Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-820/2020 17.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh Dövlət X7 Cəlilabad rayon şöbəsin X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X7 Cəlilabad rayon şöbəsinə qarşı «yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxxxx 1963-cü ildə anadan olmuşdur, xx.xx.1979-xx.xx.1996-cı illərdə Cəlilabad rayonu “Kalinin” adına sovxozda və Cəlilabad rayonu “Abışabad” kolxozunda işləmişdir. Həmçinin xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixədək sağlamlıq imkanları məhdud əlil övladı X4 qulluq etmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət X7 Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, **********7 saylı məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdeh Dövlət X7 Cəlilabad rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-xx.xx.1996-cı il tarixə kimi Cəlilabad rayonu keçmiş Kalinin adına sovxozda və Abışabad kolxozunda işləyərək 17 il 02 ay 20 gün iş stajını və xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixə kimi xəstə uşağına 18 yaşına qədər qullu etməklə 8 il 11 ay 24 gün iş stajı qazanmaqla, ümumilikdə onun 26 il 02 ay 14 gün iş stajını sosial sığorta stajı kimi müəyyən edilərək, Dövlət X7 Cəlilabad rayon şöbəsinin üzərinə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsinin və yaranmış olan fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-820/2020 saylı qərardadı ilə iddia tələbinə İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixədək sağlamlıq imkanları məhdud əlil övladı X4 qulluq etdiyi müddət və xx.xx.1979xx.xx.1991-ci illərdə Cəlilabad rayonu “Kalinin” adına sovxozda işlədiyi illər və xx.xx.1991-xx.xx.1996-cı illərdə Cəlilabad rayonu “Abışabad” kolxozunda işlədiyi illər həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Dövlət X7 Cəlilabad rayon şöbəsinin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun xx.xx.1979-xx.xx.1996-cı illərdə Cəlilabad rayonu “Kalinin” adına sovxozda və Cəlilabad rayonu “Abışabad” kolxozunda işləməsi əmək kitabçasında yazılmasa da, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, iddiaçının xx.xx.1979-xx.xx.1996-cı illərdə Cəlilabad rayonu “Kalinin” adına sovxozda və Cəlilabad rayonu “Abışabad” kolxozunda işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdeh Dövlət X7 Cəlilabad rayon şöbəsinin nümayəndəsi X6 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, arxiv arayışını, əmək kitabçasının təsdiq olunmuş surətini, doğum və nikah haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərini, doğum haqqında arayışın təsdiq olunmuş surətini, övladlarının şəxsiyyət vəsiqələrinin təsdiq olunmuş surətini, TSEK-dən müayinə aktından çıxarışların təsdiq olunmuş surətlərini, ailə tərkibi barədə arayışı, Dövlət X7 Cəlilabad rayon şöbəsinin xx xxxxxxx 2018-ci il tarixli, 79165055 saylı arayışını, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən Dövlət arxivinin Cəlilabad rayon şöbəsi tərəfindən göndərilmiş arxiv kitabından çıxarışın məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, xx xxxxxx 2018-ci ildə 55 yaşı tamam olduğu vaxt onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 12 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının sağlamlıq imkanları məhdud əlil övladı X5 özü doğması və 8 yaşına kimi tərbiyə etməsi iş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyətinin Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 71 nömrəli arayışı ilə təsdiq olunur. İddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixədək sağlamlıq imkanları məhdud əlil övladı X4 qulluq etməsi və ona görə sosial muavinat alması iş materiallarında olan Dövlət X7 Cəlilabad rayon şöbəsinin xx xxxxxxx 2018-ci il tarixli, 79165055 saylı arayışı ilə təsdiq olunur. İddiaçının xx.xx.1979-xx.xx.1996-cı illərdə Cəlilabad rayonu “Kalinin” adına sovxozda və Cəlilabad rayonu “Abışabad” kolxozunda işləməsi Dövlət Arxivinin Cəlilabad filialının xx xxxxxx 2019-cu il tarixli 581 nömrəli arxiv arayışı ilə təsdiq olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı adına verilmiş xx xxxxxx 2019-cu il tarixli 581 nömrəli arxiv arayışı yerində yoxlanılmış və yoxlama zamanı əmrlər əmr kitabları ilə, əmək haqqı əmək haqqı cədvəlləri ilə üzləşdirilmiş və heç bir kənarlaşma faktı aşkar olunmamışdır. İddiaçının 25 ildən artıq sığorta stajına malik olması, Dövlət X7 Cəlilabad rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubu ilə də təsdiq olunur. Həmin məktubda qeyd edilir ki, Cəlilabad rayonu Şiləvəngə kənd sakini İddiaçı xx.xx.1963-cü il təvəllüdlü 6 uşaqlı ana kimi yaşa görə əmək pensiyası almaq üçün şöbəyə müraciət etmişdir. Təqdim etdiyi sənədlərə əsasən xx.xx.1979-xx.xx.1996-cı il tarixə kimi Cəlilabad rayonu keçmiş “Kalinin” adına sovxozda və “Abışabad” kolxozunda işləyən 17 il 2 ay 20 gün və xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixə kimi Şəfəq adlı övladına qulluq etməklə 8 il 11 ay 24 gün iş stajı olmaqla ümumilikdə 26 il 2 ay 14 gün sosial sığorta stajı qazanıb. İddiaçının 6 uşağının olması və həmin uşaqları 8 yaşına kimi təbiyə etməsi iş materiallarında olan doğum haqında arayış və şəhadətnamələrin təsdiq edilmiş surəti ilə, o cümlədən Cəlilabad rayon İcra Hakimiyyətinin Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 71 nömrəli arayışı ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçı beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə və qulluq etdiyindən və 25 ildən artıq sığorta stajına malik olduğundan, onun pensiya yaşı (61 yaş) 6 il azaldılmaqla 55 yaşına çatdığı xx xxxxxx 2018-ci ildən yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci və 21.2.4-cü maddələrinə görə siğortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq etməsi müddəti ümumi qaydada sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.1979-xx.xx.1996-cı illərdə Cəlilabad rayonu “Kalinin” adına sovxozda və Cəlilabad rayonu “Abışabad” kolxozunda işləməsinə dair Dövlət Arxivinin Cəlilabad filialının xx xxxxxx 2019-cu il tarixli 581 nömrəli arxiv arayışını) cavabdehə təqdim etmişdir. Sözügedən arxiv arayışlarının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRl-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (x xxxx 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1991-xx.xx.1996-cı illərdə Cəlilabad rayon “Abışabad” adına kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə məhkəmənin sorğusu əsasındaDövlət X7 Cəlilabad rayon şöbəsi tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubunda qeyd edilir ki, Cəlilabad rayonu Şiləvəngə kənd sakini İddiaçı xx.xx.1963-cü il təvəllüdlü 6 uşaqlı ana kimi yaşa görə əmək pensiyası almaq üçün şöbəyə müraciət etmişdir. Təqdim etdiyi sənədlərə əsasən xx.xx.1979-xx.xx.1996-cı il tarixə kimi Cəlilabad rayonu keçmiş “Kalinin” adına sovxozda və “Abışabad” kolxozunda işləyən 17 il 2 ay 20 gün və xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixə kimi Şəfəq adlı övladına qulluq etməklə 8 il 11 ay 24 gün iş stajı olmaqla ümumilikdə 26 il 2 ay 14 gün sosial sığorta stajı qazanıb. Göründüyü kimi İddiaçı əmək pensiyasının təyin olunması üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda ona yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən sığorta stajı mövcud olur. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Dövlət Arxivinin Cəlilabad filialının xx xxxxxx 2019-cu il tarixli 581 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının xx.xx.1979-xx.xx.1996-cı illərdə Cəlilabad rayonu “Kalinin” adına sovxozda və Cəlilabad rayonu “Abışabad” kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı xx.xx.1979-xx.xx.1996-cı illərdə Cəlilabad rayonu “Kalinin” adına sovxozda və Cəlilabad rayonu “Abışabad” kolxozunda işləməsiilə bağlı əmək stajı və xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixədək sağlamlıq imkanları məhdud əlil övladı X4 qulluq etdiyi müddət nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixədək sağlamlıq imkanları məhdud əlil övladı X4 qulluq etdiyi müddət və xx.xx.1979-xx.xx.1991-ci illərdə Cəlilabad rayonu “Kalinin” adına sovxozda işlədiyi illər və xx.xx.1991-xx.xx.1996-cı illərdə Cəlilabad rayonu “Abışabad” kolxozunda işlədiyi illər həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət X7 Cəlilabad rayon şöbəsinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-820/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-820/2020
17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver