Məhkəmə qərarları › İş №2-1(120)-84/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-84/2024

23.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-84/2024 23.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarına əsasən iddiaçıya sahibkarlıq fəaliyyəti üçün ayrılmış 1000 kv.m torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarına əsasən iddiaçıya sahibkarlıq fəaliyyəti üçün ayrılmış 1000 kv.m torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 –49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1835/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Neftçala bələdiyyəsinin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvan 3 ünvanda alqı satqı olan torpaqlardan fərdi ev tikmək üçün 600 (altı yüz) kv.m. torpaq sahəsi satılmışdır, torpağın dəyəri yeni AZN-lə 528 (beş yüz iyirmi səkkiz) manat iddiaçı tərəfindən Şirvan şəhər Bələdiyyəsinin hesabına ödənilmişdir. Qərardan çıxarış Şirvan şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin və Dövlət Topraq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi ilə rəsmiləşdirilmişdir. Bundan əlavə torpaq sahəsinin yerqurluşu planı - 1: 10000 miqyasında çertyoj qaydasında Şirvan şəhər Bələdiyyəsinin sədri, Baş memar, DT və XK-nin Şirvan şəhər şöbəsinin müdiri və Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi tərəfindən imzalanmış və rəsmi möhürlə təsdiq edilmişdir. Lakin o vaxtki DT və XK-nin Şirvan şəhər şöbəsinin səhlənkarlığı üzündən o vaxt qüvvədə olan alqı satqı aktı Şirvan şəhər DT və XK-nin Şirvan şəhər şöbəsi tərəfindən tərtib olunmamışdır. 01 dekabr 2007ci il tarixinə qədər Bələdiyyələr tərəfindən verilmiş bütün həyət yanı qərarlar notariusa getmədən Dövlət Reyestr Xidməti tərəfindən mülkiyyət hüququ əsasında rəsmiləşdirilirdi. İndi DT və XK-si ləğv olunduğundan, onun hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsidir.13 saylı Şirvan Ərazi İdarəsindən aldığı xx.xx.2022-ci il tarixli **********09 saylı müraciətə baxılması haqqında məktubda müraciətinə imtina verilmişdir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, Hümbətov X8 Bələdiyyəsinin xx.xx.2006-cıil tarixli 03 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən 0.1 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir.Ərizə araşdırılan zamanı aşağıdakı çatışmamazlıqlar olduğu məlum olmuşdur.Belə ki, Neftçala Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən 0.1 ha torpaq torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəmə Komitəsi tərəfindən elektron məlumat bazasına “kənd təsərrüfat təyinatlı torpaqlar” kateqoriyalı, məqsədli istifadə növü örüş kimi daxil edilmişdir. Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına ziddir. Belə ki, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlər üçün istifadə edilməsi Nazirlər Kabineti tərəfindən kateqoriyası dəyişdirildikdən sonra mümkündür. O cümlədən, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 3-cü bəndi “kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə (bu halda həyətyanı deyil, örüş kimi) istifadəyə və icarəyə verilməsini” nəzərdə tutur.Yuxarıda göstərilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakındövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlakahüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı cavabeh orqana müraciət edən vaxtlarda mütəxəssislər tərəfindən yerində müayinə həyata keçirilmişdir, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq elektron uçot məlumatları aparılmış və elektron xəritə məlumatları onlara təqdim edilmiş və mütəxəssis rəyi, ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi örüş mülkiyyətinə aid torpaq sahəsinə düşməmişdir, buna səbəb isə faktiki istifadə edlən torpaq sahəsi elektron uçota uyğun olaraq qeyd edilməsidir, buna görə də iddiaçıya verilmiş imtina məkubu ilə ekspert rəyi bir-birinə uyğun gəlməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi üzrə inzibati işə onun iştirakı olmadan baxılmasının xahiş etməsi barədə teleqram əlavə etmişdir. Üçüncü şəxs Neftçala Bələdiyyəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı vəüçüncü şəxs Neftçala Bələdiyyəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA1574571 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıxx.xx.1965-ci ildə Neftçala rayonunda anadan olmuş, ailəli, Neftçala şəhəri, A.Cəfərov küçəsi, ev 3A, mənzil 48-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.2006-cı il tarixli ödəniş qəbzinə əsasən, İddiaçı tərəfindən 900 manat torpaq üçün nəzərdə tutulmuş pul məbləğini Neftçala Bələdiyyəsinin hesabına köçürmüşdür. İş materiallarında olan Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı iclasının qərarından çıxarışda göstərilmişdir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bələdiyyə torpaq fondundan tikinti üçün 1000 kv.m torpaq sahəsi xüsusi mülkiyyətə satılmışdır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin müdiri S.S.Bədəlov, baş məsləhətçisi Ə.F.İmanov,aparıcı məsləhətçisi M.M.Əliyev, Neftçala rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri D.Q.Əliyev, Neftçala Bələdiyyəsinin sədri A.V.Dadaşov və AR FHN DYNX-nin Muğan Regional DYNİ-nin Neftçala rayon şöbəsinin böyük inspektoru F.Ə.Babayevin iştirakı ilə tərtib edilmiş Neftçala bələdiyyəsi ərazisində xx.xx.2006-cı il tarixli Aktdan görünür ki, Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 845 saylı vəsatətinə əsasən, Neftçala şəhər sakini İddiaçı şəhərin M.Ə.Sabir küçəsində sahibkarlıq fəaliyyəti ilə məğul olmaq üçün tikinti altına 1000 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli Rəyindən görünür ki, Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 845 saylı vəsatətinə əsasən, İddiaçı şəhərin M.Ə.Sabir küçəsində sahibkarlıq fəaliyyəti ilə məğul olmaq üçün tikinti altına 1000 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətə satılmasına etiraz edilməmişdir. İş materiallarında olan “Tikinti altına torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsi”nin xx.xx.2006-cı il tarixli Rəyindən görünür ki, İddiaçı şəhərin M.Ə.Sabir küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tikinti altına 1000 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılmasına etiraz etmirlər. İş materiallarına əlavə olunmuş xx.xx.2006-cı il tarixli, 431 saylı torpaqların alqısatqısına dair Aktın surətindən görünür ki, İddiaçı tərəfindən Neftçala bələdiyyəsinə 05 mart 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Neftçala Bələdiyyəsi ərazisində İddiaçı şəhərin M.Ə.Sabir küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tikinti altına 1000 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin Neftçala rayon şöbəsinin mühəndis-inventarlaşdırıcısı X10, Neftçala bələdiyyəsinin sədri X9, Torpaq sahəsinin mülkiyyətçisi İddiaçı iştirakı ilə tərtib edilmiş Dürüstləşmə Aktından görünür ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarına əsasən İddiaçısahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 0.01 ha torpaq sahəsinin sərhədlərini naturada müəyyən etmək üçün torpaq sahəsinə yerində baxış keçirilmişdir. Baxış zamanı torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, mərz nişanları qoyulmuş və naturaya uyğun olaraq koordinatları təyin edilmişdir. İş materiallarında olan X4 Əlqulu Abasqulu oğluna ünvanlanmış xx.xx.2021-ci il tarixli, 184 saylı məktubundan görünür ki, İddiaçı Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə şəhərin M.Ə.Sabirpropektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 1000 kv.m torpaq sahəsi Neftçala bələdiyyəsinin ehtiyat fonduna aiddir. İş materiallarında olan Neftçala Bələdiyyəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 177 saylı məktubundan görünür ki, Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı iclas protokolunun çıxarışı qüvvədədir və İddiaçı şəhərin M.Ə.Sabir küçəsi ünvanında xüsusi mülkiyyətinə verilmiş 1000 kv.m torpaq sahəsinə dair vətəndaşın mülkiyyət hüquqlarının Dövlət Reyestrində qeydiyyata alınmasına etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********93 saylı məktubunda göstərilmişdir ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 0.1 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun” 10-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları”na əsasən “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə ki, bələdiyyə tərəfindən mülkiyyətə verilmiş torpaq sahəsinin uçotu aparılmalı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Neftçala şəhəri, M.Ə.Sabir küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 0.1 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən elektron məlumat bazasına örüş torpaq sahəsi olaraq daxil edilmişdir. Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 03 saylı qərarı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına ziddir. Belə ki, Torpaq Məcəlləsinin 16.3 mədəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq, kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlər üçün istifadə edilməsi Nazirlər Kabineti tərəfindən kateqoriyası dəyişdirildikdən sonra mümkündür. O cümlədən, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 3-cü bəndi kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə icarəyə verilməsini nəzərdə tutur. Yuxarıda göstərilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilir. İş materiallarında olan Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli, 524 nömrəli məktubla İddiaçı ünvanlanmış mütəxəssis rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, Neftçala bələdiyyəsinin 30 mart 2007-cı il tarixli 03 saylı qərarı ilə X1 məqsədilə ayrılmış 0.10 ha torpaq sahəsinin natura üzrə tədqiqatı zamanı faktiki coğrafi məkan göstəriciləri müəyyənləşdirilmişdir. Müəyyən olunan torpaq sahəsinin koordinatlarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Manitorinqi Elm- İstehsalat Mərkəzi tərəfindən 2014-cü ildə tərtib olunan Neftçala bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu sxemində (elektron xəritəsi üzərində) kəndaltı ştrixlə qeyd olunan bələdiyyənin ehtiyyat fond torpaqları hüdudları daxilində yerləşməsi müəyyən olunur. Tədqiq olunmuş 0.10 ha torpaq sahəsinin müəyyən olunan coğrafi məkan göstəriciləri xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan aerofotoplan, plan-sxem və sxemdə aydın şəkildə göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Neftçala rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 15 noyabr 2021-ci il tarixli, 154 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı Neftçala şəhəri M.Ə.Sabir küçəsində 1000 kv.m torpaq sahəsinin alınması barədə qərarların sürətlərini göndərilsin. Neftçala bələdiyyəsinin hec bir illər üzrə sənədləri Neftçala rayon Dövlət Arxivinə təhvil verilməmişdir.Odur ki, məlumat vermək mümkün deyil. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********473 saylı məktubda göstərilmişdir ki, vətəndaşın müraciəti ilə bağlı tədbir görülübgörülməməsi və sənədləri surətinin verilməsi barədə məktuba Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Məktubda qeyd olunan məlumatlar dəqiq olmadığı üçün araşdırılması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Neftçala rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tariixli BM-2069 nömrəli məktubunda göstərilmişdir ki, X5 Neftçala bələdiyyəsi tərəfindən Neftçala şəhəri M.Ə.Sabir küçəsində xx.xx.2006-cı il tarixli 03 saylı qərarına əsasən fərdi yaşayış evi tikintisi məqsədilə 1000,0 kv.m torpaq sahəsinin ayrılması ilə bağlı Neftçala rayonu İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsində hər hansı sənəd mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Neftçala rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 06 yanvar 2022-ci il tarixli, 5 nömrəli məktubunda göstərilmişdir ki, Neftçala şəhər M.Ə.Sabir küçəsində yerləşən 1000 kv.m və İddiaçı adına olan torpaq 02 dekabr 2021-ci il tarixli 2-l(120)2086\2021 nömrəli Neftçala şəhər sakini X11 Vİİ məhəllədən fərdi yaşayış evi tikmək ücün 600m2 və Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən 166 m2 torpaq sahəsinin İddiaçı və Neftçala şəhəri M.Ə.Sabir küçəsində 400m2 olan torpaq sahəsinin ayrılması barədə sənədlər tələb olunmuşdur.Neftcala bələdiyyəsinin heç bir illər üzrə arxivə sənədlər vermədiyi ücün göstərilən vətəndaşlar barədə məlumat vermək mümkün deyil. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********96 saylı məktubda göstərilmişdir ki,məktuba cavab olaraq İddiaçı müraciətinə dair sənədlərin təsdiq olunmuş surəti təqdim olunur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli 3-16-16/2-10/1883 nömrəli ekspert rəyi məhkəməyə ünvanlanmışdır. 09 aprel 2024-cü il tarixli 3-16-16/2-10/1883 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir:Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İbrahim Cahangirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə İddiaçı Abbasqulu oğluna sahibklarlıq fəaliyyəti üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanından verilmiş 1000 kv.m torpaq sahəsinin naturada yeri və koordinatları iddiaçının iştirakı ilə müəyyən edildi, yerquruluşu planında əks olunmuşdur. Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə İddiaçı Abbasqulu oğluna sahibklarlıq fəaliyyəti üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanından verilmiş 1000 kv.m torpaq sahəsinin xx.xx.2006-cı ildə (torpağın satılması barədə qərarın qəbul olunduğu vaxt) və hazırda Azərbaycan Respublikası Neftçala şəhər bələdiyyəsinin ərazisindəki torpaqların inventarizasiyası və Dövlət aktının verilməsi üçün hazırlanmış yerquruluşu planına, həmçinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq aparılmış elektron uçot məlumatları əsasında tərtib edilmiş Neftçala bələdiyyəsinin xəritəsində bələdiyyə mülkiyyətində olmaqla “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid torpaq sahəsidir. Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə İddiaçı Abbasqulu oğluna sahibklarlıq fəaliyyəti üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanından verilmiş 1000 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid torpaq sahəsi olduğundan alqı-satqı predmeti ola bilər. Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə İddiaçı Abbasqulu oğluna sahibklarlıq fəaliyyəti üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanından verilmiş 1000 kv.m torpaq sahəsi iddiaçının tələbinə əsasən onun istifadəsindədir və faktiki olaraq boş torpaq sahəsidir.Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə İddiaçı Abbasqulu oğluna sahibklarlıq fəaliyyəti üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanından verilmiş 1000 kv.m torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı iclasının qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bələdiyyə torpaq fondundan tikinti üçün 1000 kv.m torpaq sahəsi xüsusi satılmışdır və xx.xx.2006-cı il tarixli, 431 saylı torpaqların alqı-satqısına dair akt qəbul edilmişdir. xx.xx.2006-cı il tarixli ödəniş qəbzinə əsasən, İddiaçı tərəfindən 900 manat torpaq üçün nəzərdə tutulmuş pul məbləğini Neftçala Bələdiyyəsinin hesabına köçürmüşdür. X16 və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin müdiri S.S.Bədəlov, baş məsləhətçisi Ə.F.İmanov,aparıcı məsləhətçisi M.M.Əliyev, Neftçala rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri D.Q.Əliyev, Neftçala Bələdiyyəsinin sədri A.V.Dadaşov və AR FHN DYNX-nin Muğan Regional DYNİ-nin Neftçala rayon şöbəsinin böyük inspektoru F.Ə.Babayevin iştirakı ilə tərtib edilmiş Neftçala bələdiyyəsi ərazisində xx.xx.2006-cı il tarixli Akta əsasən, Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 845 saylı vəsatətinə əsasən, Neftçala şəhər sakini İddiaçı şəhərin M.Ə.Sabir küçəsində sahibkarlıq fəaliyyəti ilə məğul olmaq üçün tikinti altına 1000 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması məqsədəmüvafiq hesab edilmişdir. 13 saylı Şirvan Ərazi İdarəsinin Neftçala rayon şöbəsinin mühəndis-inventarlaşdırıcısı X10, Neftçala bələdiyyəsinin sədri X9, Torpaq sahəsinin mülkiyyətçisi İddiaçı iştirakı ilə tərtib edilmiş Dürüstləşmə Aktı ilə Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarına əsasən, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 0.01 ha torpaq sahəsinin sərhədlərini naturada müəyyən etmək üçün torpaq sahəsinə yerində baxış keçirilmişdir. Baxış zamanı torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, mərz nişanları qoyulmuş və naturaya uyğun olaraq koordinatları təyin edilmişdir. Hal-hazırda İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 0.10 ha (1000 kv.m) torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan RespublikasınınDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun” 10-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydalarına əsasən Neftçala şəhəri, M.Ə.Sabir küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış 0.1 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən elektron məlumat bazasına örüş torpaq sahəsi olaraq daxil edilmişdir. Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 03 saylı qərarı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına ziddir. Belə ki, Torpaq Məcəlləsinin 16.3 mədəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq, kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlər üçün istifadə edilməsi Nazirlər Kabineti tərəfindən kateqoriyası dəyişdirildikdən sonra mümkündür. O cümlədən, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 3-cü bəndi kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə icarəyə verilməsini nəzərdə tutur. Yuxarıda göstərilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları ... 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ....... Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı iclasının qərarından çıxarış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin müdiri S.S.Bədəlov, baş məsləhətçisi Ə.F.İmanov,aparıcı məsləhətçisi M.M.Əliyev, Neftçala rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri D.Q.Əliyev, Neftçala Bələdiyyəsinin sədri A.V.Dadaşov və AR FHN DYNX-nin Muğan Regional DYNİ-nin Neftçala rayon şöbəsinin böyük inspektoru F.Ə.Babayevin iştirakı ilə tərtib edilmiş Neftçala bələdiyyəsi ərazisində xx.xx.2006-cı il tarixli Aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli Rəyi, “Tikinti altına torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsi”nin xx.xx.2006-cı il tarixli rəyi, xx.xx.2006-cı il tarixli, 431 saylı torpaqların alqı-satqısına dair Aktı, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin Neftçala rayon şöbəsinin mühəndis-inventarlaşdırıcısı X10, Neftçala bələdiyyəsinin sədri X9, Torpaq sahəsinin mülkiyyətçisi İddiaçı iştirakı ilə tərtib edilmiş Dürüstləşmə Aktı, X4 Əlqulu Abasqulu oğluna ünvanlanmış xx.xx.2021-ci il tarixli, 184 saylı məktubu mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. İş materiallarında olan Neftçala Bələdiyyəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 177 saylı məktubundan görünür ki, Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı iclas protokolunun çıxarışı qüvvədədir və İddiaçı şəhərin M.Ə.Sabir küçəsi ünvanında xüsusi mülkiyyətinə verilmiş 1000 kv.m torpaq sahəsinə dair vətəndaşın mülkiyyət hüquqlarının Dövlət Reyestrində qeydiyyata alınmasına etiraz etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” Nəzərə alınmalıdır ki, həmçinin cavabdeh orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli olması səbəbi ilə də imtina etmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli olması məsələsinə gəldikdə, həmin sənədin verilməsi hazırda DƏDRX-in səlahiyyətlərində olduğundan, onun ərizə ilə birlikdə təqdim olunmamasına zərurət qalmır. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki,Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə İddiaçı Abbasqulu oğluna sahibklarlıq fəaliyyəti üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanından verilmiş 1000 kv.m torpaq sahəsinin naturada yeri və koordinatları iddiaçının iştirakı ilə müəyyən edildi, yerquruluşu planında əks olunmuşdur.Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə İddiaçı Abbasqulu oğluna sahibklarlıq fəaliyyəti üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanından verilmiş 1000 kv.m torpaq sahəsinin xx.xx.2006-cı ildə (torpağın satılması barədə qərarın qəbul olunduğu vaxt) və hazırda Azərbaycan Respublikası Neftçala şəhər bələdiyyəsinin ərazisindəki torpaqların inventarizasiyası və Dövlət aktının verilməsi üçün hazırlanmış yerquruluşu planına, həmçinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq aparılmış elektron uçot məlumatları əsasında tərtib edilmiş Neftçala bələdiyyəsinin xəritəsində bələdiyyə mülkiyyətində olmaqla “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid torpaq sahəsidir.Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə İddiaçı Abbasqulu oğluna sahibklarlıq fəaliyyəti üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanından verilmiş 1000 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid torpaq sahəsi olduğundan alqı-satqı predmeti ola bilər.Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə İddiaçı Abbasqulu oğluna sahibklarlıq fəaliyyəti üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanından verilmiş 1000 kv.m torpaq sahəsi iddiaçının tələbinə əsasən onun istifadəsindədir və faktiki olaraq boş torpaq sahəsidir.Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə İddiaçı Abbasqulu oğluna sahibklarlıq fəaliyyəti üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanından verilmiş 1000 kv.m torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçıya 2006-cı il tarixdə ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixili 818 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq aparılmış elektron uçot məlumatları əsasında tərtib edilmiş Neftçala Bələdiyyəsinin xəritəsində bələdiyyə mülkiyyətində olmaqla “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid torpaq sahəsi kimi göstərilsə də, Neftçala Bələdiyyəsi tərəfindən məhkəməyə etiraz təqdim etməməsi və məhkəmə tərəfindən Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarından çıxarış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin müdiri S.S.Bədəlov, baş məsləhətçisi Ə.F.İmanov,aparıcı məsləhətçisi M.M.Əliyev, Neftçala rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri D.Q.Əliyev, Neftçala Bələdiyyəsinin sədri A.V.Dadaşov və AR FHN DYNX-nin Muğan Regional DYNİ-nin Neftçala rayon şöbəsinin böyük inspektoru F.Ə.Babayevin iştirakı ilə tərtib edilmiş Neftçala bələdiyyəsi ərazisində xx.xx.2006-cı il tarixli akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli Rəyi, “Tikinti altına torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsi”nin xx.xx.2006-cı il tarixli Rəyi, xx.xx.2006-cı il tarixli, 431 saylı torpaqların alqı-satqısına dair Aktın surəti, ödəniş qəbzi, torpaq sahəsinin sxematik planı mübahisəli torpaq sahəsinin İddiaçı satılması və onun mülkiyyətinə verilməsi barədə sənədlər mötəbər sübut kimi qəbul edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarına əlavə edilmiş sənədlərlə (Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı iclasının qərarından çıxarış, alqı-satqı aktı, ödəniş qəbzi,Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin müdiri S.S.Bədəlov, baş məsləhətçisi Ə.F.İmanov,aparıcı məsləhətçisi M.M.Əliyev, Neftçala rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri D.Q.Əliyev, Neftçala Bələdiyyəsinin sədri A.V.Dadaşov və AR FHN DYNX-nin Muğan Regional DYNİ-nin Neftçala rayon şöbəsinin böyük inspektoru F.Ə.Babayevin iştirakı ilə tərtib edilmiş Neftçala bələdiyyəsi ərazisində xx.xx.2006-cı il tarixli Aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli Rəyi, “Tikinti altına torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsi”nin xx.xx.2006-cı il tarixli rəyi, xx.xx.2006-cı il tarixli, 431 saylı torpaqların alqı-satqısına dair Aktın surəti, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin Neftçala rayon şöbəsinin mühəndisinventarlaşdırıcısı X10, Neftçala bələdiyyəsinin sədri X9, Torpaq sahəsinin mülkiyyətçisi İddiaçı iştirakı ilə tərtib edilmiş Dürüstləşmə Aktı, X4 Əlqulu Abasqulu oğluna ünvanlanmış xx.xx.2021-ci il tarixli, 184 saylı məktubu) Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 1000 kv.m (0.10 ha) torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X14 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya satılmış torpaq sahəsinin elektron məlumat bazasına örüş mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edilməsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun” 10-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları”na əsasən “torpaq sahəsinin planı və ölçüsü” sənədinin təqdim edilməməsi barədə cavabdehin dəlilləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarına qeyd etmişdir ki,”Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarınınrəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyətiorqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Beləliklə məhkəmə iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi və ekspert rəyini nəzərdən keçirərək müəyyən edir ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 1000 kv.m (0.10 ha) torpaq sahəsi ayrıldığı vaxt və hal-hazırda “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq aparılmış elektron uçot məlumatları əsasında tərtib edilmiş Neftçala bələdiyyəsinin xəritəsində bələdiyyə mülkiyyətində olmaqla “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid torpaq sahəsi göstərilmişdir, həmçinin mübahisəli torpaq sahəsinin ayrılmasına dair inzibati aktlar halhazırda qüvvədədir. Cavabdeh orqanın imtina məktubunda qeyd etdiyi elektron məlumat bazasına örüş mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edilməsi barədə dəlili öz təsdiqini tapmamışdır. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. İddiaçı tərəfindən prosessual xərc -məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri ödəmiş və müvafiq qəbzi məhkəməyə təqdim etmişdir və məhkəmə hesab edir ki, məhkəmə xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 1000 kv.m (0.10 ha) (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) torpaq sahəsi üzrə mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar