Məhkəmə qərarları › İş №2-1(120)-811/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-811/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-811/2021 10.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, iddiaçılar İddiaçı2 (Saatlı şəhəri, M.Əliyev, ev 41-də yaşayış yeri üzrə qeydiyyatda olan), İddiaçı3 (Saatlı şəhəri, Ü.Hacıbəyov, ev 34-də yaşayış yeri üzrə qeydiyyatda olan) və X2 (Saatlı şəhəri, Ü.Hacıbəyov, ev 50-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X2, X15, X8, X9, X23, X5, X6, X3, X7, X19 və X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı torpağa mülkiyyət hüququna dair JN-373 (kod ********), JN-361 (kod ********), JN-360 (kod ********), JN-366 (kod ********), JN-317 (kod ********), JN-344 (kod ********), JN-343 (kod ********), JN-347 (kod ********), JN-342 (kod ********), JN-346 (kod ********), JN-382 (kod ********), JN-323 (kod ********), JN-362 (kod ********), JN-331 (kod ********), JN-328 (kod ********), JN-385 (kod ********), JN-371 (kod ********) saylı dövlət aktları əsasında mülkiyyətlərinə verilmiş torpaq sahələrində (dövlət aktlarının C hissəsində) müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X10, X24, X20, X21, X32, X16, X17, X11, X18, X28 və X12 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti xxxx MMC 13 saylı Şirvan Layihə Tədqiqat İdarəsinə qarşı Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçıların və həmçinin onların ailə üzvlərinin mülkiyyətinə verilmiş KOD 90801004 saylı dövlət aktlarının "C" hissəsində olan və Saatlı rayonu, Nərimankənd kəndi ərazisində yerləşən torpaq sahələrinin döngə, nöqtə koordinatları (cizgi planı daxil olmaqla) müəyyən edilərək, yerində tanıtdırılmaqla iddiaçılara təhvil verilməsi və Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli, 07 saylı qərarı ilə Saatlı rayonu, Mollavaizli kəndi ərazisində yerləşən "Gənclik" təsərrüfatının üzvlərinə verilmiş Saatlı rayonu, Nərimankənd kəndi ərazisində yerləşən 29 hektar torpaq sahəsi üzrə Saatlı rayonu, Mollavaizli kənd sakinlərinə verilmiş dövlət aktlatının ləğv edilməsi vəzifəsinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X10, X24, X20, X21, X32, X16, X17, X11, X18, X28 və X12 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı torpağa mülkiyyət hüququna dair JN-373 (kod ********), JN-361 (kod ********), JN-360 (kod ********), JN-366 (kod ********), JN-317 (kod ********), JN-344 (kod ********), JN-343 (kod ********), JN-347 (kod ********), JN-342 (kod ********), JN-346 (kod ********), JN-382 (kod ********), JN-323 (kod ********), JN-362 (kod ********), JN-331 (kod ********), JN-328 (kod ********), JN-385 (kod ********), JN-371 (kod ********) saylı dövlət aktları əsasında mülkiyyətlərinə verilmiş torpaq sahələrində (dövlət aktlarının C hissəsində) müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin 16.05.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçılar İddiaçı1 və digərləri iddia tələbini onunla əsaslandırmışdırlar ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarı ilə Saatlı rayonu ərazisində olan M.B.Qasımov adına təsərrüfatının üzvlərinə yəni İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə JN-373, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə JN-361, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə JN- 360, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı4 və ailə üzvlərinin mülkiyyətinə JN-366, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı5 və ailə üzvlərinin mülkiyyətinə JN-317, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, İddiaçı6 və ailə üzvlərinin mülkiyyətinə JN- 344, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, X2 və ailə üzvlərinin mülkiyyətinə JN-343, KOD. 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, X15 və ailə üzvlərinin mülkiyyətinə JN-347, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, X8 və ailə üzvlərinin mülkiyyətinə JN-342, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, X9 və ailə üzvlərinin mülkiyyətinə JN-346, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, X23 və ailə üzvlərinin mülkiyyətinə JN-382, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, X5 və ailə üzvlərinin mülkiyyətinə JN-323, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, X6 və ailə üzvlərinin mülkiyyətinə JN- 362, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, X3 və ailə üzvlərinin mülkiyyətinə JN-331, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, X7 və ailə üzvlərinin mülkiyyətinə JN-328, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, X19 və ailə üzvlərinin mülkiyyətinə JN-385, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə və X4 və ailə üzvlərinin mülkiyyətinə JN-371, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı təyinatlı çöl pay torpaq sahələri verilmişdir. Sözügedən pay torpaq sahələrinə 24 iyun 1999-cu ildə dövlət aktı hazırlanmışdır. 30 avqust 1999-cu ildə Saatlı rayon AİK-nın 18 may 1998-ci il tarixli, 05 saylı Qərarı ilə bizə mülkiyyət hüququna dair dövlət aktları paylanmış və torpaq sahələrimizin döngə, nöqtə və koordinatları təyin edilərək istifadəmizə verilmişdir. Sözügedən KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarının "C" hissəsində olan torpaq sahələri Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşir. Sonradan məlum olmuşdur ki, KOD 90801004 saylı dövlət aktlarının "C” hissəsində olan və Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən 29 (iyirmi doqquz) hektar torpaq sahəsi həm də Saatlı rayonu Mollavaizli kəndi ərazisində yerləşən "Gənclik” təsərrüfatının üzvlərinin də mülkiyyətlərinə verilmişdir. Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli, 07 saylı qərarı ilə, Saatlı rayonu Mollavaizli kəndi ərazisində yerləşən "Gənclik" təsərrüfatının üzvlərinə, yəni Saatlı rayonunun Mollavaizli kənd sakinləri üçün də çöl pay torpaq sahələri verilmişdir. Onların mülkiyyətlərinə verilmiş çöl pay torpaq sahələrinə 24 iyun 2002-ci ildə dövlət aktı hazırlanmış və paylanmışdır. Müvafiq dövlət orqanı tərəfindən torpaq sahələrinin sxemləri və bölgü layihələri hazırlanmışdır. Həmin lahiyələr yerində torpaq sahəsi üzərində tətbiq edilərkən məlum olmuşdur ki, 29 (iyirmi doqquz) hektar torpaq sahəsi həm Saatlı şəhər sakinlərinin, həm də Saatlı rayonu Mollavaizli kənd sakinlərinin mülkiyyətlərinə verilmişdir. Yəni mübahisəli 29 (iyirmi doqquz) hektar torpaq sahəsi hər iki təsərrüfatın bölgü layihəsinə daxil edilmişdir. Mübahisəli məsələni həll etmək məqsədi ilə, Saatlı raton İcra Hakimiyyətinin başçısına, Əmlak Məsələləri Dövlət Xidməti yanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin 13 saylı Şirvan Layihə Tədqiqat İdarəsinə müraciət etmişlər. Saatlı rayon İcra Hakimiyyətinin başçısının müavini G.Səmədli tərəfindən onlara göndərilmiş 22 dekabr 2020-ci il tarixli, 04/3098 saylı məktubda göstərilmişdir ki, Saatlı rayon İcra Hakimiyyəti tərəfindən sözügedən məsələnin araşdırılması üçün, aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət edilmişdir. Sözügedən mübahisəli torpaq sahələrinin və ərazinin xəritəsini (döngə, nöqtə koordinatları və cizgi planı daxil olmaqla) və hal-hazırda kimlərin istifadəsində olması barəsində arayışın və müvafiq sənədlərin (adlı siyahıda qeydiyyatları və torpağın mülkiyyətə verilməsi ilə bağlı dövlət aktlarının surətlərini) onlara verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin 13 saylı Şirvan Layihə Tədqiqat İdarəsinə ərizəyə ilə müraciət etmişlər. ƏMDXnin rəisi Nigar Alimova tərəfindən bizə göndərilmiş 28 yanvar 2021-ci il tarixli, **********27 saylı məktubda göstərilmişdir ki, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, müvafiq Ərazi İdarələrinə müraciət edilməlidir və müvafiq sənədlərin surətləri yalnız məhkəmə qərarları əsasında verilə bilər. Hal-hazırda onlar, yəni torpaq mülkiyyətçiləri sözügedən torpaq sahələrini istifadə edə bilmirlər. Belə ki, həmin torpaq sahələri Saatlı rayon Mollavaizli kənd sakinlərinə də 2002-ci ildə yenidən bölünmüş və onlara da dövlət aktı verilmişdir. Dəfələrlə Əmlak Məsələləri Dövlət Xidməti yanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin 13 saylı Şirvan Layihə Tədqiqat İdarəsinə şikayətlər yazmışlar və qəbullarda olmuşlar. Bu günə qədər şikayətləri müsbət həllini tapmamışdır. Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı Qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X2, X15, X8, X13, X23, X5, X6, X3, X7, X19 və X4 və həmçinin onların ailə üzvlərinin mülkiyyətinə verilmiş KOD 90801004 saylı dövlət aktlarının "C" hissəsində olan və Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən torpaq sahələrinin döngə, nöqtə koordinatları (cizgi planı daxil olmaqla) müəyyən edilərək, yerində tanıtdırılmaqla iddiaçılara təhvil verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi barədə iddia qaldırmaq qərarına gəlmişlər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı2 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı3 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı X10 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsininə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına iddiaçıların şəxsiyyət vəsiqələrinin, müxtəlif dövlət orqanlarına edilmiş müraciətlərinə cavab məktublarının surətləri, torpağa mülkiyyət hüququna dair JN- 373 (kod ********), JN-361 (kod ********), JN-360 (kod ********), JN-366 (kod ********), JN- 317 (kod ********), JN-344 (kod ********), JN-343 (kod ********), JN-347 (kod ********), JN- 342 (kod ********), JN-346 (kod ********), JN-382 (kod ********), JN-323 (kod ********), JN- 362 (kod ********), JN-331 (kod ********), JN-328 (kod ********), JN-385 (kod ********), JN- 371 (kod ********) saylı dövlət aktlarının təsdiq olunmuş surətləri əlavə edilmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsi inzibati orqan kimi təsnif olunmuşlar. İş materialında olan torpağa mülkiyyət hüququna dair JN-373 (kod ********), JN-361 (kod ********), JN-360 (kod ********), JN-366 (kod ********), JN-317 (kod ********), JN-344 (kod ********), JN-343 (kod ********), JN-347 (kod ********), JN-342 (kod ********), JN-346 (kod ********), JN-382 (kod ********), JN-323 (kod ********), JN-362 (kod ********), JN-331 (kod ********), JN-328 (kod ********), JN-385 (kod ********), JN-371 (kod ********) saylı dövlət aktlarının təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18.05.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X2, X15, X8, X9, X23, X5, X6, X3, X7, X19 və X4 və onların ailə üzvlərinin mülkiyyətinə torpaq sahələri verilmişdir. İddiaçıların hazırki iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18.05.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-373 (kod ********), JN-361 (kod ********), JN-360 (kod ********), JN-366 (kod ********), JN-317 (kod ********), JN-344 (kod ********), JN-343 (kod ********), JN-347 (kod ********), JN-342 (kod ********), JN-346 (kod ********), JN-382 (kod ********), JN-323 (kod ********), JN-362 (kod ********), JN-331 (kod ********), JN-328 (kod ********), JN-385 (kod ********), JN-371 (kod ********) saylı dövlət aktlarına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X2, X15, X8, X9, X23, X5, X6, X3, X7, X19 və X4 və onların ailə üzvlərinin mükiyyətinə verilmiş torpaq sahələrinin cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi, başqa sözlə, ölçülüb iddiaçılara tanıtdırılmasıdır. Məhkəmə hesab edir ki, mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçılar mülkiyyətində olan torpaq sahələri üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsinin üzərinə torpağa mülkiyyət hüququna dair JN-373 (kod ********), JN-361 (kod ********), JN-360 (kod ********), JN-366 (kod ********), JN-317 (kod ********), JN-344 (kod ********), JN-343 (kod ********), JN-347 (kod ********), JN-342 (kod ********), JN-346 (kod ********), JN-382 (kod ********), JN-323 (kod ********), JN-362 (kod ********), JN-331 (kod ********), JN-328 (kod ********), JN-385 (kod ********), JN-371 (kod ********) saylı dövlət aktları əsasında mülkiyyətlərinə verilmiş torpaq sahələrində (dövlət aktlarının C hissəsində) müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyi qoyulmalıdır. İddiaçılar iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının tərəfindən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsinin üzərinə torpağa mülkiyyət hüququna dair JN-373 (kod ********), JN-361 (kod ********), JN-360 (kod ********), JN-366 (kod ********), JN-317 (kod ********), JN-344 (kod ********), JN-343 (kod ********), JN-347 (kod ********), JN-342 (kod ********), JN-346 (kod ********), JN-382 (kod ********), JN-323 (kod ********), JN-362 (kod ********), JN-331 (kod ********), JN-328 (kod ********), JN-385 (kod ********), JN-371 (kod ********) saylı dövlət aktları əsasında mülkiyyətlərinə verilmiş torpaq sahələrində (dövlət aktlarının C hissəsində) müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyi qoyulsun. Prosessual xərc iddiaçılara aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar