Məhkəmə qərarları › İş №2-1(120)-825/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-825/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-825/2023 13.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilməsi tələbinə dair iddiası üzrə inzibati işə Masallı şəhəri, Masallı Məhkəmə Kompleksində, məhlkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1949-cu il tarixdə Astara şəhərində anadan olmuşdur. X2, anası isə X3 olmuşdur. Valideynlərinin hər ikisi vəfat etmişlər. Doğum haqqında şəhadətnamədə və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində soyadı İsayev, adı Sabir, atasının adı isə Siyab yazılmışdır. Zərurət yarandığından doğum akt qeydində ata qrafasmda “Siyab oğlu” sözünün “Siyabovic”ə dəyişdirilməsi ilə bağlı Astara rayonu Qeydiyyat şöbəsinə müraciət etmişdir.Cavabdeh 26 oktyabr 2021-ci il tarixli, 738-05/15 saykl məktubları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəlarının 1-ci bəndinə istinad edərək akt qeydində dəyişiklik edilməsini məqsədə müvafiq sayılmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 738-05//15 saylı məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 1-ci bəndinə əsasən heç bir əsas olmadığından akt qeydində dəyişiklik edilməsi məqsədə müvafiq sayılmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi xahiş olunur. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu il tarixdə Astara şəhərində anadan olmuşdur. ünvan 6-də qeydiyyatdadır. İşdə olan 6 saylı 1949-cu il tarixli doğum akt qeydinə əsasən, X6 xx.xx.1949-cu il tarixdə anadan olmuş, ata qrafasında X11, milliyyəti “azərbaycanlı” göstərilmişdir, 1956-cı il tarixdə göstərilən kəbinə əsasən ata familyası “İsayev”ə dəyişdirilmişdir. İş materiallarında olan 202588 nömrəli döğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu il tarixdə Astara şəhərində anadan olmuşdur.Ata qrafasında X11, ana qrafasında isə X3 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Astara rayonu İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 63 nömrəli arayışından görünür ki, X1 şəhəri, H.Əliyev küçəsi, ev 53, m 13-də yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Astara rayonu İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 dekabr 2022-ci il tarixli 116 nömrəli məktubunda göstərilmişdir ki, İsayev X8 şəhərində doğulmuşdur və hazırda ünvan 2 ünvanında yaşayır. ünvan 3şdir. Bakı Plan-İqtisad Texnikumuna daxil olmuş və 1970-ci ildə həmin texnikumun “texnik-planovin” ixtisası üzrə bitirmişdir. Ona “Sabir” adıyla müraciət edirlər. Hazırda arvadı X7 ilə qeydiyyatda olduğu ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Astara rayonu İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 2050 nömrəli arayışından görünür ki, X1 şəhəri, H.Əliyev küçəsi, ev 53, m 13-də arvadı xx.xx.1954-cü il təvəllüdlü X7 ilə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Prokurorluğu Astara rayonu Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 447Xid/23 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olan, xx.xx.1949-cu il təvəllüdlü İddiaçı barəsində Astara rayon prokurorluğunda təqsirləndirici material yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-13-65/2-6843/23 nömrəli məktubunda göstərilmişdir ki, Astara şəhəri H.Əliyev küçəsi ev 53, mənzil 13-də qeydiyyatda olan İddiaçı xx.xx.2004-cü ildə Astara rayon polis şöbəsi tərfindən AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. İddiaçı xx.xx.1979-ci il tarixli məhkəmənin (ВЕРХ СУДОМ АЗ ССР) hökmünə əsasən 88-1; 172:38, maddələri ilə 11 il məhkum edilmişdir.Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-13-65/2-7837/23 nömrəli məktubunda göstərilmişdir ki, Astara H. Əliyev küçəsi ev 53, mənzil 13-cfə qeydiyyatda olan xx.xx.1949-cu il təvəllüdlü İddiaçı xx.xx.2004-cü ildə şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.Göstərilən şəxsin şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır.xx.xx.1949-cu il təvəllüdlü İddiaçı xx.xx.1979-cu il tarixli hökmünə əsasən 88-1; 172 və 38-ci maddələri ilə 11 il müddətinə məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Astara rayonu İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 41 nömrəli arayışından görünür ki, İsayev X8 şəhərində doğulmuşdur və hazırda ünvan 2 ünvanında yaşayır. ünvan 3şdir.Bakı Plan-İqtisad Texnikumuna daxil olmuş və 1970-ci ildə həmin texnikumun “texnik-planovin” ixtisası üzrə bitirmişdir. Ona “Sabir” adıyla müraciət edirlər. Hazırda arvadı X7 ilə qeydiyyatda olduğu ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-13- 12/2-102138/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1949-cu ildə Astara rayonunda doğulmuş İddiaçı Azərbaycan SSR-i Ali Məhkəməsinin xx.xx.1979-cu il tarixli hökmünə əsasən Azərbaycan SSR-i Cinayət Məcəlləsinin 88-1-ci, 172-ci və 38-ci maddələri ilə əmlakı müsadirə olunmaqla, 04 il müddətinə maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Astraxan şəhər Sovet rayon xalq Məhkəməsinin xx.xx.1987-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur.Bununla yanası qeyd edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsi ilə razılaşdırılmaqla Daxili İşlər Nazirliyi Kollegiyasının 2019-cu il 16 yanvar tarixli Q11-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış «Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat»ın (www.e-qanun.az) 8.6. bəndinə və 8.6.1. yarımbəndinə müvafiq olaraq şəxsin məhkumluğunun olub-olmaması barədə sorğu elektron rabitə kanalları və ya kağız daşıyıcıları vasitəsi ilə yoxlanılır. Tələbnamələr bu Təlimatla müəyyən olunmuş formada (9 nömrəli əlavə) tərtib edilir və hər bir yoxlanılan şəxsə dair ayrıca tələbnamə doldurulur, onun sovadı, adı, ata adı adlıq halda, çap hərfləri ilə yazılır.Bu növ sorğuların icra prosesində operativliyi təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarında «Elektron tələbnamə» sorğu sistemi istismara verilmişdir.Gələcəkdə müvafiq məlumatların qısa müddətdə əldə olunması üçün ərazi polis orqanına müraciət etmək tövsiyə olunur. İş materiallarında olan АЗ 184134 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, İsayev X4 Mahi Həsən qızı ilə 27 yanvar 1973-cü il tarixdə nigaha daxil olmuşlar. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Məhkəmənin qənaətinə görə iddiaçının tələbi onun doğum akt qeydinin ata qrafasında qeyd edilmiş«Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilməsi ilə bağlı olduğuna görə, ilk növbədə onun ata adının vətəndaşlıq vəziyyəti aktları qeydində necə yazılması müəyyən olunmalıdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı xx.xx.1949-cu il tarixdə Astara şəhərində doğulmuşdur və doğum akt qeydinə əsasən, ata qrafasında X11, milliyyəti “azərbaycanlı” göstərilmişdir. Sonradan iddiaçı Cavabdehnə ata adının “Siyab oğlu” sözünün “Siyaboviç”ə dəyişdirilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən imtina edildikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğulara əsasən müəyyən edilmişdir ki, Astara şəhəri H.Əliyev küçəsi ev 53, mənzil 13-də qeydiyyatda olan İddiaçı xx.xx.2004-cü ildə Astara rayon polis şöbəsi tərəfindən AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Həmçinin İddiaçı xx.xx.1979-ci il tarixli məhkəmənin (ВЕРХ СУДОМ АЗ ССР) hökmünə əsasən 88-1; 172:38, maddələri ilə 11 il məhkum edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus bütün sənədlərdə iddiaçının ata adı bu günə kimi “Siyab oğlu” göstərilmişdir. İddiaçının X2nun milliyyəti azərbaycanlı olmuşdur. Siyab adına «viç» sonluğu əlavə edildikdə rus dilində “Siyaboviç” (Siyabın oğlu) yaranır. Rus vətəndaşlarına məxsus pasport və sənədlərdə şəxslərin ata adlarına “-oviç, -eviç, ovna, -evna, -iç” sonluğu əlavə edilməklə yazılır. Lakin məhkəmə tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan İddiaçı məxsus sənədlər üzrə ata qrafasında “Siyaboviç” sözünün yazılmasına heç bir əsas müəyyən edilməmişdir. İddiaçının «Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilməsi üçün, o cümlədən, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə «Siyab oğlu» sözləri yazıldığı üçün müxtəlif problemlərlə üzləşməsinə dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla «Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. İddiaçının «Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilməsi üçün konkret əsaslı hər hansı səbəblərin olması məhkəməyə aydın olmamışdır. Məhkəmənin qənaətinə görə “Siyab oğlu” sözünün «Siyaboviç»ə dəyişdirilməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, Cavabdeh imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı «Siyab oğlu» sözünün «Siyaboviç»ə dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar