Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-835/2025 23.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "xxxx" X2 Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sənədlərin təqdim olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "xxxx" X2 Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla sənədlərin təqdim olunması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2011-2017-ci il fəaliyyət dövrün əhatə edən, vergi ödəyiciləri tərəfindən təqdim edilmiş EVHF barədə məlumatın, 2011-2017-ci il fəaliyyət dövrün əhatə edən Vergi ödəyiciləri tərəfindən əldə edilmiş EVHF barədə məlumatın, xx.xx.2017-ci il tarixdə **********083511 saylı Səyyar Vergi yoxlaması aparılmasından sonrakı 2014-2015-2026-cı illərin dəqiqləşdirilmiş mənfəət vergi bəyannamələrinin və əlavələrin, xx.xx.2016-cı il tarixdən fəaliyyət dayandırılan tarixədək olan dövrün şəxsi hesab vərəqəsinin, xx.xx.2016-cı ildə "xxxx" MMC ilə (sonradan adı dəyişdirilmiş, "xxxx" OLMUŞ) "xxxx" MMC arasında baş tutmuş, 2.234.400 manatlıq malları müqaviləsi və elektron vergi hesab fakturasının, 2016 və 2017-ci illərin bütün rübləri üzrə ÖMV (ödəmə mənbəyində tutulan vergi) Bəyannamələrinin, Əlavələri ilə birlikdə, MMC fəaliyyətin dayandırdıqdan sonra Nizamnamə kapitalının qalığı haqqında məlumatın, 2016-2017-ci ilin ƏDV bəyannamələri və Əlavələrin ona təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin ( bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək“Avtouniversal firması MMC-n” 2013-2017-cı illər fəaliyyəti dövründə onun təqdim etdiyi malların sənədinin surətləri; (elektron vergi hesab fakturaları vəya həmin dövrə uyğun onu əvəz edən sənəd), "xxxx" MMC-nin 2013- 2017-cı illər fəaliyyəti dövründə ona təqdim edilmiş mal və xidmət sənədinin surətləri; (elektron vergi hesab fakturaları vəya həmin dövrə uyğun onu əvəz edən sənəd), xx.xx.2017-ci tarixdə, **********083511 saylı Səyyar Vergi yoxlamasının nəticəsinə uyğun dəqiqləşdirilmiş, 2014-2015-2016-cı illərin Mənfəət Vergi bəyannamələrin və əlavələrin, xx.xx.2016-cı ildə "xxxx" MMC (VÖEN: **********) ilə (sonradan adı dəyişdirilmiş, "xxxx" olmuş) "xxxx" MMC arasında baş tutmuş, 2.234.400 manatlıq alqı-satqı əsasında təqdim edilmiş malların elektron vergi hesab fakturası və ya həmin dövrə onu əvəz edən sənəd, 2013-cü ilin Mənfəət vergisi bəyannaməsinin 1 №-li Əlavəsinin 2.1.3 sətrində silinmişdir kimi qeyd edilən 2.248.327,63 manatın izahı (hara silinib) və silinməni təsdiq edən sənədlər, 2013-cü ilin Mənfəət vergisi bəyannaməsinin 1 №-li Əlavəsinin 2.1.3 sətrində silinmişdir kimi qeyd edilən 3.314.152 manatın izahı (hara silinib) və silinməni təsdiq edən sənədlər, 2014-cü ilin Mənfəət vergisi bəyannaməsinin, xərclər maddəsinin məbləğini təsdiq edən sənədlər - (buna daxildir: elektron vergi qaimələri, elektron vergi hesab fakturaları və ya onu əvəz edən sənəd, sadələşdirilmiş vergi ödəyicilərindən alınmış mal və xidmətlərin sənədləri), 2014-cü ilin Mənfəət vergisi bəyannaməsinin 1 №-li Əlavəsinin 2.2.1 sətrində ilin axırına qeyd edilən kreditor qalığı məbləğinin tərkibindəki xarici borcun məbləği haqda məlumat; 2015-cü ilin Mənfəət vergisi bəyannaməsinin 1 №-li Əlavəsinin 2.2.1 sətrində ilin sonuna qeyd edilən kreditor qalığının tərkibindəki xarici borcun məbləği haqda məlumat; 2016-cı ilin Mənfəət vergisi bəyannaməsinin, xərclər maddəsinin məbləğini təsdiq edən sənədlərin - (elektron vergi qaimələri, elektron vergi hesab fakturaları vəya onu əvəz edən sənəd, sadələşdirilmiş vergi ödəyicilərindən alınmış mal və xidmətlərin sənədləri) təqdim olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra yenidən iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, "xxxx" MMC-nin 2013-2017-ci illər fəaliyyəti dövründə onun təqdim etdiyi malların sənədinin surətləri; (elektron vergi hesab fakturaları vəya həmin dövrə uyğun onu əvəz edən sənəd) "xxxx" MMC-nin 2013-2017-cı illər fəaliyyəti dövründə ona təqdim edilmiş mal və xidmətin sənədinin surətləri; (elektron vergi hesab fakturaları və ya həmin dövrə uyğun onu əvəz edən sənəd),xx.xx.2017-ci tarixdə, **********083511 saylı Səyyar Vergi yoxlamasının nəticəsinə uyğun dəqiqləşdirilmiş, 2014-2015-2016-cı illərin Mənfəət Vergi bəyannamələrin və əlavələrin; xx.xx.2016-cı ildə "xxxx" MMC (VÖEN: **********) ilə (sonradan adı dəyişdirilmiş, "xxxx" olmuş) "xxxx" MMC arasında baş tutmuş, 2.234.400 manatlıq alqı-satqı əsasında təqdim edilmiş malların elektron vergi hesab fakturası və ya həmin dövrə onu əvəz edən sənəd; 2013-cü ilin Mənfəət vergisi bəyannaməsinin 1 N°-li Əlavəsinin 2.1.3 sətrində Silinmişdir kimi qeyd edilən 2.248.327,63 manatm izahı (hara silinib) və silinməni təsdiq edən sənədlər, 2013-cü ilin Mənfəət vergisi bəyannaməsinin 1 №-li Əlavəsinin 2.1.3 sətrində Silinmişdir kimi qeyd edilən 3.314.152 manatın izahı (hara silinib) və silinməni təsdiq edən sənədlər,2014-cü ilin Mənfəət vergisi bəyannaməsinin, xərclər maddəsinin məbləğini təsdiq edən sənədlər - (buna daxildir: elektron vergi qaimələri, elektron vergi hesab fakturaları vəya onu əvəz edən sənəd, sadələşdirilmiş vergi ödəyicilərindən alınmış mal və xidmətlərin sənədləri),2014-cü ilin Mənfəət vergisi bəyannaməsinin 1 №-li Əlavəsinin 2.2.1 sətrində ilin axırma qeyd edilən kreditor qalığı məbləğinin tərkibindəki xarici borcun məbləği haqda məlumat; 2015-cü ilin Mənfəət vergisi bəyannaməsinin 1 №-li Əlavəsinin 2.2.1 sətrində ilin axırma qeyd edilən kreditor qalığının tərkibindəki xarici borcun məbləği haqda məlumat; 2016-cü ilin Mənfəət vergisi bəyannaməsinin, xərclər maddəsinin məbləğini təsdiq edən sənədlər-(elektron vergi qaimələri, elektron vergi hesab fakturaları vəya onu əvəz edən sənəd, sadələşdirilmiş vergi ödəyicilərindən alınmış mal və xidmətlərin sənədləri) təqdim olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) nizamnamə kapitalında 33,3 % paya malik olmaqla 3 təsisçidən biridir. Digər təsisçilər X5 (33,3 %) və X1r (33,4%). Lakin o, 2006-cı ildən müəssisənin idarəteməsindən adları çəkilən digər iki təsisçi tərəfindən qanunsuz olaraq uzaqlaşdırılmışdır və müvafiq olaraq bütün bu illər ərzində müəssisənin idarəetməsində faktiki olaraq iştirak edə bilməmişdir. Bu illər ərzində müəssisənin fəaliyyətinə faktiki rəhbərlik həmin digər iki təsisçi tərəfindən həyata keçirilmiş və müəssisənin fəaliyyəti ilə bağlı ona bu illər ərzində nə digər iki təsisçi, nə də müəssisənin icra orqanı tərəfindən məlumat verilməmişdir.xx.xx.2015-ci il tarixli yazılı müraciəti əsasında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi Baş Vergi Xidməti X4 xx.xx.2015-ci il tarixli **********881700 saylı məktubuna qoşmada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 saylı Ərazi Vergilər İdarəsində olan 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü illərin mənfəət və 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü illərin bütün rübləri və 2015-ci ilin ilk 3 rübü üzrə ödəmə mənbəyində vergi bəyannamələrinin təsdiq olunmuş surətləri ünvanına göndərilməklə mənə təqdim edilmişdir. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2016-cı il tarixli **********582000 saylı məktubuna qoşmada xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək təqdim edilmiş bəyannamələrin, şəxsi hesab vərəqəsinin və vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlama aktlarının surətləri ona təqdim edilmişdir. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsindən əldə etdiyi sənədlərlə tanış olarkən müəyyən etmişdir ki, təsisçilərindən biri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətində çoxlu sayda qanun pozuntularına yol verilmişdir. Belə ki, qeyd edilən sənədlərdən açıq-aydın görünürdü ki, fəaliyyətindən digər iki təsisçi tərəfindən qanunusuz olaraq uzaqlaşdırıldığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti 2016-cı ilin sonlarında ümumi yığıncağın qərarı olmadan, ona hər hansı formada məlumat verilmədən və buna hər hansı zərurət olmadan dayandırılmış, bu zaman müəssisənin balansından təqribən 7.579.767,36 manat vəsait qanunsuz yolla silinmiş, MMC-nin fəaliyyətindən ona ödənilməli olan 2.525.509 manat dividend və MMC-nin 2004cü ilə qədər tək təsisçisi olduğu dövrdəki fəaliyyətindən əldə edilmiş xalis gəlirdən ona ödənilməsi qərara alınmış, lakin ödənilməmiş dividenddən qalan 86.397 manat borc məbləği mənimsənilmiş, 402.000 manat məbləğində əvəzləşdirilməli olan ƏDV-nin əvəzləşdirilməsindən yayınlımış, ödəmə mənbəyində hesablanıb dövlət büdcəsinə ödənilməli olan ümumi məbləği 700.000 manatdan artıq olan mənfəət vergisi dövlət büdcəsindən yayındırılmışdır. 6 saylı Ərazi Vergilər İdarəsindən əldə etdiyi sənədlər tam olmadığından xx.xx.2016-cı il tarixli ərizə ilə 6 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək 2011 və 2012-ci illərin vergilər idarəsi tərəfindən qəbul edilmiş aylar üzrə əlavə dəyər vergisi bəyannamələri və əlavələrinin, həmçinin 2016-cı il ƏDV bəyannamələri, əlavələrin, 2016-cı il Mənfəət vergi bəyannaməsi, əlavələrin və 2016-cı il üzrə səyyar vergi yoxlama AKT-larının sürətlərinin ona təqdim edilmədiyini nəzərə alınıb həmin sənədlərin də ona verilməsini xahiş etmişdir.Lakin həmin məktubuna 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2016-cı il tarixli **********265100 saylı məktubu ilə ona imtina cavabı verilmişdir. İPM 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilməklə, onlara iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddianın mümkün sayılmamasına dair xx.xx.2024-cü il tarixli yazılı vəsatətində göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(103)-737/2022 nömrəli Qətnaməsi üzrə göstərilən sənədlərin İddiaçı təqdim edilməsi öhdəliyi "Avtouniversal Firması” MMC- nin və X3 üzərinə qoyulmuşdur. Göründüyü kimi yuxarıda qeyd olunan Qətnamə üzrə göstərilən sənədlərin İddiaçı təqdim edilməsi öhdəliyi "xxxx" MMC-nin və X3 üzərinə qoyulması öhdəliyinin mahiyyətindən də göründüyü kimi qeyd olunan qətnamə üzrə məhkəmənin istinad etdiyi normalara münasibətdə tətbiqini və icrasını cavabdehlərə münasibətdə tətbiq olunmuş və mövqe irəli sürülmüşdür.Vəsatətdə qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiçı izahat verərək iddianın mümkün hesab edilərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır ƏSASLANDİRMA HİSSƏSİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddiaçının müvafiq sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbi mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi müvafiq sənədin təqdim olunması ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "öhdəliyin icrası haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, məhkəmənin müvafiq sorğularına əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin: 3-21-2-3/2-348928/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, uçot baza məlumatına əsasən xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə "xxxx" MMCarasında mövcud olmuş vergi hesab fakturaları müəyyən edilməmişdir. "xxxx" MMC-nin 2016-cı il üzrə Mənfəət vergi bəyannaməsinin surəti təqdim olunur. 3-21-2-3/2-480455/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, müraciətdə göstərilənlərlə əlaqədar olaraq zəruri sənədlər qoşma şəklində təqdim olunur. 3-21-2-3/2-935943/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC ilə bağlı məlumatlar qoşma faylda təqdim olunur. 3-21-2-3/2-955119/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən çıxarışlar təqdim olunur. İşin hallarından müəyyən olunur ki, iddiaçı cavabdeh inzibati orqandan tələb etdiyi müvafiq sənədlər məhkəmdən əvvəl və məhkəmə gedişatında iddiaçıya təqdim olunmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, cavabdeh inzxibati orqan tərəfindən iddiaçının müraciətinə imtina edildiyi halda hazırkı iddia tələbi ilə bağlı yarana biləcək mübahisəyə məhkəmədə baxılması mümkün ola bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən, hazırkı iddia mümkün sayıla bilməz. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya yazılı qaydada hüquqi yardım göstərilmiş və eyni zamanda məhkəmə iclasında iddiaçıya iddianın mümkünlük halları izah olunmuşdur. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-835/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-835/2025
23.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver