Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-826/2022 21.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Ağcabədi Rayon İcra Hakimiyyətinə, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına və X3 X1rşı “ərizələrinə cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 21 oktyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdehlər Ağcabədi Rayon İcra Hakimiyyətinə, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına və X3 17 saylı Ərazi Məşğulluq Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Ağcabədi Rayon İcra Hakmiyyətinin, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının və X3 17 saylı Ərazi Məşğulluq Filialının vəzifəli şəxslərinin üzərinə hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması üçün ərizələrinə cavab verilməsi vəsifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh X3 17 saylı Ərazi Məşğulluq Filialı X3 X5 Filialı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci ildə Ağcabədi rayonu, Kəhrizli kəndində doğulmuşdur. Orta təhsillidir. 20 ilə yaxındır tənha-dul qadındır, tək yaşayır. İşsizdir, sosial problemlər içərisində yaşayır. Mal-qara, digər təsərrüfat sahəsi yoxdur. Bildirmək istəyir ki, hal-hazırda Ağcabədi rayonu, Yuxarı Kəhrizli kənd “Tibb Məntəqəsi”ində vakansiya xadimə vəzifəsi var. Beş aya yaxındır, rayon məşğulluq mərkəzinə, xəstəxana rəhbərliyinə müraciət etmişdir. Ağcabədi Rayon İcra Hakimiyyətinə də həmçinin. İlk müraciətini Ağcabədi Rayon Mərkəzi Xəstəxananın rəhbərliyinə etmişdir. Bildirdilər ki, icra hakimiyyətinin səlahiyyətindədir. O da yazılı rəsmi surətdə icra hakimiyyətinə müraciət etdikdə, bildirdilər ki, xəstəxananın və məşğulluğun səlahiyyətinə aiddir. O, da beş aydır ki, cavabdeh qurumlarının ötür-ötür oyunun arasında qalmışdır. Ağcabədi Rayon İcra Hakimiyyətinə, Ağcabədi Rayon Məşğulluq Mərkəzinə (17 saylı Ərazi MM), Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına rəsmi məktubla müraciət etməyinə baxmayaraq, müraciətinə cavab vermirlər. 5 aydır Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi onun müraciətinə, ötür-ötür oyunu edərək baxmır. Belə ki, hər dəfə müxtəlif bəhanələrlə onu yola verirlər. İlk dəfə müraciət etdikdə, bildirdilər ki, kadr məsələsinə məşğulluq mərkəzi baxır. Ora müraciət etdikdə, dedilər bizlik deyil. Təkrar xəstəxanaya müraciət etdikdə, bu dəfə icra hakimiyyətinə müraciət etməli olduğunu bildirdilər. İcra hakimiyyəti də qəti etiraz edərək, xəstəxananın səlahiyyətində olduğunu bildirdilər. Bu dəfə rəsmi ərizə ilə xəstəxana rəhbərliyinə müraciət etdi. İndi isə deyirlər xadimə (!) vəzifəsi İcbari Tibbi Sığorta Agentliyi və Təbibin səlahiyyətindədir. O, işlə bağlı müraciət etmiş, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kadrlar şöbəsi vakansiya yer üçün müraciətini İcbari Tibbi Sığorta Agentliyinə və Təbibə yazılı məlumat verməli olduğu halda, hüquqlarını kobudcasına pozaraq, məlumat vermir! Dul qadındır, acından və soyuqdan ölməməyi üçün hansı yolu tutmalıdır? İşə götürməmək üçün yeni bəhanə tapıblar, şəhid-qazi ailələrini işlə təmin etdikdən sonra, işlə bağlı müraciətinizə baxılacaq! Konkret: manipuliyasiya edirlər! Dul-tənha qadın, yaşamaq üçün nə etməlidir? Yemək-işıqqaz pulunu necə ödəməldir?! Ölümə məhkum olunmalıdır?! Yaşamağı üçün başqa alternativ yolu yoxdur axı...Yuxarıda cavabdeh kimi qeyd etdiyi üç qurumun, vətəndaşların ərizə və şikayətlər şöbəsi yazılı müraciətini qəbul edib, qeydiyyata almaqdan imtina etdilər! Bildirdilər ki, vətəndaş məktubu yalnız poçt vasitəsilə yollaya bilər. Tam qanunsuzluqla üzləşir! Dəfələrlə yazılı müraciət etdiyi idarələrdən rəsmi cavab tələb etməyimə baxmayaraq, münasibət bildirilməyib. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh X3 17 saylı Ərazi Məşğulluq Filialı məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli, 222301 nömrəli məktubunda iddiaya qarşı etiraz bildirilmişdir. Etirazda qeyd olunmuşdur ki, Ağdam rayonu, Keşdazlı kənd qeydiyyatında olan, hal-hazırda Ağcabədi rayonu, Böyük Kəhrizli kəndində faktiki yaşayan İddiaçı işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətindən daxil olmuş Q-252-061 nömrəli, 16 oktyabr 2021-ci il tarixli, Q-252/2-059 və Q-252/3-059/2 nömrəli, 16 noyabr 2021-ci il tarixli müraciətlərinin araşdırılması məqsədilə Filialın əməkdaşı-aparıcı mütəxəssis Rəfiqə Alışanova tərəfindən mobil telefon (***-***-**-**) vasitəsilə vətəndaşla əlaqə (***-***-**-**) saxlanılmış, danışıq zamanı İddiaçı müraciət etməkdə əsas məqsədinin yaşadığı Böyük Kəhrizli kəndi ərazisində fəaliyyət göstərən tibb müəssisəsində xadimə işi ilə təmin olunmaqdan ibarət olduğunu bildirmişdir. Şəxsin məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemindəki vakansiya bankında istəyinə uyğun iş olmadığına görə İddiaçı iş təklif etmək mümkün olmamışdır və bu barədə vətəndaşa **********1 nömrəli 5 noyabr 2021-ci il tarixli məktub göndərilmişdir. Eyni zamanda bildirirlər ki, MEİS-in “Məşğulluq” altsistemində Ağcabədi Rayon Mərkəzi X6 Şəxs tərəfindən Böyük Kəhrizli tibb məntəqəsi üzrə xadimə vəzifəsi vakansiya bankına 2021 və 2022-ci illər ərzində daxil edilməmiş və bu səbəbdən qeyd olunan vəzifə üzrə Filial tərəfindən göndəriş formalaşdırılması mümkün olmamışdır. Əlavə olaraq bildirirlər ki, İddiaçı MEİS-in “Məşğulluq” altsistemində 3 may 2020-ci il tarixində işsiz şəxs kimi qeydiyyata alınmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı ilə təsdiq olunmuş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat təyin edilərək aprel, may və dekabr ayları üzrə ödənişlər həyata keçirilmişdir. Göstərilənlərə əsaslanaraq, iddianın rədd olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişdir, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Ağcabədi Rayon İcra Hakimiyyətinə və Ağcabədi rayon Məşğulluq Mərkəzinə ünvanlanmış ərizəsindən görünür ki, o, həmin orqanlara müraciət edərək, onu Yuxarı Kəhrizli kənd-tibb məntəqəsinə xadimə işinə təyin olunmağına köməklik göstərilməsinə xahiş etmişdir. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyətinin X3 17 saylı Ərazi Məşğulluq Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 3 İddiaçı tərəfindən Ağcabədi Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətin surəti baxılması və araşdırılması üçün X3 17 saylı Ərazi Məşğulluq Filialına göndərilməsi, müraciətin nəticəsi haqqında vətəndaşa məlumat verilməsi bildirilmişdir. İş materiallarında olan X3 17 saylı Ərazi Məşğulluq Filialının İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar dövlət orqanlarında (qurumlarda) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu dayandırıldığı üçün Sizi Filiala dəvət etmək mümkün olmamışdır. Müraciətinizin araşdırılması məqsədilə Filialın əməkdaşı-aparıcı mütəxəssis Rəfiqə Alışanova tərəfindən xx.xx.2021-ci il tarixdə mobil telefon (***-***-**-**) vasitəsilə Sizinlə əlaqə (***-***-**-**) saxlanılmış, danışıq zamanı müraciət etməkdə əsas məqsədinizin yaşadığınız Kəhrizli kəndi ərazisində fəaliyyət göstərən tibb müəssisəsində xadimə işi ilə təmin olunmaqdan ibarət olduğunu bildirmişsiniz. Şəxsin məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemindəki vakansiya bankında istəyinizə uyğun iş olmadığına görə Sizə iş təklif etmək mümkün olmamışdır. Tərəfimizdən Sizə sosial rifahınızın və dayanıqlı məşğulluğunuzun təmin edilməsi məqsədi ilə “e-sosial-az” internet portalı vasitəsi ilə MEİS “Məşğulluq” altsistemində münasib işlə bağlı mövcud olan vakansiyaları mütəmadi izləmək tövsiyyə olunmuşdur. İş materiallarında olan “Ağcabədi Rayon Mərkəzi Xəstəxansı” X8 İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 298 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Kəhrizli kənd tibb məntəqəsində xadimə vəzifəsi ilə əlaqədar Sizin müraciətinizdən əvvəl Kəhrizli kənd sakini X4 müraciət etmiş və onun sənədləri işə qəbula razılıqla bağlı xx.xx.2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilmişdir. Agentlik tərəfindən xx.xx.2021-ci il tarixdə vətəndaşın işə qəbulla bağlı razılıq məktubu daxil olmuşdur. Qeyd edək ki, Sizi işə qəbulla bağlı rəsmi müraciətiniz Ağcabədi Rayon Mərkəzi X6 Şəxsə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Müraciətinizin daxil olduğu zaman artıq Kəhrizli kənd tibb məntəqəsində vakant olan xadimə ştatı üzrə işçi müəyyənləşmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxılması qaydasını müəyyən edir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə müraciət edən şəxs – fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.0.2-ci maddəsinə görə müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə müraciətə baxan subyekt – fiziki və ya hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və ya büdcə təşkilatlarıdır. Həmin Qanunun 4.0.5-ci maddəsinə görə müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərindəndir. Həmin Qanunun 7.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidir. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.12-ci bəndinə görə vətəndaşın müraciətində göstərilən məsələlər «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir. Həmin Qanunun 10.1-ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2 – 10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənmə və yoxlama tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.3-cü maddəsinə görə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Həmin Qanunun 10.4-cü maddəsinə görə əgər məlumatln verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilirsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır. Həmin Qanunun 10.5-ci maddəsinə görə bu Qanunun 10.1 – 10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Həmin Qanunun 12.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Həmin Qanunun 12.2-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidir. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar. Həmin Qanunun 3.0.3-cü maddəsinə görə ictimai informasiya – qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. Həmin 3.0.5-ci maddəsinə görə informasiya sahibi – informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə informasiya sorğusu – informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Həmin Qanunun 3.0.7-ci maddəsinə görə informasiya sorğusu verən – informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 10.1-ci maddəsinə görə informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Həmin Qanunun 13.1-ci maddəsinə görə sorğuçu informasiya sorğusunu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi, sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı üsulla təqdim edir. Həmin Qanunun 16.1-ci maddəsinə görə informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; telefaksla; şifahi formada; informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. Həmin Qanunun 24.1-ci maddəsinə görə informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Həmin Qanunun 24.4-cü maddəsinə görə əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə, informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə, açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə, informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə informasiya sorğusu icra olunmuş sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdehlər Ağcabədi Rayon İcra Hakimiyyətinə, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına və X3 17 saylı Ərazi Məşğulluq Filialına ünvanladığı müraciətlərinə cavab verilmişdir. İPM-in 67.2-ci maddəsinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının tələbi cavabdeh inzibati orqanlar tərəfindən təmin edildiyindən, tələb üzrə hazırda mübahisə mövcud olmur, odur ki, iş üzrə icraata xitam verilməlidir. İPM-in 80.1-ci maddəsinə görə bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 67-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Ağcabədi Rayon İcra Hakimiyyətinə, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına və X3 X1rşı “ərizələrinə cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-826/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-826/2022
21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver