Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-821/2022 16.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı “Saatlı-Taxıl” şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Saatlı-Taxıl” şirkətinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “Saatlı-Taxıl” şirkətinə hesablanmış 7997,51 manat məbləğində toxum subsidiyasının “Saatlı-Taxıl” şirkətinin hesabına köçürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək, hesablanmış 7997,51 manat məbləğində toxum subsidiyasının “Saatlı-Taxıl” şirkətinin hesabına köçürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması, həmin vəsaitin başqa təyinat üzrə yönəldilməməsi öhdəliyinin üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması, habelə vəkilin hüquqi yardımına görə ödənilmiş 210 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(120)-821/2022 nömrəli qərardadı ilə iddia tələbinə “Saatlı-Taxıl” şirkətinə hesablanmış 7997,51 manat məbləğində toxum subsidiyasının “Saatlı-Taxıl” şirkətinin hesabına köçürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılma Qaydası”nın 3.6-cı bəndinə uyğun olaraq toxum subsidiyası X2 müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1-ci və reproduksiyalı toxumların hər kiloqramına, tinglərin isə hər ədədinə görə məbləğində əmsallar tətbiq edilməklə müəyyənləşdirilir. Yuxarıda göstərilən “Qayda”ya əsasən 2020-ci ilin 1 yanvar tarixindən eti subsidiyaların verilməsi X3 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Odur ki, 2020-ci ildə “Saatlı-Taxıl” şirkəti tərəfindən 44,2 min reproduksiyalı buğda və 70,0 min kq 2-ci reproduksiyalı buğda istehsal edilib satılmasına dair məlumatlar X3 İnformasiya Sisteminə (EKTİS) edilmişdir ki, həmin məlumatlar əsasında sözügedən “Qayda”nın 3.7-ci bəndinin və X2 müvafiq qərarı, habelə subsidiyaya təqdim olunan miqdarı nəzərə alınmaqla “Saatlı-Taxıl” şirkətinə 7997,51 manat (yeddi min doqquz yüz doxsan yeddi manat 51 qəpik) məbləğində toxum subsidiyası hesablanmışdır. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfat yanında Aqrar Kredit və İnkişaf Agentliyi (gələcək cavabdeh) “Saatlı-Taxıl” şirkətinə hesablanmış 7997,51 manat (yeddi min doqquz yüz doxsan yeddi manat məbləğində toxum subsidiyasını şirkətin Azərbaycan Respublikası Bankının Saatlı filialında olan hesabına köçürməkdən davamlı olaraq yayınmış hərəkətini isə hər dəfə tamamilə əsassız olaraq, yəni heç bir qanun normasına istinad etmədən, şirkətin "'Kapital Bank” ASC-nin Saatlı filialında bank hesabını əlaqələndirmişdir. Şirkət məcburiyyət qarşısında qalıb "xxxx" ASC-nin hesab açmaq istəsə də bu ilk vaxtdan mümkün olmamışdır. Belə ki, həmin filialda “Saatlı-Taxıl” şirkətinin Nizamnaməsinin hələ də “kiril əlifbası”nda olduğu, orada əks olunmuş təsis paylarının köhnə manat məzənnəsi ilə göstərildiyi və s. bu kimi səbəblərdən, şirkətə həmin filialda hesab açılmasının qeyri- mümkün olduğu, həmin çatışmamazlıqların aradan qaldırılması üçün isə Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində yenidən dövlət qeydiyyatına alınmağın vacib olduğu bildirilmişdir. Lakin təsisçilərinin xeyli hissəsinin xaricdə olması və pandemiya səbəbindən respublikaya qayıda bilməmələri səbəbindən şirkətin yenidən qeydiyyatının təcili surətdə həyata keçirilməsi məsələsi bir neçə ay uzanmış və yalnız bu ilin sentyabr ayında mümkün olmuşdur ki, məhz bundan sonra "xxxx" ASC-nin Saatlı filialında bank hesabı açılmış və bu barədə şirkətin 20 saylı xx.xx.2021-ci il tarixli ərizəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məlumat verilərək 7997,51 manat (yeddi min doqquz yüz doxsan yeddi manat 51 qəpik) məbləğində toxum subsidiyasının şirkətin Kapital Bank ASC-nin Saatlı filialında olan hesabına köçürülməsinə sərəncam verilməsi xahiş edilmiş və həmin ərizəyə biznes kart rekvizitləri əlavə edilmişdir. Lakin bütün bunlara baxmayaraq şirkətin həmin ərizəsinə Aqrar Kredit və İnkişaf Agentliyinin 12 oktyabr 2021ci il tarixli 22/xx/xx-4168 saylı məktubu ilə cavab olaraq əsassız surətdə bildirilmişdir ki, yuxanda göstərilən Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılır... Vəsaitin ayrıldığı dövr ərzində “Saatlı-Taxıl” şirkəti tərəfindən fermer biznes kartının əldə edilməsi gecikdirilmişdir. Bu səbəbdən 1-ci və 2-ci reproduksiyalı toxumıın satışına dair EKTİS-ə daxil edilmiş məlumatlara əsasən dövlət büdcəsinin vəsaiti hesabına 2020- ci il üzrə ayrılmış subsidiyanın “Saatlı-Taxıl” şirkətinin hesabına ödənilməsi mümkün olmamışdır.” Şirkətin təkrar müraciətlərinə də agentliyin 26 oktyabr 2021-ci il tarixli 22/xx/xx-4390 saylı və 15 noyabr 2021-ci il tarixli 22/xx/xx-4645 saylı məktubları" ilə eyni məzmunda imtina edilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı “Saatlı-Taxıl” şirkətinin nümayəndəsi X5 iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan “Saatlı-Taxıl” şirkətinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədə qeyd olunmuşdur: mən 2021-ci ilin iyul ayında Sizin qəbulunuzda olmuşam. “Saatlı-Taxıl” şirkətinin 2020-ci ildə istehsal edib fermerlərə satdığı İ və İİ repraduksiyalı buğda toxumuna görə dövlət büdcəsindən ayrılmış 7997.51 manat subsidiyanın "xxxx" ASC-nin Saatlı filialında hüquqi şəxs kimi hesab aça bilmədiyimiz üçün ödənilməmişdir. Lakin 08 sentyabr 2021-ci il tarixdə biz "xxxx" ASC-nin Saatlı filialında hüquqi şəxs kimi hesab aça bildik və bu barədə Saatlı DAİM-nin vasitəsi ilə AKİA-ə bank hesabının rekvizitlərini göndərmişik. Əmək kollektivinə toxum istehsalı və satışına görə hesablanmış əmək haqqı və tədiyyə ödənişlərinin zəruri olduğunu nəzərə alaraq 7997.51 manat toxum subsidiyasının "xxxx" ASC-nin Saatlı filialında olan “Saatlı-Taxış” şirkətinin hesabına köçürülməsinə sərəncam verməyinizi əmək kollektivi adından xahiş edirəm. Ərizəyə bizneskart rekvizitlərini əlavə edirəm. İşdə olan “Saatlı-Taxıl” şirkətinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədə qeyd olunmuşdur: mən “Saatlı-Taxıl” şirkətinin 2020-ci ildə istehsal edib fermerlərə satdığı İ və İİ repraduksiyalı buğda toxumuna görə hesablanmış və EKTİS-ə daxil edilmiş 7997.51 manat toxum subsidiyasını ala bilməməyimiz barədə Kənd Təsəsrrüfatı Nazirliyinə və Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 2021-ci ildə bir neçə dəfə rəsmi müraciət etmişəm. Lakin hərdəfə bizim müraciətimizə cavab olaraq hüquqi şəxs tərəfindən "xxxx" ASC-nin müvafiq filialında biznes hesabı açılması tələb olunub və qeyd edilib ki, Qaydaların 3.17-ci bəndinə əsasən təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Biz hüquqi şəxs olaraq 08 sentyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin Saatlı filialında hüquqi şəxs kimi hesab aça bildik və bu barədə Saatlı DAİM-nin vasitəsi ilə AKİA-ə bank hesabının rekvizitlərini göndərmişik. Əmək kollektivinə toxum istehsalı və satışına görə hesablanmış əmək haqqı və digər tədiyyələrin ödənilməsinin zəruri olduğunu nəzərə alaraq 7997.51 manat toxum subsidiyasının "xxxx" ASC-nin Saatlı filialında olan “Saatlı-Taxıl” şirkətinin hesabına köçürülməsinin təmin olunmasına göstəriş verməyinizi kollektiv adından xahiş edirəm. X4 Nazirliyinin və Nazirlik Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin bizə göndərdiyi cavab məktublarının surətini əlavə edirəm. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “Saatlı-Taxıl” şirkətinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 22/xx/xx- 4390 nömrəli məktubda qeyd olunmuşdur: 2020-ci ildə toxum istehsalına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən toxum subsidiyasını ala bilməməyiniz barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanladığınız 06 10 2021-ci tarixli 8386 nömrəli müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasfna əsasən, fermerlərə dövlət büdcəsinin vəsaiti hesabına X3 informasiya Sistemi vasitəsilə subsidiyalar ödənilir. Qaydanın 3.6-cı bəndinə uyğun olaraq toxum subsidiyası X2 müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1 -ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına görə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdirilir. Toxum subsidiyası hesablanarkən subsidiyaya təqdim olunan toxumun miqdarı, habelə hər bitki növü üzrə X2 müəyyən etdiyi kvotanın həcmi nəzərə alınır. Qaydanın 3.7-ci bəndinə əsasən fermerə satılmış toxum və tinglərin toxum subsidiyasının hesablanmasında nəzərə alınan miqdarı istifadə olunan torpaq sahəsinə müvafiq olaraq hesablanan səpin və ya əkin ehtiyacına görə müəyyən edilir. Habelə, Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Bildiririk ki, fermerlər tərəfindən istehsal edilib satılan toxumlara görə 2020-ci ilin dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq dövr ərzində istehsalçılara ödənişlər həyata keçirilmişdir. Vəsaitin ayrıldığı dövr ərzində “Saatlı-Taxıl" şirkəti tərəfindən fermer biznes kartının əldə edilməsi gecikdirilmişdir. Bu səbəbdən, 1 -ci və 2-ci reproduksiyalı toxumun satışına dair EKTİS-ə daxil edilmiş məlumatlara əsasən dövlət büdcəsinin vəsaiti hesabına 2020-ci il üzrə ayrılmış subsidiyanın “Saatlı-Taxıl” şirkətinin hesabına ödənilməsi mümkün olmamışdır. Nəzərə alınmasını xahiş edirik. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “Saatlı-Taxıl” şirkətinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 22/xx/xx- 4390 nömrəli məktubda qeyd olunmuşdur: toxum subsidiyasını ala bilməməyiniz barədə Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığınız müraciətə Aqrar Kredit və İnkişaf Agentliyində baxılmışdır. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşaırıiması Qaydasfna uyğun olaraq X3 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.6-cı bəndinə uyğun olaraq toxum subsidiyası X2 müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1-ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına görə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdirilir. Toxum subsidiyası hesablanarkən subsidiyaya təqdim olunan toxumun miqdarı, habelə hər bitki növü üzrə X2 müəyyən etdiyi kvotanın həcmi nəzərə alınır. Qaydanın 3.7-ci bəndinə əsasən fermerə satılmış toxum və tinglərin toxum subsidiyasının hesablanmasında nəzərə alınan miqdarı istifadə olunan torpaq sahəsinə müvafiq olaraq hesablanan səpin və ya əkin ehtiyacına görə müəyyən edilir. Toxum subsidiyasının verilməsi xidmətinə dair reqlamentə əsasən hesablanan subsidiya toxum istehsalçılarının hesabına köçürülür. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Bildiririk ki, istehsal etdiyiniz R1 və R2 reproduksiyalı taxıl toxumunun satışına dair EKTİS-ə daxil etdiyiniz məlumatlar və qanunvericiliklə müəyyən edilmiş digər meyarlar nəzərə alınmaqla hesablanan toxum subsidiyasının ödənilməsi vəsaitin ayrıldığı dövr ərzində tərəfinizdən bank hesabının açılmaması səbəbindən mümkün olmamışdır. Nəzərə alınmasını xahiş edirik. İşdə olan “Saatlı-Taxıl” şirkətinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli teleqramda qeyd olunmuşdur: Məlum edirəm ki, mən “Saatlı-Taxıl” şirkətinin 2020-ci ildə istehsal edib fermerlərə satdığı İ və İİ repraduksiyalı buğda toxumuna görə hesablanmış və EKTİS-ə daxil edilmiş 7997.51 manat toxum subsidiyasını ala bilməməyimiz barədə Kənd Təsəsrrüfatı Nazirliyinə və Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 2021-ci ildə bir neçə dəfə rəsmi müraciət etmişəm. Lakin hər dəfə bizim müraciətimizə cavab olaraq hüquqi şəxs tərəfindən "xxxx"ASC-nin müvafiq filialında biznes hesabı açılması tələb olunub və qeyd edilib ki, Qaydaların 3.17-ci bəndinə əsasən təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Biz hüquqi şəxs olaraq 08 sentyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin Saatlı filialında hüquqi şəxs kimi hesab aça bildik və bu varədə Saatlı DAİM-nin vasitəsi ilə AKİA-ə bank hesabının rekvizitləri göndərmişik.Qeyd edirəm ki, fermerlər tərəfindən istehsal edilib satılan toxuma görə 2020-ci ilin dövlət büdcəsindən ayrılmış vəsait hesabına 2021-ci təqvim ilində istehsalçılara ödənişlər həyata keçirilmişdir. Lakin bu günə qədər bizim kollektiv 2020-ci ildə istesal edib satdığı toxuma görə hesablanmış subsidiyanı ala bilməmişdir. Əmək kollektivinə toxum istehsalı və satışına görə hesablanmış əmək haqqı və digər tədiyələrin ödənilməsinin zəruri olduğunu nəzərə alaraq 7997.51 manat toxum subsidiyasının "xxxx" ASC-ninSaatlı filialında olan “Saatlı-Taxıl” şirkətinin hesabına köçürülməsinin təmin olunmasına göstəriş verməyinizi kollektiv adından xahiş edirəm. İşdə olan “Saatlı-Taxıl” şirkətinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədə qeyd olunmuşdur; "Saatlı-Taxıl" şirkətinin 2020-ci ildə istehsal edib fermerlərə satdığı İ və İİ repraduksiyalı buğda toxumuna görə hesablanmış və EKTİS-ə daxil edilmiş 7997,51 manat toxum subsidiyasını ala bilməməyimiz barədə Kənd Təsərrüfatı Nazirliyinə və Nazirlik yanında Aqrar Kredit İnkişaf Agentliyinə 2021-ci ildə bir neçə dəfə rəsmi müraciət etmişəm.Lakin hər dəfə bizim müraciətimizə cavab olaraq hüquqi şəxs tərəfindən "xxxx" ASC-nin müvafiq filialında biznes hesabı açılması tələb olunub və qeyd edilib ki, Qaydaların 3.17-ci bəndinə əsasən təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Mən nazirliyin səlahiyyətli əməkdaşlarından xahiş edirəm mənim ərizəmə ətraflı cavab versinlər. Belə ki, 2020-ci ildə istehsal olunub satılan buğda toxumuna görə hesablanmış subsidiya məbləğləri 2021-ci ilin İ və İİ rübündə toxum istehsalçılarına ödənilmişdir. Bizim şirkətin hesabı Azərbaycan Respublikası Beynəlxalq bankının Saatlı Filialında olduğuna görə bizim vəsait ödənilməmişdir. Lakin biz 2021-ci ilin İİİ rübündə (təqvim ili başa çatmamış) Kapitalbank ASC-nin Saatlı Filialında hesab aça bildik və bu barədə DAİM-nin vasitəsi ilə AKİA-ə bank hesabının rekvizitlərini göndərmişik.Aqrar Kredit və İnkişaf Agentliyi bizim məktubumuza cavab olaraq bildirir ki,hesablanmış toxum subsidiyasının ödənilməsi vəsaitin ayrıldığı dövr ərzində hesabın açılmaması səbəbindən mümkün olmamışdır. Bu məktubda hansı dövrün nəzərdə tutulduğu və bizə ayrılmış subsidiya məbləğinin Dövlət büdcəsinə nə vaxt qaytarılması bizə məlum deyil. Mən Aqrar Kredit və İnkişaf Agentliyinin bizə yazdığı cavabdan razı qalmadığım üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə yazılı müraciət etmişəm. Amma Nazirliyə ünvanladığım məktuba cavab yenə Aqrar Kredit və İnkişaf Agentliyindən gəlib. Mənim müraciətimə Nazirliyin məsul əməkdaşlarının ətraflı cavab verməsinə göstəriş verməyinizi xahiş edirəm. Nəzərə alın ki, toxum istehsal edib fermerlərə satan fəhlələr məndən əmək haqqını tələb edirlər. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “Saatlı-Taxıl” şirkətinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 22/xx/xx-4645 nömrəli məktubda qeyd olunmuşdur: toxum subsidiyasını ala bilməməyiniz barədə Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığınız müraciətə Aqrar Kredit və İnkişaf Agentliyində baxılmışdır. Sizin eyni məzmunlu müraciətlərinizə Agentliyin 2021-ci il 12 oktyabr tarixli 22/xx/xx-4168 nömrəli, 2021-ci ii 22 oktyabr tarixli 22/xx/xx-4390 nömrəli məktublarla cavab verilmişdir. Təkrar olaraq nəzərinizə çatdırırıq ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasfna uyğun olaraq X3 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.6-cı bəndinə uyğun olaraq toxum subsidiyası X2 müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1 -ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına görə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdirilir. Toxum subsidiyası hesablanarkən subsidiyaya təqdim olunan toxumun miqdarı, habelə hər bitki növü üzrə X2 müəyyən etdiyi kvotanın həcmi nəzərə alınır. Qaydanın 3.7-ci bəndinə əsasən fermerə satılmış toxum və tinglərin toxum subsidiyasının hesablanmasında nəzərə alınan miqdarı istifadə olunan torpaq sahəsinə müvafiq olaraq hesablanan səpin və ya əkin ehtiyacına görə müəyyən edilir. Toxum subsidiyasının verilməsi xidmətinə dair reqlamentə əsasən hesablanan subsidiya toxum istehsalçılarının hesabına köçürülür. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Bildiririk ki, istehsal etdiyiniz R1 və R2 reproduksiyalı taxıl toxumunun satışına dair EKTİSə daxil etdiyiniz məlumatlar və qanunvericiliklə müəyyən edilmiş digər meyarlar nəzərə alınmaqla 2020-ci il üzrə hesablanan toxum subsidiyasının tərəfinizdən bank hesabının açılmaması səbəbindən ödənilməsi mümkün olmamışdır. Nəzərə alınmasını xahiş edirik. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, MİHO/1.2.2-2-2022- 1566 nömrəli məktubda qeyd olunmuşdur; icraatınızda olan iddiaçı “Saatlı-Taxıl” şirkətinin işinə baxılması ilə əlaqədar müvafiq məlumatların və sənədlərin məhkəməyə təqdim olunması barədə müraciətinizə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyində baxılmışdır. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına və bu Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na (bundan sonra - Qayda) və Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2019-cu il 30 dekabr tarixli “05Q” nömrəli qərarı ilə təsdiq edilmiş “Toxum subsidiyasının verilməsi” xidmətinə dair reqlamentə (bundan sonra - Reqlament) əsasən 2020-ci il yanvarın 1- dən kənd təsərrüfatı istehsal vasitələrinin təchizatçısı kimi fiziki və hüquqi şəxslərin qeydiyyatı “X3 İnformasiya Sistemi” (bundan sonra - EKTİS) vasitəsilə həyata keçirilir. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdim edilməsi EKTİS-də elektron formada bəyan edilir. Reqlamentin 17-ci hissəsi ilə müəyyən edilən xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlara (Addım 7) əsasən Fermer - Toxumçu (Tingçi) təchizatçı olaraq EKTİS vasitəsilə toxum və tinglərin satışını həyata keçirir, bu barədə məlumatları EKTİS-ə daxil edir. Toxum subsidiyası ölkədə istehsal edilən, "Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyata alınmış, sort və səpin keyfiyyətləri barədə uyğunluq sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən subsidiyadır. Qaydanın 2.2-ci və 2.4-cü bəndlərinə əsasən aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları qəbul edən Şura yaradılır və Şura hər il yanvarın 15-dək toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların və kvotaların təsdiqi barədə qərar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır. Qaydanın 3.15-ci bəndində fermerlər toxum subsidiyası ilə bağlı bu Qaydanın 3.8.1 -ci bəndində nəzərdə tutulan toxum və tingin satışı ilə bağlı məlumatları və sənədləri dekabr ayının 10-dək EKTİS-in altsistemi olan Subsidiya informasiya Sisteminə (bundan sonra -SİS) daxil edirlər və Agentlik bunları təsdiqləyir. Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi xidməti reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür. Reqlamentin 17ci hissəsi ilə müəyyən edilən xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlara (Addım 9) əsasən AKİA tərəfindən elektron bəyannamələr təsdiq edildikdən 15 gün müddətində subsidiya ödənişi Fermer - Toxumçunun (Tingçinin) hesabına köçürülür. Qaydanın 3.17-ci bəndinə əsasən isə təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Bildiririk ki, iddiaçı “Saatlı-Taxıl” şirkətinin işinə baxılması ilə əlaqədar müraciətinizdə qeyd olunan məsələ üzrə müvafiq sənədlər məktuba əlavə olunur. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, MİHO/1.2.2-2-2022- 2702 nömrəli məktubda qeyd olunmuşdur; iddiaçı “Saatlı-Taxıl” şirkətinə (VÖEN: **********) 2020-ci ildə istehsal edib satdığı toxuma görə hesablanmış toxum subsidiyasının ödənilməsi işinə baxılması ilə əlaqədar müvafiq məlumatların və sənədlərin məhkəməyə təqdim olunması barədə müraciətinizə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına və bu Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na (bundan sonra-Qayda) və Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2019-cu il 30 dekabr tarixli “05Q” nömrəli qərarı ilə təsdiq edilmiş “Toxum subsidiyasının verilməsi” xidmətinə dair reqlamentə (bundan sonra - Reqlament) əsasən 2020-ci il yanvarın 1-dən kənd təsərrüfatı istehsal vasitələrinin təchizatçısı kimi fiziki və hüquqi şəxslərin qeydiyyatı “X3 İnformasiya Sistemi” (bundan sonra-EKTİS) vasitəsilə həyata keçirilir. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdim edilməsi EKTİS-də elektron formada bəyan edilir. Reqlamentin 17-ci hissəsi ilə müəyyən edilən xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlara (Addım 7) əsasən Fermer-Toxumçu (Tingçi) təchizatçı olaraq EKTİS vasitəsilə toxum və tinglərin satışını həyata keçirir, bu barədə məlumatları EKTİS-ə daxil edir. Həmin Qaydanın 3.17-ci bəndinə əsasən isə təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Müraciətinizdə iddiaçı “Saatlı-Taxıl” şirkətinin hazırki tələblə bağlı Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edərkən "xxxx" ASC-yə məxsus bank hesabından çıxarışların təqdim edilib-edilməməsi, əgər təqdim edilmişdirsə həmin çıxarışların surətlərinin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi ilə əlaqədar bildiririk ki, Saatlı-Taxıl” şirkəti 2020-ci ilin toxum subsidiyasını almaq üçün 2020-ci il ərzində "xxxx" ASC-nin müvafiq filialında bank hesabı açdırmalı olduğu təqdirdə 2021-ci il sentyabr ayının 8-də açdırmışdır. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, MİHO/1.2.2-2-2022- 3961 nömrəli məktubunda qeyd olunmuşdur; iddiaçı “Saatlı-Taxıl” şirkətinə (VÖEN: **********) 2020-ci ildə istehsal edib satdığı toxuma görə hesablanmış toxum subsidiyasının ödənilməsi işinə baxılması ilə əlaqədar müvafiq məlumatların və sənədlərin məhkəməyə təqdim olunması barədə təkrar müraciətinizə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində baxılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2022-ci il 06 iyul tarixli 2-1(120)-821 /2022 nömrəli məktubuna Agentliyin 2022-ci il 11 avqust tarixli MİHO/1.2.2-2-2022-2702 nömrəli məktubu ilə cavab verilmişdir. Təkrar olaraq nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına və bu Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasf’na (bundan sonra-Qayda) və Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2019-cu il 30 dekabr tarixli “05Q” nömrəli qərarı ilə təsdiq edilmiş “Toxum subsidiyasının verilməsi” xidmətinə dair reqlamentə (bundan sonra - Reqlament) əsasən 2020-ci il yanvarın 1-dən kənd təsərrüfatı istehsal vasitələrinin təchizatçısı kimi fiziki və hüquqi şəxslərin qeydiyyatı “X3 İnformasiya Sistemi” (bundan sonra - EKTİS) vasitəsilə həyata keçirilir. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdim edilməsi EKTİS-də elektron formada bəyan edilir. Reqlamentin 17-ci hissəsi ilə müəyyən edilən xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlara (Addım 7) əsasən Fermer - Toxumçu (Tingçi) təchizatçı olaraq EKTİS vasitəsilə toxum və tinglərin satışını həyata keçirir, bu barədə məlumatları EKTİS-ə daxil edir. Həmin Qaydanın 3.17-ci bəndinə əsasən isə təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Müraciətinizdə iddiaçı “Saatlı-Taxıl” şirkətinin hazırki tələblə bağlı Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edərkən "Kapital Bank” ASC-yə məxsus bank hesabından çıxarışların təqdim edilib-edilməməsi, əgər təqdim edilmişdirsə həmin çıxarışların surətlərinin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi ilə əlaqədar bildiririk ki, “Saatlı-Taxıl” şirkəti 2020-ci ilin toxum subsidiyasını almaq üçün 2020-ci il ərzində "xxxx" ASC-nin müvafiq filialında bank hesabı açdırmalı olduğu təqdirdə 2021-ci il sentyabr ayının 8-də açdırmışdır. Nəzərə alınmasını xahiş edirik. İşdə olan Azərbaycan Respublikası Beynəlxalq Bankının Saatlı filialının arayışından görünür ki, “Saatlı-Taxıl” şirkətinin (VÖEN **********) adına Azərbaycan Respublikası Beynəlxalq Bankının Saatlı filialında AZ82İBAZ******************** nömrəli hesab açılmışdır. İşdə olan Azərbaycan Respublikası Beynəlxalq Bankının Saatlı filialının xx.xx.2022-ci il tarixli, 73 nömrəli arayışından görünür ki, “Saatlı-Taxıl” şirkətinə (VÖEN **********) məxsus Azərbaycan Respublikası Beynəlxalq Bankının Saatlı filialında AZ82İBAZ******************** nömrəli hesab 1997-ci il tarixdə açılmışdır və hal-hazırda aktivdir. İşdə olan "xxxx" ASC-nin Saatlı rayon filialının arayışından görünür ki, “Saatlı-Taxıl” şirkətinin adına "xxxx" ASC-nin Saatlı rayon filialında AZ30AİİB400600C**********159 nömrəli benefisiarın hesabı, AZ37NABZ******************** nömrəli müxbir bank hesabı açılmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, iddiaçının izahatından, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, iddiaçı “Saatlı-Taxıl” şirkəti tərəfindən subsidiyanın əldə edilməsindən ötrü 2020-ci ildə 44,2 min reproduksiyalı buğda və 70,0 min kq 2-ci reproduksiyalı buğda istehsal edilib, satılmasına dair məlumatları X3 İnformasiya Sisteminə (EKTİS) daxil etmişdir. Həmin məlumatlar əsasında Saatlı-Taxıl” şirkətinin 2020-ci ildə istehsal edib, fermerlərə satdığı İ və İİ repraduksiyalı buğda toxumuna görə dövlət büdcəsindən 7997.51 manat subsidiya vəsaiti ayrılmışdır. Lakin buna baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfat yanında Aqrar Kredit və İnkişaf Agentliyi subsidiya vəsaitin ayrıldığı dövr ərzində şirkətin bank hesabının açılmaması səbəbindən hesablanmış 7997,51 manat məbləğində toxum subsidiyasını şirkətə köçürməkdən imtina etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, subsidiya vəsaitin ayrıldığı dövr ərzində (2020-ci il üçün) şirkətin (iddiaçının) aktiv bank hesabı olmuş və həmin hesab barədə məlumatlar iddiaçı tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş, hətta ötən dövrlər ərzində həmin hesaba cavabdeh inzibati orqan tərəfindən subsidiya vəsaiti ödənilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən: Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: subsidiya - dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti (maddə 1.2.1), fermer - kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxsdir (maddə 1.2.6). Həmin Qaydaların 1.2.11-ci bəndinə əsasən toxum subsidiyası – ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən subsidiyadır. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. Həmin Qaydaların 3.3-cü maddəsinə əsasən təqvim ili ərzində fermerə ayrılan, lakin istifadə edilməyən əkin subsidiyası eyni il ərzində aparılan sonrakı əkinlər üçün istifadə edilə bilər. Həmin Qaydaların 3.12-ci maddəsinə əsasən əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür. Həmin Qaydaların 3.15-ci maddəsinə əsasən fermerlər toxum subsidiyası ilə bağlı bu Qaydanın 3.8.1-ci bəndində nəzərdə tutulan proqnozları cari il iyun ayının 1-dək, toxum və tingin satışı ilə bağlı məlumatları və sənədləri dekabr ayının 10-dək SİS-ə daxil edirlər və Agentlik bunları təsdiqləyir. Həmin Qaydaların 3.16-cı maddəsinə əsasən Bu Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür. Məhkəmə müəyyən etdiyi işi faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslı, həmin tələbdən cavabdehin imtina etməsi qanunsuz olmuşdur. Belə ki, cavabdeh inzibati orqanın imtinasına görə hazırki mübahisənin predmeti subsidiya vəsaitinin həcmi və həmin vəsaitinin iddiaçıya ödənilməli olub-olmaması ilə bağlı deyil, məhz həmin vəsaitin ayrıldığı zaman iddiaçının bank hesabının olmaması ilə bağlı olmuşudr. Lakin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın imtinasından fərqli olaraq müəyyən edilmişdir ki, subsidiya vəsaitinin ayrıldığı zaman iddiaçının aktiv bank hesabı olmuş və həmin hesab barədə məlumat cavabdeh inzibati orqana təqdim olunmuşdur. Beləliklə də məhkəmə hesab edir ki, subsidiya vəsaitinin ayrıldığı zaman iddiaçının aktiv bank hesabının olması, uzun müddət həmin bank hesabından istifadə edərək subsidiya vəsaitinin alması, sonradan yəni subsidiya vəsaitinin ödənilmə anında cavabdeh tərəfindən yeni bank hesabının açılmasının tələb edilməsi və həmin hesabın açılmasına baxmayaraq müddətin keçməsi səbəbi ilə pul vəsaitinin ödənilməsindən imtina olunması inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamışdır. Ümumiyyətlə subsidiya vəsaitinin ayrıldığı zaman iddiaçının aktiv bank hesabının olmasına baxmayaq cavabdeh inzibati orqan tərəfindən yeni bank hesabının açılmasının tələb edilməsinin zəruri edən faktiki şərtlərin mövcudluğuna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı “Saatlı-Taxıl” şirkətinə hesablanmış 7997,51 manat məbləğində toxum subsidiyasının “Saatlı-Taxıl” şirkətinin hesabına köçürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “Saatlı-Taxıl” şirkətinə hesablanmış 7997,51 manat məbləğində toxum subsidiyasının “Saatlı-Taxıl” şirkətinin hesabına köçürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-821/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-821/2022
16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver