Məhkəmə qərarları › İş №2-1(120)-840/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-840/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-840/2022 04.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçıN, İddiaçıN nümayəndəsi və vəkili İddiaçı2 iştirakı ilə, İddiaçıN cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçıN cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçıN iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N992-ci il tarixdə İmişli rayon Hərbi Kommisralığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon Şöbəsinin xx.xx.202N-ci il tarixli, 889 nömrəli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 9/2-42N3 nömrəli arxiv arayışında qeyd olunduğu kimi N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, N nömrəli 74N nömrəli hərbi hissənin zenit batareyasının əsgəri cəbhə xəttinə ezam edilmişdir. 74N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 20 nömrəli əmrilə baş mexanik sürücü kimi sıravi olaraq Qarabağ döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. 74N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 53 nömrəli əmrilə hərbi xəstəxanaya göndərilərək qazan təminatından çıxarılmışdır. 74N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 84 nömrəli əmrilə hərbi xəstəxanadan gəlmiş hesab edilərək qazan təminatına qoyulmuşdur. İmişli RHK-nın çağırışçısı kimi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 64 nömrəli əmrində N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş bir qrup şəxsi heyyətin qida təminatına qoyulması barədə məlumat vardır. Azərbaycan respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli N4N nömrəli əmrinə əsasən 2-ci MAT-ın əsgəri olaraq silahlı qüvvələr sıralarından ehtiyyata tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 207 nömrəli əmrilə şəxsi heyət siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün İmişli RHK-na göndərilmişdir. Bundan əlavə hərbi biletinin 7-ci səhifəsində qeyd olunduğu kimi xx.xx.N992-ci ildən xx.xx.N996-cı il tarixinədək Laçın, Xocəvənd, Ağdam, Fizuli və Kəlbəcər rayonları uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibədə iştirak etdiyi üçün xx.xx.N997-ci il tarixdə X6 tərəfindən ona N3529 nömrəli veteranlıq vəsiqəsidə verilmişdir. Ərizəyə əlavə etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş arayışa, Laçın, Xocəvənd, Ağdam, Fizuli və Kəlbəcər rayonları uğrunda gedən döyüşlərdə iştirakını təsdiq edən hərbi biletində olan qeydlərə və ən əsası döyüşlərdə iştirak etdiyi üçün Veteranlar Birliyi tərəfindən verilmiş vəsiqəyə əsasən tərəfindən 25 ilə yaxındır ki, ardıcıl olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətlər qanusuz olaraq ona veteran adının və vəsiqəsinin verilməsindən imtina edilir. Cavabdeh qurum ardıcıl olaraq 2 dəfə xx.xx.202N-ci il tarixdə və xx.xx.202N-ci il tarixdə imtina cavabları verərək onun xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək hərbi xidməti barədə məlumatların olmamasını əsas götürərək, ona veteran adının və vəsiqəsinin verilməsinin mümkünsüz olduğunu göstərmişdir. İddia ərizəsinə əlavə etdiyi cavabdeh qurumun tabeliyində olan ARnın MN-nin Mərkəzi arxivinin xx.xx.202N -ci il tarixli arxiv arayışında da göstərilir ki, 74N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 84 nömrəli əmrilə hərbi xəstəxanadan gəlmiş hesab edilərək 74N nömrəli hərbi hissənin qazan təminatına qoyulmuşdur. İmişli RHK-nın çağırışçısı kimi mən xidmətimi davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Göründüyü kimi hərbi hissəni özbaşına tərk etməmiş, hərbi hissəni Azərbaycan respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli N4N nömrəli əmrinə əsasən 2-ci MAT-ın əsgəri olaraq silahlı qüvvələr sıralarından ehtiyyata tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 207 nömrəli əmrilə şəxsi heyət siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün İmişli RHK-na göndərilmişdir. Buna baxmayaraq cavabdeh qurum hər kəsə olduğu kimi əsassız və qanunsuz imtina cavabı verərək veteran adının və vəsiqəsinin verilməsinin müküknsüz olduğunu göstərmişdir. Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, icraatınızda, İddiaçıN cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılır. İddiaçı tərəfindən iddia ərizəsində xx.xx.N992-ci il tarixdə İmişli rayon Hərbi Komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağrıldığını, N saylı hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salındığını, N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N nömrəli əmrilə N saylı hərbi hissəyə göndərildiyini, N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 20 nömrəli əmrilə baş mexanik sürücü vəzifəsinə təyin olunduğunu, N saylı hərbi hissə komandirinin sərəncamına göndərildiyini, N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin çıxardıldığını, N saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 207 nömrəli əmrilə şəxsi heyətinin çıxardılaraq qeydiyyata düşmək üçün İmişli rayon Hərbi Komissarlığına göndərildiyini göstərərək məhkəmədən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-N3N0 nömrəli arxiv arayışına əsasən xx.xx.N994-ci il tarixdən xx.xx.N996-cı il tarixədək iddiaçı X7 hərbi xidməti barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və N54-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçıN cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirik. Şifahi məhkəmə iclasında İddiaçıN izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında İddiaçıN nümayəndəsi və vəkili İddiaçı2 izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı İmişli rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıN xx.xx.N974-cü il tarixdə İmişli rayonunun Cəfərli kəndində anadan olmuş, İmişli rayonunun Cəfərli kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçıN ünvanladığı xx.xx.202N-ci il tarixli, N/Q-N7462 nömrəli məktubunda qeyd edilir: “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli, 9/2-42N3 nömrəli arayışına əsasən N () nömrəli hərbi hissədə xidmət zamanı xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək hərbi xidmətiniz barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.202N-ci il tarixli, 4/3- N5N2 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və 790 nömrəli protokol ilə barənizdə müsbət qərar qəbul edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli, 9/2-42N3 nömrəli məktubunda qeyd olunmuşdur ki, N №-li hərbi hissə komandirinin N4 avqust N992-ci il tarixli N №-li əmrində (əsas: §-N, səh-20, sıra-472, əmrdə atasının adı yazılmamışdır) sıravi Fərman Quliyevin hərbi nissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N №li hərbi hissə komandirinin N9 yanvar N993-cü il tarixli N7 №-li əmrilə (əsas: §-3, səh-29, sıra-4) 74N №-li hərbi hissənin zenit batareyasının əsgəri X9 cəbhə xəttinə ezam edilmişdir. 74N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli 20 №-li əmrilə (əsas: §-4, səh-N3, sıra-5) baş mexanik-sürücü, sıravi XN döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. 74N №-li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 53 №-li əmrilə (əsas: §-N, səh-34, sıra-3) sıravi X9 hərbi xəstəxanaya göndərilərək qazan təminatından çıxarılmışdır. 74N №-li hərbi hissə komandirinin N mart N994-cü il tarixli 84 №-li əmrilə (əsas: §-2, səh-3) sıravi X9 hərbi xəstəxanadan gəlmiş hesab edilərək qazan təminatına qoyulmuşdur. İmişli RHK-nın cağırışçısı, N974-cü il təvəllüdlü, sıravi X9 xidmətini davam etdirmək üçün 2N2 №-li hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N №-li hərbi hissə komandirinin N mart N996-cı il tarixli 56 №-li əmrilə (əsas: §-3, səh-N85, sıra-3N) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin N mart N996-cı il tarixli 64 №-li əmrində (əsas: §-3) N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş bir qrup şəxsi heyətin qida təminatına qoyulması barədə məlumat vardır. Əmrə adlı siyahı əlavə olunmamışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 70 №-li əmrində İddiaçıN adı aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli N4N №-li əmrinə əsasən 2ci MAT-ın əsgəri, N972-ci il təvəllüdlü X9 Silahlı Qüvvələrin sıralarından ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin 0N avqust N996-cı il tarixli 207 №-li əmrilə (əsas: §-8, səh-N2, sıra-37, əmrdə təvəllüdü N972-ci il yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün İmişli RHK-na göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 4/2-NNN8 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin N4 avqust N992-ci il tarixli N №-li əmrində (əsas: §-N, səh-20, sıra- 472, əmrdə atasının adı yazılmamışdır) sıravi Fərman Quliyevin hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N №li hərbi hissə komandirinin N9 yanvar N993-cü il tarixli N7 №-li əmrilə (əsas: §-3, səh-29, sıra-4) 74N №-li hərbi hissənin zenit batareyasının əsgəri X9 cəbhə xəttinə ezam edilmişdir. 74N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli 20 №-li əmrilə (əsas: §-4, səh-N3, sıra-5) baş mexanik-sürücü, sıravi XN döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. 74N №-li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 53 №-li əmrilə (əsas: §-N, səh-34, sıra-3) sıravi X9 hərbi xəstəxanaya göndərilərək qazan təminatından çıxarılmışdır. 74N №-li hərbi hissə komandirinin N mart N994-cü il tarixli 84 №-li əmrilə (əsas: §-2, səh-3) sıravi X9 hərbi xəstəxanadan gəlmiş hesab edilərək qazan təminatına qoyulmuşdur. İmişli RFİK-nın cağırışçısı, N974-cü il təvəllüdlü, sıravi X9 xidmətini davam etdirmək üçün 2N2 №-li hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N №-li hərbi hissə komandirinin N mart N996-cı il tarixli 56 №-li əmrilə (əsas: §-3, səh-N85, sıra-3N) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin N mart N996-cı il tarixli 64 №-li əmrində (əsas: §-3) N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş bir qrup şəxsi heyətin qıda təminatına qoyulması barədə məlumat vardır. Əmrə adlı siyahı əlavə olunmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli N4N №-li əmrinə əsasən 2-ci MAT-ın əsgəri, N972-cı il təvəllüdlü X9 Silahlı Qüvvələrin sıralarından ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin 0N avqust N996- cı il tarixli 207 №-li əmrilə (əsas: §-8, səh-N2, sıra-37, əmrdə təvəllüdü N972-ci il yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün imişli RHK-na göndərilmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda 704 (74N) №-li hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilədək, xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək və N №-li hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilədək döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 208 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.N974-cü il təvəllüdlü İddiaçıN qeydiyyat kartasına əsasən xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N996-cı il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli N4N nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İşdə olan İmişli rayon Polis şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, ******* nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.N974-cü il tarixdə İmişli rayonu, Cəfərli kəndində doğulmuş, İmişli rayonu, Cəfərli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X9 barəsində hər-hansı məhkumluğu və İmişli RPŞ-də təqsirləndirici material yoxdur. İşdə olan 74N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli 20 №-li əmrindən (əsas: §-4, səh-N3, sıra-5) çıxarışdan görünür ki, baş mexanik-sürücü, sıravi XN döyüş əməliyyatları bölgəsinə göndərilmişdir İşdə olan xx.xx.N996-cı il tarixli, N nömrəli əmrindən çıxarışdan görünür ki, təşkilatı stat dəyişikliyi ilə əlaqədar olaraq X9 N saylı hərbi hissənin hərbi qulluqçusu gələcək hərbi xidmətini davam etdirmək üçün N saylı hərbi hissənin sərəncamına göndərilmiş, şəxsi heyətin siyahısından silinmiş, bütün növ təminatlardan çıxarılmışdır. İşdə olan İddiaçıN məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən (səhf 7) görünür ki, İddiaçıN xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək Laçın, Xocavənd, Ağdam, Füzuli rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N996-cı il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli N4N nörməli əmrinə əsasən ehtiyyata buraxımışdır. O cümlədən xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək Laçın, Xocavənd, Ağdam, Füzuli rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçıN ünvanladığı xx.xx.202N-ci il tarixli, N/Q-N7462 nömrəli məktubu ilə İddiaçıN “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək İddiaçıN hərbi xidməti barədə məlumat aşkar olunmadlğı qeyd olunsa da, İddiaçıN məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən (səhf 7) görünür ki, İddiaçıN xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək Laçın, Xocavənd, Ağdam, Füzuli rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi əmr və məktublardan görünür ki, İddiaçıN N №-li hərbi hissə komandirinin N9 yanvar N993-cü il tarixli N7 №-li əmrilə cəbhə xəttinə ezam edilmişdir və 74N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli 20 №-li əmrilə Qarabağ döyüş əməliyyatları bölgəsinə göndərilmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : N2.N-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. N2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. N2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçıN müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçıN müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar