Məhkəmə qərarları › İş №2-1(120)-831/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-831/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-831/2022 15.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı X7 filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı X1rşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına 15 sentyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 12 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1971-ci ildən xx.xx.1972-ci ilə kimi, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilə kimi və 1994-1997-ci illərdə Kürdəmir rayonundakı keçmiş “Sabir” adına kolxozda, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə kimi keçmiş Kökəltmə Birliyində, xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixə kimi keçmiş Sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu illər, xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilə kimi Kürdəmir rayponundakı PMK-27 nömrəli Tikinti İdarəsində, PMK-1 nömrəli Tikinti İdarəsində, 1 nömrəli X6 və "xxxx" Kiçik Müəssisəsində işləməyi ilə bağlı xx.xx.2021-ci il tarixli, 279 nömrəli Arxiv arayışını, xx.xx.1972-ci il tarixli əmək kitabçasını və НZ ******* nömrəli hərbi biletini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 12 saylı Regional Ərazi Filialının vəzifəli şəxslərinin qəbul etməmələri barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin illər üzrə əmək stajını və hərbi xidmət illərini nəzərə almaqla, ona yaşa görə pensiya hüququnun yarandığı gündən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 12 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizələr təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 12 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı X7 Filialı ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “onun hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlərin sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı X7 Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 12 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı X7 Filialı ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, orta məktəbi bitirəndən sonra 1971-ci ildə Kürdəmir rayonundakı keçmiş “Sabir” adına kolxoza üzv qəbul edilib xx.xx.1972-ci il tarixə kimi həmin kolxozda, xx.xx.1972-ci ildə Kürdəmir rayonundakı keçmiş Kökəltmə Birliyində fəhlə işinə qəbul olunub xx.xx.1973-cü il tarixə kimi həmin Birlikdə işləmişdir. xx.xx.1973-cü ildən xx.xx.1973-cü il tarixə kimi yenidən keçmiş “Sabir” adına kolxozda işləmişdir. xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixə kimi keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1976-cı ildə Kürdəmir rayonundakı PMK-27 nömrəli Tikinti İdarəsinə fəhlə işinə qəbul olunub xx.xx.1991-ci il tarixə kimi həmin Tikinti İdarəsində, xx.xx.1991-ci il tarixdə 1 nömrəli SMD-yə sürücü qəbul olunmuş, xx.xx.1992-ci il tarixdə isə köçürmə yolu ilə "xxxx" kiçik müəssisəsinə keçirilərək xx.xx.1993-cü il tarixə kimi "xxxx" kiçik müəssisəsində işləmişdir. xx.xx.1994-cü ildən 1997-ci ilin axırına kimi yenidən keçmiş “Sabir” adına kolxozda kolxozçu işləmişdir. Göstərdiyi kolxozda və təşkilatlarda işləməyi ona məxsus olan əmək kitabçasında və Arxiv arayışında açıq-aydın qeyd edilmişdir. Ona xx.xx.2020-ci il tarixdən müddətsiz olaraq yaşa görə sosial müavinət təyin edilmiş və həmin müavinətin aylıq məbləği 130 manat müəyyən edilmişdir. Sosial müavinət təyin edilərkən onun işlədiyi illərə görə əmək stajının 26 ildən çox olmasına baxmayaraq stajı nəzərə alınmamış, bu da onun konstitusiya ilə təsbit edilən yaşa görə əmək pensiyası almaq hüququnu kobud surətdə pozmuşdur. Bu ziddiyəti aradan qaldırıb pensiya hüququnun bərpa edilməsi üçün sənədlərini toplayıb 2021-ci ilin noyabr ayında DSMF-nin 12 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin DSMF-nin 12 saylı Regional Ərazi Filialında 26 ildən çox əmək stajının olmasına baxmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Qanunvericilikdə yaşa görə əmək pensiyasının əmək kitabçasına əsasən təyin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, DSMF-nin 12 saylı Regional Ərazi Filialının onun əmək kitabçasını qəbul etməyib ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə ziddir. Onun yuxarıda qeyd etdiyi kolxozda və təşkilatlarda işləməyi ilə bağlı sosial sığorta stajı müəyyən olunub qəbul edilməsə o, bir vətəndaş kimi pensiya almaq hüququndan məhrum ola bilər. Ona görə də məcbur olub əmək stajının müəyyən edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət edir. Təqdim etdiyi rəsmi sənədlərdən görünür ki, onun ümumi əmək stajı 27 ildən çoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı X7 filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edirlər ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1 maddəsinə əsasən Sizin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalınız olacağı təqdirdə Sizə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunacaqdır. Lakin bildirirlər ki, həmin dövrdə (xx.xx.2006-xx.xx.2018) Sizin pensiya kapitalınız yoxdur. Siz ərizənizlə birlikdə şəxsiyyət vəsiqənizin, əmək kitabçanızın, hərbi biletinizin surətlərini və Kürdəmir rayon Dövlət arxivi tərəfindən verilmiş Kürdəmir rayon keçmiş “Sabir” adına kolxozda işləməyiniz barədə arayış (1971-1973, 1994-1997) təqdim etmişsiniz. Qeyd edirlər ki, arxiv arayışında göstərilən illər əmək kitabçanıza yazılmamışdır. Xatırladırlar ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Təqdim etdiyiniz sənədlərə baxış keçirilərkən Sizin əmək kitabçanızda qeyd olunan xx.xx.1972-xx.xx.1973, xx.xx.1976 - xx.xx.1993-ci il tarixlərində müxtəlif təşkilatlarda (18 il 7 ay 20 gün) işlədiyiniz dövürləriniz, xx.xx.1973xx.xx.1975-ci il tarxdə hərbi xidmət dövrünüz (2 il) , 1971-1973, 1994-1997-ci illərdə kolxozda işlədiyiniz dövrünüz (6 il) nəzərə alınmaqla xx.xx.2005-ci il tarixədək 26 il 8 ay 18 gün sığorta stajınız hesablanmışdır. Eyni zamanda bildiririk ki, Sizin xx.xx.1992-ci il tarixdən xx.xx.1993- cü il tarixədək "xxxx" kiçik müəssisəsində işləməyiniz əmək kitabçanızda qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7 bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Bildiririk ki, "xxxx" kiçik müəssəsinin hal hazırda fəaliyyəti olmadığından və sənədlər Kürdəmir rayon Dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçanızdakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və həmin dövr ümumi əmək stajınıza daxil edilməmişdir. Xatırladırıq ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci məddəsində göstərilir ki, Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasında əmək fəaliyyətinin xarakterindən və müddətindən aslı olmayaraq müəssisə, idarə və təşkilatlardan əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Yuxarıda qeyd etdikləri səbəblərdən Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı X7 filialının nümayəndəsi iddiaya qarşı etiraza əlavə təqdim etmişdir. Etiraza əlavədə qeyd olunmuşdur ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara qörə məhkəmə tərəfindən təmin edilməməlidir. 15 mart 2022-ci il tarixli, **********9 nömrəli etirazda qeyd edildivi kimi iddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyini iddia etdiyi 1 il 6 ay 26 gün, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Kürdəmir rayon “Sabir” adına kolxozda işlədiyini iddia etdiyi 6 il müddətdir ki, bu da ümumilikdə 7 il 6 ay 26 gün təskil edir. İş materiallarına əlavə edilən AR Milli Arxiv İdarəsi Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 121 nömrəli cavab məktubuna əsasən, Kürdəmir rayon "xxxx" kiçik müəssisəsi şəxsi heyətə dair ilkin sənədlər sırasında İddiaçı adı aşkar edilməmişdir. İddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyini iddia etdiyi dövr əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, "xxxx" kiçik müəssisəsinin hal-hazırda fəaliyyəti olmadığından, həmçinin iddiaçının işə daxilolma və işdən azad edilmə əmrləri və əmək haqqı cədvəlləri Kürdəmir rayon Dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamışdır. Bu səbəbdən əmək kitabcasında sözügedən qeydlər mötəbər hesab edilməmiş və həmin dövrlər iddiacınm sığorta stajına daxil edilməmişdir. İş materiallarına əlavə edilən AR Milli Arxiv İdarəsi Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 279 nömrəli arxiv arayışında qazandığı əmək günü 1971-ci ildə 116 gün, 1972-ci ildə 155 gün, 1973-cü ildə 209 gün, 1994-cü ildə 221 gün, 1995-ci ildə 297 gün, 1996- cı ildə 253 gün və 1997-ci ildə 224 gün olaraq qeyd edilmişdir. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, İddiaçı Kürdəmir rayon “Sabir” adına kolxozda işlədiyi illərə aid sənədlərin həqiqiliyini müəyyən etmək məqsədilə qarşılıqlı yoxlamanın keçirilməsi üçün Fondun 1 saylı X7 filialına xx.xx.2022 tarixli **********4 nömrəli xidməti məktub ilə müraciət edilmişdir. 1 saylı X7 filialı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən, aşağıdakılar müəyyən edilmişdir: 1). Əmək haqqı cədvəllərində İddiaçı ata adı qeyd edilməmişdir; 2). Məzuniyyətdə olması və hərbi xidmətə getməsi barədə hec bir qeyd olunmamısdır; 3) Kolxoz tərəfindən müəyyən edilmiş minimum əmək günləri vazılmamısdır; 4). 1972-ci ildə qazanılan gün arxiv arayısında 155 gün olduğu halda kolxoz kitabında 145 gün müəyyən edilmisdir. Yuxarıda qeyd olunanlar iddiacı İddiaçı Kürdəmir rayon “Sabir” adına kolxozda isləməsi faktına əsaslı sübhələr varadır. Beləliklə, hazırki iş üzrə iddiaçının “Əmək pensiyaları haqqında” Qanuna uyğun olarap kifayət gədər sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1955-ci il tarixdə Kürdəmir rayonu, Şilyan kəndində anadan olmuş, 27 noyabr 1973-cü il tarixdən 15 noyabr 1975-ci il tarixədək keçmiş Sovet ordusunda hərbi xidmətdə olmuş; Kürdəmir rayon sabiq “Sabir” adına kolxozda 1971-ci ildə 116 adam günü, 1972-ci ildə 145 adam günü, 1973-cü ildə 209 adam günü, 1994-cü ildə 221 adam günü; 1995-ci ildə 297 adam günü; 1996-cı ildə 253 adam günü, 1997-ci ildə 224 adam günü işləmişdir. Kürdəmir rayon sabiq “Sabir” adına kolxozda kişilər üçün 1971-1972-ci illərdə adam günləri minimum 160 gün, 1973-cü ildə adam günləri minimum 200 gün, 1994-1997-ci illərdə adam günləri minimum 180 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1971 və 1972-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Bundan başqa, iş materiallarında olan НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 27 noyabr 1973-cü il tarixdən 15 noyabr 1975-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 10 nömrəli arayışından görünür ki, İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli, 279 nömrəli arxiv arayışında göstərilən adam günlərinə dair məlumat hesablamalara görə 1972-ci il tarixə qazandığı gün 145 iş günü olmuşdur. Lakin 279 nömrəli arayışda qazandığı gün 155 iş günü texniki səhv olaraq qeyd olunmuşdur. Növbəti illər üzrə qazanılan iş günlərinin hesablamaları düzgün aparılmışdır. “Sabir” adına kolxozun əmr kitabları Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 51 nömrəli arayışından görünür ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsi tərəfindən araşdırma aparılmış “Sabir” adına kolxozun aylıq əmək kitablarına baxış zamanı məlum olmuşdur ki, 1994-1997-ci illərdə kişilər üçün adam günü norması 180 gün (“Sabir” adına kolxozda və digər kolxozlarda 160, 180, 200 gün) kimi də göstərilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edirik ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1 maddəsinə əsasən Sizin 01.01,2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalınız olacağı təqdirdə Sizə avtomatlaşdırılmış qayda da yaşa görə əmək pensiyası təyin olunacaqdır. Lakin bildiririk ki, həmin dövrdə (xx.xx.2006-xx.xx.2018) Sizin pensiya kapitalınız yoxdur. Siz ərizənizlə birlikdə şəxsiyyət vəsiqənizin, əmək kitabçamzın, hərbi biletinizin surətlərini və Kürdəmir rayon Dövlət arxivi tərəfindən verilmiş Kürdəmir rayon keçmiş “Sabir” adına kolxozunda işləməyiniz barədə arayış (1971-1973, 1994-1997) təqdim etmişsiniz. Qeyd edirik ki, arxiv arayışında göstərilən illər əmək kitabçanıza yazılmamışdır. Xatırladırıq ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarınm nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Təqdim etdiyiniz sənədlərə baxış keçirilərkən Sizin əmək kitabçanızda qeyd olunan xx.xx.1972-xx.xx.1973, xx.xx.1976-xx.xx.1993-cü il tarixlərində müxtəlif təşkilatlarda (18 il 7 ay 20 gün) işlədiyiniz dövrləriniz, xx.xx.1973xx.xx.1975-ci il tarxdə hərbi xidmət dövrünüz (2 il), 1971-1973, 1994-1997-ci illərdə kolxozda işlədiyiniz dövrünüz (6 il) nəzərə alınmaqla xx.xx.2005-ci il tarixədək 26 il 8 ay 18 gün sığorta stajınız hesablanmışdır. Eyni zamanda bildiririk ki, Sizin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək "xxxx" kiçik müəssəsində işləməyiniz əmək kitabçanızda qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7-ci bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Bildiririk ki, "xxxx" kiçik müəssəsinin hal hazırda fəaliyyəti olmadığından və sənədlər Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən əmək kitabçanızdakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və həmin dövr ümumi əmək stajınıza daxil edilməmişdir. Xatırladırıq ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci məddəsində göstərilir ki, Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasında əmək fəaliyyətinin xarakterindən və müddətindən aslı olmayaraq müəssisə, idarə və təşkilatlardan əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Yuxarıda qeyd etdiyimiz səbəblərdən Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X2 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X2 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1971-1973, 1994- 1997-ci illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Kürdəmir rayon sabiq “Sabir” adına kolxozda işlədiyi Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 279 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən (iddiaçının 1972-ci il tarixə qazandığı gün 155 iş günü deyil, 145 iş günü olması nəzərə alınmaqla) sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. İddianın xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək "xxxx" kiçik müəssisəsində sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsinə münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1992-ci il tarixdə 2 nömrəli əmrlə 1 nömrəli SMD-dən keçirilmə qaydası ilə "xxxx" kiçik müəssisəsinə İİİ dərəcəli sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü il tarixli, 14 nömrəli əmrlə köçürmə yolu ilə 1 nömrəli SMD-ə köçürülmüşdür. İddiaçının həmin dövrlərdə "xxxx" kiçik müəssisəsində işləməsi adına olan xx.xx.1972-ci il tarixli əmək kitabçası ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçı özü tərəfindən təqdim edilməli olan və qanunvericiliklə nəzərdə tutulmuş əsası, yəni əmək kitabçasını cavabdeh orqana təqdim etmiş, sonuncu formal əsaslara istinad etməklə iddiaçının işlədiyi illəri onun sosial sığorta stajına daxil etməkdən qanunsuz imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan iş illəri, Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 279 nömrəli arxiv arayışında göstərilən 1973, 1994-1997-ci illərə dair iş illəri və hərbi xidmət illəri onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1971-1972-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını tam yerinə yetirmədiyindən iddiaçının həmin illərdə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı X7 filialının üzərinə qoyulmalıdır. Belə ki, iddiaçı xx xxxxxxxx 1955-ci il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ 12 mart 2020-ci il tarixdə yaranmışdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1971-1972-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X2» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 279 nömrəli arayışından müəyyən edilir ki, Kürdəmir rayon sabiq “Sabir” adına kolxozda 1971- 1972-ci illərdə minimum adam günü norması kişilər üçün 160 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1971-1972-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Beləliklə, hərbi xidmət müddəti nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hazırki məhkəmə icraatı zamanı iddiaçının kolxozda və "xxxx" kiçik müəssisəsində işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsinin əsasları və qaydasına dair tələblərə hüquqi qiymət verilmişdir. İddiaçının digər iş yerlərində əmək fəaliyyəti məhkəmə araşdırmasının predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən onun kolxozdan və "xxxx" kiçik müəssisəsindən başqa işlədiyi illərin araşdırılması və üst-üstə düşən illərin olub-olmamasına dair araşdırma aparılmamışdır. Odur ki, iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdüyü zaman pensiya təyin edən orqan tərəfindən iddiaçının seçiminə görə iş dövrünün yalnız biri nəzərə alınmalıdır. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 279 nömrəli arxiv arayışında göstərilən Kürdəmir rayon sabiq “Sabir” adına kolxozda işlədiyi 1973, 1994-1997-ci illədə dair iş stajı tam müddət, həmin kolxozda işlədiyi 1971-1972-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 279 nömrəli arxiv arayışında göstərilən Kürdəmir rayon sabiq “Sabir” adına kolxozda işlədiyi 1973, 1994- 1997-ci illədə dair iş stajı tam müddət, həmin kolxozda işlədiyi 1971-1972-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı X7 filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar