Məhkəmə qərarları › İş №2-1(120)-841/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-841/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-841/2020 23.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət x7 Astara rayon şöbəsinə qarşı “2-ci qrup müharibə veteranı və əlili kimi hüququnun yarandığı 1994-cü ilin fevral ayından 10 yanvar 2012-ci il tarixə kimi pensiyasının ümumiyyətlə ödənilmədiyi müddət üzrə hesablanması və ödənilməsi, 10 yanvar 2012-ci ildən 13 noyabr 2019-cu il tarixə kimi aldığı pensiya məbləğində fərq pulunun yenidən hesablanması və ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Dövlət x7 Astara rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 2-ci qrup müharibə veteranı və əlili kimi hüququnun yarandığı 1994-cü ilin fevral ayından 10 yanvar 2012-ci il tarixə kimi pensiyasının ümumiyyətlə ödənilmədiyi müddət üzrə hesablanması və ödənilməsi, 10 yanvar 2012-ci ildən 13 noyabr 2019-cu il tarixə kimi aldığı pensiya məbləğində fərq pulunun yenidən hesablanması və ödənilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1993-cü ilin oktyabr ayında Astara rayon Hərbi komissarlığı tərəfindən səfərbərlik üzrə hərbi xidmətə çağırılmaqla, təxminən 45 gün Qusar rayonunda təlim keçmiş və sonrakı dövrdə Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə döyüş şəraitində xidmət etmişdir.Xidmət dövrünü 1997-ci ilin avqust ayının 15-nə kimi davam etmişdir.1994-cü ilin fevral ayında Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində düşmən erməni qüvvələri ilə döyüş şəraitində yanında düşən „Qrad" mərmisinin partlaması nəticəsində xəsarət almışdır. Huşunu itirəndən sonra döyüş yoldaşları tərəfindən hərbi hospitala aparılmaqla müalicə olunmuşdur.Müalicə olunduğu 3 aya yaxın müddət ərzində üzərində aparılan əməliyyatlarla bağlı bədənindən çoxlu sayda mərmi qəlpələri çıxarılmış, bəzi qəlpələrin çıxarılması isə həyatı üçün təhlükəli olduğundan bədənində saxlanılmışdır.Yuxarıda qeyd etdiyi kimi 15 avqust 1997-ci ildə hərbi xidmətdən tərxis olunmuş və həmin vaxtdan başlayaraq Astara rayonunun Miki kəndində yaşayır. Bədənində olan mərmi qəlpələri öz mənfi nəticəsini göstərmiş və hazırki dövrə qədər bu proses davam etməkdədir. 1997-ci ildən 2011-ci ilə kimi xəstəliyi ilə bağlı ayrı-ayrı aidiyyəti qurumlara müraciətləri heç bir nəticə verməmişdir. Nəhayət2011-ci ilin dekabr ayında Lənkəran rayonlararası Tibbi x4n keçmiş və 10 yanvar 2012-ci il hüququn yaranma tarixi kimi qeyd olunmaqla müvafiq təsdiqedici sənədlər ona təqdim olunmuşdur. Lakin həmin dövrdə müharibə əlili kimi deyil, ümumi əsaslarla 2-ci qrup əlil kimi pensiya almaq hüququnu əldə etmişdir. 2019-cu ilin iyul ayında müharibə veteranı adının verilməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət etmişdir.Lakin qanuni tələbi təmin edilmədiyindən iddia ərizəsi əsasında Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və tələbi məhkəmə qərarına əsasən təmin olunmuşdur. Ona müharibə veteranı olmağına dair M/V 086948 saylı vəsiqə verilmişdir. 10 yanvar 2012-ci ildən başlayaraq ümumi əsaslarla 2-ci qrup əlil kimi, 13 noyabr 2019-cu ildən isə 2-ci qrup müharibəəlili kimi 230 manat Dövlət tərəfindən pensiya alır.Hazırda aldığı pensiyanın məbləğindən fərqli olaraq 13 noyabr 2019-cu il tarixdən əvvəlki dövr üzrə ümumi əsaslarla 2-ci qrup əlil kimi pensiya aldığından həmin pensiya nisbətən aşağı məbləğdə olmuşdur.Halbuki 13 noyabr 2019-cu il tarixə kimi üzərində aparılmış müayinələr üzrə təsdiqedici sənədlər əsasında sübut olunur ki, 1994cü ilin fevral ayında düşmən erməni qüvvələri ilə döyüş şəraitində yaralanmış və aldığı xəsarətlər hərbi travma hesab olunur.Belə ki, 2019-cu ilin əvvəllərində bir sıra zəruri sənədləri Müdafiə Nazirliyinin arxivindən əldə edə bilmədiyindən nəhayət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi tərəfindən tərtib edilmiş 17 iyul 2019-cu il tarixli 869 nömrəli göndəriş əsasında 19-22 iyul 2019-cu il tarixlərdə müayinə olunmuşdur.Ekspertiza ilə əlaqədar əvvəllər etmiş olduğu müraciətlərin əsaslı olduğu müəyyən edildi.İstinad etdiyi məhkəmə tibb ekspertlərinin 22 iyul 2019-cu il tarixli rəyin nəticə hissəsində göstərilir: "İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (19.07.2019) başın sağ alın nahiyəsində bir ədəd, sol budun orta 1/3-nin bayır səthində bir ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ kürək nahiyəsində bir ədəd köhnə çapıq toxumalar, retgenoloji tədqiqat zamanı sağ budun yumşaq toxumaların yad cismi (qəlpə) aşkar edildi. İddiaçı xəsarət alması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə və retgenoloji tədqiqatzamanı aşkar edilmiş metal qəlpənin varlığına görə demək olar ki, qəlpənin çapıqlar 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədənmüayinə olunanın göstərdiyi şəraitdə,1994-cü ilin fevral ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri də mümkündür." Həmin xüsusat Azərbaycan Respublikası Müdafiə Nazirİiyi mərkəzi hərbi həkim komissiyasının 02 oktyabr 2019-cu il tarixli 738saylı qərarı əsasında bir daha təsdiq olunur.Orada göstərilir: Astara RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət edərkən 1994-cü ilin fevral ayında aldığı və 22.07.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və x3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz:"Odlu silah mərmi partlamasından sonrakı başın sağ alın nahiyəsində bir ədəd, sol budun orta 1/3-nin bayır şərhində bir ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ kürək nahiyəsində ol" ədəd köhnə çapıq toxumalar, sağ budun yumşaq toxumalarının yad cismi (qəlpə)" (Azərbaycan Respublikası SHXÇDX)-nin Astara rayon şöbəsinin 23.07.2019-cu il tarixli 886 nömrəli göndərişi, 23.07.2019-cu il rarixli 211 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və x3 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin 22.07.2019-cu il tarixli 158 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir),"Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". Azərbaycan Respublikası Əmək və x6 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya sisteminin 11 fevral 2020-ci il tarixli ********** nömrəli Sosial Müavinət və təqaüd haqqında arayışda hüququn yaranmatarixi 1994-cü ilin fevral ayı qeyd olunmalı odluğu halda, 13 noyabr2019-cu il qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Dövlət x7 Astara rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh Dövlət x7 Astara rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komisiyasının 02.10.2019-cu il tarixli 738 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, Astara RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət edərkən 1994-cü ilin fevral ayında aldığı və 22.07.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və x3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz:"Odlu silah mərmi partlamasından sonrakı başın sağ alın nahiyəsində bir ədəd, sol budun orta 1/3-nin bayır şərhində bir ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sol baldırın orta 1/3nin ön səthində bir ədəd, sağ kürək nahiyəsində ol" ədəd köhnə çapıq toxumalar, sağ budun yumşaq toxumalarının yad cismi (qəlpə)" (Azərbaycan Respublikası SHXÇDX)-nin Astara rayon şöbəsinin 23.07.2019-cu il tarixli 886 nömrəli göndərişi, 23.07.2019-cu il rarixli 211 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və x3 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin 22.07.2019-cu il tarixli 158 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir),"Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". İş materiallarında olan Dövlət x7 Astara rayon şöbəsinin iddiaçıya ünvanladığı 19 fevral 2020-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında Dövlət x7 Astara rayon şöbəsinə ünvanladığınız 1994-cü ilin fevral ayından 10 yanvar 2012-ci il tarixə kimi əlilliyə görə pensiya almamağınız və 10 yanvar 2012-ci ildən 13 noyabr 2019-cu il tarixə kimi müharibə əlili kimi təqaüd almamağınız və “müharibə veteranı” adına görə müavinətin verilməməsi məsələsinə şöbədə baxılmışdır. Məlumat üçün bildiririk ki, sizin 01 iyun 2012ci il tarixli ərizənizə əsasən 10 yanvar 2012-ci il tarixdən təqdim etdiyiniz əlilliyi təsdiq edən və staj barədə sənədlərə əsasən Sizə əmək pensiyası təyin edilərək bu günədək ödənilir. 09 yanvar 2020-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək 13 noyabr 2019-cu il tarixdən 2-ci qrup ümumi səbəbdən əlillik təyinatının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” növü ilə əvəzləndiyini bildirmiş və Prezident təqaüdünün təyin edilməsini xahiş etmisiniz. Hüququnuzun yarandığı 13 noyabr 2019-cu tarixdən hal-hazıradək sizə aylıq əsaslarla 230 manat Prezident təqaüdü ödənilir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 saylı qərarına əsasən təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 2.33-cü bəndinə əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti tələb olunur. Sizə 30 oktyabr 2019-cu il tarixdə 086948 saylı vəsiqə verildiyindən vəsiqənin verildiyi gündən Müharibə veteranı statusuna malik hesab olunursuz. Eyni zamanda iki təqaüd almaq hüququnuz olduğundan təqaüdlərdən ən yüksəyi təyin edilmişdir və ödənilir.Ərizənizdə göstərdiyiniz müddətlərdə hüququmüəyyənedici əsasın olmadığına görə ödənişin həyata keçirilməsi qanunamüvafiq hesab edilmir. İş materiallarında olan canlı şəxsin məhkəmə-tibbi müayinəsi barədə K/158 nömrəli aktın rəy hissəsində qeyd edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (19.07.2019) başın sağ alın nahiyəsində bir ədəd, sol budun orta 1/3-nin bayır səthində bir ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ kürək nahiyəsində bir ədəd köhnə çapıq toxumalar, retgenoloji tədqiqat zamanı sağ budun yumşaq toxumaların yad cismi (qəlpə) aşkar edildi. İddiaçı xəsarət alması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə və retgenoloji tədqiqatzamanı aşkar edilmiş metal qəlpənin varlığına görə demək olar ki, qəlpənin çapıqlar 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədənmüayinə olunanın göstərdiyi şəraitdə,1994-cü ilin fevral ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri də mümkündür." İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01.04.2011-ci il tarixli, A/K-352/11 nömrəli TSEK-ə göndərişdən görünür ki, İddiaçı əsas xəstəlik diaqnozu və xəstəliyinin adı “baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış və emosional-iradi pozuntular” qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və x6 Nazirliyinin x1 sonuncu müayinəyə dair məlumatın verilməsi elektron xidmətindən çıxarışdan görünür ki, əlilliyin səbəbi “ümumi xəstəlik” əlillik göstərilməklə İddiaçı 07.04.2016-cı il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz kimi “baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış pozuntuları” qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26.10.2019-cu il tarixli, TQS 027 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı əsas xəstəlik diaqnozu “baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış və emosional-iradi pozuntular” qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və x6 Nazirliyinin x1 sonuncu müayinəyə dair məlumatın verilməsi elektron xidmətindən çıxarışdan görünür ki, əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik göstərilməklə İddiaçı 13.11.2019-cu il tarixdə ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Diaqnoz kimi “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış və emosional iradi pozğunluqlar” qeyd olunmuşdur. İş materiallarında olan Dövlət x7 Astara rayon şöbəsinin məhkəməyə ünvanladığı 22.06.2020-ci il tarixli **********5 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçı Astara rayonu Miki kənd sakini İddiaçı 10 yanvar 2012-ci il tarixdən 2-ci (ikinci) qrup ümumi səbəbdən əlilliyə görə əmək pensiyası alır. Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında x2 13 noyabr 2019-cu il tarixli 0226003AAGAP saylı Forma 88-ə əsasən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcəli əllilik təyin edilmişdir. Həmin tarixdən iddiaçıya iddiaçının 9 yanvar 2020-ci il tarixli müraciətinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 230 manat Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilərək hal-hazıradək ödənilir. İddiaya münasibət olaraq bildiririk ki, əlillik səbəbinin, əlillik dərəcəsinin və əlillik müddətinin təyin edilməsi ƏƏSMN yanında DSMF-nin səlahiyyətləri daxilində deyil. Nazirlik yanında DSMF-nin vəzifəsi hüquqverici sənədlər əsasında pensiya, müavinət və təqaüdlərin təyinidir. İddia ilə tanışlıq zamanı da aydın olur ki, iddiaçının müraciətlərinə DSMF-nin Astara rayon şöbəsində qanunamüvafiq şəkildə baxılmış və bütün ödənişləri tam həyata keçirilmişdir. İddiaçıya bu barədə yazılı və şifahi cavab verilmişdir. Ona görə də xahiş edirik ki, bu iddia üzrə Nazirlik yanında DSMF-nin Astara rayon şöbəsinin cavabdeh kimi cəlb edilməsini mümkünsüz hesab edərək iddia ərizəsini rədd edəsiniz. Şöbəmizin iş yükünün çoxluğu səbəbindən məhkəmədə iştirakımız imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22.04.2020-ci il tarixli 890 saylı məktubu ilə İddiaçı barəsində verilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 02.10.2019-cu il tarixli 738 saylı qərarı və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur. Məhkəmə müəyyən etdi ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi zaman almış olduğu xəsarətlər nəticəsində əlil olmuşdur. Ona ilkin olaraq “baş beynin travmatik xəsarəti nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixotabənzər davranış pozğunluğu və emosianal-iradi dəyişikliklər” xəstəliyi ilə 10.01.2012-ci il tarixdə ümumi səbəbdən 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Sonradan iddiaçıya əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” göstərilməklə 13.11.2019-cu il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanı 13.11.2019-cu il tarixdən şamil edilərək Prezident təqaüdü ilə təmin olunmuşdur. İddiaçı cavabdeh inzibati orqana Prezident təqaüdünün 10.01.2012-ci il tarixdən 13.11.2019-cu il tarixədək hesablanması üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh iddiaçıya təqaüdün 10.01.2012-ci il tarixdən 13.11.2019-cu il tarixədək hesablanaraq verilməsindən imtina etmişdir. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi və onun aylıq məbləğinin müəyyən edilməsi qərara alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və x6 Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Həmin Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli, 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və x6 Nazirliyi yanında Dövlət x8 haqqında Əsasnaməyə əsasən məcburi dövlət sosial sığortası, əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri, kompensasiyaları və digər sosial ödəmələr sahəsində normativ hüquqi aktlarının tələblərinin özünün yerli orqanları tərəfindən yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək Fondun vəzifəsidir (bənd 3.1, 3.16.). Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı iddia tələbində qismən yəni, müharibə əlillərinə verilən Prezident təqaüdünün 10.01.2012-ci il tarixdən 13.11.2019-cu il tarixədək hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını hissəsində haqlıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi zaman almış olduğu xəsarətlər nəticəsində əlil olmuşdur.Məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən sübutlardan məlum olmuşdur ki, İddiaçı ilkin olaraq yəni 10.01.2012-ci il tarixdə“baş beynin travmatik xəsarəti nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixotabənzər davranış və emosianal-iradi dəyişikliklər” diaqnozu ilə ümumi səbəbdən 2-ci qrup əlillik dərəcəsi almışdır. İddiaçıya əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik göstərilməklə 13.11.2019-cu il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin Qərarda diaqnoz kimi “baş beynin travmatik xəsarəti nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixotabənzər davranış və emosianaliradi dəyişikliklər” qeyd edilmişdir. Həmçinin Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 04.05.2020-cu il tarixli, **********4 saylı məktubundan və iş materiallarında olan digər sənədlərdən görünür ki, iddiaçıya həm ilkin əlillik verilən zaman, yəni 10.01.2012-ci il tarixdə, həm də sonradan iddiaçı barəsində Hərbi Həkim Komissiyası tərəfindən qərar qəbul edilən zaman, yəni 13.11.2019-cu il tarixdə iddiaçının diaqnozları eyni diaqnoz və xəstəlik olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya ilkin əlillik təyin edilən zaman da o, faktiki olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuşdur. Ona görə də, iddiaçının məhz 13.11.2019-cu il tarixli qərarla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil hesab edilməsi, onun əlilliyinin həmin tarixdə alması anlamına gəlmir. Belə ki, o, həmin (oxşar) diaqnozla 10.01.2012-ci il tarixdə 2-ci qrup əlillik dərəcəsi almışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının Prezident təqaüdü almaq hüququ da elə 10.01.2012-ci il tarixdən yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, müharibə əlillərinə verilən Prezident təqaüdü 10.01.2012-ci il tarixdən 13.11.2019-cu il tarixədək hesablanıb iddiaçıya ödənilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanı 10.01.2012-ci il tarixdən İddiaçı şamil olunmaqla, Prezident təqaüdünün həmin tarixdən 13.11.2019-cu il tarixədək olan dövr üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət x7 Astara rayon şöbəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi qismən təmin edilsin. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanı 10.01.2012-ci il tarixdən İddiaçı şamil olunmaqla, Prezident təqaüdünün 10.01.2012-ci il tarixdən 13.11.2019-cu il tarixədək olan dövr üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət x7 Astara rayon şöbəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar