Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-819/2023 18.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1974-cü ildən xx.xx.1974cü ilə kimi Kürdəmir rayonunun keçmiş H.Aslanov adına kolxozda işlədiyi, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi Kürdəmir 115 nömrəli kənd Texniki Peşə məktəbində oxuduğu, xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixə kimi keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə qulluq illərini, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi Bakı şəhərindəki 14 nömrəli Texniki Peşə məkktəbində oxuduğu illəri, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə kimi Bakı Gəmiqayırma zavodunda, xx.xx.1978-ci ildən xx.xx.1998-ci ilə kimi X16 İstehsalat Birliyində, xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilə kimi Kürdəmir Avtonəqliyyat ATSC-də sürücü işləməyi ilə bağlı xx.xx.1975-ci il tarixli, xx.xx.1978-ci il tarixli Attestatlarını, NZ ******* nömrəli hərbi biletini, 776 nömrəli kolxozçunun əmək kitabçasını və xx.xx.1978-ci il tarixli İT-0347459 nömrəli əmək kitabçasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının vəzifəli şəxslərinin qəbul etməmələri barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin illər təhsil aldığı illər, işlədiyi illər üzrə əmək stajının və hərbi xidmət illərinin nəzərə alınmaqla, ona yaşa görə pensiya hüququnun yarandığı gündən əmək pesiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-819/2023 saylı qərardadı ilə iddiaçı və cavabdeh olduğu kimi qalmaqla, iddia tələbinə onun “hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, məktəbli kimi bir neçə il Kürdəmir rayonunun keçmiş H.Aslanov adına kolxozda işlədikdən sonra 1974-cü ilin əvvəlində həmin kolxozda kolxoz üzvlüyünə qəbul edilib xx.xx.1974-cü ilədək kombayn yedəkçisi kimi işləməyə başlamışdır. xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi Kürdəmir 115 nömrəli kənd Texniki Peşə məktəbində oxumuşdur. Bundan sonra xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixə kimi keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi Bakı şəhərindəki 14 nömrəli Texniki Peşə məkktəbində oxuyub avtomobil çilingəri peşəsinə yiyələnmişdir. Peşə məktəbini bitirəndən sonra xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə kimi Bakı Gəmiqayırma zavodunda işləmişdir. Bundan sonra xx.xx.1978-ci ildə X16 İstehsalat Birliyinə sürücü işinə qəbul olunub xx.xx.1998-ci il tarixə kimi orada sürücü işləmişdir. xx.xx.1998-ci ildən xx.xx.2003- cü ilə kimi Kürdəmir Avtonəqliyyat ATSC-də sürücü işləmişdir. Təhsil müəssisələrində oxumağı, hərbi xidmətdə olduğu illər və kolxoz və təşkilatlarda işləməyi ona məxsus olan attestat, hərbi bilet və əmək kitabçasında açıqaydın qeyd edilmişdir. Oxuduğu, hərbi xidmətdə olduğu və işlədiyi illər nəzərə alınmadan Konstitusion hüquqları pozulmaqla xx.xx.2022-ci il tarixdə ona 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Bundan sonra o, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 2022-ci ilin may ayında DSMF-nə müraciət etmiş. Lakin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında onun 25 ildən çox əmək stajının olmasına baxmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmiş və X14 ATSC ilə Kürdəmir Avtonəqliyyat ATSC-nin sənədlərinin Kürdəmir rayon X11 verilmədiyini əsas götürmüşlər. Həmin təşkilatların sənədlərinin X11 verilməməsində onun günahinın hansı dərəcədə olduğunu o bilmir və bunun ona yaşa görə pensiya təyin edilməsi üçün hansı maneənin olmasını bilmir. Qanunvericildikdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək kitabçasının olması qeyd edildiyi halda və o bunları cavabdeh idarəyə təqdim etdiyi halda ona yaşa görə əmək pensiyasının hesablanmamasının səbəbini bir vətəndaş olaraq anlaya bilmir. Həmin təşkilatların hazırda fəaliyyət göstərməməsi və sənədlərinin X11 verilməməsi onun günahı üzündən baş verməmişdir və bu bir mənalı olaraq belədir. Hər hansı bir təşkilat müəyyən müddət fəaliyyət göstərdikdən sonra hansısa problem səbəbindən bu gün fəaliyyət göstərə bilməz. Burada həmin təşkilatlarda işləyən işçilərin günahı qanunvericilikdə hansı dərəcədə nəzərdə tutulması ona məlum deyil. Qanunvericilikdə yaşa görə əmək pensiyasının əmək kitabçasına əsaəsən təyin edilməsi nəzərdə tutulmuşdur. Onun işlədiyi illərə görə əmək stajının hazırki şəraitdə mövcud olan əmək kitabçasına və digər sənədlərə əsasən 25 ildən çox olmasına baxmayaraq stajı nəzərə alınmadan sənədlərin qəbul edilmədən qanunsuz olaraq özünə qaytarılmış, bu da onun konstitusiya ilə təsbit edilən yaşa görə əmək pensiyası almaq hüququnu kobud surətdə pozmuşdur. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, icraatda olan 2-1(120)-2293/2022 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim etmişdir. Ərizəçinin müraciətinə aidiyyəti üzrə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən baxılaraq cavanblandırılmışdır. İnzibati orqan qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır.Fondun 1 saylı Mərkəzi Aran filialının monitorinqinin nəticəsinə əsasən iddiaçıya məxsus əmək kitabçasının surətində xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək qeyd olunmuş “X16” ATSC-nin və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-nin sənədləri Kürdəmir rayon X11 verilmədiyindən, eyni zamanda sözügedən müəssisələr fəaliyyət göstərmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın (bundan sonra Qaydalar) 4- cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 4.1 -ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:- 2006-cı il yanvarın 1-dək olan dövr üzrə;- 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatlarına əsasən. Qaydaların 4.1.1 -ci bəndinin görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün aşağıdakılar nəzərə alınır: - “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;- seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;- əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;- kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;- işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Həmçinin iddiaçının 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə sığorta stajı barədə məlumatlar “Sığorta Alt Sistemi”ndə mövcud olmadığı üçün həmin dövrləri iş stajına daxil etmək mümkün olmamışdır.Beləliklə iddiaçının təqdim etdiyi əmək kitabçası, hərbi biletin surətinə və digər sənədlərə əsasən mübahisələndirilməvən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1977ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil aldığı dövrlər nəzərə alınmaqla) 17 il 2 gün təşkil edir.Belə olan halda iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. İddiaçının sosial sığorta stajının araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivinə sorğular göndərilmişdir. Qeyd olunan sorğular müvafiq qaydada cavablandırıldıqdan sonra məhkəməyə təqdim olunacaqdır. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq, 2-1(120)- 2293/2022 nömrəli inzibati iş üzrə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Kürdəmir şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə doğulmuş Cəbiyev X1 rayonu, Şahbəyli kəndində qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********8 saylı imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim edilən əmək kitabçasının, hərbi biletinin və attestatlarının surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu, 01,09.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil aldığı dövrlər nəzərə alınmaqla) 17 il 2 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Mərkəzi Aran filialının monitorinqinin nəticəsinə əsasən əmək kitabçasının surətində xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək qeyd olunmuş “X16” ATSC-nin və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-nin sənədləri Kürdəmir rayon X11 verilmədiyindən, eyni zamanda sözügedən müəssisələr fəaliyyət göstərmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddəyə əsasən xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixində Sovet ordu sıralarına qoşulmuş, xx.xx.1977-ci ildə hərbi xidmətini başa vurmuşdur. - İşdə olan xx.xx.1978-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1974-cü ilin əvvəlində Kürdəmir rayonunun keçmiş H.Aslanov adına kolxozdakolxoz üzvlüyünə qəbul edilib xx.xx.1974-cü ilədək kombayn yedəkçisi kimi işləməyə başlamışdır. Peşə məktəbini bitirəndən sonra xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə kimi Bakı Gəmiqayırma zavodunda işləmişdir. Bundan sonra xx.xx.1978-ci ildə X16 İstehsalat Birliyinə sürücü işinə qəbul olunub xx.xx.1998-ci il tarixə kimi orada sürücü işləmişdir. xx.xx.1998-ci ildən xx.xx.2003- cü ilə kimi Kürdəmir Avtonəqliyyat ATSC-də sürücü işləmişdir. - İşdə olan Kürdəmir 115 nömrəli kənd Texniki Peşə məktəbinin 1230 nömrəli atestatından görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi həmin məktəbdə təhsil almışdır. - İşdə olan Bakı şəhərindəki 14 nömrəli Texniki Peşə məkktəbinin 7344 nömrəli atestatından görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi həmin məktəbdə təhsil almışdır. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - İşdə olan Azərbaycan Respublikası 9 saylı Ərazi Vergilər İdarəsininxx.xx.2022-ci il tarixli, **********657500 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" X18 Cəmiyyəti xx.xx.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş və "xxxx" X18 Cəmiyyətinin bazasında xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə təkrar “X4 Səhmdar Cəmiyyəti 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır.Vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılıb."Kürdəmir Kəndkimya” Açıq Səhmdar Cəmiyyəti 16.C5.2016-cı il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır.Baza məlumatlarına əsasən vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2096-cı il tarixədək dayandırılıb. - İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 09 dekabr 2022-ci il tarixli 01/3-4666 nömrəli məktubunda göstərilmişdir ki, “X16” ATSC və "xxxx" ATSC 17 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********98 nömrəli məktubunda göstərilmişdir ki,“Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 399 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Kürdəmir "Kəndtəsərrüfatıkimya" Birliyinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti və xx.xx.1998-ci il tarixli, 1059 nömrəli sərəncamı ilə "xxxx" X5 Avtonəqliyyat Müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2021-ci il tarixində, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin özəlləşdirilməsi xx.xx.2006-cı il tarixində tam başa çatdırılmışdır.Məktubunuzda qeyd olunan məsələlərlə bağlı əlavə məlumat almaq üçün aidiyyəti üzrə "xxxx" və "xxxx" Açıq Səhmdar Cəmiyyətlərinin idarəetmə orqanlarına və ya Dövlət Vergi Xidmətinə müraciət etmək məqsədəuyğun hesab edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir rayon İcra Hakimiyyətinin Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-LSKA 21/2023 nömrəli məktubunda göstərilmişdir ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsində araşdırılma aparılmış, Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir aryon R.Axundov adına kalxozunun 7 nömrəli kitabının 1193 nömrəli şəxsi hesabında X7 barədə əmək haqqı cədvəli və Kürdəmir rayon "Sabir" adına kalxozun əmək haqqı kitabının 604 nömrəli şəxsi hesabında Abuşov Əhmədağa barədə cədvəlin təsdiq olunmuş surəti tanış olmaq üçün göndərilmişdir. -İşdə olan Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-54988/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2023-cü il tarixli 2-1 (120)-819/2023 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı iddiasına dair iş üzrə sorğuda qeyd olunan digər şəxs X2 xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada pensiya təyin edildiyindən pensiya işi tərtib edilməmişdir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-71532/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası'’ tələbinə dair xx.xx.2022-ci il tarixli 2-1(120)- 3240/2022 nömrəli sərəncama baxılmışdır.Qeyd olunan məhkəmə sərəncamına əsasən inzibati iş üzrə qarşılıqlı yoxlama akının təsdiq edilmiş surəti təqdim edilir. -İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının məhkəməyə ünvanladığı 30 mart 2023-cü il tarixli aktda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi Aran regional filialının mütəxəssisləri E.Musayev, V.Musayev və Kürdəmir rayon Dövlət Arxivinin müdiri Ə.Kərimovİddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “X16 “ ATSC-də və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, Kürdəmir Avtonəqliyyat ATSC-də işləməsi faktını qarşılıqlı qaydada yoxlamaq üçün Kürdəmir rayon Dövlət Arxivində olmuşlar. “X16” ATSC-nin və Kürdəmir Avtonəqliyyat ATSC-nin əmr və əmək haqqı sənədləri Kürdəmir rayon X11 verilmədiyindən yoxlamaq mümkün olmamışdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2022-ci il tarixli 2-1(120)-2293/2022 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi xx.xx.1975-ci il tarixli 1230 nömrəli attestatın surətinə əsasən onun xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək 8 ay 7 gün təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinədək 2 il 16 gün hərbi xidmət dövrü, xx.xx.1978-ci il tarixli 1344 nömrəli attestatın surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 10 ay 10 gün təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci tarixdən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 13 il 4 ay 29 gün əmək fəaliyyəti dövrləri olmaqla ümumilikdə 17 il 2 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Adıçəkilən şəxsin 17 il 2 gün sığorta stajına uyğun olaraq 13877,41 manat pensiya kapitalı olmaqla pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan “X16” ATSC-də və xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixədək “Kürdəmir Avtonəqliyyat" ATSC-də işlədiyi müddəti dəqiqləşdirmək zərurəti yaranmışdır. X17 Regional filialının xx.xx.2022-ci il tarixli xidməti məktubuna əsasən sözügedən müəssisələrin sənədləri Kürdəmir rayon X11 verilmədiyindən, eyni zamanda fəaliyyət göstərmədiklərindən xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək olan əmək fəaliyyəti dövrlərinin iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Vətəndaşın təqdim etdiyi kolxozçunun əmək kitabçasının surətinə əsasən 1969-1971 -ci illər üzrə əmək fəaliyyəti vətəndaş həmin dövrlərdə çalışmanın yaş həddinə çatmadığından və tələb olunan minimum əmək gün norması göstərilmədiyindən, 1972-1974-cü illər isə əmək kitabçasırda tələb olunan minimum əmək gün norması göstərilmədiyindən həmin dövrlərin hesablanması və iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır.Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr ümumilikdə 11 il 7 ay 16 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, ümumiyyətlə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1975-ci il tarixli 1230 nömrəli attestatın surətinə əsasən onun xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək 8 ay 7 gün təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinədək 2 il 16 gün hərbi xidmət dövrü, xx.xx.1978-ci il tarixli 1344 nömrəli attestatın surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 10 ay 10 gün təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci tarixdən xx.xx.1978-ci il tarixidək, xx.xx.1978ci il tarixdən xx.xx.1992-ci il tarixədək 13 il 4 ay 29 gün əmək fəaliyyəti dövrləri, ümumilikdə 17 il 2 gün cavabdeh orqan tərəfindən mübahisə edilməmişdir. İddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “X16” ATSC-də sürücü və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir Avtonəqliyyat ATSC-də sürücü vəzifəsində işlədiyi dövrlər ümumilikdə 11 il 7 ay 16 gün cavabdeh orqan tərəfindən mübahisə edilmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “X16” ATSC-də sürücü və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir Avtonəqliyyat ATSC-də sürücü vəzifəsində işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “X16” ATSC-də sürücü və xx.xx.1998-ci il tarixdən xx.xx.2003cü il tarixədək Kürdəmir Avtonəqliyyat ATSC-də sürücü vəzifəsində işləmişdir. Hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “X16” ATSC-də sürücü və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir Avtonəqliyyat ATSC-də iddiaçının əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “X16” ATSC-də sürücü və xx.xx.1998-ci il tarixdən xx.xx.2003cü il tarixədək Kürdəmir Avtonəqliyyat ATSC-də sürücü vəzifəsində işləməsi halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun “X16” ATSC və "xxxx" ATSC-nin mövcudluğu barədə sorğular göndərilmiş, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 09 dekabr 2022-ci il tarixli 01/3-4666 nömrəli məktubuna əsasən, “X16” ATSC və "xxxx" ATSC 17 iyun 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. "xxxx" X18 Cəmiyyəti xx.xx.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş və "xxxx" X18 Cəmiyyətinin bazasında xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə təkrar “X4 Səhmdar Cəmiyyəti 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. "Kürdəmir Kəndkimya” Açıq Səhmdar Cəmiyyəti 16.C5.2016-cı il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır.Baza məlumatlarına əsasən vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2096-cı il tarixədək dayandırılıb. X9 Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının məhkəməyə ünvanladığı 30 mart 2023-cü il tarixli aktda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi Aran regional filialının mütəxəssisləri E.Musayev, V.Musayev və Kürdəmir rayon Dövlət Arxivinin müdiri Ə.Kərimovİddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “X16 “ ATSC-də və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, Kürdəmir Avtonəqliyyat ATSC-də işləməsi faktını qarşılıqlı qaydada yoxlamaq üçün Kürdəmir rayon Dövlət Arxivində olmuşlar. “X16” ATSC-nin və Kürdəmir Avtonəqliyyat ATSC-nin əmr və əmək haqqı sənədləri Kürdəmir rayon X11 verilmədiyindən yoxlamaq mümkün olmamışdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin cəmiyyətdə işləməsi və əmək haqqı alması, o cümlədən idarənin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə “X16” ATSC və "xxxx" ATSC mövcud olmuş, iddiaçı “X16” ATSC və "xxxx" ATSC-də sürücü işləmiş və əmək haqqı almış, sadəcə olaraq “X16” ATSC və "xxxx" ATSC-nin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi “X16” ATSC və "xxxx" ATSC-də işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “X16” ATSC-də sürücü və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-də sürücü vəzifəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “X16” ATSC-də sürücü və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir Avtonəqliyyat ATSC-də sürücü vəzifəsində işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə “X16” ATSC və "xxxx" ATSC-nin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin idarə tərəfindən müəyyən dövr üçün ATSC-yə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair “X16” ATSC və "xxxx" ATSC-yə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması ATSC-də işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Bundan başqa cavabdeh qeyd edir ki, iddiaçının əmək kitabçasının surətinə əsasən, 1969-cu il tarixdən 1971-ci il tarixinə kimi olan əmək fəaliyyəti zamanı çalışmanın yaş həddinə çatmadığından və tələb olunan minimum əmək günü norması göstərilmədiyindən, 1972-1974-cü illər isə əmək kitabçasında tələb olunan minimum əmək günü norması göstərilmədiyindən, həmin dövrləri sığorta stajı kimi nəzərə alınmamalıdır. Məhkəmə cavabdeh inzibati orqanın etirazında göstərdiyi həmin dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan əmək kitabçasının təsdiq edilmiş surətindən və əmək kitabçasının əslindən görünür ki, İddiaçı 1969-cu il tarixdən “Sabir” adına kalxozda işləmişdir. İş materiallarında olan Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv cədvəlindən görünür ki, İddiaçı 1969-1974-ci illərdə “Sabir” adına kalxozda əmək haqqı almışdır. Məhkəmə hüquqi mövqeyini ifadə edərək qeyd edir ki, iddiaçı 1969-cu il tarixdə 12 yaşı tamam olmuşdur, əmək haqqı almışdır. Lakin əmək kitabçasında tələb olunan minimum əmək günü norması göstərilməmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. Ona xx.xx.2022-ci il tarixdə sosial müavinət təyin edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2022-ci il tarixdən), yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-819/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-819/2023
18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver