Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-81/2024 23.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı “Saatlı rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 35 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 35 saylı sərəncamının ləğv edilməsi tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İddiaçı1 firması 02 sentyabr 2005-ci il tarixli məktub ilə Saatlı rayon İcra Hakimiyyətinə müraciət edərək firmaya sahibkarlıq fəaliyyətinin inkişafı məqsədilə “Bitki yağları emalı” kombinatının tikintisi üçün Saatlı şəhəri ərazisində torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Saatlı rayon İcra Hakimiyyəti başçısının 09 sentyabr 2005-ci il tarixli 137 saylı sərəncamına əsasən İddiaçı1 firmasına sahibkarlıq fəaliyyətinin inkişafı məqsədilə “Bitki yağı emalı” kombinatının tikintisi üçün X5, Saatlı-Sarıcalar avtomobil yolunun (hal-hazırda Saatlı şəhəri, M.P.Vaqif küçəsi) sağ tərəfində, Saatlı şəhərinin 90 saylı məhəlləsində, ölçüləri sxematik planda göstərilmiş 1,62 hektar olan torpaq sahəsi, şimaldan yüksək gərginlikli elektrik xətti və Saatlı-Sarıcalar avtomobil yolu ilə, cənub-qərbdən fərdi təsərrüfatlarla, cənib-şərqdən kollektor və “Şirə emalı” zavodu ilə qərbdən boş sahə və Telestudiya ilə həmsərhəd olaraq ayrılmışdır. Bu barədə torpaqdan müvəqqəti istifadə hüququna dair JN-8176, KOD 90800001 saylı, 11 noyabr 2005-ci il tarixli şəhadətnamə verilmişdir. Bundan sonra tərəfindən həmin ərazidə 2006-cı ilin aprel ayında ölçüləri 12x12,5 metr bina tikilmiş və sex bir müddət fəaliyyət göstərmişdir. Bu yaxınlarda məlum olmuşdur ki, Saatlı rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2020-ci il tarixli 35 saylı sərəncamı ilə İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 1,62 hektar torpaq sahəsinin 3400 kv.metr sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə uzun müddətə Saatlı şəhər sakini X2 icarəyə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət etməli olmuşdur. Şirvan İnzibati məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2-1(120)-1784/2021 saylı qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası mümkün sayılmamalıdır. İddiaçının hazırkı iddia tələbinin əsası ondan ibarətdir ki, Saatlı rayon İcra Hakimiyyəti başçısının 09 sentyabr 2005-ci il tarixli 137 saylı sərəncamına əsasən İddiaçı1 firmasına sahibkarlıq fəaliyyətinin inkişafı məqsədilə “Bitki yağı emalı” kombinatının tikintisi üçün X5, Saatlı-Sarıcalar avtomobil yolunun (hal-hazırda Saatlı şəhəri, M.P.Vaqif küçəsi) sağ tərəfində, Saatlı şəhərinin 90 saylı məhəlləsində, ölçüləri sxematik planda göstərilmiş 1,62 hektar olan torpaq sahəsi, şimaldan yüksək gərginlikli elektrik xətti və Saatlı-Sarıcalar avtomobil yolu ilə, cənub-qərbdən fərdi təsərrüfatlarla, cənib-şərqdən kollektor və “Şirə emalı” zavodu ilə qərbdən boş sahə və Telestudiya ilə həmsərhəd olaraq ayrılmışdır. Bu barədə torpaqdan müvəqqəti istifadə hüququna dair JN-8176, KOD 90800001 saylı, 11 noyabr 2005-ci il tarixli şəhadətnamə verilmişdir. Bundan sonra tərəfindən həmin ərazidə 2006-cı ilin aprel ayında ölçüləri 12x12,5 metr bina tikilmiş və sex bir müddət fəaliyyət göstərmişdir. Bu yaxınlarda məlum olmuşdur ki, Saatlı rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2020-ci il tarixli 35 saylı sərəncamı ilə İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 1,62 hektar torpaq sahəsinin 3400 kv.metr sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə uzun müddətə Saatlı şəhər sakini X2 icarəyə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsinin X2 icarəyə verilməsi barədə Saatlı rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 35 saylı sərəncamının ləğv edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iş materiallarında olan torpağdan müvəqqəti istifadə hüququna dair JN-8176 (KOD********) nömrəli şəhadətnamədən görünür ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 137 saylı sərəncamı və xx.xx.2005-ci il tarixli, 164 saylı icarə müqaviləsi əsasında X5 1.62 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı1 firmasına icarəyə verilmişdir. İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2020-ci il tarixli, 35 saylı sərəncamının surəti ilə müəyyən olunur ki, Saatlı şəhər sakini X1 ona sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması barədə ərizəsi və Əmlak Məsələləri Dövlət Komitəsi Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin 30 mart 2020-ci il tarixli, **********31 nömrəli razılıq məktubu, Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən tərtib edilmiş torpaq sahəsinin vəziyyətini əks etdirən 02 aprel 2020-ci il tarixli, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planı nəzərə alınmış, Ş.Əzizovaya Saatlı şəhəri ərazisində, dövlət mülkiyyətinə aid 3400,0 kv.metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə uzun müddətə icarəyə verilməsi və onunla icarə müqaviləsi bağlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti hal-hazırkı iddia ərizəsini xx.xx.2021-ci il tarixdə poçta təhvil vermiş, xx.xx.2021-ci il tarixdə isə Şirvan İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/6853 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-38/2-2307/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Saatlı rayon icra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 137 saylı sərəncamı əsasında İddiaçı1 firmasına ayrılmış 1.62 ha torpaq sahəsinin koordinatlarını naturada (yerdə) müəyyən etmək mümkün olmadığından, İddiaçı1 firmasına məxsus tikililərin həmin torpaq sahəsində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 137 saylı sərəncamı əsasında İddiaçı1 firmasına ayrılmış 1.62 ha torpaq sahəsinin koordinatları naturada (yerdə) müəyyən etmək mümkün olmadığından, sözügedən 1.62 ha torpaq sahəsi ilə Saatlı rayon icra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 35 saylı sərəncamı əsasında X2 ayrılmış 3400 kv.m və ya 0,34 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ekspertiza zamanı ərazidə 198 kv.m ölçüdə yeraltı hovuz, 1740 kv.m ölçüdə və 137 kv.m ölçüdə mişar daşından inşa edilmiş tikililər aşkar olunmuşdur. 198 kv.m ölçüdə olan yeraltı hovuz və 1740 kv.m ölçüdə tikili X1 Çıxarışla icarə hüquqları Dövlət qeydiyyatına alınmış 0.34 ha torpaq sahəsinin hüdudları daxifindədir. Lakin 137 kv.m ölçüdə olan tikili Çıxarışla icarə hüquqları Dövlət qeydiyyatına alınmış 0.34 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşməklə iddiaçının göstərdiyi torpaq sahəsinin hüdudları daxilindədir. Tikililər dövlət qeydiyyatına alınmadığından kimə məxsus olduğu təsbit edilə bilmədi. Əlavə olaraq qeyd edirik ki, çöl ölçmə işləri aparılarkən İddiaçı1- nin nümayəndəsinin göstərdiyi ərazi ilə X2 verilmiş çıxarışda qeyd olunan torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Lakin elektron baza məlumatlarında aparılan araşdırma zamanı, eyni zamanda Şəhadətnamədə göstərilən koordinatları naturada müəyyən etmək mümkün olmadığından qeyd olunan halın öz təsdiqini tapması mümkün olmamışdır. Qeyd: Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 137 saylı sərəncamı əsasında İddiaçı1 firmasına ayrılmış 1.62 ha torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-İ tərəfindən “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-8176, KOD 90800001 saylı “Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə qeyd edilən koordinatlar faktiki vəziyyəti əks etdirmədiyindən (sənəd göstəriciləri ilə məkan göstəriciləri arasında uyğunsuzluq) sözügedən 1,62 ha torpaq sahəsini naturada (yerdə) müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilən hüquq normalarının hazırki işin müəyyən edilmiş fakitiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud olmalıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən üçüncü şəxsə məxsus torpaq sahəsinin kordinatları iddiaçıya məxsus torpaq sahəsinin üzərinə qeydiyyata alınsın. Lakin, iş materiallarında olan sənədlərdən (ekspert rəyindən) müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi hazırda mübahisələndirilən üçüncü şəxsə məxsus torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Yəni iddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahələrinin üst-üstə düşməsi halını müəyyən etmək mümkün olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsi İddiaçı1-nin direktoru X7 tərəfindən imzalanmış, lakin onun İddiaçı1-nin direktoru kimi həmin ərizəni imzalamaq səlahiyyətini təsdiq edən hər hansı sənədi iş materiallarına əlavə etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İddiaçı1 ilə Saatlı Rayon İcra Hakimiyyətinin arasında xx.xx.2005-ci il tarixli, 164 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə 15 il müddətinə bağlanmış, İddiaçı1-nin icarə müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı1-nin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2021-ci il tarixdə onun qeyd edilən torpaq sahəsinə dair hər hansı subyektiv hüququ mövcud olmamışdır. Yəni Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli, 35 nömrəli sərəncam qəbul edilərkən onun hər hansı hüququ pozulmamışdır. Həmçinin İddiaçı1 sözügedən sərəncamdan 2020-ci ilin may ayından məlumatlı olsa da, yalnız 2021-ci ilin oktyabr ayında həmin sərəncamın mübahisələndirilməsinə dair məhkəmədə iddia qaldırmış, bununla da 30 günlük iddia müddətini ötürmüşdür. Həmin 30 günlük iddia müddətinin ötürülməsini də Nursan firmasının əvvəlki direktoru ilə sənədlərin təhvil-təslim edilməməsi səbəbindən məhkəmədə iddia qaldıra bilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı mübahisələndirdiyi əmrdən məlumatı olmuş və prosessual müddətin axımı həmin sərəncamın məlum olduğu 2020-ci ilin may ayından başlamışdır. İddia ərizəsi isə xx.xx.2021-ci il tarixdə poçta, xx.xx.2021-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə iddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 1 (bir) il 4 (dörd) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, iddia müddətinin ötürülməməsinə dair sübutlarının, subyektiv hüququnun olmasına, iddia etdiyi torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahələrinin üst-üstə düşməsinə dair sübutlarının, Saatlı rayon İcra Hakimiyyəti tərəfindən subyektiv hüququnun pozulmasına, iddia ərizəsini imzalamaq üçün səlahiyyətinin olmasına dair sübutların olmasının zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yəni, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-412/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı “Saatlı rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 35 saylı sərəncamının ləğv edilməsi” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 11739 nömrəli qəbzdən görünür ki, tədqiqat obyektinə baxış keçirilməsinin nəticələrinə dair tərtib edilmiş mütəxəssis rəyinin verilməsi üçün smetada nəzərdə tutulmuş 95 manat xidmət haqqıİddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatın dəyərləri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətidən tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı “Saatlı rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 35 saylı sərəncamının ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Tədqiqat obyektinə baxış keçirilməsinin nəticələrinə dair tərtib edilmiş mütəxəssis rəyinin verilməsi üçün smetada nəzərdə tutulmuş 95 manat xidmət haqqı İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. İş üzrə təyin edilmiş sənədlərin məhkəmə texniki ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SFİFT BİK CTREAZ22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-81/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-81/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver