Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-817/2023 07.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı “xx.xx.2018-ci il tarixli, 01100 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı MMC cavabdehlər İmişli rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X3 qərarı ilə xx.xx.2018-ci il tarixli, 01100 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 69 nömrəli qərarının, İddiaçı MMCyə 3 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 82 saylı və xx.xx.2022-ci il tarixli, 81 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2290/2023 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı “xx.xx.2018-ci il tarixli, 01100 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərarın ləğv edilməsi” kimi baxılması davam etdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi X8 ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı məktubu aldıqdan sonra xx.xx.2021-ci il tarixdə Agentliyə müraciət etmiş, daha sonra Şirvan Kommersiya Məhkəməsində ona dəymiş zərərin ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə iddia qaldırmışdır. xx.xx.2022-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsi maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbi üzrə icraata xitam vermişdir. Sonra İmişli İcra Hakimiyyəti sərəncamı ləğv etmiş, bundan sonra xx.xx.2021-ci il tarixli qərardan şikayət vermişdir. Odur ki, ötürülmüş müddəti üzürlü hesab edib bərpa edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X5 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfi dinləyib, iddiaçının nümayəndəsinin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı xx.xx.2018-ci il tarixli, 01100 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərarın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 03 oktyabr 2022-ci il tarixli, 170 nömrəli məktubundan görünür ki, İddiaçı MMC ilə bağlı İmişli rayon İcra Hakimiyyəti tərəfindən verilmiş Sərəncamlardan sorğunuzda tələb olunanlardan yalnız xx.xx.2014-cü il tarixli 82 saylı sərəncam və bu sərəncamın verilməsinə əsas olan sənədlər mühafizəsi və saxlanılması üçün İmişli RDA-na təhvil verilib. 2017-cı ildən hal-hazıra qədər İmişli RİHB-nın sənədləri hazırda özlərində saxlanılır.( son 5 ilin sənədləri) İmişli rayon İcra Hakimiyyəti ilə bağlanmış 1992-cı ildən hazıra qədərki illərin müqavilələri də rayon İcra Hakimiyyətində saxlanılır. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 23 aprel 2014-cü il tarixli, 82 nömrəli sərəncamından görünür ki, İddiaçı MMC-nə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Yalavac kəndi yaxınlığında Araz çayının yaxınlığında 3,0 ha ərazi müvəqqəti istifadə hüququ ilə ayrılıb icraya verilməsi qərara alınmışdır. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının Memarlıq və Tikinti şöbəsinin 22 aprel 2014-cü il tarixli aktından görünür ki, İddiaçı MMC-nə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Yalavac kəndi yaxınlığında Araz çayının yaxınlığında 3,0 ha ərazinin ayrılması müəyyən edilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının məhkəməyə ünvanladığı 05 noyabr 2022-ci il tarixli, 8/1568 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı MMC-nin cavabdeh İmişli Rayon icra Hakimiyyətinə qarşı İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 81 saylı Sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə əlaqədar olaraq bildiririk ki, İddiaçı MMC-nin iddiası əsassızdır. Belə ki, İddiaçı MMC-yə imişli Rayon İcra Hakimiyyəti başçısının 23 aprel 2014-cü il tarixli, 82 saylı Sərəncamı ilə 3,0 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X3 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, İddiaçı MMC qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 X5 idarə Heyətinin qərarı ilə İddiaçı MMC-yə 15 oktyabr 2018-ci il tarixdə verilmiş 01100 saylı dağ-mədən ayırması ləğv edilmişdir. Bununla bağlı İmişli Rayon icra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə İddiaçı MMC-yə məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum- çınqıl karxanalarının fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar rayon ərazisindəki qum-çınqıl karxanalarının qanunsuz fəaliyyətinin və bunun nəticəsində ətraf mühütə mənfi təsirlərin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi tövsiyyə olunmuşdur. Bütün bunları nəzərə alaraq dağ- mədən ayırması olmadan qanunsuz fəaliyyət göstərdiyinə və Araz çayının məcrasının dəyişməsinə səbəb olan hallara yol verdiyinə görə İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 81 saylı sərəncamına xitam verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 81 saylı Sərəncamı verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir.Odur ki, İddiaçı MMC-nin cavabdeh imişli Rayon İcra Hakimiyyətinə qarşı İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 81 saylı sərəncamının ləğv edilməsinə dair iddianı təmin etməməyinizi xahiş edir və aidiyyəti sənədləri məktuba əlavə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X3 27 may 2021-ci il tarixli, 65 nömrəli qərarında göstərilmişdir ki, 15 oktyabr 2018-ci il tarixli 01100 nömrəli “Dağ-mədən ayırması” aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X3 məhkəməyə ünvanladığı 14 noyabr 2022-ci 19/1293 nömrəli ərizəsində göstərilmişdir ki, İddiaçı oğlu Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər İmişli rayon İcra Hakimiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X4 (Agentlik) qarşı xx.xx.2018-ci il tarixli, 01100 nömrəli Dağ-mədən ayırması aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında X7 xx.xx.2021-ci il tarixli, 69 saylı qərarının və İddiaçı MMC-yə 3 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 82 saylı Sərəncamının və İmişli rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 10 saylı icarə müqaviləsinin ləğv edilməsi haqqında İmişli rayon İcra Hakimiyyət başçısının xx.xx.2022-ci il tarixli, 81 saylı Sərəncamının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.İlk növbədə qeyd olunmalıdır ki, iddia tələbi tamamilə əsassızdır və Agentliyinin 27 may 2021-ci il tarixli, 65 saylı qərar qanunvericiliyə uyğun olaraq verilmişdir. Zəruri təsdiqedici sənədlər məhkəməyə cavabdeh tərəfindən etiraz ərizəsinə qoşma ilə təqdim olunur.Hesab edirik ki, istənilən halda Agentliyə münasibətdə iddia tələbi heç bir şəkildə təmin edilə bilməz, çünki iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini ötürməklə iddia qaldırmışdır.Belə ki, X10 X3 xx.xx.2021-ci il tarixli, 65 saylı qərarı müvafiq qaydada İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir.Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinin 1 -ci hissəsinə görə, “Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. ”Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinin 2-ci hissəsinə görə, “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır”.Həmin Məcəllənin 377-ci maddəsinin 1 -ci hissəsinə görə, “iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir”.Mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, iddiaçının iddiası qanunla müəyyən edilmiş 30 (otuz) gün iddia müddəti buraxılmaqla qaldırıldığı üçün rədd olunmalıdır.İddiaçının iddia ərizəsindən göründüyü kimi, onun iddia tələbini qərarın (inzibati aktın) ləğv edilməsi tələbi təşkil edir. AR İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, həmin tələb məhkəməyə xx.xx.2021-ci il tarixinədək irəli sürülə bilərdi. Çünki əgər iddiaçı onun barəsində qərarın qanunsuz hesab edirdisə, bu barədə tələbini həmin dövrdə verməli idi və müddətin axımı məhz həmin vaxtdan başlamışdır. Lakin iş materiallarından göründüyü kimi, bu barədə tələb məhkəməyə iddia müddəti ötürüldükdən sonra verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən İddiaçı MMC-nin cavabdeh Dövlət Mineral X1rşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsi və Agentliyə münasibətdə iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X3 məhkəməyə ünvanladığı 14 noyabr 2022-ci 19/1292 nömrəli etiraz məktubunda göstərilmişdir ki, İddiaçı MMC Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər İmişli rayon İcra Hakimiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X4 (Agentlik) qarşı xx.xx.2018-ci il tarixli, 01100 nömrəli Dağ-mədən ayırması aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında X7 xx.xx.2021-ci il tarixli, 69 saylı qərarının və İddiaçı MMC-yə 3 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 82 saylı Sərəncamının və İmişli rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 10 saylı icarə müqaviləsinin ləğv edilməsi haqqında İmişli rayon İcra Hakimiyyət başçısının 01,04.2022-ci il tarixli, 81 saylı Sərəncamının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.Hesab edirik ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.Belə ki, Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirən orqandır.İlk öncə qeyd olunmalıdır ki, xx.xx.2018-ci il tarixli, 01100 nömrəli Dağ-mədən ayırması aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında X7 xx.xx.2021-ci il tarixli, 69 saylı qərarı ilə deyil eyni tarixli, 65 nömrəli qərarı ilə ləğv edilmişdir.Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planf’na uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X5 (iddiaçı) tərəfindən su hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman Araz çayının hövzəsində yerləşən “İmişli” yatağında 15 oktyabr 2018-cu il tarixli 01100 nömrəli “Dağmədən ayırması” Aktı (DMAA) ilə İddiaçı MMC -yə ayrılmış yer təki sahəsindən kənarda 13602 m3 qum-çınqıl qarışığı hasil etdiyi aşkar etmişdir.Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir.Əraziyə monitorinq zamanı istismar işləri “Dağ-mədən ayırması aktı” üzrə hüquqi şəxsə verilmiş karxana sahəsinin hüdudları xaricində sahəsi 0.66 ha orta istismar dərinliyi 2.05 metr olmaqla 13 602 m3, daxilində isə 0.66 ha orta istismar dərinliyi 2.05 metr olmaqla 13 535 m3 həcmində aparılmışdır. Dağ-mədən işlərinin inkişaf planına əsasən 10% itki tətbiq edilərək ümumi kənaraçıxma 12 241.8m3 həcmi müəyyən edilmişdir. İddiaçı tərəfindən 2018-2019-cu illərdə aparılmış yoxlama zamanı 19 800 manat həcmdə dəymiş ziyan ödənilmişdir. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 239 nömrəli Qərarına əsasən aparılmış hesablamalara uyğun olaraq müəyyən edilmiş 19 800 manat ziyan 6000 m3 qum-çınqıl görə ödənilmişdir. Hesablama aşağıdakı qaydada aparılmışdır:19 800 / 3.3 manat = 6000 m3 Eyni zamanda cavabdeh tərəfindən Mineralxammal Bazasının Bərpası üzrə Dövlət Fonduna 2021-ci ildə 3000 manat məbləğdə ziyan ödənilmişdir. Müəyyən edilmiş kənaraçıxma həcmindən artıq ödənilmiş həcm və məbləğlər çıxılaraq son olaraq dəymiş ziyan məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 12 241.8m3 - 6000 m3= 6241.8 m3; 6241.8 m3 *5 manat*0.7= 21846.3 manat. 21846.3 - 3000 manat = 18846.3 manat. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamına əsasən ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları” ilə su mühafizə zonalarında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması qadağan edilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin (Nizamnamə) 3.1.19-cu bəndinə uyğun olaraq, Agentlik yerin təkindən istifadədə və onun mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmadıqda, yataqayırma hüdudundan kənara çıxılmaqla faydalı qazıntılar çıxarıldıqda bu sahədə fəaliyyət göstərən müəssisə və obyektlərin fəaliyyətini dayandırmaq, habelə “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yerin təkindən istifadə üçün verilmiş hüququ dayandırmaq və ya ləğv etmək səlahiyyətinə malikdir. 1 oktyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X7 23 dekabr 2020-ci il tarixli 23/20 nömrəli Qərarı ilə müvafiq icazə sənədi ilə İddiaçı MMC-yə 15 oktyabr 2018-cu il tarixli 01100 nömrəli “Dağ-mədən ayırması” aktı ilə ayrılmış yer təki sahəsindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid tələblərin,yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə 3 ay müddətinə dayandırılmışdır. İcazənin dayandırıldığı müddət bitənədək hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarını aradan qaldırılması barədə tədbirlər görmək öhdəliyi qoyulmuşdur. Lakin, İddiaçı MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Beləliklə, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılmaması səbəbindən, X7 29 aprel 2021-ci il tarixli 65 nömrəli Qərarı ilə “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Agentlik nəzarət orqanı olaraq yalnız sahibkarların maraqlarını yox, ətraf ərazilərdə yaşayan əhalinin, hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq, təbii resurslardan istifadə etmək hüququ təmin edilməlidir. Bu səbəbdən ətraf mühitin mühafizəsini, təbii resursların səmərəli istifadəsini, gələcək nəsillər üçün qorunub saxlanmasını təmin etmək məqsədilə bəzi ekoloji cəhətdən təhlükədə olan yataqlarda hasilat işlərinin aparılması üçün verilmiş icazə sənədləri (“Dağ-mədən ayırması” aktları) Agentliyin qərarı ilə ləğv edilmişdir. Bu cür çətin və məsuliyyətli qərarın qəbul edilməsi hazırda regionda yaranmış ekoloji böhran vəziyyəti ilə səciyyələndirilmişdir. Agentlik inzibati orqan olaraq dövlətin ona verdiyi səlahiyyətlər çərçivəsində qərar qəbul edib. Qəbul edilmiş qərar ilk növbədə ətraf mühitin mühafizəsinə, faydalı qazıntıların səmərəli istifadəsinə yönəlmişdir. “Yerin təki haqqında” Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. Həmin Qanunun 10-cü maddəsinə əsasən, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Dağ-mədən ayırmasının ilkin hüdudları dağ-mədən ayırması statusu verilərkən müəyyən edilir. Hər bir istismarçı ona ayrılmış sahənin hüdudları daxilində hasilat işləri aparmalıdır. Dağ-mədən ayırmasının hüdudlarında aparılan hasilat qanunsuz və icazəsiz aparılmış hesab olunur. Qanunun 20-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati Prosessual Məcəllənin normaları ilə müəyyən edilir. İnzibati Prosessual Məcəllənin 11-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İnzibati məhkəmə prosesində bərabərliyin təmin edilməsi tərəflərdən hər birinə öz mövqeyini tam ifadə etmək üçün hakim tərəfindən bərabər imkanların yaradılmasında ifadə olunur. Bu xüsusilə vəsatətlərin, izah və şərhlərin, şikayətlərin verilməsində, sübutların təqdim edilməsində və s. özünü biruzə verir. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi habelə, hər bir inzibati işə eyni qaydada, eyni prosessual formada, prosesdə iştirak edən şəxslər üçün eyni təminatlarla baxılmasını təmin edir. Bununla da işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılmalıdır. İddiaçının fəaliyyəti nəticəsində “Yerin təki haqqında” Azərbaycan Respublikasını Qanunun (Qanun) 11-ci maddəsinə əsasən yer təkinin ayrı-ayrı sahələrindən istifadə ölkə təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə məhdudlaşdırıla, yaxud qadağan edilə bilər. Eyni zamanda Qanunun 21 -ci maddəsinin tələbləri ciddi pozulur. Sahibkar özü minlərlə digər şəxslərin sağlam ətraf mühitdə yaşamaq, təbii sərvətlərdən yaralanmaq hüquqlarını pozur. Həmçinin məhkəmənin diqqətinə çatdırırıq ki, İddiaçı MMC iddia müddətini ötürmüşdür. Belə ki, X10 X3 İdarə Heyətinin xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərarı müvafiq qaydada iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Buna görə də, iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə X10 X5 tərəfindən Şirvan İnzibati Məhkəməsinə müraciət olunur. Göründüyü kimi, İddiaçı MMC-yə “İmişli” yatağından qum-çınqıl hasilatı məqsədilə verilmiş xx.xx.2018-ci il tarixli, 01100 nömrəli “Dağ-mədən ayırması” Aktının ləğvi qanunamüvafiq qaydada həyata keçirilmişdir və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X3 İddiaçı MMC-yə göndərdiyi qərar 10 iyun 2021-ci il tarixdə Mahmudov Əli tərəfindən imza atılaraq qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X3 xx.xx.2018-ci il tarixli, 01100 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı MMC-yə yerin təkində istifadə hüququ verilmiş, sonradan xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərar ilə 15 oktyabr 2018-cu il tarixli 01100 nömrəli “Dağ-mədən ayırması” aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilməsi, hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsi bu Qərarı 2 (iki) iş günü müddətində İddiaçı MMC-yə təqdim olunması və ya sifarişli poçt göndərişi vasitəsi ilə göndərilməsini və yeri təki istifadəçisinə aid torpaqayırma sənədlərinin (sərəncam, qərar, müqavilə və sair) ləğv olunması ilə bağlı aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə müraciət göndərilməsini təmin etməsi qərara alınmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X3 xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərarın ləğv edilməsi ilə bağlı 2022-ci ilin avqust ayında məhkəməyə müraciət etmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X3 xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərarından xx.xx.2021-ci il tarixdən məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərziəsi xx.xx.2022-ci il tarixdə poçta, xx.xx.2022-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı MMC inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X3 xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərarıından məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən qərarları aldıqdan (təqdim olunduqdan) 1 il keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, həmin qərardan məlumatlı olduqdan sonra xx.xx.2021-ci il tarixdə Agentliyə müraciət etdiyini, daha sonra Şirvan Kommersiya Məhkəməsində ona dəymiş zərərin ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə iddia qaldırdığını, xx.xx.2022-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsi maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbi üzrə icraata xitam verdiyini, İmişli İcra Hakimiyyəti sərəncamı ləğv etdikdən sonra xx.xx.2021-ci il tarixli qərardan şikayət verdiyini, bu səbəbdən də müddəti ötürdüyünü qeyd etsə də, məhkəmə araşdırması zamanı iddiaçı mübahisələndirilən qərardan şikayət vermə müddətinin üzürlü səbəbdən ötürülməsinə dair sübut təqdim edə bilməmiş, göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir, 17.03.20xx.xx.2022-ci il tarixdə iddia ərizəsi dəftərxana tərəfindən qeydə alınmışdır. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X3 xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərarının iddiaçının subyektiv hüququnun pozub-pozmaması ilə bağlı məsələlərin araşdırılmasını zəruri hesab etməmişdir. Şərti olaraq qəbul etsək ki, mübahisəli inzibati aktla yerin təkindən verilmiş istifadə hüququ üzrə iddiaçı müəyyən edilmiş yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid tələbləri, yerin təkindən istifadə qaydasını və icazə şərtlərini pozmamışdır, bu zaman həmin inzibati aktdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə hazırkı iddia mümkün sayılmayacaqdır. Beləliklə də yuxarıda göstərilən halları, yəni iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olması hazırkı iddianın mümkün olması ilə nəticələnmədiyindən, məhkəmə, qeyd olunan halın müəyyən edilməsi məqsədilə iş üzrə müvafiq ekspertiza təyin edilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir. Başqa sözlə, hazırda mübahisələndirilən inzibati akt iddiaçının subyektiv hüququnu pozmuş olsa belə, həmin inzibati aktdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən müvafiq ekspertizanın keçirilməsi əlavə vaxt itkisinə səbəb olacaq, yəni məhkəmə proseslərinin uzadılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı “xx.xx.2018-ci il tarixli, 01100 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərarın ləğv edilməsi” tələbi barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı “xx.xx.2018-ci il tarixli, 01100 nömrəli dağmədən ayırması aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı “xx.xx.2018-ci il tarixli, 01100 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərarın ləğv edilməsi” tələbi barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı “xx.xx.2018-ci il tarixli, 01100 nömrəli dağ-mədən ayırması aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 65 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-817/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-817/2023
07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver