Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-818/2025 08.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X2, Üçüncü şəxs Şirvan bələdiyyəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 08 may 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər (keçmiş Əli Bayramlı) Bağçılıq - bostançılıq şirkətinin Rəyasət Heyətinin 10 may 1997-ci il tarixli İclasının Qərarı ilə Şirvan şəhəri (keçmiş Əli Bayramlı) XDS-nin İK-nin xx.xx.1990-cı il tarixli 17 saylı qərarına əsasən kollektiv bağçılıq qərarının X11 aid olan hissəsinin ləğv edilməsini nəzərə alaraq, 231 №-li bağ-bostan 0,06 ha torpaq sahəsinin onun, Mirzəyeva (Məmmədova) Susanna Vilayət qızının adına sənədləşdirilməsini və yay bağ evlərinin tikinti abadlıq işlərinin davam etdirmək üçün texniki sənədlər ilə təmin edilməsi qərara alındığına görə, ona - Mirzəyeva (Məmmədova) Susanna Vilayət qızına ünvan 2 ünvanında şəhərin Bağçılıq-bostançılıq massivində yerləşən ərazisindən torpaqların fərdi ev tikmək üçün 600 (altı yüz ) kv.m torpaq sahəsinin ayrılması barədə qərara uyğun mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Şirvan şəhəri, Xəqani küçəsi 7 ünvanında şəhərin Bağçılıq-bostançılıq massivində yerləşən ərazisindən fərdi ev tikmək üçün ayrılmış 600 (altı yüz) kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərardadları ilə X21, Şirvan bələdiyyəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Bundan əlavə iddiaçının nümayəndəsi X12 məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Şirvan (keçmiş Əli Bayramlı) şəhər XDS İcraiyyə Komitəsinin 30 noyar 1990-cı il tarixli, 17 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı ayrılmış Şirvan şəhəri, Xəqani küçəsi ünvanında şəhərin Bağçılıq-bostançılıq massivində yerləşən 0,06 ha (600 kv.m) torpaq sahəsinə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan (Əli Bayramlı) şəhər Bağçılıq-bostançılıq şirkətinin Rəyasət Heyətinin 10 may 1997-ci il tarixli iclasının qərarı ilə Şirvan (Əli Bayramlı) şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 17 saylı qərarına əsasən kollektiv bağçılıq qərarının X11 aid olan hissəsi ləğv edilmiş, 231 №-li bağ-bostan 0,06 ha torpaq sahəsinin onun adına sənədləşdirilməsi və yay-bağ evlərinin tikinti abadlıq işlərinin davam etdirmək üçün texniki sənədlərlə təmin edilməsi qərara alınmışdır. 10 may 1997-ci il tarixli protokol Bağçılıq-bostançılıq şöbəsinin rəisi R.R.Qurbanov tərəfindən rəsmi möhür vurulmaqla, imzalanmışdır. Bundan əlavə həmin protokola Yay-bağ evlərinin tikintisinin aparılmasına icazə Şirvan şəhər (keçmiş Əli Bayramlı) Bağçılıq-bostançılıq bölməsinin rəisi R.R.Qurbanov tərəfindən rəsmi möhürlənmişdir. Eyni zamanda sözügedən sahənin M1:10000; M1:2000 planı Şirvan şəhəri, Xəqani küçəsində onun Əli Bayramlı şəhər XDS İcarəyə Komitəsinin 30 noyabr 1990-cı il tarixli iclasının 17 nömrəli qərarından çıxarışı əsasında ayrılmış 0,06 ha torpaq sahəsinin M 1:10000 planı Kadastr və Yerqurluşu Lahiyə-Tətqiqat Mərkəzi MMC-nin 13 saylı Şirvan Lahiyyə-Tətqiqat İdarəsinin rəisi Azər Mirzəyev və Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov tərəfindən imzalanaraq, rəsmi olaraq möhürlənmişdir. Eyni zamanda ünvan 3 ünvanında (ünvan 4il olan texniki pasportu 4 aprel 2005-ci il tarixdə təsdiq edilmiş, R.D.T.İ, M.H.Q. və Ş.K.İ-nin rəisi T.Saqiyev tərəfindən imzalanaraq, rəsmi möhürlənmişdir. 13 saylı Şirvan Ərazi İdarəsindən aldığı xx.xx.2023-ci il tarixli, 3-21-3-38/2- 3099/2023 saylı müraciətə baxılması haqqında məktubda müraciətinə imtina verilmişdir. Məktubda qeyd edilir ki, bildiririk ki, “Daşınmaz əmlakın dövlər reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən “2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarışı” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Dövlət idarələri, təşkilatları və qurumların həmkarlar ittifaqı tərəfindən bağçılıq-bostançılıqla məşğul olmaq məqsədi ilə ayrılmış torpaq sahəsinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bağ sahəsinin planı (kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq tərtib edilmiş sxematik plan) 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməmişdir. Əlavə olaraq qeyd olunur ki, həmin torpaq sahəsinin bir hissəsində mühafizə zonası mövcuddur. Beləliklə, “Daşınmaz əmlakın dövlər reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilmişdir. Hesab edir ki, bu qanunvericiliyin tələbinə uyğun deyil, belə ki, mülkiyyət hüququnun qeydə alınması və ona dair çıxarışın verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsində aparılmalıdır. Qeyd etmək istəyir ki, torpaq ayrılmış şəxs kimi o, müvafiq sənədlərin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməməsi üçün məsuliyyət daşımır. Buna görə məsuliyyət həmin müvafiq sənədləri təhvil verməmiş şəxslərin üzərinə düşür. Ancaq son nəticədə torpaq sahəsi ayrılan şəxs kimi o, əziyyət çəkir. Odur ki, məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, “2007-ci il mayın 22-dək müvafiq icra hakımiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Dövlət idarələri, təşkilatları və qurumlarının həmkarlar ittifaqları tərəfindən bağçılıq-bostançılıqla məşğul olmaq məqsədi ilə ayrılmış torpaq sahəsinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bağ sahəsinin planı (kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq tərtib edilmiş sxematik plan) 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməmişdir. Eyni zamanda, sözügedən torpaq sahəsi digər şəxsin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmış və “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilmişdir. Əlavə olaraq qeyd edirik ki, sözügedən ünvanda yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi yüksək gərginlikli (6 KVt-luq) elektrik xəttinin mühafizə sanitariya zolağında yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s. hüquqi rejimli mühafizə zonaları yaradılır. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X12, cavabdehin nümayəndəsi X7 və üçüncü şəxsin nümayəndəsi X14 gəlmiş, digər üçüncü şəxsin nümayəndəsi və üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə digər üçüncü şəxsin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X14 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan 27 noyabr 1987-ci il tarixli, İV-ЖГ 313525 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, X8 ilə X12 27/Xİ-1987-ci il tarixdə nikahlarını bağlamış və nikahdan sonra X8 “Mirzəyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan müvafiq təşkilatların səlahiyyətli nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq olunmuş sənədlərin tədqiqi zamanı müəyyən olunur ki, Şirvan (keçmiş Əli Bayramlı) şəhər XDS İcarəyə Komitəsinin 30 noyabr 1990-cı il tarixli iclasının 17 nömrəli qərarı əsasında X1 bağçılıq məqsədilə 0,06 ha torpaq sahəsi ayrılmış, Şirvan (Əli Bayramlı) şəhər Bağçılıq-bostançılıq şirkətinin Rəyasət Heyətinin 10 may 1997-ci il tarixli iclas prokolunun qərarı ilə Şirvan (Əli Bayramlı) şəhər XDS-nin İK-nin xx.xx.1990-cı il tarixli, 17 saylı qərarına əsasən kollektiv bağçılıq qərarının X11 aid olan hissəsi ləğv edilməsi, 231 №-li 0,06 ha bağ-bostan torpaq sahəsinin Məmmədova (Mirzəyeva) Susanna Vilayət qızının adına sənədləşdirilməsi və yay-bağ evlərinin tikinti abadlıq işlərinin davam etdirmək üçün texniki sənədlərlə təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan (Əli Bayramlı) şəhər Bağçılıq-bostançılıq bölməsi tərəfindən təsdiq olunmuş 10 may 1997-ci il tarixli Yay-bağ evlərinin tikintisinin aparılmasına icazə sənədindən və ona əlavə edilmiş layihədən görünür ki, Şirvan (Əli Bayramlı) Şəhər İcra Hakimiyyətinin Memarlıq və Əsaslı Tikinti şöbəsi Şirvan (Əli Bayramlı) şəhər XDS-nin İK-nin xx.xx.1990-cı il tarixli, 17 saylı qərarına əsasən verilmiş torpaq sahəsində şəhərin Baş planı üzrə icazə sənədinə əlavə edilmiş layihəyə uyğun tikinti işlərinin aparılmasına icazə verilmişdir. İş materiallarında olan torpaq sahəsinin M1:10000 ; M1:2000 planlarından görünür ki, Şirvan şəhəri, Xəqani küçəsində Mirzəyeva (Məmmədova) Susanna Vilayət qızının Şirvan (Əli Bayramlı) şəhər XDS İcarəyə Komitəsinin 30 noyabr 1990-cı il tarixli iclasının 17 nömrəli qərarından çıxarışı əsasında ayrılmış 0,06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilərək yerquruluşu planı tərtib olunmuş və Kadastr və Yerqurluşu Lahiyə-Tətqiqat Mərkəzi MMC-nin 13 saylı Şirvan Lahiyyə-Tətqiqat İdarəsinin rəisi Azər Mirzəyev və Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov tərəfindən imzalanaraq, həmin təşkilatların möhürləri ilə təsdiq edilmişdir. İş materiallarından görünür ki, ünvan 5 ünvanında (sonradan yenilənən ünvan 6 olan yaşayış evinin texniki pasportu 4 aprel 2005-ci il tarixdə təsdiq edilmiş, R.D.T.İ, M.H.Q. və Ş.K.İ-nin rəisi T.Saqiyev tərəfindən imzalanaraq, idarənin möhürü ilə təsdiq olunmuşdur. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3- 21-3-38/2-3099/2023 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən bağçılıq-bostançılıq məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən “2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Dövlət idarələri, təşkilatları və qurumlarının həmkarlar ittifaqları tərəfindən bağçılıq-bostançılıqla məşğul olmaq məqsədi ilə ayrılmış torpaq sahəsinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bağ sahəsinin planı (kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq tərtib edilmiş sxematik plan) 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməmişdir. Eyni zamanda, sözügedən torpaq sahəsi digər şəxsin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmış və “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmləşdirilmişdir. Əlavə olaraq qeyd edirik ki, sözügedən ünvanda yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi yüksək gərginlikli (6 KVt-luq) elektrik xəttinin mühafizə sanitariya zolağında yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s. hüquqi rejimli mühafizə zonaları yaradılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən səbəblərdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən İddiaçı zəruri hüquqmüəyyənedici sənədlərlə əldə etdiyi, Şirvan (Əli Bayramlı) şəhər XDS İcarəyə Komitəsinin 30 noyabr 1990-cı il tarixli iclasının 17 nömrəli qərarı əsasında ayrılmış və 10 may 1997-ci il tarixdə onun adına rəsmiləşdirilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə ərizənin təmin olunmasından imtina etmiş, buna səbəb olaraq dövlət idarələri, təşkilatları və qurumlarının həmkarlar ittifaqları tərəfindən bağçılıq-bostançılıqla məşğul olmaq məqsədi ilə ayrılmış torpaq sahəsinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının və bağ sahəsinin planının (kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq tərtib edilmiş sxematik planın) 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmədiyini qeyd etmişdir. Eyni zamanda, cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazında bildirmişdir ki, sözügedən torpaq sahəsinin digər şəxsin (X15) adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmış və “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən Şirvan (Əli Bayramlı) şəhər Bağçılıq-bostançılıq şirkətinin Rəyasət Heyətinin 10 may 1997-ci il tarixli iclas protokolunun qərarına əsasən İddiaçı ayrılmış 0,06 ha (600 kv.m) torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 17 fevral 2011-ci il tarixli, 09 nömrəli Sərancamı ilə X16 ayrılmış 600.19 kv.m torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən Şirvan şəhəri (keçmiş Əli Bayramlı) Bağçılıq-bostançılıq şirkətinin Rəyasət Heyətinin 10 may 1997-ci il tarixli iclas protokolunun qərarına əsasən İddiaçı ayrılmış 0,06 ha (600 kv.m) torpaq sahəsinin koordinat göstəriciləri Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 2011-ci il tarixli, 09 nömrəli Sərancamı ilə X16 ayrılmış 600.19 kv.m torpaq sahəsinin koordinat göstəriciləri, eləcə də digər üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinat göstəriciləri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən Şirvan şəhəri (keçmiş Əli Bayramlı) Bağçılıq-bostançılıq şirkətinin Rəyasət Heyətinin 10 may 1997-ci il tarixli iclas protokolunun qərarına əsasən İddiaçı ayrılmış 0,06 ha (600 kv.m) torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. - Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən İddiaçı faktiki istifadəsində olan 0,06 ha (600 kv.m) torpaq sahəsinin koordinatları və hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. - Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən Şirvan şəhəri (keçmiş Əli Bayramlı) Bağçılıq-bostançılıq şirkətinin Rəyasət Heyətinin 10 may 1997-ci il tarixli iclas protokolunun qərarına əsasən İddiaçı ayrılmış 0,06 ha (600 kv.m) torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (bağçılıq-bostançılıq torpaqları, yaşayış məntəqələrinin torpaqları, və s.) olması müəyyən edilsin. - Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən Şirvan şəhəri (keçmiş Əli Bayramlı) Bağçılıq-bostançılıq şirkətinin Rəyasət Heyətinin 10 may 1997-ci il tarixli iclas protokolunun qərarına əsasən İddiaçı ayrılmış 0,06 ha (600 kv.m) torpaq sahəsinin üzərindən və yaxud torpaq sahəsinin yerləşdiyi əraziyə yaxın məsafədə yüksək gərginlikli (6 KVt-luq) elektirik xətti çəkilmişdirmi? Əgər çəkilmişdirsə həmin elektrik xətti ilə İddiaçı ayrılmış 0,06 ha (600 kv.m) torpaq sahəsi arasındakı ara məsafəsi nə qədərdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 18 oktyabr 2024-cü il tarixli, 10/7801 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Birinci - yeddinci suallar üzrə: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2- 3150/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən Şirvan (Əli Bayramlı) şəhər Bağçılıq-bostançılıq şirkətinin Rəyasət Heyətinin 10 may 1997-ci il tarixli iclas protokolunun qərarına əsasən İddiaçı ayrılmış 0,06 ha (600 kv.m) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 2011-ci il tarixli, 09 nömrəli Sərəncamı ilə X16 ayrılmış 600.19 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən Şirvan şəhəri (keçmiş Əli Bayramlı) Bağçılıq-bostançılıq şirkətinin Rəyasət Heyətinin 10 may 1997-ci il tarixli iclas protokolunun qərarına əsasən İddiaçı ayrılmış 0,06 ha (600 kv.m) torpaq sahəsinin koordinat göstəriciləri Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 2011-ci il tarixli, 09 nömrəli Sərəncamı ilə X16 ayrılmış 600.19 kv.m torpaq sahəsinin koordinat göstəriciləri baza məlumatlarında üst-üstə düşməsinə baxmayaraq naturada faktiki olaraq üst-üstə düşmə halı yoxdur, eləcə də digər üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinat göstəriciləri ilə üst-üstə düşmədiyi müəyyən edilir. Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən Şirvan şəhəri (keçmiş Əli Bayramlı) Bağçılıqbostançılıq şirkətinin Rəyasət Heyətinin 10 may 1997-ci il tarixli iclas protokolunun qərarına əsasən İddiaçı ayrılmış 0,06 ha (600 kv.m) torpaq sahəsi ayrılan zaman hansı baza məlumatlarına istinad olunmasının araşdırılması tərəfimizdən mümkün deyildir. Halhazırda isə Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Şirvan şəhərində aparılmış elektron kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş Şirvan şəhərinin xəritəsində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilir. Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən Şirvan (Əli Bayramlı) şəhər Bağçılıq-bostançılıq şirkətinin Rəyasət Heyətinin 10 may 1997-ci il tarixli iclas protokolunun qərarına əsasən İddiaçı ayrılmış 0,06 ha (600 kv.m) torpaq sahəsi ayrılan zaman hansı baza məlumatlarına istinad olunmasının araşdırılması tərəfimizdən mümkün deyildir. Hal-hazırda isə Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016 il tarixli 818 saylı Fərmanına əsasən Şirvan şəhərində aparılmış elektron kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş Şirvan şəhərinin xəritəsində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi olduğu müəyyən edilir. Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən Şirvan (Əli Bayramlı) şəhər Bağçılıq-bostançılıq şirkətinin Rəyasət Heyətinin 10 may 1997-ci il tarixli iclas protokolunun qərarına əsasən İddiaçı ayrılmış 0,06 ha (600 kv.m) torpaq sahəsinin üzərindən yüksək gərginlikli (6KVt-luq) elektrik xətti çəkilmişdir. Göründüyü kimi, istər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 18 oktyabr 2024-cü il tarixli, 10/7801 nömrəli nömrəli ekspert rəyinə, istərsə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 3-21-3-38/2-3150/2024 nömrəli mütəxəssis rəyinə əsasən Şirvan (Əli Bayramlı) şəhər XDS İcarəyə Komitəsinin 30 noyabr 1990-cı il tarixli iclasının 17 nömrəli qərarı əsasında ayrılmış və 10 may 1997-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin koordinat göstəricilərinin Şirvan şəhəri, Xəqani küçəsi ünvanında yerləşən Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 17 fevral 2011-ci il tarixli, 09 nömrəli Sərəncamı ilə X16 ayrılmış 600.19 kv.m torpaq sahəsinin koordinat göstəriciləri ilə baza məlumatlarında üst-üstə düşməsinə baxmayaraq, naturada faktiki olaraq üst-üstə düşmə halının olmadığı, eləcə də digər üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinat göstəriciləri ilə üst-üstə düşmədiyi müəyyən edilmiş, bununla da cavabdehin iddiaya qarşı etirazında qeyd etdiyi sözügedən torpaq sahəsinin digər şəxsin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotunun aparılması və “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməsi faktiki olaraq naturada öz təsdiqini tapmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, iş üzrə təqdim olunmuş hüquqmüəyyənedici sənədlərə və mövcud qanunvericiliyə əsasən İddiaçı Şirvan (Əli Bayramlı) şəhər XDS İcarəyə Komitəsinin 30 noyabr 1990-cı il tarixli iclasının 17 nömrəli qərarı əsasında ayrılmış və 10 may 1997-ci il tarixdə onun adına rəsmiləşdirilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən, 1990-cı ildən hal-hazıradək istifadəsində olan və ötən 35 il ərzində heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilməyən 0,06 ha torpaq sahəsinə qanuni əsaslarla mülkiyyət hüququ əldə etmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun (16 iyul 1996-cı il, 155-İQ) 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, qanunvericliyin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların xüsusi mülkiyyətinə verilmişdir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini də müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd olunan hüquq normalarının tələbinə əsasən İddiaçı Şirvan (Əli Bayramlı) şəhər XDS İcarəyə Komitəsinin 30 noyabr 1990-cı il tarixli iclasının 17 nömrəli qərarı əsasında ayrılmış və 10 may 1997-ci il tarixdə onun adına rəsmiləşdirilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu hüquqi cəhətdən 35 il əvvəl əldə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (Beyeler İtaliyaya qarşı, “X19 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və “əmlak” anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan Hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbayjan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbayjan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15 yanvar 2010-ju il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, mülki və torpaq qanunvericiliyin müddəalarına əsasən tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərənjam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi jəhətdən təmin edilmiş imkanının mövjud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məjəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən Avropa presedent hüququnda «mülkiyyət» və ya «əmlak» anlayışları çox geniş çərçivədə şərh olunur. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi də daxildir. Belə ki, «X22 Ltd.» şirkəti İrlandiyaya qarşı məhkəmə işində (bax A 222 (1991)) Avropa İnsan Hüquqları Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəjəyini hüquqa uyğun olaraq gözləmə 1-ji maddənin müdafiə etdiyi hüquq sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü ildə «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmənin xatırlatmasına görə «tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir» («Burdov Rusiya Federasiyasınna qarşı» və «Yunanistan neftayırma zavodu «Strən» və «X4rşı» işlər). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi eyni hüquqi mövqeyini Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında da göstərmişdir. İşin faktiki hallarından, qanunvericiliyin qeyd edilən müddəalarından və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək, məhkəmə hesab edir ki, İddiaçı Şirvan (Əli Bayramlı) şəhər XDS İcarəyə Komitəsinin 30 noyabr 1990-cı il tarixli iclas protokolunun 17 nömrəli qərarı əsasında kollektiv bağçılıq məqsədi ilə ayrılmış və 10 may 1997-ci il tarixdə onun adına rəsmiləşdirilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən, hüquqi cəhətdən 1990-cı ildən hal-hazıradək ötən 35 il ərzində heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilməyən 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Qeyd olunan Qanunun 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etmək olmuşdur. Bundan başqa, Etimad hüququnun qorunması Konstitusiyadan və X25 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X25 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmçinin, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Şirvan (Əli Bayramlı) şəhər XDS İcarəyə Komitəsinin 30 noyabr 1990-cı il tarixli iclasının 17 nömrəli qərarı əsasında ayrılmış və 10 may 1997-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin üzərindən yüksək gərginlikli (6KVt-luq) elektrik xətti çəkilməsi ilə bağlı məsuliyyətin isə iddiaçının üzərinə qoyulmasını məhkəmə yolverilməz və qanunazidd hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunanlar məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi iddiaçının iradəsindən asılı olmayan hallarla bağlı, yəni dövlət idarələri, təşkilatları və qurumlarının həmkarlar ittifaqları tərəfindən bağçılıq-bostançılıqla məşğul olmaq məqsədi ilə ayrılmış torpaq sahəsinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının və bağ sahəsinin planının (kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq tərtib edilmiş sxematik planın) 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməməsi, habelə sözügedən torpaq sahəsinin üzərindən yüksək gərginlikli (6KVt-luq) elektrik xətti çəkilməsi səbəbləri ilə İddiaçı Şirvan (Əli Bayramlı) şəhər XDS İcarəyə Komitəsinin 30 noyabr 1990cı il tarixli iclasının 17 nömrəli qərarı əsasında ayrılmış və 10 may 1997-ci il tarixdə onun adına rəsmiləşdirilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən, hüquqi cəhətdən 1990-cı ildən hal-hazıradək ötən 35 il ərzində heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilməyən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinasının hüquqi əsası yoxdur və iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını və bu barədə müvafiq çıxarışın verilməsini tələb etməkdə haqlıdır. Həmçinin, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin zəruri hüquqmüəyyənedici sənədlər əldə olunmaqla iddiaçıya verilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu, habelə cavabdeh inzibati orqanın iddiaçının 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsinin səbəbləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Digər tərəfdən, qeyd olunduğu kimi, Şirvan (Əli Bayramlı) şəhər XDS İcarəyə Komitəsinin 30 noyabr 1990-cı il tarixli iclasının 17 nömrəli qərarı əsasında ayrılmış və 10 may 1997-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0,06 ha torpaq sahəsi hüquqi cəhətdən bostançılıq-bağçılıq məqsədilə ayrıldığı 1990-cı ildən hal-hazıradək ötən 35 il ərzində heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli və qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş prosedur qaydalara əməl edilməklə heç bir pozuntuya yol verilmədən verildiyindən, həmin torpaq sahəsinin ayrılması barədə Şirvan (Əli Bayramlı) şəhər XDS İcarəyə Komitəsinin 30 noyabr 1990-cı il tarixli iclasının 17 nömrəli qərarı hal-hazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilmədiyindən və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Şirvan (Əli Bayramlı) şəhər XDS İcarəyə Komitəsinin 30 noyabr 1990-cı il tarixli iclasının 17 nömrəli qərarı əsasında ayrılmış və 10 may 1997-ci il tarixdə onun adına rəsmiləşdirilmiş Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin daşınmaz əmlaka onun mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 100 (bir yüz) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Şirvan (Əli Bayramlı) şəhər XDS İcarəyə Komitəsinin 30 noyabr 1990-cı il tarixli iclasının 17 nömrəli qərarı əsasında ayrılmış və 10 may 1997-ci il tarixdə onun adına sənədləşdirilmiş (rəsmiləşdirilmiş) Şirvan şəhəri, Xəqani küçəsi ünvanında, şəhərin Bağçılıq-bostançılıq massivində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin daşınmaz əmlaka onun mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X5, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-818/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-818/2025
08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver