Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-819/2021 16.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X2 iddiaçıya məxsus Şirvan şəhəri, X7 küçəsi, ev 26, mənzil 61 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Şirvan şəhəri, X7 küçəsi, ev 26, 61 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X2 mənzilin qeydiyyatından çıxarılması üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsi iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxsin Şirvan şəhəri, X7 küçəsi, ev 26, 61 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(120)-819/2021 saylı qərardadı ilə X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Məhkəmənin 16 may 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X3 onun mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Bildirmişdir ki, həmin şəxs ona məxsus mənzildə yaşamır və harada yaşaması barədə məlumatı yoxdur. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsi iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Seriya RX ******* nömrəli çıxarışın surətini, 08.11.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinin surətini surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə və Şirvan şəhər Məhkəməsinin 2(032)-215/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsinə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş RX ******* nömrəli çıxarışdan və 08.11.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Şirvan şəhəri, X7 küçəsi, ev 26, 61 nömrəli mənzili Bağışlanma müqaviləsi yolu ilə əldə etdikdən sonra RX ******* nömrəli çıxarış əsasında adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında elan edilmiş ərizədən görünür ki, üçüncü şəxs X1 şəhəri, X7 küçəsi, ev 26 ünvanında yerləşən 61 saylı mənzilin bağışlanmasına razılıq vermişdir. Məhkəmə iclasında elan edilmiş cavabdehin iddiaçıya ünvanladığı 27 fevral 2021ci il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxs X8 iddiaçıya məxsus Şirvan şəhəri, X7 küçəsi, ev 26, 61 nömrəli mənzilin pasport qeydiyyatındadır. Məhkəmə iclasında elan edilmiş Cavabdeh məhkəməyə ünvanladığı məktubda qeyd olunur ki, üçüncü şəxsin sözügedən ünvana qeydiyyata düşməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və üçüncü şəxs X8 2005-ci il tarixdən Şirvan şəhəri, X7 küçəsi, ev 26, mənzil 61 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13.04.2021-ci il tarixli, 290 saylı arayışından görünür ki, X1 şəhəri, X7 küçəsi, ev 26, ünvanda yerləşən 61 nömrəli mənzildə yaşamır. Məhkəmə iclasında elan edilmiş Şirvan şəhər Məhkəməsinin Məhkəməyə ünvanladığı məktubda qeyd olunur ki, “İddiaçı cavabdeh X4 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi Şirvan şəhər Məhkəməsinin 2(032)-215/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, qanunla müəyyən edilmiş müddətdə apelyasiya şikayəti verilmədyindən qətnamə qanuni qüvvəsini almışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-215/2021 saylı. 24.02.2021-ci il tarixli qətnaməsi məlumat üçün sizə göndərilir”. Məhkəmə iclasında elan edilmiş Şirvan şəhər Məhkəməsinin 2(032)-215/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunur ki “...belə olan halda isə məhkəmə hesab edir ki, cavabdeh X8 mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı ilə 2018-ci ilin noyabr ayından birlikdə yaşamadığından, onun Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən həmin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti yoxdur. Beləliklə məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, cavabdeh X8 ilə Şirvan şəhəri, H.L.İbrahimov küçəsi, 26 saylı evin, 61 №-li mənzilindən istifadə edilməsi ilə əlaqədar notariat qaydasında təsdiq olunmuş yazılı razılaşma bağlanmadığından, o mübahisəli yaşayış sahəsindən nə Mülki Məcəllənin 228-ci maddəsi ilə nəzərdə tutulmuş istifadə hüququna, nədə ki, mübahisəli mənzilin yeni mülkiyyətçisi ilə birlikdə yaşamadığından Mənzil Məcəlləsinin 30.2-ci maddəsi ilə nəzərdə tutulmuş istifadə etmək hüququna malik olmamış, ona görə də mövcud olmayan hüquqa xitam verilməsi yolverilməz olduğundan iddia əsassız olduğundan təmin edilməməlidir...”. Məhkəmənin qənaətinə görə üçüncü şəxsin iddiaçıya məxsus evdə yaşamaması və həmin mənzildən istifadə etmək səlahiyyətinin olmaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxsin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün o, iddiaçıya məxsus mənzilin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxsin Şirvan şəhəri, X7 küçəsi, ev 26, mənzil 61 nömrəli mənzilin ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə heç bir prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X2 İddiaçı məxsus Şirvan şəhəri, X7 küçəsi, ev 26 ünvanda yerləşən 61 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-819/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-819/2021
16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver