Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-840/2020 10.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi X4 (Cəlilabad rayonu, Musalı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Dövlət X21 Cəlilabad rayon şöbəsinin nümayəndəsi X5 (Biləsuvar şəhəri, M.B.Qasımov küçəsi, ev 1-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçıcavabdeh Dövlət X21 Cəlilabad rayon şöbəsinə qarşı əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuş, Cəlilabad rayonu, Musalı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət X21 Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxxx 2019-cu il tarixli, 79/04-293 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi Cəlilabad rayonu keçmiş “Varlı Həyat” adına sovxozunda fəhlə işlədiyi müddəti sosial sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbini dəyişərək, xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə kimi Cəlilabad rayonu keçmiş “Varlı Həyat” adına sovxozunda və xx.xx.1999-cu il tarixdən xx.xx.2018-ci il tarixə kimi Cəlilabad rayonu Musalı kənd orta məktəbində xadimə işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə almaqla 9 uşaqlı ana kimi hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı xx.xx.1966-cı il tarixdə Cəlilabad rayonu, Musalı kəndində anadan olmuşdur. xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi Cəlilabad rayonu keçmiş “Varlı Həyat” adına sovxozunda fəhlə işləmişdir. Lakin bu barədə əmək kitabçası olmadığı üçün 50 saylı arxiv arayışı almışdır. Cəlilabad rayon Dövlət arxivinin xx.xx.2018-ci il tarixli, 50 saylı arxiv arayışını Dövlət X21 Cəlilabad rayon şöbəsinə təqdim etmiş, lakin yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bundan başqa, iddiaçı xx.xx.1999-cu il tarixdən hal-hazıradək xx.xx.2018-ci il tarixə kimi Cəlilabad rayonu Musalı kənd orta məktəbində xadimə vəzifəsində işləyir. Qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət X21 Cəlilabad rayon şöbəsinin nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cəlilabad rayonu, Musalı kənd sakini İddiaçı xx.xx.1966-cı ildə Cəlilabad rayonu, Musalı kəndində anadan olmuşdur. Vətəndaşın 9 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci ildən yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci maddəsinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı iddiasında göstərilən illər əmək kitabçasında qeyd olunmadığı üçün iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Cəlilabad RİHB-nin Ləkin kənd İƏDN-nin xx.xx.2019-cu il tarixli, 146 nömrəli arayışını, doğum haqqında şəhadətnamələrin, xx.xx.2018-ci il tarixli, 50 nömrəli arxiv arayışının surətlini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X7 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, İddiaçı doqquz uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi xx.xx.2018-ci il tarixdən, yəni 52 yaşdan yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 16563983 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuş, Cəlilabad rayonu, Musalı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 50 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə kimi Cəlilabad rayonu keçmiş “Varlı Həyat” adına sovxozunda fəhlə işləmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.2011-ci il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən ərizəsinə əsasən Masallı kənd orta məktəbinə xadimə təyin edilmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Ləkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 146 nömrəli arayışından görünür ki, Ağayeva X1 rayonu, Musalı kəndində kəndində yaşayır, X15, X18, X11, X19, X6, X12, X13, X20 və X8 özü doğub 8 yaşına kimi tərbiyə etmişdir. İşdə olan xx.xx.1984-cü il tarixli, İİİ-ЖГ 355368 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X3 xx.xx.1984-cü il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə 28 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.1984-cü il tarixli, X-ЖГ 372393 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1984-cü il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X16, anası X3 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1986-cı il tarixli, Xİ-ЖГ 365216 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1985-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X16, anası X3 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1987-ci il tarixli, Xİİİ-ЖГ 262393 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1987-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X16, anası X3 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1989-cu il tarixli, XİV-ЖГ 381139 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1989-cu il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X16, anası X3 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1991-ci il tarixli, XVİ-ЖГ 365957 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1991-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X16, anası X3 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1993-cü il tarixli, XVİİ-ЖГ 434982 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1993-cü il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X16, anası X3 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1996-cı il tarixli, XİX-ЖГ 451059 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1995-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X16, anası X3 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1998-ci il tarixli, İ-AZ 010020 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1998-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X16, anası X3 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.2001-ci il tarixli, AZ-İ 091094 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2001-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X16, anası X3 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Dövlət X21 Cəlilabad rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 79/04-293 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci maddəsinə əsasən tələb olunan sığorta stajı əmək kitabçasına əsasən təsdiq edilir. xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə kimi Cəlilabad rayonu keçmiş “Varlı Həyat” adına sovxozunda fəhlə işlədiyi illər sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İşdə olan Dövlət X21 Cəlilabad rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayon Musalı kənd sakini İddiaçı xx.xx.1966-cı il tarixdə Cəlilabad rayonu Musalı kəndində anadan olmuşdur. Ona 9 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci ildən yaranır. Vətəndaşın xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı ilə kimi 08 il 08 ay 24 gün, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixə kimi 06 il 01 gün, xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilə kimi 11 il 10 ay sığorta stajı olmaqla 26 il 06 ay 25 gün sığorta stajı vardır. Vətəndaşa 9 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyinatından ötrü 25 il sığorta stajı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən 26 il 06 ay 25 gün sığorta stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.(Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının sovxozda işlədiyi illərinin əmək kitabçasında öz əksini tapmamasıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri (əmək kitabçasını və arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri Cəlilabadrayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 50 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə kimi Cəlilabad rayonu keçmiş “Varlı Həyat” adına sovxozundaişləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir və bu baxımdan xx.xx.2018-ci il tarixli, 50 nömrəli arxiv arayışındakı iş illəri iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçının pensiya hüququnun yarandığı zaman (xx.xx.2018-ci il, 52 yaş) qadınlarda pensiya yaşı 61 yaş olmuşdur. Ancaq iddiaçı doqquz uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən onun yaş həddi hər uşağa görə 1 il azaldılmışdır. Məhkəmənin qənaətinə görə iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə kimi Cəlilabad rayonu keçmiş “Varlı Həyat” adına sovxozunda və xx.xx.1999-cu il tarixdən xx.xx.2018-ci il tarixə kimi Cəlilabad rayonu Musalı kənd orta məktəbində xadimə işlədiyi illər nəzərə alınmaqla, tələb olunan 25 il sığorta stajını topladığından o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə kimi Cəlilabad rayonu keçmiş “Varlı Həyat” adına sovxozunda və xx.xx.1999cu il tarixdən xx.xx.2018-ci il tarixə kimi Cəlilabad rayonu Musalı kənd orta məktəbində xadimə işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə almaqla xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət X21 Cəlilabad rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə kimi Cəlilabad rayonu keçmiş “Varlı Həyat” adına sovxozunda və xx.xx.1999-cu il tarixdən xx.xx.2018-ci il tarixə kimi Cəlilabad rayonu Musalı kənd orta məktəbində xadimə işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə almaqla xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət X21 Cəlilabad rayon şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-840/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-840/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver