Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-833/2023 12.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində X6 X3 filialının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində X6 Lənkəran- X2rşı işsizlik sığortasının müraciət olunan tarixdən sonrakı ayın ilk iş günündən, yəni 01 fevral 2022-ci il tarixdən qeydiyyata alıb ödəniş edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh 15 saylı Ərazi Məşğulluq Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, işsizlikdən sığorta almaq hüququnu təsdiq edərək ona təyin edilməli olan işsizlik sığortasını müraciət etdiyi tarixdən sonrakı ayın ilk iş günündən, yəni 01 fevral 2022-ci il tarixdən qeydiyyata alıb ödəniş edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, iddiaçı olduğu iş üzrə iddia predmetinə dəyişiklik edilərək cavabdeh kimi göstərilən 15 saylı Ərazi Məşğulluq Filialının əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində X6 X3 Filialı ilə əvəz olunmasını və 01 fevral 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 filialının üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-833/2023 saylı qərardadı ilə iddiaçı olduğu kimi qalmaqla, əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində X6 X3 Filialı ilə əvəz edilməsi və iddia tələbinə dəqiqləşmə edilərək, “01 fevral 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 filialının üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.2006-ci ildə Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində başlamışdır. xx.xx.2016-cı ildə X7 məsləhətçi, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək 15 Saylı Ərazi Məşğulluq Filialında (bundan sonra ƏMF) Baş mütəxəssis vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixdə sahibkar X9 məxsus aksesuar dükanında əmək müqaviləsi əsasında əmək haqqı 250 manat olan nəzarətçi-kassir vəzifəsində işə başlamış, lakin bir ay sonra daha dəqiq xx.xx.2022-ci il tarixdə sahibkar bu vəzifənin əlavə xərclər yaratdığını və buna ehtiyac duymadığını bildirərək onun Əmək Məcəlləsinin 70b maddəsinə əsasən işdən azad etmişdir. 2022-ci ilin yanvar ayından etibarən işsiz kimi "MAS"-də qeydiyyatdayam və işsizlikdən sığoıta təyin olunması üçün kifayət qədər sığorta stajına malikdir. Bu səbəblə 2022ci ilin yanvar ayında işsizlikdən sığorta üçün rəsmi olaraq 15 saylı ƏMF-na müraciət etdi. Lakin ƏMF-dan ona bildirildi ki, sonuncu iş yeri bazada göstərilsə də, sığortaedən tərəfindən onun üçün ödənilən məcburi sığorta ödənişi "Sığorta Alt Sistemin"-də öz əksini tapmadığı üçün onun işsizlikdən sığorta hüququnun müəyyənləşdirliməsi mümkün olmamışdır. Hərçənd ki, əlində işəgötürənin onun üçün ödədiyi bank çekləri var və surətini ərizəyə əlavə etmişdir. Siğorta ödənişlərinin "Sığorta AS"-də görsənməməsi vətəndaşın deyil, X6 (DMA) texniki problemidir. Bu problem DMA-nın bildirdiyinə görə keçici xarakter daşıyır və bir müddət sonra sığorta ödənişləri ilə bağlı bazada yenilənmə edildikdən sonra aradan qalxacaqdır. Lakin bir vətəndaş olaraq hesab edir ki, bu texniki problem vətəndaşın işsiz qaldığı və yeni iş tapana qədər maddi vəziyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutulan, AR konstitusiyasında, İşsizlikdən sığorta haqqında AR qanununda və digər təlimatlarda təsbit edilən işsizlikdən sığorta almaq hüququna əngəl törətməməlidir. Çünki, mövcud qanunvericilikdə sığorta ödənişlərinin elektron bazada görsənənə qədər işsizlikdən sığorta almaq hüququnun dondurulması və ya bu səbəbdən müddət axınının dayandırılması halı nəzərdə tutulmamışdır. İş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində X6 X3 filialı tərəfindən iddia ərizəsinə etiraz təqdim edərək, vətəndaş işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərkən vətəndaşın məlumatları Nazirliyin MEİS-nin müvafiq altsistemləri vasitəsilə yoxlanılmışdır. Yoxlanma zamanı vətəndaşın sonuncu iş yeri üzrə işsizlikdən sığorta məqsədləri üçün siğortaolunan olmadığı və müvafiq olaraq sonuncu iş yeri üzrə xeyrinə sığorta haqlarının ödənmədiyi müəyyən edilmişdir.İşçilərin işsizlikdən sığorta məqsədləri üçün müvafiq sığortaçıda sığortalanmaması nəticə etibarilə onların “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində sığorta ödənişini almaq üçün müəyyən olunmuş şərtlərdən biri olan “siğortaolunanlıq” şərtinə cavab verməməsi ilə nəticələnir ki, sözügedən şərtin varlığı da məhz Nazirliyin MEİS-nin “Sığorta” aitsistemi vasitəsilə yoxlanır. İddiaçı münasibətdə müvafiq altsistemdən istifadə edilərək araşdırma aparılan zaman yuxarıda qeyd edilən məsələyə dair müəyyən edilmişdir ki, iddiaçının sonuncu iş yeri onun işəgötürən P.Hüseynov ilə yaranmış əmək münasibətləri çərçivəsində işsizlikdən siğorta haqqları ödənilməmişdir. Belə olduğu təqdirdə vətəndaş sonuncu əmək münasibətləri çərçivəsində işsizlikdən sığorta məqsədləri üçün siğortalanmamışdır. Göründüyü kimi qanunvericiliyin ümumi mövqeyi hər işəgötürən üzrə ayrı-ayrılıqda işçinin işsizlikdən sığorta məqsədləri üçün sığortalanması tələbini irəli sürməkdədir. İşəgötürən tərəfindən işçinin işsizlikdən sığorta məqsədləri üçün sığortalanmaması işçinin anket məlumatları dəyərləndirilən zaman “İşsizlikdən sığorta haqqında” Qanunun 13.1-ci maddəsində qeyd edilən sığortaolunanlıq tələbini istisna etməkdədir. Bu isə öz növbəsində şəxsə münasibətdə onun sonuncu əmək münasibətləri hər nə qədər Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam edilsə də, işsizlikdən siğorta ödənişinin təyinatı ilə bağlı fəaliyyətin həyata keçirilməsini qeyri-mümkün edən səbəbdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçının iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində X6 X3 Filialının xx.xx.2022-ci il tarixli, **********3 saylı məktubuna əsasən, 28 yanvar 2022-ci il tarixindən Nazirliyin X1 sisteminin (MEİS) “Məşğulluq” altsistemində işsiz şəxs kimi qeydiyyata alınmışdır. İşsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı 9 mart 2022-ci il tarixdə ərizə ilə Filiala müraciət etmişdir və 28 aprel 2022-ci il tarixində tələb olunan məlumatlar, elektron qaydada X5 və Təyinat filialına, “İşsizlikdən sığorta haqqında“ Azərbaycan Respublikasının Qanununa əsasən sığorta ödənişi (hüqunun araşdırılması) təyin olunmasına qanunauyğun qərar verməsi üçün göndərilmişdir. X5 və Təyinat filialının qərarına uyğun olaraq bildirilmişdir ki, işəgötürən X8 işlədiyiniz (1 dekabr 2021-ci il tarixindən 8 yanvar 2022-ci il tarixinədək) dövr ərzində (sığortaolunanın xeyrinə) məcburi dövlət sosial sığorta haqqı ödənilməsi, MElS-in “Sığorta” altsistemində (sığorta olunanın hesabı bölməsində) aşkar olunmadığı səbəbindən, işsizlikdən sığorta müavinətinin təyin edilməsi mümkün olmamışdır. - İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Vergi Xidmətinin mədaxil qəbzlərindən görünür ki, İddiaçı adına Mərkəzləşmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində məlumatlar vardır. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində X6 X3 filialının xx.xx.2022-ci il tarixli məktubuna əsasən, İddiaçı (FİN-xxxxxxx) 14 dekabr 2021-ci il tarixindən Nazirliyin X1 sisteminin (MEİS) “Məşğulluq” altsistemində işaxtaran şəxs kimi qeydiyyatdadır. İşsizlikdən sığorta ödənişi almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla, Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə; işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1,3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən və Əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1 -ci və ya 2-ci hissəsinə əsasən xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. İddiaçı fərdi sahibkar (işəgötürən) X8 1 dekabr 2021-ci il darixindən işə qəbul olmuş və 8 yanvar 2022- ci il tarixindən işçilərin sayı və ya ştatlar: ixtisar edilməsi səbəbindən (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi) onun əmək müqaviləsinə xitam verilmişdir. Lakin İddiaçı fərdi sahibkar (işəgötürən) P.Hüseynovda 1 dekabr 2021-ci il darixindən 8 yanvar 2022-ci il tarixinədək işlədiyi müddət ərzində MEİS-in “Sığorta” altsistemində (sığorta olunanın hesabı bölməsində) sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilməsi aşkar edilməmişdir. Bu şəbədən İddiaçı işsizlikdən sığorta ödənişinin təyin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubuna və şəxslərin əmək fəaliyyəti ilə bağlı məlumat arayışına əsasən İddiaçı X11 ilə əmək müqaviləsi bağladığı və işlədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövrün və əmək müqaviləsinin xitamı ilə bağlı məlumatların qeyd edildiyi və X1 sisteminə yerləşdirildiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində X6 xx.xx.2022-ci il tarixli məktubuna əsasən, vətəndaş İddiaçı (FİN.xxxxxxx) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Fiziki şəxs- X9 məxsus müəsissədə (nəzarətçi, əmək haqqı - 250,00 manat) çalışmış və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70.b (işçilərin və ya ştatların sayı ixtisar edildikdə) maddəsinə əsasən xitam verilmişdir. İddiaçı işsizlikdən sığorta ödənişinin təyin olunması Agentliyin 15 saylı Ərazi Məşğulluq Filialına müraciət etmişdir. Vətəndaşın məlumatları araşdırılarkən X1 sisteminin “Siğorta” altsistemindən əldə edilmiş məlumatlara əsasən son iş yeri üzrə sığorta stajının olmadığı məlum olmuş və bu səbəbdən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən vətəndaşa işsizlikdən sığorta ödənişinin təyin edilməsi qanunamüvafiq hesab edilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Nazirliyin “X1 Sistemi”nin “Sığorta (Hesabat)” altsistemindən əldə edilən məlumatlara əsasən bildiririk ki, özüözünü sığortaedən X11 (SUN: **********8) tərəfindən 2021-ci ilin İV rübü, 2022-ci ilin İ rübü üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabatlarda sığortaolunan İddiaçı (SSN: **********231) xeyrinə 2021 -ci ilin dekabr ayı, 2022-ci ilin yanvar ayı üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərə nisbətdə hesablanmış məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. İddiaçı əmək fəaliyyətinə başladığı tarix, müəssisə, əmək müqaviləsinə xitam tarixləri barədə məlumatların verilməsi Fondun qanunvericiliklə müəyyən olunan fəaliyyət istiqamətlərinə aid edilmədiyindən cavablandırılması üçün aidiyyəti üzrə Nazirlik yanında X13 Xidmətinə göndərilmişdir. - 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, vergi ödəyicilərinin məlumat bazasına əsasən İddiaçı (FİN xxxxxxx) xx.xx.2021 -ci il tarixdən vergi ödəyicisi X11 (VÖEN **********) tərəfindən işə qəbul edilmiş və onun tərəfindən 2021-ci lin 4cü, 2022-ci ilin 1 -ci, 2- ci, 3-cü, 4-cü rübləri üzrə 6 saylı Ərazi Vergilər Baş idarəsinə təqdim olunmuş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları barədə hesabatlarda 70,0 manat sosial sığorta haqqları hesablanmış, lakin qeyd olunan təsnifat kodları üzrə ödənişlər aparılmamışdır. Məhkəmə tərəfindən qeyd edilir ki, Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İmtina məktubuna nəzər yetirdikdə görünür ki, iddiaçının tələbinə qarşı cavabdehin etiraz məktubuna baxarkən imtina üçün əsas götürmüşdür: Şəxs işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərkən şəxsin sonuncu iş yeri üzrə xeyrinə sığorta haqlarının ödənilməməsi. Məhkəmə qeyd edir ki, hazırki iddianın əsaslı olub-olmaması istiqamətində araşdırmanın aparılması və qiymətləndirilməsi aşağıdaki qanunvericiliyin müddəaları ilə həyata keçirilir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.2.Bu Qanuna uyğun olaraq sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1- ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir. 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1 -ci və ya 2-ci hissəsinə əsasən. 13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirilir. 17.1. Bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir. 17.2. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 17.1 -ci maddəsinə əsasən təqdim olunmuş müraciətə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verir. 17.3. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir: 17.3.1. ilk 2 təqvim ayı üçün - 100 faiz; 17.3.2. 3-4-cü təqvim ayları üçün - 80 faiz; 17.3.3. 5-6-cı təqvim ayları üçün - 70 faiz. “Sığorta ödənişinin verilməsi” Qaydasının 1.1-ci maddəsinə əsasən, bu Qayda "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.9-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 (bundan sonra - Agentlik) yerli qurumları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. 1.2. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. 1.3. Həm əsas, həm də əlavə iş yerləri olan işçinin əmək münasibətlərinə müxtəlif zamanlarda xitam verildiyi halda, onun sığorta ödənişini almaq hüququ sonuncu iş yeri üzrə, eyni gündə xitam verildiyi halda isə əsas iş yeri üzrə "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 -ci maddəsində nəzərdə tutulan əsaslarla əmək münasibətlərinə xitam verildiyi halda yaranır. Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması şərtləri və müddəti "İşsizlikdəın sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə tənzimlənir. Bəhs edilən qanunvericiliyin və normativ hüquqi aklarından müddəalarından göründüyü kimi işsizlikdən sığortanın əsas məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Nəzərə alınmalıdır ki, sığorta ödənişini almaq hüququna malik olan şəxslərin əhatə dairəsi konkret müəyyən edilmiş, sığorta ödənişinin verilməsinin dayandırılması əsasları isə dəqiq göstərilmişdir. Nəzərə alınmalıdır ki, şəxsin işsizlikdən sığorta ödənişinin almaq hüququ yalnız o zaman yaranır ki, o, "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsi ilə müəyyən edilmiş şərtlər bir anda ödənilsin. Qanunvericilikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (hazırki iddiaçıda olduğu kimi) əsasən əmək münasibətlərinə xitam verilmiş şəxs sığorta ödənişini almaq hüquqna malik olur. Lakin, burada onun təkcə həmin əsasla əmək münasibətinə xitam verilməsi deyil, həmçinin "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsində dayandırma ilə bağlı səciyyələnmiş əsasların əhatə dairəsinə düşməməsi önəmlidir. Yuxarıda göstərilənləri bir ifadə ilə ümumiləşdirirək qeyd olunur ki, şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (hazırki iddiaçıda olduğu kimi) əsasən əmək münasibətlərinə xitam verilmişdir. Cavabdehin etiraz məktubunda qeyd edilən imtina hallarına münasibət bildirərək Məhkəmə diqqətə çatdırmaq istəyir ki, Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Vergi Xidmətinin mədaxil qəbzlərindən görünür ki, İddiaçı adına X11 tərəfindən işlədiyi dövr ərzində iş yeri üzrə xeyrinə sığorta haqları ödənilmiş və Mərkəzləşmiş elektron informasiya sisteminin "Sığorta” altsistemində məlumatlar yerləşdirilmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, məhkəmə araşdırmasının gedişində göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə əsasən, siğorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən edilir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsinə əsasən, siğorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır. İddiaçı H.Muradovun siğorta ödənişinin alınması üçün müraciət ərizəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət etmişdir. Həmçinin X13 Xidmətinin xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş iddiaçının əmək fəaliyyəti ilə məlumatlara əsasən, iddiçı H.Muradov xx.xx.2022-ci il tarixdə AR Ədliyyə Nazirliyi ilə əmək müqaviləsi bağlamışdır. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya 01 fevral 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 filialının üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya 01 fevral 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 01 fevral 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-833/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-833/2023
12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver