Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-81/2021 30.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X17 оğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X13 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “xx.xx.2007-ci il tarixli, alqı-satqı müqaviləsi əsasında aldığı 3.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə xx xxxx 2021-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək, “3.01 ha torpaq sahəsinin naturada ölçülməsi və çıxarışın veriməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1142/2020 nömrəli qərardadı ilə İddiaçı “3.01 ha torpaq sahəsinin naturada ölçülməsi və çıxarışın veriməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı kimi İddiaçı, cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi, iddia tələbinə “Cəlilabad rayon Uzuntəpə kəndi ərazisində alqı-satqı yolu ilə aldığı 3.01 ha pay torpaq sahəsinin naturada ölçülüb sərhədlərinin müəyyən edilməsi və həmin torpaq sahəsinin iddiaçıya təqdim edilməsi” kimi baxılması, X8, “xxxx” MMC-nin, X5, X2, X6, Cəlilabad rayon 1 saylı Notariat ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X13 Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(120)-81/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi qarşı “Cəlilabad rayon Uzuntəpə kəndi ərazisində alqı-satqı yolu ilə aldığı 3.01 ha pay torpaq sahəsinin naturada ölçülüb sərhədlərinin müəyyən edilməsi və həmin torpaq sahəsinin iddiaçıya təqdim edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “xx.xx.2007-ci il tarixli, alqı-satqı müqaviləsi əsasında aldığı 3.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2007-ci ilin noyabr ayının 9-da Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən 3.01 ha pay torpaq (əkin) sahəsi X7 müqavilə əsasında alqı-satqı edərək almışdır. Həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinin tələblərinə uyğun olaraq Cəlilabad rayon Natariat kontorunda təsdiq olunmuşdur. 2019-cu ilin noyabr ayında əkin vaxtı texnika aparmış yeri şumlamağa görmüşdür ki, sahədən müəyyən qədəri sürülmüşdür. Telefonla əlaqə saxlamış və öyrənmişdir ki, onun hər əkdiyi yerdən 1.20 ha hissəsini Cavabdeh Yasər adlı şəxsə satmışdır. Raufdan soruşanda ki, niyə belə edibsən cavabında bildirmişdir ki; “ Vaxtı ilə səhfən onun torpağını ölçüb ona verilmişdir” 2007-ci ildə alqı-satqı edəndə onlardan pulu Rauf özü almış və demişdir ki, torpaq dayısının adına olsa da pulunu verib almışdır və satır. Onun yerinin bir az üçbucaq olduquna görə o yeri Raufla heç olmasa 4-5 dəfə birlikdə ölçmüşdürlər. Bu barədə Reyestr xidmətinin Cəlilabad ərazi xidmətinə müraciət etmişdir. Lakin onlar xx.xx.2020-ci il tarixli **********2 saylı məktubla bildirilmişdir ki, torpaq sahəsinin hansı hissədən satılması qeyd olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, xx.xx.2007-ci il tarixli, alqısatqı müqaviləsi əsasında aldığı 3.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və üçüncü şəxslərə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2007-ci il tarixli 4Ə-2-266 nömrəli alqısatqı müqaviləsindən görünür ki, Paşayev X4 rayonu, Uzuntəpə kəndində yerləşən X10 məxsus olan 3.01 ha torpaq sahəsini 3000 (üç min) manata almışdır. İş materiallarında olan seriya MA ******* nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən 0.737212 ha torpaq sahəsi “xxxx” MMC-nin tam mülkiyyətinə verilmiş və onun adına rəsmiləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası X13 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinin **********64 nömrəli xx xxxxxxx 2020-ci il tarixli məktubuna əlavə olunmuş xx.xx.2011-ci il tarixli **********46 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, hüquq sahibi kimi “xxxx” MMC-nin adına 0.737212 ha torpaq sahəsi qeydiyyata alınmış, torpaq sahəsinin plan çizgisi tərtib olunmuş, həmin plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd Cəlilabad rayon 2 saylı DNK, xx.xx.2007-ci il tarixli, 4Ə-2-266 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsidir. İş materiallarında olan seriya MH ******* nömrəli çıxarışdan və torpaq sahəsinin plan çizgisindən görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən 0.737212 ha torpaq sahəsi X8 adına rəsmiləşdirilmiş, həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən 3.51 hektar torpaq sahəsi 3000 (üç min) manata X1. İş materiallarında olan xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən 1.29 hektar torpaq sahəsi 1000 (min) manata X1. İş materiallarında olan xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən 2.70 hektar torpaq sahəsi 2300 (iki min üç yüz) manata X1. İşdə olan Azərbaycan Respublikası X13 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin iddiaçıya göndərdiyi xx xxxxxx 2020-ci il tarixli, **********72 saylı məktubunda qeyd olunmuşdur ki, X13 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinə ünvanladığınız xx xxxxxx 2020-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, Cəlilabad rayon Notariat Kontorunun xx xxxxxx 2007-ci il tarixli 4Ə-2-26 nömrəli alqı-satqı müqaviləsi ilə aldığınız 3.01 ha torpaq sahəsinin hansı çıxarışa əsasən və hansı hissədən bölgü ilə satılması alqı-satqı müqaviləsində qeyd olunmamışdır. Belə ki, tərəflər arasında yaranmış torpaq mübahisəsinin həlli X15 Komitəsinin vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin səlahiyyəti xaricindədir. Məlumat üçıın bildiririk ki, Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin planı və ölçülərini tərtib edilməsini, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlkl üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və Məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsin məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədir hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sənədlərdəki çatışmamazlıqlara və mübahisəyə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən torpaq sahəsinin dövlət qeydiyyatına alınması mümkün deyildir. Belə ki, sənədlərdəki çatışmayanları aradan qaldırdıqdan və torpaq mübahisəsi Məhkəmə qaydasında müsbət həli etdikdən sonra X13 Komitəsin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinə müraciət edə bilərsiniz. Müraciətinizdən sonra torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. İşdə olan Azərbaycan Respublikası X13 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə göndərdiyi xx xxxxxx 2020-ci il tarixli, **********98 saylı məktubunda qeyd olunmuşdur ki, Şirvan İnzibati Məhkəməsinin 2-1 (120)-1142/2020 saylı bildirişinə cavab olaraq bildiririk ki, İddiaçı X13 Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 Cəlilabad Ərazi İdarəsi tərəfindən rəsmi olaraq bildirilmişdir ki, Cəlilabad rayon Notariat Kontorunun xx xxxxxx 2007-ci il tarixli 4Ə-2-26 nömrəli alqı-satqı müqaviləsi ilə aldığınız 3.01 ha torpaq sahəsinin hansı çıxarışa əsasən və hansı hissədən bölgü ilə satılması alqı-satqı müqaviləsində qeyd olunmamışdır. Tərəflər arasında yaranmış torpaq mübahisəsinin həlli X13 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyəti xaricindədir. Sənədlərdəki çatışmamazlıqlara və mübahisəyə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən torpaq sahəsinin dövlət qeydiyyatına alınması mümkün deyildir. Sənədlərdəki çatışmayanları aradan qaldırdıqdan və torpaq mübahisəsini Məhkəmə qaydasında müsbət həll etdikdən sonra X13 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edə bilər. Müraciətinizdən sonra torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. X13 Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş imtina məktubu qanunamüvafiq qaydada tərtib edilmişdir. Xahiş edirik inzibati iş üzrə qanunvericiliyin tələbinə uyğun qərar çıxarasınız. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin İddiaçı ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli **********27 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində istifadənizdə olan torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı yaranmış problemlərin aradan qaldırılmasına köməklik göstərilməsi barədə müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Müraciətinizdə qeyd olunan məsələlərin araşdırılması məqsədilə torpaq sahəsinə aid hüquqmüəyvənedici sənədlərin əslini Xidmətin tabeliyində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində baxılması üçün MMC-nin Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 197 ünvanında yerləşən Cəlilabad Layihə-Tədqiqat İdarəsinə təqdim etməyiniz zəruridir. Bu barədə MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsinə müvafiq tapşırıq verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü hissəsinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən maliyyələşdirilir. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X3rşı” iş üzrə xx xxxxxx 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X13 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 33-cü maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İddiaçının hazırkı iddiasının mahiyyəti (hüquqi marağı) notariat kontorunda təsdiq edilmiş xx xxxxxx 2007-ci il tarixli 4Ə-2-266 nömrəli alqı-satqı müqaviləsi ilə 3000 (üç min) manata aldığı Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən 3.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq və buna dair çıxarış əldə etməkdir. Hansı ki, notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlak üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata alınmasını tələb etmək torpaq sahibi kimi iddiaçının müstəsna hüququ, bu hüquqların qeydiyyatını aparmaq və qeydiyyata dair müvafiq sənədləşmə işlərini aparmaq isə cavabdehin vəzifəsidir. Cavabdehin imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətindən cavabdehin imtina etməsinin səbəbi xx xxxxxx 2007-ci il tarixli 4Ə-2-266 nömrəli alqı-satqı müqaviləsi ilə alınmış torpağın hansı çıxarışa əsasən və hansı hissədə bölgü ilə satılmasının müqavilədə qeyd olunmaması ilə əlaqədar olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən alqı-satqı müqaviləsi ilə eyni vaxtda fərqli çıxarışlar əsasında müxtəlif şəxslərə, müxtəlif ölçüdə torpaqlar satılmış və həmin müqaviləyə əsasən alıcılardan bəzilərinin adına çıxarış verilmişdir. Eyni zamanda iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, sözügedən alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçı ilə yanaşı digər şəxslərə də satılacaq torpağın hansı çıxarışa əsasən və hansı hissədə bölgü ilə satılmasını əks etdirən sənəd mövcud olmamışdır. Belə ki, iş materiallarında olan MA ******* nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən 0.737212 ha torpaq sahəsi “xxxx” MMC-nin tam mülkiyyətinə verilmiş və onun adına rəsmiləşdirilmişdir. İşdə olan xx.xx.2011-ci il tarixli **********46 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, hüquq sahibi kimi “xxxx” MMC-nin adına 0.737212 ha torpaq sahəsi qeydiyyata alınmış, torpaq sahəsinin plan çizgisi tərtib olunmuş, həmin plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd Cəlilabad rayon 2 saylı DNK, xx.xx.2007-ci il tarixli, 4Ə-2-266 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsidir. Göründüyü kimi cavabdeh inzibati orqan eyni müqavilə (2 saylı DNK, xx.xx.2007-ci il tarixli, 4Ə-2-266 nömrəli müqavilə) əsasında alıcı qismində adı keçən “xxxx” MMC-nin adına iddiaçıdan fərqli olaraq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib etmişdir. Hansı ki, həmin müqavilə bağlanan zaman “xxxx” MMC-nə satılacaq torpağın hansı çıxarışa əsasən və hansı hissədə bölgü ilə satılmasını əks etdirən sənəd mövcud olmamışdır. Məhkəmənin qənaətinə görə, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci (bərabərlik prinsipi) və 13-cü (etimad hüququnun qorunması prinsipi) maddələrinin tələbi baxımından qeyd edilən xüsusatların araşdırlması ilə bağlı zəruri inzibati icraat apararaq, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Başqa sözlə, hüquqların dövlət qeydiyyatı haqqında, o cümlədən qeydə alınmış mülkiyyət hüquqlarının müdafiəsi (düzgünlüyü) üçün verilmiş ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış, plan və ölçü sənədi vermək cavabdehin vəzifələri sırasına daxildir. Lakin işin faktiki hallarından görünür ki, cavabdeh qanunla onun üzərinə qoyulan vəzifələrini lazımınca icra etməmişdir. Bundan başqa məhkəmə xüsusi olaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdeh hüquqların dövlət qeydiyyatına alınmasından və iddiaçının ərizəsinin icrasından imtina edərkən yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə əməl etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, zərurət olarsa mütəxəssisin iştirakı ilə torpaq sahəsinə baxış keçirməli, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Cavabdeh iddiaçının müraciətini araşdırmadan formal əsaslarla imtina məktubu verməməli, qeyri-müəyyən münasibət bildirməməli idi. İş üzrə lazımi faktiki hallar tam aydın müəyyən olunmadığından iddiaçının iddia tələbinin təmin edilib-edilməməsi barədə məhkəmə qərarının qəbul edilməsi hazırki mərhələdə mümkün deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “xx.xx.2007-ci il tarixli, alqı-satqı müqaviləsi əsasında aldığı 3.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi” tələbi ilə bağlı İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası X13 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il tarixli, alqı-satqı müqaviləsi əsasında aldığı 3.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası X13 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-81/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-81/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver