Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-81/2025 08.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı ünvan 1 ünvanında yerləşən, Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 saylı protokolundan çıxarışa əsasən 347,80 kv.m həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş fərdi yaşayış evinin 41 kv.m hissəsinə mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 4 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinə dair mülkiyyət hüququnun məcburi qaydada tanınmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 –49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1872/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, X11 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1872/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17in 10 saylı ünvan 1 ünvanında yerləşən 41 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-596/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə,iş üzrə X12 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-81/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17in 10 saylı ünvan 1 ünvanında yerləşən, Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 saylı protokolundan çıxarışa əsasən mülkiyyətində olan 347,80 kv.m həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş fərdi yaşayış evinin 41 kv.m hissəsinə mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş 16 may 2022-cı il tarixli **********45 saylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında bildiriş ilə razı deyildir. Hesab edir kı, inzibatı orqan öz vəzifəsindən irəli gələn məsələləri vaxtında yerinə yetirmədiyinə görə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş iddia ərizəsinə münasibətdə (etirazda) göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17in 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 21 iyun tarixli, 2-1(120)- 1872/2022 saylı inzibati iş üzrə “Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, Lənkəran şəhər XDS İcrayə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 saylı iclas protokolundan çıxarışla mülkiyyətdə olan 347,80 kv.m həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh olaraq üzərinə qoyulması” iddia tələbinə dair sərəncama münasibətin (etirazın) bildirilməsinə münasibətdə, tərəfimizdən arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki iş üzrə İddiaçı 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 17 mart tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, Lənkəran şəhər XDS İcrayə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 saylı iclas protokolundan çıxarışla mülkiyyətdə olan 347,80 kv.m həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş fərdi yaşayış evi üzərində yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər tərəfimizdən icraata qəbul edilmiş və həmin sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən, habelə faktiki yerində aparılan müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə qonşular arasında ciddi mübahisə mövcuddur. Həmin dövrdə hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş , Lənkəran şəhər XDS İcrayə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 saylı iclas protokolundan çıxarışla mülkiyyətdə olan 347,80 kv.m həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş fərdi yaşayış evi üzərində yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar tərəflər arasında ciddi mübahisə (yeganə səbəb olaraq torpaq sahəsinə münasibətdə) olduğu səbəbdən, həmin şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına imtina bildirişi ünvanlanmışdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərdən, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə ilkin hüquqmüəyyənedici sənədlərin əsaslılığı və qanuniliyi baxımından araşdırılması zərurəti yaranmışdır. Hazırki sərəncamın icrası olaraq bildirilir ki, gələcəkdə iş üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 "xxxx" MMC, habelə mübahisə yaradan tərəflər cəlb edilməklə, məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmaq şərtilə mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi 347,80 kv.m torpaq sahəsinə münasibətdə yaranmış uyğunsuzluğun aradan qaldırılmasına münasibətdə müvafiq qərar qəbul edildiyi təqdirdə baxıla bilər. Məhkəmə iclasında iştrak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lənkəran rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci il tarixdə anadan olmuş, ünvan 9 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17in 10 saylı Lənkəran ərazi idarəsini tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********45 saylı məktubunda göstərilmişdir ki, Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, Lənkəran şəhər “XDS"-nin İcrayə Komitəsinin 28 noyabr 1985-ci il tarixli 22 saylı iclas protokolundan çıxarışla mülkiyyətində olan 347,80 kv.m həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş ümumi sahəsi 41 kv.m-dən ibarət fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, həmin həyətyanı torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim etdiyi sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Məlumat üçün bildirilir ki, təqdim olunmuş sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, tərəflər arasında mübahisə mövcuddur. Belə ki, sözügedən torpaq sahəsinə dair digər mülkiyyətçinin adına 1/2 hissədə pay hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş müvafiq “çıxarış”ın ləğv olunması barədə aidiyyəti üzrə yekun məhkəmə qərarı icra üçün hal-hazıradək Ərazi İdarəsinə daxil olmadığından, torpaq sahəsinə münasibətdə həmin şəxsin mülkiyyət hüquqları toxunulmazdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, eyni zamanda həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunan səbəblərdən həmin torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq əvvəllər yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması proseduru Ərazi İdarəsinin imkanları xaricindədir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan- Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış 04 fevral 2021-ci il tarixli, 2(106)-39/2021 saylı məktubunda göstərilmişdir ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı miras üzərində payların müəyyən olunması və hüquqların müvafiq qaydada reyestrdə qeydə alınması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(049)-223/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılmış, məhkəmənin 04 fevral 2021-ci il tarixli, 2(106)- 39/2021 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş apelyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(049)-223/2019 saylı qətnaməsi qismən, xx.xx.1991-ci il tarixdə ölmüş miras qoyan şəxs X1 və istifadəsində olmuş ünvan 13 ünvanında 253.83 kv.m torpaq sahəsində yerləşən, yaşayış sahəsi 47 kv.m, ümumi sahəsi 91 kv.m olan iki otaqlı, 1 mərtəbəli mülkün ½ hissəsinə iddiaçı X5 pay hüququnun müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin təmin edilməməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli, 2(106)-39/2021 saylı qətnaməsindən iddiaçı X11 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış Ali Məhkəmənin qərarına əsasən iddiaçı X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsin 04 fevral 2021-ci il tarixli, 2(106)-39/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən Ali Məhkəmənin qərar qəbul edildiyi andan qüvvəyə mindiyi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2(106)-1030/2023 saylı məktubunda göstərilmişdir ki, Şirvan Apellyasıya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(106)-2095/2016 saylı qətnaməsini qanuni qüvvəsini almış və mülki iş xx.xx.2017cı il tarixdə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Bununla yanaşı həmin məhkəmə aktının təsdiq olunmuş surəti göndərilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17in 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 02 noyabr tarixli, 2-1(120)- 1872/2022 saylı inzibati iş üzrə “Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, Lənkəran şəhər XDS İcrayə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 saylı iclas protokolundan çıxarışla mülkiyyətdə olan 347,80 kv.m həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh olaraq üzərinə qoyulması” iddia tələbinə dair hazırki sorğuda barəsində soruşulan tərəflər arasında mövcud mübahisənin nədən ibarət olması barədə məlumatların verilməsinə münasibətdə arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki iş üzrə İddiaçı 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 17 mart tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, Lənkəran şəhər XDS İcrayə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 saylı iclas protokolundan çıxarışla mülkiyyətdə olan 347,80 kv.m həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş fərdi yaşayış evi üzərində yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər icraata qəbul edilmiş və həmin sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən, habelə faktiki yerində aparılan müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə, yəni qonşusuna məxsus fərdi yaşayış evinin sərhəd olan hissədə qonşular arasında mübahisə mövcuddur. Hazırki sorğunun icrası olaraq bildirilir ki, gələcəkdə iş üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 "xxxx" MMC, habelə mübahisə yaradan tərəflər cəlb edilməklə, məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmaq şərtilə mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi 347,80 kv.m torpaq sahəsinə münasibətdə yaranmış uyğunsuzluğun aradan qaldırılmasına dair (yəni iddiaçının qonşusu tərəfindən dəmir torla hasara alınmış mübahisələndirilən torpaq sahəsinin kimə məxsus olmasının müəyyən edilməsinə münasibətdə) müvafiq qərar qəbul edildiyi təqdirdə baxıla bilər. İşdə olan Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2022-ci il tarixli, B/233 saylı məktubunda göstərilmişdir ki, İddiaçı Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin 28 noyabr 1985-ci il tarixli 22 saylı protokolu ilə torpaq sahəsinin ayrılması haqqında olan qərarın xx.xx.2022-ci il tarixli B/233 -1 № li arxiv çıxarışı və həmin qərarın verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş kserosurətləri göndərilir. Eyni zamanda bildirilir ki, torpaq qeydləri və həmin qeydin verilməsinə əsas olan sənədlər X9 filialına təhvil verilmədiyindən sorğuda qeyd olunan 287/575 nömrəli torpaq qeydinin və həmin qeydin verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin verilməsi mümkün olmadı. İşdə olan Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2022-ci il tarixli, B/233-1 saylı arxiv çıxarışında göstərilmişdir ki, Lənkəran şəhər X8 İcraiyyə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 №-li iclas protokolundan çıxarışa əsasən, B.O. Abbasov küçəsi 58 №-li evdə yaşayan İddiaçı yaşayış sahəsi 24 kv.m olan evinə xx.xx.1985-ci il tarixli texniki akta əsasən yaşayış sahəsi 17 kv.m. olan əlavə otaq artırılsın. İddiaçı adma cəmi yaşayış sahəsi 41 kv.m. olan iki otaqlı birmərtəbəli yaşayış evinin layihəsi təsdiq edilsin, ona əlavə otaq və mətbəx tikilməsinə icazə verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 10-54/7-1155 saylı məktubunda göstərilmişdir ki, inzibati işlə bağlı XDS İcrayə Komitəsinin 28 noyabr 1985-cı il tarixli, 22 saylı qərarının İddiaçı həyətyanı torpaq sahəsinin ayrılması hissəsində müvafiq qaydada təsdiq edilmiş surətləri göndərilmişdir. Torpaq qeydləri və həmin qeydlərin verilməsinə əsas olan sənədlər X9 filialına təhvil verilmədiyindən 287/575 nömrəli torpaq qeydinin və həmin qeydin verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Lənkəran şəhər sakini X6 Lənkəran rayonu ərazisində hər-hansı bir daşınmaz əmlakın olub-olmaması barədə məlumatın təqdim edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17in 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanladığı 26 aprel 2023-cü il tarixli, 2-1 (120)-596/2023 qeydiyyat nömrəli məktuba baxılmışdır. Həmin məktuba müvafiq olaraq, 10 saylı Lənkəran Ərazi İdarəsinin arxiv materialları üzrə aparılmış axtarışın nəticəsi olaraq sorğuda qeyd olunan X6 adına halhazırda Lənkəran rayonu ərazisində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17in məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, X6 adına Lənkəran rayonu ərazisində daşınmaz əmlakın olub-olmaması haqqında məlumatın verilməsi barədə sorğuya aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17in 10 saylı Lənkəran Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən sorğuda qeyd olunan şəxsin adına Lənkəran rayonu ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-596/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3367 nömrəli məktubu ilə xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3367 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3367 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2169/2024 saylı mütəxəssis rəyinə əsasən, Azərbaycan SSR Lənkəran şəhəri Kommunal təsərrüfatı şöbəsinin şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün xx.xx.1985-ci il tarixli, 287/575 saylı torpaq qeydinə əsasən, İddiaçı müddətsiz istifadəsinə verilmiş həyətyanı 253.83 kv.m torpaq sahəsinə dair torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və.s. əks olunan) inzibati iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 253,83 kv.m torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2169/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 22 saylı iclas protokolundan çıxarışa əsasən həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş ümumi sahəsi 41 kv.m-dən ibarət fərdi yaşayış evinin faktiki vəziyyətdə mövcud olmaması müəyyən olunmuşdur. İddiaçı istifadəsində olan torpaq sahəsi üzərində faktiki vəziyyətdə tikilialtı sahəsi 122,1 kv.m ölçüdən ibarət fərdi yaşayış evinin mövcud olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-3-43/2-2169/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 22 saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsində tikintisinə icazə verilmiş ümumi sahəsi 41,0 kv.m-dən ibarət fərdi yaşayış evinin faktiki vəziyyətdə mövcud olmaması müəyyən olunmuşdur. İddiaçı istifadəsində olan torpaq sahəsi üzərində faktiki vəziyyətdə tikilialtı sahəsi 122,1 kv.m ölçüdən ibarət fərdi yaşayış evinin mövcud olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2169/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, İddiaçı istifadəsində olan torpaq sahəsi üzərində vəziyyətdə tikilialtı sahəsi 122,1 kv.m ölçüdən ibarət fərdi yaşayış evinin koordinatlarının X6 qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İddiaçı iddia etdiyi 253,83 kv.m torpaq sahəsinin 22 kv.m hissəsinin X6 istifadəsində olan torpaq sahəsinin üzərinə düşməsi müəyyən olunmuşdur. Həmin üst-üstə düşən hissənin hazırda mübahisə predmeti olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2169/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, İddiaçı istifadəsində olan torpaq sahəsi üzərində vəziyyətdə tikilialtı sahəsi 122,1 kv.m ölçüdən ibarət fərdi yaşayış evinin koordinatlarının üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2169/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, İddiaçı istifadəsində olan torpaq sahəsi üzərində vəziyyətdə tikilialtı sahəsi 122,1 kv.m ölçüdən ibarət fərdi yaşayış evinin iddiaçının istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17in 10 saylı ünvan 17 ünvanında yerləşən 41 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılması ilə əlaqədar məhkəmə qərardadı ilə mütəxəssis qarşısında qoyulmuş ikinci sual üzrə yenidən araşdırma aparılaraq ətraflı cavabın təqdim edilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17in 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Sözügedən mübahisəli fərdi yaşayış evinə İddiaçı iştirakı ilə mütəxəssislər tərəfindən yerində baxış keçirilmiş və fərdi yaşayış evinin faktiki ölçüləri müəyyən edilmişdir. Araşdırma zamanı əvvəllər 41 kv.m tikilialtı sahəsi olan fərdi yaşayış evinin faktiki vəziyyətdə tikilialtı sahəsinin 122,1 kv.m ölçüdən ibarət olması müəyyən olunmuşdur. Həmin fərdi yaşayış evinin bütövlüklə iddia edilən 253,83 kv.m torpaq sahəsi üzərində yerləşməsi və fərdi yaşayış evinin ikimərtəbədən ibarət mişar daşı və kərpiclə inşa edilməsi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lənkəran şəhər X8 İcraiyyə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 №-li iclas protokolundan çıxarışla İddiaçı yaşayış sahəsi 24 kv.m olan evinə xx.xx.1985-ci il tarixli texniki akta əsasən yaşayış sahəsi 17 kv.m. olan əlavə otaq artırılması qərar alınmış və İddiaçı adına cəmi yaşayış sahəsi 41 kv.m. olan iki otaqlı birmərtəbəli yaşayış evinin layihəsi təsdiq edilməsi, ona əlavə otaq və mətbəx tikilməsinə icazə verilməsi qərara alınmışdır. Həmin vaxtdan etibarən iddiaçı 41 kv.m fərdi yaşayış evində yaşamış, oradan istifadə etmişdir. Məhkəmə tərəfindən keçirilmiş tikinti-texniki ekspertiza rəyinə əsasən, Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 22 saylı iclas protokolundan çıxarışa əsasən həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş ümumi sahəsi 41 kv.m-dən ibarət fərdi yaşayış evinin faktiki vəziyyətdə mövcud olmaması müəyyən olunmuşdur. İddiaçı istifadəsində olan torpaq sahəsi üzərində faktiki vəziyyətdə tikilialtı sahəsi 122,1 kv.m ölçüdən ibarət fərdi yaşayış evinin mövcud olması müəyyən olunmuşdur. Həmçinin ekspert rəyi üzrə Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, İddiaçı istifadəsində olan torpaq sahəsi üzərində vəziyyətdə tikilialtı sahəsi 122,1 kv.m ölçüdən ibarət fərdi yaşayış evinin koordinatlarının X6 qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İddiaçı iddia etdiyi 253,83 kv.m torpaq sahəsinin 22 kv.m hissəsinin X6 istifadəsində olan torpaq sahəsinin üzərinə düşməsi müəyyən olunmuşdur. Həmin üst-üstə düşən hissənin hazırda mübahisə predmeti olması müəyyən olunmuşdur. Bundan sonra İddiaçı məhkəmədə iddia tələbini dəqiqləşdirərək, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 32 ünvanında yerləşən, Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 saylı protokolundan çıxarışa əsasən, 347,80 kv.m həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş fərdi yaşayış evinin 41 kv.m hissəsinə İddiaçı adına mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Buna görə inzibati iş üzrə mübahisəli fərdi yaşayış evinin 41 kv.m hissəsinə münasibətdə iş materiallarını araşdırmağı məqsədə müvafiq hesab edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin SİYAHİSİ
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport ilə İddiaçı mülkiyyətinin yerləşdiyi ünvanda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən adına (ilk əvvəl X7 adına qeydə alınmışdır) verilmiş Lenin, 82 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1985-ci il tarixli, 3099 nömrəli pasportun kartoçka üzrə torpağın ümumi sahəsi 446.80 kv.m (tikilinin altında olan və həyətyanı sahə ilə birlikdə), açıq torpaq sahəsi 347.80 kv.m göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli, **********45 saylı məktubla iddiaçı tərəfindən edilən müraciətdən imtina edərək, Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, Lənkəran şəhər “XDS"-nin İcrayə Komitəsinin 28 noyabr 1985-ci il tarixli 22 saylı iclas protokolundan çıxarışla mülkiyyətində olan 347,80 kv.m həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş ümumi sahəsi 41 kv.m-dən ibarət fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, həmin həyətyanı torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim etdiyi sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Təqdim olunmuş sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, tərəflər arasında mübahisə mövcuddur. Belə ki, sözügedən torpaq sahəsinə dair digər mülkiyyətçinin adına 1/2 hissədə pay hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş müvafiq “çıxarış”ın ləğv olunması barədə aidiyyəti üzrə yekun məhkəmə qərarı icra üçün hal-hazıradək Ərazi İdarəsinə daxil olmadığından, torpaq sahəsinə münasibətdə həmin şəxsin mülkiyyət hüquqları toxunulmazdır. “Daşınmaz əmlakın dbvlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, eyni zamanda həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunan səbəblərdən həmin torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq əvvəllər yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması proseduru Ərazi İdarəsinin imkanları xaricindədir.Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan- Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3459/2021 saylı qərarı ilə iddiaçı X5 cavabdeh İddiaçı qarşı miras üzərində payların müəyyən olunması və hüquqların müvafiq qaydada reyestrdə qeydə alınması tələbinə dair mülki iş üzrə iddia ərizəsinin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsin 04 fevral 2021-ci il tarixli, 2(106)- 39/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu onu deməyə əsas verir ki, cavabdeh orqanın imtina məktubunda əsas olaraq qeyd etdiyi hal aradan qaldırılmışdır. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Lənkəran şəhər X8 İcraiyyə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 №-li iclas protokolundan çıxarış mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” Məhkəmə təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan SSR Lənkəran şəhəri Kommunal təsərrüfatı şöbəsinin şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün xx.xx.1985-ci il tarixli, 287/575 saylı torpaq qeydinə əsasən, Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 22 saylı iclas protokolundan çıxarışa əsasən həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş ümumi sahəsi 41 kv.m-dən ibarət fərdi yaşayış evinin faktiki vəziyyətdə mövcud olmaması müəyyən olunmuşdur. İddiaçı istifadəsində olan torpaq sahəsi üzərində faktiki vəziyyətdə tikilialtı sahəsi 122,1 kv.m ölçüdən ibarət fərdi yaşayış evinin mövcud olması müəyyən olunmuşdur. Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 22 saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsində tikintisinə icazə verilmiş ümumi sahəsi 41,0 kv.m-dən ibarət fərdi yaşayış evinin faktiki vəziyyətdə mövcud olmaması müəyyən olunmuşdur. İddiaçı istifadəsində olan torpaq sahəsi üzərində faktiki vəziyyətdə tikilialtı sahəsi 122,1 kv.m ölçüdən ibarət fərdi yaşayış evinin mövcud olması müəyyən olunmuşdur. Lənkəran şəhəri, X13 küçəsi 32 ünvanında yerləşən, İddiaçı istifadəsində olan torpaq sahəsi üzərində vəziyyətdə tikilialtı sahəsi 122,1 kv.m ölçüdən ibarət fərdi yaşayış evinin koordinatlarının X6 qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Həmin fərdi yaşayış evinin bütövlüklə iddia edilən 253,83 kv.m torpaq sahəsi üzərində yerləşməsi və fərdi yaşayış evinin ikimərtəbədən ibarət mişar daşı və kərpiclə inşa edilməsi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarına əlavə edilmiş sənədlərlə (Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 32 ünvanında yerləşən, Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 saylı protokolundan çıxarış, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport) ünvan 18 ünvanında yerləşən fərdi yaşayış evinin 41 kv.m hissəsinin iddiaçının mülkiyyətinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X10 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 32 ünvanında yerləşən, Lənkəran şəhər XDS İcraiyyə Komitəsinin 28 noyabr 1985-ci il tarixli, 22 saylı protokolundan çıxarışa ( qərarına) əsasən, 347,80 kv.m həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş fərdi yaşayış evinin 41 kv.m hissəsinə İddiaçı adına mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22.Hesab №AZ34CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Amilya Hüseynova