Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-818/2020 02.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa оğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı İmişli rayon Qaralar Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı «aparılmış qeydiyyatın və tərtib edilmiş torpaq sahələrinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi barədə» iddia tələbi üzrə inzibati işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İmişli rayon Qaralar Bələdiyyəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonu Cavadxanlı kənd bələdiyyəsinin 09 noyabr 2007-ci il tarixli, 15 saylı müqavilə, 05 noyabr 2007-ci il tarixli protokoldan çıxarış qərarı, Daşınmaz Əmlakın Beyləqan rayon Ərazi idarəsi tərəfindən verilmiş 26.09.2018-ci il tarixli seriya ******* saylı, 26.09.2018-ci il tarixli seriya ******* saylı çıxarışların ləğv edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə vermiş və Şirvan İnzibati-İqtisadi məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2-1(086)-2004/2019 saylı qərardadı ilə iddiaya «Cavabdeh2 dövlət reyestrində icarə hüquqlarının 26.09.2018-ci il tarixdə 1346057, ******* nömrələrlə qeydiyyatının aparılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, aparılmış qeydiyyatın və A312362, A312363 nömrəli torpaq sahələrinin plan ölçüsü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi baxılması qərara alınmışdır. İş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26.09.2019-cu il tarixli, 2-1(086)- 2004/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. Qəbul edilmiş qərardan üçüncü şəxs Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2020-ci il tarixli, 2-1(106)-93/2020 saylı qərardadı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26.09.2019-cu il tarixli, 2-1(086)-2004/2019 saylı qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə təqdim olunmuş və sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin tərəflər işin halları və mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün ilk dəfə 09 aprel 2020-ci il tarixə, saat 11:00-а məhkəməyə dəvət olunmuşlar. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 mart 2020-ci il tarixli 05 №-li qərarında qeyd olunan tövsiyələri nəzərə alaraq Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddiaçı İmişli rayon Qaralar Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı “aparılmış qeydiyyatın və tərtib edilmiş torpaq sahələrinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi barədə” iddia tələbi üzrə 2-1(120)-818/2020 saylı inzibati iş üzrə 09.04.2020-ci il tarixə, saat 11:00-a təyin edilmiş məhkəmə iclası qeyri-müəyyən müddətə təxirə salınmış, daha sonra tərəflər 08.06.2020-ci il tarixə, saat 11.30-a məhkəməyə dəvət olunmuşlar. Göstərilən vaxtda tərəflər məhkəmənin hazırlıq icraatı ilə bağlı iclasına gəlmədiklərindən işin halları və mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün təkrarən 02 iyul 2020-ci il tarixə, saat 11:30-a məhkəməyə dəvət olunmuşlar. Həmçinin iddiaçıya məhkəmə icraatından yayınması səbəbindən iddianın geri götürülmüş sayılması ilə bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin tələbləri izah olunmuşdur. Buna baxmayaraq tərəflər təkrarən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən «Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir». Məhkəmə belə hesab edir ki, iddia geri götürülmüş sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 29 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apelyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 83 və 85-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı İmişli rayon Qaralar Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı «aparılmış qeydiyyatın və tərtib edilmiş torpaq sahələrinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi barədə» tələbi ilə bağlı inzibati mübahisə üzrə iddia geri götürülmüş sayılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi 10 (оn) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-818/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-818/2020
02.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver