Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-82/2021 12.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X7, Üçüncü şəxsin nümayəndəsi X3 iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinə qarşı “məcburi dövlət sığorta haqları üzrə hesablanmış 1745,67 manat borc məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinə qarşı “tələbin icraya yönəldilməsi haqqında qərarın ləğv edilməsi və 1745.67 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаriхli, 2-1(120)-1144/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinə qarşı “tələbin icraya yönəldilməsi haqqında qərarın ləğv edilməsi və 1745.67 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılması, iddia tələbinə “məcburi dövlət sığorta haqları üzrə hesablanmış 1745,67 manat borc məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı dаvаm еtdirilməsi, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 Şirvan şəhər filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2007-ci il tarixdən vergi ödəyicisi kimi qeydə alınmışdır. Vergi ödəyicisi kimi dövlət büdcəsinə ödənilməli olan vergiləri vaxtlıvaxtında ödəmişdir. Dövlət büdcəsinə vergilər üzrə heç bir borcu yoxdur. Səhhəti ilə əlaqədar sahibkarlıq fəaliyyətini dayandırdığı üçün 2018-ci ilin sonlarında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmiş və müraciəti əsasında vergi orqanı ilə bağlanmış “Vergi partnyorluğu” sazişi ləğv olunmuşdur. Sahibkarlıq fəaliyyətinin dayandırılması barədə DSMF-nin Şirvan şəhər şöbəsinə məlumat verdikdə onlar VÖEN-nin bağlanması ilə bağlı bütün məlumatları Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində göndərəcəklərini bildirmişdirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən ona Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin 976200 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bildirişdə 1745.67 manat vergi borcunun ondan alınaraq müvafiq dövlət təşkilatının hesabına ödənilməsi qeyd edilmişdir. Qeyd edilən bildiriş üzrə borcun hansı dövrdə, hansı səbəbdən yaranması qeyd edilməmiş, müvafiq dövlət təşkilatından borc olması barədə ona bildiriş, xəbərdarlıq, tələbnamə göndərilməmiş, ümumiyyətlə borc olması barədə nə rəsmi nədə ki, qeyri-rəsmi ona məlumat verilməmişdir. Bundan başqa onun vergi orqanlarına və məcburi sosialsığorta haqqlarına görə heç bir borcu yoxdur. Fəaliyyət dövrü, yəni, xx.xx.2007-ci ildən 2018-ci ilin sonlarınadək iki işçi olmaqla, bir işçi 2018-ci ilin birinci rübündə fəaliyyətinə xitam verilmişdir. Fəaliyyət müddəti ərzində işçilərə görə hesablanmış məcburi dövlət sosial sığorta haqqlarını qanunvericilikdə nəzərədə tutulduğu qaydada ödəmişdir. Belə ki, hər ay üzrə həm vergi orqanlarına və məcburi sosial-sığorta məbləğləri barədə müvafiq orqanlar tərəfindən verilmiş məlumat əsasında ödəniş məbləğlərini müvafiq hesablara ödəniş etmişdir. DSMF-nın Şirvan şəhər şöbəsi tərəfindən ərizəsinə cavab olaraq bildirilmişdir ki, fəaliyyət də olduğu dövrdə 2014-cü ildən başlayaraq iscisinə görə hesablanmış məcburi dövlət sosial sığorta haqqlarını qanunvericilikdə nəzərədə tutulduğu qaydada ödəməmişdir. Cavab məktubundan belə məlum olur ki, onun bir işçisinə görə hesablanmış məcburi dövlət sosial sığorta haqqlarını ödəməmişdir. Necə ola bilər ki, hər ay verilmiş məlumat əsasında ödəniş etdiyi təqdirdə, məbləğin az ödənilməsi barədə ona heç bir məlumat və ya xəbərdarlıq edilməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi borcun yaranma səbəblərini araşdırmadan, 2018ci ilin sonlarında VÖEN-nin bağladığını nəzərə almadan, 2018-ci ildən xx.xx.2020-ci il tarixədək ona heç bir, yazılı və ya şifahi məlumat, bildiriş vermədən səlahiyyətlərindən istifadə edərək əsassız hesabladıqları borcları ondan almaq üçün icra vərəqəsi vermişlər. Qeyd olunanların nəzərə alınaraq məcburi dövlət sığorta haqları üzrə hesablanmış 1745,67 manat borc məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X10 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X8 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sübutları obyektiv, hərtərəfli, tam tətqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2020-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, xx.xx.2007-ci ildə Vergi orqanında qeydiyyatdan keçmiş və DSMF Şirvan şəhər şöbəsində sığortaedən kimi fəaliyyətə başlamısınız. Fəaliyyətdə olduğunuz dövrdə 2014-cü ildən başlayaraq işçinizə görə hesablanmış məcburi dövlət sosial sığorta haqlarını qanunvericilikdə nəzərdə tutulduğu qaydada ödəməmisiniz. xx.xx.2018-ci ilə məcburi dövlət sosial sığorta haqları üzrə işçi üçün hesablanmış 1506,08 manat borcunuz olmuşdur ki, bu məbləğin 1081,03 manatı əsas borc, 425,05 manatı isə penya və maliyyə sanksiyası üzrə hesablanmış borcdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli, **********425800 nömrəli etirazında qeyd edilmişdir ki, iddiaçı X9 (VÖEN: **********) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli “Tələbin icraya yönəldilməsi barədə” qərarın ləğv edilməsi və ona hesablanmış MDSS üzrə 1745,67 manat borc məbləğinin silinməsi öhdəliyinin cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbini əsassız hesab edir: Bildiyimiz kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. X4 yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcunun 1573,21 manatı digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - respublika tabeli üzrə 205,18 manat (əsas borc 15,28 manat, penya 189,90 manat), muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan üzrə 1368,03 manat (əsas borc 958,43 manat, penya 409,60) xx.xx.2019-cu ildən əvvəlki tarixə aid olduğu üçün həmin borc məbləği Dövlət Sosial Müdafiə Fondu tərəfindən, 85,06 manatı (digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - respublika tabeli) xx.xx.2019-cu ildən sonrakı dövrlərə aid olduğu üçün vergi orqanı tərəfindən hesablanmışdır. xx.xx.2020-ci il tarixdə X9 5 saylı Ərazi Vergilər idarəsinə yaranmış sosial sığorta və işsizlikdən sığorta haqlarınını əsassız hesablanması və həmin borcun silinməsi ilə bağlı müraciət etmişdir. Daxil olmuş müraciətə cavab olaraq bildirilmişdir ki, vergi ödəyicisi X9 tərəfindən təqdim olunmuş hesabatlara və xx.xx.2019-cu il tarixdən Dövlət Sosial Müdafiəsi Fondundan saldo kimi borc keçən məbləğlər ilə bağlı ödənişlər tam ödənilmədiyi üçün şəxsi hesab vərəqəsinin xx.xx.2020-ci il tarixə olan göstərilərinə əsasən vergi ödəyicisinin sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 1658,27 manat borcu qalmışdır. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun borcunun olması barədə rəsmi şəkildə bildiriş göndərilməmiş və borcunun olması barədə xəbərdar edilməmişdir. Göstərilən hal ilə əlaqədar bildirirk ki, yaranmış borc ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən X5 xx.xx.2019-cu il tarixdə **********249000 nömrəli və xx.xx.2019-cu il tarixli **********101800 nömrəli bildirişlər göndərilmiş və yaranmış sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bildirişin göndərilməsinə baxmayaraq yaranmış borc məbləği ödənilmədiyi üçün X4 banklarda olan hesablaşma hesablarına sərəncamlar qoyulmuşdur. Göstərilən halın təsdiqi kimi, “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatlardan da görünür ki, xx.xx.2019-cu il tarixdə **********249000 nömrəli bildiriş xx.xx.2019-cu ildə, xx.xx.2019-cu il tarixli, **********101800 nömrəli bildiriş isə xx.xx.2019cu ildə iddiaçıya göndərilmişdir (vergi ödəyicisi ilə yazışmalar barədə hesabatlar əlavə olunur). Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin məcəllənin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Həmçinin etiraza əlavə edilmiş X4 şəxsi hesab vərəqəsindən də göründüyü kimi, iddiaçının MDSS borcu özünün təqdim etdiyi vergi bəyannamələri və vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün yaranmışdır. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0.1 faizi məbləğində faiz tutulur. Eyni zamanda, X9 tərəfindən sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borclar ödənilmədiyi üçün 5 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2020-ci il tarixli **********976200 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul edərək məlumat üçün İddiaçı və qərarın icra olunması üçün məhkəmə icra qrumuna göndərmişdir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinin müddəlarına əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeylərini gözləməyə və müdafiə etməyə borcludur. Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş "Vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydanın 9-cu maddəsinə əsasən “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçı X4 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********3 nömrəli bildirişdən görünür ki, X4 xx.xx.2019-cu il tarixinə ümumilikdə 1.758.31 manat, o cümlədən muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə 1.158.71 manat, faizlər üzrə 599.60 manat təşkil edir. İş materiallarında olan tələbin icraya yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli, qərardan görünür ki, İddiaçı (VÖEN-**********) tərəfindən 1745,67 manat vergi borcu qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləği xx.xx.2020-ci il tarixdən icraya yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14 4 saylı regional ərazi filialının xx xxxxxx 2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, məlumat üçün bildiririk ki, İddiaçı (VÖEN: **********) xx.xx.2017-ci il tarixə DSMF Şirvan şəhər şöbəsinə 0732 fəaliyyət kodunda maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələr üzrə 208.77 manat, 0100 fəaliyyət kodunda məcburi dövlət sosial sığorta haqqı üzrə 771.08 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələr üzrə 39.77 manat borcu yaranmışdır. Borcun yaranma səbəbi sığotaedənin fəaliyyəti dövründə hesablanmış mdss haqlarını vaxtında qanunvericiliyə uyğun olaraq ödəməməsidir. Belə ki, 2009-cü ildə sahibkar 0100 fəaliyyət kodu (işçiyə) üzrə hesablanmış 112.50 manat məcburi dövlət sosial sığorta haqqının 95.00 manatını, 2010cu ildə 0100 fəaliyyət kodu üzrə hesablanmış 347.50 manat mdss haqqının 322.00 manatını, 2011-ci ildə 0100 fəaliyyət kodu üzrə hesablanmış 514.25 manat mdss haqqının 453.00 manatını, 2012-ci ildə 0100 fəaliyyət kodu üzrə hesablanmış 610.50 manat mdss haqqının 605.00 manatını, 2013-cü ildə 0100 fəaliyyət kodu üzrə hesablanmış 669.78 manat mdss haqqının 646.00 manatını, 2014-cü ildə 0100 fəaliyyət kodu üzrə hesablanmış 997.50 manat mdss haqqının 600.00 manatını, 2015-ci ildə 0100 fəaliyyət kodu üzrə hesablanmış 960.00 manat mdss haqqının 750.00 manatını ödəmişdir. Vaxtında ödənilməmiş mdss haqlarına görə xx.xx.2017-ci il tarixə 248.54 manat maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələr üzrə borc (proqramda) hesablanmışdır. Yaranmış borcun 45.39 manatı Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa əsasən 2015 yanvarin 1-nə penya və maliyyə sanksiyası silinməsi qaydalarına uyğun olaraq silinmişdir. Qeyd etmək istəyirik ki, 2015, 2017, 2018-ci ilin Azərbaycan Respublikası Vergilər Nazirliyinin ƏƏSMN-in yanında DSMF-na göndərdiyi uçota alınmış sığortaedənlərin müqayisə cədvəllərinə əsasən aşkarlanan vergi fərqi məbləği sığortaedənin hesabatına bərpa olunmuşdur. Sığortaedən İddiaçı yaranmış borcu ödəməsi üçün xx.xx.2018-ci il tarixli 40/477 saylı, xx.xx.2018-ci il tarixli 40/777 saylı, xx.xx.2018-ci il tarixli 40/994 saylı xəbərdarlıqlar göndərilmişdir. Qeyd etmək istəyirik ki, xx.xx.2017-ci il tarixdən sonrakı dövrə aid sığortaedənlərin məlumatlarına DSMF 4 saylı RƏF-nın Şirvan şəhər Qəbul şöbəsində baxmaq mümkün olmadığı üçün 2017-2018-ci illərə dair məlumatların araşdırılması tərəfimizdən mümkün olmamışdır. Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə göndərdiyi xx xxxx 2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Fond) daxil olmuş məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləğinin yaranması ilə bağlı müraciətinizə baxılmışdır. Məlumat üçün bildiririk ki, Nazirliyin “X1 Sistemi”ndə olan məlumatlara əsasən sığortaedən İddiaçı (VÖEN: **********) x xxxxxxx 2018-ci il tarixinə Fonda 0100 (muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət kodu üzrə 1081 manat 3 qəpik məcburi dövlət sosial sığorta haqqı və 425 manat 5 qəpik maliyyə sanksiyası (o cümlədən penya), 0732 (digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-respublika tabeli digər şəhərlərdə) fəaliyyət kodu üzrə 75 manat 28 qəpik məcburi dövlət sosial sığorta haqqı və 219 manat 84 qəpik maliyyə sanksiyası (o cümlədən penya), ümumilikdə 1156 manat 31 qəpik məcburi dövlət sosial sığorta haqqı və 644 manat 89 qəpik maliyyə sanksiyası (o cümlədən penya) üzrə borcu yaranmışdır. Fondun isə sığortaedənə 0100 fəaliyyət kodu üzrə 70 manat, 0732 fəaliyyət kodu üzrə isə 17 manat 40 qəpik digər borcu yaranmışdır. Bildiririk ki, "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.6-cı maddəsinə əsasən 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Qeyd edirik ki, yaranmış borcun ödənilməsi ilə əlaqədar sığortaedənə xx xxxxx 2018-ci il tarixli 40/477 saylı, x xxxx 2018-ci il tarixli 40/777 saylı və xx xxxxxxxx 2018-ci il tarixli 40/994 saylı xəbərdarlıqlar göndərilmişdir. Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqında Azərbaycan Respublikasının x xxxx 2018-ci il tarixli 1042-VQ nömrəli qanununa əsasən sığortaedən İddiaçı 0100 fəaliyyət kodu üzrə x xxxxxx 2015-ci il tarixinədək yaranmış və x xxxxx 2018-ci il tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş 15 manat 45 qəpik maliyyə sanksiyaları, 0732 fəaliyyət kodu üzrə isə x xxxxxx 2015-ci il tarixinədək yaranmış və x xxxxx 2018-ci il tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş 29 manat 94 qəpik maliyyə sanksiyaları xx xxxxxx 2018-ci il tarixində tam şəkildə silinmişdir. Eyni zamanda bildiririk ki, Nazirliyin “X1 Sistemi”nin "Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölməsindən sığortaedən İddiaçı təqdim etdiyi məcburi dövlət sosial sığortası üzrə hesabat məlumatlarına əsasən işçiləri X6 (SSN: **********433) və X2 (SSN: **********857) 2014- 2018-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyirlərinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları və sığortaedənin borcunun yaranma səbəbləri barədə məlumatları təqdim edirik. Əlavə olaraq qeyd edirik ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxxx 1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən x xxxxxx 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Nəzərə almağınız xahiş olunur. İş materiallarında olan Sığortaedən İddiaçı (SUN:**********8, VÖEN: **********) 2007-xx.xx.2018-ci illər üçün hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrin dinamikası barədə mlumatdan görünür ki, xx.xx.2018-xx.xx.2018-ci illər üzrə sığortaedənin ilin sonuna 0732 fəaliyyət kodu üzrə cəmi 295,12 manat (MDSS haqqı üzrə 75,28, maliyyə sanksiyası üzrə 219,84), 0100 fəaliyyət kodu üzrə cəmi 1506,08 manat (MDSS haqqı üzrə 1081,03, maliyyə sanksiyası üzrə 425,05) borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunlarında edilmiş dəyişiklərə uyğun olaraq sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq məlumatlar Vergilər Nazirliyinə təqdim edilmişdir. Həmin məlumatlara əsasən cavabdeh inzibati orqan İddiaçı 1745,67 manat vergi borcunu tələb etmişdir. İddiaçı həmin borcun silinməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı bu borcun əsassız hesablandığını hesab edərək onun silinməsini (ləğv edilməsini) xahiş edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa 9-1.1-ci maddəsinin tələbinə görə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Qanunun 12-cı maddəsinin tələbinə görə, əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Qanunun tələbinə görə müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığorta sığortaedənin vəzifəsidir. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Həmin Məcəllənin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda (maddə 93.1.1); bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə (maddə 93.1.2) qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (maddə 93.1.3) “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. Məhkəmə arşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının silinməsini tələb etdiyi pul, müəssisənin fəaliyyəti ərzində 2006-cı il tarixindən sonrakı illər üçün yaranmış (hesablanmış) məcburi dövlət sosial sığorta haqqları üzrə borclardır. Yuxarıda qeyd olunan hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərkən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93-cü maddəsinə əsaslanıb, sözügedən borcların silinməsinin tələb edilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdehin iddiaçıdan tələb etdiyi vergi borcu, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən deyil, əvvəllər məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF-nin) Şirvan şəhər şöbəsi tərəfindən hesablanmışdır. İddiaçı fəaliyyət dövrü ərzində məcburi dövlət sosial sığorta haqqları üzrə ödənişləri tam həcmdə ödənildiyini qeyd etsə də buna dair sübutlarının və yaxud cavabdeh inzibati orqan tərəfindən borcunun düzgün hesablanmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Hansı ki, yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə sübutetmə yükü iddiaçının üzərinə düşür. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fəaliyyət dövrünün sonuna (xx.xx.2018-ci ilə) 0732 fəaliyyət kodu üzrə 295,12 manat (MDSS haqqı üzrə 75,28, maliyyə sanksiyası üzrə 219,84), 0100 fəaliyyət kodu üzrə isə 1506,08 manat (MDSS haqqı üzrə 1081,03, maliyyə sanksiyası üzrə 425,05) vergi borcu yaranmışdır. Beləliklə də müəyyən edilmişdir ki, İddiaçı fəaliyyət dövrü ərzində məcburi dövlət sosial sığorta haqqları üzrə ödənişləri tam həcmdə və vaxtında ödəmədiyi üçün vergi borcu yaranmışdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinə qarşı “məcburi dövlət sığorta haqları üzrə hesablanmış 1745,67 manat borc məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinə qarşı “məcburi dövlət sığorta haqları üzrə hesablanmış 1745,67 manat borc məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Samir Həsənov