Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-823/2023 14.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı X7 iştirakı ilə, İddiaçı X7 cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyətinə qarşı “X15 və X10 vahid aylıq müavinətin ödənilməsi bərpa edilməklə dayandırıldığı tarixdən hesablanaraq verilməsi, X16 isə vahid aylıq müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X7 cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyətinə qarşı “X15 və X10 vahid aylıq müavinətin ödənilməsi bərpa edilməklə dayandırıldığı tarixdən hesablanaraq verilməsi, X16 isə vahid aylıq müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2299/2022 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək cavabdeh əsl cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti ilə əvəz edilməsi və “yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə vahid aylıq müavinətin təyin edilməsi və təyin edilmiş müavinətin məhkəməyə müraciət etdiyi tarixdən hesablanması barədə öhdəliyi cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2299/2022 nömrəli qərardadı ilə inzibati iş üzrə X26, Azərbaycan Respublikası Qaçqınların və X23 üzrə Dövlət Komitəsi və Kəlbəcər rayon Ağcakənd kənd ərazi dairə üzrə İcra Nümayəndəliyi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-823/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “X15 və X10 vahid aylıq müavinətin ödənilməsi bərpa edilməklə dayandırıldığı tarixdən hesablanaraq verilməsi, X16 isə vahid aylıq müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-823/2023 nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2299/2022 nömrəli qərardadı inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X23 üzrə Dövlət Komitəsinə və Kəlbəcər rayon Ağcakənd kənd ərazi dairə üzrə İcra Nümayəndəliyinə münasibətdə ləğv edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1983-cü ildə Kəlbəcər rayonu, Zoğalar kəndində anadan olmuş və 05.08 1979-cu ildə ünvan 2 kənd Ərazi dairə üzrə Ağşənd sakini 05.08.19-cı ildə anadan olmuş X26 ilə 29 sentyabr 2005-ci ildə ailə qurmuş və həmin nigahdan onların 3 övladları xx.xx.2006-cı ildə X27, xx.xx.2008-cı ildə X24 və xx.xx.2014-cü ildə X28 anadan olmuşduşdur. Azərbaycan Respublikası Qaçqınların və X23 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı Məcburi köçkün vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 018-11622Q-3219 saylı Arayışdan görünür ki, sakini xx.xx.1979-cu ildə anadan olmuş X26 bu günə kimi Azərbaycan Respublikasının vətandaşənın umumiyyətlə pasportu verməmişdir. AA N-468254 saylı Azərbaycan Respublikası Qaçqınların və X23 üzrə Dövlət Komitəsi tərəfindən X17 Məcburi köçkün vəsiqəsi verilmişdir. AZ-İİ N-830040 saylı Doğum haqqında Şəhadətnamədə xx.xx.2006-cı ildə anadan olmuş X11 atası qrafasında X26 və ana qrafasında X18 qeyd edilmişdir. AZ-İİ N-072664 saylı Döğum haqqında Şəhadətnamədə, xx.xx.2008-cı ildə anadan olmuş X8 atası qrafasında X26 və ana qpafasında X18 qeyd edilmişdir. AZ-İİ N-072664 saylı Döğum haqqında Şəhadətnamədə xx.xx.2014-cü ildə anadan olmuş Həşimov Bəhmən Respublikası vətəndaşının ümumivətəndaş pasportu ilə rəsimləşdirilməmişdir. 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. Həmin vaxtdan ona məcburi köçkün statusu verilmişdir. 29 09 2005-il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2006-cı ildə X27, xx.xx.2008-cı ildə X24 və xx.xx.2014-cü ildə X28 adlı övladları vardır. Ağsu Rayon Məhkəməsinin 2008-cı ildə tarixli qətnaməsi ilə aralarındakı ninikah pozulmuş və övladları onun himayəsində qalmışdırlar . Həmin vaxtdan xx.xx.2006-cı ildə X27, xx.xx.2008-cı ildə X24 və xx.xx.2014-cü ildə X28 onunla birlikdə yaşayır. Məcburi köçkün statusunun verilməməsi onun mövcud hüquqlardan tam və hərtərəfli istifadə etməsinə mane olur, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qanunda məcburi köçkün anlayışı verilərkən konkret olaraq yalnız hərbi təcavüz zamanı işğal zonaməcburi köçkün statusunun müəyyənləşdirilməsi "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Qaçqınların və X23 üzrə Dövlət Komitəsinin Əsasnaməsinə və "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a uyğun olaraq həyata keçirilir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanunun 1-ci maddəsinin 3-cü bəndsında yaşamış və daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs nəzərdə tutulur, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, işğal zamanı və işğaldan sonra doğulmuş uşaqlardan yalnız valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilir. Məhkəmə qərarında "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 2013-cü il tarixdə qeydiyyatdan keçdiyini əsas gətirərək iddiaçının övladına "məcburi köçkün" statusunun verilməsi barədə qərar qəbul etmişdir. Halbuki, əvvəlki məcburi köçkün statusunun verilməsi Qaydalarında və 2013-cü ildə qeydiyyatdan keçmiş Qaydalarda işğaldan sonra doğulmuş, atası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Belə ki, məcburi köçkünlər üçün dövlət tərəfindən qanunvericiliklə müəyyən edilən güzəştlər bütövlükdə məcburi köçkün ailəsinin və hətta himayəsində "məcburi köçkün" statusu olmayan şəxslər olan məcburi köçkün ailəsinin sosial təminatının yaxşılaşdırılması məqsədilə müəyyənləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti iddiaçı X7 müraciətinə əsasən qeyd etmişdir ki, iddiaçının keçmiş əri X25 barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Bu səbəbdən də uşaqların vahid aylıq müavinətləri dayandırılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X23 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli etirazında qeyd edilmişdir ki, iddiaçı X1 iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Göründüyü kimi, iddiaçının “məcburi köçkün statusunun verilməsi və ailəmin bu günə kimi almadığımız aylıq yemək xərci pulunun və müavinətlərin verilməsi” iddia tələbləri bir biri ilə əıaqəli olmadığından, həmçinin bu iddia tələbləri ilə bağlı cavabdeh orqanlar eyni olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. İddiaçı X19 xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X23 üzrə Dövlət Komitəsinə müraciət edərək, vahid aylıq müavinətin bərpa olunmasına, habelə kəsilmiş müavinətin geri ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Komitə tərəfindən iddiaçının sözügedən müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası’nın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün xx.xx.2022-ci il tarixli 01/2516 nömrəli məktubla Kəlbəcər Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Komitəyə baxılması üçün göndərilən müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün xx.xx.2022-ci il tarixli 01/2959 nömrəli məktubla Kəlbəcər Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı X7 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından Komitəyə daxil olmuş müraciəti Komitənin 01/2986 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.4-cü aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyır. İddiaçı övladlarının vahid aylıq müavinəti barədə məlumatın təqdim edilməsi məqsədilə, aidiyyəti rayon icra hakimiyyətinə müraciət etməsi tövsiyə edilir. Məhkəmənin diqqətinə çatdırırıq ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Bununla yanaşı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) vahid aylıq müavinət şamil olunmur. Komitədə yaradılmış 2007-2023-cü illəri əhatə edən məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən, iddiaçı X3 həyat yoldaşı X17 xx.xx.2003-cü il tarixdə verilən şəxsiyyət vəsiqəsində ünvan 1 ünvanında, xx.xx.2007-ci il tarixdə verilən şəxsiyyət vəsiqəsində isə ünvan 2 kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatda olunmuşdur. İddia ərizəsində qeyd olunanlardan da göründüyü kimi iddiaçı X19 ilə X26 29 sentyabr 2005-ci il tarixdə nikaha daxil olmuş, 2008-ci il tarixində isə Ağsu Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah münasibətlərinə xitam verilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, X5 Sürəyya Şəmil qızı ilə nikahda olduqları dövrdə işğaldan azad olunmamış ərazidə yaşayış yeri üzrə qeydiyyatda olmadığından, iddiaçıya və övladlarına vahid aylıq müavinət verilə bilməz. Xüsusilə vurğulamaq lazımdır ki, onlar arasında nikahın sonradan pozulması halı belə iddiaçıya və övladlarına vahid aylıq müavinət verilməsini istisna etmir. Göründüyü kimi, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.2-ci bəndinin tələbinə müvafiq olaraq, iddiaçı və onun ailə üzvlərinə vahid aylıq müavinət ödənilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, iddiaçı X19 müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlacədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X19 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır və iddia tələbi təmin edilməlidir. İşdə olan Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının aparatının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 71-61-073 nömrəli məktubunda qeyd edilmişdir ki, sakini olduğu Ağcakənd kənd icra nümayəndəliyi tərəfindən RİH-nə təqdim olunan arayışda qeyd edilmişdir ki, iddiaçının keçmiş əri X25 barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Bu səbəbdən də uşaqlarının vahid aylıq müavinətləri dayandırılmışdır. Əlavə olaraq bildirilir ki, N.Qasımov nümayəndəliyə sonradan müraciət etmişdir. Odur ki, tələb olunan sənədləri nümayəndəliyə təqdim etməyi tövsiyyə olunur. Sənədlər təqdim olunduqdan sonra aylıq hesabata daxil edilərək “Dövlətqaçqınkoma təqdim ediləcəkdir. İşdə olan Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 293 nömrəli arayışından görünür ki, X6 rayonu Ağcakənd kəndindən məcburi köçkün kimi gəlmiş hal-hazırda ünvan 4 ünvanında yaşayır. İşdə olan Məcburi köçkün AA 468254 nömrəli və AA 212224 nömrəli vəsiqələrindən görünür ki, X26 və X4 rayonundan 1993-cü ildə məcburi köçkün kimi müvəqqəti Ağsu rayonunda məskunlaşdırılmışlar. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2006-cı ildə X27, xx.xx.2008cı ildə X24 və xx.xx.2014-cü ildə X28 ataları X26 anaları X9r. İşdə olan Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Ağcakənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 181 nömrəli məktubundan qeyd edilmişdir ki, nümayəndəliyin sakini məcburi köçkün İddiaçı 01 oktyabr 2018-ci il tarixə qədər 2006cı il təvəllüdlü X15 və 2008-ci il təvəllüdlü X29ma Dövlət tərəfindən verilən aylıq yemək xərci müavinətini almışlar. 2014-ci il təvəllüdlü X2 01 noyabr 2019-cu il tarixdə nümayəndəliyə təqdim etmişdir. O, vaxt ki, İddiaçı himayəsində olan X11 və X8 aylq yemək xərci müavinətləri 01 oktyabr 2018-ci il tarixdən, (atsı X13 nümayəndəlikdə təsərüffatbaşına uçot kitabında və adlı siyahılarda olmadığı üçün) dayandırılmışdır. 01 iyul 2019-cu ildə X26 nümayəndəliyə müraciət etmiş, sənədləri alınaraq aylıq hesabata daxil edilmişdir. Əlavə olaraq bildirilir ki, X13 ilkin pasport qeydiyyatı haqqında nümayəndəlikdə məlumat olmamışdır. Natiq Qasımovun 1993-cü ildən 2019-cu il tarixə kimi nümayəndəliyə müraciət etməməsi və hərbi uçota 21 yanvar 2002-ci il tarixdə alınmışdır. (ona verilən hərbi beletə əsasən qeyd edirik). İddiaçı qlzının himayəsində olan uşaqların aylıq müavinətlərinin bərpa olunması üçün 2020-ci ilin fevral, 2022-ci ilin fevral, mart və aprel aylarının aylıq hesabatlarına daxil edilərək Qaçqınların və X23 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Lakin bərpa edilməmişdir.Əsas olaraq Komitədən şifahi bildirilmişdir ki, uşaqların atası X26 2007-ci il tarixə kimi Ağsu rayonunda daimi qeydiyyatı olub. İşdə olan Nigahın pozulması haqqında xx.xx.2012-ci il tarixli AZ-İ 123579 nömrəli şəhadətnamədən görünür ki, X26 ilə X20 arasında olan nigah pozulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyesterində keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat mövcud deyildir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu ilə sənədləşdirilməmişdir. İşdə olan Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2019-cu il tarixli məktundan görünür ki, məcburi köçkün statusu olmayan səxslə ailə qurub və sonradan boşanmısmız. Ona görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq təsdiq edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və komunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydasının müvafiq maddəsinə uyğun olaraq uşaqlarınıza verilən vahid aylıq müavinətin ödənişi dayandırılmışdır. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: - Hamı qanun və məhkəmə qarşısında bərabərdir. - Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. - Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. - Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 4-cü bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: - "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə; - Ər və ya arvaddan biri "məcburi köçkün" statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara; - Faktiki nikahdan doğulmuş, "məcburi köçkün" statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə); - Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara; "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 5-ci bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: - Mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla); - Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına; - Müddətli hərbi xidmətdə olan məcburi köçkünlərə; - Həbsdə olan məcburi köçkünlərə; - "Məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə; - "Məcburi köçkün" statusuna malik olub Respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); - Pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən "məcburi köçkün" statusu olan şəxslərə; - Səfərbərlikdən boyun qaçıran və fərarilik edən şəxslərə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.
1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2- ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);
2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçının hazırkı iddiasının mahiyyəti (hüquqi marağı) pozulmuş hüquqlarının bərpa olunmasıdır. İddiaçının hazırda məcburi köçkün statusunda olması işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Cavabdehin imtina məktubunda göstərdiyi halın əsassız olduğu iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən əsassız olduğu müəyyən edildiyindən iddiaçının hüquqları bərpa edilərək ona vahid aylıq müavinət verilmişdir. Lakin cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci (bərabərlik prinsipi) və 13-cü (etimad hüququnun qorunması prinsipi) maddələrinin tələbi baxımından qeyd edilən xüsusatların araşdırılması ilə bağlı zəruri inzibati icraat aparmalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı idi. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunla onun üzərinə qoyulan vəzifələrini lazımınca icra etməmiş, əsaslı araşdırılma aparılmamış və iddiaçının haqlı narazılığına səbəb olmuşdur. Bu hüquq iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, cavabdehin iddiaçıya, eləcə də onun ailə üzvlərinə (uşaqlarına) verilməli olan vahid aylıq müavinətin verilməsi ilə bağlı hərəkəti iddiaçının konstitusion hüququnu (bərabərlik hüququnun) pozduğundan qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85- 86). Cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyəti iddiaçı X7 övladları X15 və X10 vahid aylıq müavinətin ödənilməsi bərpa edilməklə dayandırıldığı tarixdən hesablanaraq verilməsini və X16 isə vahid aylıq müavinətin təyin edilməsindən imtina üçün yalnız onun keçmiş əri X25 barəsində məlumatın olmaması müəyyən edildiyini bildirmiş və bu səbəbdən də iddiaçının övladlarının vahid aylıq müavinət alması, və digər övladının vahid aylıq müavinətin təyin edilməsi mümkün olmadığını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, X26 və X4 rayonundan 1993cü ildə məcburi köçkün kimi müvəqqəti Ağsu rayonunda məskunlaşdırılmışlar. Daha sonra X26 ilə X20 arasında olan nigah xx.xx.2012-ci il tarixli AZ-İ 123579 nömrəli şəhadətnamə ilə pozulmuşdur. X6 rayonu Ağcakənd kəndindən məcburi köçkün kimi gəlmiş hal-hazırda ünvan 4 ünvanında müvəqqəti məskunlaşdırılmış, onların birgə nigahlarından xx.xx.2006-cı il təvəllüdlü X27, xx.xx.2008-cı il təvəllüdlü X24 və xx.xx.2014-cü il təvəllüdlü X28 övladları vardır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X23 üzrə Dövlət Komitəsi xx.xx.2023-cü il tarixli, 02/114 nömrəli məktubunda bildirilmişdir ki, X26 məcburi köçkündür və ona AA 468254 seriya nömrəli məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. X13 məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) iş materiallarına əlavə edilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1084/2021 saylı, 2-1(102)-1645/2021 saylı, 2-1(102)-616/2023 saylı, 2- 1(102)-863/2023 saylı qərarlarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Beləliklə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə və ya qanunvericilikdə qeyd edilməyən hallara istinad etməklə iddiaçıya (uşaqları ilə bağlı hissədə) aylıq müavinətin verilməməsi iddiaçının konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan qanunsuz hesab olunmalı və iddiaçı X7 övladları X15 və X10 vahid aylıq müavinətin ödənilməsi bərpa edilməklə dayandırıldığı tarixdən hesablanaraq verilməli və X16 aid olan hissədə isə vahid aylıq müavinət təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X7 övladları “X15 və X10 vahid aylıq müavinətin ödənilməsi bərpa edilməklə dayandırıldığı tarixdən hesablanaraq verilməsi və X16 isə vahid aylıq müavinətin təyin edilməsi öhdəliyi cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı X7 övladları “X15 və X10 vahid aylıq müavinətin ödənilməsi bərpa edilməklə dayandırıldığı tarixdən hesablanaraq verilməsi və X16 isə vahid aylıq müavinətin təyin edilməsi öhdəliyi cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim Hilal Nəcəfov