Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-83/2022 29.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın qismən ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində Məhkəmənin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İmişli Rayon İcra Hakimiyyəti Başçısının 22 dekabr 2011ci il tarixli, 376 saylı sərəncamının Buludlu kənd sakini X2 69 saylı dövlət qış otlaq fondundan 45 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə ayrılmasına dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2-1(120)-718/2021 saylı qərardadı ilə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2-1(120)-718/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli, **********92 nömrəli məktubda göstərilmişdir ki, tədqiqat obyektinə baxış keçirilərək mütəxəssis rəyi hazırlanmışdır, lakin mütəxəssis rəyinin məhkəməyə göndərilməsi, təqdim olunmuş smetada nəzərdə tutulan 931,00 manat xidmət haqqının ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təqdim ediləcəyi təqdirdə, mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli, **********92 nömrəli məktubuna əlavə olunmuş 06/17/89 nömrəli smetanı və bank rekvizitlərini əks etdirən cədvəlin surətlərini proses iştirakçılarına göndərilərək, xidmət haqqını ödəməyə razı olub-olmadığınızı 10 gün müddətində Şirvan İnzibati Məhkəməsinə yazılı şəkildə bildirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli **********92 nömrəli məktub tərəflərə təqdim olunduqdan sonra smetada nəzərdə tutulan 931,00 manat xidmət haqqı İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-1(120)-718/2021 nömrəli məktubu ilə İddiaçı tərəfindən təqdim olunmuş 18973 nömrəli ödəniş qəbzi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə göndərilərək, tədqiqat obyektinə baxış keçirilməsinin nəticələrinə dair tərtib edilmiş mütəxəssis rəyinin qısa zaman ərzində məhkəməyə və ekspertiza mərkəzinə təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2021-ci il tarixli, 10/4844 nömrəli məktubu ilə mütəxəssis rəyinin təqdim olunmaması səbəbindən məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmiş və inzibati iş məhkəməyə geri qaytarılmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hesabına xidmət haqqına görə 931,00 manat pulu ödəyərək məhkəməyə göndərmişdir. Şirvan İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2-1(120)-718/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 fevral 2022-ci il tarixli, 10/618 nömrəli rəy verilərək inzibati iş xx.xx.2022-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 253 saylı Sərəncamı ilə ona 400 baş qoyunun saxlanması üçün 69 saylı dövlət qış otlaq fondundan müvəqqəti istifadə hüququ ilə 100 ha torpaq sahəsi ayrılıb verilmişdir. Torpağın onun istifadəsinə verilməsinin məqsədəuyğunluğu barədə 12 noyabr 2010-cu il tarixdə akt tərtib edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı hazırlanmış, sahənin 15 il müddətinə icarəyə verilməsi barədə onunla xx.xx.2010-cu il tarixli, 30 saylı icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsi X5 kitabında xx.xx.2010-cu il tarixdə 280 nömrə ilə uçota alınmışdır. Torpaqdan təyinatı üzrə istifadə etməklə, hər il icarə haqqını ödəmişdir. Lakin indi ona məlum olmuşdur ki, İmişli Rayon İcra Hakimiyyəti Başçısının 22 dekabr 2011-ci il tarixli 376 saylı Sərəncamı ilə 69 saylı dövlət qış otlaq fondundan ona ayrılmış torpaq sahəsinin 45 hektarı İmişli rayonu, Buludlu kənd sakini X2 verilmiş, onunla da 22 dekabr 2011-ci il tarixli, 48 saylı icarə müqaviləsi bağlanmışdır. Hesab edir ki, cavabdeh bu sərəncamı verməklə onun sahibliyində və istifadəsində olan torpaq sahəsinə dair hüquqlarını pozmuş və kənar şəxslə əsassız mübahisənin yaranmasına səbəb olmaqla, torpaqdan normal istifadə etməsinə mane olduğundan sərəncam məhkəmə qaydasında ləğv edilməlidir. Qeyd edilənlərə əsasən İmişli Rayon İcra Hakimiyyəti Başçısının 22 dekabr 2011-ci il tarixli, 376 saylı Sərəncamını Buludlu kənd sakini X2 69 saylı dövlət qış otlaq fondundan 45 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə ayrlmasına dair hissədə ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 izahat verərək bildirdi ki, İmişli Rayon İcra Hakimiyyəti Başçısının 22 dekabr 2011-ci il tarixli, 376 saylı sərəncamı ilə qoyunçuluğun inkişafı üçün rayonun 67 saylı dövlət qış otlaq fondundan 20,0 ha, 69 saylı dövlət qış otlaq fondundan 45,0 ha, cəmi 65,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb verilmişdir. Qanuni əsaslarla ayrılmış torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İddiaçının hazırkı iddia tələbinin əsası ondan ibarətdir ki, İmişli Rayon İcra Hakimiyyəti Başçısının 22 dekabr 2011-ci il tarixli, 376 saylı Sərəncamını Buludlu kənd sakini X2 69 saylı dövlət qış otlaq fondundan 45 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə ayrlmasına dair hissədə ləğv edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iş materiallarında olan İmişli Rayon İcra hakimiyyəti başçısının 18 noyabr 2010-cu il tarixli 253 saylı sərəncamının surəti ilə müəyyən olunur ki, İmişli rayonunun Sarıxanlı kənd sakini İddiaçı qoyunçuluğun inkişafı üçün rayonun 69 saylı dövlət qış otlaq fondundan müvəqqəti istifadə hüququ ilə 100,0 ha torpaq sahəsi ayrılıb verilmişdir. İş materiallarında olan A№ 058944 nömrəli torpaq sahəsinin plan və ölçüsünün surəti ilə müəyyən olunur ki, İmişli rayonu Sarıxanlı kənd sakini İddiaçı İmişli rayon İcra Hakimiyyəti başçısının 18 noyabr 2010-cu il tarixli 253 saylı sərəncamına və xx.xx.2010-cu il tarixli 30 saylı icarə müqaviləsinə əsasən qoyunçuluğu inkişaf etdirmək məqsədilə icarəsinə 15 ilə 1000000.42 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X5 kitabında 03 noyabr 2011-ci il tarixdə, 280 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan İmişli rayon İcra Hakimiyətinin xx.xx.2022-ci il tarixli, 8/660 nömrəli məktubundan görünür ki, İmişli rayonunun Sarıxanlı kənd sakini İddiaçı rayonun 69 saylı dövlət qış otlaq fondundan 100,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayon İcra Hakimiyəti başçısının 18 noyabr 2010-cu il tarixli, 253 saylı sərəncamı ləğv edilməmiş və onun torpaqdan istifadə hüququna xitam verilməmişdir. İş materiallarında olan İmişli Rayon İcra hakimiyyəti başçısının 22 dekabr 2011-ci il tarixli 376 saylı sərəncamının surəti ilə müəyyən olunur ki, İmişli rayonunun Buludlu kənd sakini X2 qoyunçuluğun inkişafı üçün rayonun 67 saylı dövlət qış otlaq fondundan 20,0 ha, 69 saylı dövlət qış otlaq fondundan 45,0 ha, cəmi 65,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Beyləqan Layihə Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli, 05 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki: 1 İmişli Rayon İcra Hakimiyyəti başçısının 18 noyabr 2010-cu il tarixli 253 saylı sərəncamına və X5 Kitabında 03 noyabr 2011-ci il tarixli 280 nömrə ilə uçota alınmış A№058944 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən, İddiaçı qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə 69 saylı qış otlaq sahəsinin ərazisindən 15 il müddətinə icarəsinə ayrılmış 100.0 ha torpaq sahəsinin sərhədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş ilkin yerquruluşu planı və hüquqmüəyyənedici sənədlər əsasında naturada müəyyən edilmişdir. 2 İmişli rayon İcra Hakimiyyəti başçısının 22 dekabr 2011-ci il tarixli, 376 saylı sərəncamına əsasən, İmişli rayonu Buludlu kənd sakini X2 qoyunçuluğun inkişafı üçün ayrılmış 67 saylı qış otlaq sahəsinin ərazisindən 20.0 ha və 69 saylı qış otlaq sahəsinin ərazisindən 20.0 ha və 69 saylı qış otlaq sahəsinin ərazisindən isə ayrılmış 45.0 ha (cəmi 65.0 ha) torpaq sahəsinin sərhədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş ilkin yerquruluşu planı və hüquqmüəyyənedici sənədlər əsasında naturada müəyyən edilmişdir. 3 İmişli rayon İcra Hakimiyyəti başçısının 22 dekabr 2011-ci il tarixli 376 saylı sərəncamına əsasən, İmişli rayonu Buludlu kənd sakini X2 qoyunçuluğun inkişafı üçün, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş ilkin yerquruluşu planı və hüquqmüəyyənedici sənədlər əsasında 67 saylı qış otlaq sahəsinin ərazisindən 20.0 ha və 69 saylı qış otlaq sahəsinin ərazisindən ərazisindən isə ayrılmış 45.0 ha (cəmi 65.0 ha) torpaq sahəsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş ilkin yerquruluşu planı və hüquqmüəyyənedici sənədlər əsasında sərhədləri müəyyən edilmiş İmişli rayon İmişli rayon İcra Hakimiyyəti başçısının 18 noyabr 2010-cu il tarixli 253 saylı sərəncamına və X5 Kitabından 03 noyabr 2011-ci il tarixli 280 nömrə ilə uçota alınmış A№058944 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən, İddiaçı qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə icarəsinə ayrılmış 100.0 ha torpaq sahəsinin hüdudları daxilində deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 fevral 2022-ci il tarixli, 10/618 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - İmişli Rayon İcra Hakimiyyəti başçısının 18 noyabr 2010-cu il tarixli 253 saylı sərəncamına əsasən və X5 Kitabında 03 noyabr 2011-ci il tarixli 280 nömrə ilə uçota alınmış ANe 058944 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə icarəsinə ayrılmış 100,0 ha torpaq sahəsinin sərhədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş ilkin yerquruluşu planı və hüquqmüəyyənedici sənədlər əsasında naturada müəyyən edilmişdir. - İmişli rayon İcra Hakimiyyəti başçısının 22 dekabr 2011-ci il tarixli 376 saylı sərəncamına əsasən İmişli rayonu Buludlu kənd sakini X2 qoyunçuluğun inkişafı üçün ayrılmış 67 saylı dövlət qış otlaq fondundan 20.0 ha, 69 saylı dövlət qış otlaq fondundan 45.0 ha, cəmi 65.0 ha torpaq sahəsinin sərhədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş ilkin yerquruluşu planı və hüquqmüəyyənedici sənədlər əsasında naturada müəyyən edilmişdir. - İmişli rayon İcra Hakimiyyəti başçısının 22 dekabr 2011-ci il tarixli 376 saylı sərəncamına əsasən İmişli rayonu Buludlu kənd sakini X2 qoyunçuluğun inkişafı üçün ayrılmış 67 saylı dövlət qış otlaq fondundan 20.0 ha, 69 saylı dövlət qış otlaq fondundan 45.0 ha, cəmi 65.0 ha torpaq sahəsinin sərhədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş ilkin yerquruluşu planı və hüquqmüəyyənedici sənədlər əsasında sərhədləri müəyyən edilmiş İmişli rayon İcra Hakimiyyəti başçısının 18 noyabr 2010-cu il tarixli 253 saylı sərəncamına və X5 Kitabından 03 noyabr 2011-ci il tarixli 280 nömrə ilə uçota alınmış A№058944 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən, İddiaçı qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə icarəsinə ayrılmış 100.0 ha torpaq sahəsinin hüdudları daxilində deyildir. Yuxarıda qeyd edilən hüquq normalarının hazırki işin müəyyən edilmiş fakitiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin sərhədlərinin ilə üst-üstə düşməsi halının mövcud olmasıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin kordinatları (sərhədləri) iddiaçıya məxsus torpaq sahəsinin üzərinə düşsün. Lakin, iş materiallarında olan sənədlərdən (ekspert və mütəxəssis rəyindən) müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi hazırda mübahisələndirilən üçüncü şəxsə məxsus torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Yəni iddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsi ayrı-ayrı ərazilərdə yerləşir və həmin torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən olunmur. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya yazılı şəkildə yardım göstərib, subyektiv hüququnun olmasına və yaxud cavabdeh İmişli Rayon İcra Hakimiyyəti tərəfindən subyektiv hüququnun pozulmasına dair sübutların olmasının zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yəni, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-412/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın qismən ləğv edilməsi barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın qismən ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-83/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-83/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver