Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-825/2024 12.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Saıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarı ilə DT və XK-nin AN081063 saylı plan ölçü üzrə X2 Kürdəmir şəhəri, Elvin Kərimov küçəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış 1842 kv.metr ölçüdə torpaq sahəsi ilə Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı qərarına əsasən ona ayrılmış 500 kv.metr torpaq sahəsi üst-üstə düşdüyünə görə, həmin ölçüdə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarı ilə DT və XK-nin AN081063 saylı plan ölçü üzrə X2 Kürdəmir şəhəri, Elvin Kərimov küçəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış 1842 kv.metr ölçüdə torpaq sahəsi ilə Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı qərarına əsasən ona ayrılmış 500 kv.metr torpaq sahəsi üst-üstə düşdüyünə görə, həmin ölçüdə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 27 sentyabr 2023-cü il tarixli qərardadı ilə X7 oölu, X6, X4, X3 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı Qərarı ilə ona ayrılmış torpaq sahəsinə çıxarışın verilməsi ilə əlaqədar DƏDRX-ın 16 saylı Ucar Ərazi İdarəsinə ünvanladığı müraciətinə xx.xx.2021-ci il tarixdə imtina edilərək ünvanına cavab məktubu göndərilmişdir. Cavab məktubunun 1-ci səhifəsində DT və XK-nin təqdim etdiyi elektron baza məlumatları ilə istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları 2227A nömrəli kadastr planı ilə üstüstə düşməsi qeyd olunur. Lakin, 2227A kadastr planının kimə və hara məxsus olması göstərilmir və bu üzrə sxem cavab məktubuna əlavə edilməmişdir. Həmçinin bu uyğunsuzluğun aradan qaldırılmasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən müvafiq icra orqanlarının səlahiyyətlərində olduğunu cavab məktubunda diqqətinə çatdırılmışdır. Müvafiq icra orqanları isə qanunvericiliyə əsasən, DƏDRX-ın 16 saylı Ucar Ərazi İdarəsidir. Odur ki, bu uyğunsuzluğun aradan qaldırılması onların səlahiyyətindədir. Cavab məktubunda imtinanın bir səbəbi də ona məxsus torpaq sahəsinin 10 KV-luq yüksək gərginlikli hava xəttinin mühafizə zolağına düşməsi ilə əlaqələndirilmişdir. Bununla əlaqədar bildirir ki, həmin xətt 1000 metr uzunluğunda küçə istiqamətində bu ərazini elektrik enerjisi ilə təmin edən transfarmatoru qidalandırmaq üçün çəkilmiş, hazırda bu küçə boyunca 100-ə yaxın həyətyanı torpaq sahəsi və yaşayış evi var və bu evlərdə əhali yaşayır. Şərhdən aydın olur ki, ərizəsi və ərizəsinə əlavə olunmuş sənədlər əsasında araşdırma düzgün aparılmamış və cavab məktubu əsaslandırılmadığı üçün ərizəsi baxılmamış hesab olunur. Qeyd olunanları nəzərə alaraq, ərizəsinə yenidən baxılmasını və həyətyanı sahəsinə çıxarışın verilməsini təkrarən DƏDRX-ın 16 saylı Ucar Ərazi İdarəsindən xahiş etmişdir. Təkrar müraciətinə də Ərazi İdarəsi araşdırma aparmadan ünvanına cavab məktubu göndərmişdir. Ümumiyyətlə 16 saylı Ucar Ərazi İdarəsindən dövlət iyi gəlmir, onun rəisi Füzuli İsayev isə elə bilir ki, bu idarə ona varislərindən qalıb və idarəetmə sahəsində qanunlar bir tərəfdə qalıb. O, özü müəyyən etdiyi qanunlarla hərəkət edir. Bundan sonra o, bu barədə İqtisadiyyat Naziri, cənab Mikayıl Cabbarova ərizə ünvanlamışdır. Həmin ərizəsinə DƏDRX Publik hüqiqi şəxsin sədr müavini Elvin Məmmədov cavab məktubunu ünvanına göndərir, cavab məktubunun məzmunu cavabdehin cavab məktubunun surətidir. Şərhdən aydın olunur ki, 16 saylı Ucar Ərazi İdarəsi, idarənin rəisi Füzuli İsayev təqdim olunan sənədləri araşdırmadan, onlara tələb olunan hüquqi qiymət vermədən, ərizəçinin iştirakını təmin etmədən, otaqdan çölə çıxmadan, tavana baxıb imtina məktublarını hazırlamış və ünvanına göndərmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8-ə əsasən isə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri. su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri çıxarışın verilməsi üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq Daşınmaz Əmlaka (torpaq sahəsinə) çıxarışın verilməsinə köməklik olunmasını 16 saylı Ucar Ərazi İdarəsindən xahiş etmiş və hüquqmüəyyənedici sənədələri təqdim etmişdir. 16 saylı Ucar Ərazi İdarəsi onun sənədlərini dəqiq araşdırmadan, onlara lazımi qiymət vermədən ona çıxarış verilməsindən əsassız olaraq imtina etmişdir. Bundan sonra o, cavabdeh DƏDRX-ın 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddia ərizəsi ilə Şirvan İnzibati məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi icraata götürüldükdən sonra, hakim tərəfindən edilmiş sorğu əsasında əldə olunmuş DT və XK-nin sənədinə əsasən müəyyən olunmuşdur ki, Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı Qərarı ilə ona yaşayış evi tikintisi üçün verilmiş həyətyanı torpaq sahəsinin yerləşdiyi ərazi də daxil olmaqla Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarı ilə Kürdəmir şəhər sakini X2 fərdi yaşayış evi tikmək üçün 1842 kv.m. torpaq sahəsi verilmişdir. Həmin qərar Cavabdeh sabiq başçısı F.S.Məlikov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında işin faktiki hallarının və mübahisənin vəziyyətinin müzakirəsindən sonra iddia tələbinin düzgün olmaması müəyyən olundu və o, məhkəməyə ərizə təqdim edərək yenidən iddia qaldırılması üçün sənədlərini geri götürmüş və bu barədə məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı mövcuddur. Bundan sonra Kürdəmir RİHB tərəfindən Kürdəmir şəhər sakini X2 ona verilmiş torpaq sahəsi də əraziyə daxil edilməklə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının məlum qərarının qismən ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti qarşıya çıxdı və o, da bu məzmunda məhkəməyə müraciət etmişdir. Yenidən verilmiş iddia ərizəsinə Cavabdeh imtina məktubu olmaması səbəbindən və iddiada iki tələb qoyulduğundan iddia ərizəsini və ona əlavə olunmuş sənədlərini geri almışdır. Bundan sonra o, Kürdəmir RİHB aparatına ərizə ilə müraciət etmişdir. Kürdəmir RİHB aparatının hüquq şöbəsinin müdiri Şahin Əhmədovun imzası ilə xx.xx.2023-cü il tarixli imtina məktubunu almış və yenidən məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Odur ki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun olaqraq izahat verərək iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 nömrəli icrakom protokolundan çıxarışdan görünür ki, Kürdəmir şəhərinin cənub hissəsindən ev tikmək üçün İddiaçı 500 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X2 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 01 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün1842 kv.metr torpaq sahəsi verilmiş və torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçü sənədi tərtib edilərək xx.xx.2010-cu il tarixdə X12 kitabında 1337 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh Başçısının aparatının iddiaçıya ünvanladığı 20 aprel 2023cü il tarixli məktubda qeyd edilmişdir ki, X1 mülkiyyətinə verilmiş 1842 kv.metr torpaq sahəsinin azaldılaraq 500 kv.metr hissəsinin onun mülkiyyətinə verilməsi Cavabdeh səlahiyyətləri daxilində deyildir. İş materiallarında olan iddiaçının Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı Qərarı ilə ona ayrılmış torpaq sahəsinə çıxarışın verilməsi ilə əlaqədar DƏDRX-ın 16 saylı Ucar Ərazi İdarəsinə ünvanladığı müraciətinə xx.xx.2021-ci il tarixdə verilmiş imtina məktubuna əsasən müəyyən olunur ki, DT və XK-nin təqdim etdiyi elektron baza məlumatları ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları 2227A nömrəli kadastr planı ilə üst-üstə düşür.Həmin tarixdən iddiaçının həmin üst-üstə düşmədən məlumatlı olduğu müəyyən olunur. Bundan əlavə iş materiallarına əlavə olunmuş iddiaçının Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı Qərarı ilə ona ayrılmış torpaq sahəsinə çıxarışın verilməsi ilə əlaqədar DƏDRX-ın 16 saylı Ucar Ərazi İdarəsinə ünvanladığı müraciətinə xx.xx.2021-ci il tarixdə verilmiş imtina məktubuna əsasən müəyyən olunur ki, DT və XK-nin təqdim etdiyi elektron baza məlumatları ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları 2227A nömrəli kadastr planı ilə üst-üstə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün X2 verilmiş torpaq sahəsini mübahisələndirir və iddiaçı iddia ərizəsində cavabdeh qismində Cavabdeh qeyd edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarı ilə DT və XK-nin AN081063 saylı plan ölçü üzrə X2 Kürdəmir şəhəri, Elvin Kərimov küçəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış 1842 kv.metr ölçüdə torpaq sahəsi ilə Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı qərarına əsasən ona ayrılmış 500 kv.metr torpaq sahəsi üst-üstə düşdüyünə görə, həmin ölçüdə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı qanunvericiliklə mübahisələndirmə növündə iddia tələbinə dair işlər üzrə müəyyən olunan iddia müddətini ötürmüşdür.Belə ki, məhkəmə prosesində İddiaçı bildirmişdir ki, 3-cü şəxs onun bacısının yoldaşıdır və həmin torpaq ona mərhum atalarının razılığı ilə ayrılmışdır. Mübahisələndirilən Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarından 2006cı il tarixdə xəbəri olmuşdur.Lakin mübahisələndirməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarili 1 saylı qərarını mübahisləndirmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürdüyündən onun iddiası mümkün sayılmamalıdır. Oxşar mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2019-cu il tarixli 3 nömrəli bülletenində (11-ci səhifəsində) aşağıdakı kimi öz əksini tapmışdır: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanı aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli, 2-1(120)- 3157/2023 nömrəli məktublarla hüquqi yardım edilmiş və hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı hüquqi yardım məktublarını poçt xəbərnaməsinə imza edərək qəbul etmiş və xx.xx.2023-cü il tarixli müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə iddiaçı müddətin ötürülməsi əsasları kimi qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə 16 saylı Ucar Ərazi İdarəsinin müraciətindən imtinasından sonra Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə araşdırması zamanı sorğu əsasında müəyyən edilmişdir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 1 saylı qərarı ilə DT və XK-nin AN081063 saylı plan ölçü üzrə X2 Kürdəmir şəhəri, Elvin Kərimov küçəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış 1842 kv.metr ölçüdə torpaq sahəsi ilə ona məxsus Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 saylı qərarına əsasən ona ayrılmış 500 kv.metr torpaq sahəsi üst-üstə düşür.xx.xx.2022-ci il tarixdə iddia ərizəsini geri götürmüş və icraata xitam verilmişdir.Daha sonra yenə məhkəməyə müraciət etmiş, bu dəfə də iddia ərizəsini yenə geri götürmüşdür.Və hazırki tələblə bağlı Kürdəmir İcra Hakimiyyətinə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə imtina məktubu alaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə yenidən müraciət etmişdir. Məhkəmə iddiaçının “müddətin bərpasına dair” ərizəsinə münasibətdə ilk öncə qeyd edir ki, iddiaçı məhkəmə prosesi zamanı sərbəst izahatında da bildirmişdir ki, 3-cü şəxs onun bacısının yoldaşıdır və həmin torpaq sahəsinin ona ayrıılmasına atası razılıq vermişdir.Həmin qərardan da 2006-cı il tarixdə məlumatlı olmuşdur, lakin 2022-ci ilə kimi mübahisələndirməmişdir. Həmçinin iddia ərizəsində iddiaçı 2021-ci il tarixdə torpaq sahələrinin üst-üstə düşməsindən məlumatlı olduğunu, daha sonra 2022-ci il tarixdə məhkəmə prosesi zamanı mübahisələndirilən qərardadan xəbərdar olduğunu bildirmişdir.Lakin həmin qərardan 2022-ci il tarixdən xəbərdar olmuş olsa belə artıq iddia müddətini ötürmüşdür.İddiaçı iki dəfə məhkəməyə müraciət etsə də sərbəst iradəsi əsasında iddia tələbini geri götürmüşdür. Ərizədəki digər əsasa münasibətdə isə məhkəmə qeyd edir ki, mübahisələndirmə növündə iddia tələblərinə münasibətdə qanunverici cavabdeh inzibati orqana müraciət olunmağı mümkünlük şərti kimi müəyyən etməmişdir. Bu səbəbdən də iddiaçının cavabdeh inzibati orqana müraciəti əsassız olmuşdur. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-825/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-825/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver