Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-841/2021 09.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 6 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 6 saylı regional ərazi filialına qarşı «işlədiyi illər sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 09 sentyabr 2021-ci il tarixdə, məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 6 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.05.1975-03.06.1977-ci ildə Sovet ordusunda hərbi xidmətini, X8 təhsilini və 1971-1975, 1977-1979-cu illərdə Neftçala rayon Xolqaraqaşlı kənd “Y.Qasımov” adına kolxozda işlədiyi illərin sığorta stajl kimi hesablanaraq hüququ yarandığı 09.02.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. 31.05.1975- 03.06.1977-ci ildə Sovet ordusunda xidmət etmişdir. O, 1971-1975, 1977- 1997-ci illərdə Neftçala rayon Xolqaraqaşlı kənd “Y.Qasımov” adına kolxozda işləmiş və əmək haqqı almışdır. Bu barədə arxiv arayışları vardır. Lakin həmin illərdə adı çəkilən kolxozda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmamışdır. O, ərizə ilə DSMF 6 saylı Regional Ərazi Filialına yaşa görə əmək pensiyasınm təyin olunması barədə müraciət etmişdir. Həmin fılialın 16.03.2021-ci il tarixli cavab məktubunda “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarınm İİİ bölümünün 3.1.1-ci hissəsinə əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi əsas gətirilərək, iş stajını müəyyən etmək mümkün olmadığı üçün (əmək kitabçasında müvafıq qeydlərin olmamasına əsasən) (1971-1975, 1977-1997-ci illərdə Neftçala rayon Xolqaraqaşlı kənd “Y.Qasımov” adına kolxozda işlədiyi dövr əmək kitabçasında yazılmadığına görə) ona yaşa görə əmək pensiyasınm təyin olunmasından imtina edilmişdir. DSMF 6 saylı Regional Ərazi Filialı tərəfındən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməklə “Əmək Pensiyaları haqqında” Qanunun sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərindən bəhs edən 21-ci maddəsini pozmuş olur. Həmin Qanunda qeyd edilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarınm ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin olunmuş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı göstərilənlərə əsaslanaraq, 31.05.1975-03.06.1977-ci ildə Sovet ordusunda hərbi xidmətini, X8 təhsilini və 1971-1975, 1977-1979-cu illərdə Neftçala rayon Xolqaraqaşlı kənd “Y.Qasımov” adına kolxozda işlədiyi illərin sığorta stajı kimi hesablanaraq hüququ yarandığı 09.02.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 6 saylı regional ərazi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən, 09.05.1955-ci il təvəllüdlü İddiaçı 1971-1974-cü və 1977-1997-ci illərdə Neftçala rayon Xolqaraqaşlı kənd “Y.Qasımov adına kolxoz”da işlədiyini iddia edir. İddiaçı 25 illik sığorta stajını təsdiqləyən sübut kimi Neftçala rayon Dövlət Arxivinin 20.10.2020-ci il tarixli, 80 saylı 3 müxtəlif arxiv arayışına istinad etməkdədir. İş materiallarında olan ərizəçinin əmək fəaliyyətini təsdiq etmək üçün təqdim etdiyi arxiv arayışları arasında ziddiyyətli məqamlar vardır. 1) Belə ki, arayışların birində vətəndaşın işləyib əmək haqqı alması dövrü 1971-ci il tarixdən 1985-ci il tarixədək olan illərdir. İkinci arayışda isə vətəndaşın 1988-1996-cı illərdə iştirak norması yerinə yetirərək əmək haqqı alması qeydləri vardır. Digər arayışda (üçüncü) isə 1986, 1987-ci illər və 1997-ci ilin aprel-iyul aylarında əmək normasını yerinə yetirərək əmək haqqı almasına dair məlumat qeyd edilmişdir. Nəticə etibarilə sözügedən arayışlar birbirinə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil etməklə onların saxtalaşdırılmasına dair əsaslı şübhələr yaradır. Belə ki, arayışlarda ziddiyyətin əsasını təşkil edən 4 aylıq əlavə müddət barədə qeydin nəticəsi olaraq iddiaçının pensiya hüququnun yaranmasına səbəb olan 25 illik sığorta stajı tamamlanır. 2) Həmçinin arxiv arayışında ərizəçinin 1971-1985-ci illər ərzində aylar üzrə əmək haqqı almasına dair qeydlər olsa da, 1988-1996-cı illər ərzində aylar üzrə deyil, illik əmək haqqı qeyd edilmişdir. 3) Təqdim edilmiş arayışlardan birində 1997-ci ilin aprel, may, iyun, iyul aylarında əmək haqqına dair qeydlər vardır. Lakin məhkəmənin ilk iclasında X3 sorğu əsasında əldə edilmiş əmək haqqı cədvəllərinin təsdiq edilmiş surətində, həmçinin məhkəmənin ikinci prosesində əmək haqqı cədvəllərinin əslinə baxış keçirilən zaman arayışda aprel, may, iyun ayları üçün əmək haqqı aldığı qeyd edilsə də, iyul ayı üçün əmək haqqına dair heç bir qeyd aşkar edilməmişdir. Yuxarıda sadalanan faktlar X4 müdiri tərəfindən arxiv arayışlarında saxta qeydlər edilməsinə dair əsaslı şübhələr yaradır. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minımum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məblğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı il tarixdə Neftçala rayonu Xolqaraqaşlı kəndində doğulmuş, 31 may 1975-ci il tarixdən 03 iyun 1977-ci il tarixədək keçmiş Sovet ordusunda hərbi xidmətdə olmuş (2 il 04 gün); Neftçala rayon sabiq “Y.Qasımov” adına kolxozda 1971-ci ildə 68 adam günü, 1972-ci ildə 159 adam günü, 1973-cü ildə 22 adam günü, 1974-cü ildə 300 adam günü, 1975-ci ildə 83 adam günü, 1977-ci ildə 86 adam günü, 1978-ci ildə 329 adam günü, 1979-cu ildə 322 adam günü, 1980-ci ildə 288 adam günü, 1981-ci ildə 294 adam günü, 1982-ci ildə 320 adam günü, 1983-cü ildə 289 adam günü, 1984-cü ildə 343 adam günü, 1985-ci ildə 242 adam günü, 1986-cı ildə 312 adam günü, 1987-ci ildə 345 adam günü, 1988-ci ildə 318 adam günü, 1989-cu ildə 325 adam günü; 1990-cı ildə 301 adam günü, 1991-ci ildə 323 adam günü, 1992-ci ildə 321 adam günü, 1993-cü ildə 339 adam günü, 1994-cü ildə 332 adam günü, 1995-ci ildə 327 adam günü, 1996-cı ildə 320 adam günü, 1997-ci ildə 73 adam günü işləmişdir. İş materiallarında olan Neftçala rayon Dövlət Arxivinin 18.08.2021-ci il tarixli Arayışından görünür ki, Neftçala rayon sabiq “Y.Qasımov” adına kolxozda kişilər üçün 1971-1985-ci illərdə adam günləri minimum 220 gün, 1986-1997-ci illərdə adam günləri minimum 200 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1971, 1972, 1973, 1975, 1977 və 1997-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin 20.10.2020-ci il tarixli, 461 nömrəli arayışından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 31.05.1975-ci il tarixdən 03.06.1977-ci il tarixədək Sovet Ordusunda hərbi xidmət etmişdir. (Əsas: НЗ- 2484832 saylı hərbi bilet). Bundan əlavə, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 6 saylı regional ərazi filialının nümayəndəsi Samiq Qorçiyev, Neftçala rayon Dövlət Arxivinin müdiri Vidadi Həmzəyevin iştirakı ilə tərtib edilmiş Aktda göstərilmişdir ki, İddiaçı iş stajı, əmək günləri və əmək haqqları yerində qarşılıqlı şəkildə yoxlanıldı. Yoxlama zamanı müəyyən edildi ki, İddiaçı keçmiş Neftçala rayon sabiq “Y.Qasımov” adına kolxozda 1971-ci ildə 68 adam günü, 1972-ci ildə 159 adam günü, 1973-cü ildə 22 adam günü, 1974-cü ildə 300 adam günü, 1975-ci ildə 83 adam günü, 1977-ci ildə 86 adam günü, 1978-ci ildə 329 adam günü, 1979-cu ildə 322 adam günü, 1980-ci ildə 288 adam günü, 1981-ci ildə 294 adam günü, 1982-ci ildə 320 adam günü, 1983-cü ildə 289 adam günü, 1984-cü ildə 343 adam günü, 1985-ci ildə 242 adam günü, 1986-cı ildə 312 adam günü, 1987-ci ildə 345 adam günü, 1988-ci ildə 318 adam günü, 1989-cu ildə 325 adam günü; 1990-cı ildə 301 adam günü, 1991-ci ildə 323 adam günü, 1992-ci ildə 321 adam günü, 1993-cü ildə 333 adam günü, 1994-cü ildə 332 adam günü, 1995-ci ildə 327 adam günü, 1996-cı ildə 320 adam günü, 1997-ci ildə 96 adam günü işləmişdir. Bundan əlavə, X8 Təhsili Komitəsi tərəfindən verilmiş 04.01.1974-cü il tarixli, 1202 nömrəli attestatın surətindən görünür ki, İddiaçı 01 sentyabr 1972-ci ildən 24 dekabr 1973cü ilədək texniki peşə məktəbində təhsil almışdır. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 16.03.2021-ci il tarixli, **********8 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qüvvəyə mindiyi tarixədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. (01.01.2006-cı il tarixədək müəyyən edilmiş pensiya hüquqlarınız pensiya kapitalına çevrilməklə). Belə ki, təqdim etdiyiniz sənədlərdə X8 Təhsili Komitəsi attestat-1 il 3 ay 23 gün, hərbi xidmət 2 il 2 gün, cəmi iş stajı-3 il 3 ay 25 gün müəyyən edilmişdir. Sizə əmək pensiyası təyin edilməsi üçün hüquq verən 20.10.2020-ci il tarixli, 80 nömrəli 3 ədəd arxiv arayışlarında 1971-1997-ci illərdə Xolqaraqaşlı kənd “Y.Qasımov” adına kolxozda işləməyiniz əmək kitabçasında yazılmadığına görə 22 il iş stajınız qanunvericiliyin tələblərinə görə göstərilən dövrün sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. Yəni həmin dövr nəzərə alınmadıqda yaşa görə əmək pensiyası hüququ verən pensiya kapitalına malik olmadığınız üçün, Sizə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1971-1975, 1977- 1997-ci illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Neftçala rayon sabiq “Y.Qasımov” adına kolxozda işlədiyi Neftçala rayon Dövlət Arxivi tərəfindən verilmiş 20.10.2020-ci il tarixli, 80 nömrəli arxiv arayışları ilə təsdiqləndiyindən sözügedən dövrlər üzrə 1997-ci ilin iyul ayı istisna olmaqla iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Neftçala rayon sabiq “Y.Qasımov” adına kolxozda işlədiyi 1974, 1975, 1977-1996-cı illər onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1971, 1972, 1973, 1975, 1977 və 1997-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin illərdə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 6 saylı Regional Ərazi filialının üzərinə qoyulmalıdır. Belə ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur. 09 fevral 2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçının 1971-1975, 1977-1997-ci illərdə Neftçala rayon sabiq “Y.Qasımov” adına kolxozda işlədiyi müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1971, 1972, 1973, 1975, 1977 və 1997-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X1» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Neftçala rayon Dövlət Arxivi tərəfindən verilmiş 18.08.2021-ci il tarixli, 97 nömrəli arayışından müəyyən edilir ki, Neftçala rayon sabiq “Y.Qasımov” adına kolxozda kişilər üçün 1971-1985-cı illərdə adam günləri minimum 220 gün, 1986-1997-ci illərdə adam günləri minimum 200 gün müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1971, 1972, 1973, 1975, 1977 və 1997-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının 1971, 1972, 1973, 1975, 1977-ci illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (68+159+22+83+86) × 12 = 5016/220= 22 ay 08 gün (≈1 il 10 ay 08 gün); İddianın 1997-ci ildə işlədiyi ayların sosial sığorta stajına daxil edilməsi hissəsinə münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Neftçala rayon Dövlət Arxivi tərəfindən verilmiş 20.10.2020-ci il tarixli, 80 nömrəli arxiv arayışında iddiaçının 1997-ci ilin aprel ayında 26 adam günü, may ayında 20 adam günü, iyun ayında 27 adam günü, iyul ayında 23 adam günü olmaqla, cəmi 96 adam günü qazanması və həmin aylar üzrə əmək haqqı alması qeyd edilsə də, məhkəmə iclasında 1997-ci ilin əmək haqqı cədvəllərinin əslinə baxış keçirilən zaman iddiaçının 1997-ci ilin iyul ayı üçün adam günü qazanması və əmək haqqı alması barədə qeydlər aşkar edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı 1997-ci ilin iyul ayında kolxozda işləməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı 1997-ci ilin iyul ayında kolxozda adam gün qazanmadığından və əmək haqqı almadığından iddia 1997-ci ilin iyul ayının onun sosial sığorta stajına daxil edilməsi hissəsində rədd edilməlidir. Odur ki, iddiaçının yalnız 1997-ci ilin aprel, may, iyun ayları üzrə işlədiyi adam günləri nəzərə alınmaqla onun faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (26+20+27) × 12 = 876/200= 4 ay 03 gün. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Bundan başqa iddiaçının işlədiyi 1997-ci ilin arxiv kitablarına qanunsuz olaraq sonradan yazılması barədə cavabdeh inzibati orqanın etiraz dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı iddiaçının 1997-ci ilin aprel, may, iyun aylarında kolxozda işləməsi 1997-ci ilin əmək haqqı cədvəllərinin əslinə baxış keçirilən zaman və eyni zamanda İddiaçı iş stajı, əmək günləri və əmək haqqları yerində qarşılıqlı şəkildə yoxlanılan zaman tərtib edilmiş aktla öz təsdiqini tapmışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Neftçala rayon Dövlət Arxivinin 20.10.2020-ci il tarixli, 80 nömrəli arxiv arayışlarında göstərilən Neftçala rayon sabiq “Y.Qasımov” adına kolxozda 1971, 1972, 1973, 1975, 1977 və 1997-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin X8 Təhsili illəri və hərbi xidmət illəri nəzərə alınmaqla hüququ yarandığı vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 6 saylı regional ərazi filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Neftçala rayon Dövlət Arxivinin 20.10.2020-ci il tarixli, 80 nömrəli arxiv arayışlarında göstərilən Neftçala rayon sabiq “Y.Qasımov” adına kolxozda 1971, 1972, 1973, 1975, 1977 və 1997-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin X8 Təhsili illəri və hərbi xidmət illəri nəzərə alınmaqla hüququ yarandığı vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 6 saylı regional ərazi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-841/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-841/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver