Məhkəmə qərarları › İş №2-1(120)-813/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-813/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-813/2025 04.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Kərimli Fidan Rauf qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “birdəfəlik ödəmənin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “1-ci Qarabağ müharibəsində 2-ci dərəcə əlilliyi müəyyən edilmiş, hərbi qulluqçu olan mərhum X9 İsmayıl oğluna ödənilməli olan 6600 (altı min altı yüz) manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12693/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X9 İsmayıl oğlu 20 iyun 1972-ci ildə anadan olmuş və 1-ci Qarabağ müharibəsi zaman Azərbaycan Respublikasının suverenliyi və ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və ona 2-ci dərəcə əlillik verilmişdir. Ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik vəsiqəsi verilmiş və Qarabağ Əlillər Cəmiyyətinin üzvü olmuşdur. Oğlu 1-ci Qarabağ Müharibəsində əlil olduqdan sonra uzun müddət sağlamlığı bərpa edilməmiş və həmin xəsarətlər səbəbindən 01 fevral 2000-ci il tarixdə vəfat etmişdir. X9 İsmayıl oğlu heç vaxt ailə qurmamış, övladı olmamışdır. Oğlu qanunla 1-ci dərəcə vərəsəsi hesab edilən yaxın qohumu olmadığından, 2-ci dərəcəli vərəsəsi olaraq, oğluna verilməli olan güzəşt və imtiyazlardan istifadə etmək istəyir. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli 271 №li Qərarı ilə təsdiq olunmuş “Qayda” Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçularına və daxili işlər orqanları əməkdaşlarına, habelə onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsini tənzimləyir. Birdəfəlik ödəmənin məbləği Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1513 nömrəli Fərmanı ilə aşağıdakı kimi müəyyən olunub: İ dərəcə əlilliyə görə - 8 800 manat; İİ dərəcə əlilliyə görə - 6 600 manat; İİİ dərəcə əlilliyə görə - 4 400 manat. Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər aşağıdakılardır: 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər; Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər; Xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər; Müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər; Yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri. Birdəfəlik ödəmə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına ödənilir. Birinci Qarabağ müharibəsi əlillərinə verilən birdəfəlik ödəmələr 1997-ci il avqustun 2-dək olan müddət dövründə hərbi xidmətdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları və ya onların vərəsələrinə şamil olunur. X9 İsmayıl oğlu da hərbi qulluqçu olmuş və müharibə zamanı yaralanması ilə əlaqədar əlilliyi müəyyən edilmişdir. 1997-ci il avqustun 2-dək olan xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, sonradan reabilitasiya olunmuş şəxslər və ya onların vərəsələri də sığorta ödənişi almaq hüququna malikdirlər. O, Şirinov Kamil İsmayıl oğlunun vərəsəsi olaraq birdəfəlik ödəmənin verilməsi üçün ərizə, şəxsiyyət vəsiqəsi və digər sənədlərlə cavabdehə müraciət etsə də, oğlu barəsində əlilliyin 1997-ci il avqustun 2-dək olan xidmət dövrü ilə bağlı təyin edilməsinə dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.) almaq üçün tibbi-sosial ekspertiza komissiyasına müraciət etsə də, müraciətinə formal cavab verilmiş, daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etdikdə isə, ona X8 İsmayıl oğlunun sosial ödənişlərə dair sənədlərinin aşkar olunmaması, müvafiq sənədlərin əldə edilməsi üçün aidiyyatı üzrə müraciət etməli olduğu bildirilmişdir. 1997-ci il avqustun 2-dək olan dövrə aid xidmətlə əlaqədar xəsarət almış, əlilliyin müəyyən edilməsi tarixindən asılı olmayaraq, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının və ya onların vərəsələrinin də birdəfəlik ödəniş almaq hüququ var. Birdəfəlik ödəmə almaq hüququ olan şəxsin əlilliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi və hərbi xidməti vəzifələrinin icrası səbəbindən qazanılmasına baxmayaraq sonradan əlillik səbəbi dəyişərsə, bu halda da ona və ya vərəsələrinə birdəfəlik ödəmə verilməlidir. O, 2022-ci ilin dekabr ayından hal-hazırkı vaxtadək, X9 İsmayıl oğlunun 2-ci dərəcə əlilliyi ilə əlaqədar birdəfəlik ödəmənin verilməsi üşün müraciət etməyinə baxmayaraq, müraciətinə formal cavablar verilməklə, ödənişin həyata keçirilməsindən imtina edirlər. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edilir ki, iddiaçı bundan əvvəl xx.xx.2022-ci il tarixli ərizəylə cavabdeh inzibati orqana müraciət etmişdir. İddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubla imtina verilmişdir. Bundan narazı qalan iddiaçı Məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz;sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: 1 dərəcə əlilliyə görə — 80 faiz; İİ dərəcə əlilliyə görə — 60 faiz; İİİ dərəcə əlilliyə görə — 40 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərmanına əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur: 1.1.1 dərəcə əlilliyə görə - 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə - 6 600 manat; 1.3. İİİ dərəcə əlilliyə görə - 4 400 manat; 1.4. bu Fərmanın 1 -ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1-1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanın 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısı onların xidmət etdikləri aidiyyəti dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Şirinov Kamil İsmayıl oğlunun xəsarət almağı barədə məlumatlar Nazirliyə təqdim edilmədiyindən xidmət etdiyi qurumun hərbi-həkim komissiyasına müraciət etdikdən sonra 10 iş günü ərzində sosial.gov.az saytında “Müharibə əlillərinə birdəfəlik ödəmə” pəncərəsinə daxil olaraq birdəfəlik ödəmənin təyinatı ilə bağlı qərarın nəticəsini yoxlamaq, qərar dəyişmədiyi halda yenidən həmin qurumun hərbi-həkim komissiyasına müraciət etmək tövsiyə olunur. X5 icbari şəxsi sığorta məsələləri departamentinin xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-86282/2023 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli, 1513 nömrəli Fərmanının 7-ci bəndinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının” siyahısı onların xidmət etdikləri aidiyyəti dövlət qurumları tərəfindən Nazirliyə təqdim edilir. 1997-ci il 2 avqust tarixinədək xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə (xəstəliyi ilə) bağlı müvafiq məlumatları Nazirliyin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmiş və aldığı xəsarətlə (xəstəliyi ilə) əlaqədar əlilliyinə dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumatı olan şəxslərə birdəfəlik ödəmə proaktiv qaydada təyin edilir. Proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda birdəfəlik ödəmənin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli, 271 nömrəli Qərarına əsasən müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının tibbi sənədləri (hərbi həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı), əlilliyinin müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticə hissəsindən çıxarış, ölüm haqqında şəhadətnamə və vərəsəlik hüququ haqqında şəhadətnamə Fondun qəbul şöbələri və ya “DOST” mərkəzləri vasitəsilə Fonda təqdim edilməlidir. Eyni zamanda Şirinov Kamil İsmayıl oğlunun 1997-ci ilin 2 avqust tarixinədək aldığı xəsarətlə (baş vermiş xəstəliyi ilə) əlaqədar əlilliyi olubsa, bu faktın təsdiq olunması üçün Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilməsi tövsiyə olunur. Həmin fakt təsdiqləndiyi halda İddiaçı vərəsə kimi birdəfəlik ödəmə verilməsi məsələsinə yenidən baxıla bilər. Odur ki, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirlər.. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.1939-cu il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Füzuli rayonudur. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən səlahiyyətli məhkəmə Şirvan İnzibati Məhkəməsidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Qarabağ Əlillər Cəmiyyətinin 1381 nömrəli vəsiqəsindən görünür ki, Şirinov Kamil İsmayıl oğlu Respublikanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda Qarabağda və Sərhədyanı rayonlarda gedən döyüşlərdə iştirak etmiş və 2 qrup əlil olmuşdur. 011709 nömrəli vəsiqənin surətindən müəyyən olunur ki, Şirinov Kamil İsmayıl oğlu 2-ci qrup əlilldir və vəsiqə xx.xx.1998-ci il tarixədək etibarlıdır. xx.xx.2000-ci il tarixli, V-ЖГ 300137 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şirinov Kamil İsmayıl oğlu xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə (xəstəliyi ilə) bağlı müvafiq məlumatları xidmət keçdiyi qurum tərəfindən Nazirliyin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmiş və aldığı xəsarətlə (xəstəliyi ilə) əlaqədar əlilliyinə dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumatı olan şəxslərə birdəfəlik ödəmə proaktiv qaydada təyin edilir. Şirinov Kamil İsmayıl oğlunun 1997-ci il avqustun 2dək olan xidmət dövründə aldığı xəsarətlə bağlı məlumatlar vaxtilə xidmət keçdiyi qurum tərəfindən Nazirliyə təqdim edilsə də, onun əlilliyinə dair MEİS-də məlumat mövcud olmadığından, yəni 1994-cü il fevral ayının 19-da aldığı xəsarətlə əlaqədar əlilliyi müəyyən edilmədiyindən qeyd olunmuş Fərmana əsasən birdəfəlik ödəmənin verilməsi mümkün hesab olunmur. Proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 N°-li Qərarının 2.6-cı bəndinə uyğun olaraq müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, ərizə nümayəndə vasitəsilə təqdim edildikdə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd və onun şəxsiyyət vəsiqəsi, tibbi sənədlər (hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı), əlilliyin müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış təqdim edilməklə müraciət oluna bilər. Şirinov Kamil İsmayıl oğluna birdəfəlik ödəmənin verilməsi ilə bağlı İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə Fondun cavab məktubunda Fərmanın müddəaları barədə məlumat verilmiş və K.İddiaçı xəsarət məlumatlarının vaxtilə xidmət keçdiyi qurum tərəfindən Fonda təqdim edilmədiyi bildirilmişdir. Yuxarıda qeyd olunan müvafiq sənədlər Fondun qəbul mərkəzləri və ya DOST mərkəzlərinə təqdim edildikdən sonra Kamil Şirinova birdəfəlik ödəmə verilməsi məsələsinə yenidən baxıla bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə (xəstəliyi ilə) bağlı müvafiq məlumatları xidmət keçdiyi qurum tərəfindən Nazirliyin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmiş və aldığı xəsarətlə (xəstəliyi ilə) əlaqədar əlilliyinə dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - MEİS) məlumatı olan şəxslərə birdəfəlik ödəmə proaktiv qaydada təyin edilir. Şirinov Kamil İsmayıl oğlunun 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarətlə bağlı məlumatları xidmət keçdiyi qurum tərəfindən Nazirliyə təqdim edilsə də, onun əlilliyinə dair MEİS-də məlumat mövcud deyil. K.İddiaçı 1994-cü il fevral ayının 19-da aldığı xəsarətlə əlaqədar əlilliyi müəyyən edilmədiyindən qeyd olunmuş Fərmana əsasən birdəfəlik ödəmənin verilməsi mümkün hesab olunmur. Proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 N°-li Qərarının 2.6-cı bəndinə uyğun olaraq müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, ərizə nümayəndə vasitəsilə təqdim edildikdə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd və onun şəxsiyyət vəsiqəsi, tibbi sənədlər (hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı), əlilliyin müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış təqdim edilməklə müraciət edilə bilər. Yuxarıda qeyd olunan müvafiq sənədlər Fondun qəbul mərkəzləri və ya DOST mərkəzlərinə müraciət əsasında təqdim edildikdən sonra birdəfəlik ödəmə verilməsi məsələsinə yenidən baxıla bilər. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 661 nömrəli məktubunda qeyd edilmişdir ki, X8 İsmayıl oğlu barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında heç bir qərar, xəstəlik haqqında şəhadətnamə və hər hansı bir məlumat yoxdur. Həmçinin bildirilir ki, mərhumun atası X4 birdəfəlik ödəmə üçün komissiyaya müraciət etməmişdir. Ədliyyə Nazirliyi Füzuli Rayon Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Elektron notariat” informasiya sisteminə baxış zamanı 20 iyun 1972-ci ildə anadan olmuş, 01 fevral 2000-ci ildə vəfat etmiş Şirinov Kamil İsmayıl oğlu barəsində Füzuli rayon notariat ofisində vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filialın arxivində, sosial ödənişlər alt sistemində X8 ismayıl oğlu barədə hər hansı bir məlumat aşkarlanmamışdır. Ədliyyə Nazirliyi Füzuli Rayon Qeydiyyat Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Füzuli rayon Qeydiyyat şöbəsi 20 iyun 1972-ci il təvəllüdlü Şirinov Kamil İsmayıl oğlunun doğum və ölüm haqqında akt qeydlərinin surətlərini Sizə göndərir. Qeyd edilir ki, vətəndaş Şirinov Kamil İsmayıl oğlunun nikahı elektron informasiya sistemində aşkar edilmədi. xx.xx.1972-ci il tarixli, 202 saylı doğum haqqında akt qeydindən görünür ki, Şirinov Kamil İsmayıl oğlu xx.xx.1972-ci ildə Füzuli rayonunda anadan olmuş, atası İddiaçı, anası X2r. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X8 İsmayıl oğlunun əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli, 2-1(120)-2692/2024 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra-Agentlik) baxılmışdır. Bildiririk ki, K.Şirinova dair araşdırma nəticəsində FİN məlumatı tapmaq mümkün olmamışdır. Həmçinin əlillik vəziyyəti barədə ərazi üzrə xidmət göstərən 19 nömrəli Tibbisosial ekspert komissiyasının və Agentliyin arxiv sənədləri arasında məlumat aşkar edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, K.Şirinova dair FİN məlumatı tapmaq mümkün olmamışdır. Agentliyin arxiv sənədləri arasında araşdırma nəticəsində əldə edilən məlumatlara əsasən vətəndaşa dair xx.xx.1998-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə protokol məlumatı mövcuddur. Lakin vətəndaşa dair ekspertiza üçün əhəmiyyətli sayılan müayinə aktı və TSEK arayışı olmadığından protokol məlumatı ilə üzləşdirilməsi mümkün olmamış və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə şəxsin əlillik məlumatlarının daxil edilməsi mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, zəruri sənədlərin əldə edilməsi məqsədilə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-22504/2024 nömrəli xidməti məktub ünvanlanmışdır. Lakin Fondun arxivində və elektron informasiya bazalarında ona dair hər hansı bir məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına məxsus xəstəlik haqqında şəhadətnamələri Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinə təhvil verilmədiyi üçün məlumat verə bilmirlər. Əlavə olaraq bildirilir ki, X8 İsmayıl oğlu xx.xx.1995-ci il tarixdə “Odlu silah dəlib keçən güllə yaralanması nəticəsində baldırın hər iki sümüyünün, qüsurunun (6,5x5 sm) İlizarov aparatı ilə antrotraks plantantla böyük qamış sümüyünündə keçirilmiş əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (229 nömrəli hərbi hissədə) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. 1987-ci il 260 nömrəli əmrin 39 a maddəsinin, İ bəndinə əsasən hərbi xidmətə yararsız, hərbi qeydiyyatdan çıxmaq şərti ilə. Yaralanma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınıb. Əsas: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (229 nömrəli hərbi hissədə) xx.xx.1995-xx.xx.1995-ci ilə məxsus “Hərbi Həkim Komissiyasının İclas Protokoları” kitabının 28-ci səhifəsində olan 98-ci sayındakı qeyd. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 27. Hərbi qulluqçuların dövlət tərəfindən məcburi şəxsi sığortalanması Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun: Maddə 2.Əsas anlayışlar 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; 2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti; ... Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Maddə 5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Maddə 7.Sığorta ödənişinin verilməsi 7.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxs müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 7.2. Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər. 7.3. Bu Qanunun 4-3.2.5-ci maddəsinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur. 7.4. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir. Maddə 8. Sığorta ödənişinin verilməsindən imtina 8.1. Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir: 8.1.1. sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya cinayət təqibini həyata keçirən orqanın müvafiq prosessual qərarı olduqda; 8.1.2. sığortaolunan bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 8.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə; 8.1.4. sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə; 8.1.5. sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda. 8.2. Sığorta ödənişinin verilməsindən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir. ... “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli, 1513 nömrəli Fərmanı:

1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: 1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə – vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1–1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə. 2.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir; 2.2. bu Fərmanın 5.1-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsi bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş məbləğlərdə sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilmir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli, 271 nömrəli Qərarı ilə təsdiq olunmuş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası":

1. Ümumi müddəalar ... 1.2. Birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra – birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir: 1.2.1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə; ... 1.2.5. bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin vərəsələrinə. 1.3. Birdəfəlik ödəmə almaq hüququ olan Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə birdəfəlik ödəmə bu Qaydanın tələbləri nəzərə alınmaqla verilir. 1.4. Bu Qaydanın 2.5-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin təyin edilməsi ilə bağlı xidmətlər elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) vasitəsilə göstərilir. 1.5. Bu Qaydanın 2.2-ci bəndi istisna olmaqla, birdəfəlik ödəməni almaq hüququ olan şəxslər bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) struktur bölmələrinə (bundan sonra – Bölmə) və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) müraciət edirlər. 1.6. Birdəfəlik ödəmə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulmuş səbəblərdən birinə əsasən müxtəlif vaxtlarda müəyyən edilmiş və ən yüksək məbləğdə təyinata əsas verən əlillik dərəcəsinə uyğun olaraq verilir.

2. Birdəfəlik ödəmənin təyin edilməsi 2.1. Birdəfəlik ödəmə Fond tərəfindən proaktiv qaydada (müraciət edilmədən), yaxud onu almaq hüququ olan şəxslərin müraciəti əsasında təyin edilir. 2.2. Bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərə birdəfəlik ödəmənin proaktiv qaydada təyin edilməsi üçün aşağıdakılar tələb olunur: 2.2.1. hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsinin, qərarının və ya arayışının MEİS-in “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində olması; 2.2.2. əlilliyinin müəyyən edilməsinə dair qərarın MEİS-də olması; 2.2.3. şəxsin adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fərmanın 9-cu hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda olmaması. 2.3. Birdəfəlik ödəmə almaq hüququ olan şəxsə proaktiv təyinat aparıldığı gün onun əlaqə vasitələrindən (mobil telefonuna və ya elektron poçt ünvanına) birinə və ya poçt vasitəsilə bu barədə məlumat göndərilir. 2.4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Fərmanın 8-ci hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda qeyd olunan, barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına da sığorta ödənişi proaktiv təyin edilir və bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq bu barədə onlara məlumat verilir. 2.5. Bu Qaydanın 2.2-ci və 2.4-cü bəndlərinə uyğun olaraq proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda, habelə bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə birdəfəlik ödəmə bu Qaydanın 2.6-2.8-ci bəndlərinə əsasən tələb olunan sənədlər əlavə edilməklə (bu Qaydanın 2.9-cu bəndinin tələbi nəzərə alınmaqla) birdəfəlik ödəmə almaq hüququ olan şəxsin istənilən Bölməyə və ya Mərkəzə birbaşa və ya poçt vasitəsilə və ya elektron qaydada şəxsən və ya nümayəndə vasitəsilə yazılı müraciəti əsasında Fond tərəfindən təyin edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq birdəfəlik ödəmənin verilməsi üçün ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir: 2.6.1. müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi; 2.6.2. ərizə nümayəndə vasitəsilə təqdim edildikdə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd və onun şəxsiyyət vəsiqəsi; 2.6.3. tibbi sənədlər (hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı); 2.6.4. əlilliyin bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində qeyd olunan səbəblərdən müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış. 2.7. Fərmanın 1-ci hissəsinə əsasən sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müraciət edildikdə, bu Qaydanın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində qeyd olunanlardan əlavə sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı da təqdim edilir. 2.8. Birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşlarının vərəsələri bu Qaydanın 2.6-cı və 2.7-ci bəndləri nəzərə alınmaqla, əlavə olaraq aşağıdakı sənədləri də təqdim etməlidirlər: 2.8.1. birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi; 2.8.2. vərəsəlik hüququ haqqında şəhadətnamə. 2.9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) bu Qaydanın 2.6-2.8-ci bəndlərində qeyd olunan sənədləri və ya məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin və ya məlumatların təqdim edilməsi müraciət edən şəxsdən tələb olunmur. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir. 2.10. Yazılı və ya elektron müraciət əsasında təyinat aparılması üçün Bölməyə və ya Mərkəzə daxil olan (təqdim edilən) sənədlərin tamlığı və düzgünlüyü yoxlanılır. Təqdim edilmiş sənədlərdə hər hansı çatışmazlıq aşkar olunmadıqda, müraciət edən şəxs bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla ərizə qeydiyyata alınır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda, müraciət edən şəxsə həmin çatışmazlıqların 10 (on) iş günü müddətində aradan qaldırılması (bu Qaydanın 2.9-cu bəndinin tələbi nəzərə alınmaqla) barədə dərhal, müraciət poçt vasitəsilə edildikdə isə bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada ən geci 3 (üç) iş günü müddətində məlumat verilir və bu zaman bu Qaydanın 2.11-ci bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır. 2.11. Ərizənin qeydiyyata alındığı gündən 20 (iyirmi) iş günü müddətində Bölmə və ya Mərkəz tərəfindən birdəfəlik ödəmənin verilməsi və ya verilməsindən imtina olunmasına dair (səbəbi göstərilməklə) Fond tərəfindən müvafiq qərar qəbul edilir və bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada 3 (üç) iş günü müddətində müraciət edən şəxsə bu barədə məlumat (birdəfəlik ödəmənin verilməsindən imtina ilə bağlı məlumata münasibətdə imtina səbəbi göstərilməklə) verilir. 2.12. Birdəfəlik ödəmənin verilməsindən bu Qaydanın 2.13-cü bəndi nəzərə alınmaqla aşağıdakı hallarda imtina edilir: 2.12.1. müraciət edən şəxsin bu Qaydanın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəməni almaq hüququ olmadıqda; 2.12.2. müraciət edən şəxs bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi aldıqda; 2.12.3. müraciət edən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi aldıqda; 2.12.4. təqdim edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqlar bu Qaydanın 2.10-cu bəndində nəzərdə tutulan müddətdə aradan qaldırılmadıqda. 2.13. Bu Qaydanın 2.12.2-ci və 2.12.3-cü yarımbəndlərində qeyd edilən imtina halları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sığorta ödənişinin ödənilməsinə dair ödəniş sənədi (qaimə, qəbz və s.) barədə məlumatları əsasında müəyyən edilir. 2.14. Sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarında qeyd edilən əlillik dərəcəsinə uyğun olaraq, bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi təyin edilir. 2.15. Bu Qaydanın 2.12.4-cü yarımbəndində nəzərdə tutulmuş halda birdəfəlik ödəmənin verilməsindən imtina edildikdə, həmin şəxs imtinaya səbəb olan hallar aradan qaldırıldıqdan sonra birdəfəlik ödəməni almaq üçün təkrar müraciət etmək hüququna malikdir. 2.16. Müraciət edən şəxsin birdəfəlik ödəmənin verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət etmək hüququ vardır.

3. Birdəfəlik ödəmənin məbləği və ödənilməsi qaydası 3.1. Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 3.1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 3.1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 3.1.4. bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Qaydanın 3.1.1-3.1.3-cü yarımbəndlərində nəzərdə tutulan məbləğ nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən onlara çatası miras payı məbləğində. 3.2. Birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə birdəfəlik ödəmə və sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında sığorta ödənişləri Fərmanın 4.2-ci və 6.2-ci bəndlərinə uyğun olaraq, dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına Fond tərəfindən bu Qaydanın 3.3-cü bəndi ilə müəyyən edilmiş qaydada ödənilir. 3.3. Birdəfəlik ödəmə birdəfəlik ödəmənin verilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq Fond tərəfindən nağdsız qaydada ödənilir. 3.4. Birdəfəlik ödəmənin ödənilməsi və sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında sığorta ödənişinin verilməsi ilə bağlı bank xərcləri Fərmanın 4.2-ci və 6.2-ci bəndlərinə uyğun olaraq dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına həyata keçirilir. ... Məhkəmənin mövqeyi:

Məhkəmə tərəfləri dinləyərək, iddia və etiraz ərizəsini, iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçının hüquqi marağı 1-ci Qarabağ müharibəsində 2-ci dərəcə əlilliyi müəyyən edilmiş, hərbi qulluqçu olan mərhum X9 İsmayıl oğluna ödənilməli olan 6600 (altı min altı yüz) manat məbləğində birdəfəlik ödəmənin vərəsəsi olaraq ona verilməsindən ibarətdir. İddiaçı həmin tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, məhkəmədə həmin imtinanı mübahisələndirmişdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə aparılımış araşdırma nəticəsində gəldiyi qənaətə əsasən qeyd edir ki, iddiaçının mərhum X9 İsmayıl oğlu 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və ona 2-ci dərəcə əlillik verilmişdir. Belə ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X8 İsmayıl oğlu xx.xx.1995-ci il tarixdə “Odlu silah dəlib keçən güllə yaralanması nəticəsində baldırın hər iki sümüyünün, qüsurunun (6,5x5 sm) İlizarov aparatı ilə antrotraks plantantla böyük qamış sümüyünündə keçirilmiş əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (229 nömrəli hərbi hissədə) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. 1987-ci il 260 nömrəli əmrin 39 a maddəsinin, İ bəndinə əsasən hərbi xidmətə yararsız, hərbi qeydiyyatdan çıxmaq şərti ilə. Yaralanma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınıb. Əsas: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (229 nömrəli hərbi hissədə) xx.xx.1995xx.xx.1995-ci ilə məxsus “Hərbi Həkim Komissiyasının İclas Protokoları” kitabının 28-ci səhifəsində olan 98-ci sayındakı qeyd. Cavabdehin imtinasının əsasını Şirinov Kamil İsmayıl oğlunun 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarətlə bağlı məlumatların vaxtilə xidmət keçdiyi qurum tərəfindən Nazirliyə təqdim edilmiş olmasına baxmayaraq onun əlilliyinə dair MEİSdə məlumatın mövcud olmaması təşkil edir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, Qarabağ Əlillər Cəmiyyətinin 1381 nömrəli vəsiqəsindən müəyyən olunur ki, Şirinov Kamil İsmayıl oğlu Respublikanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda Qarabağda və Sərhədyanı rayonlarda gedən döyüşlərdə iştirak etmiş və 2 qrup əlil olmuşdur. Həmçinin 011709 nömrəli vəsiqənin surətindən müəyyən olunur ki, Şirinov Kamil İsmayıl oğlu 2-ci qrup əlil olmuşdur. Bundan əlavə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Agentliyin arxiv sənədləri arasında araşdırma nəticəsində əldə edilən məlumatlara əsasən vətəndaşa dair xx.xx.1998-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə protokol məlumatı mövcuddur. Belə ki, 2 nömrəli Zona TSEK-in Səyyar iclaslarının Nizami rayonu üzrə xx.xx.1998-xx.xx.1998-ci illərə dair 2 nömrəli X3 Kamil İsmayıl oğlu barəsində ikinci dərəcə təkrar əlillik təyinatı barədə qeyd vardır. Məhkəmə müəyyən edir ki, xx.xx.1972-ci il tarixli, 202 saylı doğum haqqında akt qeydindən görünür ki, Şirinov Kamil İsmayıl oğlu xx.xx.1972-ci ildə Füzuli rayonunda anadan olmuş, atası İddiaçı, anası X2r. O, heç vaxt nikaha daxil olmamış, övladları olmamış və xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Həmçinin Ədliyyə Nazirliyi Füzuli Rayon Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Elektron notariat” informasiya sisteminə baxış zamanı 20 iyun 1972-ci ildə anadan olmuş, 01 fevral 2000-ci ildə vəfat etmiş Şirinov Kamil İsmayıl oğlu barəsində Füzuli rayon notariat ofisində vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə (xəstəliyi ilə) bağlı müvafiq məlumatları xidmət keçdiyi qurum tərəfindən Nazirliyin “Hərbihəkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmiş və aldığı xəsarətlə (xəstəliyi ilə) əlaqədar əlilliyinə dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumatı olan şəxslərə birdəfəlik ödəmə proaktiv qaydada təyin edilir. Proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarının 2.6-cı bəndinə uyğun olaraq müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, ərizə nümayəndə vasitəsilə təqdim edildikdə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd və onun şəxsiyyət vəsiqəsi, tibbi sənədlər (hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı), əlilliyin müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış təqdim edilməklə müraciət olunur. Beləliklə də, məhkəmə işin faktiki və hüquqi əsaslarına məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı birdəfəlik ödəmənin mərhum oğlunun vərəsəsi kimi ona verilməsi üçün qanunvericinin müəyyən etdiyi şəxslər kateqoriyasına daxildir və cavabdehin imtinasının əsasını təşkil edən hal, yəni mərhum Kamil Şirinovun əlilliyinin mövcud olmaması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmadığından ona münasibətdə sığorta ödənişi ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68, 69, 75, 81, 85 və 69-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı:

İddia təmin edilsin. İddiaçının mərhum X9 İsmayıl oğluna 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı aldığı bədən xəsarətinə görə ikinci qrup əlil kimi ödənilməli olan 6600 (altı min altı yüz) manat məbləğində birdəfəlik ödəmənin İddiaçı verilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar