Məhkəmə qərarları › İş №2-1(120)-810/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-810/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-810/2025 24.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Lerik rayon X10 tərəfindən xx.xx.1994-cü il tarixli, 21 saylı qərarı ilə verilmiş 0,07 ha torpaq sahəsinin dövlət qeydiyyata alınması öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lerik rayon X10 tərəfindən xx.xx.1994-cü il tarixli, 21 saylı qərarı ilə verilmiş 0,07 ha torpaq sahəsinin dövlət qeydiyyata alınması öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lerik rayon keçmiş X5 Rəyasət Heyətinin 08-noyabr 1994-cü il tarixli, 21 nömrəli çıxarışına əsasən Lerik rayonu Lüləkəran kənd ərazisində “Sığnəhi” adlanan hissəsində fərdi yaşayış evi tikilməsindən ötrü, 0.07-ha torpaq sahəsi verilmişdir. Həmin torpaq kənd təsərrüfatı təyinatlı torpaqdır və xəritədə elə qeyd olunmuşdur. Bir neçə il bundan əvvəl, Türk milliyətindən olan guya komissiya əməkdaşları gəlib və səhvən bir çox camaatın və onun həmin torpağını da kənd təsərrüfatı təyinatlı torpaq kimi qeydə almışdır. Halbu ki, həmin şəxslər heç onların həyətinə belə gəlməmişdirlər. Lerik rayon X10 tərəfindən xx.xx.1994-cü il tarixli, 21 saylı qərarı ilə verilmiş 0,07 ha torpaq sahəsinin dövlət qeydiyyata alınmasından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq Lerik rayon X10 tərəfindən xx.xx.1994-cü il tarixli, 21 saylı qərarı ilə verilmiş 0,07 ha torpaq sahəsinin dövlət qeydiyyata alınması öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, hazırki iş üzrə İddiaçı 22.11,2023-cü il tarixində Lerik rayonu, Lüləkəran kəndində yerləşən, Lerik rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 21 saylı qərarına əsasən ona ayrılmış 0.07 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə 10 saylı Lənkəran Ərazi idarəsinin Lerik rayon Şöbəsinə müraciət etmişdir. Belə ki, sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin torpaq sahəsi Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı zəbt və dövlət mülkiyyətidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmçinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəbdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildiririk ki, Ərazi İdarəsi olaraq iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla, habelə tərəflərin məhkəmə prosesində iştirakı ilə qanunamüvafiq qərar qəbu edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialında olan Lerik rayon X10 Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli, 21 nömrəli iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı fərdi yaşayış evi tikməyə icazə verilmişdir. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21/3- 43/2-3411/2023 nömrəli məktubundan görünür ki, ayrılmış torpaq sahəsi həyətyanı məqsədilə ayrılmasına baxmayaraq yerləşdiyi ərazi xəritə məlumatlarına əsasən, kənd təsərrüfatı təyinatlı zəbt və dövlət mülkiyyəti kimi işlənmişdir. İş materialında olan Lerik rayin İcra Hakimiyyəti başçısının Blaband kənd inzibati ərazi dairəsinin xx.xx.2024-cü il tarixli, 5-65-14/2-16/2024 nömrəli arayışından görünür ki, Lerik Rayon Xalq X7 heyətinin 8 noyabr 1994-cü il tarixli 21 № li iclas protokoluna əsəsən ona 0.07 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi onun şəxsi istifadəsindədir . Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 10/6091/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində Lerik rayon X10 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 21 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamış, iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş, müqayisəli təhlil aparmaq mümkün olmamış, torpaq sahəsi barədə elektron baza məlumatlarında məlumatların mövcud olmaması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Lerik rayonu, Lüləkəran kəndinin ərazi hüdudları daxilində yerləşməsi, həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi, tikilinin mövcud olmaması müəyyən olunmuşdur. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli, 3- 21-3-43/2-115/2026 nömrəli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinin dövlət damazlıq zavodunun ərazisinə düşüb-düşməməsi barədə sənəd məlumatı idarənin arxivində aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı Lerik rayon X10 tərəfindən xx.xx.1994-cü il tarixli, 21 saylı qərarı ilə verilmiş 0,07 ha torpaq sahəsinin dövlət qeydiyyata alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən iş üzrə tam araşdırma aparılmış və zəruri halların müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli, 10/6091 nömrəli ekspert rəyləri təqdim edilmişdir ki, məhkəmə həmin rəyləri mötəbər sübut kimi qəbul edir. Ekspert rəyində Lerik rayon X10 Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 21 nömrəli iclas protokolundan çıxarışa əsasən fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamış, iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş, müqayisəli təhlil aparmaq mümkün olmamış, torpaq sahəsi barədə elektron baza məlumatlarında məlumatların mövcud olmaması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Lerik rayonu, Lüləkəran kəndinin ərazi hüdudları daxilində yerləşməsi, həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi, tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Həmçinin iddia edilən torpaq sahəsinin kateqoriyasının kənd təsərrüfatı təyinatlı, uqodiyasının əkin torpaq sahəsi olmasına baxmayaraq faktiki istifadə üzrə həyətyanı torpaq sahəsi kimi istifadə edildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçıya ayrılan torpaq sahəsinin koordinatları müəyyən etmək mümkün olmamışdır. Həmçinin sənədlərə əsasən qeyd edilən torpaq sahəsi ilə bağlı torpaq ayırma sənədi olsa da, qeyd edilən sənədlər üzrə müvafiq ölçü işlərinin aparılmadığı, torpaq sahəsinin iddiaçıya təqdim edilmədiyi, müvafiq plan-ölçü və ya şəhadətnamənin tərtib edilmədiyi, torpaq sahəsi ilə bağlı məlumatların kompleks yerquruluş xəritəsində və “X3 X8”ndə aşkar edilmədiyi müəyyən edilir. Məhkəmə iddiaçının tələbinə icra olunmasının mümkünlüyü qaydasında da qiymət verərək qeyd edir ki, iddia üzrə tələb təmin ediləcəyi təqdirdə inzibati orqan tərəfindən hansı ərazidə və hansı torpaq sahəsində ölçü işlərinin aparılması qeyri-müəyyən olacaq və qərarın icrası mümkün olmayacaqdır. Məhkəmə iclasında iddiaçı qeyd edilən torpaq sahəsinin yerini bilmədiyini və bu günə kimi istifadə etmədiyini qeyd etmişdir. Belə olan halda məhkəmə cavabdehin imtinasının iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirmir və əsaslı olması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar