Məhkəmə qərarları › İş №2-1(120)-809/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-809/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-809/2024 28.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 28 mart 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan N D İ : Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-N0N8/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı «müharibə veteranı adı və vəsiqəsi barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-N(N06)-NN6/2023 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-N0N8/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin N6 noyabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmiş və iddia tələbi dəqiqləşdirilərək iddia tələbi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasına davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin N8 yanvar 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Baş Prokurorluğu zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə müvafiq olaraq ona «Müharibə veteranı» adı və müharibə veteranı vəsiqəsinin verilməsi məsələsi ilə bağlı 2004-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. Baş Prokurorluqdan ona daxil olmuş xx.xx.2004-cü il tarixli 09/52 saylı cavabdan görünür ki, Baş Prokurorluqda yaradılmış Komissiya tərəfindən prokurorluq işçilərinə «Müharibə veteranı» vəsiqəsinin verilməsi məsələsi araşdırılır, komissiya araşdırmanı yekunlaşdırdıqdan sonra bununla bağlı Respublika Hərbi Komissarlığına müraciət oluna bilər. Bundan sonra ona Baş Prokurorluq tərəfindən heç bir məlumat verilməmişdir. O, yenidən «Müharibə veteranı» adı və veteran vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyinə və Hərbi Prokurorluğa müraciət etmişdir. Azərbaycan Respublikası Müdafıə Nazirliyindən daxil olmuş xx.xx.20N9-cu il tarixli, N/7-793N saylı cavabda və Azərbaycan Respublikası Hərbi Prokurorluğundan daxil olmuş xx.xx.20N9-cu il tarixli, HD-7/767 saylı cavabda Baş Prokurorluuğa müraciət olunması və alınan rəydən sonra Müdafiə Nazirliyinə müraciət etməsi göstərilmişdir. Həmin rəyin verilməsi ilə bağlı o, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmiş və Baş Prokurorluq tərəfindən verilən xx.xx.2020-ci il tarixli, N0/N640 saylı məktubla ona həmin rəyin verilməsindən imtina olunmuşdur. Ona görə də o, İnzibati Məhkəməyə müraciət etmiş və xx.xx.202N-ci il tarixdə məhkəmə baxışı zamanı ona Azərbaycan Respublikası Müdafıə Nazirliyinin etirazı təqdim olunmuş, həmin etirazda onun Baş Prokurorluqdan daxil olmuş sənəddən sonra «Müharibə veteranı» adı və veteran vəsiqəsinin verilməsi ilə baglı inzıbatı orqana, yəni Müdafıə Nazirliyinə müraciət etməli olduğu göstərilmişdir. «Müharibə veteranı» adı və veteran vəsiqəsinin verilməsi ilə bağlı yenidən Müdafiə Nazirliyinə müraciət etmiş və Müdafiə Nazirliyinin xx.xx.202N-ci il tarixli, l/Ə-N0567 saylı məktubunda ona «Müharibə veteranı» adı və veteran vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Ona görə də o, «Müharibə veteranı» adı və veteran vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Müdafıə Nazirliyinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsi xx.xx.202N-ci il tarixli qərarı ilə iddia ərizəsini geri qaytararaq icraata xitam vermişdir. Həmin qərarda göstərilmişdir ki, eyni iddia üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Ona görə də ona müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsi Müdafiə Nazirliyinə həvalə edilməlidir. Belə ki, o, N978-N980-ci illərdə hərbi xidmət keçmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Masallı rayon şöbəsində hərbi qeydiyyatda durmuşdur. N98N-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş, xx.xx.N986-cı ildə həmin Universiteti bitirmiş, xx.xx.N986-cı ildən xx.xx.N993-cü ilə kimi Azərbaycan Respublikasınin Ədliyyə orqanlarında Dövlət notariusu vəzifəsində işləmiş, xx.xx.N993-cü ildən Hərbi Prokurorluqda işləməyə başlamış, yəni xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi, xx.xx.N996cı ildən xx.xx.2005-ci ilə kimi Lənkəran qarnizonu hərbi prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifələrində işləmiş, xx.xx.2005-ci ildə isə Saatlı rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunmuş, həmin vaxtdan Prokurorluqda müxtəlif vəzifələrdə işləmiş, 60 yaşı tamam olduğundan Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.20N9-cu il tarixli, NN/N4 saylı əmri ilə «Prokurorluq oıqanlarında qulluq keçmə haqqında» Qanunun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə prokurorluqda qulluq keçməyinə xitam verilmiş, hazırda pensiya alır. Bildirir ki, xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə Qarabağ uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə birbaşa iştirak etmışdir. Belə ki, 26 iyun N993-cü il tarixdə Ağdam rayonu Salahlı-Boyəhmədli kəndi uğrunda qanlı doyuşlər gedirdi. N saylı hərbi hissənin şəxsi heyətindən mühasirəyə düşənlər var idi. Qüvvə çatmırdı. Ona gorə Qarabağ qarnizonu hərbi prokurorluğunun əməkdaşları döyüşə cəlb olundular. Döyüşə prokuror Yusif Ağayevin rəhbərliyi ilə başlamışlar. Onunla birlikdə döyüşdə Tofiq Uğurluyevin komandir olduğu «Fədailər» taboru da iştirak edirdi. Gərgin döyüşdən sonra mühasirə yarıldı. Döyüşdə hərbi prokuror Yusif Ağayev ağır yaralandı. Həmin döyüşdə o, prokuror Yusif Ağayev, prokuror muavini Zümrad Filiyev, müstəntiq Bəbir Fətizadə (onlar müharibə veteranıdırlar), mühafizə bölməsinin rəisi Müqasif Ağayev, mühafizə bölməsinin əsgərləri və prokurorluğun digər əməkdaşları iştirak etmişlər. Təhlükə aradan qalxdıqdan və bölgə hərbi birləşməyə təhvil verildikdən sonra iş yerlərinə Ağdam şəhərinə qayıtmışlar. N993-cü ilin iyul ayında ermənilər Ağdam rayonun Şıxbabalı-Poladlı kəndləri istiqamətində hücuma keçmişdilər. N saylı hərbi hissənin İsa Mustafayevin komandir olduğu 5-ci tabor mühasirəyə düşmüşdü. Onların mühasirədən çıxarılması üçün döyüş planına uygun olaraq N saylı hərbi hissənin komandiri Talib Məmmədovun müraciəti əsasında hərbi prokurorluğun əməkdaşları döyüş əməliyyatlarına cəlb edildilər. Döyüşə hərbi prokuror əvəzi Zümrad Filiyevin rəhbərliyi ilə başlanmış, Qarabağ qarnizonu hərbi prokurorluğunun əməkdaşları Ağdam rayonun Poladlı kəndindəki üzümçülük sahəsi istiqamətindən döyüşə girmişdir. Döyüşdə o, prokuror əvəzi Zümrad Filiyev, müstəntiq Bəbir Fətizadə, mühafizə bölməsinin rəisi Müqasif Ağayev, mühafizə bölməsinin əsgərləri və prokurorluğun digər əməkdaşları iştirak etmişlər. Həmin döyüş nəticəsində İsa Mustafayevin komandir olduğu tabor mühasirədən çıxmışdır. Silahlar onlara hərbi prokurorluqda verilmiş və hər döyüşdən sonra silahları prokurorluğa təhvil vermişlər. Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işlədiyi müddətdə belə döyüşlərdə çox iştirak etmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.N994-cü il tarixli, 2N5 saylı əmrinə əsasən Qarabağ qarnizonu hərbi prokurorluğu Silahlı Qüvvələrin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N992ci il tarixli 03N4 saylı əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun, qarnizon hərbi prokurorluqlarının işçiləri Müdafiə Nazirliyinin bütün növ təminat xərcliyinə götürülmüşdür. Hərbi prokurorluğun xx.xx.N993-cü il tarixli, 69/93 nömrəli məktubuna əsasən o, N saylı hərbi hissə komandiri polkovnik Məmmədovun xx.xx.N993-cü il tarixli, N saylı əmri ilə hərbi hissənin təchizatına daxil edilmişdir. N saylı hərbi hissə komandiri polkovnik-leytenant E.Əlibəyovun xx.xx.N998-ci il tarixli, N002 saylı arayışından görünür ki, N saylı hərbi hissə xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Qarabağ qarnizonu hərbi prokurorluğunda onunla bir yerdə işləmiş Qarabağ uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı onunla bir yerdə döyüşmüş Qarabağ qarnizonu hərbi prokuroru Yusif Ağayevə, prokuror müavini Zümrad Filiyevə, müstəntiq Bəbir Fətizadəyə, mühafizə xidmətinin rəisi X6 Nazirliyi tərəfindən verilmiş 02NN73 saylı, 080738 saylı, 058N57 saylı və 055865 saylı vəsiqədən görünür ki, onlar «Müharibə veteranıdırlar» və müharibə veteranı vəsiqəsi almışlar. O, həmin şəxslərlə müharibədə eyni vəziyyətdə, eyni iş şəraitində olmuş, müharibədə birbaşa iştirak etmişdir. Bu şəxslər müharibə veteranı adı və vəsiqəsi aldıqları halda, ona müharibə veteranı adının və vəsiqəsinin verilməməsi ədalətin və qanunların pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının N49-cu maddəsinin İ bəndi bərabər mənafelərə bərabər münasibət prinsipini əsas tutur. Konstitusiyanın 25-ci maddəsi isə hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanlarının hər kəsin bərabər hüququnun təmin edilməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.20N4-cü il tarixli qərarında göstərmişdir ki, Qanunların eyni vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi ədalətin pozulmasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə əsasən məcburetmə häqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.N-ci mäddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfındən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən şərtlərin mövcudluğuna istinad etdiyi hallarda belə hallann mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın uzərinə düşür. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və üçüncü şəxsin nümayəndəsi X3 gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası hərbi prokurorunun xx.xx.N993-cü il tarixli, 0N4 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı köçürmə yolu ilə Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarına qəbul olunmuş və Qarabağ hərbi qarnizon prokurorluğuna stajçı prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan N3 yanvar N993-cü il tarixli, N3 nömrəli əmrdən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı stajçı prokuror köməkçisi təyin edilməklə N nömrəli hərbi hissədə ümumi təchizatla təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N992-ci il tarixli, 03N4 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Hərbi Proktrorlugunun, qarnizon hərbi prokurorluqlarının işçiləri Müdafiə Nazirliyinin bütün növ təminat xərcliyinə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.N994-cü il tarixli, 2N5 saylı əmrinə əsasən Qarabağ qarnizonu hərbi prokurorluğu Silahlı Qüvvələrin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmişdir. İş materiallarında olan N saylı hərbi hissə komandiri polkovnik-leytenant E.Əlibəyovun xx.xx.N998-ci il tarixli, N002 saylı arayışından görünür ki, N saylı hərbi hissə xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan 05 aprel 202N-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etdiyi üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.202N-ci il tarixli, N/Ə-N0-567 saylı məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş və Müdafiə Nazirliyi tərəfindən hərbi prokurorluqlarda qulluq keçən hərbi qulluqçulara Azərbaycan Respublikası Baş Prokurorluğunda yaradılan müvafiq komissiyanın rəyinə əsasən verildiyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən, xx.xx.2020-ci il tarixli arayışdan, xx.xx.2020-ci il tarixli, N0/N407 nömrəli, 24 noyabr 2020-ci il tarixli, N0/N640 nömrəli və 29 dekabr 202N-ci il tarixli xx/xx-250N nömrəli məktublardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində erməni işğalşılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etdiyi nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün müvafiq rəyin verilməsini xahiş etmiş, Baş Prokurorluqdan isə ona qanunvericiliyə əsasən “Müharibə veteranı” adı və vəsiqəsinin döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş, eləcə də döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə döyüşlərdə iştirakı sübut edən müvafiq sənədlər əsasında verildiyi, həmçinin xx.xx.N993-cü il tarixdə Azərbaycan Respublikası Prokurorlugu orqanlarına qulluğa qəbul edilərək Qarabağ qarnizonu hərbi prokurorunun koməkçısı vəzifəsində işləməyinə baxmayaraq, “Hərbi xidmət haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmagı və muvafiq hərbi rütbə verilməklə, Azərbaycan Respublikası Hərbi Proktrorluğunun sərəncamına göndərilməyi, yəni hərbi prokurorluq orqanlarında işlədiyi müddətdə həqiqi hərbi xidmət keçməyi və hərbi qulluqçu statusu daşımağı müəyyən edilmədiyi bildirilmiş və rəyin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin etirazından görünür ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə baxılmış, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş və Müdafiə Nazirliyi tərəfindən hərbi prokurorluqlarda qulluq keçən hərbi qulluqçulara Azərbaycan Respublikası Baş Prokurorluğunda yaradılan müvafiq komissiyanın rəyinə əsasən verildiyi bildirilmişdir.Və həmin Komissiyaya müraciət etməsi tövsiyə olunmuşdur.Müvafiq rəy verildikdən sonra Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı statusunun və vəsiqəsinin verilməsinin mümkün olacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.N993-cü il tarixli 0N4 №-li əmrinə əsasən, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N3 №-li əmrilə (əsas: §-8, səh-22, sıra-29, əmrdə hərbi rütbəsi yazılmamışdır) stajçı-prokuror köməkçisi vəzifəsinə təyin edilərək hərbi hissədə ümumi təchizatla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il, yanvar-dekabr N994-cü il, yanvar N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin xx.xx.N993xx.xx.N996-cı il tarixli döyüş əməliyyatlarında iştirak dövrü ilə bağlı müharibədə iştirak edən şəxslərin “Adlı siyahısı” kitabı və “Qarabağ Qarnizonu Hərbi Prokurorluğunun” sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.202N-ci il tarixli məktubundan görünür ki, ona "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-cı il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Şirvan inzibati Məhkəməsinin 0N,04.202N-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmadığına, habelə hərbi prokurorluqlarda xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Baş Prokurorluğunda yaradılan müvafiq komissiyasının rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verildiyinə görə ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4 08-a maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Şahid ifadələri: N8 yanvar tarixli məhkəmə iclasında iştirak edən X8 şahid qismində ifadə verərərək bldirmişdir ki, o, Qarabağ qarnizonu Hərbi Prokuroru idi və cəbhənin Füzuli istiqamətində döyüşmüşdür. N993-cü ilin N2 iyun tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri hücuma keçdi. Ehtimal olunurdu ki, düşmən Ağdam-Bərdə avtomobil yolunu kəsəcək və onlar həmin zaman bütün əməkdaşlarla birlikdə vətənləri Azərbaycanın müdafiəsinə qoşulmuşdur. O, həmin döyüş əməliyyatı zamanı yaralanmışdır. İddiaçı onlarla birlikdə döyüşmüşdür. N8 yanvar tarixli məhkəmə iclasında iştirak edən X4 şahid qismində ifadə verərərək bildirmişdir ki, o həmin zaman mühafizə bölməsinin rəisi olmuşdur. İddiaçı ən ön sıralarda vətəni müdafiə edirdi. Onunla birlikdə o da ön sıralarda döyüşüb. N8 yanvar tarixli məhkəmə iclasında iştirak edən X5 şahid qismində ifadə verərərək bildirmişdir ki, İddiaçı onlarla birgə döyüşlərdə iştirak etmişdir. Hər üç şahid müharibə veteranı statuslarının olduğunu qeyd edərək məhkəməyə müharibə veteranı vəsiqələrini təqdim etmişdirlər. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə müəyyən etdi ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. İş materiallarına baxış zamanı məhkəmə müəyyən etdi ki, N nömrəli hərbi hissə komandirinin N3 yanvar N993-cü il tarixli, N3 nömrəli əmrdən çıxarışdan göründüyü kimi İddiaçı stajçı prokuror köməkçisi təyin edilməklə N nömrəli hərbi hissədə ümumi təchizatla təmin edilmişdir. Həmçinin Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N992-ci il tarixli, 03N4 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun, qarnizon hərbi prokurorluqlarının işçiləri Müdafiə Nazirliyinin bütün növ təminat xərcliyinə götürülmüşdür. Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.N994-cü il tarixli, 2N5 saylı əmrinə əsasən Qarabağ qarnizonu hərbi prokurorluğu Silahlı Qüvvələrin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmişdir. İş materiallarında olan N saylı hərbi hissə komandiri polkovnik-leytenant E.Əlibəyovun xx.xx.N998-ci il tarixli, N002 saylı arayışından görünür ki, N saylı hərbi hissə xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, inzibati orqan kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları zəruri inzibati icraat aparılmaqla araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun N9.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. N3.N-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar