatı ilə bağlı məlumat yoxdur. Zəngilan rayon İcra Hakimiyyətinin məktubu ilə müəyyən edilmişdir ki, Zəngilan rayon İstehlak Cəmiyyətinin fəaliyyəti işğalla bağlı dayandırılmış, lakin ləğv olunmamışdır. Zəngilan rayon İstehlak Cəmiyyəti (PAYPO) “Azərittifaq” adlı quruma daxildir, onun tabeçiliyində təsərrüfathesablı müəssisədir. Həmin müəssisə isə dövlət qeydiyyatına alınmışdır və hal- hazırda fəaliyyət göstərir. Məhkəmə araşdırması zamanı iddiaçının sığortaolunan kimi ilk dəfə 2008-ci ilin mart ayında qeydiyyata alındığı, həmin tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 altsistemində onun sığortaolunan kimi qeydiyyatda olması barədə məlumat olmadığı müəyyən edilmişdir. Beləliklə də, iddiaçının Zəngilan rayon İstehlak Cəmiyyətində işlədiyi fəaliyyət dövrünün xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan hissəsi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 altsistemində məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr ərzində Zəngilan rayon İstehlak Cəmiyyətində faktiki işləmədiyindən, əməkhaqqı almadığından və məcburi dövlət sosial sığorta haqqı ödəmədiyindən əmək kitabçasında qeyd olunan həmin dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi dövrdə Zəngilan rayon İstehlak Cəmiyyətində işləməsi əmək kitabçasında qeyd olunsa da, Zəngilan rayonu 1993-cü il tarixdə işğal olunduğundan müəssisənin fəaliyyətinin faktiki olaraq dayanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından əmək kitabçasındakı qeydlər mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-506/2024 nömrəli qərarda qeyd olunmuşdur ki, Apellyasiya məhkəməsi iddia təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1977-ci ildən xx.xx.2006-cı ilədək) əmək fəaliyyətinə dair müəssisənin arayışında, o cümlədən əmək kitabçasında (işə qəbul olma tarixi, işdən azad olma tarixi) olan məlumatlarla təsdiqlənir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. Belə ki, iş materiallarında olan Füzuli rayon Vergilər Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC xx.xx.2006-cı il tarixində qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi fəaliyyətini dayandırmışdır. Həmçinin, Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda 1977-2006-cı illərdə "xxxx" MMC Füzuli rayonunda fəaliyyət göstəribgöstərməməsi barədə məlumat olmaması qeyd olunmuşdur. Belə olan halda, yuxarıda qeyd olunan müəssisənin xx.xx.2006-cı il tarixədək fəaliyyəti barəsində iş materiallarında heç bir məlumat yoxdur. Bundan əlavə, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi filialının xidməti məktubunda bildirilmişdir ki, sığortaedən "xxxx" MMC tərəfindən 2006-cı il üzrə təqdim edilmiş illik məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda iddiaçı barəsində heç bir məlumat qeyd edilməmişdir. Göründüyü kimi, hazırkı işdə bir sıra ziddiyyətli hallar eləcə də, cavabdehin dəlillərini təsdiq edən bir sıra məlumatlar olduğu halda, apellyasiya məhkəməsi, bu istiqamətdə araşdırma aparmamış, sadəcə iddiaçının əmək kitabçasına istinad edərək qərar qəbul etmişdir. Göründüyü kimi, İddiaçı qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı və fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Artıq anoloji işlər üzrə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının kifayət qədər əsaslı mövqeləri əks etdirən qərarları mövcuddur. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X8 gəlmiş, İddiaçı isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri).İddiaçı subyektiv hüquqa malik olmaqla düzgün cavabdehə qarşı iddia qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Yardımlı rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və iddiaçının yaşayış yeri Yardımlı rayonu olduğundan, İPM-in 8.1.2-ci maddəsini əsas götürərərək,iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırıcı hissə: Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur və xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri sosial sığorta stajı kimi nəzərə nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, Yardımlı rayonunun Perimbel kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Yardımlı rayon Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, 186 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə 53 nömrəli əmr ilə 38 saylı Təmir tikinti idarəsində sürücü kimi işə qəbul olunmuş, xx.xx.2012-ci il tarixdə 07 nömrəli əmr ilə ATFdən sürücülükdən azad olunmuşdur. Əmək haqqı haqqında cədvəllər Yardımlı rayon Dövlət arxiv idarəsinə təqdim edilmədiyi üçün cədvəllər mühafizə olunan sənədlər arasında aşkar edilməmişdir. Azərbaycan Respublikasi Səfərbərlik Və Hərbi Xidmətə X31 Xidmətinin Yardımlı Rayon bölməsininxx.xx.2022-ci il tarixli arayışından görünür ki, Yardımlı rayon Perimbel kənd sakini İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etmişdir. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2012-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci ıl tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və elecə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın surətinə və digər sənədlərə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla) 12 il 3 ay 10 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Araşdırma zamanı təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd edilən xx.xx.1986-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək "xxxx" ATSC-də olan əmək fəaliyyəti dövrünüzdə xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından xx.xx.1992-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək əmək fəaliyyəti dövrünüz sığorta stajınıza daxil edilməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyi və qanunla nəzərdə tutulan sığorta stajınız (25 il) olmadığı üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən yaşa görə müavinət təyin edilmişdir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məlumatın təqdim olunması barədə məktubda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi xx.xx.1985-ci il tarixində tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri, ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət illəri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi iş stajı 12 il 3 ay təşkil edir. Əlavə olaraq bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 altsisteminə əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi səbəbindən həmin illər üzrə əmək haqqı alıb-almamasını yoxlamaq mümkün olmamışdır. Həmçinin iddiaçının əmək kitabçasına əsasən onun xx.xx.1992-ci il tarixindən xx.xx.2012-cı il tarixinədək əmək fəaliyyəti dövrü xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün bütövlükdə mübahisələndirilərək onun sığorta stajına daxil edilməmişdir. Bildiririk ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək 12 il 3 ay ümumi iş stajına əsasən pensiya kapitalı pensiya yaşına çatdığı xx.xx.2022 -ci il tarixinə aşağıdakı qaydada hesablanır: (12 il tam iş stajı x 306 manat) + (306 manat: 12 ay x 3 ay)= 3748,5 manat. Buradan, iddiaçının xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləği aşağıda verilmiş cədvələ əsasən hesablanmaqla 9960,75 manat təşkil edir. Qeyd edək ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1-ci, 7-ci və 10.2-ci maddələri nəzərə alınmaqla tələb olunan minimum pensiya kapitalı xx.xx.2022-ci il tarixindən 34560 manat (240 manat x144 ay=34560 manat), xx.xx.2023-cü il tarixindən 40320 manatdır (280 manat x144 ay=40320 manat).Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajına əsasən formalaşan pensiya kapitalı 9960,75 manat olmaqla pensiya yaşına çatdığı xx.xx.2022-ci il tarixinə qanunvericiliklə tələb olunan məbləğdən azdır. Həmçinin iddiaçının sığorta stajı cəmi 12 il 3 ay olmaqla qanunvericiliklə tələb olunan 25 ildən azdır.Qeyd olunanları nəzərə alaraq iddiaçıya əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialının iddiaçıya ünvanladığı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın surətinə və digər sənədlərə əsasən sığorta stajınız 24 il 4 ay 23 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyi və qanunla nəzərdə tutulan sığorta stajınız (25 il) olmadığı üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə (xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək (“AZƏRAQRARTİKİNTİ" ATSC-də olan) müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin məbləği ötən dövrdəki ayların sayına bölünərək cari müavinətinizin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin Yardımlı filialına müraciət etməyiniz tövsiyə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Yardımlı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5- 81-1/2-34/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Əmr №-53 ilə Təmir tikinti idarəsinə sürücü kimi işə qəbul olunmuş, xx.xx.2012-ci il tarixdə Əmr №-07 ilə ATF-dən sürücülükdən azad edilmişdir. Həmin əmirlərin surətləri təsdiq olunaraq Sizə göndərilir. Azərbaycan Respublikasi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13-08/2-318/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı X11 haqqında etdiyiniz 11 sentyabr 2023-cü il tarixli, iş № 2-2-1(120)-3092/2023 saylı sorğuya cavab olaraq bildiririk ki, "xxxx" ASC 1998-ci ildə yaradılmış və rayonlarda 50- dən çox filialı fəaliyyət göstərmişdir. Hal-hazırda həmin filiallar ləğv olunmuşdur. Sorğuda İddiaçı hansı filialda işləməsi barədə məlumat olmadığından onun barəsində "xxxx" ASC-nin mərkəzi arxivində hər hansı bir sənəd əldə etmək mümkün olmadı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********695800 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, "xxxx" ASC xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Vergi uçot məlumatlarına əsasən bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixinədək olan dövr ərzində "xxxx" ASC tərəfindən 329.420.87 manat məbləğində vergi ödənilmişdir. Bundan başqa, cəmiyyətin fəaliyyətinin dayandırılması ilə bağlı hər hansı müraciət daxil olmamışdır. Eyni zamanda bildiririk ki, hüquqi şəxsin təsis sənədlərinin surəti qoşmada Sizə təqdim edilir. Azərbaycan Respublikasi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13-08/2-352/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin Yardımlı filialı uzun müddət fəaliyyət göstərməmiş və işçiləri barədə arxiv sənədləri "xxxx" ASC-nin mərkəzi arxivinə təhvil verilməmişdir. Ona görə də İddiaçı barəsində ASC-nin arxivində hər hansı sənəd aşkar etmək mümkün olmadı. Yardımlı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5- 81-34/2-09/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Əmr №53 ilə Təmir tikinti idarəsinə sürücü kimi işə qəbul olunmuş, xx.xx.2012-ci il tarixdə Əmr № 07 ilə ATF-dən sürücülükdən azad edilmişdir. Əmək haqqı cədvəlləri, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma barəsində Arxiv idarəsində mühafizə olunan sənədlər arasında İddiaçı barəsində heç bir sənəd aşkar edilməmişdir. İşə qəbul olunma və işdən çıxarılma barədə əmirlərin surətləri təsdiq olunaraq Sizə göndərilir. Azərbaycan Respublikasi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 13-8/2-62/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASCnin Yardımlı filialının 1 yanvar 2009-cü ildə təqdim etdiyi 2 №-li formadan görünür ki, Yardımlı filialı 1 yanvar 2009- cü il tarixədək fəaliyyət göstərmişdir. Həmin tarixdən sonra filialın fəaliyyəti olmamışdır. Təkrarən bildiririk ki, ASC-nin Yardımlı filialı sənədləri "xxxx" ASC-nin mərkəzi arxivinə təhvil vermədiyindən sorğuda qeyd etdiyiniz sənədləri aşkar etmək mümkün olmamışdır. Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-48-4/2-393/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ATSC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv idarəsi Kollegiyasının 12 aprel 2016- cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq ediimiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısfnın 471-ci bəndinə əsasən, şəxsi işlərin, əmək müqavilələrinin, işçilərin işə qəbulu və işdən azad edilməsinin qeydiyyatı kitabları (jurnallar), qeyd vərəqələrinin saxlanma müddəti 75 il müəyyən edilmişdir. Məsələ ilə əlaqədar sözügedən ASC-yə müraciət etməyiniz xahiş olunur. Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Yardimli Rayon Dövlət Arxiv İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Yardımlı rayon Dövlət Arxivi İdarəsində mühafizə olunan sənədlər araşdırılmış, adları qeyd olunan vətəndaşların 38 saylı Təmir Tikinti İdarəsində işə daxil olma əmrləri və işdən çıxma əmrləri aşağıdakı kimidir. 1.İddiaçı xx.xx.1986-cı il tarixdə Əmr №-53 ilə Təmir tikinti idarəsinə sürücü kimi işə qəbul olunmuş xx.xx.2012-ci il tarixdə Əmr №-07 ilə ATF-dən sürücülükdən azad edilmişdir.
2. X22 xx.xx.1984-cü il tarixdə Əmr №-72/3 ilə 38 saylı Təmir tikinti idarəsinə işə qəbul olmuş, xx.xx.1995-ci il tarixdə Əmr №-30/1 ilə işdən azad olunmuşdur.
3. X12 38 saylı Təmir tikinti idarəsində işə girməsi Arxivdə mühafizə olunan sənədlər arasında tapılmasada lakin, xx.xx.1995-ci il Əmr №-34 ilə işdən azad olunması aşkar edilmişdir
4. X23 38 saylı Təmir tikinti idarəsində işə girməsi Arxivdə mühafizə olunan sənədlər arasında tapılmasada lakin,xx.xx.2002-ci il Əmr №-2 ilə işdən azad olunması aşkar edilmişdir.
5. X14 xx.xx.1995-ci il tarixdə Əmr №-5 ilə 38 saylı Təmir tikinti idarəsinə işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə Əmr №-17 ilə işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə Əmr №-08 ilə yenidən 38 saylı Təmir tikinti idarəsinə işə qəbul olunmuş, xx.xx.2003-cü il tarixdə Əmr №-02 ilə işdən azad edilmişdir.
6. X19 38 saylı Təmir tikinti idarəsində işə girməsi Arxivdə mühafizə olunan sənədlər arasında tapılmasada lakin, xx.xx.1995-ci il tarixdə Əmr №-11 ilə işdən azad edilmişdir.
7. X17 xx.xx.1998-ci il tarixdə Əmr №-4 ilə 38 saylı Təmir tikinti idarəsinə işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə Əmr №-17 ilə işdən azad edilmişdir.
8. X9 xx.xx.1998-ci il tarixdə Əmr №-4 ilə 38 saylı Təmir tikinti idarəsinə işə qəbul edilmiş lakin, işdən azad olunması barədə heç bir məlumat tapılmasada xx.xx.2001 ci ildə Əmr №-3 ilə təkrar işə qəbul edilmişdir.
9. X1 1.05.1998-ci il tarixdə Əmr №-4 ilə 38 saylı Təmir tikinti idarəsinə işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə Əmr №-17 ilə işdən azad edilmişdir. Təkrar xx.xx.2001 ci ildə Əmr №-3 və xx.xx.2002-ci ildə Əmr №-7 ilə işə qəbul edilmişdir. xx.xx.2003-cü il tarixdə Əmr №-2 ilə işdən azad edilmişdir.
10. X5 38 saylı Təmir tikinti idarəsində işə girməsi Arxivdə mühafizə olunan sənədlər arasında tapılmasada lakin, xx.xx.1992-ci il tarixdə Əmr №-82/3 ilə işdən azad edilmişdir. xx.xx.1998-ci il tarixdə Əmr №-4 ilə təkrar Təmir tikinti idarəsinə işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə Əmr №-17 ilə işdən azad edilmişdir. Əlavə olaraq bildirir ki, X6, X15 və X3 barəsində Arxiv idarəsində mühafizə olunan sənədlər arasında heç bir məlumat tapılmamışdır. Azərbaycan Respublikasinin Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" X33 Cəmiyyətinin Yardımlı “Aqrartikinti” filialı (əvvəllər 38 saylı Təsərrüfatlararası Tikinti Sahəsi) 28 iyun 1996-cı il tarixindən 16 fevral 2024-cü il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Azərbaycan Respublikası Təmir Tikinti İstehsalat Birliyi”nə dair məlumat mövcud deyildir. Məlumat üçün bildiririk ki, Respublika Rayonlararası Təmir- Tikinti İstehsalat Birliyi (sonradan Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyi) və "xxxx" MMC müvafiq olaraq 19 avqust 1996-cı il və 28 dekabr 2006-cı il tarixlərindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulması və xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə nəzər yetirdikdə məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1985-ci il tarixli əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1978-cü il tarixdən xx.xx.2012-ci il tarixədək müxtəlif idarələrdə çalışmışdır. Cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 12 il 3 ay 10 gün (iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) əmək fəaliyyəti dövrləri kimi qeyd edilmişdir. xx.xx.1986-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək "xxxx" ATSC-də olan dövrlər isə mübahisəli illər kimi staj olaraq nəzərə alınmayaraq əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməməsi qeyd edilmişdir. İddiaçının işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-nin rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: -67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; -69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Lakin şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər arxiv arayışları ilə də öz təsdiqini tapdığı üçün mötəbər hesab olunur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən illərlə bağlı iddiaçının işlədiyi illər üzrə fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması və əməkhaqqı cədvəlləri üzrə arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, pensiya kapitalının qeydə alınmaması, əməkhaqqı cədvəllərinin arxiv nüsxəsinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Belə olan halda iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir.Həmin dövrlər qanunvericiliyə əsasən nəzərə alındıqda həm əmək kitabçasındakı qeydlərə, həmçinin arxiv arayışlarına əsasən , iddiaçının sığorta stajı 25 ildən artıq olur və beləliklə də, iddiaçı tərəfindən 2-ci şərt, 2006-cı ilə kimi 25 illik ümumi iş stajı tələbi də ödənilmiş olur. Göstərilən faktiki hallara əsaslanaraq məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin arxiv arayışları ilə də öz təsdiqini tapdığından mötəbərliyini şübhə altına almır və hesab edir ki, həmin dövrlər (xx.xx.1986-xx.xx.2006) iddiaçıya münasibətdə də əmək fəaliyyəti dövrü kimi onun sığorta stajına daxil edilməlidir. İddiaçının xx.xx.2006-ci il tarixdən sonraki dövr stajı üzrə məcburi dövlət sosial sığorta stajlarının ödənilmədiyi müəyyən edildiyindən həmin dövrlər sığorta stajına daxil edilməməlidir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər hal ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.1992-ci il tarixindən xx.xx.2012ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Və onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapitalla bağlı xüsusatlara qiymət verilməsinə zərurət qalmır. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bundan başqa, oxşar işlər üzrə Ali Məhkəmənin digər qərarlarında da qeyd olunduğu kimi, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz.Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qeyd olunan iş stajı, orduda xidmət illəri nəzərə alınaraq müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ 65 yaşında (xx.xx.2022-ci il tarixdə) yaranmış olur. Həmçinin iddiaçıya etiraz ərizəsində göstərildiyi kimi cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova