Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-810/2024 29.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmağı haqqında N nömrəli hərbi hissə komandirinin xx.xx.N23-cü il tarixli, N17əç nömrəli əmrinin ləğv edilməsi, N nömrəli hərbi hissənin terapiya bölməsinin baş tibb bacısı vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbayan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmağı haqqında N nömrəli hərbi hissə komandirinin xx.xx.N23-cü il tarixli, N17əç nömrəli əmrinin ləğv edilməsi, N nömrəli hərbi hissənin terapiya bölməsinin baş tibb bacısı vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.N23-cü il tarixli, 2-1(1N)-3N96/N23 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əvəz olunmuşdur. Məhkəmənin xx.xx.N24-cü il tarixli qərardadı ilə N nömrəli hərbi hissə komandanlığı (1-ci Ordu Korpusu) zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə əsasən iddia tələbi dəqiqləşdirilərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmağı haqqında N nömrəli hərbi hissə komandirinin xx.xx.N23-cü il tarixli, N17əç nömrəli əmrinin ləğv edilməsi, N nömrəli hərbi hissənin terapiya bölməsinin baş tibb bacısı vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 14 iyul NN5-ci il tarixdə öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə qadın hərbi qulluqçu olaraq həqiqi hərbi xidmətə qəbul edilmiş, ona “əsgər” hərbi rütbəsi verilmişdir. Hərbi xidmətini ilkin olaraq N nömrəli hərbi hissədə başlamışdır. O, Tibb Texnikumunu (Tibb Kolleci) bitirdiyi və ixtisasca tibb bacısı olduğu üçün hərbi tibb müəssisələrdə müvafiq vəzifələrdə xidmət etmişdir. N1 iyul NN7-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin “N145əç” nömrəli əmri ilə “baş çavuş” hərbi rütbəsinə layiq görülmüşdür. N19-cu ilin may ayında xidməti zərurətlə əlaqədar xidmətini davam etmək üçün N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə göndərilmiş, N nömrəli hərbi hissə (1-ci Ordu Korpusu) komandirinin 31 mart N21-ci il tarixli “N15əç” nömrəli əmri ilə N nömrəli hərbi hissənin terapiya bölməsinin baş tibb bacısı vəzifəsinə təyin edilmişdir. Bildirir ki, o hərbi xidmətdə olduğu müddətdə hərbi hissə komandanlığı tərəfindən dəfələrlə dövlət təltiflərinə layiq görülmüş, Vətən müharibəsi iştirakçısıdır. Belə ki, o, 19 iyul NN8-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9N illiyi (1918-NN8)” yubiley, 26 iyun N13-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley və “Azərbaycan Ordusunun (1918-N18) 1NN illiyi” yubiley, 26 iyun N16-cı il tarixdə “Qüsursuz hərbi xidmətə görə” 3-cü dərəcəli, 26 iyun N18-ci il tarixdə “Azərbaycan Ordusunun (1918-N18) 1NN illiyi” yubiley, 26 iyun N21-ci il tarixdə “Qüsursuz hərbi xidmətə görə” 2-ci dərəcəli medalları ilə təltif edilmişdir. Əlavə olaraq bildirir ki, xidmət müddətində hərbi hissə komandanlığı tərəfindən “Fəxri Fərman”lara və “Təşəkkürnamə”lərə layiq görülmüşdür. Belə ki, dəfələrlə (9 dəfə) hərbi hissə komandanlığı tərəfindən “Fəxri Fərman”larla mükafatlandırılmışdır. Belə ki, N14, N15, N17-ci illərdə döyüş- ixtisas hazırlığında yüksək nailliyyətlər əldə etdiyinə, xidmətdə fərqləndiyinə görə N nömrəli hərbi hissə komandiri tərəfindən, NN, N21, N22-ci illərdə vəzifəmin öhdəsindən layiqincə gəldiyinə, döyüş və ictimai-siyasi hazırlığın yüksəldilməsində, hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi uğurlu nəticələrə görə N nömrəli hərbi hissə komandirləri tərəfindən ”Fəxri Fərman”lara layiq görülmüşdür. Bu “Fəxri Fərman”lardan sonuncuları ona 21 mart N22-ci il və 26 iyun N22-ci il tarixlərdə verilmişdir. Xidmət etdiyi dövrdə intizamsızlığa yol verməmiş, cinayət, inzibati (intizam) və maddi məsuliyyətə cəlb edilməmişdir. Hərbi xidmətdə əldə etdiyi nailiyyətlərə görə və ixtisası üzrə zəruri biliyə malik olmağı hərbi hissə komandanlığı tərəfindən nəzərə alınmış, AR silahlı Qüvvələrin Baş Qərargah rəisinin 3N dekabr N21-ci il tarixli N47 nömrəli əmrinə əsasən ona “1-ci məharət dərəcəsi” verilmişdir. Bütün bu faktları və halları diqqətə çatdırmağı ilə bildirmək istəyir ki, müsbət xasiyyətləndirilməyi, yüksək dövlət təltiflərinə, “baş çavuş” hərbi rütbəsinə, “1-ci məharət dərəcə” yə layiq görülməyi, hərbi xidmətinin müddətinin təqvimi olaraq 17 il 6 aydan artıq olması, bundan əlavə xidmətə qəbul edilməmişdən əvvəl mülki işlərdə müəyyən qədər əmək stajına malik olmağı nəzərə alınmamış, ona qarşı qərəzli münasibət göstərilmiş, nəticədə barəsində qanunsuz və əsassız inzibati akt (əmr) qəbul edilmişdir. Belə ki, o hərbi xidmətə daxil olarkən bağlaşmanı (müqaviləni) imzalamışdır. N18-ci ildə onun 45 yaşı tamam olduğunda onun müqaviləsi yenilənmiş, onun müraciəti əsasında xidmət müddəti 1 il müddətinə artırılmışdır. 19 dekabr N22-ci il tarixdə o, xidmət etdiyi N nömrəli hərbi hissənin terapiya bölməsinin rəisinə raportla müraciət edərək himayəsində 2 azyaşlı qız uşağının olduğunu nəzərə alıb, xidmət müddətinin artırılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Onun raportu əsasında tabelikdə olduğu terapiya bölməsinin rəisi tibb xidməti mayoru Həsən Səlimzadə onun hərbi xidmətdə müsbət cəhətdən fərqləndiyini nəzərə alıb N nömrəli hərbi hissə komandanlığı qarşısında yazılı vəsatət qaldırmışdır (həmin raportun surəti ərizəyə əlavə edilir). Bundan başqa, N dekabr N22-ci il tarixdə terapiya bölməsinin rəisi tərəfindən onunla fərdi söhbət aparılarkən o həyat yoldaşının vəfat etməsini, himayəsində iki azyaşı övladlanın olmasını nəzərə alıb, pensiya hüququ əldə edənədək hərbi xidmətini davam etdirməyinə köməklik göstərilməsini xahiş etmişdir. Əlavə olaraq həmin (ilkin) söhbət zamanı o bildirmişdir ki, əlavə gəliri və sığınacaq yeri yoxdur. N5 yanvar N23-cü il tarixdə xidmət etdiyi hərbi hissədə onunla 2-ci söhbət aparılmışdır. Həmin söhbət zamanı o hərbi hissə komandanlığına müraciət edərək bildirmişdir ki, NN5-ci ildən həqiqi hərbi xidmətdədir, təqvimi 17 il 6 aydan artıq hərbi stajı var, komandirlərin və rəislərin əmr və göstərişlərini vaxtlı-vaxtında icra etmiş, hərbi nizamnamələri bilir, Vətən müharibəsi iştirakçısıdır, həyat yoldaşı 19 oktyabr N22-ci il tarixdə vəfat etdikdən sonra himayəsində olan 2 azyaşlı övladını təkbaşı böyüdür, buna görə hərbi xidmətinin N ilini tamamlamağı, qanunvericiliklə nəzərdə tutulmuş imtiyazları əldə edənək hərbi xidmətini davam etməyi üçün yuxarı komandanlıq qarşısında hərbi hissə komandanlığı tərəfindən vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin bütün bunlara baxmayaraq, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd olaraq N nömrəli hərbi hissə komandiri tərəfindən N aprel N23-cü il tarixdə “N17əç” nömrəli əmri ilə o, istefaya buraxılmışdır. Bildirir ki, həmin əmr barədə onun məlumatı olmayıb. N aprel N23-cü il tarixdə ona tabelikdə olduğu terapiya bölməsinin rəisi məlumat verib ki, artıq o N nömrəli hərbi hissə komandirinin N aprel N23-cü il tarixli əmrinə əsasən tərxis edilmiş və N nömrəli hərbi hissə komandirinin N aprel N23-cü il tarixli, 1N nömrəli əmrinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılır. O, həmin 1N nömrəli əmrin surəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə qeydiyyata durmağı üçün göndəriş vərəqəsi təqdim edilmişdir. Ona məlum olmayan səbəblərdən və heç bir məlumat verilmədən bu haqda məlumat yalnız hərbi hissənin siyahısından çıxarıldığı gün, yəni N aprel N23- cü il tarixdə məlumat almışdır. Bu da onu göstərir ki, ona qarşı hərbi hissə komandanlığı tərəfində qərəzli münasibət göstərilmişdir. Buna görə hesab edir ki, onun istefaya buraxılmağım haqqında N nömrəli hərbi hissə komandirinin N aprel N23-cü il tarixli əmri qanunsuz və əsassızdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək etirazında qeyd etmişdir ki, iddiaçı öz ərizəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.N23-cü ıl tarixli N17 “əç” nömrəli əmrinin ləğv edilməsi, N nömrəli hərbi hissənin terapiya bölməsinin baş tibb bacısı vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə cavabdeh N nömrəli hərbi hissə üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı 14 N6.NN5-cü ildən N nömrəli hərbi hissədə xidmətə başlamış, 21 N4.N22-cı ıl tarixə qədər olan müddətdə Azərbaycan Ordusunda Xidmət etmişdir. N18-ci il tarixdən N19-cü il tarixədək “Hərbi vəzifə və hərbi xidmət haqqında Qanun” un 39.4-cü maddəsinə əsasən onun xidmət müddəti bır il olmaqla uzadılmışdır xx.xx.N23-cü il tarixdə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-cı ç maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılması ilə əlaqədar Hərbi Həkim Komissiyasına göndərilmişdir. N5.N1 N23-cü il tarixdə iddiaçı barədə N nömrəli hərbi hissədə təqdimat hazırlanaraq, “Hərbi xidmətkeçmə haqqında “Əsasnamənin 157-cı maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılması məqsədə uyğun hesab edilərək, yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır Komandanlıq tərəfindən müsbət qərar qəbul olunaraq, N nömrəli hərbi hissə komandirinin əmrinə əsasən İddiaçı ordu sıralarından ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata düşmüş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə tanış olmaqla “göndərilən sənədlərin uçotunun aparılması jurnalın” da imza edilərək, təyinat vərəqəsini almışdır Həmçinin iddiaçı ilə ehtiyata buraxılmadan əvvəl söhbət aparılmışdır. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatılı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. Həmçinin Azərbaycan Respublikası xx.xx.1997-ci il 377-İQ Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində göstərilmişdir ki, Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə edənə qədər davam etdirə bilərlər) Hərbi xidmət olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla hərbi xidmətdə saxlanıla bilərlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunu”nun 44.2-ci maddəsində göstərilmişdir ki, ehtiyatda olmağın son yaş həddi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular arasında olan qadınlar üçün 45 yaşdır. 1N aprel N15-ci il İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli Qərarının 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanuverıcılıkdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMda nəzərdə tutulmuş, müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənlıyını. Tələblərin bır iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdır 4.1 İPM-in 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Lakin yuxarıda qeyd olunan halda iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması halları yoxdur. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Odur ki, İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı "N nömrəli hərbi hissə komandirinin N aprel N23-cü il tarixli N17əç nömrəli əmrinin ləğv edilməsi, N nömrəli hərbi hissənin terapiya bölməsinin baş tibb bacısı vəzifəsinə bərpa olunması və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia tələbinin mümkünsüz olması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiklərini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçı təltif olunması barədə Fəxri Fərmanlardan görünür ki, İddiaçı Fəxri Fərmanlarla təltif olunmuşdur. 148N4 nömrəli, xx.xx.N22-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin komandirinin tibb hissəsi üzrə müavini-tibb hissəsinin rəisinin xx.xx.N22-ci il tarixli 6N9N nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında tibbi müayinədən keçmiş hər iki gözünün mürəkkəb miopik astiqmatizmi M 2, ND və 1, ND nəticəsində görmə itiliyinin N,4-ə qədər azalması, korreksiya ilə 1,N olmaqla xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Tibbi Xasiyyətnamədə qeyd edilmişdir ki, QHQ baş çavuş İddiaçı N19-cu il mayı ayından N36 nömrəli hərbi hissədə xidmət edir. Xidmət etdiyi müddət ərzində NN7-ci ildə MNBKH da "Qastroenterologiya” bölməsində, NN9-cu ildə "Ginekologiya’' bölməsində stasionar müalicədə olmuşdur. Hal-hazırda ümumi halı kafi, huşu aydın, vəziyyəti aktivdir. Dəri və görün an selikli qişaları adı rənglidir Sümük oynaq və əzələ sistemlərində gözlə görünən patolog ya yoxdur. Döş qəfəsinin hər iki yarısı tənəffüs aktında simmetrik iştirak edir. Auskditasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Ürək tonları aydın və rıtmikdir. A/t 117/8N mm cisüt. Puls 78 vurğu /dəq və dolğundur. Qarın tənəffüs aktında adekvat iştirak edir, fjäips siyada yumşaq ağrısızdır Qaraciyər böyüməyib, dalaq əliənmir Per'rtonun qıcıqiapma simptonu mənfidir. Fizioloji aktları sərbəst, ağrısızdır Vəsiqələrin surətindən görünür ki, Məlikova X4 Xidmətə görə və digər medallarla təltif edilmişdir. AD №NN57935 nömrəli Şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N23-cü il tarixli, 1N nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq istefaya buraxılmışdır. xx.xx.N23-cü il tarixli, 1N nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq istefaya buraxılmışdır. N nömrəli hərbi hissəsinin xx.xx.N23-cü il tarixli, 7 nömrəli əmrindən görünür ki, İddiaçı istefaya buraxılmağı ilə əlaqədar qeydiyyata durmaq üçün SHXÇDX-nin Hacıqabul rayon şöbəsinə göndərilmişdir. Raportdan görünür ki, İddiaçı xidmət illərini nəzərə alaraq himayəsində 2 azyaşlı qız uşağının olduğu halda onun xidmətinin artırılmasına köməklik göstərilməsi barədə raportla Terapiya bölməsinin rəisinə müraciət etmişdir. Söhbət vərəqəsindən görünür ki, qadın hərbi qulluqçu baş çavuş İddiaçı söhbət zamanı bildirmişdir ki, həyat yoldaşının vəfat etməsi, hazırda himayəsində 2 azyaşlı övladrahının olduğunu və pensiya hüququ qazanmadan hərbi xidmətini davam etdirməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. AZE ******** seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Salyan raonunda anadan olmuş, Hacıqabul rayonunun Atbulaq kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N23-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1973-cü il təvəllüdlü ehtiyatda olan baş çavuş X5 1-cı Ordu Korpusu komandirinin N N4.N23-cü ıl tarixli. N17əç nömrəli əmri ilə “Hərbi xıdmətkeçmə haqqında" Əsasnamənin 157-ci maddəsinin “a" bəndinə (yaşa gorə) müvafiq olaraq, xx.xx.N23-cu il tarixdə həqiqi hərbi xidmətdən istefaya buraxılmış, 28 N4 N23-cu ıl tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsində hərbi uçota götürülmüşdür. Xidmət dəftərçəsindən görünür ki, İddiaçı hərbi hissənin tərkibində tibb bacısı kimi fəaliyyət göstərmişdir. xx.xx.N23-cü il tarixli, N17əç nömrəli əmrdən görünür ki, “Ağdam” Hərbi Hospitalının (N nömrəli hərbi hissə) Terapiya şöbəsinin tibb bacısı baş çavuş İddiaçı həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. xx.xx.N22-ci il tarixli, 4446 nömrəli aktdan görünür ki, baş tibb bacısı vəzifəsində xidmət edən qadın hərbi qulluqçu baş çavuş İddiaçı Hərbi Vəzifə və Hərbi Xidmət haqqında Azərbaycan Republikası Qanununun 42-ci maddəsinin 42.N.1-ci maddəsi ilə tanış edilməsinə baxmayaraq həqiqi hərbi keçmədən istefaya buraxılmaq üçün raport yazmaqdan imtina etmişdir. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun (23 dekabr N11 -ci il 274-İVQ №li) 39-cu maddəsində göstərilmişdir ki, 39.1.2-ci maddəsində göstərilmişdir ki, “dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün - 45 yaş”. Həmin Qanunun 39-cu maddəsində isə aşağıdakılar göstərilmişdir: “39.3. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadıqda onlar həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək həqiqi hərbi xidmətdə qala bilərlər. 39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər)”. xx.xx.1997-ci il 377-İQ №li Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsində göstərilmişdir: “14. Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar "(zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər”. Göründüyü kimi cavabdeh inzibati orqanın mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları zəruri inzibati icraat aparılmaqla araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız faktiki hallar ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.N.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-810/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-810/2024
29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver