Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-823/2020 05.05.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X12, İddiaçı (Şirvan şəhəri, Xaqani küçəsi, ev 88, mənzil 27-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X16 və X5 Şirvan şəhəri, Xaqani küşəsi, ev 88, mənzil 27 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 və X5 Şirvan şəhəri, Xaqani küşəsi, ev 88, 27 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxslər X21 və X10 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin, üçüncü şəxslər X16 və X5 iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 26.02.1967-ci ildə anadan olmuş, hal-hazırda Şirvan şəhəri, Xaqani küçəsi, ev 88, mənzil 27 ünvanında yaşayır. Həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır və həmin mənzil X1 Bürosu tərəfindən verilmiş Xİİ.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Həmin evdə qeydiyyatda olan azyaşlı X21 və X10 başqa yerdə yaşayırlar, yəni hal-hazırda bu ünvanda yaşamırlar. Onların valideynləri də əvvəllər onun mənzilində naməlum səbəbdən və qeyri-qanuni olaraq qeydiyyatda olmuş və X17 Məhkəməsinin müvafiq qərarı ilə həmin şəxslər onun ünvanının pasport qeydiyyatından çıxarılmışdır. Həmin şəxslərin azyaşlı uşaqları olan X16 və X5 ona məxsus evdə olan qeydiyyatları yalnız formal xarakter daşıyır və onların pasport qeydiyyatında qalması onun mənzilə olan mülkiyyət hüquqlarını müəyyən qədər məhdudlaşdırır. Kommunal ödənişlər baxımından da müəyyən problemlər yaşanır. Həmin şəxslər formal qeydiyyatda olmalarına baxmayaraq qeyd olunan ünvanda yaşamırlar və hansı ünvanda yaşamaları barədə məlumatım yoxdur. Bu şəxslərin pasport qeydiyyatından çıxarılması ilə əlaqədar Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin Cavabdeh 26.02.2020-ci il tarixli imtina məktubu ilə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan adı çəkilən şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 26.02.1967-ci il tarixdə Sabirabad rayonu, Qaragünə kəndində anadan olmuş, Şirvan şəhəri, Xaqani küçəsi, ev 88, mənzil 27-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan X1 Bürosu tərəfindən verilmiş Xİİ-1996-cı il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Əli Bayramlı şəhəri, Xəqani küçəsində yerləşən 88 nömrəli binanın, ümumi sahəsi 69.64 kv.m, yaşayış sahəsi 47.64 kv.m 4 otaqdan ibarət olan 27 nömrəli yaşayış evi X2 Bayramlı şəhər dövlət notariusunun16/Xİİ-96-cı il tarixli 3M-218 nömrəli reyestr müqaviləsi ilə adına qeydə alınmışdır. İşdə olan 25.12.1987-ci il tarixli, İV-ЖГ 348594 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X8 25.12.1987-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25.12.1987-ci il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin İddiaçı ünvanladığı 27.02.2020-ci il tarixli, 1478 nömrəli arayışından görünür ki, X21 və X3 şəhəri, Xaqani küçəsi, ev 88, mənzil 27-də qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda uzun müddətdir yaşamırlar və harda yaşamaları barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı 26.02.2020-ci il tarixli, 305-5090J-3220 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları qanuna ziddir. İşdə olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 20.05.2015-ci il tarixli, 2-1(86)-696/2015 nömrəli qərarının surətindən görünür ki, İddiaçı iddiası təmin edilərək X7 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması Cavabdehnə həvalə olunmuşdur. İşdə olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 23.04.2020-ci il tarixli, 2-1(120)-696/2015 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdehnə qarşı “qeydiyyatdan çıxarılma vəzifəsinin həvalə edilməsi” tələbinə dair 2-1(86)-696/2015 nömrəli inzibati iş üzrə qəbul edilmiş 20.05.2015ci il tarixli qərar qanuni qüvvəsini almışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Şirvan şəhəri, Xaqani küçəsi, ev 88, mənzil 27 İddiaçı mülkiyyətindədir.İddiaçı Cavabdehnə müraciət edərək mülkiyyətində olan Şirvan şəhəri, Xaqani küçəsi, ev 88, mənzil 27-də qeydiyyatda olan üçüncü şəxslər X16 və X5 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Belə ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27.02.2020-ci il tarixli, 1478 nömrəli arayışından görünür ki, X21 və X3 şəhəri, Xaqani küçəsi, ev 88, mənzil 27də qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda uzun müddətdir yaşamırlar və harda yaşamaları barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, İddiaçı iddia tələbi təmin edilməli, üçüncü şəxslər X16 və X5 Şirvan şəhəri, Xaqani küşəsi, ev 88, mənzil 27 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X16 və X5 Şirvan şəhəri, Xaqani küşəsi, ev 88, 27 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-823/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-823/2020
05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver