Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-816/2020 17.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi XN, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.20NN-cu il tarixli, 2-N(8N)- 5355/20NN saylı qərardadı ilə 2-N(8N)-5355/20NN saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.N3-cü il tarixdə Cəbrayıl RHKdan çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyyətinin siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunaraq “sıravi” hərbi rütbəsi verilərək kursant vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N4N №-li əmrilə hərbi xidmətini davam etdirmək üçün Gorana göndərilmişdir. Hərbi xidmətini davam etdirməyi üçün N saylı hərbi hissədən, N iyul N3-cü il tarixli, N84 №-li əmrə əsasən N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissədən N avqust N3-cü il tarixli, 5 №-li əmrə əsasən N saylı hərbi hissənin tərkibində yerləşən N8N saylı hərbi hissə döyüş devizyonuna göndərilmişdir. Həmin hərbi hissənin döyüş devizyonundan Kəlbəcər rayonun və Murov dağları ətrafında gedən döyüşlərdə iştirak etmişdir. N4-cü ilin fevral ayının 02-də N saylı hərbi hissənin tərkibində yerləşən N8N saylı hərbi hissə döyüş devizyonundan 54N saylı hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissədə AR CM-nin 250-ci maddəsinin “a” bəndinə əsasən cinayyət məsuliyyətinə cəlb edilmiş və həmin maddənin “b” bəndi ilə Ali Məhkəmənin 376 nömrəli qərardadı ilə cinayyət məsuliyyətindən azad edilmişdir. Azad olunduqdan sonra 54N saylı hərbi hissəyə geri götürülməsini xahiş etsə də, geri qəbul etməmişlər. Yaşayış ünvanı üzrə hərbi komisarlığa müraciət etməyini tövsiyyə etdilər. Yaşayış ünvanı üzrə hərbi komisarlıq müraciət edəndə hərbi biletinin itirildiyini bildirdilər. 2004-cü ilin noyabr ayının 24-də Cəbrayıl bölməsi Hərbi qeydiyyatına alınaraq, 20N5-ci ilin yanvar ayının N6da Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi bileti almışdır. Müharibədə iştirak etsə də, Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivindən alınmış N/2-N2334 nömrəli, 04 sentyabr 20NN-cu il tarixli arxiv arayışında və SX N° ******* hərbi biletində bu barədə müvafiq qeydlər aparılmışdır. Lakin, xidmət müddəti dəqiq göstərilmədiyi üçün xidməti haqqında məlumat aşkar edilməməsini əsas göstərir. Buna görə də “Müharibə veteranı” statusunu ala bilmir. Qanuni əsaslar olmasına baxmayaraq “Müharibə veteranı” statusu verilməsinə dair xahişinin rədd edilməsi onun Konstitusion hüquqlarını pozur.Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20NN-cu il tarixli, N/2-N2334 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı ondan ötrü ki, xx.xx.N3-cü il tarixdə Cəbrayıl RHK-dan çağırılmış, NN75-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N aprel N3-cü il tarixili N №-li əmrilə (əsas: §-6, s:ra-N, səh-4) hərbi hissənin şəxsi heyətinin siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunaraq “sıravi” hərbi rütbəsi verilərək kursant vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N4N №-li əmrilə əsas: §-N0, sıra-NN0) kursant İddiaçı hərbi xidmətini davam etdirmək üçün Gorana göndərilmişdir. Hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş, Cəbrayıl RHK-dan çağırılmış, NN75-ci il təvəllüdlü X2 N52 nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixin 84 nömrəli əmrində (əsas: §-4, sıra-45, səh-NN4; qeyd: əmrdə adı Sahil yazılmışdır) şəxsi Heyətin və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. N8N nömrəli hərbi hissə komandirinin N avqust N3-cü il tarixli 5 №-li əmrində əsas: §-N, sıra-8) Cəbrayıl RHK-dan çağırılmış, NN75-ci il təvəllüdlü İddiaçı adı qeyd edilmişdir. N8N nömrəli hərbi hissənin əlifba qeydiyyatı kitabında (əsas: kitab: xx.xx.N5-ci tarixli, sıra-3, səh-N) Cəbrayıl RHK-dan çağırılmış, NN75-ci il təvəllüdlü, 88N nömrəli hərbi hissədən gəlmiş İddiaçı hərbi hissə komandirinin N avqust N3-cü il tarixli 5 №-li əmrilə şəxsi heyətin siyahısına daxil olması barədə məlumat vardır. Lakin şəxsi heyətin siyahısından çıxarılması qeyd olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.20NN-cu il tarixli, N/Ə-N5N73 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20NN-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20NN-cu il tarixli N/2-N2334 nömrəli arayışında qeyd olunmuş hərbi hissələr arasında yerdəyişmələr və hərbi hissələrdə xidmətiniz müddəti dəqiq göstərilmədiyindən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Hərbi hissələrdə xidmət müddətləri dəqiq göstərilmiş, ətraflı tərtib edilmiş ərizənizi sənədlərə əlavə olunaraq təkrar təqdim olunarsa komissiyanın iclasında yenidən baxıla bilər. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci ackləsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N3 mart 2020-ci il tarixli, N/2- 3443 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin xx.xx.2020-ci il tarixli 2-N(N20)- 8N6/2020 №-li sorğunuza cavab olaraq bildiririk ki, xx.xx.N3-cü il tarixdə Cəbrayıl RHKdan çağırılmış, NN75-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N aprel N3cü il tarixili 7N Ns-li əmrilə (əsas: §-6, sıra-N, səh-4) hərbi hissənin şəxsi heyətinin siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunaraq “sıravi” hərbi rütbəsi verilərək kursant vəzifəsinə təyin edilmişdir.N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N4N №-li əmrilə (əsas: §-N0, sıra-NN0) kursant İddiaçı hərbi xidmətini davam etdirmək üçün Gorana göndərilmişdir.Hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş, Cəbrayıl RHK-dan çağırılmış, NN75-ci il təvəllüdlü X2 N52 nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N84 №-li əmrində (əsas: §-4, sıra-45, səh-NN4; qeyd: əmrdə adı Sahil yazılmışdır) şəxsi heyətin və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır.N8N nömrəli hərbi hissə komandirinin N avqust N3-cü il tarixli 5 №li əmrində (əsas: §-N, sıra-8) Cəbrayıl RHK-dan çağırılmış, NN75-ci il təvəllüdlü İddiaçı adı qeyd edilmişdir. N8N nömrəli hərbi hissənin əlifba qeydiyyatı kitabında (əsas: kitab: 0N.0N,N5-ci il tarixli, sıra-3, səh-N) Cəbrayıl RHK-dan çağırılmış, NN75-ci il təvəllüdlü, 88N nömrəli hərbi hissədən gəlmiş İddiaçı hərbi hissə komandirinin N avqust N3-cü il tarixli 5 №-li əmrilə şəxsi heyətin siyahısına daxil olması barədə məlumat vardır. Lakin şəxsi heyətin siyahısından çıxarılması qeyd olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N7 iyun 2020-ci il tarixli, NN/2NN7 nömrəli məktubunda (etirazında) qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, Qarabağ döyüşlərdə iştirak etmişdir. Qeyd oiunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edib bildirirəm ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteram adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteran!ar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli N0-lİl QD №-li Qanunu ilə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 3N6 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N5-ci il tarixli 2N6 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun otaraq, «NN88-ci il fevralın N-dən NN-ci il oktyabrın N-dək erməni miiliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd İnzibati ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il oktyabrın N-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar ve əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa senədlər əsasında verilir. Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Hesab edirəm ki, iddia tələbi əsassızdır. Mərkəzi Arxivin xx.xx.20NN-cu il tarixli N/2- N2334 nömrəli arayışında qeyd olunmuş hərbi hissələr arasında yerdəyişmələr və hərbi hissələrdə xidmət müddəti dəqiq göstərilmədiyindən İddiaçı"Müharibə veteram’* adımn və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.0N,20N8-ci i! tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə!,nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi herbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.(maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən NN-ci il oktyabrın N-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdehmüharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz şəxsin xidmət etdiyi hərbi hissələr arasında yerdəyişmələr və hərbi hissələrdə xidmət müddəti dəqiq məlumatlarınhərbi biletlə bir yerdə təqdim edilməməsidir. İş materiallarından göründüyü kimi İddiaçıxidmət etdiyihərbi hissələr arasında yerdəyişmələr və hərbi hissələrdə xidmət müddəti dəqiq göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə NN.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə NN.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. İş üzrə digər prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-6N-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-816/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-816/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver